Erməni tərəf məhv edilən daha 37 hərbçinin adını açıqlayıb Ermənistan hərbi itkilərini açıqlamaqda davam edir.

“Sputnik Ermənistan”ın verdiyi məlumata görə, ermənilər ölən daha 37 hərbçinin adını açıqlayıb.

Bununla da Ermənistan ordusunun rəsmi açıqlanan itki sayı 1339-a çatıb.

1. Derikyan Hayk Arturoviç, 2002

2. Nazaryan Galust Manukoviç, 1999

3. Maxmuryan Razmik Arsenoviç, 2002

4. Gabrielyan Volfik Vaxtanqoviç, 1994

5. Sarkis Graçikoviç Şamamyan, 1982

6. Pogosyan Manuk Arturoviç, 1991

7. Edvard Gagikoviç Dovlatbekyan, 1984

8. Saxakyan Armen Davidoviç, 1994

9. Kirakosyan Gevorg Rafaeloviç, 1988

10. Davtyan Mnatsakan Vazgenoviç, 1995

11. Qriqoryan David Komitasoviç, 1977

12. MKrtçyan David Muşegoviç,1992

13. Karen Xaçikoviç Sarkisyan, 1997

14. Muradyan Aşot Sergeeviç, 1965

15. Könüllü Ayrapetyan Armen Hayrapetoviç, 1988

16. Könüllü Artuş Aleksanoviç Martirosyan, 1989

17. Harutyunyan Gevorg Armanoviç, 1999

18. Könüllü Gor Artsvikoviç Soqomonyan, 1988

19. Mirzoyan Gürgen Baqratoviç, 1990

20. Könüllü Stepanyan Grigor Yaşaeviç

21. Könüllü Petrosyan Tatul Arşakoviç, 1982

22. Tovmasyan Tatul Vardanoviç, 2001

23. Muradyan Muşeq Sarkisoviç, 1993

24. Könüllü Vardan Samveloviç Sarkisyan, 1987

25. Könüllü Afiyan Yakov Sergeeviç, 1998

26. Könüllü Artak Abeloviç Tovmasyan, 1994

27. Könüllü Artak Hovhannesoviç Kazaryan, 1982

28. Könüllü Muşegyan Geqam Seyranoviç, 1969

29. Könüllü Qəzaryan Hayk Anuşavanoviç, 1967

30. Könüllü Paşyan Amayak Sosoviç, 1983

31. Ehtiyatçı Saribekyan Sargis Hovhannesoviç, 1989

32. Reservist Saryan Seyran Aramaisoviç, 1969

33. Reservist Suren Aşotoviç Ovannisyan, 1974

34. Könüllü Kiziryants Garnik Eduardoviç, 1991

35. Könüllü Karapetyan Arsen Stepaeviç, 1965

36. Vilhelm Aragonoviç Geqamyan, 2001

37. Allaxverdyan Leonid Conikoviç, 2000
Bacı qardaşını öldürdü- AğdaşdaNoyabrın 12-də saat 14 radələrində Ağdaş rayonu, Xosrov kənd sakini 1987-ci il təvəllüdlü Umarov Xancan Əmirxan oğlunun bıçaqlanaraq öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Ağdaş rayon prokurorluğundan Avrasiya.net-ə verilən məlumata görə, dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış araşdırmalarla zərərçəkmiş şəxsin bacısı 1996-ci il təvəllüdlü Ələkbərova Ülkər Əmirxan qızının şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Xancan Umarovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Ağdaş rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Ülkər Ələkbərova şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Qarabağ ermənilərinin çoxu Rusiyaya köçür - DaniyelyanQarabağ ermənilərinin çoxu Rusiyaya emiqrasiyaya hazırlaşırlar.

Axar.az xəbər verir ki, bu sözləri erməni politoloq Stepan Daniyelyan deyib.

“Bununla bağlı dövlət komitəsi yaradılmalı idi. Bəs biz nə görürük? Uduzanlar yalnız öz stullarının saxlanılması barədə düşünürlər. Biz geri dönüşü mümkün olmayan şəkildə genofondumuzu, ərazilərimizi itiririk”, – deyə o bildirib.

Qeyd edək ki, erməni siyasilərinin hamısı həyasız şəkildə işğal etdikləri torpaqları “ərazimiz” deyə adlandırmaqdan çəkinmir.
Paşinyana ailəsi ilə birgə Şuşada azanı dinlətmək lazımdır - ManaseryanErmənistan Prezidentinin Siyasi Şurasının İqtisadi Komissiyasının sabiq sədri, “Alternativ” Tədqiqat Mərkəzinin təsisçisi, keçmiş deputat Tatul Manaseryan Ermənistan Baş naziri Nikol Paşinyanı ailəsi ilə bərabər 1999-cu ildə qətlə yetirilmiş Baş nazir Vazgen Sarkisyanın Şuşadakı abidəsi yanında skamyaya bağlamağı təklif edib.

