Nikol Paşinyana qarşı sui-qəsdin qarşısı alınıbErmənistanın Milli Təhlükəsizlik Xidməti ölkənin baş naziri Nikol Paşinyana qarşı sui-qəsd cəhdinin qarşısının alındığını bildirib.

Bu barədə “Report” Ermənistan mətbuatına istinadən xəbər verir.

Milli Təhlükəsizlik Xidməti bir qrup şəxs tərəfindən Paşinyanın həyatına qəsd etmək və Ermənistanda hakimiyyəti qəsb etmək məqsədi ilə qanunsuz olaraq silah, sursat, partlayıcı maddə əldə etmə və saxlama hallarını aşkarlayıb.

Qeyd edək ki, daha əvvəl Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru, müxalif Vətən Partiyasının sədri Artur Vanetsyan həbs edilib. O, baş nazir Nikol Paşinyana qarşı sui-qəsd hazırlamaqda və hakimiyyət çevrilişinə cəhddə ittiham olunur. Lakin A.Vanetsyanın rəhbərlik etdiyi partiya bunu hakimiyyətin repressiyası kimi qiymətləndirib.

Ermənistan Bakıda enən sərnişin təyyarələrini “S-300”lə vurmağa cəhd edib - VİDEO44 günlük müharibə dövründə Ermənistan tərəfi bir neçə dəfə Heydər Əliyev adına Beynəlxalq Hava Limanına enən sərnişin təyyarələrini vurmaq niyyətində olub.

Bu barədə “Caliber” “Youtube” kanalı məlumat yayıb.

Xəbərdə qeyd olunur ki, Ermənistan bu məqsədinə çatmaq üçün “S-300” zenit-raket komplekslərindən istifadə etməyə cəhd göstərib.

Düşmənin niyyəti Ukrayna səmasında Malayziya sərnişin təyyarəsinin vurulması ssenarisini həyata keçirmək olub.

Belə ki, Ermənistan təyyarələrin vurulma trayektoriyasını elə seçməyə çalışıb ki, insidentin səhvən Azərbaycanın törətdiyi versiyası ortaya çıxsın.


Modern


İlham Əliyev Putinlə danışdıRusiya Prezidenti Vladimir Putin Prezident İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanla telefon danışığı aparıb.

Avrasiya.net xəbər verir ki, bu barədə Kreml məlumat yayıb. Məlumata görə, telefon danışığı zamanı tərəflər Qarabağdakı son vəziyyəti müzakirə edib.

Kreml bildirib ki, atəşkəsə əməl edilməsinə və vəziyyətin stabillləşməsinə görə Putin məmnunluğunu bildirib.

İrandan Ermənistana yol çəkilməyəcək - Abbas AraqçiAvrasiya.net xəbər verir ki, bunu İran Xarici İşlər nazirinin müavini Abbas Araqçi İRNA-ya eksklüziv müsahibəsində deyib.

O bildirib ki, Dağlıq Qarabağda atəşkəslə bağlı bəyanatdan sonra İranın Ermənistan və Azərbaycana keçid yolları dəyişməyəcək.

“Təəssüf ki, sosial şəbəkə saxta xəritələrlə yanaşı, səhv məlumatlar da yayılır və hətta Ermənistan daxilindən İrana dəhlizin açılması barədə saxta informasiyalar paylaşılır. Bu, kökündən yalandır və təxribat məqsədləri üçün edilir”, - Araqçi qeyd edib.

"Bu xəritədə göründüyü kimi, geniş müzakirə olunan İran və Ermənistan sərhədi boyunca coğrafi zolaq yaradılması məsələsi tamamilə əsassızdır", - nazirlik rəsmisi əlavə edib.

Qeyd edək ki, bəyanata əsasən, Azərbaycanın Naxçıvanla quru əlaqəsini bərpa edəcək Zəngəzur dəhlizi yaradılacaq. Bununla da İranla Ermənistanın quru əlaqəsi kəsiləcək.

Füzulidə iki qardaş minaya düşdü: həlak olan varErmənistanın silahlı qüvvələri Azərbaycan Ordusunun uğurlu əməliyyatları nəticəsində geri çəkildikcə əraziləri minalayaraq növbəti təxribat əməllərinə yol verməklə, artıq yeni üsul və metodlardan istifadə edərək dinc sakinlərimizə qarşı cinayət əməllərini davam etdirir.

