ABŞ İranı sanksiya ilə hədələdiAmerika Birləşmiş Ştatları (ABŞ) gələn həftə İrana qarşı sanksiyaları sərtləşdirmək niyyətindədir.

Avrasiya.net xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi Mayk Pompeo adından yayılan yazılı açıqlamada bildirilib.

Qeyd olunub ki, bir il əvvəl İran şəhərlərindəki nümayişlərdən sonra, rəsmi Tehran həyata keçirdiyi repressiyaların izlərini senzura, hədə-qorxu yolu ilə gizlətməyə çalışıb və internetə tam məhdudiyyət qoyub.

Pompeo hesab edir ki, İran tərəfi həmin həftə ərzində törədilən cinayətlərlə bağlı müstəqil istintaq aparmaqdan hələ də imtina edir.
Ermənilər gedərkən minalar basdırırlar - FotoErmənilər qanunsuz köçürüldükləri evlərimizi qarət edib. İndi köçdükləri zaman evləri yandırır, bağlardakı ağacları kəsirlər.

Avrasiya.net xəbər verir ki, bu sözləri Dağlıq Qarabağın Azərbaycanlı İcması İB-in sədri müavini, professor Gülməmməd Məmmədov Tvitter səhifəsində yazıb.

O bildirib ki, ermənilər geri qayıdacaq azərbaycanlı mülki insanlarımızın ölməsi üçün minalar da qoyurlar.
Şuşada Fəxri Xiyaban salınsın -  Təklif Həkim-kardioloq, yazıçı Qlib Şəfahət Şuşanın erməni işğalçılarından azad olunmasında şəhid olanların xatirəsinin əbədiləşdirilməsi üçün Şuşada Fəxri Xiyabanın salınması təklifini verib.

Avrasiya.net xəbər verir ki, Q.Şəfahət sosial səbəkə səhifəsində yazır: "Çox yaxşı olardı ki, Şuşa uğrunda döyüşlərdə şəhid olmuş şəhidlərimizin hamsı Şuşada dəfn olunsun. Biz Şuşada Fəxri xiyaban salıb şəhidlərimizi dəfn edə bilərik. Qoy gələcək nəsillər, Şuşaya xaricdən gələnlər Xiyabanı ziyarət etsinlər, Vətən, torpaq uğrunda şəhid olanların xatirəsi anılsın. Əgər belə mümkün deyilsə, Şuşada Xatırə kompleksi açılıb Şuşa uğrunda həlak olanların hamsı orda öz əksini tapsın. Onlar heç vaxt unudulmasın.

Allahdan cəmi şəhidlərimizə rəhmət diləyirəm".
Rusiya sülhməramlıları 250 ermənini Xankəndinə qaytardı...- RƏSMİRusiya Müdafiə Nazirliyi və mediası Xankəndini qaniçən Stepan Şaumyanın adıyla “Stepanakert” kimi təqdim edir. Bu, ciddi məsələdir -onlara rəsmən anlatmaq gərəkdir...

Xankəndi şəhər sakini olduğu iddia edilən 250-yə yaxın erməni evlərinə qaytarılıb.

Bu haqda Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“14 Noyabr 2020-ci ildə təxminən 250 “Stepanakert” sakini evlərinə qayıdıb. Rusiya sülhməramlı kontingenti ərazidə yerləşdirildikdən və müşahidə məntəqələri qurulduqdan sonra qaçqınların olduğu ilk 9 avtobus “Stepanakert”ə daxil olub. Rus hərbçiləri mülki vətəndaşları “Stepanakert”dəki evlərinə qaytarmaq üçün avtobusların təmas xəttindən keçməsini təmin ediblər” – məlumatda belə deyilir.

P.S. Göründüyü kimi, Rusiya Müdafiə Nazirliyi və Rusiya mediası Azərbaycan Respublikasının hüquqi-tarixi şəhəri olan və 1991-ci ildə adı rəsmən dəyişdirilən Xankəndini məlumatlarda qaniçən Stepan Şaumyanın adıyla “Stepanakert” kimi təqdim edir. Son günlər Rusiya mediasında digər toponimlərimizlə bağlı da eyni vəziyyətə dəfələrlə rast gəlinir. Bu, ciddi məsələdir. Bunu rəsmən onlara anlatmaq gərəkdir...