“Aysor.am” saytı T. Manaseryanın sözlərini sitat gətirir:

“Tutmaq, döymək və ya öldürmək lazım deyil. Onların bütün ailəsini skamyaya bağlamaq və bütün həyatları boyu Şuşada azanı dinləməyə məcbur etmək lazımdır. Bu, hökmdən daha qorxuludur”. (qafqazinfo)
Türkiyə Qarabağla bağlı "səlahiyyət sənədi" hazırlayırTürkiyə Silahlı Qüvvələrin Dağlıq Qarabağa göndərilməsi üçün lazım olan səlayhiyyətin verilməsi üçün sənəd hazırlanır.

Avrasiya.net xəbər verir ki, Rəcəb Tayyib Ərdoğanın imzası ilə hazırlanan "səlahiyyət sənədi"ndə Türkiyənin Dağlıq Qarabağdakı mövqeləri və neçə hərəkət edəcəyi ilə bağlı məlumatlar öz əksini tapacaq.

Həmçinin "səlahiyyət sənədi"nin istifadə məqsədinin detalları da açıqlanacaq.

Məlumata görə sənəd bu həftə Türkiyə Böyük Millət Məclisinə təqdim ediləcək.


Los-Ancelesdə türklərə hücum edən erməni həbs olunduABŞ-ın Los-Anceles əyalətinin Beverli Hils şəhərində türklərə məxsus “Cafe Istanbul” restoranına hücum edən erməni icmasının radikal üzvlərindən biri saxlanılıb.

“Report” xəbər verir ki, bu barədə Beverli Hils şəhərinin Polis Departamentinin saytı məlumat yayıb.

Qeyd edilir ki, Federal Təhqiqat Bürosunun və Los-Anceles Polis Departamentinin birgə təhqiqatı ilə 2020-ci ilin 4 noyabrında cinayətin törədilməsində şübhəli bilinən şəxslərdən biri dünən səhər Qlendeyl şəhərində həbs olunub. Beverli Hils Polis İdarəsi və Federal Təhqiqat Bürosu tərəfindən ətraflı araşdırma aparılıb, hadisə yerindən götürülmüş dəlillər analiz edilib və buna əsasən tədbir görülüb.

Təhqiqat nəticəsində 22 yaşlı erməni Uliyam Stepanyan həbs edilib. O, nifrət, qarət, vandalizmdə və digər cinayətlərdə ittiham edilir. Stepanyan hazırda Beverli Hils Polis idarəsindədir. Onun məhkəməsi noyabrın 16-da keçiriləcək.

Təhqiqat zamanı müəyyən olunub ki, cinayəti 6-8 nəfər törədib.

“Əgər sizdə şübhəlilər barədə hər hansı informasiya varsa, polisə müraciət edin. Əgər anonim qalmaq istəyirsinizsə, “BEVHILLSPD"-ə mesaj yazın”, - polisin vətəndaşlara müraciətində bildirilir.

Qeyd edək ki, noyabrın 4-ü axşam radələrində Beverli Hils şəhərində erməni icmasının radikal üzvləri türklərə məxsus “Cafe Istanbul” restoranına hücum edib. Beverli Hils Polis İdarəsinin məlumatına əsasən 6-8 nəfərdən ibarət qrup hücum zamanı restoran sahiblərinə xəsarət yetirərək və restoranın əmlakına qarşı vandallıq edərək külli miqdarda ziyan vuraraq, Azərbaycan və Türkiyə əleyhinə təhqiramiz ifadələr səsləndiriblər. Restoranın sahibləri arxa qapıdan qaçaraq cinayətkarlardan xilas ola biliblər.
Hikmət Hacıyev Polad Bülbüloğluna etiraz edib"Rusiya Federasiyası Silahlı Qüvvələrinə məxsus helikopterlə əlaqədar baş vermiş faciəvi hadisə ilə bağlı noyabrın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında telefon danışığı olub

Həmin gün Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi müvafiq açıqlama ilə çıxış edib. Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən bu təsadüfi faciə ilə əlaqədar cinayət işi açılıb. Azərbaycanın və Rusiyanın Baş prokurorları arasında istintaqın gedişi ilə əlaqədar telefon danışığı olub. İstintaqın gedişi ilə bağlı qarşılıqlı məlumat mübadiləsi həyata keçirilir.

Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirinin bu məsələ ilə bağlı verdiyi şərh yersizdir. Bu kimi hal Azərbaycan-Rusiya əlaqələrinə xələl gətirə bilməz".