Bu barədə Avrasiya.net-ə Baş Prokurorluqdan məlumat verilib.

Belə ki, 14 noyabr saat 17 radələrində 2020-ci il tarixdə Azərbaycan Respublikasının vətəndaşları 1984-cü il təvəllüdlü Əhmədov Yasin Ələsgər oğlu və onun qardaşı 1989-cü il təvəllüdlü Əhmədov Asif Ələsgər oğlu Füzuli rayonunun işğaldan azad olunan ərazisində olarkən minaya düşüblər, nəticədə Yasin Əhmədov həlak olub, Asif Əhmədov isə ağır dərəcəli bədən xəsarəti alıb.

Dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı prokurorluq tərəfindən Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma), 116.0.6 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma) və digər maddələri ilə cinayət işi başlanılıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilib.

Hazırda prokurorluq əməkdaşları tərəfindən intensiv istintaq hərəkətləri həyata keçirilir.
Erməni terrorçuları Kəlbəcərə gəlir - FotoErmənistanın "Sasna Çrer" terror təşkilatının lideri Jirayr Səfilyan Kəlbəcər rayonunun Azərbaycana verilməsini pozmaq məqsədilə təxribat hazırladıqlarını bəyan edib.

Qarabağla bağlı əldə edilmiş razılaşmalara əsasən, ermənilər noyabrın 15-dək Kəlbəcər rayonunun ərazisini tamamilə tərk edərək onu Azərbaycanın nəzarətinə verməlidirlər.

Avrasiya.net Bakıpost.az-a istinadən xəbər verir ki, rayonun Azərbaycanın nəzarətinə verilməsinə bir neçə saat qalmış "Sasna Çrer" qruplaşması Kəlbəcərə kütləvi avtoyürüş təşkil etməyə çağırıb. Avtoyürüş noyabrın 14-ü səhərə təyin edilib və onun haqqında məlumatlar sosial şəbəkələrdə fəal şəkildə yayılır. İstisna deyil ki, avtoyürüş bəhanəsi ilə təşkilat üzvləri Rusiyanın sülhməramlılarına və Azərbaycan hərbçilərinə qarşı təxribatlar, terror aktları hazırlayırlar.

Onu da xatırladaq ki, "Sasna Çrer" silahlı qruplaşması 17 iyul 2016-cı il tarixində İrəvanın post-patrul xidməti alayının binasını ələ keçirmiş, girov götürmüş və prezident Serj Sərkisyanın istefasını tələb etmişdi. Bütün yaraqlılar terror aktından iki həftə sonra hakimiyyətə təslim oldular. Lakin N.Paşinyanın hakimiyyətə gəlişi ilə alayın silahlı işğalında iştirak edən bütün terrorçular həbsdən azad olundular. "Sasna Çrer" silahlı qruplaşması isə siyasi partiya kimi qeydə alındı.
Rüstəm Muradovdan ilk Qarabağ açıqlamasıQarabağ münaqişəsi bölgəsində əldə edilən atəşkəs razılaşmasına əməl olunur, toqquşma yoxdur.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, bu barədə Dağlıq Qarabağda Rusiya sülhməramlı qüvvələrinin komandiri genetral-leytenant Rüstəm Muradov video müraciətrində bildirib.

O deyib: “Üç dövlətin rəhbəri tərəfindən imzalanaraq noyabrın 10-da saat 00-dan qüvvəyə minmiş razılaşmalar bu gün tam şəkildə yerinə yetirilir. Əsas odur ki, təmas ərazisində hər növ döyüş əməliyyatları dayandırılıb, atəş səsləri gəlmir, vəziyyət yavaş-yavaş sabitləşir”.

MHP hər zaman dövlətin yanındadır - SədrƏlisahib Hüseynov
Milli Həmrəylik Partiyasının sədri


Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının Baş naziri və Rusiya Federasiyasının Prezidentinin noyabrın 10-da imzaladığı birgə bəyanat ölkəmiz və xalqımız üçün fövqəladə əhəmiyyətli sənəd hesab olunduğuna görə biz bu bəyanat haqda hələ uzun müddət danışacağıq. Bugünkü şərhimdə də sözügedən bəyanatın bəzi məqamlarına toxunacağam. Amma əvvəlcə qəhrəman əsgərlərimiz, şəhidlərimiz barədə bir neçə kəlmə demək istəyirəm.

