Azərbaycan millisi bu gün Monteneqro ilə qarşılaşacaqFutbol üzrə Azərbaycan millisi növbəti oyununu keçirəcək.

Avrasiya.net xəbər verir ki, Canni De Byazinin baş məşqçi olduğu komanda UEFA Millətlər Liqasının V turunda Monteneqronu qəbul edəcək.

C Liqasının 1-ci qrupundakı qarşılaşma ölkədəki hərbi vəziyyətlə əlaqədar Xorvatiyanın Zapreşiç şəhərindəki “Ivan Laljak-Iviç” stadionunda baş tutacaq.

Bunadək 4 xal toplaya bilən yığma xal itirəcəyi təqdirdə qrup qalibi olmaq imkanından məhrum olacaq. Qazanılacaq 3 xal isə komandanın C Liqasında qalmasını rəsmiləşdirəcək.

Yığma qələbə qazana bilməsə də bu liqada qalması mümkündür. Qrupun digər görüşündə Kipr Lüksemburqu qəbul edəcək. Meydan sahibləri Azərbaycan seçməsindən yaxşı nəticə göstərməsə C Liqasında qalmaq üçün pley-offda mübarizə aparacaq.

Qrupda ilk pillənin də taleyinə aydınlıq gələ bilər. Yığma Monteneqronu məğlub etsə, Lüksem isə qələbə qazansa B Liqasına vəsiqənin sahibi müəyyənləşəcək. Görüşlər belə yekunlaşsa, son turda Azərbaycan seçməsi ilə üz-üzə gələcək Lüksemburq qrup qalibi olacaq.

Millətlər Liqası
V tur
21:00. Azərbaycan – Monteneqro
Baş hakim: Sergey İvanov (Rusiya)
Zapreşiç (Xorvatiya). "Ivan Laljak-Iviç" stadionu
Ermənilər kütləvi halda döyüşdən qaçırdı - StepanyanQarabağdakı son müharibənin gedişində kütləvi fərarilik halları Ermənistanda qızğın müzakirə olunur.

Avrasiya.net-in Virtualaz.org-a istinadən məlumatına görə, Ermənistan silahlı qüvvələri baş qərargah rəisinin keçmiş müavini, respublikanın sabiq hərbi komissarı general-mayor Levon Stepanyan bildirib ki, bu cür faktları diqqətdən kənarda qoymaq olmaz, əks halda onlar təhlükəli presedent olacaq.

L.Stepanyan Ermənistan hakimiyyətini və hüquq-mühafizə orqanlarını Qarabağda müharibə zamanı fərarilik faktlarının araşdırılmasına çağırıb.

"Hərbi mövqelərini tərk edən çoxsaylı fərarilərin olduğu hərbi əməliyyatların bir çox iştirakçıları və hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən təsdiqlənir. Bu vəziyyətdə nə edəcəyik? Əlbəttə, heç kəsi bağışlamaq olmaz. Amma digər tərəfdən, bu qədər sayda insanı cinayət məsuliyyətinə cəlb etmək çətin ki, mümkün olsun. Ancaq o da var ki, indi hakimiyyət fərarilik hallarına göz yumsa, bu, təhlükəli presedent ola bilər", - deyə general vurğulayıb.
Kəlbəcəri tərk edən ermənilər ağacları da kəsib aparır - FOTOKəlbəcəri tərk edən ermənilər ağacları kəsərək yük maşını ilə Ermənistana daşıyırlar.

Avrasiya.net xəbər verir ki, bu barədə xəbərlər erməni mətbuatında yer alıb.

Qeyd edək ki, Rusiya, Azərbaycan Prezidentləri və Ermənistanın Baş naziri arasında noyabrın 10-da imzalanmış bəyanata əasasən erməni işğalçıları noyabrın 15-dək Kəlbəcər rayonunu tam boşaltmalıdırlar.