Xankəndidə düşmənin silah-sursat anbarı partladı - RəsmiXankəndi yaxınlığında yerləşən silah-sursat anbarından yük avtomobillərinə yüklənən döyüş sursatlarının partlaması güclü yanğına səbəb olub.

Müdafiə Nazirliyindən Avrasiya.net-ə verilən məlumata görə, alov tez bir zamanda anbara keçib və nəticədə güclü partlayış baş verib.

Sursat anbarı Ağdərədə yerləşən düşmənin 10-cu dağatıcı diviziyası və 5-ci dağatıcı alayının artilleriya və digər bölmələrini silah və döyüş sursatları ilə təmin edirdi.
Əsir düşmüş erməni adventis Bakıdakı kilsədə dua edib - FOTOErmənistan tərəfindən zorla döyüşlərə göndərilmiş adventislər icmasının üzvü erməni Hovsep Saakyan Bakıda kilsəyə gələrək dua edib.

Avrasiya.net xəbər verir ki, Azərbaycana əsir düşdükdən sonra Hovsep Saakyanın əsir hüquqlarına və dini inancına hörmətlə yanaşılaraq kilsəyə gətirilib. Hovsep Saakyanın kilsəyə gətirilməsi də Azərbaycan tərəfinin növbəti humanist münaibətin bariz nümunəsidir.

Qeyd edək ki, Ermənistanda Qriqoryan kilsəninin şəksiz hökmranlığı şəraitində digər dinlərin və dini icmaların nümayəndələri daim təzyiq altında saxlanılır, onların hüquqları kobud şəkildə pozulur, dini hissləri tapdanır. Bu günlərdə Yeddinci Günün Adventistləri icmasının nümayəndələrinin silahlandırılaraq cəbhəyə göndərilməsi bunun bariz nümunəsidir. Hovsep Saakyan da Adventistləri icmasının nümayəndələrindən biridir.

Adventistlər müharibəni və silahlı qarşıdurmada iştirakı qəbul etmirlər. İcma üzvləri əllərinə silah götürmür, silahdan istifadə etmirlər. Buna baxmayaraq, ciddi insan resursu çatışmazlığı ilə üzləşən Ermənistanın hərbi-siyasi rəhbərliyi hətta adventistləri belə zorla silahlandırıb cəbhəyə göndərir. Bir neçə gün öncə əsir düşmüş Ermənistanın Gümrü şəhərinin Adventist kilsəsinin pastoru Hovsep Sahakyan dinin inanclarının əleyhinə olaraq zorla silahlandırılıb cəbhəyə göndərilməsi bunu aydın nümayiş etdirir.

Azərbaycanda adventizm XlX əsrin sonlarından yayılmağa başlayıb. Çar Rusiyası dövründə Azərbaycanda adventizm əsasən molokanlar arasında yayılıb. Lakin çar müstəbid rejimi adventistləri təqib etməyə başladıqdan sonra onların rəhbərlər həbsxanaya atıldı və ya sürgünə göndərildi, digərləri isə ölkədən çıxarıldı. Buna baxmayaraq, Rusiya imperiyası dövründə Azərbaycanın ayrı-ayrı yerlərində kiçik adventist dini icmalar mövcud olub.

Sovet hakimiyyəti illərində də Azərbaycanda adventistlər fəaliyyət göstərib, Keçən əsrin 80-cı illərində Bakıda adventistlərin sayı 100 nəfərə yaxın olub.

1991-ci ildə Azərbaycan xalqı dövlətçilik ənənəsini yenidən bərpa etdikdən sonra respublikamızda yaşayan adventistlər öz inanclarını qorxmadan, çəkinmədən yaşamaq və yaymaq imkanı əldə etdilər. 1980-cı illərin sonunda ölkəmizdə adventistlərin sayı 125 nəfər olduğu halda, günümüzdə onların sayı təqribən 400 nəfərə yaxındır.
Şuşaya “tələsən” ermənilər yoldaca məhv edildiAzərbaycan Ordusunun Şuşa yaxınlığına çatması Ermənistanı qorxuya salıb.

