“Skalpel”in layihəsindən 50 ailə faydalandıAzərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və Səhiyyə Nazirliyinin birgə qrant müsabiqəsində qalib olan “Skalpel” xəstələrə yardım ictimai birliyi tərəfindən “Saatlı, İsmayıllı, Göyçay, Şəmkir, Qazax regionlarında COVİD-19 koronavirusu pandemiyası ilə mübarizədə əhaliyə sosial-tibbi dəstəyin təşkili” layihəsi ugurla başa çatıb.

Layihənin məqsədi COVİD -19 koronavirus pandemiyası ilə mübarizədə əhalinin həssas aztəminatlı ailələrinə ərzaq yardımı və tibbi-gigiyenik ləvazimatların çatdırılması ilə sosial-tibbi dəstək vermək olub. Layihə çərçivəsində 26 oktyabr-12 noyabr tarixləri arasında Şəmkir, Qazax, Göyçay və İsmayıllı və Saatlı rayonlarının hər birində 10 olmaqla 50 ehtiyaclı ailə nümayəndəsinə ərzaq məhsulları və tibbi-gigiyenik ləvazimatlar paylanılıb. Sovqatlar rayon Mərkəzi Poçt Filialları vasitəsilə faydalananlara çatdırılıb.
Təslim olmaq istəməyən ermənilər mühasirəyə alındı - VideoAğdamda döyüş mövqelərini tərk etmək istəməyən erməni silahlıları mühasirəyə alınıb və onlara xəbərdarlıq edilib.

Avrasiya.net Musavat.com-a istinadla xəbər verir ki, bu barədə görüntülər Teleqram sosial şəbəkəsində yayılıb.

"Silahları yerə buraxın və təslim olun, bu torpaqlar artıq Azərbaycan Ordusunun nəzarətinə keçəcək. Sənin ölümün heç bir şeyi dəyişdirməyəcək", - deyə erməni silahlılarına xəbərdarlıq edilib.

Qeyd edək ki, dünən Ağdamda təslim olmaq istəməyən erməni hərbi birləşmələri ilə rus sülhməramlıları arasında ataşmanın baş verdiyi haqda məlumatlar yayılmışdı.
Bəyanatın Nikolun imtina etdiyi ilk mətni – SensasiyaErmənistanın Vatikandakı eks-səfiri Mikayıl Minasyan öz Feysbuk səhifəsində 10 noyabrdakı üçlü Bəyanatdan öncə Baş nazir Paşinyana təqdim edilən, amma onun imtina etdiyi və nəticədə imzalanmayan razılaşma mətnini yayıb.

Axar.az xəbər verir ki, Minasyan Paşinyanın hər yalan bəyanatına sənədlə cavab verəcəyini bildirib.

“Bu, sənin imzaladığın sənəddən öncə təqdim edilən variantlardan biridir. Bundan sonra sən daha ağır təklif aldın və o kapitulyasiya haqqında sənədi imzalayaraq, çıxışı olmayan situasiya yaratdın”, - Minasyan bildirib.

Qeyd edək ki, Minasyanın yaydığı sənəddə 10 bənd yer alıb. Bu sənədin noyabrın 10-da imzalanan sənəddən xeyli fərqi var.

Əsas fərqlər aşağıdakılardır:

- Erməni silahlı qüvvələri Qarabağda saxlanılır;

- Qarabağdan tərəflərin öz tutduqları mövqelərdə qalmasıyla bağlı heç bir bənd yoxdur;

- Azərbaycana yalnız Ağdam, Kəlbəcər (15 noyabr) və Laçın (1 dekabr) rayonları qaytarılır;

- Şuşa ilə bağlı heç bir bənd yoxdur;

- Ermənistan münaqişənin tərəfi kimi tanınmır,

- Laçın dəhlizinin eni 10 kilometr (hazırkı razılaşmada 5 kilometrdir) olaraq müəyyən edilir;

- Rus sülhməramlıları köhnə DQMV-nin bütün sərhədinə yerləşdirilir;

- Regionda bütün xarici muzdlular çıxarılır (Qarabağ bəyanatında ümumiyyətlə muzdlu ifadəsi yoxdur);

- Naxçıvanla əlaqənin təmini məqsədilə Azərbaycan üçün yeni yol çəkilir.

Minasyan paylaşımında yalnız Ermənistan rəhbərliyinin sənədə reaksiyasını təqdim edib.

