Araik Arutunyan: 1 500 erməni əsgəri onlarla azərbaycanlının qabağından qaçırdıDağlıq Qarabağdakı cinayətkar rejimin başçısı Araik Arutunyan erməni millətinin öz ordusuna xayənət etdiyini bildirib.

“Report” xəbər verir ki, feysbukdakı səhifəsindən canlı yayımla müraciət edən A.Arutunyan hələ oktyabr ayının əvvəllərində Azərbaycan Ordusu Suqovuşan və Talış kəndlərini azad edəndə yardım üçün Yerevana müraciət etdiklərini, amma yardıma gələn Ermənistan ordusunun elit hissələrinin hücuma keçməkdən boyun qaçırdıqlarını qeyd edib. Onun sözlərinə görə, Ermənistan ordusunun bir hissəsi vahimə içində olub.

“Ön cəbhədəki uşaqlarımıza dəstək üçün insan ehtiyatlarımız yox idi. O gün ordunun bir hissəsinin vahiməyə qapıldığına tamamilə əmin olmuşdum. Onlara yalvardım, ən qabaqda özüm gedəcəyəm dedim, amma yenə də gəlmədilər, "ölkə prezidentini" (özünü nəzərdə tutur – red.) tək qoydular. Bu gün bunları danışıram, çünki danışmalıyam. Ermənistan Milli Təhlükəsizlik Xidmətinin ən elit birləşməsinin üzvlərindən soruşa bilərsiniz, görün mənim xahişimi necə üzümə qaytardılar. Mən yalvarırdım onlara. Soruşun onlara mənə nə dedilər”, - deyən separatçı qurumun başçısı Hadrut ətrafındakı döyüş zamanı 1 500 erməni əsgərinin onlarla azərbaycanlı əsgərdən qorxub qaçdıqlarını da diqqətə çatdırıb.

A.Arutunyan həmçinin Ermənistan siyasi rəhbərliyini də ittiham edib: “Bu gün xain, satqın axtarışında olan o siyasətçilər qoy öz övladlarının, qohum-əqrəbalarının iştirakına dair məlumat versinlər. Camaatı aldatmaq üçün selfi çəkirdilər, guya cəbhədədirlər, əslində isə tamam başqa yerdə olublar. O, 18-20 yaşlı əsgərlərimizə hamımız xəyanət etdik. Hər gün yüzlərlə itki verirdik. Bəs əvəzində kim gəlib? Vaxtında kömək ala bilmədiyimiz üçün yeni gələnlər döyüşə getməkdən boyun qaçırırdı. Son gün isə Stepanakertin (Xankəndi – red.) kənarlarında cəmi 100-200 döyüşçümüz vardı”.
Arutyunyan bütün erməni xalqını satqın adlandırıbDağlıq Qarabağdakı separatçıların lideri Araik Arutyunyan bütün erməni xalqını satqın adlandırıb.

Avrasiya.net xəbər verir ki, bu barədə A.Arutyunyan özünün feysbuk səhifəsində canlı yayım zamanı deyib.

"Əgər kimsə satqınlığda ittiham olunmalıdırsa, o zaman bütün erməni xalqını satqınlıqla ittiham etmək olar. "Torpağı kim" satdı? Biz bunu xalqımızla birlikdə etdik, xəyanət etdik. Hamımız bir yerdə etdik", - deyə A.Arutyunyan bildirib.
İlham Əliyev: "Qarabağ əsl cənnət məkanına çevriləcək""Bu, bizim hər birimizin həyatında ən xoşbəxt anlardır. İkinci Qarabağ müharibəsi tarixdə Azərbaycanın şanlı qələbəsi kimi qalacaq. Qələbənin qazanılmasında bütün xalqımız birlik, həmrəylik göstərdi".

Avrasiya.net xəbər verir ki, bununla bağlı Ali Baş Komandan, Prezident İlham Əliyev "Twitter"də paylaşım edib.

Ölkə başçısı bildirib :

"Qələbə bizim hərbçilərimizin peşəkarlığı, qəhrəmanlığı hesabına qazanılıb. Onlar torpağımızı düşməndən qarış-qarış azad edib, bu Zəfəri xalqımıza nəsib ediblər.