Avrasiya.net sosial şəbəkələrin erməni seqmentinə istinadla xəbər verir ki, böyük itkilərə məruz qalan erməni qüvvələri Şuşanın “hər şey” olduğunu dərk etdiyi üçün işğalda saxladığı digər ərazilərdə olan əsgərlərdən bir qismini Şuşa istiqamətinə göndərməyə qərar verib.

Erməni generalitetinin bu planına Azərbaycan Ordusu mane olub. Belə ki, ermənilər Ağdərə və Xocavənd istiqamətindəki qüvvələrin bir qismini Şuşaya keçirməyə cəhd ediblər. Bu zaman Azərbaycan Ordusu Şuşa istiqamətinə göndərilən qüvvələri məhv edib.

Maraqlıdır ki, bu məlumat Azərbaycan Müdafiə Nazirliyinin yaydığı xəbərlə üst-üstə düşür. Nazirlik Ağdərə-Papravənd marşrutu ilə hərəkət edən 1 komandir, 1 rabitə avtomobili, şəxsi heyət və sursatla dolu 2 ədəd “KamAz” maşını və qoşqusunda top olan 3 ədəd “Ural” maşınından ibarət hərbi kolonunun Ordumuz tərəfindən pusquya salınaraq tam məhv edildiyini açıqlayıb.

Ordumuz Ermənistanın “Ayrenik” muzdlu dəstəsini YOX ETDİErmənistandan Qarabağ bölgəsinə göndərilən muzdlulardan ibarət “Ayrenik” (“Vətən”) silahlı dəstə Azərbaycan ordusu tərəfindən darmadağın edilib.

Publika.az xəbər verir ki, məlumatı Ermənistanın Vətən Partiyası yayıb.

Bildirilib ki, döyüş nəticəsində onların bir çoxu yaralanıb. Ölənlərin olduğu istisna edilmir.

Qeyd edək ki, Vətən Partiyasının sədri Artur Vanesyan 2018-ci il mayın 10-dan 2019-cu il sentyabrın 16-dək Ermənistan Milli təhlükəsizlik Xidmətinin direktoru işləyib. Onun Rusiya xüsusi xidmət orqanları əlaqədar olduğu bildirilir. Hadisələrdən əvvəl Vanesyan Ermənistanın baş naziri Nikol Paşiyanın istefasını tələb edir.
Azərbaycan BMT-nin üzv dövlətlərinə çağırış etdiDöyüş meydanındakı böyük itkiləri kompensasiya etmək məqsədilə Ermənistan xarici ölkələrdə qeyri-hökumət təşkilatları və xeyriyyə təşkilatları adı altında fəaliyyət göstərən erməni diasporunu səfərbər edərək öz ordusuna maliyyə vəsaitləri cəlb edir (“We are our borders – All for Artsakh” donation campaign, Armenia Fund, Armenian General Benevolent Union, Armenian Canadian Medical Association of Ontario, Fund for Armenian Relief, Tufenkian Foundation, Armenian Relief Society və s.).

Avrasiya.net xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O bildirib ki, erməni diasporunun idarə etdiyi qeyri-hökumət təşkilatları və xeyriyyə təşkilatları xətti ilə əldə edilən maliyyə vəsaitləri Azərbaycanın işğal edilmiş ərazilərində fəaliyyət göstərən Ermənistan ordusunun maliyyələşdirilməsinə yönəlir və bununla da Ermənistan tərəfindən Azərbaycanın mülki əhalisinə qarşı növbəti hücumlara töhfə vermiş olur:

“Xaricdə yaşayan ermənilər arasında bu barədə sosial media və şəbəkələrdəki yazışmalar bunu sübut edir.

Bu ilk dəfə deyil ki, xaricdəki erməni diasporu qeyri-hökumət təşkilatları və xeyriyyə təşkilatlarından sui-istifadə edərək əldə edilən vəsaitləri Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni fəaliyyət və işğalın möhkəmləndirilməsi, eləcə də işğalçı ordu üçün silah sursatın alınması istiqamətində istifadə edir.

