Sülhməramlılar Qarabağda hansı məntəqələrdə yerləşəcək? - Rəsmi XƏRİTƏRusiya Müdafiə Nazirliyi Qarabağda və Laçın dəhlizində sülhməramlı qüvvələrin yerləşdiriləcəyi xəritəni dərc edib.

Rusiya KİV xəbər verir ki, hərbi missiya şimal və cənub şərti adı altında Dağlıq Qarabağın 2 bölgəsində yerləşdiriləcək.

Bundan başqa, Laçın dəhlizi üçün ayrıca xəritə hazırlanıb.

Xatırladaq ki, Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidentinin imzaladıqları birgə Bəyanatın 3-cü bəndinə əsasən, Dağlıq Qarabağda təmas xətti və Laçın dəhlizi boyu Rusiya Federasiyasının 1960 sayda odlu silahlı hərbi qulluqçusundan, 90 hərbi zirehli texnika, 380 ədəd avtomobil və xüsusi texnikadan ibarət sülhməramlı kontingenti yerləşdirilir.
Azərbaycan Ordusu önündə tab gətirmədik - PaşinyanErmənistanın Baş naziri Nikol Paşinyan erməni ordusunun və diplomatiyasının uğursuzluğunda hamını günahlandırmağa başlayıb.

Bu barədə Ermənistanın “Aravot” qəzeti yazıb.

Məqalədə bildirilib ki, Paşinyan günahkarlar axtarışı ilə məşğuldur. O, keçmiş Ermənistan hakimiyyətini, könüllüləri, döyüşmək istəməyən hərbçiləri və müxalifəti ittiham edir:

“İndi Ermənistan ordusunun verdiyi məlumatlar əsasında bu məşhur sənədi imzalamaq qərarına gəldiyini söyləyir. Onun sözlərinə görə, Azərbaycan Silahlı Qüvvələrinə müqavimət göstərə bilmədiyi üçün məhz erməni ordusu bu addımı atmağın zəruriliyində təkid edib”, – deyə erməni nəşrinin məqaləsində qeyd edilib.

Ermənistanın hərbi komandanlığı isə öz növbəsində Paşinyanı 40 gün əvvəl İrəvanın rəsmi Bakıdan münaqişəni sülh yolu ilə həll etməsi üçün təklif aldığı zaman qərar qəbul etməməkdə günahlandırır.
400-dən çox rus əsgəri Qarabağa doğru hərəkət etməyə başladıRusiya sülhməramlı kontingentini daşıyan 20 ədəd İl-76 təyyarəsi Ermənistana 400-dən çox əsgər aparıb.

Avrasiya.net xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin açıqlamasında deyilir.

Bildirilir ki, bölgədəki sülhməramlılar xidmət yerlərinə doğru hərəkət edir. Onlar bölgədə müşahidə məntəqələri quracaq.
Paşinyan bütün müxalifət liderlərinin həbsinə GÖSTƏRİŞ VERDİYerevanın mərkəzində mitinq planlaşdıran müxalifət liderlərinin hamısı saxlanılıb.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, “Çiçəklənən Ermənistan” partiyasının sədri Qaqik Tsarukyan, “Vətən” partiyasının rəhbərliyi, parlamentin keçmiş aparat rəhbəri Arsen Babayan, Respublika Partiyasının idarə heyətinin üzvləri Eduard Şarmazanov, Vaqram Baqdasaryan, Qeqam Petrosyan və s. saxlanılıb.

Bu gün Ermənistan müxalifəti saat 13:00-da Yerevanın mərkəzində mitinq təşkil etməyi planlaşdırırdı.
Fransa açıq-aşkar ermənipərəst siyasət yürüdür - HacıyevFransanın rəsmi şəxsləri tərəfindən ATƏT-in Minsk Qrupunun həmsədri kimi Fransanın mandatına zidd olaraq birtərəfli, qərəzli və qeyri-obyektiv bəyanatlar səsləndirilməkdədir. Mandatına uyğun olaraq Fransa neytral tərəf kimi çıxış etməli olduğu halda, açıq-aşkar ermənipərəst siyasət yürüdür və tamamilə əsassız şəkildə Azərbaycana qarşı ittihamlar irəli sürür.

Avrasiya.net xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Azərbaycan və Rusiya Prezidentləri və Ermənistanın baş nazirinin birgə bəyanatının qəbul edilməsində Fransanın hər hansı rolu olmayıb. Yəqin ki, Fransa Rusiyanın bu məsələdə rolundan qısqanclıq keçirir.

Ermənistan baş nazirinin bu sənədi imzalaması artıq hər şeyi deyir. İndi Fransa ermənilərdən daha çox erməni olmağa cəhd göstərir.

ATƏT-in Minsk Qrupunun həmsədrləri adından danışmaq üçün Fransanın səlahiyyəti yoxdur.

ATƏT-in Minsk Qrupunun həmsədri kimi, Fransa Ermənistanın Azərbaycana qarşı davam edən işğalının aradan qaldırılması və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin həyata keçirilməsi üçün heç bir addım atmadığı halda, indi birtərəfli qaydada canfəşanlıq nümayiş etdirir. Görəsən bu 30 il ərzində Fransanı nə zamansa azərbaycanlı məcburi köçkünlərin öz torpaqlarına qayıtmaması narahat edibmi? Amma bunun əksinə olaraq, Azərbaycan ərazilərinin işğaldan azad edilməsi və beynəlxalq hüququn aliliyinin təmin olunması Fransanı narahat etməkdə davam edir.