Avrasiya.net xəbər verir ki, bu fikirləri Azərtac-a açıqlamasında Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

“Həmçinin, məsələnin mahiyyətinə varmadan Azərbaycanın Rusiyadakı səfirinin Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin statusu ilə bağlı söylədikləri qəbuledilməzdir. Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərinin rəhbərləri və digər rəsmi şəxsləri ölkənin rəsmi mövqeyinə və Prezident İlham Əliyevin yürütdüyü siyasətə zidd olan özbaşına açıqlamaların verilməsindən çəkinməlidirlər”, - deyə Prezidentin köməkçisi bildirib.

Xatırladaq ki, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğludur.
AVRO-2020-nin bütün iştirakçıları müəyyənləşdiAvropa çempionatının bütün iştirakçılarının adına aydınlıq gəlib.

Avrasiya.net xəbər verir ki, bu, AVRO-2020-nin pley-off mərhələsində final oyunlarından sonra məlum olub. Son 4 vəsiqəyə Şimali Makedoniya, Şotlandiya, Slovakiya və Macarıstan sahib çıxıb. Onlar müvafiq olaraq, C, D, E və F qruplarına düşüblər.

A qrupu: Türkiyə, İtaliya, Uels, İsveçrə

B qrupu: Danimarka, Finlandiya, Belçika, Rusiya

C qrupu: Niderland, Ukrayna, Avstriya, Şimali Makedoniya

D qrupu: İngiltərə, Xorvatiya, Şotlandiya, Çexiya

E qrupu: İspaniya, İsveç, Polşa, Slovakiya

F qrupu: Macarıstan, Portuqaliya, Fransa, Almaniya

Qeyd edək ki, koronavirus pandemiyası səbəbindən 2021-ci ilin yayına təxirə salınan AVRO-2020-nin matçları Bakı da daxil olmaqla qitənin 12 şəhərində baş tutmalıdır.


İsveçrədə atışma olub, ölən və yaralananlar varİsveçrənin Bil şəhərinin mərkəzində silahlı insiident olub.

“Report”un məlumatına görə, bu barədə yerli polisə və şahidə istinadən “20 Minutes” informasiya portalı bildirib.

Məlumata görə, cümə axşamı günün axşam saatlarında Bilin Mərkəzi meydanının ətrafında atışma səsləri eşidilib. Hadisə yerinə xeyli sayda polis bölmələri cəlb edilib.

“20 Minutes” qeyd edib ki, polis atışma barədə faktları təsdiq edib. Hadisə şahidinin sözlərinə görə, atışma yerli vaxtla saat 19:45-də (Bakı vaxtı ilə saat 20:45) qeydə alınıb. "Üç atəş eşitdim, bundan sonra insanlar, həmçinin mən qaçdıq", - o deyib.

“Berner Zeitung” qəzetinin məlumatına görə, atışma nəticəsində iki nəfər yaralanıb.

Öz növbəsində, ATS informasiya agentliyi Bern kanton polisinin nümayəndəsinə istinadən bildirib ki, hüquq-mühafizə orqanları insan meyiti aşkarlayıblar.








Levon Ter-Petrosyan erməniləri reallıqla barışmağa çağırdı“Erməni Milli Konqresinin dünənki bəyanatı bir çoxlarında-istər indiki hakimiyyət düşərgəsində, istərsə də müxtəlif radikal müxalifət düşərgəsində yanlışlıq yaradıb, o mənada ki, guya biz həmin düşərgələrdən birini dəstəkləyirik”.

luir.am.saytı bildirir ki, Ermənistanın eks-prezidenti Levon Ter-Petrosyanın bəyanatında delə deyilir.

Xatırladaq ki, ötən gün eks-prezidentin rəhbərlik etdiyi Erməni Ümummilli Hərəkatı N. Paşinyan hökumətini konstitusiyaya zidd tədbirlərdə ittiham edərək, Ermənistanda vətəndaş müharibəsi təhlükəsinin olduğunu bəyan edib.

“Aydındır ki, biz hakimiyyət uğrunda indiki mübarizənin nə iştirakçısı, nə də tərəfdarıyıq. Biz yalnız vətəndaş müharibəsindən yaxa qurtarmaq, hazırkı böhranı yalnız Konstitusiya yolu ilə aradan qaldırmaq istəyirik-bunu hansı tərəfin edəcəyindən asılı olmayaraq. Əlbəttə, ən arzuolunan variant iki tərəf arasında razılaşmadır.

Rusiya-Ermənistan-Azərbaycan üçtərəfli razılaşmasına gəldikdə isə, ən azından müharibənin başa çatdığını və bir daha qurbanların olmayacağını nəzərə alsaq, onu reallıq kimi qəbul etmək lazımdır. Sazişin həyata keçirilməsi və Qarabağ probleminin qəti həlli prosesi yaxın gələcəyin işidir və Ermənistan ona ciddi şəkildə hazır olmalıdır”, - deyə bəyanatda qeyd edilib.

Virtualaz.org