Kəlbəcərdən çıxan ermənilər evləri yandırır - VideoAzərbaycan, Ermənistan və Rusiya arasında noyabrın 10-da imzalanan bəyanata əsasən, Kəlbəcəri tərk edən ermənilər evləri yandırmağa başlayıblar.

Avrasiya.net xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.

Qeyd edək ki, üçtərəfli razılaşmaya əsasən, erməni işğalçı qüvvələri Kəlbəcər rayonundan 15 noyabra qədər çıxarılmalıdır.
Azərbaycana verdiyimiz dəstəyə görə Kanada bizə embarqo qoydu - Ərdoğan"Qardaş Azərbaycana verdiyimiz dəstəyə görə Kanada pilotsuz uçuş aparatlarımızda (PUA) istifadə etdiyimiz kameralara embarqo qoydu. Biz nə etdik? PUA-larda öz istehsalımız olan kameralar tətbiq etdik".

Avrasiya.net xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

"Biz ASELSAN şirkətinin kameralarından istifadə edib yolumuza davam etdik. Həmin kameraların daha yaxşısını istehsal etmək məqsədilə layihələrə başlamışıq", - deyə Prezident bildirib.
Ovannisyan istefa verdiErmənistan Müdafiə Nazirliyinin sözçüsü Artsrun Ovannisyan vəzifəsindən istefa verib.

Avrasiya.net xəbər verir ki, Ovannisyan bu barədə özünün Feysbuk səhifəsində məlumat verib.

Mövcud vəziyyətə görə təəssüfləndiyini qeyd edən Ovannisyan açıqladığı bütün məlumatların Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı tərəfindən təqdim edilən hesabatlara əsaslandığını diqqətə çatdırıb

İstefa qərarını noyabrın 9-dan verdiyi deyən Ovannisyan bundan sonra elmi fəaliyyətlə məşğul olacağını bildirib.

Şuşada 28 il yarımlıq işğaldan sonra öz evlərini tapan döyüşçü: “Evin yiyəsi gəldi” - VideoŞuşanın işğaldan azad olunmasında iştirak edən döyüşçülərdən biri öz doğma ev-eşiyini tapıb. Yaşadığı məhəlləyə gələn əsgər öz evlərinin önündə dayanıb, “evin yiyəsi gəldi” deyərək sevincini döyüşçü yoldaşları ilə paylaşıb.

Avrasiya.net xəbər verir ki, bu görüntülər sosial şəbəkələrdə yayılıb. Görüntülərdən məlum olur ki, ermənilər şəhərdə azərbaycanlılara məxsus məhlələri, evləri bacardıqları qədər dağıdıb, viran qoyublar.

“Baxın, görün, məhləmiz küçəmiz nə günə düşüb. Mənim uşaqlığım burada keçib. Hasarımızı dağıdıblar. Baxın, bura bizim həyətdir, şərəfsizlər darvazamızı da çıxarıblar, bura stol qoyublar. Evin yiyəsi gəldi, evin yiyəsi mənəm, gəlmişəm”- əsgər deyir.

“Bura babamgilin evi idi, orda isə əmimgil yaşayırdı. Bu pilləkən bizim evə çıxırdı. Evimiz ikimərtəbəli idi, tamam dağılıb...”- əsgər bildirir.
Məktəb direktoru şəhid olduAğstafa şəhəri 1 nömrəli tam orta məktəbin direktoru Elvin İmaməliyev torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlər zamanı şəhid olub.

Avrasiya.net xəbər verir ki, bu barədə Təhsil Nazirliyi məlumat yayıb.

Təhsil Nazirliyinin rəhbərliyi və kollektivi şəhidə Allahdan rəhmət diləyir, yaxınlarına dərin hüznlə başsağlığı verir.
Biz təkcə ərazi yox, 50 milyard da verəcəyik - Kostanyanİmzalanan razılaşma sayəsində biz təkcə ərazi itirməmişik, Ermənistanın üzərinə 50 milyard dollar dəyərində öhdəlik də qoyulub. Bunu biz və bizim nəsillərimiz ödəməli olacağıq.

Avrasiya.net xəbər verir ki, bunu Ermənistanın keçmiş baş prokuroru Gevork Kostanyan deyib.

