Azərbaycan Ağsaqqallar Şurası Prezident İlham Əliyevə təşəkkür edib Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin
Ali Baş Komandanı Zati-aliləri cənab İlham Əliyevə
Azərbaycan Ağsaqqallar Şurasının

TƏŞƏKKÜRÜ

Möhtərəm Prezident!

Cənab Ali Baş Komandan!


Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda aparılan Vətən Müharibəsində əldə olunan möhtəşəm zəfər münasibətilə ölkəmizin çoxsaylı ağsaqqalları adından Sizi - bu qələbənin memarını ürəkdən tərbik edirik. Sizin müdrik rəhbərliyiniz altında Azərbaycan bu qələbəyə doğru çətin və uzun bir yol keçdi.

Münaqişənin davam etdiyi illərdə Siz çox böyük uzaqgörənlik və təmkinlə həm xalqımızı, həm də rəşadətli ordumuzu haqqın və ədalətin bərpası uğrunda Vətən Müharibəsinə hazırladınız, Azərbaycan ordusunun döyüş qabiliyyətinin yüksəldilməsi, ən müasir hərbi texnika ilə təzhizatının təmin edilməsi üçün misli olmayan səylər göstərdiniz. İştirakçısı olduğunuz ən yüksək beynəlxalq tribunalardan Qarabağ həqiqətlərini dünyaya bəyan etdiniz, aparıcı dövlətlərin rəhbərlərini Qarabağın ölkəmizin əzəli torpaqları olduğuna və işğaldan azad edilməsinin labüdlüyünə inandırdınız. Qardaş Türkiyə Respublikası başda olmaqla bütün türkdilli dövlətlərin, həmçinin Pakistan, İran, İsrail kimi nüfuzlu dövlətlərin Azərbaycanın haqq işinə dəstəyinə nail oldunuz. Müharibənin davam etdiyi günlərdə xarici ölkələrin nüfuzlu kütləvi informasiya vasitələrinə, telekanallarına verdiyiniz tutarlı arqumentlərlə zəngin müsahibələrinizlə ölkəmizin haqq səsini dünya ictimaiyyətinə bir daha çatdırdıniz, eyni zamanda Azərbaycanın beynəlxalq hüququn tələblərinə uyğun öz torpaqlarında savaş apardığını sübut etməklə ermənipərəst xarici dairələrin müharibənin gedişinə müdaxilələrinin qarşısını böyük məharətlə aldınız.

Hərbi əməliyyatlar gedişində Sizin müntəzəm olaraq bəyan etdiyiniz müjdə dolu qələbə xəbərlərini, işğaldan azad olunan yaşayış məntəqələri, düşmənin məhv edilən canlı qüvvəsi və hərbi texnikası barədə məlumatları ölkəmizin hər bir vətəndaşı səbirsizliklə gözləyir, bu xəbərləri böyük sevinc hissi ilə dinləyirdilər. Sizin bilavasitə rəhbərliyiniz altında rəşadətli Azərbaycan Ordusu vasitəçi dövlətlərin 30 il ərzində həll edə bilmədiyi məsələni cəmi 44 gün ərzində həll etməklə torpaqlarımızı erməni işğalından azad edərək ölkəmizin tarixi ərazi bütövlüyünü bərpa etdi. Şəhidlərimizin və Qarabağ qazilərinin qanlarının yerdə qalmasına yol vermədiniz, üçrəngli bayrağımızın illərdir yolumuzu gözləyən şəhər və kəndlərimizdə dalğalanmasına, anaların göz yaşlarının sevinc yaşları ilə əvəzlənməsinə nail oldunuz.

Bu müharibə Sizin müdrik və uzaqgörən siyasətçi olmaqla yanaşı mahir sərkərdəlik bacarığınızın nümayişi oldu. Müqəddəs qələbə sevincini yaşamağı nəsib etdiyinizə görə Azərbaycan xalqı Sizinlə və Sizin yaratdığınız Silahlı Qüvvələrlə, onların peşəkar zabitləri və rəşadətli əsgərləri ilə haqlı qürur duyur. Əminik ki, yüz illərlə bundan sonra gələn nəsillər də İlham Heydər oğlunun qəhrəmanlıq, xilaskarlıq, azadlıq missiyası haqqında oxuyaraq Sizinlə fəxr edəcəklər.

