Döyüşlərdə ermənilərin 27 polisi məhv edilib, 150-i yaralanıb, 43-ü itkin düşüb Ermənistan Azərbaycan torpaqlarında Ordumuzun məhv etdiyi polislərinin sayını açıqlayıb.

Avrasiya.net xəbər verir ki, sentyabrın 27-dən noyabrın 10-dək 28 erməni polisin öldürüldüyü, 150 polisin yaralandığı bildirilib.

43 polis əməkdaşının isə itkin düşdüyü deyilib.

Qeyd edək ki, müharibə zamanı Ermənistan ordusundakı canlı qüvvə çatışmazlığı səbəbindən polis də daxil olmaqla, bütün strukturlarda səfərbərlik həyata keçirilmişdi.
Hindistan Səfirliyi tərəfindən 'COVID-19 üçün Ayurveda' vebinarı təşkil olunub5-ci Ayurveda Gününün qeyd olunması məqsədilə Hindistanın Bakıdakı Səfirliyi 13 noyabr, 2020-ci il tarixində vebinar təşkil edib. 2016-cı ildən etibarən Hindistan Höküməti Danvantri Cayanti günündə Ayurveda Gününü qeyd edir və bu il bu tarix 13 noyabra təsadüf edir. Ayurveda Günü, Ayurvedanın güclü tərəflərinə və özünəməxsus müalicə prinsiplərinə diqqət yetirməyi, Ayurvedanın potensialından istifadə edərək xəstəliklərin və əlaqədar ölüm hallarının azaldılması istiqamətində çalışmağı, Milli Səhiyyə Siyasəti və Milli Sağlamlıq proqramlarına dəstək məqsədilə Ayurvedanın imkanlarından istifadə etməyi və Ayurveda şəfa prinsiplərini cəmiyyətdə tanıtmağı hədəfləyir.

"Ayurveda Günü" şənlik və ya bayramdan daha çox peşəyə və cəmiyyətə yenidən ithaf vəsiləsidir. Ayurveda veb-seminarında Hindistanın tanınmış Ayurveda şirkətlərinin nümayəndələri 5-ci Ayurveda Gününün mövzusu olan COVID-19 üçün immunitet tədbirlərinə diqqət yönəldərək Ayurvedanın faydaları haqqında təqdimatlar edib. Hindistanın Azərbaycandakı səfiri cənab B. Vanlalvawna öz çıxışında Ayurvedanın heç bir əks təsiri olmayan təbii müalicə üsulu olmasını və Ayurvedanın Covid-19 kontekstində özünə qulluq üçün səmərəliliyini vurğulayıb.
Hindistan Səfirliyi tərəfindən 'COVID-19 üçün Ayurveda' vebinarı təşkil olunub
Veb-seminarda çıxış edənlərdən biri “Sri Sri Tattwa” nın direktoru cənab Arvind Varchasvi idi. “Sri Sri Tattwa” qədim həyat və rifah elmi vasitəsilə sağlam, xoşbəxt və müasir dünyanı hədəfləyən bir şirkətdir. Cənab Varchasvi, Ayurvedanın dünya miqyasında seçilən tibb sisteminə çevrilməsindən danışıb. O həmçinin, “Sri Sri Tattwa” nın sınaq və araşdırma fəaliyyətindən danışaraq öz məhsullarının COVID-19 pandemiyasına qarşı immuniteti artırmaq istiqamətindəki səmərəliliyi haqqında məlumat verib.

Baş menecer cənab Sameani Ahuca və Dr. H.S. Tivari “Multani Pharmaceuticals Limited” şirkətini veb-seminarda təmsil edib. “Multani Pharmaceuticals Limited” şirkəti fərdi qulluq, səhiyyə xidməti, evdə qulluq və Ayurveda dərmanları kimi beş fərqli istiqamətdə bir sıra klassik Ayurveda dərmanlarını və Ayurveda OTC (respetsiz) məhsullarını təqdim edir. Cənab Auca Covid-19-un yüngül və orta dərəcəli simptomlarının müalicəsində ənənəvi dərmanların səmərəliliyini vurğulayaraq “Multani Pharmaceuticals” məhsulları barədə təqdimat nümayiş etdirib.
Hindistan Səfirliyi tərəfindən 'COVID-19 üçün Ayurveda' vebinarı təşkil olunub
Dr. Nauşad Ali Rana “Hamdard Laboratories”i təmsil edirdi. 1906-cı ildə Delhlidə əsası qoyulan “Hamdard”ın adı, ən son tədqiqat texnologiyaları ilə nisbətən ucuz Ayurveda və Unani dərmanları sahəsində təmiz və yüksək keyfiyyət ilə eynilik təşkil edir. Dr. Nauşad Ali Rana Covid-19 kontekstində Unani dərmanlarının alternativ tibb kimi gücünü və immuniteti artıran üsulları vurğulaıb.

