Ermənistanda bir gündə 25 nəfər öldüErmənistanda son sutka ərzində 1482 koronavirusa yoluxma faktı aşkarlanıb.

Avrasiya.net xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bununla da Ermənistanda COVİD-19-a yoluxanların sayı 117 min 337 nəfərə çatıb.

Son 24 saat ərzində daha 25 nəfər bu virusdan ölüb. Ölənlərin ümumi sayı 1763-ə çatıb.

Qeyd edək ki, ölkədə 40 590 aktiv koronavirus xəstəsi var.
Kəlbəcər öz doğmalarına qovuşur!Sadiq Qurbanov
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri

Bu gün, Kəlbəcər işğaldan azad olunur!

Kəlbəcər öz doğmalarına qovuşur!

Nəhayət 27 ildən sonra Azərbaycan Ordusu özü BMT Təhükəsizlik Şurasının qətnaməsini icra etmiş olaraq illərin həsrətinə son qoyur. Şükürlər olsun Uca Tanrya!

Kəlbəcər Azərbaycanın ən yüksək zirvəsində yerləşir. Bu vandallar 27 il ərzində Kəlbəcərdə qeyri – qanuni yolla məskunlaşdırma aparmış, eyni zamanda rayonun qızıl yataqlarının və digər təbii sərvətlərinin qanunsuz şəkildə istismarı ilə məşğul olmuşlar.
Bir faktı deyim ki, Kəlbəcər rayonunda 968 hektar ərazini əhatə edən “Qırmızı kitab”a daxil edilmiş ayıfındığı ağaclarını kütləvi şəkildə qıraraq təbiətdən silmişlər.

Bu heç bir mənəvi dəyərlərə sahib olmayan millət işğal etdikləri Kəlbəcər rayonundan Azərbaycan dövləti tərəfindən sivil qaydada tərk etmələrinə şərait yaradıldığı halda, yanğınlar törətməklə, ekalogiyaya yanaşı yaşayış obyektlərinə, təhsil ocaqlarına böyük ziyanlar vurmaqla əsl barbar xislətlərini bir daha dünyaya nümayiş etdirdilər. Xalqımız üçün erməni vəhşilikləri təəccüb doğurmur. Belə ki onlar 1993- cü ildə Kəlbəcərimizi işğal edərkən də 19 ibtidai, 33 səkkizillik, 44 orta məktəb binası, 1 texnikum, 1 texniki-peşə məktəbi, 82 internat, 16 uşaq bağçası, 38 körpələr evi, 41 mədəniyyət evi, 1 rayon mərkəzi xəstəxanası, 1 rayon mərkəzi uşaq xəstəxanası, 9 kənd xəstəxanası, 23 kənd ambulator məntəqəsi, 75 feldşer-mama məntəqəsi, 1 ictimai-sosial kombinatı, 2 mineral sudoldurma zavodu, 1 qızıl zavodu, 1 civə zavodunu və digərlərini eyni vəhşiliklə dağıtmışdılar.

Xatırlatmaq istərdim ki, Azərbaycan dövləti tərəfindən Ermənistan dövlətinin bütün bu faşist ruhlu hərəkətlərinə son verildiyi kimi beynəlxalq hüquqi müstəvidə də dəymiş ziyanların hamısını təzminat olaraq ödənilməsinə nail olacaqdır.

Cənab prezidentimizin rəhbərliyi ilə işğaldan azad olmuş torpaqlarlmlzın yenidən cənnətə çevrilməsini sosial şəbəkələrdə izləyən ermənilərin simasındakı ifadələri artıq təsəvvür edirəm.
Kəlbəcər öz doğmalarına qovuşur!

