5 gün əvvəl Nikola 4750 əsgər öldüyü bildirilib - MinasyanErmənistan Baş naziri Nikol Paşinyan Qarabağdakı erməni ordusunun itkilərini gizlədib ki, ictimaiyyət faciənin miqyasını başa düşməsin.

Avrasiya.net xəbər verir ki, bu sözləri öz Feysbuk səhifəsində Ermənistanın Vatikandakı səfiri Mikael Minasyan paylaşıb.

O, Ermənistan Müdafiə Nazirliyi və Milli Təhkükəsizlik Xidmətinin 5 gün öncə 4750 hərbçinin təsdiqlənmiş ölümü haqqında Paşinyana raport verdiyini bildirib.
Türkiyə Müdafiə Nazirliyi Qarabağla bağlı bəyanat yaydıÖz torpaqlarını 30 ildən sonra işğaldan azad edən azərbaycanlı qardaşlarımızın zəfərini qeyd edir, sevincini bölüşürük. Noyabrın 10-u gecə yarısından etibarən başlayan atəşkəs razılaşması ilə Ermənistanın işğalına son qoyulub, Azərbaycanın öz ərazisi olan Qarabağ azadlığa qovuşub.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin bəyanatında bildirilib.

“Noyabrın 11-də bölgədəki atəşkəsə nəzarət və təftiş üçün yaradılmasına qərar verilən Türkiyə-Rusiya Monitorinq Mərkəzi ilə bağlı memorandum imzalanıb. Türkiyə-Rusiya Monitorinq Mərkəzi ilə bağlı imzalanan memorandumun tətbiq olunmasına dair metod və əsasların Rusiya Federasiyası ilə müzakriə olunması davam edir.

Heyətlər arasındakı ilk iclas noyabrın 13-də Milli Müdafiə Nazirliyində gerçəkləşib. Bu gün də toplantılar davam ediləcək.

İmzalanan atəşkəs bəyanatındakı şərtlərin yerinə yetirilməsi, işğal altındakı bütün torpaqların Azərbaycana qaytarılması, bölgədə sülh və əmin-amanlıq mühitinin yenidən təmin edilməsi prosesini yaxından izləyəcəyimizi, güzəştə getməyə imkan verməyəcəyimizə, ehtiyac olduğu halda tərəddüd etmədən Azərbaycana hər cür dəstəyi verəcəyimizi bir daha vurğulamaq istəyirik. Azərbaycanın davası bizim davamız, sevinci sevincimiz, kədəri kədərimizdir”, - nazirliyin bəyanatında qeyd olunub.
Parlamentə girən erməni gənclərin meyiti tapıldı – Şok qisasErmənistanın Milli Məclis sədri Ararat Mirzoyanın kürsüsündə oturaraq siqaret çəkən etirazçının Razdan körpüsünün altında meyiti aşkar edilib. Axar.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb. Yerli polis orqanlarının məlumatına görə, naməlum gəncin dünən saat 22:00-da körpüdən özünü atdığı barədə məlumat daxil olub. 1993-cü ildə anadan olmuş Qarnik Petrosyanın intihar etməsi şübhəsi ilə istintaq aparılır. Daha sonra isə məlum olub ki, məmur kürsüsündə oturan gəncin adı Rafiqdir. Onun yanında dayanan bayrağa bükülmüş şəxs də ölü tapılıb. İddia olunur ki, hər iki etirazçı hakimiyyətin intiqam qurbanlarıdır.
İşğalçı Ermənistan beynəlxalq məhkəməyə verilməlidir - EkspertQHT sədri, beynəlxalq məsələlər üzrə ekspert Emin Əliyev Rusiya və Azərbaycan prezidentləri və Ermənistanın baş nazirinin birgə imzaladığı məlum 10 noyabr bəyanatına və Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarını boşaldılması məsələsiylə bağlımediaya müsahibə verib.

Avrasiya.net həmin müsahibəni tgəqdim edir:

- 10 noyabr bəyanatını necə dəyərləndirirsiniz və Minsk qrupunun aqibəti necə görünür?

