Ermənilər İqor Korotçenko və Maksim Şevçenkonu öldürməklə hədələyirRusiyanın tanınmış ictimai xadimləri - hərbi ekspert İqor Korotçenko və jurnalist Maksim Şevçenko Rusiyanın erməni lobbisi və ermənilər üçün çalışan "beşinci kolon" tərəfindən təhdid edilir, təhqir olunurlar.

Bu cəsur ruiyalılar Rusiyanın Ermənistan tərəfindən Qarabağ müharibəsinə qarışmamalı olduğunu söyləməkdən çəkinmədilər, çünki bu, beynəlxalq hüquqa ziddir və Rusiyanın milli təhlükəsizliyi baxımından təhdidlər yaradır.

Bundan əlavə, bu ekspertlər silahlı qüvvələri Azərbaycan torpaqlarını tərk etmək istəməyən Ermənistanın maraqları uğrunda rusiyalıların ölməməli olduqlarını və bu səbəbdən baş verənlərdən ermənilərin özlərinin məsuliyyət daşıdığını bildirirlər.

Nəticədə, Rusiyanın erməni lobbisi onlar üçün əlverişsiz olan ekspertləri susdurmağa çalışırlar. Onlar rusiya mediasının erməni bataqlığındakı "üsyançıları" qorxutmağa və onlara böhtan atmağa çalışırlar.

Bir müddət əvvəl erməni milliyətçiləri M.Şevçekonu öldürməklə hədələyirdilər. İndi isə İ.Korotçenkonun şəxsiyyətini və ləyaqətini gözdən salmağa çalışırlar. Hərbçi, nüfuzlu "Voennoye Obozreniye" jurnalının baş redaktoru, Rusiya dövlət xadimi İqor Korotçenko indi bütün erməni sürüsünün hücumuna məruz qalıb.

Erməni lobbisi Rusiyadakı sındırmağa, qorxutmağa və beləliklə söz azadlığına təzyiq göstərməyə çalışırlar. Onlar söz azadlığını erməni çərçivəsi ilə məhdudlaşdırırlar. Əks təqdirdə, insanlara qarşı qarayaxma kampaniyası aparırlar və hətta öldürməklə hədələyirlər.

Bizim buna susmağımız boyun əymək anlamına gəlir (trend).
Moskva koronaya görə 500 milyard itirdiKoronavirus pandemiyasından dolayı paytaxt Moskva 500 milyard rubl itirib.

Avrasiya.net xəbər verir ki, bu sözləri Moskva meri Sergey Sobyanin mediaya açıqlamasında deyib.

“Büdcəyə güclü zərbə dəyib. Buna baxmayaraq, Moskva rəhbərliyi heç bir sosial proqramı ləğv etməyib, hamısını indeksləşdirib”, - deyə mer bildirib.
ABŞ-da 240 min insan koronadan öldüABŞ-da gün ərzində daha 745 nəfər koronavirusdan ölüb.

Avrasiya.net xəbər verir ki, bu barədə "Vörldometers" portalı məlumat yayıb.

Bununla da ölkədə COVİD-19 virusundan ölənlərin ümumi sayı 240 min 574 nəfərə çatıb.

Qeyd edək ki, ABŞ-da indiyədək 9 milyon 878 mindən çox insan koronavirusa yoluxub.
Erməni keşiş: Paşinyan ruhi xəstədirMoskvadakı Müqəddəs Pyotr monastırının keşişi Ruben Mkrtçyanın Paşinyanla bağlı açıqlaması yayılıb.

Avrasiya.net Musavat.com-a istinadla həmin açıqlamanı təqdim edir:

"Nikol Paşinyan ruhi xəstədir, müalicəyə ehtiyacı var. O, Ermənistanı fəlakətə sürükləyir. Qarabağdakı savaşa baxın... Ermənistanda kimsə acı həqiqətləri dinləmək, etiraf etmək istəmir. Paşinyanı hakimiyyətə gətirənlər onun psixikasında ciddi problemlər olduğunu bilirdilər. İndi bunu biz də bilirik.

Belə nöqsanları olan insan heç bir ölkədə məsuliyyətli vəzifə tuta bilməz, tutmamalıdır. Əfsuslar olsun ki, Ermənistanda hələ də bəziləri Nikolun nə isə edə biləcəyinə inanırlar.

Onlara zaman lazımdır ki, anlasınlar - Nikolsuz daha az itkilərimiz olacaq. Nikol getməlidir".
Düşmən itkilər verərək geri çəkilməyə məcbur edildiNoyabrın 5-i gün ərzində və 6-na keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin mövqelərini və yaşayış məntəqələrimizi müxtəlif atıcı silahlar, top və minaatanlardan atəşə tutub.

Müdafiə Nazirliyindən Avrasiya.net-ə verilən məlumata görə, döyüş əməliyyatları müxtəlif intensivliklə əsasən cəbhənin Ağdərə, Ağdam, Xocavənd və Qubadlı istiqamətlərində davam edib. Düşmən cəbhənin bəzi sahələrində şəxsi heyət və hərbi texnikada itkilər verərək geri çəkilməyə məcbur edilib.

Hazırda döyüş əməliyyatları davam edir. Əməliyyat şəraiti qoşunlarımızın nəzarəti altındadır.