Döyüş meydanında qazanılmış qələbələr siyasi müstəvidə də Qələbənin qazanılmasını şərtləndirdi. Biz tarixi Qələbəmizi hüquqi və siyasi müstəvidə daha da möhkəmləndirəcəyik.

Xalqımızın birliyi bizə imkan verəcək ki, işğaldan azad edilmiş torpaqlara yenidən həyat qaytaraq. Qarabağ yenidən doğulacaq, canlanacaq, dirçələcək. Qarabağ əsl cənnət məkanına çevriləcək".
İnternetə tətbiq olunan məhdudiyyət aradan qaldırılır - RƏSMİErmənistan Respublikası tərəfindən törədilən genişmiqyaslı təxribatların, kiberinsidentlərin qarşısının alınması məqsədilə ölkəmizdə internetin verilişinə tətbiq edilmiş müvəqqəti məhdudiyyət, işğaldan azad olunmuş və keçmiş cəbhəyanı ərazilər istisna olmaqla 12 noyabr 2020-ci il tarixində aradan götürüləcəkdir.

Avrasiya.net xəbər verir ki, bunu nəqlıiyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə sosial media hesabında bildirib.

O bildirib ki, ötən müddət ərzində internetin verilişinin məhdudlaşdırılması ilə əlaqədar göstərdikləri anlayışa görə Azərbaycanın çoxmilyonluq internet istifadəçilərinə təşəkkür edirik.

Qeyd edək ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi 27 sentyabr 2020-ci il tarixindən ölkə üzrə internetin verilməsində məhdudiyyətlər tətbiq etmişdi.
Arutunyan: erməni ordusu vahimə içində idiDağlıq Qarabağdakı cinayətkar rejimin başçısı Araik Arutunyan erməni millətinin öz ordusuna xayənət etdiyini bildirib.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, Feysbukdakı səhifəsindən canlı yayımla müraciət edən A.Arutunyan hələ oktyabr ayının əvvəllərində Azərbaycan Ordusu Suqovuşan və Talış kəndlərini azad edəndə yardım üçün İrəvana müraciət etdiklərini, amma yardıma gələn Ermənistan ordusunun elit hissələrinin hücuma keçməkdən boyun qaçırdıqlarını qeyd edib. Onun sözlərinə görə, Ermənistan ordusunun bir hissəsi vahimə içində olub.

“Ön cəbhədəki uşaqlarımıza dəstək üçün insan ehtiyatlarımız yoxdur. O gün ordunun bir hissəsinin vahiməyə qapıldığına tamamilə əmin olmuşdum. Onlara yalvardım, ən qabaqda özüm gedəcəyəm dedim, amma yenə də gəlmədilər, "ölkə prezidentini" (özünü nəzərdə tutur – red.) tək qoydular. Bu gün bunları danışıram, çünki danışmalıyam. Ermənistan Milli Təhlükəsizlik Xidmətinin ən elit birləşməsinin üzvlərindən soruşa bilərsiniz, görün mənim xahişimi necə üzümə qaytardılar. Mən yalvarırdım onlara. Soruşun onlara mənə nə dedilər”, - deyən separatçı qurumun başçısı Hadrut ətrafındakı döyüş zamanı 1 500 erməni əsgərinin onlarla azərbaycanlı əsgərdən qorxub qaçdıqlarını da diqqətə çatdırıb.

A.Arutunyan həmçinin Ermənistan siyasi rəhbərliyini də ittiham edib: “Bu gün xain, satqın axtarışında olan o siyasətçilər qoy öz övladlarının, qohum-əqrəbalarının iştirakına dair məlumat versinlər. Camaatı aldatmaq üçün selfi çəkirdilər, guya cəbhədədirlər, əslində isə tamam başqa yerdə olublar. O, 18-20 yaşlı əsgərlərimizə hamımız xəyanət etdik. Hər gün yüzlərlə itki verirdik. Bəs əvəzində kim gəlib? Vaxtında kömək ala bilmədiyimiz üçün yeni gələnlər döyüşə getməkdən boyun qaçırırdı. Son gün isə Xankəndi kənarlarında cəmi 100-200 döyüşçümüz vardı”.
"Azərbaycan prezidenti bütün qərarlarında daima haqlıdır"Sadiq Qurbanov
Milli Məclisin Təbii ehtiyyatlar, energetika və ekologiya komitəsinin sədri


Dəyərli dostlar!

