Paşinyan erməni xalqına müraciət etdi: “Qarabağ münaqişəsi həll olunmayıb”Ermənistan baş naziri Nikol Paşinyan Qarabağ razılaşması ilə bağlı erməni xalqına müraciət etdi.

Ermənistan KİV xəbər verir ki, o, rüsvayçı məğlubiyyətin səbəbləri barədə izahat verib.

“Bu ağrılı sənədi imzalamaqla mən bilirdim ki, nəinki siyasi, həm də fiziki təhlükə altında idim. Amma mənə daha vacib olan 25 min hərbçinin həyatını xilas etmək idi. Niyə istefa vermədim? Bu, ağır vəziyyətdə fərarilik və məsuliyyəti başqasının üstünə atmaq demək idi”.

Paşinyan Qarabağ münaqişəsinin həll olunmadığını da əlavə edib.

“Bu sənəd münaqişənin konkret həllini nəzərdə tutmur. Bu sənəd döyüşlərin dayandırılması barədədir. Qarabağ münaqişəsi nə o vaxt, nə indi həll olunub”.

Paşinyan əhalini panikaya salmamaq üçün cəbhədəki ağır vəziyyət barədə ictimaiyyətə məlumat vermədiyini etiraf edib:

“Rusiyalı sülhməramlılar Qarabağ ərazisində bütün sakinlərin təhlükəsizliyini təmin edəcək. Onlar Xankəndi ilə Yerevan arasında yolun təhlükəsizliyini təmin edəcək”.

Modern
Nikol şok detalları açdı: Xankəndi və 25 min əsgəri itirirdikBəyanatın (Azərbaycan, Rusiya və Ermənistan arasında 10 noyabrda imzalanan Bəyanat nəzərdə tutulur – red.) erməni cəmiyyətində ciddi narahatlıq yaratdığını başa düşürəm. Ancaq imzalanan sənəd hələ “Qarabağ”ın həlli ilə bağlı son deyil.

Bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan xalqa müraciətində deyib.

O bildirib ki, Ermənistan və erməni xalqı çox ağır günlər yaşayır - ürəkdə kədər, gözlərdə yaş:

“27 sentyabrda müharibə başladı və Bəyanat imzalanması ilə başa çatdı. Çoxsaylı suallar doğuran Bəyanata görə məndən cavab gözləyirlər. Niyə sənəd imzalandı? Bu ona görə baş verdi ki, Baş Qərargah artıq hər dəqiqənin vacib olduğu, müharibənin dayandırılması vacibliyi barədə məruzə etdi”.

Paşinyan bildirib ki, Azərbaycan Ordusunun Xankəndini götürməsi an məsələsi idi:

“Çoxları deyir ki, əgər Hadrut və Şuşanı itirmişiksə, onda Xankəndinin itirilməsinin nə fərqi var ki?!

Halbuki Xankəndi itirilən kimi Əsgəran və Ağdərə (Martakert) də itiriləcəkdi. Çünki bu şəhər və rayonlarda müdafiə istehkamları yoxdur. Həm də döyüş qabiliyyətli qüvvələr yox idi ki, bu rayon və şəhəri qorusun.

Bu rayonlar itirilən kimi bizim orda olan 20 min əsgərimiz və xeyli zabitimiz üzük qaşı kimi mühasirəyə düşürdü. Onlar ya öləcəkdilər, ya da əsir düşəcəkdilər. Bu halda Kəlbəcər və Laçının itirilməsi qaçılmaz idi”.

Paşinyanın sözlərinə görə, komandirin funksiyası əsgərin qarşısına vəzifə qoymaqdır. Ancaq əsgər bu vəzifənin öhdəsindən gələ bilmirsə və heç nədən ölə bilərsə, onda vətən əsgərin həyatı naminə qurban verməlidir:

“Məhz buna görə mən bu məyusedici razılaşmanı imzaladım. Mən bununla 25 min əsgəri və özümü xilas etdim”.
"Eşq olsun bu qürur hissini bizə yaşadan Ali Baş Komandanımıza"Qələbə bizimdir! Gözünüz aydın!