- Azərbaycan bu savaşın birmənalı qalibidir. Ermənistan-Azərbaycan müharibəsi döyüş meydanında ölkəmizin tam qələbəsi ilə nəticələndi. On milyonluq Azərbaycan xalqı Ali Baş Komandanın əlavə əmrlərini gözləyirdi. Xalqımız hər zaman deyirdi ki, biriləri bu Ermənistanı başa salsın ki, türk millətinin səbrini test etmək bu günə qədər heç kəsə fayda verməyib. Ona görə də torpaqlarımız mümkün ən tez zamanda boşaldılmalıdır. Əgər başa sala bilmirlərsə də, o zaman kənara çəkilsinlər, biz özümüz onları başa salaq. Müharibənin zirvəsi Şuşanın azad edilməsi hesab edilsə də ordumuzun Xankəndinin 2 kilometrliyində müharibəni dayandırması bir qədər xalqı məyus etdi. Amma Azərbaycan xalqı və ordusu erməniləri çox yaxşı başa saldı. Rusiya, Azərbaycan prezidentləri və Ermənistanın baş nazirinin birgə imzaladığı 10 noyabr bəyanatı və Ermənistanın məğlubiyyəti qəbul etməsi bu bəyanatın ən üstün göstəricisidir. Hesab edirəm ki, bu sənəd hələ son deyil. Bunun ardınca silsilə sənədlər imzalanacaqdır. Bundan başqa milli qanunvericilikdə dəyişikliklər ediləcək. Hətta referendumun keçirilməsi belə mümkün ola bilər. Amma bir nüansı da inkar etmək olmaz ki, bu sənəd müharibənin dayandırılması, Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən çıxarılması kimi ciddi bəndləri özündə ehtiva etməklə yanaşı, ölkə ictimaiyyətində bir çox sualların yaranmasına səbəb oldu. Hesab edirəm ki, 30 ildən çox davam edən münaqişə 9 bəndlik bir bəyanatla yekunlaşası deyil və Ermənistanın məğlub elan edilməsi, bunun nəticəsində müəyyən maddi kompensasiya öhdəliklərinin üzərinə qoyulması, separatçı ermənilərin (Araik Arutyunyan başda olmaqla) Azərbaycan Respublikasına mühakimə edilmək üçün təhvil verilməsi kimi şərtlərin qoyulduğu daha bir müqavilənin imzalanması ilə nəticələnəcəkdir. Mütləq işğalçı Ermənistanın 30 il işğal altında saxladığı ərazilərimizə vurduğu ziyana görə beynəlxalq məhkəmə yolu ilə kompensasiya ödəməlidir. Baxın, Birinci və İkinci Dünya müharibələrindən sonra dəymiş ziyana görə kompensasiyaların ödənilməsi prosesi həyata keçirilib. Məsələn, Körfəz müharibəsindən sonra İraqdan Küveytə vurduğu ziyanın ödənilməsini tələb edən BMT-nin 687 saylı qətnaməsi qəbul olunub. O zaman BMT Kompensasiya Komissiyası dəymiş ziyanın məbləğini 52.4 milyard dollar müəyyənləşdirib. Həmin vəsaitin isə 48.7 milyard dollarının ödənilməsinə artıq nail olunub. Bu baxımdan, dəymiş ziyanın məbləği hesablanandan sonra Azərbaycan da beynəlxlaq məhkəməyə müraciət edərək işğalçı Ermənistan tərəfindən kompensasiyanın ödənilməsini tələb etmək hüququna malikdir. O ki qaldı, Minsk qrupuna, hesab edirəm ki, bu qrup BMT-dən mandat aldığına görə onun fəaliyyətinə də elə BMT son qoymalıdır. Artıq bu qrupun fəaliyyəti heç bir dövlətin marağında deyildir. İlkin təəssüratımız bundan ibarətdir ki, sülh danışıqları, sülhün dayanıqlılığına nəzarət regionun iki qüdrətli dövləti - Türkiyə Respublikası və Rusiya Federasiyası tərəfindən həyata keçiriləcəkdir.

- Türk ordusu Azərbaycanda olacaqmı? Bu sual hal-hazırda ölkə ictimaiyyətini ən çox narahat edən suallardan biridir.