Əldə olunan Böyük Qələbə münasibətilə Sizi bir daha ürəkdən təbrik edir, xalqımıza yaşatdığınız bu sevincli günlərə görə Sizə dərin minnətdarlğımızı bildiririk.

Azərbaycan Ağsaqqallar Şurasının
21500 nəfər üzvü adından
Şuranın sədri Eldar Quliyev

10 noyabr 2020-ci il
Putin xahiş etdi ki, çox da təkid etməyim - ƏliyevArtıq birinci həftələrdən sonra dərk etdilər ki, bizim qabağımızda dura bilməyəcəklər. Ona görə beynəlxalq ictimaiyyətə daha fəal şəkildə müraciət etməyə başladılar ki, beynəlxalq təşkilatlar, bəzi ölkələr bizi dayandırsınlar. Mən isə deyirdim ki, heç kim bizi dayandıra bilməz, sona qədər gedəcəyik. Paşinyan şərtlərimi qəbul etməli, bəyan etməlidir ki, filan tarixdə filan rayonlardan çıxır və buna nail olduq.

Avrasiya.net əbər verir ki, bu sözləri Prezident İlham Əliyev 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə görüşündə deyib.

"Noyabrın 9-da imzalanmış birgə bəyanat faktiki olaraq Ermənistan sülh kapitulyasiya aktı idi. Necə ki, vaxtilə İkinci Dünya müharibəsi başa çatandan sonra Hitlerin əlaltıları müttəfiq ölkələrin hərbi rəhbərlərinin qarşısında kapitulyasiya aktını imzalamışlar, mən də deyirdim ki, eyni qaydada Paşinyan canlı formatda, videokonfrans şəklində kapitulyasiya aktını imzalamalıdır. Amma açığını deyim, ondan sonra Rusiya Prezidenti Vladimir Putin məndən xahiş etdi ki, mən bu məsələdə çox da təkid etməyim. Mən hesab etdim ki, onsuz da Paşinyan kifayət qədər alçaldıldı, öz çirkin əməllərinə görə cəzalandırıldı, faktiki olaraq diz çökdü, mənim bütün şərtlərimi qəbul etdi. İmzalanmış bəyanatda Ağdam, Laçın, Kəlbəcər rayonlarından işğalçı qüvvələrin çıxarılmasının cədvəli də təsdiq olundu. Dedim etiraz etmirəm. Dedim getsin harada istəyir imzalasın, qaranlıq bir otaqda, bir anbarda, kameralardan uzaq bir yerdə imzalasın. Belə də oldu. Mənim və Prezident Putinin imzalanma mərasimini bütün Azərbaycan xalqı gördü. Paşinyan, sən harada imzalamısan bu sənədi? O qədər də əhəmiyyətli deyil. Çünki indi onu tapmaq mümkün deyil. Heç kim də soruşa bilməz, ay Paşinyan, sən bunu harada imzalamısan?" - Prezident vurğulayıb.

Qarabağda sülhməramlılara general Rüstəm Muradov başçılıq edəcək Dağlıq Qarabağ və Laçın dəhlizi bölgəsində müşahidə aparacaq sülhməramlı missiyaya Rusiya Ordusunun general-leytenantı Rüstəm Muradov başçılıq edəcək.

Avrasiya.net xəbər verir ki, general Muradov 1973-cü ildə Dağıstan Respublikasının Dərbənd rayonundakı Çinar kəndində anadan olub.

Milliyətcə tabasaran olan Rüstəm Muradov Kazan Suvorov hərbi məktəbinin məzunudur. O, 1990-cı ildən ordu sıralarında olub. 1995-ci ildə Leninqrad Ümumqoşun komandirləri məktəbini, 2015-ci ildə isə Rusiya Baş Qərargahının Akademiyasını bitirib.

