Seyran Ohanyanın oğlu da Qarabağda yaralandıErmənistanın keçmiş müdafiə naziri Seyran Ohanyanın oğlu Artur Ohanyan Qarabağda gedən döyüşlərdə yaralanıb.

Avrasiya.net xəbər verir ki, Seyran Ohanyanın vəkili Karen Mejlumyan informasiyanı təsdiqləyib.

"O, xəsarət alıb və xəstəxanalardan birindədir. Başqa təfərrüatı açıqlaya bilmərəm", - Mejlumyan deyib.

Qeyd edək ki, dünən Seyran Ohanyanın Şuşa ətrafında gedən döyüşlərdə ağır yaralanması xəbəri yayılıb.
Ağdərə istiqamətində düşmənə ağır zərbəCəbhənin Ağdərə istiqamətində Ermənistan silahlı qüvvələrinin 5-ci dağatıcı alayının müdafiə sahəsində döyüş mövqelərinin artilleriya atəşinə tutulması nəticəsində şəxsi heyət arasında ölən və yaralananlar var. Düşmənin bir neçə avtomobil texnikası və minaatan qurğusu sıradan çıxarılıb.

Avrasiya.net xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin məlumatında deyilir.

Bildirilib ki, Azərbaycan Ordusu bölmələri tərəfindən həyata keçirilən əməliyyat nəticəsində düşmənin 6-cı dağatıcı alayın 1-ci taboru bölmələrinin şəxsi heyət arasında itkilər var. Düşmənin D-30 artilleriya divizionunun 3-cü batareyasının topları da sıradan çıxarılıb.

Hazırda cəbhənin bütün istiqamətlərində döyüş əməliyyatları davam edir.
Düşmənin şəxsi heyəti mühasirəyə alınaraq məhv edildiCəbhədə gedən döyüşlərdə Ermənistan silahlı qüvvələrinin 022-ci xüsusi təyinatlı hərbi hissəsinin şəxsi heyəti bölmələrimiz tərəfindən mühasirəyə alınaraq məhv edilib.

Müdafiə Nazirliyindən Avrasiya.net-ə verilən məlumata görə, döyüşlər başlayandan indiyədək canlı qüvvə sarıdan xeyli itkiyə məruz qalan düşmən xüsusi təyinatlılarını gücləndirmək məqsədilə bir müddət əvvəl onlara könüllülər və yerli sakinlər də qoşulub. Buna baxmayaraq, son döyüşdə ağır itkilər verən xüsusi təyinatlılar mövqelərindən çəkilmək məcburiyyətində qalıb.

Daxil olan məlumata görə, Ermənistandan işğal olunmuş ərazilərimizə gətirilən 178-ci əlahiddə kəşfiyyat taboru da döyüşlərdə ölü və yaralı olaraq şəxsi heyətinin yarısını itirib.
Dünyada 50 milyon insan koronaya yoluxduDünyada koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı 49 milyonu ötüb.

Avrasiya.net xəbər verir ki, indiyədək dünya üzrə COVID-19-a 49 milyon 667 min 697 yoluxma faktı qeydə alınıb. Virusdan ölənlərin sayı 1 milyon 248 min nəfəri, sağalanların sayı isə 35 milyon 254 min nəfəri keçib.

Xatırladaq ki, martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı yeni koronavirus infeksiyasının yayılmasını pandemiya elan edib.