Yekunda Fransanın rəsmi qurumlarına onu da xatırlatmaq istərdim ki, Azərbaycanın tarixi şəhəri olan və Azərbaycan xalqının qəlbində xüsusi yeri olan və işğaldan azad edilmiş Şuşa şəhərinin adı “Şuşi” deyil, Şuşadır", - o deyib.
Ermənistan hərbi fəaliyyətini tamamilə dayandırdıDağlıq Qarabağ bölgəsindəki hərbi fəaliyyət tamamilə dayandırılıb.

Avrasiya.net xəbər verir ki, bunu Ermənistanın müdafiə naziri David Tonoyan deyib.

“Qarabağda vəziyyət sakitdir, ciddi səssizlik hakimdir”, - Tonoyan ictimai televiziyaya müsahibəsində bildirib.

Onun sözlərinə görə, rus sülhməramlıları Qarabağa Gorus, Laçın, Xankəndi istiqamətindən təmas xəttinə göndərilir.
AAK prezidenti İlham Əliyevə məktub göndərdiAvropa Azərbaycanlıları Konqresinin prezidenti Sahil Qasımov Azərbaycan Prezidenti İlham Əliyevə məktub göndərib.

Avrasiya.net xəbər verir ki, məktubda deyilir:

"Möhtərəm cənab Prezident! Müzəffər Ali Baş Komandan! Sizin komandanlığınızla rəşadətli Ordumuz tərəfindən tarixi mədəniyyət mərkəzimiz olan Şuşa şəhərinin 28 illik Ermənistan işğalından azad edilməsi xəbəri Avropada Avropa Azərbaycanlıları Konqresinin ətrafında sıx birləşən Azəbaycan diaspor təşkilatlarının böyük sevincinə səbəb oldu.

Sentyabrın 27-də Ermənistanın atəşkəs razılaşmasını pozaraq, genişmiqyaslı hərbi əməliyyatlara başlamasından dərhal sonra Sizin əmrinizlə şanlı Azərbaycan Ordusunün əks-hücum əməliyyatlarına başlayaraq işğalda olan Füzuli, Qubadlı, Zəngilan, Cəbrayıl şəhərlərini və 200-dən çox kəndlərimizi qısa müddətdə işğaldan azad etdi.

Möhtərəm cənab Prezident!

Sizin dediyiniz "Əlbəttə ki, Şuşasız bizim işimiz yarımçıq olar" ifadəsi vətənpərvərlik harayına çevrilmişdi. Şuşa Azərbaycanın incisidir, mədəniyyət və musiqi beşiyidir. Şuşa, heç şübhəsiz, işğaldan azad edilməli idi. Bu böyük işi Sizin komandanlığınızla müzəffər Azərbaycan Ordusu bacardı. Şuşanın Azərbaycana, Azərbaycanın Şuşaya olan 28 illik həsrətinə Siz son qoydunuz. Xalqımızın 30 ilə yaxındır həsrətində olduğu Şuşa şəhəri artıq düşməndən geri alınıb. Şəhidlərimizin qanı yerdə qalmadı! Şəhidlərimizin ruhu şaddır!

Möhtərəm Ali Baş Komandan!

Sizin adınız bu qələbə tarixinin ən gözəl səhifəsində qızıl hərflərlə yazılıb.

işğal altında olan hər qarış Vətən torpağının, xüsusilə də Şuşanın düşmən tapdağından azad edilməsi üçün göstərdiyiniz dəyanət, qətiyyət və səbrə görə Avropa Azərbaycanlıları Konqresi adından Sizi və şanlı Ordumuzu ürəkdən təbrik edirik.

Biz, Avropada yaşayan azərbaycanlılar Vətən üçün qəti sözünü deməyə çəkinməyən rəhbərimizin olması ilə fəxr edirik. Sizi dəstəkləyirik, Sizin yanınızdayıq və hər bir əmrinizi gözləyirik. İşimiz haqdır, qələbə bizimlədir!"
Zakir Həsənovdan qələbə çıxışıAzərbaycan xalqı 30 il bu qələbə həsrətilə yaşayırdı. Gördük ki, Azərbaycan xalqı bizi dəstəkləyir, ordusunu sevir, ordusuna dayaq olur.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, bunu Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Müdafiə Nazirliyində Azərbaycan ordusunun öz torpaqlarını işğalından azad edilməsi münasibətilə təşkil edilən mərasimdə çıxışı zamanı deyib.

“Biz gördük ki, Azərbaycan əsgəri, Azərbaycan zabiti Vətən uğrunda canından keçməyə hazırdır və Vətən uğrunda canından keçdi”, - Z.Həsənov əlavə edib.
Paşinyan bu dəfə Çarukyanı günahlandırdıErməni hərbçilər Qarabağda sülh müqaviləsini imzalanmasını dəstəkləyirlər.

Avrasiya.net xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib. O bildirib ki, erməni ordusunun məğlub olma səbəblərindən biri də Çiçəklənən Ermənistan Partiyasının rəhbəri Qagik Çarukyanın Şuşada döyüşməməsidir:

“Şuşanın itirilməsinin səbəblərindən biri də Qagik Çarukyanın dəstəsinin Şuşa uğrunda döyüşlərdə iştirak etməməsidir. O, həbsdən çıxdıqdan sonra rəhbərlik edəcəyi könüllülərdən ibarət dəstə yaratdığını elan etdi. Ancaq bu dəstə heç vaxt cəbhəyə getmədi”.