Qürur mənbəyimiz, mədəniyyət beşiyimiz Şuşanın işğaldan azad olunması, ardınca Rusiya, Azərbaycan və işğalçı Ermənistan rəhbərlərinin birgə imzaladığı məlum bəyanat Qarabağın işğalına son qoydu. Bu zəfəri bizə yaşadan Azərbaycanın qəhrəman əsgərlərinə, Ali Baş Komandanımıza təşəkkür edirik. Eşq olsun qanı ,canı bahasına torpaqlarımızı mənfur düşməndən azad edən igid oğullarımıza! Eşq olsun bu qürur hissini bizə yaşadan Ali Baş Komandanımıza !

Vətən müharibəsi başlayan gündən hər an, hər saniyə xalq olaraq inandıq. Əsgərlərimizə inandıq! Ali Baş Komandanımıza inandıq! Böyük bir inamla müharibənin ilk günündən torpaqlarımızın uzun bir zamandan sonra işğaldan qarış-qarış azad olduğunun şahidi olduq. Biz heç vaxt inamımızı itirməmişik. Biz inanırdıq gün gələcək, biz doğma torpaqlarımızı işğaldan azad edəcəyik! Biz bilirdik bir zamanlar düşmənlərimizin havadarları sayəsində qovulduğumuz o yerlərə başı dik, ürəyi qürur hissi ilə dolu olaraq qayıdacayıq!

Hər gün rayonlarımızın, qəsəbələrimizin, kəndlərimizin azad olunması bizi qələbəyə yaxınlaşdırır. Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Suqovuşan, yüksək əhəmiyyət daşıyan strateji yüksəkliklər bir- bir azad olundu. Hər kənd hər şəhər uğrunda Azərbaycan əsgəri öz canı ilə qanı ilə Tarix yazdı. Hamı səbirsizliklə gözləyirdi ki, Ali Baş Komandanımız elan etsin ki, Qarabağın göz bəbəyi, mədəniyyət beşiyi ,alınmaz Qalamız –Şuşamız azad edildi. O, gün gəldi çatdı.Əziz xalqım , o gün bu , gündür. Cənab Ali Baş Komandan elan etdi: ”Əziz Şuşa Sən Azadsan! Əziz Şuşa, biz qayıtmışıq ! Əziz Şuşa biz səni dirçəldəcəyik! Qarabağ bizimdir! Qarabağ Azərbaycanındır !”

Bu sözlər ürəyimizi o qədər qürurlandırdı ki, deməyə söz tapmaq olmur. Bu o qədər xoşbəxt bir an idi. Bu elə bir an idi ki, biz bu günü, bu xəbəri illərdir gözləyirdik. Budur artıq həmin an, həmin gün 08.11.2020 bu tarix qələbəmiz, Şanlı Tarix səhifələrimizdən biridir artıq. Xüsusən də prezidentimiz deyəndə ki,: ”Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim ” bir daha qürur duydum. Ulu Öndər Heydər Əliyevin vəsiyyəti yerinə yetirildi. Bu gün müasir Azərbaycanın qurucusu Ulu Öndər Heydər Əliyevin ruhu şad oldu. Bu gün bütün azərbaycanlılar bu sevinci yaşadı. Vətən müharibəsi başlayan gündən düşmənə qarşı müharibədə qazandığımız qələbələr bir daha sübut etdi ki, Azərbaycan Ordusu güclüdür ,məğlubedilməz dir. Bəlkə də, bir çox dövlətlər ,ermənilər belə inanmırdı ki, Azərbaycan Ordusu qısa zaman ərzində Qarabağı azad edə biləcək, düşməni bir həmlədə püskürdə biləcək.
Həmişə olduğu kimi ermənilər informasiya sahəsində yalan məlumatlar yaymağa, bizim qələbələrimizə kölgə salmağa çalışdılar. Erməniləri müdafiə edən qüvvələr təəsüf ki, çoxdur. Bəzi ölkələr bunu açıq bildirsələr də, bəziləri bunu gizli edir. Hətta iş o yerə çatıb ki, məsələyə dini don geyindirməyə çalışanlar da az deyil. Tarixi faktları bilməyənlər danışanda nə qədər gülünc vəziyyətə düşürlər.

