"Paşinyan təkcə cəbhədə yox, həm də öz ölkəsində uduzur"Dağlıq Qarabağdakı hərbi əməliyyatlar göstərir ki, Ermənistanın baş naziri Nikol Paşinyanın münaqişə başlayandan bəri bütün addımları düşünülməmiş olub və şöhrət xatirinə atılıb.

Bu bardə Rusiyanın "yugsn.ru" nəşri yazır.

Qeyd olunur ki, indi bu uğursuzluq Ermənistanın çoxlu sayda şəxsi heyət və texnika itirməsində, eləcə də Ermənistan qoşunlarının, xüsusən də kəşfiyyatın bütün cəbhə boyu məğubiyyətində ifadə olunur.

Paşinyan atəşəkəsə razılaşmır. O, Rusiya Prezidenti Vladimir Putinlə görüşə can atır və KTMT çərçivəsində hansısa müttəfiqlik öhdəliklərini əsas gətirərək kömək istəyir. Amma baş nazir unudur ki, Rusiya Ermənistana yalnız bu ölkənin hücuma məruz qalacağı təqdirdə kömək edə bilər.

Nikol Paşinyan həm də cəbhədəki məğlubiyyətlərə yol açan ölkədaxili problemləri də görmür. Koronavirus pandemiyasının sürətlə yayılması nətcəsində faciəvi vəziyyət yaranıb. 3 milyonluq ölkədə 100 mindən çox yoluxma qeydə alınıb.

Bundan başqa, ekspertlər baş naziri siyasi iradəsi, inamı və bacarıqları olmayan zəif idarəçi hesab edirlər.

Beynəlxalq münaqişələr üzrə ekspert Yevgeni Mixaylov qeyd edir ki, əgər Ermənistanda çevriliş şəraiti yaransa, N.Paşinyanın qaçmağa yeri olmayacaq, Erməni xalqı onu hər yerdə tapacaq: "Tamamilə aydındır ki, Ermənistan ilk növbədə dövlət hakimiyyətinin çürüməsində pik həddə çatıb. Nikol Paşinyanın Soros rejimi siyasəti öz xalqı üçün yalnız bəlalar gətirdi. Paşinyan öz rusofobiyası ilə Moskvanı ölkədən uzaqlaşdırdı və indi Yerevan öz şovinizminin məhsulunu biçir".

Ekspert əlavə edib ki, bu gün Yerevan bütün cəbhə boyunca tam fiaskoya uğrayır və getdikcə daha da pis olacaq.
Paşinyan özünü mat elədi - MixaylovErmənistan dövlət hakimiyyətinin tam parçalanmasının pik nöqtəsinə çatıb.

Bu sözləri beynəlxalq münaqişələr üzrə ekspert Yevgeni Mixaylov deyib.

"Ermənistan hökumətinin Soros rejimi siyasəti öz rusiyameyilli xalqına dərd gətirdi. Paşinyan rusofobluğu ilə Moskvanı itirdi, indi də İrəvan öz şovinizminin bəhrəsini görür", - deyə o bildirib.

Ekspert qeyd edib ki, bu gün İrəvan tam fiaskoya uğrayır, bundan sonra isə daha da pis olacaq:

"Münasibətlərimiz tarixi əlaqələrə əsaslanmadan yenidən qurulacaq. Əgər kömək istəyirsinizsə, bazar qiymətləri ilə ödəniş edin. Paşinyan öz hərəkətləri ilə özünü mat edib".
Beyləqanda avtomobil 4 piyadanı vurdu - 3-ü öldüBeyləqanda avtomobil 4 piyadanı vurub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Avrasiya.net-ə verilən məlumata görə, Noyabrın 6-da saat 19 radələrində Beyləqan rayonunun 2-ci Şahsevən kəndi ərazisində şəhər sakini X.Hüseynov idarə etdiyi “Renault” markalı avtomobillə yolun kənarında dayanmış Rasim Rufullayevi, C.Musayevi, Qismət Əliyevi və oğlu Hikməti vurub.

Nəticədə R.Rufullayev, Q.Əliyev və Hikmət aldığı xəsarətlərdən hadisə yerində ölüblər.



Beyləqan Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Bu ərazilər azad olundu - TəciliMüzəffər Azərbaycan Ordusu Füzulinin Yuxarı Veysəlli, Yuxarı Seyidəhmədli, Qorqan, Üçüncü Mahmudlu, Qacar, Divanalılar, Cəbrayılın Yuxarı Məzrə, Yanarhac, Qubadlının Qəzyan, Balasoltanlı, Mərdanlı, Zəngilanın Beşdəli, Xocalının Qarabulaq, Moşxmaat, Xocavəndin Ataqut, Tsakuri kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!

Avrasiya.net xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Tvitterdə yazıb.
Ermənilər Azərbaycan və Türkiyə səfirliklərinin önünə donuz başı qoyublar Xəbər verdiyimiz kimi, bu gecə ermənilər Ukraynanın Xarkov şəhərində yerləşən fəxri konsulluğumuza silahlı hücum edib. Erməni terrorçular tərəfindən konsulluğun binası atəşə tutulub və məkana 6 güllə dəyib.