- Açıq demək lazımdır, xalqımız 20 yanvarı, 366-cı alayı və buna bağlı digər faciələri unutmayıb və unutmamalıdır da! Bu xalqın haqqıdır ki, qeyd etdiyim faciələrin bir daha baş verməməsi üçün ehtiyatlı davransın, hökumətin ayıq-sayıq olması və qəti qərarlar verməsini istəsin, yeri gəlsə dəstək vermək üçün dövlətin yanında olsun. Müharibə başlayan gündən Türkiyənin ali rəhbərliyinin və əziz türk millətinin Azərbaycanın haqq savaşında onu tərəddüdsüz və birmənalı dəstəkləməsi isə millətimizin diqqətindən kənarda qalmadı. Bundan sonra da millətimiz arzu edir ki, bizi tərəddüd etmədən dəstəkləyən Türkiyə, sülhyaratma missiyasının daxilində də yer alsın. Azərbaycan ali rəhbərliyi də dəfələrlə bildirmişdir ki, Türkiyə bu işdə yer alacaqdır. Hesab etmirəm ki, hər hansı bir dövlətin hüquqi olaraq ixtiyarı olsun ki, Azərbaycanın öz ərazisində Türkiyə sülhməramlılarının da olması istəyinə qarşı çıxsın. Lakin təəssüf ki, nəticənin əldə edilməsi uğrunda hüquqi yanaşma ilə siyasi yanaşma bir çox hallarda fərqli yollarla meyl göstərirlər.

- Naxçıvan və Azərbaycanın qərb ərazilərini birləşdirəcək olan koridor Ermənistanın hansı bölgəsindən keçəcək? Və bu koridor Ermənistanın İranla əlaqəsini kəsəcəkmi?

- Əslində o koridor ötən əsrin 90-cı illərinin əvvəlinə qədər var idi və Bakı ilə Naxçıvanı birləşdirirdi. Lakin Ermənistanın Azərbaycana təcavüzü dərinləşdikcə o koridor artıq keçid üçün təhlükəli olmağa başladı və bu səbəbdən bağlandı. İşğal altında qalmış 132 km-lik Azərbaycan-İran sərhəd xətti boyunca Bakı-Şərur dəmir yolu xətti keçir. Bundan başqa bu dəmir yolu ilə parallel Zəngilan rayonuna qədər uzanan avtomobil yolu da var. Onu da deyim ki, dəmir yolu xətləri ermənilər tərəfindən dağıdılmış, relslər çıxarılaraq talan edilmişdir. Avtomobil yolu isə müasir tələblərə cavab vermir. Hesab edirəm ki, bütün bu yollar tamamilə yenidən qurulacaqdır. İlkin olaraq belə mülahizə irəli sürmək olar ki, öncədən mövcud olan dəmir yolu xətti və avtomobil yolları yenidən qurulacaq və dövrün tələblərinə uyğun formalaşdırılacaqdır. Lakin bəzi ekspertlər Ermənistan-İran sərhəd zolağı-yəni öncəki yol-nəqliyyat xətləri ilə üst-üstə düşməyən yeni yolların çəkilməsi barədə danışırlar. Mən özüm o bölgədən olan bir şəxs kimi deyə bilərəm ki, bölgənin coğrafi quruluşu, relyefi, su və torpaq quruluşu onu göstərir ki, yeni yolların çəkilməsi ilə bağlı qərarın verilməsi əlavə çətinliklərin yaranmasına, vaxtın uzanmasına, külli miqdarda maliyyə vəsaitinin ayrılmasına gətirib çıxaracaqdır. Yeri gəlmişkən, bunu da deyim ki, Naxçıvan ilə koridorun açılması bu bəyanatın ən ali və strateji hissəsi hesab edilməlidir.

- Paşinyan öz hakimiyyətini qoruya bilsə, sizcə o Azərbaycan və Türkiyə ilə yaxşı münasibətlər qura bilərmi? Çünki nəticədə o da bölgədən rus faktorunun çıxarılmasında maraqlıdır.