#mənimprezidentim
#karabakhisazerbaijan
#kalbajarisazerbaijan
Ermənistanın Qarabağ müharibəsinə cəlb etdiyi əcnəbi muzdlularla bağlı yeni faktlar aşkarlandlErmənistanın hərbi-siyasi hakimiyyətinin, o cümlədən baş nazir Nikol Paşinyanın dəfələrlə təkzib etmələrinə baxmayaraq, işğalçı ölkənin ikinci Qarabağ müharibəsində əcnəbi muzdlulardan, o cümlədən terrorçulardan istifadə etməsinə dair yeni-yeni faktlar ortaya çıxmaqdadır.

“Report” xəbər verir ki, ayrı-ayrı ölkələrin ekspertləri, jurnalistləri sosial şəbəkələrdəki hesablarında Ermənistan ordusunun hərbi əməliyyatlara xaricdən cəlb etdiyi muzdlulara dair faktlar - məlumatlar, fotolar paylaşırlar.

Əcnəbi jurnalist, hüquq müdafiəçisi, sosial şəbəkələr üzrə ekspert Asaad Hanna özünün tvitterdəki hesabında Suriyadan Dağlıq Qarabağa cəlb edilmiş 3 döyüşçünün fotolarını paylaşaraq onların adlarını açıqlayıb. “Hələbdən olan suriyalı 3 oğlan – Arut, Xaqub və Musek Azərbaycana qarşı döyüşərək həlak olublar”, - deyə o tvitterdəki hesabında yazıb.

Suriyalı siyasi şərhçi Kevork Almassian da özünün tvitterdəki hesabında bu ərəb respublikasından bir neçə döyüşçünün Qarabağ müharibəsində öldürüldüyünü açıqlayıb. O, əcnəbi döyüşçülər barədə faktları – fotoları və adları da təqdim edib.
Ermənistanın Qarabağ müharibəsinə cəlb etdiyi əcnəbi muzdlularla bağlı yeni faktlar aşkarlandl
“Erməni İnqilab Federasiyası Suriya yaxın vaxtlarda həlak olmuş üç əsgərə - Harut Panoyana, Hagop Astaryana və Mosik Seklemyana ağlayır”, - deyə o, sosial şəbəkədəki hesabında yazıb.

Bütün bunlar, habelə digər faktlar sübut edir ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi öz ordusunun Qarabağda döyüşə bilməməsi səbəbindən Azərbaycanın işğal olunmuş ərazilərinə Suriyadan və digər ölkələrdən muzdlular cəlb edib. Halbuki rəsmi Yerevan məhz Bakını Qarabağa əcnəbi muzdlular cəlb etməkdə ittiham edirdi. Məqsəd aydındır – Azərbaycanın işğal olunmuş ərazilərində həyata keçirilən muzdlu döyüşçülərdən, terrorçulardan istifadə kimi hərbi cinayətləri ört-basdır etmək.





Ermənilər ə dünyada görünməmiş murdarıq ediblər - VİDEOErməni işğalından azad olunan ərazilərimizdən yayılan videolara baxdıqca, adam dəhşətə gəlir. Videolardan görünür ki, qəddar düşmən işğal etdiyi torpaqlarımızda daşı-daş üstündə qoymayıb.

Ən vəhşi mənzərə isə qəbirstanlıqlarımızın darmadağın edilməsidir. Düşmən o qədər kinli olub ki, hətta məzarlarda yatan ölüləri də rahat buraxmayıb.

Avrasiya.net Cəbrayıl rayonununun işğaldan azad edilmiş Horovlu kəndindən çəkilmiş videogörüntünü təqdim edir.

Dəhşətli mənzərədir. Ermənilər kənd qəbiristanlığında bütün məzarları eşərək, başdaşılarını aparmaq bir yana qalsın, cəsədələrin qalıqlarını çıxararaq təhqir edib, insan sümüklərini ətrafa yayıblar... Bu, dünyada görünməmiş vəhşilik, murdarlıqdır...


Erməni general komaya düşdüErmənistan ordusunun ehtiyatda olan general-leytenantı, "Yerprak" könüllü bataltyonunun rəhbəri Manvel Qriqoryanın səhhətinin durumu daha da pisləşib.