“İki il əvvəl biz xəbərdarlıq etmişdik ki, Bakı İrəvana qarşı Azərbaycana Qarabağda vurulan maddi zərərlə bağlı kompensasiya vəsatəti hazırlayır. Lakin onlar bu vəsatəti təqdim edə bilmirdilər, çünki Ermənistanın cavabdeh subyekt olmasıyla bağlı kifayət qədər dəlil yox idi. Azərbaycan prezidenti bu günlərdə ölkəsini həqiqətən belə iddia hazırladığını bəyan etdi. Əminəm ki, bu istiqamətdə işlər aktivləşib. Ermənistan baş nazirinin məlum sənədi imzalamasından sonra Ermənistan öhdəlik subyektini təsdiqləmiş oldu və bununla birbaşa üzərinə istənilən vurulan sənədlə bağlı öhdəlik götürdü. Paşinyan bu biabırçı sənədi imzalamaqla Ermənistan üçün ciddi maliyyə problemi yaradacaq və bu borcu nəsillərimiz də ödəyə bilməyəcək”, –o bildirib.
Azərbaycanlılar çox hazırlıqlı və cəsarətlə vuruşublar - Saakaşvili“Azərbaycanın hərbi məqsədlərinə nail olması və qələbəsi hazırkı məqamda heç bir şübhə doğurmur”.

Avrasiya.net xəbər verir ki, bunu Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili “Moskvanın səsi” («Эхо Москвы») radiosuna müsahibəsində deyib.

Sabiq prezidentin sözlərinə görə, bu gün azərbaycanlıların sevinci üçün böyük zəmin var: “Bir neçə rayon, həmçinin onlar üçün mühüm yer olan Şuşanı Azərbaycan faktiki olaraq öz nəzarətinə qaytarıb”.

M.Saakaşvili hərbi əməliyyatlar dövründə bir neçə mifin yaradıldığını deyib: “Onlardan biri azərbaycanlıların döyüşə bilməməsi ilə bağlı idi. Ermənilər bunu özlərinə Yerevanda isterik halda təkrarlayırdılar. Məlum oldu ki, azərbaycanlılar vuruşa bilir, onlar yaxşı hazırlıqlı idilər. Məsələn, Şuşanı onların dağ xüsusi təyinatlıları azad edib. Onlar bir neçə tərəfdən daxil olublar və əlbəyaxa vuruşublar. Bu artıq dronlar deyil, real olaraq əl ilə döyüşüblər. Azərbaycanlılar çox hazırlıqlı və cəsarətlə vuruşublar”.
Tanınmış jurnalistimizin yazısı ərəb mediasındaTanınmış jurnalist Vüsal Tağıbəylinin Vətən Müharibəsində qazandığımız qələbə və Dağlıq Qarabağ probleminin həllinə dair məqaləsi İordaniya və Misirin tanınmış saytlatında dərc edilib.

V.Tağıbəylinin ərəb mediasında dərc edilən məqaləsinin Azərbaycan variantını təqdim edirik:

Azərbaycan xalqı 30 illik işğala son qoyaraq qələbə çaldı

Azərbaycan ordusu, nəhayət ki, dövlətimizin ərazi bütövlüyünü bərpa etdi və 10 noyabr tarixi Azərbaycan xalqının yaddaşına azadlıq günü kimi yazıldı. Təxminən 30 ildir Ermənistan tərəfindən işğal edilmiş qədim azərbaycan ərazisi olan Dağlıq Qarabağ və ona bitişik 7 rayonumuzun azad edildiyi, Ermənistan hökumətinin təslim olmaq barədə qərarı elan etdiyi andan Azərbaycan xalqı uşaqlı-böyüklü, qadınlı-kişili küçə və meydanlarda, əllərində üçrəngli, ay-ulduzlu bayrağımızla şənlənməkdədir. Çünki 30 illik işğal dövrü, Qarabağ bölgəsindən məcburi köçkünə çevirdiyi çox-çox insanın bir gün evinə dönmək arzusunu ürəyində qoydu və onlar torpaq niskili ilə dünyalarını dəyişdilər. 30 il sonra – bu gün isə bu arzuya çatacaqları günü gözləyən həmin köçkünlər sevincdən sanki həyata ikinci dəfə gəliblər. Bu insanlar 30 illik ayrılığın sevincini məhz küçə və meydanlarda qarşılamaqla dünyaya göstərmək istəyirlər ki, işğal olmasın, insanlar eveşiklərindən qovulmasın, xalqlar sülh və əminamanlıq, mehriban dostluq və qobşuluq şəraitində yaşamalıdırlar.