Sarkisyanın arvadı xəstəxanaya yerləşdirildi Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın həyat yoldaşı Rita Sarkisyan bir neçə gündür koronavirus diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Avrasiya.net erməni KİV-lərinə istinadən xəbər verir ki, o, hazırda reanimasiyadadır.

"Xanım Sarkisyan reanimasiya şöbəsindədir, vəziyyəti son dərəcə ağır qiymətləndirilir", - deyə Nairi xəstəxanasından bildirilib
Ermənistan ordusunda da həbslər başladıDağlıq Qarabağ müharibəsi zamanı Ermənistanda açılan cinayət işlər çərçivəsində saxlananlar arasında hərbçilər də var.

Avrasiya.net xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Əsri və itkin düşənlərlə iş komitəsinin sədri Vitali Voskanyan deyib.

O bildirib ki, hərbi qulluqçularının əsassız ölümünə yol açmış hər bir şəxs cəzalandırılacaq. Hələlik həbs olunanların sayı açıqlanmır.

Saxlananlar arasında cəbhə bölgəsində yerləşən hərbi hissələrin yüksək rütbəli məmurlarının da olduğu deyilir.
Ohanyanın döyüşlərdə ağır yaralanan oğlu öldüErmənistan ordusunun hərbi qulluqçuları Ermənistanın 8-ci Müdafiə rayonunun komandiri, Ermənistanın keçmiş Müdafiə naziri Seyran Ohanyanın oğlu Artur Ohanyanın ölməsi barədə məlumat paylaşıb.

Avrasiya.net Ordu.az-a istinadən xəbər verir ki, onun cəsədi artıq Ermənistana aparılıb.

Qeyd edək ki, Artur Ohanyan oktyabrın 7-də Azərbaycan ordusunun əks-hücum əməliyyatları zamanı ağır yaralanmışdı. Onun iki ayağı da amputasiya olunmuşdu.

Xatırladaq ki, Şuşa uğrunda döyüşlərdə Seyran Ohanyanın özünün də yaralandığı barədə məlumatlar yayılmışdı.
İlham Əliyev hərbi formada Füzuli rayonunda - VideoAzərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyev Füzuli rayonuna səfər edib.

Avrasiya.net Musavat.com-a istinadla xəbər verir ki, səfər əsnasında rayon sakinləri Ali Baş Komandanı alqış və qələbə şüuarları ilə qarşılayıblar.

Sakinlər qeyd ediblər ki, Şanlı Ordumuz Ali Baş Komandanın rəhbərliyi altında Vətən savaşında tarixi qələbə qazanıb və nəinki Füzuli sakinlərinin, bütün Azərbaycanın xəyallarını gerçəyə çevirib.

Görüş zamanı çəkilən videonu təqdim edirik:
Azərbaycanda daha 1395 nəfər virusa yoluxdu - 18 nəfər öldüAzərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1395yeni yoluxma faktı qeydə alınıb, 605 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Avrasiya.net-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 18 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 77083 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 55755 nəfər müalicə olunaraq sağalıb, 985 nəfər vəfat edib, aktiv xəstə sayı 20343 nəfərdir.

Ölkədə son sutka ərzində 7137, hazırkı dövrədək isə 1523221 test aparılıb.
Yerevanda əsgər anaları etiraz aksiyası keçirirErmənistan Müdafiə Nazirliyinin binası önündə aksiya keçirilir.

Avrasiya.net Ermənistan KİV-nə istinadən xəbər verir ki, aksiyanı övladları itkin düşmüş valideynlər keçirir.

Hisslərini cilovlaya bilməyən valideynlər övladlarından xəbər ala bilmədiklərini və Nazirliyin onlara dəqiq məlumatlar vermədiyini söyləyirlər.

Aksiyada iştirak edənlərin əksəriyyəti övladlarının cəsədlərinin Azərbaycan tərəfində olduğunu düşünür.





Müxalifət Paşinyanla görüşdən imtina etdiNikol Paşinyan parlamentdəki müxalifət partiyaları ilə görüş təklif edib.

Axar.az xəbər verir ki, bu məlumatı Çiçəklənən Ermənistan Partiyasının deputatı Naira Zöhrabyan yayıb. O, Paşinyanla yalnız onun istefası məsələsinin müzakirəsi üçün görüşə biləcəklərini deyib.

İşıqlı Ermənistan Partiyası da görüş ehtimalı ilə bağlı mövqeyini açıqlayıb. Bu partiya da Paşinyanla görüşdən imtina edib.