Bizim Prezidentimiz bütün müsahibələrində nə qədər savadlı ,bilikli olduğunu bir daha dünyaya sübut etdi. Sadəcə boş danışmaqla olmur. Hər şey faktlara əsaslanmalıdır. Bu faktları isə Prezidentimiz artıq bütün müsahibələrində hamının diqqətinə çatdırıb. Qarabağ tarixən Azərbaycan torpağı olub və həmişə də belə olacaqdır. Azərbaycan torpaqlarına ruslar tərəfindən köçürülən ermənilər dərk etməlidir ki, türk torpağının bir qarışını belə heç vaxt verməz .Bu bizə ulu babalarımızdan miras qalıb.

Torpaqdan pay olmaz!

Bütün xalqımızı təbrik edirəm. Rəşadətli ordumuz qələbəyə bir nəfəs qədər yaxındır. Tezliklə Qarabağ tamamilə azad olacaq. Bu torpaq uğrunda istər birinci Qarabağ müharibəsində, həm də indiki vətən müharibəsində şəhid olan əsgərlərimizin ruhu qarşısında baş əyirik. Onlar şəhid oldu ki, torpaqlarımız azad olsun, xalqımızın başı həmişə uca olsun. Qoy həmişə bayrağımız yüksəklərdə dalğalansın.

Yaşasın Azərbaycan! Yaşasın Ordumuz!

Rəşad Rəhmanov
YAP Siyəzən Rayon təşkilatının sədr müavini
Haqlı qələbəmiz mübarək! 30 il gözlədiyimiz Qarabağımızın QƏLƏBƏ NİDASI! Xalqımızın 30 illik həsrətinə Şanlı, Güclü Ordumuzun apardığı 45 günlük müharibə son qoydu. Azərbaycan və Rusiya prezidentləri, eyni zamanda Ermənistanın baş nazirinin imzaladığı müqavilə Böyük Qələbəmizin NİDASI oldu və Azərbaycan meydanda və masada Qələbə tarixini yazdı. İşğalçı Ermənistan Qarabağda təslim oldu.

Yaşa Ali Baş Komandanımız, 30 illik həsrətimizə son qoydun! Gözün aydın, Azərbaycanımız, şəhidlərimizin qanı yerdə qalmadı! Fədakar və qəhrəman əsgərləri olan bir Ordunun torpaqları əbədi olaraq işğal altında qala bilməzdi, qalmadı da.

Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə görüşü zamanı bildirdi ki, “Bu qələbə Azərbaycan tarixində əbədi qalacaqdır. Həm döyüş meydanında, həm danışıqlar masası arxasında biz istədiyimizə nail ola bildik!".

Ali Baş Komandanımız onu da bildirdi ki, bütün bu qələbələrimiz şücaətli əsgərlərimizin qəhrəmanlığı nəticəsində əldə olunub: "Mənim birinci təbrik etdiyim insanlar sizsiniz və sizin simanızda bizim bütün qəhrəman döyüşçülərimizdir. Gəlmişəm deyim ki, mən hər zaman sizinlə bir yerdə olacağam. Mənə arxalana bilərsiniz. Bizim qəhrəman döyüşçülərimiz gələcək həyatda da daim mənim nəzarətim altında olacaqlar. Bir daha sizi təbik edirəm, tezliklə sağalın, adi həyata qayıdın. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”.

Bəli, bu gün işğaldan azad edilən torpaqlarımız, məhz rəşadətli Ordumuzun və müzəffər Ali Baş Komandanımızın döyüşkənliyi, əzmi, qətiyyəti sayəsində mümkün oldu. Torpağımızın hər qarışı uğrunda canlarını fəda edən əziz şəhidlərimizin ruhları şad olsun. Onların ruhları qarşısında baş əyirik! Bu gün işğaldan azad olunan torpqlarımızda üçrəngli Azərbaycan Bayrağı dalğalanır. Dövlət başçısı onu da deyib ki, bizim mübarizəmiz haqq mübarizəsidir. Artıq bu gün Qarabağımız Azərbaycandır! Bəli, bu sevinc, bu qələbə güclü ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin uğurlu, proqmativ siyasətinin nəticəsində əldə olundu. Çünki güclü Ordu ilə güclü Dövlət anlayışı vəhdət təşkil edir. Çünki müstəqil dövlətin nüfuzu iqtisadi, siyasi, elmi potensialı ilə yanaşı, onun malik olduğu ordusunun qüdrəti ilə də ölçülür. Və ən sevincli tariximiz noyabrın 8-də 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edilməsi oldu. Torpaqlarımızın hər qarışı işğaldan azad olduqca sevincimiz birə on qat artır.