Danılmaz faktdır ki, Azərbaycan prezidenti bütün qərarlarında daima haqlıdır. Dünya dövlət başçıları arasında öz səmimiyyəti, qətiyyəti və iradəsini ilə xüsusi olaraq seçilir! Bəşəri dəyərlərə hörmətlə yanaşır. Bu hər zaman belə olub, belə də olacaqdır!

#AliBaşKomandan və #rəşadətliordumuz, güclü milli ruha sahib olan xalqmızın iradəsini ifadə edərək bizi böyük qələbəyə qovuşdurdu.

Qazanılan qələbənin mahiyyəti və hərbi-strateji əhəmiyyətini azaltmağa çalışan, bütün günü hərbi-siyasi ekspert kimi münasibət bildirən "dostlar", axı bu birliyi nə üçün zədələməyə, cəmiyyətimizin milli ruhuna xələl gətirməyə çalışırsınız. Səbirsizlik və yersiz emosionallıq göstərildikcə sizlər xalq-dövlət-ordu birliyini sarsıdırsınız.

Prezidentimizin istənilən qərarı bizim rifahımız üçündür! Bu ölkənin sosial-iqtisadi inkişafı üçündür! Bu Azərbaycanın dünya ölkələri arasında öz siyasi-iqtisadi, ictimai-ideoloji mövqeyinin daha da möhkəmlənməsi üçündür!

Biz ölkəmizin ərazi bütövlüyünü təmin etdik. 30 ilə yaxındır bəlli səbəblərdən bizə meydan oxuyan düşmən qarşımızda diz çökdü! İşğal altındakı torpaqların təxminən yarısını cəmi 40 gün ərzində Azərbaycan Ordusu azad etdi. Şuşada Azərbaycan bayrağı dalğalanır!

Biz yumruq kimi birləşmişik! Biz torpaqlarımıza qayıdırıq! Biz Naxçıvana dəhliz əldə edirik! Biz Kəlbəcərə, “İstisu” bulağına gedəcəyik!

Torpaqlarımızın qalan hissəsindən də düşmən hazırda çəkilməkdədir. Milyonlarla vətəndaşımız Böyük Qayıdışın həyəcanını yaşayır. Uzun illərdən sonra millətimiz ilk dəfə olaraq Şəhidlər Xiyabanına başı dik axın edir!.

Daha nə olsun?....

Sosial şəbəkələrdə görülən bu işlərə şübhə ilə yanaşan facebook dostlarım, bir daha düşünün, ittiham etməkdənsə, dövlət başçımıza sonunadək dəstək olmaq lazımdır.

Ölkə rəhbərimizin qərarlarına hörmətsizlik və tərəddüd edib, ona şübhə ilə yanaşacaqsınızsa xahiş edirəm dostluq siyahımdan izləmədən özünüz çıxasınız.

Qərarlarınıza böyük hörmətlə yanaşıram.
"Paşinyan alçaq, xain və əclafdır"Ermənistanın baş naziri Nikol Paşinyan xəyanətə görə hərbi tribunal tərəfindən cəzalandırılmalıdır, əks təqdirdə Ermənistan tezliklə mövcud olmayacaq.

Bunu “Rossiya 1” kanalında yayımlanan “Vladimir Solovyovla Axşam” verilişinin efirində “Zamanın məğzi” hərəkatının lideri Sergey Kurginyan deyib.

“Paşinyan alçaq, xain və əclafdır. Belə əclafların bir dəstəsi və onların arxasında oturan bu dəstə başçısı Ermənistandadır... Əgər bütün bunlar yaxın həftələrdə təmizlənməsə, bu, yalnız Qarabağda mövqelərin təslim edilməsi ilə bitməyəcək — erməni dövlətinin tamamilə ləğv edilməsi ilə nəticələnəcək”, - deyə Kurginyan vurğulayıb.
“Bu qələbənin birinci qəhrəmanı Azərbaycan əsgəridir” - İlham Əliyev“Biz bir daha gücümüzü göstərdik, xalqımızın birliyini göstərdik. Göstərdik ki, heç bir qüvvə bizim qabağımızda dura bilməz, heç bir qüvvə bizi haqq yolumuzdan döndərə bilməz. Bu tarixi missiyanı siz icra etmisiniz - Azərbaycan əsgəri, Azərbaycan giziri, Azərbaycan zabiti icra edib. Əlbəttə ki, bizim güclü ordumuz var, texniki təchizat da yüksək səviyyədədir”.