Avrasiya.net xəbər verir ki, ermənilər artıq bir neçə xarici ölkədə Azərbaycana qarşı terror və təxribata cəhd ediblər. Bu qəbildən olan təxribatçı və terrorçu hərəkətlərin arxasında bir başa Ermənistan hakimiyyətinin dayandığı artıq heç kimə sirr deyil.

Bir müddət əvvəl Estoniyanın paytaxtı Tallin şəhərində maskalı naməlum bir şəxs, İslam mərkəzinin qarşısına, eləcə də Azərbaycan və Türkiyə səfirliklərinin önünə donuz başı qoyub. Qeyri-rəsmi məlumatlara görə, bu rüsvayçı hərəkət, dini radikalizm ilə seçilən bir eston tərəfindən "müsəlmanların xristianlara qarşı pis münasibətinə" və "Azərbaycanın Ermənistana qarşı Dağlıq Qarabağdakı hərəkətlərinə" cavab olaraq törədilib. Bu istiqamətdə Ermənistanın Litva, Latviya və Estoniyadakı səfiri Tiqran Mkrtçyan tərəfindən təxribat xarakterli işlərin aparıldığını nəzərə alsaq, bu hərəkətdə Ermənistan xüsusi xidmət orqanlarının əli olduğu açıq şəkildə görünür.

Ermənistan bu cür təxribatlarla dünyanın müxtəlif ölkələrində yaşayan həmvətənlərimizin dəyərlərinə və hisslərinə toxunaraq təxribata çəkməyə çalışır. Həmvətənlərimizin bu cür təxribatlara uymaması, hər hansı bir təhlükə gördükdə dərhal həmin ölkənin hüquq-mühafizə orqanlarına müraciət etməsi tövsiyə olunur.
Fransada türklərə hücum davam edir Fransada türklərə qarşı ikinci hücum baş tutub.

Avrasiya.net xəbər verir ki, bu barədə Türkiyənin “Haber Global” nəşri məlumat yayıb.

Bildirilib ki, irqi ayrı-seçkilik prinsipi ilə hərəkət edən bir neçə insan Fransanın Nant şəhərində yerləşən türk ət dükanına hücum edib. Hücum zamanı obyektə maddi ziyan dəyib.

Naməlum şəxslər dükanın divarlarına “Türklərə ölüm", "Ərdoğana ölüm", "Öz ölkəsinə qayıt", "Yaşasın donuz" tipli təhqiramiz ifadələr yazıblar.

Qeyd edək ki, bir neçə gün öncə də buna oxşar hadisə baş vermişdi.
Düşmən mühasirəyə alınaraq məhv edildi - VideoCəbhədə gedən döyüşlərdə Ermənistan silahlı qüvvələrinin 022-ci xüsusi təyinatlı hərbi hissəsinin şəxsi heyəti bölmələrimiz tərəfindən mühasirəyə alınaraq məhv edilib.

Müdafiə Nazirliyindən Avrasiya.net-ə verilən məlumata görə, döyüşlər başlayandan indiyədək canlı qüvvə sarıdan xeyli itkiyə məruz qalan düşmən xüsusi təyinatlılarını gücləndirmək məqsədilə bir müddət əvvəl onlara könüllülər və yerli sakinlər də qoşulub. Buna baxmayaraq, son döyüşdə ağır itkilər verən xüsusi təyinatlılar mövqelərindən çəkilmək məcburiyyətində qalıb.

Daxil olan məlumata görə, Ermənistandan işğal olunmuş ərazilərimizə gətirilən 178-ci əlahiddə kəşfiyyat taboru da döyüşlərdə ölü və yaralı olaraq şəxsi heyətinin yarısını itirib.
“Hələ qələbəni elan etməyə hazır deyilik”ABŞ prezidentliyinə Demokratlar Partiyasından namizəd Cozef Bayden Ağ Evdəki yer uğrunda davam edən hakimiyyət mübarizəsi fonunda amerikalılara müraciət edib.

CBSN onun Delaver ştatının Vilminqton şəhərindəki çıxışını yayımlayıb.

Siyasətçi qərargahının seçkilərdə son qələbəsini elan etməyə hələ hazır olmadığını deyib.

Onun sözlərinə görə, Nevada və Arizonadakı səslərin sayılması nəticələrinə əsasən, qazanır.

Demokrat namizəd əlavə edib ki, 270 səs həddi üçün 300 seçici səsini qazanma yolundadır:

“Amerikalı həmvətənlərim, biz hələ qələbə haqqında son bəyanat verməyə hazır deyilik, amma rəqəmlər bizə bunun artıq aydın olduğunu söyləyir… Bu yarışı qazanacağıq”.

Bundan əlavə, keçmiş vitse-prezident tərəfdarlarını səslərin sayılmasının nəticələrini gözləyərkən səbirli olmağa çağırıb.
Przidentin köməkçisi İranın Azərbaycana dəstəyindən YAZDI"Qarşılıqlı hörmətə əsaslanan ölkələrimiz dostluq münasibətlərinə malikdirlər. Prezident İlham Əliyev əlaqələrimizə böyük önəm verir. İranın ərazi bütövlüyümüzə verdiyi dəstəyi ən yüksək səviyyədə ifadə edildiyi üçün yüksək qiymətləndiririk".

Avrasiya.net xəbər verir ki, bunları Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün tvitter hesabında yazıb.