Vebinara Azərbaycanın əczaçılıq şirkətləri, yoqa mərkəzləri, yerli və Azərbaycanda fəaliyyət göstərən iş adamlarından ibarət 40-dan çox iştirakçı qoşulub.
Separatçı Fəxrəddin Abbasov həbsxanada intihar etdiDövlətə xəyanətdə təqsirləndirilən Fəxrəddin Abbasov saxlanıldığı cəzaçəkmə müəssisəsində intihar edib.

Avrasiya.net xəbər verir ki, onun saxlandığı Qobustan həbsxanasında intihar etməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə) çatdırma maddəsi ilə cinayət işi başlanılıb.

F.Abbasov Ermənistan xüsusi xidmət orqanlarının əməkdaşlarıyla əlaqədə ittiham olunaraq 16 il müddətinə azadlıqdan məhrum edilmişdi. O, 2019-cu ilin fevralında Rusiyada saxlanılaraq Bakıya gətirilmişdi.
Azərbaycan müharibədə itirdiyindən 6 dəfə çox hərbi texnika əldə etdi - Rusiya mətbuatıQarabağda bir aydan çox davam etmiş müharibə nəticəsində Azərbaycan ordusu itirdiyindən 6 dəfə çox hərbi texnika əldə edib.

Avrasiya.net-in məlumatına görə, bu barədə Rusiyanın “avia.pro” nəşri yazıb.

Nəşr qeyd edib ki, müharibə müddətində Ermənistan 185 tank və 43 piyadaların döyüş maşını (PDM) itirib. Onlardan 66 tank və 22 PDM Azərabycan ordusuna qənimət kimi keçib.

Bununla müqayisədə Azərbaycan yalnız 28 tank və 23 PDM, eləcə də 27 digər hərbi texnika itirib.
Xalq artistinin oğlu şəhid olduRespublikanın Xalq artisti, Akademik Milli Dram Teatrının aparıcı aktyoru Əli Nurun oğlu şəhid olub.

Kult.az xəbər verir ki, bu barədə aktyorun sənət yoldaşları məlumat yayıb.

Əli Nurun oğlu, baş leytenant Rövşən Nurzadə vətənin azadlığı, suverenliyi və ərazi bütövlüyü ,Şuşanın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə şəhid olub.

Allah rəhmət eləsin!
Polad Bülbüloğlu istefa verməlidir - ÇağırışAzərbaycan 44 gün Vətən Müharibəsini apardı, 300-ə yaxın şəhər, qəsəbə, kəndi düşməndən təmizlədi. Artıq dünya Azərbaycan ordusu barədə yüksək fikirlər söyləyirlər.

Avrasiya.net xəbər verir ki, bunu Milli Məclisin plenarn iclasında çıxış edən deputat Vahid Əhmədov deyib.

V.Əhmədov böyük qələbə münasibətilə Ali Baş Komandanı, Ordumuzu, Milli Məclis üzlərini, Azərbaycan xalqını təbrik etdi:

“İmzalanan bəyanat faktiki olaraq Ermənistanın hərbi kapitulyasiyası idi. Bəyanatda bir sıra məsələlər var ki, bizimçün çox əhəmiyyətlidir. Xüsusilə də muxtariyyat, status məsələsinin olmaması qeyd edilməlidir. Çox təəssüflər olsun ki, bəzi insanlar yenə də muxtariyyat məsələsini gündəmə gətirirlər. Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu elə bil ki, Rusiya xarici işlər naziri Sergey Lavrovu əvəz edir. Belə insanlar artıq Azərbaycan siyasətində qala bilməzlər! Onlar özləri istefa verib getməlidirlər! Cənab prezidentin dediyi kimi, “nə qədər mən prezidentdəm, heç bir statusdan söhbət gedə bilməz!”

