Paşinyan ölkədə interneti kəsəcək - BabayanNikol Paşinyan tərəfindən sifariş edilən bu həbslər siyasi təqibdir, məqsəd isə xain müqavilə yerinə yetirilənə qədər insanları həbsdə saxlamaqdır.

Avrasiya.net xəbər verir ki, bunu Ermənistanın Vətən Partiyasının üzvü Arsen Babayan deyib.

“Məndə məlumat var ki, yaxın vaxtlarda Ermənistanda interneti kəsəcəklər. Hakimiyyəti əldə saxlamaq üçün onlar buna hazırdır. Amma mən əminəm ki, onlar uğur qazanmayacaq, siyasi təqiblər nəticə verməyəcək və biz erməni xalqı ilə birlikdə bu satqın siyasətin davam etməsinə imkan verməyəcəyik”, - Babayan bildirib.

Qeyd edək ki, bu gecə Ermənistan müxalifətinin bəzi liderlərini Milli Təhlükəsizlik Xidməti saxlayıb.
Rusiya Qarabağda müşahidə postları qurmağa başladı - Baş Qərargahdan AÇIQLAMA12 noyabrdan etibarən Rusiya Dağlıq Qarabağda sülhməramlı qüvvələrin müşahidə məntəqələrini yaratmağa başlayıb.

"İzvestiya" xəbər verir ki, bunu Rusiya Federasiyası Silahlı Qüvvələri Baş Qərargahının Əməliyyat Baş İdarəsinin rəisi, general-polkovnik Sergey Rudskoy bildirib.

Onun sözlərinə görə, Rusiya Federasiyasından olan hərbi kontingentin Dağlıq Qarabağda yerləşdirilməsi 11 noyabr gecəsinə qədər başa çatıb.

S.Rudskoy müşahidə postlarının bir neçə gün əvvəl hərbi əməliyyatların keçirildiyi "Cənub" və "Şimal" bölgələrində mülki şəxslərin təhlükəsizliyini təmin etmək üçün qurulacağını qeyd edib:

"Birincisi, Xankəndi, Ağdam və Laçın yaşayış məntəqələrinə bitişik rayonları əhatə edir.

İkincisi, Tərtər və Ağdam bölgələrinin şimal hissələri, eləcə Ağdərə qəsəbəsidir.

Qarabağdakı təmas xətti və Laçın dəhlizi boyunca ümumilikdə 16 Rusiya müşahidə postu qurulacaq.

Rus hərbçilərinin vəzifəsi atəşkəs rejiminin pozulması halları barədə məlumat toplamaq, bu məlumatları dərhal sülhməramlı qüvvələrin komandanlığına çatdırmaq və eyni zamanda tranzit trafikin təhlükəsizliyini qorumaqdır".

Rudskoy rus sülhməramlılarının artıq Qarabağı Ermənistanla birləşdirən Laçın dəhlizinə nəzarəti ələ aldıqlarına diqqət çəkib.

General sülhməramlı tapşırıqların yerinə yetirilməsini təmin etmək üçün aviasiya və pilotsuz uçan aparatlardan istifadənin nəzərdə tutulduğunu da qeyd edib.

Qeyd edək ki, 9 noyabrda Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan, 10 noyabrdan etibarən Qarabağda hərbi əməliyyatların dayandırılması barədə müqavilə imzalayıblar. Sənəd, eyni zamanda, bölgəyə rus sülhməramlılarının daxil edilməsini, münaqişə tərəfləri arasında əsir mübadiləsinin aparılmasını və qaçqınların geri qaytarılmasını da təmin edir.

11 Noyabr tarixinə qədər Rusiyanın 23 İl-76 hərbi nəqliyyat təyyarəsi 15-ci sülhməramlı briqada, komandanlıq və texnikanın hərbçiləri ilə Ermənistana gəlib. Hərbçilər artıq Qarabağdakı sülhməramlı missiyanın ərazilərinə köçüblər. Ümumilikdə bölgədə 1960 rus hərbçi yerləşəcəkdir.

Modern
Paşinyan müxalifət liderlərini həbs etdirdiErmənistanın Milli Təhlükəsizlik Xidməti (MTX) bu dövlət qurumunun keçmiş direktoru, "Vətən" partiyasının lideri Artur Vanesyanı, "Çiçəklənən Ermənistan" partiyasının lideri Qaqik Sarukyanı, keçmiş vitse-spiker Eduard Şarmazanovun mətbuat katibi Ara Saakyanı saxlayıb.

Avrasiya.net xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Xatırladaq ki, Sarukyan baş nazir Nikola Paşinyana istefası tələbi ilə keçirilən mitinqin əvvəlində, Şarmazanov və Vanesyan isə mitinqdən sonra saxlanılıb.

Qeyd edək ki, Vanesyan bir sıra cinayət əməllərinin törədilməsində şübhəli bilinir.

Xatırladaq ki, Ermənistanda Nikol Paşinyana qarşı aksiyalar onun noyabrın 10-da Qarabağda təslimçilik bəyanatına imza atmasından sonra başlayıb.
Millimiz çətin səfərdən üzüağ çıxdıNoyabrın 11-də futbol üzrə Sloveniya və Azərbaycan milli komandaları arasında yoldaşlıq oyunu keçirilib.