Hayeli.am xəbər verir ki, bu barədə generalın vəkili Arsen Mkrtçyan məlumat yayıb. O bildirib ki, 20 oktyabrda rəhbərlik etdiyi dəstəni Dağlıq Qarabağ cəbhəsində qoyub İrəvana qayıdan keçmiş millət vəkilinin vəziyyəti olduqca ağırdır:

"Onun xaricdə müalicəyə ehtiyacı var. Son hadisələr, məğlubiyyət bəyannaməsi generalın səhhətinə pis təsir edib. O, faktiki olaraq komaya düşdü. İnsanları tanımır. Şüuru itib, reaksiya vermir".

Qeyd edək ki, keçmiş deputat, general Qriqoryan 20 oktyabrda cəbhədəki könüllü dəstələrinin böyük hissəsini itirdikdən sonra İrəvana qaçmışdı.

Modern
Rusiya sülhməramlılarının olduğu daha iki təyyarə İrəvana çatdı15-ci Rusiya sülhməramlı briqadasının hərbi bölmələrinin şəxsi heyətinin və zirehli maşınların olduğu daha iki “An-124” tipli hərbi nəqliyyat təyyarəsi İrəvan hava limanına enib.

Avrasiya.net xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.

“Təyyarə ilə 10 ədəd “BTR-82A” zirehli texnika, maddi-texniki təminat avadanlıqları, həmçinin sülhməramlı bölmələrin təxminən 30 hərbi qulluqçusu çatdırılıb” deyilir.

Bildirilir ki, yüklərin boşaldılmasından, bölmələrin texnikalarının yoxlanılmasından və hazırlanmasından sonra Qoris şəhərindəki cəmləşmə ərazisinə üç yüz kilometrlik yürüş həyata keçiriləcək.

Bundan əvvəl Qarabağa 170 sülhməramlının olduğu 20 təyyarənin göndərildiyi xəbər verilmişdi.
Trampın "Evdə tək-2" filmində necə yer alması məlum oldu"Evdə tək-2" filminin rejissoru Kris Kolambus ABŞ prezidenti Donald Trampın bu ekran əsərinə necə düşməsindən danışıb.

Bu barədə “Report” “Insider”ə istinadən xəbər verir.

Rejissorun sözlərinə görə, yaradıcı heyət filmin çəkilişləri üçün həmin vaxt Trampa aid olmuş "Plaza" mehmanxanasını seçib. Ancaq ABŞ-ın gələcək liderinə qonorar verlərkən Donald Tramp kinematoqrafçılara qeyri-adi şərt irəli sürüb.

"Sizin filmin mehmanxanada çəkilişlərini apara bilməniz üçün yeganə üsul mənim filmdə olmağımdır", - Kolambus Trampın sözlərini sitat gətirib.

Rejissorun sözlərinə görə, filmin ilk nümayişində tamaşaçıların xoşuna gəldiyinə görə, o, səhnəni Trampla tərk etmək qərarına gəlib.

Qeyd edək ki, daha əvvəl ABŞ Prezidenti Donald Tramp özü məşhur "Evdə tək-2" filmində iştirakından bəhs edib.

"Çoxları hər il bu barədə danışırlar, xüsusilə Milad günlərində. Onlar, xüsusən azyaşlı uşaqlar deyirlər - mən indi səni kinoda gördüm. Onlar məni televizorda görmürlər kimi, mənə kinoda fikir verirlər. Bu, yaxşı filmdir və mən yumşaq desək, cavan idim. Mənim üçün bunu etmək şərəfli idi", - ABŞ prezidenti Floridadakı iqamətgahında hərbi qulluqçularla videoəlaqə ilə ünsiyyət saxlayaraq deyib.

Xatırladaq ki, 1992-ci ildə çəkilmiş filmdə Tramp da rol oynayıb. O, kiçik epizodda baş qəhrəmana – itmiş oğlan Kevinə kömək edir. Tramp ona mehmanxananın zalına necə keçməyi deyir. Bu epizod təxminən 10 saniyə davam edib.

