Azərbaycana dəstək verən israilli ekspert təhdid olunurDağlıq Qarabağda baş verənlər barədə açıq və doğru məlumat verən şəxslərə münasibətdə istənilən təhdid qəbuledilməzdir.

Avrasiya.net xəbər verir ki, bunu Trend-ə israilli ekspert Natəvan Rəşidova-Katsman deyib.

O bildirib ki, oktyabrın 30-da bir sıra informasiya agentliklərində Dağlıq Qarabağla bağlı obyektiv məqalələr dərc olunduqdan sonra gizli nömrədən zənglər olunur:

“Zəng edən şəxs rusca çox kəskin və xoşagəlməz formada gələcəkdə onları nə gözləyəcəyi ilə təhdid edib”.

Ekspert hesab edir ki, ermənilərin bu addımları azərbaycanlıları və ya Dağlıq Qarabağda baş verən hadisələri doğru işıqlandıran hər kəsi qorxutmağa yönəlib:

“Onlar öz təhdidləri ilə öz heyvani terrorçu mahiyyətini bir daha göstərir. Müasir dünyada bütün bunlar qəbuledilməzdir və cinayətdir”.
İlham Əliyev Dövlət Komissiyası yaratdıXəbər verdiyimiz kimi, Prezident İlham Əliyev 2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Avrasiya.net xəbər verir ki, sərəncama əsasən, 2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsini və aradan qaldırılmasını təmin etmək məqsədilə Dövlət Komissiyası yaradılıb.

Azərbaycan Baş naziri Əli Əsədov Dövlət Komissiyasının sədri təyin olunub.
Ordumuz hədəfə yaxınlaşır - RəsmiAli Baş Komandanın əmriylə Azərbaycan əsgəri düşmənin 30 il müddətində işğal edilmiş ərazilərdə tikdiyi istehkam manelərini yarır, qurduğu pusquları dağıdır və hədəfə yaxınlaşır.

Avrasiya.net xəbər verir ki, bunu Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazov bildirib.

"Əks-hücum əməliyyatında Ordumuzun qarşısında duran əsas tapşırıq çətin relyef və iqlim şəraitində mütəşəkkil qaydada irəliləməkdir. Hazırda Azərbaycan Ordusunun qarşısında təkcə Ermənistanın silahlı qüvvələrinin bölmələri deyil, eyni zamanda xaricdən cəlb edilmiş muzdlu və xarici terrorçu döyüşçülər var", - MN sözçüsü qeyd edib.
Donetskdən Qarabağa döyüşə göndərilən muzdlular - FOTOUkraynanın Donbas bölgəsində tanınan terrorçu, qondarma Donetsk Xalq Respublikasının liderlərindən biri Axra Avidzba Abxaziyadan bir qrup etnik erməni toplayaraq Dağlıq Qarabağa döyüşə göndərəcək.

Publika.az xəbər verir ki, bu barədə Rusiyanın hərbi komandiri Yuri Kots bildirib.

Lakin həmin ermənilərin sayı barədə məlumat verilməyib.

Jurnalist Anastasiya Yuqova sosial şəbəkə istifadəçilərinin döyüşə getmək üçün toplaşan Qarabağ münaqişəsinin hərbi yolla həllini rəsmi şəkildə dəstəkləməyən Rusiya ərazisindəki "etnik ermənilər"in fotolarını yayımladığını bildirib. O, “hansı etniklər?” bunlar saf muzdlulardır!" sözləri ilə çıxış edib.

Qeyd edək ki, Axra Avidzba Donetsk Xalq Respublikasının "liderlərindən biri kimi tanınır. O, bir neçə il əvvəl birdən-birə yoxa çıxıb. Daha sonra Arseny Pavlovun qətlində iştirak etdiyi iddiası ilə öldürüldüyü güman olunub. Terrorçu bir müddət əvvəl "dirilib" və liderlik mövqelərini möhkəmləndirib. 2020-ci ildə Abxaziyadakı etirazlarda diqqət çəkib və bu payız Rusiyada həbs olunub.