- Nikol Paşinyanın uzaqgörən bir siyasətçi və dövlət adamı olduğunu düşünmək üçün heç bir əsasımız yoxdur. Əgər o həqiqətən də verdiyiniz sualda göstərildiyi kimi sərhəd qonşuları olan Türkiyə və Azərbaycanla xoş bir münasibət qurmaq istəyirdisə bunu minlərlə erməni əsgərininin ölümünə bais olmadan etməli idi. Bu məqamda onu vurğulamaq istərdim ki, hansısa bir dövlətlə xoş münasibətlər yaradaraq digər dövlətlərə arxa çevirmək feodalizm dövrünün diplomatiyasının prinsipləridir. Paşinyan daha dərin düşünərək bölgənin bütün dövlətləri ilə xoş münasibət yarada bilərdi. Lakin o bu tarixi şansı əldən verdi. 45 günlük müharibənin Ermənistana bütün sahələrdə vurduğu zərbənin nəticələrini 45 ilə belə aradan qaldırmaq çətin olacaq.

- Bu məğlubiyyətdən sonra sizcə Paşinyan öz taxtını rusyönümlü yeni rejimə buraxacaqmı?

- Nikol Paşinyan küçədən gəlmiş bir “lider”dir. Ona bundan sonra da etimad göstərmək və ya mühakimə etmək erməni xalqının daxili işidir. Fakt isə budur ki, Ermənistan müxalifəti və eləcə də digər siyasi qüvvələr rasional davranmadılar və şəraitə düzgün qiymət vermədilər. Bu məğlubiyyətdə onlar ən azı Paşinyan qədər rol oynayıblar. Doğrusu, düşünmürəm ki, Nikol Paşinyan hakimiyyəti əldən versin. Bilirsiniz ki, o özünü demokrat hesab etsə də artıq ölkəsində siyasi plüralizm demək olar ki, məhv edilib və kütləvi həbslər indi də davam edir. Bundan sonra da, Paşinyan dövlət hakimiyyətinin verdiyi bütün imkanlardan istifadə edərək opponentlərini sıradan çıxarıb hakimiyyətdə qalmağa çalışacaqdır. Yəni, qarşıdakı illərdə Ermənistanda siyasi sabitliyin baş tutması da heç real görünmür.

- Deyilir ki, Kəlbəcər boşaldılır. Hansı Kəlbəcər? 1992-ci ildə Ağdərə rayonunun bölünməsi ilə Kəlbəcər rayonunun ərazisi daha da böyüdü. İndi "Kəlbəcər boşaldılır" deyiləndə həmin hissə də nəzərdə tutulur?

- İmzalanan bəyanatda bütünlüklə Kəlbəcərin ermənilərdən boşaldılması göstərilib. Ümid edirik ki, 45 günlük müharibənin qalibi olan Azərbaycanın heç bir sualı cavabsız qalmayacaq və dövlətimizin maraqları tam təmin ediləcəkdir. Hesab edirəm ki, Ermənistan silahlı qüvvələri tez bir zamanda Azərbaycan ərazisini birmənalı şəkildə tərk etməlidir. Bundan başqa separatçı ünsürlər ölkəmizə təhvil verilməlidir və onlar Azərbaycan qanunvericiliyi ilə mühakimə edilməlidir. Biz münaqişə bölgəsində yaşayan erməniləri Azərbaycan Respublikasının vətəndaşı kimi qəbul etməyə hazırıq. Kim Azərbaycan Respublikasının vətəndaşı olmağa razılıq verəcəksə buyuracaq, istəməyən də yəqin ki, özünə pasport ala biləcəyi dövlət axtaracaq. Bunlar baş verdikdən sonra Azərbaycan Respublikası özü müəyyən edəcək ki, erməni əsilli vətəndaşlarımıza hansısa əlavə hüquq və imtiyazlar verilsin ya yox!
Jirinovskidən ŞOK: Ermənistan Rusiyanın tərkibində olmalıdırErmənistanın başqa çıxış yolu yoxdur, o, Rusiya Federasiyasının tərkibinə daxil olmalıdır.

Avrasiya.net Axar.az-a istinadla xəbər verir ki, bu barədə rusiyalı deputat Vladimir Jirinovski “Komsomolskaya Pravda” radioverlişində danışarkən deyib.