Moderator.az
Ermənistan tərəfi Kəlbəcərdənki insanların çıxarılmasına görə vaxt istədi“Noybarın 10-da imzalanan üçtərəfli bəynatın icrası istiqamətində işlər davam etdilir. Dünən Prezident İlham Əliyevlə Rusiya prezidenti arasında telefon danışığı olub”.

Avrasiya.net xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, Kəlbəcərdən Ermənistan tərəfi orda olan insanların çıxarılmasına görə 25 dekabra qədər vaxt istəyib: “Azərbaycan tərəfi humanizmdən çıxış edərək 25 dekabra qədər Azərbaycanın işğal olunmuş ərazisi olan Kəlbəcərdən ermənilərin çıxarılması ilə bağlı qərar qəbul edilib”.
Cəbrayılda erməni general təcili tibbi yardım maşınına minib qaçıbCəbrayılda Ermənistan ordusunun bütün müdafiə xətləri məhv edildi. 80 erməni əsgərdən 40 nəfər qalmışdı.

Bunu erməni MMA döyüşçüsü Eduard Vartanyan deyib.

"Cəbrayılda olan erməni general təcili tibbi yardım maşınını saxladı, içindəki əsgərləri düşürüb, özü mindi" - deyə Eduard Vartanyan bildirib.

Onun sözlərinə görə, Azərbaycanın Pilotsuz Uçuş Aparatları mülki maşınları, obyektləri vurmurdu, buna görə də erməni genral təcili tibbi yardım maşınına minib ərazidən qaçıb. (trend)
Günahımız çox idi, Tanrı bizi cəzalandırdı – Erməni generalKTMT-nin tərkibində İslam ölkələri, Azərbaycan və Türkiyənin dostları var. Məhz buna görə bu təşkilatdan heç kim Ermənistanı adi bir sözlə belə dəstəkləmədi.

Axar.az xəbər verir ki, Ermənistanın keçmiş baş qərargah rəisi general-leytenant Norat Ter-Qriqoryants deyib.

“Bunun müharibə olduğunu anlamaq lazımdır. Kimsə qalib olur, kimsə məğlubiyyətini etiraf edir. Etiraf etmək lazımdır ki, Ermənistan bu müharibədə məğlub oldu. Çox səhv işlər gördük və Tanrı bizi cəzalandırdı. Bu, xalqımızın, əsgərlərimizin, çavuşlarımızın, komandirlərimizin, generallarımızın günahlarına görə baş verdi” , - general qeyd edib.
Dağlıq Qarabağdakı sülhməramlıların əsas vəzifəsi nədən ibarətdirNoyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş nazirinin imzaladığı birgə bəyanatla ordumuzun hərbi cəbhədəki qələbəsi diplomatik cəbhədə də rəsmiləşdirildi.

Bəyanata müvafiq olaraq, Dağlıq Qarabağda sülhməramlılar yerləşdirilib və proses, onun səbəbləri hazırda geniş müzakirə olunur.

Ümumi mənzərə onu deməyə əsas verir ki, bəzi hallarda sülhməramlı missiyanın mahiyyəti düzgün başa düşülmür və ya ümumiyyətlə təhrif edilir.

Belə isə sülhməramlı missiya nədir?

İlk öncə qeyd edək ki, BMT mandatlı və bu mandatdan kənarda olan qüvvələr münaqişə tərəfləri ilə razılaşdırılmış qaydada münaqişə bölgəsində sülhü təmin etmək məqsədilə fəaliyyət göstərirlər. Hazırda sülhməramlı qüvvələr Kosovo, Əfqanıstan, İraq, Haiti, Kipr, Livan, Suriya, Cənubi və Şimali Sudan, Mali, Kot-divuar və digər münaqişə bölgələrində müvafiq missiya yerinə yetirirlər.

Ümumilikdə BMT mandatlı 13 sülhməramlı missiya mövcuddur, bundan başqa BMT mandatı altında fəaliyyət göstərməyən daha 7 sülhməramlı missiya var.