Avrasiya.net xəbər verir ki, bunu Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə görüşündə deyib.

Dövlət başçısı bildirib ki, bütün dünya gördü ki, biz hansı texniki imkanlardan istifadə edirik:

“Onu da deyə bilərəm ki, bu gün bizim əldə etdiyimiz qələbə və apardığımız hərbi əməliyyatlar həm texniki imkanlar baxımından, eyni zamanda, operativ addımlar, əməliyyatların hazırlanması və icra edilməsi baxımından bütün dünyada öyrənilir. Bu, yeni nəsil müharibə üsuludur, hansı ki, planlaşdırma, texniki təchizat, texnologiyaların tətbiqi, əməliyyatların düzgün planlaşdırılması və həyata keçirilməsi, hərbçilərimizin döyüş qabiliyyəti və mənəvi ruh birləşir, vəhdət təşkil edir. Ancaq mən bunu artıq bir neçə dəfə demişəm, bu qələbəni qazanan bizim texniki vasitələr yox, əsgər və zabitlərimizdir. Onlar torpağımızı düşməndən qarış-qarış azad edə-edə bu Qələbəni, bu Zəfəri xalqımıza nəsib etdilər. Ona görə bu qələbənin birinci qəhrəmanı Azərbaycan əsgəridir, Azərbaycan zabitidir və hər kəs bunu bilməlidir. Biz sübut etdik ki, biz böyük xalqıq. Biz sübut etdik ki, biz həmrəylik göstəririk, birlik göstəririk və bu birlik onsuz da cəmiyyətdə var idi. Ancaq bu zəfərdən sonra bu, daha da yüksək səviyyəyə qalxdı. Bu birlik bizə imkan verəcək ki, işğaldan azad edilmiş torpaqlara yenidən həyat qaytaraq, məcburi köçkünlərimizi o yerlərə maksimum qısa müddət ərzində qaytaraq. Qarabağ bölgəsi, gözəl tarixi diyarımız sanki yenidən doğulacaq, yenidən canlanacaq, dirçələcək. Azərbaycanın ayrılmaz hissəsi və ən gözəl güşələrindən biri olan Qarabağ əsl cənnət məkanına çevriləcəkdir”.
Tərəflərindən biri istəyərsə, Rusiya tərk edəcək - GeneralAvrasiya.net Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri Məhərrəm Əliyevin SİA-ya müsahibəsini təqdim edir:

- Məhərrəm müəllim, Azərbaycan və Rusiya prezidentlərinin, eləcə də Ermənistanın baş nazirinin imzaladıqları atəşkəslə bağlı razılaşma bəyannaməsindən sonra bəzi sosial şəbəkə istifadəçiləri qeyri-ciddi və əsassız fikirləri ilə ictimai rəydə çaşqınlıq yaradırlar. Sizin bu məsələ ilə bağlı fikirləriniz necədir?

- Mən ilk növbədə Müzəffər Ali Baş Komandan İlham Əliyev cənabları başda olmaqla bütün Azərbaycan xalqını qazanılan böyük qələbəmiz münasibəti ilə təbrik edirəm. Bu zəfərin əldə edilməsində fədakarlıq göstərən bütün əsgər və zabitlərimizə fəaliyyətlərində uğurlar arzulayır, yaralanmış hərbçilərimizə şəfa, Vətən uğrunda canlarını qurban vermiş şəhidlərimizə və onların ailələrinə, yaxınlarına Allahdan rəhmət diləyirəm. Onların hər biri Azərbaycanımızın fəxrləridir, biz onların və valideynlərinin qarşısında baş əyirik. Şəhidlərimizin xatirələri daim, tarixlər boyu hər bir azərbaycanlının qəlbində əziz olaraq tutulacaq.