Bu yerdə bildirim ki, Azərbaycan prezidenti, Ali Baş Komandan İlham Əliyev artıq uun illərdir Ermənistanı sülhə dəvət edirdi. Təklif edirdi ki, Ermənistan işğal etdiyi Azərbaycan ərazilərindən çıxsın. Bundan sonra isə Dağlıq Qarabağa ən yüksək muxtariyyət statusu veriləcək, Ermənistanla hər cür iqtisadi-ticarət əlaqələri qurulacaq, nəqliyyat-infrastruktur yaradılacaq, Ermənistanın ərazisi də beynəlxalq yanacaq-energtika, daşıma-tranzit layihələrinə salınacaq və sair. Amma hər dəfə Ermənistan rəhbərliyi bu təkliflərə nəinki yox dedi, hətta bəzən hərbi hücumlarla – Azərbaycanın kənd və şəhərlərinə atəş açmaqla, hərbi təxribat törətməklə cavab verdi. Çünki ermənilər 30 il ərzində işğal etdikləri torpaqlarda sözün əsl mənasında qala-istehkam yaratdıqlarını və Azərbaycan ordusunun heç vaxt onlara qalib gələ bilməyəcəyini düşünürdülər. Bu yanlış fikri isə, onlarda işğalı dəstəkləyən və onları pulsuz silah-sursatla təmin edən dövlətlər yaratmışdı...

Heç vaxt heç bir ölkədən açıq dəstək almayan azərbaycan dövləti böyük səbrlə öz ordusunu gücləndirdi, ən müasir silah və texnika ilə təmin etdi və nəticəsi göz qabağındadır – 27 sentyabr tarixindən 10 noyabr tarixinədək 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində uzun illər ərzində işğal altında qalmış Cəbrayıl, Qubadlı, Zəngilan, Füzuli rayonlarını, Xocavənd rayonunun böyük hissəsini, Laçın rayonunun bir sıra kəndlərini işğaldan azad etdi. Bu isə ümumilikdə 5 şəhər, 4 qəsəbə, 286 kənd, çoxsaylı strateji yüksəkliklərin işğaldan azad olunması demək idi.

Noyabrın 8-də 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edildi. Hərbi ekspertlərin, elə ermənilərin özlərinin də dediyi kimi, “kim Şuşaya nəzarət edirsə, Qarabağa da o nəzarət edir”.

Şuşa azad edildikdən dərhal sonra, noyabrın 9-da Prezident İlham Əliyev daha 71 kəndin, bir qəsəbənin və 8 strateji yüksəkliyin işğaldan azad olunası barədə ölkə ictimaiyyətini məlumatlandırdı. Bundan sonra isə, Ermənistan rəhbərliyi məğlubiyyətini başa düşdü və təslim olduğunu elan etdi. Bununla da, Azərbaycan xalqı Ermənistanın 30 illik işğal siyasətini çökdürdü və qələbə çaldığını dünyaya bildirdi.

İndi çoxları düşünür ki, Qarabağda yaşayan ermənilərin aqibəti necə olacaq. Bunun cavabını, əsində, Prezident İlham Əliyev dəfələrlə verib. Dövlət başçısı bildirib ki, Qarabağ bölgəsində yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır və vətəndaşlığın onlara verdiyi bütün hüquq və azadlıqlardan maksimum yararlanacaqlar. Onlara öz dillərini, mədəniyyətlərini inkişaf etdirmək üçün də maksumim şərait yaradılacaq. Rusiya və Türkiyə sülhməramlılarını bölgədə yerləşməsinə gəldikdə, bu, hər hansı etnik xoşagəlməzlik olmasın deyə edilir və sülhməramlılar Qarabağda 5 il müddətində qalacaqlar. O vaxtadək qarabağlı ermənilərlə azərbaycanlıların bir-birinə təmas edərək, uyğunlaşması yəqin ki, mümkün olacaq. Əlbəttə, zərurət yaranarsa, sülhməramlıların orada qalma müddəti növbəti beş illiyinə uzadıla bilər.