Lyublyana şəhərindəki "Stojitse" stadionunda təşkil olunan matçda millimizin start heyətində meydana Emil Balayev, Anton Krivotsyuk, Maksim Medvedev, Bədavi Hüseynov, Təmkin Xəlilzadə, Amin Seydiyev, Vüqar Mustafayev, İsmayıl İbrahimli, Azər Salahlı, Mahir Emreli və Tellur Mütəllimov çıxıblar.

Sloveniya seçməsinin ilk on birliyində isə Vid Belets, Neyts Skubiç, Mario Yurçeviç, Kenan Bayriç, Mixa Mevlya, Yasmin Kurtiç, Sandi Lovriç, Qnezda Çerin, Mixa Zayts, Tim Matavj və Yosib İliçiç yer alıblar.

Macarıstanlı baş hakim Ferenc Karakonun idarə etdiyi oyunda hesab açılmayıb.

Azərbaycan yığması tarixində ilk dəfə Sloveniya ilə üz-üzə gəlib. Milli bu rəqiblə seçmə mərhələlərdə və yoldaşlıq oyunlarında qarşılaşmayıb.

Qeyd edək ki, Azərbaycan yığması noyabrın 14-də Monteneqro, üç gün sonra isə Lüksemburqla UEFA Millətlər Liqasının qrup mərhələsində son oyunlarında üz-üzə gələcək.
Azərbaycan niyə qalib gəldi? – Korotçenko yazdıRusiyalı məşhur politoloq və hərbi ekspert İqor Korotçenko Azərbaycanın Dağlıq Qarabağ uğrunda Ermənistanla müharibədə qalib gəlməsinin səbəblərini izah edib.

Avrasiya.net Bakupost.az-a istinadla xəbər verir ki, bu barədə hərbi ekspert Teleqram kanalında yazıb.

“Azərbaycan nəyə görə Dağlıq Qarabağ uğrunda Ermənistanla müharibədə qalib gəldi:

1. Güclü və iradəli prezident, Ali Baş Komandan İlham Əliyev.

2. Effektiv hazırlıqlı, texniki cəhətdən təchiz edilmiş müasir ordu.

3. Azərbaycan əsgərlərinin və zabitlərinin ruh yüksəkliyi.

4. Müharibənin ədalətli xarakteri – işğal altındakı ərazilərin azad edilməsi.

5. Səriştəli hərbi planlaşdırma, döyüş əməliyyatlarının hərtərəfli işlənməsi.

6. Ordu və xalqın birliyi.

7. İnkişaf etmiş hərbi-sənaye kompleksi.

8. Güclü və çoxşaxəli iqtisadiyyat.

9. Ölkə üçün optimal siyasi hakimiyyət sistemi”, - deyə İ.Korotçenko qeyd edib.
Ermənistanın keçmiş vitse-spikeri həbs edildiErmənistan parlamentinin keçmiş vitse-spikeri Eduard Şarmazanov həbs edilib.

Modern.az xəbər verir ki, bu barədə TASS-a sabiq sədr müavininin köməkçisi Qegam Petrosyan bildirib. Şarmazanov Ermənistan Milli Təhlükəsizlik Xidməti tərəfindən saxlanılıb. O, parlamentin qanunsuz iclasını təşkil etməkdə ittiham olunur.

Keçmiş vitse-spiker ilkin olaraq 72 saat müddətində həbsdə qalacaq.
Azərbaycanda Konstitusiya GünüdürNoyabrın 12-si Azərbaycan Respublikasının əsas qanununun - Konstitusiyanın qəbul edildiyi gündür.

Hazırkı Konstitusiya 25 il əvvəl - 12 noyabr 1995-ci ildə ümumxalq referendumu vasitəsilə qəbul edilib.

Bu, Azərbaycanın müstəqilliyini bərpa etməsindən sonra ilk Konstitusiyası idi.

Azərbaycan dövlətinin ilk Konstitusiyası 1921-ci il mayın 19-da I Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilib. Azərbaycan SSR Konstitusiyasının 1921-ci il SSRİ Konstitusiyasına uyğunlaşdırılmış yeni redaksiyası 1925-ci il martın 14-də IV Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilib. Azərbaycan SSR-nin 1978-ci il aprelin 21-də qəbul edilmiş son Konstitusiyası SSRİ Konstitusiyasına uyğunlaşdırılmış olsa da, müəyyən özünəməxsusluğa malik idi.

Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən yeni Konstitusiya layihəsi üzərində ciddi iş başlandı. 1994-cü ildə Prezident Heydər Əliyevin sədrliyi ilə Konstitusiya komissiyası fəaliyyətə başladı və layihə 1995-ci ildə ümumxalq müzakirəsinə verildi. 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul olundu.

Azərbaycanın yeni Konstitusiyası 5 bölmədən, 12 fəsildən və 158 maddədən ibarətdir.

Konstitusiyaya 24 avqust 2002-ci ildə, 18 mart 2009-cu ildə və 26 sentyabr 2016-cı ildə referendum yolu ilə əlavə və dəyişikliklər edilib.

1996-cı il fevralın 6-da Prezident Heydər Əliyevin sərəncamı ilə noyabrın 12-si Konstitusiya Günü elan edilib.

Report