Artıq kimsəyə sirr deyil ki, Azərbaycan Ordusu Qarabağın işğaldan azad edilməsi uğrunda şücaətlər göstərdi və düşmənə sarsıdıcı zərbələr endirməklə onu sülhə, işğal edilmiş ərazilərin qaytarılması üzrə razılaşma bəyannaməsini imzalamağa məcbur etdi. İşğalçı Ermənistan rəhbərliyinin təslimçiliyə imza atması faktı artıq özü-özülüyündə bütün gerçəkləri ortaya qoyur və bu kontekstdən çıxış edərək, xüsusilə, qeyd etmək istərdim ki, sentyabrın 27-dən başlayaraq 44 gün davam edən müharibə dövründə bir çox ölkələr əks-hücum əməliyyatlarının dayandırılması üçün cənab Prezident İlham Əliyevə telefon zəngləri etdilər, münaqişənin danışıqlar yolu ilə siyasi müstəviyə keçməsini xahiş etdilər. Əlbəttə, Azərbaycan tərəfi bütün hallarda sülhün tərəfdarı olduğunu hər dəfə bəyan edib və son 27-28 ildə ATƏT-in Minsk qrupu çərçivəsində dəfələrlə danışıqlar masasına oturub, müəyyən şərtlərini irəli sürüb, hətta şərti razılaşmalar ətrafında da müzakirələr aparılıb. Lakin Ermənistan tərəfi istər əvvəlki hakimiyyətləri dövründə, istərsə də hazırkı hakimiyyəti vasitəsi ilə sülhə tərəfdar olmadıqlarını fəaliyyətləri ilə göstərdilər.

İyul ayından başlayaraq, dövlət sərhədlərimizdə silahlı təxribatların törədilməsi, üstəlik dinc əhalimizin atəşə məruz qoyulması, eyni zamanda, Ermənistanın hərbi-siyasi rəhbərliyinin daha irəliyə gedərək, əlavə ərazilərimizi də zəbt edəcəkləri kimi bəyanatlar səsləndirmələri artıq onların məqsədlərini açıq-aşkar məlum edirdi. Bu məqsəd özünü sentyabrın 27-də Qarabağ cəbhəsində sübuta yetirdi. Nəticədə düşmənin işğalçılıq addımlarının cavabı çox sərt şəkildə verildi və demək olar ki, hər gün kəndlərimiz, qəsəbələrimiz, şəhərlərimiz işğaldan azad olundu. İşğalçılar böyük itkilər verərək sadəcə silah-sursatlarını, hərbi texnikalarını atıb-qaçmağa çalışırdı ki, bu da Ermənistan ictimaiyyətində ciddi təlaşlar doğururdu. Erməni xalqı artıq anlayırdı ki, onların övladları boş yerə başqasına mənsub olan torpaqlarda döyüşür. Bu vəziyyət istər-istəməz düşmən ölkənin hərbi-siyasi dairələrinin vəziyyətlərini daha da ağırlaşdırırdı. O cümlədən, şanlı Silahlı Qüvvələrimizin qeyrət qalamız hesab edilən və milli-mədəniyət ocağımız kimi dəyərləndirilən Şuşa şəhərini düşmən işğalından azad etməsindən sonra onların hakimiyyətləri Qarabağ cəbhəsində daha ağır xaos yaşayacaqlarının fərqinə varmağa başladılar. Halbuki, cənab Ali Baş Komandan İlham Əliyev dəfələrlə istər xarici mətbuat vasitələrinə verdiyi müsahibələrində, istərsə də xalqa müraciətlərində düşmən tərəfə öz mesajlarını çatdırırdı. İşğal etdikləri bütün torpaqlarımızdan qeyd-şərtsiz çıxmaq və bunun üçün çıxış qrafikini təqdim etmək tələbini irəli sürən dövlət başçımız müharibənin yalnız bu üsulla dayandırılması mümkünlüyünü vurğulayırdı. Nəticədə məğlub və çıxılmaz vəziyyətə düşən Ermənistan rəhbərliyi sülhə məcbur edildi.