Xatırladaq ki, Kreml dəfələrlə münaqişənin Azərbaycan ərazisində baş verdiyini bildirərək Dağlıq Qarabağdakı döyüş əməliyyatlarına qatılmaqdan imtina edib.
 Ovannisyanın şok Bakı açıqlamasıErmənistan Müdafiə Nazirliyinin rəsmisi Artsrun Ovannisyan ermənilərə müraciətlə deyib ki, Azərbaycan hərbçilərinin Şuşa qalasının fonunda bayraq qaldırmaqları ilə bağlı video görsəniz, inanmayın. Çünki onlar bunu gizli edəcəklər.

Yadınıza gələr, Ovannisyan bir müddət əvvəl demişdi ki, Azərbaycan hərbçiləri Hadrutdan video yayırlar, yalandır, inanmayın. Ermənilər də onun sözünü dinləmişdilər. Nəticəni bilirsiniz.

Bu gün Ovannisyan daha bir şok açıqlama verib. Deyib, əgər görsəniz ki, azərbaycanlı sürücülər maşın sürür, inanmayın. Sürücü hara, maşın sürmək hara?

Daha sonra əlavə edib ki, azərbaycanlı bənnaların Bakıda bina inşa etdirməsi haqda video yayılsa, buna inanmaq olmaz.

Ovannisyan onu da əlavə edib ki, Ağcabədidə küçədə pişik görsəniz, şübhələnin, diqqətlə baxın, ola bilməz. İtin hürməsini görsəniz, eşitsəniz, “vobşe” inanmayın e.

Ovannisyanın fikrincə, Salyanda bu yaxınlarda göy üzündə quş görünəcək, amma buna da inanmaq qadağandır. Quşun göydə nə işi var?!

Mən Ovannisyanın bu tövsiyələrindən nəticə çıxardım. Məsələn, səhər gördüm ki, qonşu “BakıKarta” gedişi yükləyir, qətiyyən inanmadım.

Qonşum karta pul yükləyəndən sonra əlini atıb saçını düzəltdi. Mən dərhal ona inanmadım.

İndi vicdan əzabı çəkdiyim bir məsələ var: dünən soğan alanda onun soğan olmasına inanmışam. Bu səhvi özümə bağışlaya bilmirəm. Gecə gözümə yuxu getməyib. Elə indi də özümə yer tapa bilmirəm. Üstəlik, özümə yer tapa bilməməyimə də inanmıram
Dünya birliyi  Ermənistanı məyus edib - MHP sədri Əlisahib Hüseynov
Milli Həmrəylik Partiyasının sədri

BMT Baş Assampleyasının “Koronavirus xəstəliyi (Covid-19) pandemiyasına cavab olaraq Baş Assambleyanın Xüsusi sessiyası” ilə bağlı qəbul etdiyi qətnamə birmənalı şəkildə ölkəmizin uğuru kimi qiymətləndirilməlidir. Bu cənab Prezidentin effektiv xarici siyasət yürütməsinin nəticəsində mümkün olub. Xatırlayırsınızsa, məhz Prezident İlham Əliyev BMT Baş Assambleyasının COVID-19-a qarşı mübarizəyə həsr olunmuş 31-ci xüsusi sessiyasının çağırılması təşəbbüsü ilə çıxış etmişdi.

