Baydenin qələbəsi rəsmən heç bir ştatda təsdiq edilməyib - TrampCo Baydenin seçkilərdə qələbəsi rəsmən heç bir ştatda təsdiq edilməyib.

Avrasiya.net xəbər verir ki, bunu medianın prezident seçkilərində Co Baydenin qələbə qazanması barədə xəbərlərini şərh edən Prezident Donald Tramp deyib. O bildirib ki, Baydenin qələbəsi sərt mübarizənin getdiyi yerlər də daxil olmaqla, rəsmi olaraq heç bir ştatda təsdiqlənməyib:

“Bayden saxta səslər də daxil olmaqla, bütün səsləri hesablamaq niyyətindədir. Amerika xalqının layiq olduğu və tələb etdiyi qanuni səslərin hesablanmasına nail olana qədər dayanmayacağam".
Seyran Ohanyanın müavini ölüb, mühafiçəçisi yaralanıbAzərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatları nəticəsində Ermənistanın sabiq müdafiə naziri, general-polkovnik, Şuşanın komendantı təyin edilmiş Seyran Ohanyanın və oğlunun Şuşadakı döyüşlərdə yaralandığı barədə xəbər vermişdik.

Erməni tərəfi hələ ki bunu ciddi cəhdlə təkzib etməyə çalşır.

Bu arada sosial şəbəkələrin erməni seqmentində yayaılan xəbərlərə görə, Ohanyanın mühafizə xidmətinin rəisi Sergey Hayrapetov ağır yaralanıb, müavini Vahe Sirunyan isə ölüb.

S.Hayrapetovun vəziyyətinin kritik olduğu bildirlir.
Düşmənin növbəti hərbi kolonu məhv edildi - MNAzərbaycan Ordusunun bölmələri tərəfindən Ermənistan silahlı qüvvələrinin 37-ci atıcı diviziyasının 4-cü motoatıcı alayının növbəti hərbi kolonu məhv edilib.

Avrasiya.net xəbər verir ki, bu barədə Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb.

Ağdamdan Xankəndi istiqamətində hərəkət edən 3 “KamAZ”, 2 “Ural” və 2 PDM-dən ibarət hərbi kolonun atəşə tutulması nəticəsində düşmənin çoxlu sayda hərbi qulluqçusu məhv edilib. Bundan əlavə, düşmənin 30 nəfərədək hərbi qulluqçusu yaralanıb və kolonda olan hərbi texnika yanıb.
Hər iki valideynini itirən 2 yaşlı Nilayın babası: “Hər axşam “ana, ata” deyib ağlayır...” Müharibə döyüş bölgəsində, cəbhədə aparılır... Amma əgər düşmənin ermənidirsə, müharibənin təkcə döyüş meydanını, hərbçiləri əhatə etməsi qeyri-mümkündür. Çünki mənfur ermənilər elə millətdir ki, təkcə cəbhədə döyüşən igid əsgərlərimizlə savaşmır, eyni zamanda mülki əhalini, körpə uşaqlarımızı hədəf alırlar. Cəllad erməni xisləti əsrlər keçsə belə dəyişmir. Birinci Qarabağ müharibəsində günahsız xocalılara qarşı soyqırımı törədən, bir çox faciələrin baiskarı olan bu millət indi də Azərbaycanın döyüş bölgəsindən kilometrlərlə uzaq şəhərlərinə, mülki insanların üstünə gecənin bir vaxtı raket yağdırır... Erməni hücumunda valideynlərini, yaxınlarını itirən körpələr ata-ana deməyi öyrənə bilmədən, ata-anasız böyüməyə məcbur olurlar. Ermənilərin törətdiyi Gəncə terroru zamanı hər iki valideynini itirən 2 yaşlı Nilay kimi....

Balaca Nilay hazırda nənə və babasının himayəsindədir. Nilayın ana babası Zahid Babazadə onun vəziyyəti haqqında Modern.az-a danışıb.

- Zahid bəy, həmin gecəni necə xatırlayırsınız?