Hər halda, Ermənistan öz üzərinə öhdəlik götürüb ki, noyabrın sonunadək – 20 gün ərzində Azərbaycanın işğal altında olan Ağdam, Kəlbəcər və Laçın rayonlarından da qoşunlarını tam çıxaracaq. Nəticə etibarilə, daha çox qan tökülmədən, itki verilmədən bütün rayonlarımız işğaldan azad olunur.

Hə, müharibənin başa çatması haqda imzalanmış sənəddə qeyd edilmiş bir maraqlı məqam da Naxçıvanın blokadadan azad olunması ilə bağlıdır. Belə ki, Rusiya tərəfi Ermənistan ərazisindən

Naxçıvanla birbaşa dəhlizin yaradılmasını məsuliyyətini öz üzərinə götürüb...

Bu qələbə azərbaycanlılar haqqında süni şəkildə formalaşdırılmış məğlub xalq sindromunu sındırdı, xalqın inamını özünə qaytardı. Artıq bu qələbə Azərbaycan xalqının əzmini, qəhrəmanlığını bir daha bütün dünyaya nümayiş etdirdi. Prezident İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olmasının ən başlıca səbəbidir.

***

Məqalənin ərəb mətbuatında yayımlanmış variantı ilə aşağıdakı linklərdə tanış ola bilərsiniz:

http://www.aldawlanews.com/archives/717377?fbclid=IwAR3waXZVzVrJgLp2oA-g2PwgP5fmMaKCT2eywhP4L7qoat8jpSAbcY29VU0

https://www.aldiplomasy.com/?p=99310&fbclid=IwAR0wwW5IGhE8HPavqnr3fyOa_avsWuHxyVZG3i_S9d7VSfVJSYEOktDaiHo

http://nabdapp.com/t/79834558?fbclid=IwAR3BP_Jw43482jbGhKg6JoLR3dWrHBit_wh9yH3kaE0WE6ljCPLSUL3LTTg

https://www.asiaelyoum.com/93372/2020/11/11/%d8%a7%d9%84%d8%b4%d8%b9%d8%a8-%d8%a7%d9%84%d8%a3%d8%b0%d8%b1%d8%a8%d9%8a%d8%ac%d8%a7%d9%86%d9%8a-%d9%8a%d9%86%d9%87%d9%89-%d8%a7%d9%84%d8%a7%d8%ad%d8%aa%d9%84%d8%a7%d9%84-%d8%a7%d9%84%d8%b0%d9%8a/?fbclid=IwAR0piotLggPnnMe1l02oPHSG2dLtJxWdiuE3LM1su6dkqJ0cf3nfecUKsT0

https://www.nayrouz.com/post.php?id=177466&fbclid=IwAR0IThdVEK6wRgfWaHPwdeAAp1Kn5bAWNfSc8CFFpZZxPyFRoBcwy6MdocY#.X6vfj-JU-zI.whatsapp

İşğaldan azad edilən rayonların komendantları kimlərdir? - SİYAHIDaxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun imzaladığı əmrlərlə işğaldan azad olunmuş rayonların polis şöbələrinin rəisləri həmin rayonların müvəqqəti komendantları təyin olunublar.

Avrasiya.net report-a istinadən müvəqqəti komendantların siyahısını təqdim edir:

Xocavənd rayonu – polis rəisi Xəyyam Mirhüseynov

Füzuli rayonu – polis rəisi Xaqani Məmmədov

Cəbrayıl rayonu – polis rəisi Toğrul Mahmudov

Zəngilan rayonu - polis rəisi Bəkir Cabbarov

Qubadlı rayonu – polis rəisi Bəhruz Cabbarov

Şuşa rayonu - polis rəisi İlqar Rüstəmli

Qeyd edək ki, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında fərmanı”na uyğun olaraq polis şöbələri müvəqqəti komendantlıqlar kimi hər rayon üzrə xüsusi idarəetməni həyata keçirəcəklər.
1622 yeni yoluxma, 20 ölüm faktıAzərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 622 yeni yoluxma faktı qeydə alınıb, 979 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Avrasiya.net-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 20 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 70 216 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 51 986 nəfər müalicə olunaraq sağalıb, 885 nəfər vəfat edib, aktiv xəstə sayı 17 325 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 796, ötən müddət ərzində isə ümumilikdə 1 479 638 test aparılıb.