Son 30 ildə erməni diasporu bu istiqamətdə fəal iş aparmış və müvafiq xarici dövlətlərin vergi ödəyicilərini aldatmışlar.

Bu zaman Azərbaycanın işğal altındakı qondarma rejimə heç bir nəzarət mexanizmi olmadan qanunsuz vəsaitlər köçürülmüşdür ki, bu da terrorizmin maliyyələşdirilməsi deməkdir.

Terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə üzrə 1999-cu il Beynəlxalq Konvensiyanın, eləcə də BMT Təhlükəsizlik Şurasının 1373 (2001), 2178 (2014), 2195 (2014) and 2347 (2017) saylı qətnamələrinin müddəalarına görə qeyri-kommersiya təşkilatları tərəfindən yuxarıda göstərilən sahələr üzrə fəaliyyət terrorizmin maliyyələşməsi kimi qiymətləndirilir və dövlətlər bu kimi halların qarşısını almaq üçün qabaqlayıcı tədbirlər görməlidir.

Bu xüsusda, Azərbaycan BMT üzv dövlətlərini öz ərazilərindən ölkəmizin suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş erməni terrorizminin maliyyələşməsi məqsədilə istifadənin qarşısını almağa çağırır.
Azərbaycanın 3 sərhəd qonşusu toplanırRusiya, İran və Türkiyənin daxil olduğu Astana formatının növbəti iclasının gündəliyi hazırlanır.

Publika.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər nazirliyinin mətbuat katibi Mariya Zaxarova deyib.

O bildirib ki, ölkəsi koronavirus pandemiyası səbəbilə son iclası təxirə salınan Astana formatının qorunmasında maraqlıdır.

“Ortaqlarla birlikdə Astana toplantılarını sadəcə yeni mövzularla deyil, eyni zamanda, mövcud problemlərin öhdəsindən gəlmə imkanlarını da müzakirə edərək necə hazırlaya biləcəyimizi və beləliklə, toplantının məzmununu effektiv və funksional səviyyəyə gətirmək üçün bu məcburi təxirəsalmadan yararlanmağa çalışırıq”, - sözçü bildirib.

Qeyd edək ki, Astana formatının 15-ci toplantısı bu ilin mart ayında baş tutmalı idi.

Növbəti iclasın gündəminə Dağlıq Qarabağ məsələsinin daxil ediləcəyi istisna olunmur.
İzmirdəki zəlzələdə dağılan binalarla bağlı 7 nəfər həbs olunduTürkiyənin İzmir vilayətində baş verən zəlzələ nəticəsində dağılan binalarla bağlı saxlanılan, aralarında inşaat firmalarının cavabdeh şəxslərinin də olduğu 9 nəfərdən 7-si həbs edilib.

Avrasiya.net xəbər verir ki, hadisə nəticəsində 5 bina tamamilə dağılıb. Bölgədə ciddi zədələnən və sökülməli olan binaların sayı 231-i keçib. Bu tikililərdən 1834-ü az, 251-i isə orta zədəlidir. Ərazidə indiyə qədər 12 binanın sökülməsi işləri tamamlanıb.

Xatırladaq ki, oktyabrın 30-da baş verən zəlzələ nəticəsində 114 nəfər həlak olub, mindən çox insan yaralanıb.
Pentaqonun rəhbəri istefa verirABŞ müdafiə naziri Mark Esper öz istəyi ilə istefa ərizəsini hazırlayıb.

Bu barədə NBC teleşirkəti Pentaqondakı üç mənbəyə istinadən məlumat yayıb.

M.Esperin istefası ilə bağlı son qərarın ABŞ-ın hazırkı prezidenti Donald Tramp tərəfindən veriləcəyi bildirilir. Məlumata əsasən, Pentaqon rəhbərinin bu addımı D.Trampın seçkilərdən sonra onu istefaya göndərməyi planlaşdırması ilə bağlıdır.

Xatırladaq ki, avqustun əvvəlində "Bloomberg" agentliyi D.Trampın prezident seçkilərində qalib gələcəyi təqdirdə M.Esperi vəzifəsindən uzaqlaşdırmağı düşündüyünü bildirmişdi.