Mən əziz şəhidlərimizə Allahdan rəhmət diləyir, yaralı qazilərimizə isə tez sağalmalarını arzu edirəm. Onlar həqiqətən də bizim qürur yerimizdirlər. Əsgərlərimiz bu 44 gündə canları və qanları ilə tarix yazdılar, 30 illik işğala son qoydular, boynumuzdan “Damokl qılıncı” kimi asılmış status-kvonu ləğv etdilər, Qarabağımız üzərindən oynanılan geopolitik ssenariləri alt-üst etdilər. Məhz hərbçilərimizin şücaəti və Ali Baş Komandanımızın uzaqgörənliyi, əzmkarlığı sayəsində torpaqlarımız işğaldan azad olundu. Qarabağın ürəyi, Azərbaycanın incisi olan Şuşa yenidən öz tarixi sahibinə qovuşdu. Biz 30 il idi ki, o torpaqlara həsrət idik. Həsrətimizə son qoyuldu. Biz bir millət olaraq natamamlıq kompleksindən, yarımçıqlıq hissindən xilas olduq. Və buna görə ilk növbədə əziz şəhidlərimizə, qəhrəman əsgərlərimizə borcluyuq. Həm də bir ömür boyu borcluyuq!

O ki qaldı 10 noyabr bəyanatına, açığı, mən bu sənədi də bizim böyük siyasi-diplomatik qələbəmiz kimi dəyərləndirirəm. 10 noyabrda imzalanan üçtərəfli bəyanat birmənalı şəkildə Ermənistanın təslimiyyət (kapitulyasiya) aktıdır. Biz bu məsələyə dair tarixi paralellər aparsaq, Ermənistanın imzaladığı bu kapitulyasiya aktını 1945-ci ildə Almaniyanın imzaladığı kapitulyasiya aktı ilə müqayisə edə bilərik. Fərq ondadır ki, 10 noyabr kapitulyasiya aktını birbaşa Ermənistanın Baş naziri Nikol Paşinyanın özü imzaladı, lakin Almaniyanın kapitulyasiya aktını isə feldmarşal Keytel imzalamışdı. Çünki həmin vaxt Almaniyanın dövlət başçısı (reyxs-füreri) Adolf Hitler artıq həyatda yox idi, intihar etmişdi.

Onu da qeyd etməliyik ki, İlham Əliyevin Vladimir Putinlə və Nikol Paşinyanla birgə imzaladığı bu bəyanatın mətni, müddəaları sentyabrın 27-dən başlayan Azərbaycan Ordusunun əks-hücumunun nəticəsində yaranmış yeni reallıqlara uyğun hazırlanıb. Bu isə o deməkdir ki, bəyanatın müddəalarında Azərbaycanın maraqları tam əksini tapıb. Çünki qalib tərəf kimi şərtləri məhz Azərbaycan tərəfi diktə edib. Ordumuzun tarixi qələbəsi təkcə Qarabağdakı reallıqları dəyişmədi, bu qələbə həm də işğalçı Ermənistanın öz daxilində yeni reallıqların formalaşmasına təkan verdi. İndi Ermənistanın daxilində hökm sürən biabırçı mənzərə və Paşinyana qarşı səngimək bilməyən etirazlar, istefa tələbləri məhz Şanlı Ordumuzun tam və qəti qələbəsinin təzahürləri, nəticələridir.

Qarabağın əllərindən çıxması Ermənistandakı siyasi qüvvələrin bir-birinə düşmən kəsilməsinə səbəb olub. Hazırda Ermənistan cəmiyyətinin daxilində güclü parçalanma tendensiyaları müşahidə olunur. Düşmən ölkə faktiki olaraq vətəndaş müharibəsinin astanasında, bir addımlığındadır. İndi Ermənistanda hər an kütləvi iğtişaşlar başlaya və qan tökülə bilər. Lakin düşmən ölkədə baş verənlərin fonunda Azərbaycanda isə tamam başqa bir mənzərənin hökm sürdüyünü müşahidə edirik. Sözügedən birgə bəyannaməyə xüsusi qürur hissilə imza atan Ali Baş Komandan, Prezident İlham Əliyev xalqımız tərəfindən güclü dəstəyə malikdir. Qalib Ali Baş Komandanla qalib xalq arasında möhkəm milli birlik və milli həmrəylik atmosferi hökm sürür. Biz bu həmrəyliyi 44 gün davam edən müharibə dönəmində də daim müşahidə etdik, bu gün də bu həmrəyliyin davam etdiyini və insanlarımızın əhval-ruhiyyəsindəki qələbə sevincinin coşqusunu görməkdəyik.