Qeyd edim ki, məhz Rusiya və Türkiyə ali rəhbərliklərinin davamlı rabitəsi, onların Azərbaycan Prezidenti ilə də məsləhətləşmələr aparmalarından sonra ədalətli tələb qəbul edildi və göründüyü kimi, artıq rəsmi bəyannamə sənədi Azərbaycan, Rusiya və Ermənistan dövlət başçıları tərəfindən imzalanıb, qüvvəyə minib.

Söz yox ki, atəşkəsin əldə olunması üçün ən çox fəaliyyət göstərən tərəflərdən biri də Rusiya rəhbərliyi idi və qəbul olunmuş sənədə əsasən düşmən işğal olunmuş əraziləri bəlli olan, ictimiyyətə də elan edilən qrafik əsasında tərk etməlidir. Çünki o da bəlli idi ki, artıq Rusiya münaqişədə neytral tərəf tutdu. Onu da unutmamalıyıq ki, Azərbaycanın Rusiya ilə münasibətləri strateji tərəfdaşlıq münasibətlərinə əsaslanır, iki dövlət arasında səmimi dostluq amili mövduluğunu qoruyub-saxlayır. Eyni zamanda, Rusiya ilə Azərbaycan arasında bir çox regional layihələr ikitərəfli iqtisadi-siyasi münasibətlərdə möhkəm əsaslara söykənir.

Beləliklə, bütün bu kimi məsələlər, etibarlılıq prisnispləri də nəzərə alınmaqla Rusiyaya məxsus sülhməramlı qüvvələr təmas xəttində fəaliyyət göstərəcəklər, o cümlədən bu fəaliyyətin müddəti də 5 ildir. Yəni 5 ildən sonra münaqişə tərəflərindən biri sülhməramlıların xidmət apardıqları təmas xəttini tərk etməsini istəyərsə, həmin qərar dərhal icra olunacaq. Bu, həmin sənədin tərkib hissəsində yer alan mühüm müddəadır.

Artıq öz doğma yurd-yuvalarından qaçqın düşmüş bütün vətəndaşlarımız azad olunmuş torpaqlarına geri dönəcəklər və həmin ərazilərdə üçrəngli bayrağımız dalğalanacaq, Azərbaycanın qanunları icra ediləcək, milli valyutamız dövriyyəyə buraxılacaq və bu birmənalıdır. Hər kəs bilməlidir ki, artıq Qarabağımıza heç bir status verilmir. Əvvəllər olduğu kimi “Dağlıq Qarabağ Muxtar Vilayəti” adlı ərazi adı yoxdur, tamamilə süquta uğrayıb. Bütöv bir Qarabağ var ki, o da digər rayonlarımız kimi Azərbaycanın tərkibində olan ayrılmaz ərazimizdir. Ona görə də bəzi sosial şəbəkə istifadəçilərinin əsassız, qeyri-dəqiq məlumatlarla, heç bir hərbi-siyasi bilgilərə sahib olmadan, müxətlif yanlış məlumatları ictimailəşdirmələrini doğru hesab etmirəm. Fikrimcə bu kimi addımlar həmin “internet qəhrəmanlarının” Azərbaycan Ordusuna, Şəhidlərinə və bütünlükdə Azərbaycanımıza qarşı hörmətsizliyidir.

- Cənab general-poklovnik, bir daha Türkiyə amilinə qayıtmaq istərdim. Qardaş ölkənin formalaşdırılan Monitorinq Mərkəzindəki iştirakı hansı nəticələri verəcək?

- Əlbəttə, Türkiyə ilə Azərbaycan arasındakı sarsılmaz qardaşlıq telləri ən möhkəm təməllərə söykənir və biz bunu əvvəllər də, münaqişənin ən qızğın vaxtında da gördük, bu gün də şahidi olmaqdayıq. Ümumiyyətlə, ölkələrimiz arasındakı hərbi-strateji əməkdaşlıq və o cümlədən, illərdən bəri formalaşan təməlli prinsiplər qardaş ölkənin bizə olan dəstəyini davamlı edir. Yaxın bir neçə gün ərzində Türkiyənin Milli Müdafiə Nazirliyinin və Baş Qərargahının rəhbərləri Ali Baş Komandan cənab İlham Əliyevlə görüşlər keçirdilər. Türkiyənin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan dəfələrlə cənab Prezident İlham Əliyevlə əlaqə saxladı, prosesləri yaxından izləyərək, daim qardaş dövlətin yanında olduğunu vurğuladı. Həmçinin, bugünlərdə Türkiyə Respublikasının Milli Müdafiə Naziri cənab Hulisi Akar Azərbaycanda səfərdə oldu və Monitorinq Mərkəzinin formalaşdırılması istiqamətində əldə edilən qərarlar, qarşıda dayanan planlar dəqiqliklə müzakirə edildi. Bütün bunlar onu göstərir ki, Türkiyə dövləti bu gün də bizim yanımızdadır və qrafikə uyğun şəkildə işğaldan azad ediləcək digər ərazilərimizə nəzarət funksiyasını Rusiya ilə birlikdə həyata keçirəcəkdir.