Rüstəm Muradov 2015-2017-ci illərdə Rusiyanın 41-ci ordusunun qərargah rəisi, Ukraynanın Donbas regionunda atəşkəsə nəzarət edən koordinasiya mərkəzinin üzvü olub.

2017-ci ildə Suriyada hərbi məsləhətçi, 2018-ci ildən Rusiya Cənub Hərbi Dairəsinin komandan müavini olub.

Ailəlidir, 2 qız və 2 oğlan atası olduğu bildirilir.
Türkiyə hərbçiləri də Qarabağda olacaq - Sənəd imzalanıb - Ərdoğan“İşğal altındakı torpaqlarının və Qarabağın azadlığı münasibətilə dostum İlham Əliyev başda olmaqla, bütün azərbaycanlı qardaşlarımı təbrik edirəm".

Avrasiya.net xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Ərdoğan bildirib: "Türkiyə razılaşmanın tətbiqinə nəzarət və monitorinq üçün bölgədə yaradılacaq müştərək sülhməramlı qüvvələrində Rusiya ilə birgə yer alacaq. Atəşkəsə nəzarət və monitorinq üçün yaradacağımız Birgə Türk-Rus Mərkəzi ilə bağlı razılaşma bu səhər imzalanıb. Bu mərkəz Azərbaycanın işğaldan azad olunmuş torpaqları üzərində qurulacaq. Dağlıq Qarabağdakı atəşkəsin pozulmasının qarşısını almağa dair bütün tədbirlər bu mərkəz tərəfindən görüləcək”.
Bərdədə qadın həmkəndlisini GÜLLƏLƏDİNoyabrın 10-da saat 11 radələrində Bərdə rayonu, Mollalı kənd sakini 1981-ci il təvəllüdlü Hacıyeva Sevda İsa qızının odlu silahdan açılan atəş nəticəsində aldığı xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bərdə rayon prokurorluğundan Avrasiya.net-ə verilən məlumata görə, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış araşdırmalarla zərərçəkmişin qohumu 1995-ci il təvəllüdlü Mehralıyeva Nərmin Güloğlan qızının birgə yaşadıqları evdə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı ov tüfəngindən atəş açaraq Sevda Hacıyevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Nərmin Mehralıyeva şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
“Nikol, satqın”, “İstefa” - Ermənilər ayağa qalxdıErmənistanın paytaxtı Yerevanda müxalifət partiyalarının birgə mitinqi baş tutub.

Ermənistan KİV xəbər verir ki, 17 siyasi partiyanın qatıldığı mitinq “Nikol, satqın” şüarı ilə müşaiyət olunur. Keçmiş baş nazir Vazgen Manukyan Paşinyanı devirməsələr erməni xalqının mənliyinin olamayacağını söyləyib.

Daşnakların nümayəndəsi Qeqam Manukyanın isə ölkənin düşdüyü rüsvayçı duruma görə, yalnız Paşinyan və onun komandasının təqsirkar olduğunu əlavə edib.

Mitniqin qadağan edilməsinə baxmayaraq, aksiyada onminlərlə insanın iştirak etdiyi xəbər verilir. Opera və Balet teatrının qarşısında toplaşan çoxsaylı polis qüvvələri aksiyaya müdaxilə etmir.

Müxalifət partiyaları aksiya qabağı Yerevana bütün giriş-çıxışların bağlandığını əlavə edib.
Bizi Qarabağa məhv olmağa göndərdiniz – Erməni idmançıSatılmış hakimiyyət hər şeyə hərbi əməliyyatlar başlamamışdan öncə qərar verib.

Axar.az xəbər verir ki, bu sözləri erməni MMA döyüşçüsü Eduard Vartanyan deyib.

“İnsan həyatının dəyərsiz olduğunu başa düşmək dəhşətlidir. Dövlətin başında duran korrupsioner siyasətçilər erməni xalqına xəyanət etdilər. Siyasət çirkli və prinsipsiz işdir. Qurban verilməsinin qarşısını daha əvvəl almaq olardı. Hakimiyyətin ən yüksək eşelonundakı bu xainlər xalqını məhv olmağa göndərdi”, - o bildirib.