“Ermənistanın başqa çıxış yolu yoxdur. Məsələni köklü şəkildə həll etmək lazımdır. Bu ölkə Rusiyanın tərkibinə daxil olmalıdır. Beləliklə, bütün problemlərə birdəfəlik son qoyulacaq”, - Jirinovski bildirib.
Erməni kəşfiyyatı batalyon komandirini həbs etdiErmənistan Milli Təhlükəsizlik Xidməti Sisakan dəstəsinin komandiri Aşot Yerkat ləqəbiylə məşhur olan Aşot Minasyanı həbs edib.

Bu sözləri öz Feysbuk səhifəsində “Yerevan Tudey”in baş redaktoru Sevak Akopyan paylaşıb. Onun sözlərinə görə, Minasyan sentyabrın 28-dən etibarən Qarabağdakı hərbi fəaliyyətlərdə iştirak edib.
Şuşa döyüşlərində Şəhid olan 6 hərbçimiz təhvil alındıAzərbaycanın Respublikasının Dağlıq Qarabağ bölgəsində dislokasiya olunan Rusiya sülhməramlı qüvvələrinin vasitəçiliyi və iştirakı ilə Şuşa şəhəri ətrafındakı döyüş meydanında həlak olan hərbi qulluqçuların bir neçəsinin cəsədlərinin toplanılması həyata keçirilib.

Bu barədə Avrasiya.net-ə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Bu humanitar aksiya çərçivəsində Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçularının cəsədləri toplanaraq Ermənistan tərəfinə təhvil verilib.

Həmçinin, aksiya çərçivəsində Şuşa şəhəri ətrafında gedən döyüşlərdə şəhid olan Azərbaycan Ordusunun altı hərbi qulluqçusunun cəsədi təhvil alınıb.

Humanitar aksiya Azərbaycan Respublikası Prezidentinin, Ermənistan Respublikası baş nazirinin və Rusiya Federasiyası Prezidentinin 10 noyabr 2020-ci il tarixli Bəyanatının səkkizinci bəndinə uyğun olaraq həyata keçirilib.

Bu humanitar aksiyanın təşkilinə görə Rusiya Federasiyasının Müdafiə Nazirliyinə və şəxsən Müdafiə naziri ordu generalı Sergey Şoyquya minnətdarlığımızı bildiririk.
Müasir dövrdə gənc könüllülərin diaspor fəaliyyətində iştirakı mühüm əhəmiyyət kəsb edirYaxud “Gənc könüllülərin diaspor fəaliyyətində iştirakının təbliğ olunması” layihəsinin gələcəkdə də davam etdirilməsi vacibdir

(əvvəli ötən sayımızda)

Nəzərə alsaq ki, bütün sahələrdə düşmən bundan sonra da Azərbaycana qarşı təxribatlar törətməyə çalışacaq, diasporumuz son dərəcə ayıq-sayıq olmalıdır. Layihə boyu müsahibimiz olan gənclər, Türkiyənin ayrı-ayrı şəhərlərində məskunlaşmış soydaşlarımız da qeyd etdilər ki, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin bu istiqamətə yeni ruh gətirməsi, yeni yanaşması xaricdəki diaspor təmsilçilərimizi daha da fəallaşdırır, eyni zamanda onların üzərinə əlavə məsuliyyət qoyur. Həm diasporun fəaliyyəti baxımından, həm də artıq qalib xalqın nümayəndələri olaraq, bu sahədə yeni dövr başlayır. Bu dövrdə gənc diaspor könüllüləri, şübhəsiz, yenə ön sırada yer alıblar.
Beləliklə, “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyi “Gənc könüllülərin diaspor fəaliyyətində iştirakının təbliğ olunması” layihəsinin icrasının sonuna gəlib çatdı. Layihə çərçivəsində apardığımız araşdırma və monitorinqlər bir sıra mətləblərə də aydınlıq gətirdi. Maraqlı məqamlar üzə çıxdı. Layihənin davam etdiyi müddətdə Azərbaycan daxilində baş verən hadisələrə adekvat olaraq, dünyanın müxtəlif ölkələrində soydaşlarımızın həssaslığı hiss edildi. Sentyabrın 27-dən başlayan 45 günlük Vətən müharibəsində ön cəbhədə əsgər və zabitlərimizin apardığı savaş arxa cəbhənin, xüsusilə, informasiya cəbhəsində olanların mübarizəsi ilə bütövləşdi. İnformasiya savaşının önündə bu dəfə də gənclər ön sırada idilər. Beynəlxalq ictimaiyyətin doğru reaksiyasını təmin etmək üçün diaspor təşkilatları gənc könüllüləri səfərbər etdi və nəticə, artıq göz önündədir. Azərbaycan tək ön cəbhədən deyil, diaspor könülüllərinin də fəal şəkildə iştirak etdiyi informasiya savaşından qalib ayrıldı.