Azərbaycan Prezidenti, Ali Baş Komandanımız İlham Əliyevin dediyi kimi, Şuşasız bizim işimiz yarımçıq olar: “İşğal edilmiş torpaqların hər bir qarışı, hər bir şəhər bizim üçün doğmadır, əzizdir. Mənim üçün hər bir kəndin dəyəri, qiyməti o biri kəndlə müqayisədə, o biri şəhərlə müqayisədə eynidir, bərabərdir. Ancaq siz də yaxşı bilirsiniz ki, Şuşanın Azərbaycan xalqının qəlbində xüsusi yeri var. Bu, bizim tarixi şəhərimizdir, qədim mədəniyyət ocağıdır. Şuşa Azərbaycan xalqına bir çox istedadlı, dahi şəxslər bəxş edibdir. Əlbəttə ki, Şuşasız bizim işimiz yarımçıq olar”.

Dövlətimizin başçısı vurğulayıb ki, Şuşanın işğaldan azad edilməsi qarşıda duran hədəflər arasında xüsusi yer tutur: “Biz buna çalışmalıyıq, biz buna nail olmalıyıq. Bu, nə zaman olacaq? Əlbəttə ki, onu yaxın gələcək göstərər”.

Bu zaman çox keçmədi. 10 noyabrda Qarabağımız tam Azəzərbaycanın oldu. Qəhrəmanlıq salnaməsi yazan Azərbaycanım, bütün türk xalqım Qələbən mübarək! Haqlı qələbəmiz mübarək! Bu zəfərin təminatçısı Müzəffər Ali Baş Komandanımız İlham Əliyev və rəşadətli Azərbaycan Ordusu yaşatdı. Eşq olsun Ali Baş Komandanımız İlham Əliyevə! Eşq olsun qüdrətli Azərbaycan Ordusuna!

Qarabağ Azərbaycandır! Yaşasın Azərbaycan!”.

MEHDİ BALABƏYOV,
YAP Şabran rayon təşkilatının sədri
"Şayiələrə və təxribatçı fikirlərə uymağın zamanı deyil"Biz İkinci Qarabağ müharibəsindən qalib xalq, qalib dövlət, qalib ordu kimi ayrıldıq. Bu birmənalı və mübahisəsiz həqiqətdir. Odur ki, heç kim nə Qələbəmizə şübhə ilə yanaşsın, nədəki 10 noyabrda imzalanmış birgə bəyanatın müddəalarından narahat olmasın. Hər kəs əmin ola bilər, o bəyanatda Azərbaycanın maraqlarına zərrə qədər də zidd olan hər hansı bir neqativ məqam tapmaq mümkün deyil.

Bilirəm, bəziləri Xocalıya, Xocavəndə, Ağdərəyə, Xankəndiyə, Laçın dəhlizinə bizim nəzarət edib-etməyəcəyimizə görə əndişələnir. Digərləri Rusiya sülhməramlılarının burada hərbi baza qurmaq və ölkəmizdə həmişəlik qalmaq istəyəcəklərindən narahatdır. Elə insanlarımız da var ki, onlara elə gəlir ki, yəqin qardaş Türkiyənin sülhməramlıları prosesdə iştirak etməyəcək.

Xeyr, bu narahatlıqların və gümanların hamısı əsassızdır. Türkiyə sülhməramlıları ilə Rusiya hərbçiləri bölgədə atəşkəsin qorunmasına birlikdə nəzarət edəcək. Bununla əlaqədar olaraq artıq Hulusi Akarla Sergey Şoyqu arasında memorandum da imzalanıb.

10 noyabr bəyanatında Azərbaycanın ərazi bütövlüyü birmənalı olaraq tam təmin olunub. Odur ki, Xocalıya da, Xankəndiyə də, yuxarıda adlarını qeyd etdiyim digər yaşayış məntəqələrinə də biz nəzarət edəcəyik. Oralarda bizim üçrəngli bayrağımız dalğalanacaq və bizim dövlət qurumlarımızın fəaliyyəti təmin ediləcək.