- Mən həmin gecəni Ukraynanın Odessa şəhərində olmuşam. Hadisə baş verən gün təyyarə ilə Türkiyəyə uçub oradan Bakıya gəlmişəm. Mən olanlara internetdə baxdım və Nilayın ana və atasını ən son orada gördüm. Ölümündən əvvəl uzun müddət qızımı görə bilməmişdim. Çox ağır dərddir, kaş orada ola bilərdim..

- Nilay necədir indi?

- Nilay bizim himayəmizdədir yaxşıdır. Baş verən hadisədə Nilayda yaralanmışdı. Bakıya aparıldı, hazırda da müalicəsi davam edir. Dedilər ki, qorxulu heç bir problemi yoxdur, amma tez-tez çəkilişə icazə verməyin, ağlayır. Ağlaması isə ona yaxşı təsir etməyə bilər.

- Körpə yaşda valideynsiz, ata-anasına həsrət qaldı... Çoxmu darıxır valideynləri üçün?

- Hər axşam “ana, ata” deyib ağlayır... Sadəcə az da olsa başını qatmağa çalışırıq, amma valdeynlərinin yerini heçnə doldura bilməz.

- Nilayın atasının ailəsi də həmin faciədə dünyasını dəyişib. Atasının qohumları da Nilaya baş çəkirmi?

- Bibisi həyatdadır. Əlbəttə, baş çəkir. Nilaya velosiped alıblar, oyuncaqlar almışıq onlarla başını qatmağa çalışırıq, hər gün oynayırıq. Xalası, bibisi, nənəsi onun üçün hər şey edirlər. Hər zaman Nilayın arxasındayıq.

- Nilay hazırda kimin qəyyumluğundadır?

- Nənəsi Sevil xanımın himayəsindədir. Qəyyumluq ona verilib. İnsan nəvəsini başqasına verə bilərmi? Əlbəttə ki, yox! Biz Nilayla nəfəs alırıq. Övladlarımızı torpağa tapşırdıq. Artıq Nilay bizim həm övladımız, həm nəvəmizdir - hər şeyimizdir.

- Dövlətimiz tərəfindən necə dəstək göstərilir?

- Dövlətimiz də, xalqımız da dəstək olub. Əllərindən gələni edirlər, çox sağ olsunlar.

- Gəncə Şəhər İcra Hakimiyyəti Nilay üçün hansısa addımlar atdımı?

- Hər kəsin başı qarışıq olsa da, gəlirlər maraqlanırlar. İcra başçısı da bu hadisə baş verən gündən dəstəyini əsirgəmir. Ev tam olaraq yox vəziyyətindədir. Evin yenidən tikilib, Nilaya veriləcəyini deyirlər. Yeni Azərbaycan Partiyası tərəfindən isə Nilay üçün aylıq pul ödəniləcək.

- Hazırda harda qalırsınız?

- Gəncədə kirayədə qalırıq. Kirayə pulu isə dövlət tərəfindən ödənilir.
 Erməni KİV: Ovannisyan ABŞ-a qaçıbErmənistan mətbuatı Müdafiə Nazirliyinin rəsmisi Artsrun Ovannisyanın ABŞ-a qaçması barədə məlumat yayıb.

Axar.az xəbər verir ki, sözügedən məlumatların geniş yayılmasından narahat olan Ovannisyan Feysbuk hesabında açıqlama yaymaq məcburiyyətində qalaraq erməniləri sakitləşdirməyə çalışıb:

"Ümumerməni Fondu telemarafonunda iştirak etmək üçün ABŞ-a getdiyim xəbərləri dezinformasiyadır və yalandır".
MN: Düşmən Ağdam istiqamətində itki verdiCəbhənin Ağdam istiqamətində gedən döyüşlərdə Ermənistan silahlı qüvvələrinin bölmələrinə ciddi ziyan vurulub.

Müdafiə Nazirliyindən Avrasiya.net-ə verilən məlumata görə, bu istiqamətindəki 37-ci atıcı diviziyanın 4-cü motoatıcı alayının müdafiə sahəsindəki minaatan batareyasına endirilən artilleriya zərbələri nəticəsində düşmən itki verərək mövqelərini tərk edib.