İranda koronavirusa görə yeni məhdudiyyətlər tətbiq olunacaqİran hökuməti koronavirusla mübarizə çərçivəsində noyabrın 21-dən epidemiya sovuşanadək yeni məhdudiyyətlər tətbiq edəcək.

Avrasiya.net “Report”a istinadən xəbər verir ki, Milli Anti-Koronavirus Qərargahının iclasında çıxış edən Prezident Həsən Ruhani yeni tədbirlər planının icrasına qərargahın və Səhiyyə və Tibbi Təhsil Nazirliyinin məsul olduqlarını bildirib.

O, şəhərlərdə insanların bir yerə toplaşmasını, habelə gediş-gəlişini minimum həddə endirməyin vacibliyini dilə gətirib və hər kəsi özündən, ailə üzvlərindən, dost-tanışlarından muğayat olmasına çağırıb.

Milli Anti-Koronavirus Qərargahının sözçüsü Əlirza Rəisi planın təfərrütından danışaraq 100-dən çox şəhərin ən yüksək təhlükəni ifadə edən “qırmızı zona”ya, 150 şəhərin “naringi zona”ya, azı 155 şəhərin də az təhlükəli olduğu “sarı zona”ya aid edildiyini bildirib. “Qırmızı zona”da işləyənlərin yalnız üçdə biri işə getmək üçün evlərini tərk edəcək, bütövlükdə yol hərəkətinə (giriş-çıxış) məhdudiyyətlər qoyulacaq.

Son məlumata görə, İranda koronavirusa yoluxanlar 740 mini, ölənlərin sayı isə 40 mini keçib. Həmçinin 550 min nəfər sağalaraq xəstəxanalardan buraxılıb.
 Arutyunyandan şok etiraflar: Xalqı aldadırdıqKeçmiş qondarma “dqr”in separatçı-terrorçu başçısı Araik Arutyunyan etiraf dolu açıqlama verib.

Axar.az erməni mediasına istinadən xəbər verir ki, Araik aşağıdakıları bildirib:

“Torpaqları kim satdı? Biz xalq olaraq bunu bir yerdə etdik, 18-20 yaşlı uşaqlarımızı satdıq. Biz bir yerdə satdıq”.

Arutyunyan bildirib ki, biz saxta çəkilişlər paylaşaraq xalqı aldadırdıq. Nəticədə mühasirəyə düşmək təhlükəmiz yarandı. Ona görə də müqaviləyə imza atmalı olduq.

Azərbaycanın Qarabağ bölgəsini tərk etmiş ermənilərə müraciət edən Araik Arutyunyan deyib ki, onlar İrəvanda keçirilən etiraz aksiyalarına qoşulmasınlar:

”Siyasi intriqalara qoşulmayın”.

O vurğulayıb ki, ermənilərə müharibədə qələbə çalmaq üçün 80-100 min nəfər döyüşçü lazım imiş. Ancaq onlar bu qədər döyüşçü toplaya bilməyiblər.
Yunanıstan Türkiyənin Almaniyadan sualtı gəmilər alacağından narahatdırAlmaniya 214 tipli sualtı gəmilərin Türkiyəyə satışını dayandırmalıdır.

Avrasiya.net xəbər verir ki, bunu Yunanıstan xarici işlər naziri Nikos Dendias deyib.

“Yunanıstanda bu tip sualtı gəmilərdən 4 ədəd mövcuddur. Bunun sayəsində Aralıq dənizinin cənub-şərq hissəsində və Egeydə üstünlük bizdədir. Əgər bu gəmilər Türkiyəyə verilərsə, o zaman tarazlıq bizim üçün mənfi şəkildə pozulacaq”, - nazir bildirib.

Qeyd edək ki, Ankara Berlindən 6 ədəd 214 tipli sualtı gəmi sifariş edib.