Bu proseslər və layihə çərçivəsində aparılan araşdırmalar, əslində, işin nə dərəcədə əhəmiyyətli və vacib olduğunu bir daha təsdiqlədi. Qalibiyyət soydaşlarımızın yaşadıqları ölkələrdə diaspor təşkilatlarının və gənc diaspor könüllüləri qarşısına yeni vəzifələr qoyur. Biz Türkiyənin Dənizli, Ankara, Kanadanın Toronto şəhərində yaşayan və ya təhsil alan azərbaycanlı gənclərin ölkəmiz adına gördüyü işlərlə tanış olduq, onların hər birinin fikirləri, diaspor qurumları ilə əlaqələri, işbirliklərini yaxından izlədik. Bu, əlbəttə ki, qürurvericidir. Qəlbi Azərbaycanla döyünən bu gənclərin hər biri Vətənimiz üçün bacardıqlarının ən yaxısını etməyə çalışırlar. Onlar olduqları yerdə, malik olduqları imkanlarla, xüsusilə, Azərbaycan üçün çox önəmli olan bu zaman kəsiyində haqq savaşına töhvə verməyə çalışır, səsimizi səslər içində eşidilməsinə dəstək olurlar. Lakin bu işlər gələcəkdə də davamlı şəkildə həyata keçirilməlidir. Çünki ölkə daxilində olduğu qədər, ölkə xaricində də informasiya təbliğatı, eyni zamanda diaspor könüllülərinin daha da fəallaşdırılması uğurlarımızı daha da artıracaq. Gənc diaspor könüllülərinin fəaliyyətini daha da səmərəli etmək üçün vəziyyəti bir daha dəyərləndirmək və hədəfə yönəlik plan üzrə hərəkət etmək olduqca zəruridir. Məsələn, Türkiyənin Dənizli şəhərində təhsil alan azərbaycanlı gənclərlə söbətdən belə məlum oldu ki, sadəcə, Azərbaycan sevdalısı olmaq, çox zaman bəs etmir. Belə ki, Dənizlidə azərbaycanlılar, Azərbaycanı sevənlər bu sevgilərindən xeyrimizə istifadə etmək üçün bu günə kimi hər hansı bir diaspor təşkilatında birləşməmişdir. Cünki, Dənizlidə Azərbaycanın diaspor təşkilatı yoxdur. Deməli, Türkiyənin Dənizli şəhərinin timsalında digər yerlərdə də, olmayan diaspor təşkilatlarımızın formalaşmasına çalışmalı, onlarla birgə gənc könüllülərin fəaliyyətini gücləndirməli, uzlaşdırmalıyıq.

Azərbaycan sevgisi heç bir halda bizim diaspor təşkilatlarında arxayınlıq yaratmamalıdır. Əksinə, Azərbaycana dost, qardaş olan ölkələrin bu münasibətindən xoş niyyətlə bəhrələnərək diasporamız həmin ölkələrdə daha fəal olmalı, orada yaradılan imkanlardan səmərəli istifadə etməlidir. Bunun üçün ölkəmiz, tariximiz, mədəniyyətimiz haqqında geniş, müfəssəl məlumatla silahlanmış gənclərin – diaspor könüllülərinin bilik və bacarığndan istifadə edilməlidir. Gəncləri bu fəaliyyətə hazırlamaq isə diaspor təşkilatlarının qarşısında bir tapşırıq kimi qoyulmalıdır. Hər kəsin oxuduğu ali məktəbdə bir Azərbaycan olması üçün diaspor təşkilatlarımız bundan sonra da həmin gəncləri vaxtaşırı, mütəmadi olaraq, bir araya toplamalı, onları ölkəmizn yürütdüyü siyasi, ictimai, sosial-mədəni istiqamətlərlə, bizim üçün prioritet olan məsələlərlə yaxından tanış etməli, gəncləri yetişdirməlidirlər.