V.Əhmədov 44 günlük Vətən Müharibəsi günlərində Azərbaycanın yanında olan Türkiyə dövlətinə və xalqına, prezident Rəcəb Tayyib Ərdoğan və onun komandasına, həmçinin Pakistan dövlətinə, baş nazirinə, xaqlına təşəkkür etdi.
"Azərbaycan Ordusu həlledici məqama çatanda Rusiya müdaxiləyə qərar verdi”“Ermənistan bölgədə balansın dəyişməsi ilə bağlı reallığı və Azərbaycanın güclənməsini qiymətləndirə bilmədi”.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bunu xarici əlaqələr üzrə ekspert Tornike Şaraşenidze “İmedi” telekanalına müsahibəsində deyib.

Ekspertin sözlərinə görə, Azərbaycan hərbi əməliyyatlar zamanı PUA-lar və yeni texnologiyalardan istifadə etməklə müharibədə dönüş nöqtəsi yaratdı: “Ermənistanda olan bütün hərbi sursat və texnika əsasən Rusiya istehsalıdır və Azərbaycanın PUA-ları qarşısında tamamilə zəif idi. Azərbaycan Ordusu həlledici məqama çatanda Rusiya müdaxiləyə qərar verdi”.

T.Şaraşenidze güclənən Azərbaycanın Rusiya üçün maraqlı tərəfdaş olduğunu və Türkiyənin bölgədə daha da fəallaşdığını qeyd edib.

“Erməni Rembo”su bu döyüşdə məhv edildiAzərbaycanın qədim şəhəri Şuşanın işğaldan azad edilməsi üzrə aparılan əməliyyat zamanı erməni ordusunun ən mühüm şəxslərindən biri zərərləşdirilib.

Ermənistanda “Rembo” kimi tanınan David Kamitasoviç Qriqoryan noyabrın 8-də məhv edilib.

Erməni KİV-in məlumatına görə, Qriqoryan, erməni terrorçubaşının, eləcə də Xocalı soyqırımının iştirakçısı general Vitali Balasanyanın “sevimlisi” olub.

Qeyd edək ki, David Qriqoryanın adı Ermənistan Müdafiə Nazirliyinin açıqladığı Azərbaycan Silahlı Qüvvələri tərəfindən məhv edilən 37 əsgərin arasında yer alıb.
Koronaya yoluxanların evdə özlərini müalicə edərkən yol verdiyi səhvlər71 saylı Moskva xəstəxanasının baş həkimi Aleksandr Myasnikov koronavirusa yoluxan xəstələrin evdə özlərini müalicə edərkən yol verdiyi səhvləri açıqlayıb.

Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, həkim xüsusi dərmanların, xüsusən də xlorokinin yalnız bir həkim təyin etdiyi təqdirdə istifadə edilə biləcəyinə diqqət çəkib. Onun sözlərinə görə, Covid-19 antibiotiklərlə müalicə olunmamalıdır. İnfeksiyaya qarşı mübarizədə bu dərman qrupu kömək edə bilməz, xəstənin müqavimət göstərməsi ehtimalı böyük olduğundan, bu, gələcəkdə problemlərə yol aça bilər:

“Qan durulaşdırıcı dərmanları qəbul etməməlisiniz - bunlar yalnız vəziyyəti ağır kimi qiymətləndirilən az sayda yoluxmuş insanlara həkim nəzarəti ilə təyin olunur. Bu dərmanları alaraq evdə özünə iynə vuran insanlar artıq xəstəxanalara kovid diaqnozu ilə deyil, beyin qanamaları və ya mədə-bağırsaq qanamaları ilə müraciət edirlər”, - Myasnikov Telegram kanalındakı bir mesajında ​​izah edib.

Sonda o, parasetamolun hərarəti azaltmağa kömək edəcəyini, interferon, sink preparatları ilə birlikdə C və D vitaminlərinin də köməkçi maddə olaraq istifadə edilə biləcəyini söyləyib.
Bakıda geniş dezinfeksiya işləri aparılacaqSon günlərdə COVID-19-a yoluxanlarının sayında artımın olması nəzərə alınaraq, noyabrın 14 və 15-də kommunal xidmətlərin xüsusi texnikası və əməkdaşları tərəfindən Bakı şəhəri üzrə əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.

Bu barədə Avrasiya.net-ə Bakı Şəhər İcra Hakimiyyətindən bildirilib.

Bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixlərdə küçəyə çıxmamaq xahiş olunur.