Semyon Baqdasarov: “Paşinyan edam olunmalıdır!”Yaxın Şərq və Mərkəzi Asiya ölkələrinin öyrənilməsi Mərkəzinin direktoru, erməni əsilli rusiyalı politoloq Semyon Baqdasarov Ermənistanın baş naziri Nikol Paşinyan və onun silahdaşları üçün ölüm hökmü tələb edir.

Avrasiya.net Virtualaz.org-a istinadən bildirir ki, S.Baqdasarov bu barədə öz Teleqramında yazıb.

“Yerevanda baş verən hadisələrə gəldikdə, bu barədə dəfələrlə xəbərdarlıq etdiyim şeylər baş verir. Əbədi suala-nə etməli və kim günahkardır,- bir cavab tələb olunur. Bəs cənab Paşinyan hakimiyyətə qanuni əsaslarlamı gəlmişdi? O, iğtişaşlar törətdi və bunu ondan əvvəl hakimiyyətin korrupsioner məmurlara məxsus olması ilə əsaslandırması bir qara qəpiyə də dəyməz.

Xaini tapın, onu və bütün "Soros dəstəsini" boynundan tutub Hərbi Məhkəmənin mühakiməsinə verin. Satqın və Vətən xaini kimi mühakimə edin. Dəfələrlə təkrarladım ki, ilk addım erkən parlament seçkilərinə qədər fəaliyyət göstərən Müvəqqəti Milli Qurtuluş Komitəsi yaratmaqdır. Bu cür tədbirlərin əleyhdarlarını kameraya- "sahiblərinin" yanına göndərin”, - deyə politoloq vurğulayıb.

S.Baqdasarov Paşinyanın hakimiyyətə gəlməsinin təsadüfi olmadığını düşünür: “Soros onu hakimiyyətə elə-belə gətirməyib. Yalnız tənbəllər Sorosun dünyanın böyük maliyyə şirkətləri ilə əlaqəsi barədə danışmırdı. Bu, Qarabağı və Zəngəzuru təslim etmək, həmin ərazilərdən Türkiyəyə karbohidrogenləri aparan boru kəmərləri sisteminin açılması məqsədi ilə hakimiyyətə qəsdən gəlmək idi.

Cənab Paşinyan erməni xalqına xəyanət edib. Hərbi Tribunal tərəfindən mühakimə olunmalıdır. Ölüm cəzasına müvəqqəti moratorium (əgər belə bir şey varsa) ləğv edilməlidir. Paşinyan və ortaqlarını divara söykəmək lazımdır!”.
Paşinyan Qarabağ sazişini imzaladı: “Minlərlə hərbçimiz mühasirəyə düşəcəkdi”Ermənistanın baş naziri Paşinyan Qarabağda hərbi əməliyyatları dayandıran bəyanata qol çəkib.

Avrasiya.net xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin və Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı bəyanata Paşinyan ilk vaxtlar qol çəkməmişdi.

Ermənistanın Qarabağ döyüşlərində məğlubiyyətini rəsmiləşdirən həmin müqavilə ilə bağlı Paşinyan açıqlama verib.

“Əgər müharibəni dayandırmasaydıq, döyüşlərdə minlərlə əsgərimiz mühasirəyə düşəcəkdi. Xankəndi, Əsgəran, Xocavənd böyük ehtimalla əldən veriləcəkdi. Şuşanı isə geri qaytarmaq üçün 2 hücum cəhdimiz oldu. İlk hücum uğursuzluqla bitdi, ikinci hücum zamanı isə dəstələrdən biri şəhərə daxil ola bildi. Məhz buna görə, şəhərin itirilməsi ya əldə saxlanılması barədə ziddiyyətli xəbərlər verilirdi”.

Paşinyan “Çiçəklənən Ermənistan” partiyasının sədri Qaqik Tsarukyanı da ittiham edib. Belə ki, Paşinyan ən böyük müxalifət fraksiyasının rəhbərinin ilk günlərdən könüllülərdən ibarət hərbi birləşmə yaratdığını elan etsə də, həmin şəxslərin cəbhəyə yola düşmədiyini xatırladıb.
Azərbaycan Ordusu gücünü bütün dünyaya göstərdi - Hulusi AkarAzərbaycan Müdafiə Nazirliyində Qarabağda əldə olunmuş qələbə münasibəti ilə ziyafət təşkil edilib. Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin "Twitter" səhifəsində qeyd olunub.

Bildirlib ki, ziyafət zamanı müdafiə nazirləri Hulusi Akar və Zakir Həsənov bir-birlərini qucaqlaşaraq təbrik ediblər.

H.Akar bildirib: "Əldə olunan nəticə bizi xoşbəxt etdi, bu bir oyanışdır, Azərbaycan Ordusu gücünü bütün dünyaya göstərdi. Azərbaycanın tarixinə qızıl hərflərlə yazılacaq uğur əldə etdiniz".
Paşinyan və Akopyan elə yerdə gizlənib ki... – Erməni KİVBütün Ermənistan bu günlərdə Nikol Paşinyanı və onun ailə üzvlərini axtarır.