Eyni zamanda, diaspor könüllülərinin fəaliyyətinin real nəticəsi üçün gələcəkdə onların olduqları ölkə daxilində media ilə əlaqələrinin daha da möhkəmlənməsi çox vacibdir və bu istiqamətdə davamlı addımlar atılmalıdır. Diaspor könüllülərinin xarici ölkələrdə yerli media qurumlarına çıxışı Azərbaycanın səsinin daha çox eşidilməsi deməkdir və indormasiya savaşında bunun vacibliyi göz önündədir.
Bir sözlə, layihə çərçivəsində görülən işlərə və apardığımız müşahidələrə əsaslanaraq ekspertlər olaraq gəldiyimiz qənaət budur ki, ölkədən kənardakı gənclərin gücünü diaspor təşkilatlarımızın fəliyyətinə yönəltmək bu gün də ən aktual məsələlər sırasındadır. Və nə qədər ki, bu belədir, buna köklənmiş layihələr davam etdirilməli, onlara dəstək göstərilməlidir. Sonda Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına və Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinə bizə bu layihənin reallaşması şansını verdikləri üçün bir daha təşəkkür edir və əmin olduğumu bildirirəm ki, hər iki qurum növbəti qrant müsabiqələri zamanı da bu tip layihələrin davam etdirilməsinə qərar verəcəklər. Əgər belə bir qərar olacaqsa “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyi olaraq gələcəkdə həmin layihələrdə məmnuniyyətlə iştirak edəcəyik.

Nüşabə Hüseynova

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi ilə birgə keçirdiyi qrant müsabiqəsi üzrə qalib olmuş “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin (CASCFEN) "Gənc könüllülərin diaspor fəaliyyətində iştirakının təbliğ olunması" layihəsi çərçivəsində dərc olunub
Rusiyadan sülhməramlıları daşıyan daha 20 təyyarə Yerevana gəldiRusiya dünən Qarabağda sülhməramlı missiya üçün daha 20 təyyarə göndərib.

Avrasiya.net xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat verib.

Müdafiə naziri Sergey Şoyqu artıq 1100-dən çox rus sülhməramlısının Dağlıq Qarabağa göndərildiyini açıqlamışdı.

Qeyd edilib ki, Qarabağa gedəcək Rusiya sülhməramlı qüvvələrinin ümumi sayı 1960 nəfər, həmçinin, 90 zirehli, 380 avtomobil və digər texnika olacaq.


İsrail Əl-Qaidənin liderlərindən birini İranda öldürübAmerikanın Keniya və Tanzaniyadakı səfirliklərinə terror hücumları təşkil etməkdə şübhəli bilinən “Əl-Qaidə” terrorçu təşkilatının liderlərindən biri Abdullah Əhməd Abdullah üç ay əvvəl İranda zərərsizləşdirilib.

“Report” xəbər verir ki, bu barədə “The New York Times” ABŞ-ın kəşfiyyat xidmətindəki mənbələrə istinadən məlumat verib. Belə ki, 7 avqustda İsrail kəşfiyyatçıları Tehran şəhərində Abdullahı səsboğucu tapança ilə qətlə yetirib.

Eyni zamanda silahlı hücum zamanı Abdullahın qızı, “Əl-Qaidə” terrorçu təşkilatının qurucusu Üsamə bin Ladenin dul arvadı Miriam da öldürülüb.

Nəşrin mənbələrinə görə, Abdullah 2003-cü ildən bəri İranda və 2015-ci ildən isə bu ölkənin paytaxtında yaşayırdı. Yerli media onu Livandan gələn tarix professoru Həbib Daud kimi tanıtsa da, Federal Təhqiqatlar Bürosu onu axtarışda olan ən təhlükəli terrorçular siyahısına salıb.

Qeyd edək ki, ABŞ-ın Keniya və Tanzaniyadakı səfirliklərindəki terror hücumları 1998-ci ildə baş verib. Nəticədə 12 Amerika vətəndaşı da daxil olmaqla 224 nəfər ölüb.