Azərbaycan Prezidenti, Ermənistan baş naziri və Rusiya Prezidentinin imzaladığı birgə Bəyanata əsasən, məcburi köçkünlərimiz də BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ofisinin nəzarəti altında Dağlıq Qarabağın ərazisinə və ətraf rayonlara geri qayıdacaqlar. Bu proses mərhələli şəkildə həyata keçiriləcək. Hamımız Şuşaya, Ağdama, Xocalıya, Qubadlıya, Kəlbəcərə və digər yurd yerlərimizə qayıdacağıq. Mən bunu təkcə partiya sədri kimi yox, həm də bir məcburi köçkün kimi tam əminliklə deyirəm.

Eyni zamanda, Rusiya sülhməramlılarının Qarabağa gəlişinə görə təşviş keçirməyə, narahat olmağa ehtiyac yoxdur. Onsuz da bütün hallarda bölgəyə sülhməramlıların yerləşdirilməsi vacib idi. Odur ki, heç kim rusiyalı sülhməramlıların gəlişini 1920-ci ilin 27 aprelində 11-ci Qırmızı Ordunun gəlişi ilə eyniləşdirməyə, yersiz panika yaratmağa cəhd göstərməsin. İndi nə ötən əsrin 20-ci illəri, nədəki 90-cı illəri deyil. Dünya dəyişib, geopolitik reallıqlar dəyişib və Rusiya da dəyişməkdədir. Rusiya dövləti hazırda bizə qarşı ekspansiya siyasəti yürütməkdə yox, sıx əməkdaşlıq və mütəfiqlik etməkdə maraqlıdır. Bu baxımdan, bizim istəyimiz və razılığımız olmadan ərazilərimizdə Rusiya hərbi bazasının yaradılması əsla mümkün deyil.

Birdəki, indi bizim yanımızda qardaş Türkiyə Cümhuriyyəti kimi qosqoca müttəfiqimiz və qarantorumuz var. Türkiyə də Rusiya ilə birlikdə bölgədə sülhün zəmanətçisidir. Qardaş ölkə bizə qarşı hər hansı bir təcavüzkarlığın baş verməsinə, şərtlərin dəyişdirilməsinə yol verməz. Həm də indi Azərbaycan dövləti, Azərbaycan Ordusu da 90-lardakı zəif dövlət və dağınıq ordu deyil. Son 44 günlük müharibədə Dövlətimiz və Ordumuz nəyə qadir olduğunu bütün dünyaya göstərdi. İndi bizimlə heç kim zor dili ilə danışa bilməz. Odur ki, hər kəsin içi rahat olsun və hamı möhtəşəm Qələbəmizin dadını çıxarmağa çalışsın. Şayiələrə və təxribatçı fikirlərə uymağın zamanı deyil. Milli həmrəyliyimizi, birliyimizi əvvəlki ruh yüksəkliyi ilə davam etdirək.

Əlisahib Hüseynov
Milli Həmrəylik Partiyasının (MHP) sədri
1960 türk əsgərinin bölgəyə gəlməsi planlaşdırılır - KİVTərəflər arasında imzalanmış sənədin 5-ci maddəsinə əsasən, bölgədə Rusiyanın sülhməramlıları yer alırdı. Razılaşma əsasında Azərbaycan bölgəyə türk hərbçisini də istəyib və türk əsgərləri də artıq bölgəyə gəlir.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, bunu “A Haber”in Azərbaycana ezam olunmuş müxbiri Kərim Ulak deyib.

“1960 rus hərbçisi bölgəyə gəlir. Eyni sayda türk əsgərinin bölgəyə gəlməsi planlaşdırılır. Toplam 4 nəzarət, 16 müşahidə postları yaradılacaq. Dekabrın 12-dən başlayaraq rus və türk hərbçilər burada dövriyyə edəcək. Bölgədə bir dənə də olsun erməni hərbçisi olmayacaq. Bölgədə, özəlliklə ermənilərin sıx yaşadığı yerlərdə təhlükəsizlik və asayişi türk və rus hərbçilər təmin edəcək”, - o vurğulayıb.
Azərbaycanlılara 10 saat vaxt verən ermənilər indi Kəlbəcəri məcbur tərk edirlər - VİDEOAzərbaycanın Los-Ancelesdəki Baş konsulu Nəsimi Ağayev ermənilərin Kəlbəcəri işğal etmələri ilə bağlı video yayımlayıb.