Axar.az xəbər verir ki, bu barədə Ermənistanın "Hraparak" qəzeti yazıb.

"Şübhəsiz ki, onu qəzəbli etirazçıların əlinə vermək olmaz, lakin vətəndaşların Baş nazir vəzifəsini tutan şəxsin harada olduğunu bilmək hüququ var”, - qəzetdə bildirilib.

Qəzet yazır ki, Paşinyanın videomüraciətlərinə əsasən, yerləşdiyi otağın kifayət qədər aşağı tavanı var, heç bir əşya görünmür, pəncərə yoxdur. Aydındır ki, o, telefonu elə qoyub ki, otaq görünməsin və insanlar harada olduğunu anlamasınlar.

“Bizim mənbəmiz bildirib ki, Paşinyan Müdafiə Nazirliyinin binasında, özünü daha təhlükəsiz hiss etdiyi bunkerdədir. Ailə üzvlərinə gəlincə isə belə bir fikir var ki, Paşinyanın qızları Məryəm və Şuşan təxminən bir həftə əvvəl Ermənistanı tərk edib, Kanadadadırlar. Baş nazirin arvadı Anna Akopyanın yeri də gizli saxlanılır. Məlumata görə, o Gorusda idi, lakin daha sonra açıqlama verərək Gorusu tərk etdi. Ehtimal olunur ki, oğlu və kiçik qızı da Akopyanın yanındadır”, - materialda qeyd olunur.
Ordumuz niyə bütün ərazimizi döyüşlə almadı?Avrasiya.net Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin müsahibəsini oxucularımıza təqdim edir:

- Qüdrət bəy, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin “Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların dayandırılması” barədə imzaladığı birgə Bəyanat barədə fikrinizi bilmək istərdik.

- Adından da göründüyü kimi, bu, Ermənistanla imzalanmış sülh sazişi deyil. Atəşkəs haqqında növbəti razılaşmadır. Mən bunu Azərbaycanın qələbəsi kimi qəbul edirəm. İlk növbədə ona görə ki, tərəflər kimi Azərbaycan və Ermənistan tanınır. Ermənistan dekabrın 1-ə qədər bütün işğal olunmuş ərazilərdən qoşunlarını çıxarmalıdır. Rusiya Federasiyasının 1960 nəfərlik sülhməramlı kontingenti Dağlıq Qarabağda təmas xətti və Laçın dəhlizi boyunca 5 il müddətinə yerləşdiriləcək. Atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəz yaradılacaqdır. Naxşıvan Muxtar Respublikası ilə nəqliyyat dəhlizi yaradılacaq və təhlükəsizliyə Rusiya Federasiyası cavabdeh olacaqdır. Razılaşmanın 7-ci maddəsinə görə, qaçqınlar Dağlıq Qarabağın ərazisinə BMT-nin Qaçqınlar üzrə Ofisinin nəzarəti altında qaytarılacaq, o cümlədən Xocalıya. Atəşkəs üzrə saziş ona görə imzalandı ki, erməni silahlı qüvvələri Sazişin 4-cü maddəsinə əsasən, müəyyən olunmuş qrafik üzrə Azərbaycandan çıxarılacaq. Həmin erməni silahlı qüvvələri Dağlıq Qarabağda saxlanıla bilməz. Statusu dəqiq müəyyən olunmasa da razılaşmaya nəzarətin səmərəliliyinə nəzarət etməli olan “atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəz” buna (maddə 4) cavabdeh olacaq. Həmin mərkəzdə Türkiyə Silahlı Qüvvələri Rusiya ilə birlikdə təmsil olunacaq. Bunu saziş imzalanarkən Putinin iştirakı ilə Prezident Əliyev rəsmən elan etdi. Razılaşmanın mətnindən çıxan məntiqi nəticə odur ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Belə olmasaydı, Ermənistan qondarma “dqr”in müstəqilliyini hətta müharibəyə qədər olan dövrdə, yaxud hərbi əməliyyatların keçirildiyi zaman tanıyardı. Hərbi əməliyyatlar zamanı Putin də müharibənin Azərbaycanın ərazisində aparıldığını bir neçə dəfə bəyan etdi. Rusiya sülhməramlılarının olduğu dövrdə Dağlıq Qarabağın erməni sakinləri Azərbaycan pasportu ilə təmin olunacaq, milli valyutamız yeganə tədavül vasitəsi kimi tətbiq ediləcək. Dağlıq Qarabağda mövcud olmuş cinayətkar rejimin tanınmasından, yaxud müvəqqəti də olsa ona hansısa statusun verilməsindən söhbət belə getmir. Dağlıq Qarabağdakı yaşayış məntəqələrində yerli idarəetməni Azərbaycan dövləti təşkil edəcək. Azərbaycan və Türkiyə yaxın bir-iki ildə Ermənistanla diplomatik əlaqələrin yaradılması, sülh və əməkdaşlıq haqqında sazişin imzalanmasına çalışmalıdır. Ermənistan bundan yayınarsa, bu o demək olacaqdır ki, İrəvan yenə də hansısa çirkin məqsədlərlə münaqişəni uzatmaq istəyir. O halda sülhməramlıların qalma müddəti uzadılmamalıdır və Azərbaycan dövləti vətəndaşlarının təhlükəsizliyinə görə bütün məsuliyyəti öz üzərinə götürməlidır.