Alayın gücləndirilməsi məqsədilə buraya gətirilən və içərisində könüllülər olan avtobus qəzaya uğrayıb. Nəticədə 30 nəfərədək ehtiyatdan çağırılmış hərbi vəzifəlilərin xəsarət aldığı məlum olub.

62-ci artilleriya briqadasının 4-cü reaktiv divizionunun atəşə tutulması nəticəsində 1 BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi sıradan çıxarılıb, şəxsi heyət arasında ölən və yaralanan var.
Erməni polkovnik məhv edildiAzərbaycan Ordusunun torpaqların işğaldan azad edilməsi istiqamətində apardığı əks-hücum əməliyyatı nəticəsində ermənilərin yüksək rütbəli zabiti məhv edilib.

Avrasiya.net xəbər verir ki, bu barədə “News.am” saytı məlumat yayıb.

Məlumatda qeyd edilib ki, Ermənistan silahlı qüvvələrinin tərkibində döyüşən polkovnik Artyom Mirzoyan polis zabiti olub.
İranla münasibətlər dostluq xarakteri daşıyır - BəyanatAzərbaycan Respublikası ilə İran İslam Respublikası arasında münasibətlər dostluq və mehriban qonşuluq xarakteri daşıyır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin qarşılıqlı səfərləri, çoxsaylı görüşləri, ölkələrimiz arasında imzalanmış və həyata keçirilməkdə olan ikitərəfli sənədlər bu münasibətlərin inkişafında mühüm rol oynayir. Eyni zamanda, iki ölkənin parlamentləri arasında da dostluq və əməkdaşlıq münasibətləri mövcuddur.

Avrasiya.net xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikası Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bəyanatında yer alıb.

Bəyanatda, həmçinin deyilir: “Biz Qarabağın işğaldan azad olunması üçün aparılan əks-hücum əməliyyatları dövründə İran İslam Respublikasının Ali rəhbəri cənab Əli Xameneyinin və İran rəsmilərinin Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinin işğaldan azad edilməsi, həmçinin İranın Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi ilə bağlı fikir və bəyanatlarını yüksək qiymətləndiririk.

Bununla əlaqədar olaraq, Azərbaycan Respublikası Milli Məclisinin 2020-ci il 6 noyabr tarixli iclasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmovun İran və İranın Ali rəhbəri haqqında söylədiyi fikirləri qətiyyətlə pisləyir və bunların yalnız onun şəxsi fikirləri olduğunu vurğulayırıq.

Bəyan edirik ki, Azərbaycan Respublikasının yaxın səmimi münasibətlər saxladığı qonşu və dost ölkə və onun rəhbəri barəsində bu cür fikirlər tamamilə qəbuledilməzdir. Heç kəs xalqlarımız və dövlətlərimiz arasında dostluq münasibətlərinə xələl gətirə bilməz”.
Milli Məclisin deputatına töhmət verildiNoyabrın 7-də Milli Məclisin İntizam komissiyasının iclası olmuşdur.

Milli Məclisdən verilən məlumata görə, iclasda deputat Bəhruz Məhərrəmov barəsində intizam tədbirinin tətbiq edilməsi məsələsinə baxılmışdır.

Komissiyanın üzvləri qeyd etmişlər ki, parlamentin 2020-ci il noyabrın 6-da keçirilən plenar iclasında İran və İranın ali rəhbərinin ünvanına deputat B.Məhərrəmovun səsləndirdiyi fikirlər Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında dostluq və mehriban qonşuluq münasibətlərinin ruhuna ziddir. Deputat öz çıxışlarında məsuliyyət hissini rəhbər tutmalı, Azərbaycanın milli maraqlarını daim nəzərə almalıdır.

Komissiyanın üzvləri bildirmişlər ki, deputat Bəhruz Məhərrəmovun səsləndirdiyi fikirlər heç bir halda parlamentin mövqeyini ifadə etmir. Onlar əmin olduqlarını bildirmişlər ki, xalqlarımız və dövlətlərimiz arasında dostluq münasibətlərinə heç kəs xələl gətirə bilməz.

Müzakirələrin yekunu olaraq, İntizam komissiyası deputat Bəhruz Məhərrəmov barəsində töhmət intizam tədbirinin tətbiq edilməsi haqqında qərar qəbul etmişdir.