- Məhərrəm müəllim, Azərbaycanın qələbə nəticəsində əldə etdiyi daha hansı uğurlar barədə danışa bilərdiniz?

- Vətən müharibəsindəki şanlı qələbəmizdən sonra əldə etdiyimiz daha bir zəfər faktoruna toxunmaq istərdim. Bilirsiniz ki, Naxçıvan uzun illərdir blokada şəraitində qalmışdı və bu, həmin bölgənin iqtisadi, ticari və s. maraqlarının qarşısını alırdı. Buna baxmayaraq, Naxçıvan Azərbaycanın ayrılmaz hissəsi olaraq inkişaf edirdi, mübarizə aparırdı və naxçıvanlıların mübarizliyi, qətiyyəti sayəsində ölkəmizin ən gözəl diyarlarından birinə çevrilib.

Lakin təsəvvür etsək ki, Naxçıvan blokada şəraitində olmasaydı daha hansı uğurlara imza atardı, bax bu məsələdə deyərdim ki, əldə olunmuş sülh razılaşması qələbəmizin danılmaz qalibiyyət prinsiplərindən biridir. Çünki sənədə əsasən, artıq Azərbaycandan Naxçıvana Ermənistan ərazisi daxil olmaqla nəqliyyat dəhlizi açılır. Bu dəhlizin açılması muxtar respublikanı belə desək, “materik” Azərbaycanla birləşdirir. Məhz bu uğur yaxın gələcəkdə bütöv bir strateji əhəmiyyəti əhatə edəcək ki, bundan da əlbəttə ki, Azərbaycan xalqı yararlanacaq. Bir sözlə, qeyd etmək istərdim ki, sülh, yaxud atəşkəs sazişi bütün tərəflərdən ölkəmizin, xalqımızın səmərəsinə hesablanmış müddəalardan ibarətdir. Düşünürəm ki, qısa müddət ərzində Azərbaycan dövləti işğaldan azad olunmuş bölgələrimizin inkişafı istiqamətində kifayət qədər nəhəng layihələrin icrasına başlayacaq, kommunikasiya və s. imkanlar genişləndiriləcək.

- Son olaraq, sonrakı proseslərdə vətənpərvərlik ruhunun təbliğini necə görürsünüz?

- Zəfər salnaməsi, işğaldan azad olunmuş ərazilərdə müzəffər Ordumuzun qəhrəmanlıq izləri gələcək nəsillərimiz üçün and yeri olacaq. Həmçinin həmin əraziləri ziyarət edərkən Silahlı Qüvvələrimizin şücaətini sübut edən reallıqlar, elementlər orada qalacaq və bu gün qələbəmizin canlı şahidləri olan uşaq və yeniyetmələr, eləcə də bütün yaş dövrlərini əhatə edən insanlarımız döyüşlərin baş verdiyi əraziləri öz gözləri ilə görüb, oraları açıq muzey kimi seyr edəcəklər. Bax, budur gələcəyə vətənpərvərlik ideyalarını aşılamaq siyasəti.

Bütün bunlar isə, qazanılan zəfərimizin başlıca məqsədləridir və Azərbaycan xalqı, Azərbaycan əsgəri və zabiti Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə bu şanlı qələbəni qazandı. Sözümü isə cənab Prezidentimizin təqribən bir il əvvəl bəyan etdiyi və hər kəsin dillər əzbəri olmuş “Qarabağ Azərbaycandır!” nidası ilə yekunlaşdırıram.