Video 1993-cü ildə lentə alınıb. N.Ağayev “Twitter”də paylaşdığı videonu belə şərh edib:

“1993-cü ildə Azərbaycanın Kəlbəcər rayonu Ermənistan tərəfindən işğal edilib. Budur, Kaliforniya əsilli terrorçu Monte Melkonyan erməni əsgərlərlə oradadır. Onlardan biri Azərbaycanda mühasirədə olan sivil vətəndaşlara deyir: Ermənistanın ordusu Kəlbəcərə girib, mühasirədəsiniz. Sizə 10 saat vaxt veririk”.
Azərbaycandan Ermənistana təzminat DAVASI: söhbət 100 milyardlardan gedirAzərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə görüşündə Ermənistanın işğalı nəticəsində Azərbaycana dəymiş ziyanın ödənilməsilə bağlı hüquqi addımalrın atılacağını bildirib:

“Bu, vəhşilikdir, vandallıqdır, bu, hərbi cinayətdir. Düşmən hərbi cinayət törədib və artıq göstəriş verilib ki, dəymiş ziyanın hesablanması, onun uçotu təmin edilsin. Artıq qruplar səfərbər edilib, beynəlxalq ekspertlər dəvət ediləcək. Beynəlxalq ekspertlərin iştirakı ilə bütün dağıntıların maddi və mənəvi ziyanı hesablanacaq və biz - həm insanlar fərdi qaydada, eyni zamanda, mütəşəkkil qaydada düşməni beynəlxalq məhkəmələrə verəcəyik, onlar təzminat ödəyəcəklər, öz çirkin əməllərinə cavab verəcəklər və cavab verirlər”.

“Ermənistanın işğalçılığı 100 milyardlarla ölçülür”

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Modern.az-a bildirib ki, 30 illik işğalı nəticəsində Azərbaycana, onun vətəndaşlarına milyardlarla manat ziyan dəyib:

“30 il ərzində ermənilər Azərbaycanın təbii sərvətlərini talayıblar. Bunların hamısı hesablanmalıdır. Artıq ilkin hesablamalar var ki, bunlar beynəlxalq məhkəmələrdə araşdırma obyekti olacaq. Bununla yanaşı, 27 sentyabrdan bu günədək mülki əhaliyə, cəbhə bölgəsindən kənarda yerləşən ərazilərə çox ciddi ziyan dəyib. Bununla bağlı Baş prokuror Kamran Əliyevin rəhbərliyi yaradılan Komissiya tərəfindən iş gedir. Söhbət böyük məbləğdə təzminatdan gedir. Məsələyə necə, hansı məhkəmələrdə baxılacaq, bu, sonrakı mərhələdə müəyyənləşəcək. Amma söhbət 5-10 milyarddan yox, 100 milyardlardan gedir. Bu təzminatı Ermənistandan mütləq və qəti surətdə tələb edəcəyik”.

“Komissiya öz işinə başlayıb”

Hüquqşünas Çingiz Qənizadə saytımıza deyib ki, Prezidentin qaldırdığı məsələ ilə bağlı yaradılan xüsusi Komissiya öz işinə başlayıb:

“Komissiya Ermənistan işğalı nəticəsində ayrı-ayrı fiziki şəxslərə, sahibkarlıq subyektlərinə, infrasturuktura vurulmuş ziyanın məbləğinin hesablanması ilə məşğuldur. Müharibə bitsə də, Azərbaycanın işğal olunmuş ərazilərində barbar və vandalizm hərəkətlərini həyata keçirən erməni hakimiyyətinə qarşı iddia qaldırmalı və dəqiq zərərin əvəzini tələb etməlidir. Vaxtilə İraqın Küveytə hücumu nəticəsində dəymiş zərərlə bağlı İraq təzminat ödədi. Eləcə də, İkinci Dünya Müharibəsi dövründə Almaniya bir çox dövlətlərə təzminat ödəyib. Amma İkinci Dünya Müharibəsindən sonra bu cür vandalizmlə ilk dəfə rastlaşırıq və vəhşiliyin şahidi oluruq. Odur ki, Azərbaycan dövləti haqlı olaraq, bu vandalizmin Ermənistanın işğalı nəticəsində baş verdiyini əsas götürərək, hesablamların və dəymiş zərərin qiymətləndirilməsilə məşğuldur. Gələcəkdə bu qiymətləndirmələr öz həllini tapdıqdan sonra bir çox beynəlxalq təşkilatların mütəxəssslərini, ayrı-ayrı qurumları dəvət edəcəyik ki, onlar baş verənləri gözlərilə görsünlər.

Ümid edirik ki, Ermənistanın havadarları onun arxasında dayanmaqdan əl çəkdikdən sonra gələcəkdə bu cür çəkişmələrdə onu müdafiə etməkdən kənar olacaq”.

“Təzminatla bağlı müraciətlər həm fərdi, həm birgə ediləcək”

Hüquqşünas qeyd edib ki, dəymiş ziyanın ödənilməsilə bağlı həm birgə, həm də fərdi müraciətlər ediləcək:

“Çıraqov qardaşları və qeyrilərinin işi üzrə Avropa Məhkəməsinin qərarı var. Ermənistan dövlətinin Çıraqov qardaşları və digərlərilə birlikdə 6 nəfərə təzminat ödənilməsilə bağlı Avropa Məhkəməsinin qərarı var. Qərarda qeyd olunur ki, Ermənistanın işğalı nəticəsində bu insanlara zərər dəyib. Presedent hüququ var. Biz hesab edirik ki, bu 6 şəxslə bağlı qəbul edilmiş qərar, Azərbaycanın ayrı-ayrı vətəndaşları tərəfindən qaldırılan və qaldırılacaq iddialara görə öz həllini tapmalıdır. Eyni zamanda, Ermənistan dövlətindən vurduğu zərərə görə də təzminatın verilməsi tələbilə çıxış etmək üçün əlimizdə kifayət qədər əsaslar var və toplanmaqda da davam edəcək”.

Erməni yenə həmin ermənidir...

Ç.Qənizadənin sözlərinə Ermənistan tərəfi o qədər alçaq, mənfur, ikiüzlü dövlətdir ki, bu məsələdə də vəziyyətdən də sui-istifadə etməyə, ayrı-ayrı qapılarda ağlamağa çalışacaq:


“Azərbaycan öz ərazisində niyə hansısa təxribatı həyata keçirsin? Azərbaycan işğala məruz qalıb və 30 ildir ki, bizim nəzarətimizdə olmayan vandalizmi görürük. Bunu beynəlxalq ictimaiyyət, ora dəvət olunan beynəlxalq təşkilatların nümayəndələri görəcək. Zərərin dəyməsilə bağlı dəqiq vaxtın müəyyən olunması ekspertiza ilə müəyyənləşəcək. Təbii ki, onlar müəyyən həyasızlıq edəcəklər, amma beynəlxalq məhkəmələrin qəbul etdiyi qərarlar məcburidir və dövlətlər tərəfindən icra olunur”.
General məclisdə Arutyunyanı döydüİrəvanda keçmiş separatçı “dqr” rejiminin "hərbi-siyasi rəhbərliyi" tərəfindən təşkil edilən mərasimdə qalmaqal baş verib.

Bu barədə Ermənistanın “Politik.am” nəşri məlumat yayıb.

Saytın Ermənistan hökumətindəki etibarlı mənbələrindən əldə etdiyi məlumata görə, məğlub olmuş erməni silahlı qüvvələrinin general-leytenantı Mikael Arzumanyan ilə keçmiş separatçıların keçmiş “lideri” Araik Arutyunyan arasında yaranan mübahisə tərəflərin qarşılıqlı hücumuyla başa çatıb.

Emosiyalarını cilovlaya bilməyən Arzumanyan Araik Arutyunyana şillə vurub.

Araik isə generala qurşaqdan aşağı təpik ilişdirməklə cavab verib.