Sülhməramlıların missiyası situasiyadan asılı olaraq fərqlənir. Lakin bütün sülhməramlı missiyalar öz fəaliyyətində beynəlxalq hüquqa və BMT-nin baza prinsiplərinə əsaslanırlar, münaqişə bölgələrində sülhün və təhlükəsizliyin təmin edilməsinə dəstək verirlər.

Missiyalar bir-birindən fərqlənsə də, hər bir əməliyyata aid olan ümumi cəhətlər mövcuddur:

- Sülhməramlılar müvafiq bölgəyə münaqişə tərəflərinin hər ikisinin razılığı əsasında yerləşdirilir;

- Sülhməramlılar qərəzsiz və neytral olmalıdır;

- Sülhməramlılar yalnız mandatlarının hüdudları çərçivəsində və özünümüdafiə məqsədilə silah istifadə edə bilərlər;

- Əldə olunmuş razılaşmaların yerinə yetirilməsinə dəstək göstərilməsi missiyanın başlıca vəzifəsidir;

- Keçid dövrünün çətinlikliklərinin aradan qaldırılmasına və tərəflər arasında əlaqə üçün yerli qarşılıqlı işlək mexanizmlərinin yaradılmasına dəstək göstərilir;

- BMT sülhməramlıları olmayan missiyaların fəaliyyəti üçün müəyyənləşdirilən hüquqi baza və onların həyata keçirdiyi sülhməramlı əməliyyatlar beynəlxalq hüquqa əsaslanır;

Hazırda Dağlıq Qarabağa Rusiya sülhməramlılarının yerləşdirilməsinin hüquqi bazası Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri arasında imzalanmış birgə bəyanatdır.

Dağlıq Qarabağa yerləşdirilən sülhməramlı kontingent Rusiya silahlı qüvvələrinin 15-ci əlahiddə sülhməramlı motoatıcı briqadasının hərbçiləridir. Həmin briqada Rusiyada BMT mandatı altında sülhməramlı missiyalarda iştirak üçün xüsusi yaradılmış yeganə heyətdir.

Sülhməramlı missiya Dağlıq Qarabağa dəqiq və konkret məqsədlə yerləşdirilib: dövlət başçılarının birgə bəyanatında nəzərdə tutulmuş vəzifələrin icrasına dəstək göstərmək.
İrəvan təzminat ödəməyə məcburdurErmənistan hər nə qədər etdiyi cinayətlərdən imtina etməyə çalışsa da, işğaldan azad edilən torpaqların real vəziyyəti bu ölkənin Azərbaycana vurduğu maddi-mənəvi, ekoloji zərərin miqyasını göstərir. İstənilən halda bu, cəzasız qalmamalıdır.

Bu sözləri Axar.az-a açıqlamasında beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev deyib.

Professorun sözlərinə görə, Azərbaycan tərəfi kapitulyasiyadan sonra Ermənistan tərəfinin torpaqlarına vurduğu zərər ilə bağlı kompensasiya tələb etmək haqqına sahibdir: “Rəsmi İrəvan de-yure kaputulyasiya sazişi imzalamasa da, imzalanan bəyanat kapitulyasiya mahiyyəti daşıyır.

Ermənistan heç bir halda müharibə humanitar və insanlıq cinayətlərinin məsuliyyətini üzərindən ata bilməz. Bu gün işğaldan azad edilən Zəngilan, Qubadlı, Kəlbəcər və digər torpaqların timsalında dəyən maddi ziyan göz qabağındadır. Yəni Ermənistan Azərbaycana təzminat ödəməkdən heç vaxt boyun qaçıra bilməyəcək.

Biz beynəlxalq təşkilatları əraziyə dəvət edib real ziyanı aktlaşdırıb təzminatın miqdarının hesablanması üçün müraciət edə bilərik. Dəyən ziyan tam olaraq hesablandıqdan sonra isə danışıqlar prosesinin predmeti olaraq təklif edə bilərik. Rəsmi İrəvan maddi və ya alternativ təkliflər ilə Azərbaycana vurduğu ziyanı kompensasiya etməlidir”.