- Ordumuzun Dağlıq Qarabağı tamamilə işğalçılardan təmizləməməsinə nə mane oldu? Hamı gözləyirdi ki, 5-10 günə Qarabağ tamamilə işğaldan azad olunacaq və sülhməramlılara da ehtiyac olmayacaq.

- Prezident apardığı böyük diplomatik işin nəticəsi olaraq əks-hücum əmri vermişdi. Azərbaycana olan hörmət həm də Prezidentin sözünü tutmasına və öhdəliklərə sadiq qalmasına görədir. Bundan başqa biz dünyadan təcrid olunmuş vəziyyətdə və sanksiyalar altında yaşaya, regionu böyük dövlətlərin qatıldığı döyüş alanına və beləliklə də xarabazarlığa çevirə bilmərik. Nə də nüvə silahına sahib Rusiya deyilik ki, onun Çeçenistanda etdiyini biz Dağlıq Qarabağda edə bilək və dünya bizə ciddi sanksiyalar tətbiq edib döyüş meydanında vəziyyəti dəyişə bilməsin.1992-ci ildə Azərbaycan Ordusu Dağlıq Qarabağda uğurlu əməliyyatlar həyata keçirərkən Boris Yeltsin tərəfindən AXC hakimiyyətinə təklif olundu ki, Dağlıq Qarabağın muxtar vilayət statusunu bərpa edək, bununla da problemə son qoyulsun. Amma həmin ərəfədə hamı fikirləşirdi ki, biz Xankəndini tutub bu problemi birdəfəlik həll edə bilərik. Ona görə də təklif rədd edildi. Sonrasını hamımız bilirik. ABŞ bizə sanksiya tətbiq etdi, döyüş meydanında məğlubiyyətlər başladı. Ölkə böyük siyasi böhrana girdi, çoxlu əlavə rayonlar itirdik, bir milyon qaçqın qazandıq. Ermənilər kimi maksimalist olmaq lazım deyil, onlar Dağlıq Qarabağ ətrafındakı rayonları da qaytarmaq istəmirdi. Hazırda biz mümkün olan maksimum nəticə əldə etmişik. Bu böyük qələbədir. Əgər belə olmasaydı “Azərbaycanın ərazi bütövlüyü mənim üçün keçilməz xətddir. Babamın oğlu olsa belə, keçməm” deyən Ərdoğan, Azərbaycanı Türkiyə qədər sevən Hulusi Akar, Çavuşoğlu bunu Qələbə kimi qəbul edib bizi yalandan təbrik etməzdi. Çünki bu həm özlərinə, həm bizə xəyanət olardı. Yaxud razılaşma səbəbindən Ermənistanda hakimiyyət böhranı yaranmazdı. Ən başlıcası, Prezident diplomatik uğura imza atmaqla görün nə qədər gəncin həyatını xilas etdi. Prezidentin “Qarabağ bizimdir!” şüarına heç kim şübhə etməsin. Yaxın zamanlarda hamı bunu əyani olaraq görəcək.

Sonda üzümü bir qrup vətəndaşımıza tutub deyirəm ki, fərqli fikir söyləmək konstitusion hüququnuz olsa da, Rusiyanı Azərbaycan xalqına düşmən kimi təqdim etməyi dayandırın. Ermənilər Türkiyəni, indi isə həm də Rusiyanı düşmən kimi təqdim və qəbul edib heç nə qazanmadıqları kimi, siz də heç nə qazanmayıb ölkəmizə ziyan vurursunuz. İkincisi, siyasi məqsədləriniz naminə razılaşmanı uğursuzluq kimi təqdim edib şəhid ailələrinin yaralarına duz basmayın. İmkan verin onlar qələbə ilə təsəlli tapsınlar, xalqımız qələbənin sevincini yaşasın. Biz bu razılaşmaya şəhidlərimizin qanı hesabına nail olmuşuq. Gələcəyə baxmaq lazımdır. Bölgənin inkişafı Azərbaycan, Türkiyə, Rusiya və İranın dostluq və əməkdaşlığından keçir.
Naxçıvan koridorunun yaradılmasının önəmi - KİVDağlıq Qarabağla bağlı tərəflərin son razılığına əsasən Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni koridorun yaradılması Türkiyə üçün böyük əhəmiyyətə malikdir.

Avrasiya.net xəbər verir ki, bu barədə “Yeni Akıt” nəşri məlumat yayıb.

“Bu layihə reallaşandan sonra Türkiyə ilə Azərbaycan arasında davamlı quru əlaqəsi təmin ediləcək. Bundan başqa, Naxçıvan Türkiyə ilə türk dünyası arasında vacib qapı rolunu oynayacaq”, - nəşr yazıb.