Bəli, indi hamımız Qələbə ovqatına köklənmişik. Ermənilər isə bu arada Kəlbəcərdə tərk etdikləri evlərə od vurur, meşələrdən ağacları qırıb odun kimi daşıyır, hətta unitaz və qapı-pəncərəni də belə söküb aparırlar. Bu da məğlub xalqın rüsvayçı davranışıdır. Artiq erməni murdarlığını, xainliyini, xəbisliyini bütün dünya gördü. Məğlub xalqın hansı xislətin yiyəsi olması bütün çılpaqlığı ilə üzə çıxdı. Bizsə məğrur xalq, nəcib toplum olduğumuzu 44 günlük müharibənin gedişində hər kəsə əyani şəkildə göstərdik. Necə deyərlər, bəşəriyyət müharibənin erməni üzünü də, azərbaycanlı üzünü də gördü. İndi hər kəs “Mən azərbaycanlıyam!” sözünü xüsusi fəxr hissilə dilə gətirə bilər.

Mən fürsətdən istifadə edib cənab Prezidentimizi, Xalqımızı və Ordumuzu bir daha bu möhtəşəm Qələbə münasibətilə ürəkdən təbrik edir və qarşıdakı siyasi-diplomatik mübarizə mərhələsində dövlətimizə uğurlar diləyirəm. Milli Həmrəylik Partiyası olaraq biz hər zaman dövlətimizin yanındayıq!
Nazir generalı vəzifədən azad etdiBakı şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Mirqafar Seyidov vəzifəsindən azad edilib.

Bu barədə Daxil İşlər naziri Vilayət Eyvazov əmr imzalayıb.

Nazirin digər əmri ilə M.Seyidov Nəqliyyatda Baş Polis idarəsinin rəisi təyin olunub.

Xatırladaq ki, bu idarənin keçmiş rəisi, general-mayor Emin Şəkinski bu ilin oktyabrında vəfat edib.

Qeyd edək ki, Seyidov Mirqafar Mircəfər oğlu 1965-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Şahtaxtı kəndində anadan olub. 2005-ci ildə Naxçıvan Dövlət Universitetinin hüquq fakültəsini bitirib.

1989-cu ildə daxili işlər orqanlarında xidmətə başlayıb, cinayət axtarışı strukturlarında müxtəlif vəzifələrdə işləyib.. 2005-2007-ci illərdə Daxili İşlər Nazirliyi Miqrasiya Xidmətinin rəis müavini, DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəis müavini, DİN Daxili Təhlükəsizlik İdarəsinin rəisi, 2007-2014-cü illərdə isə DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi vəzifələrində çalışıb.

2014-cü ilin noyabr ayında Bakı şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsinə təyin olunmuşdu.(bakupost)


Paşinyan hakimiyyəti erməniləri zorla Xankəndinə qaytarır – FOTOErmənistan hakimiyyəti Qarabağı tərk etmiş erməniləri müxtəlif təzyiqlərlə yenidən bölgəyə qaytarır.

Erməni mətbuatı xəbər verir ki, Yerevan, Gümrü və s. şəhərlərə gələn Qarabağ erməniləri xüsusi avtobuslara mindirilərək yenidən Xankəndinə, Ağdərəyə və Xocavəndə qaytarılır.

Bölgəyə dönmək istəməyən sakinlərə sosial yardımı kəsilməsi, qeydiyyat problemləri və s. təhdidlər göstərilir.

Xatırladaq ki, Xankəndində Qarabağ döyüşlərinə qədər yaşayan 50 min sakindən 48 mini şəhəri tərk edərək Ermənistana getmişdi.