Sevindirici haldır ki, dövlət başçımızın bu təşəbbüsünü istər BMT-yə, istərsə də QH-na (Qoşulmama Hərəkatı) üzv olan ölkələrin əksəriyyəti dəstəkləyib. Beləliklə, Azərbaycan Respubikasının Prezidenti tərəfindən QH-nın üzv ölkələri adından irəli sürülən təşəbbüs əsasında BMT Baş Assambleyasının COVID-19 pandemiyasına qarşı mübarizəyə həsr olunmuş, Dövlət və Hökumət başçıları səviyyəsində xüsusi sessiyası bu ilin 3-4 dekabr tarixləridə keçiriləcək. Bu mühüm tədbirin açılış hissəsində BMT BA-nın Prezidenti, Baş katibi, İqtisadi və Sosial Şuranın Prezidenti və Təhlüksizlik Şurasının Prezidenti ilə yanaşı, heç şübhəsiz ki, Qoşulmama Hərəkatının adından onun sədri qismində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin də çıxışı nəzərdə tutulur. İnşAllah ümid edirik ki, cənab Prezident bu mötəbər tədbirdə Azərbaycanın həm ölkə daxilində, həm də bütün dünyada COVİD-19 pandemiyasının ağır nəticələrinin aradan qaldırılması sahəsində gördüyü işləri və verdiyi töhfələri qürur hissilə qeyd edəcək, eyni zamanda Azərbaycanın beynəlxalq nüfuzunun yüksəlməsi istiqamətində daha bir tarixi uğura imza atmış olacaq.

Yeri gəlmişkən, Covid-19 hansısa bir ölkənin təkbaşına mübarizə apara biləcəyi lokal tibbi problem deyil. Koronavirus bütün bəşəriyyəti təhdid edən qlobal təhlükə mənbəyidir. Odur ki, bu təhlükəyə qarşı səmərəli mübarizənin təşkili üçün bütün ölkələrin səylərinin birləşdirilməsi vacib məsələdir. Lakin irili-xırdalı bütün məsələlərdə hər zaman məkrli mövqe tutan, qeyri-adekvat davranış sərgiləyən Ermənistan dövləti koronavirusa qarşı birgə mübarizə çağırışlarına da, BMT Baş Assambleyasının xüsusi sessiyasının çağırılması təşəbbüsünə də əcaib münasibət göstərməsi ilə fərqləndi. Ermənistan COVİD-19 infeksiyasına qarşı uğurlu mübarizəni təşkil edə bilmədi. Üstəgəl, bu işğalçı ölkə pandemiyanın tüğyan etdiyi məqamda Azərbaycanın işğal olunmuş ərazilərində separatçı rejimin qondarma "parlament" və "prezident" seçkilərinin keçirilməsini dəstəklədi.

Həmçinin rəsmi İrəvan sözügedən xüsusi sessiyanın çağırılması təşəbbüsünə qarşı da ilk gündən etirazını bildirən ölkə kimi yadda qalıb. Paşinyan hökuməti bu təşəbbüsə maneələr yaratmaq üçün hər cürə vasitələrə əl atdı, lakin məqsədlərinə nail ola bilmədilər. Ermənistan tərəfi xüsusi sessiyanın açılış hissəsində QH sədrinin (yəni ki, Prezident İlham Əliyevin) çıxışının qarşısını almağa da cəhd göstərdi. Lakin gördüyümüz kimi düşmənin bu cəhdi də uğursuzluqla nəticələndi. Dünya birliyi Ermənistanı məyus etdi. Beləliklə, Covid-19 pandemiyası ilə mübarizə aparmaq məqsədilə Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü əsasında BMT Baş Assambleyasının xüsusi sessiyasının çağırılması Azərbaycanın qlobal siyasətdə əsas söz sahiblərindən birinə çevrilməsi prosesini bir qədər də sürətləndirəcək. Biz bu uğura görə Azərbaycan Prezidentini təbrik edirik!

Missiya Media Qrupu 200-dən çox hərbi qulluqçunun ailəsini ziyarət edibMissiya Media Qrupu Vətən Müharibəsi başladığı gündən etibarən Nizami rayonu ərazisində yaşayan və ön cəbhədə döyüşən əsgər ailələrini mütəmadi ziyarət edib.

Göstərilən diqqətə görə minnətdarlıq edən ailələr torpaqlarımızın işğaldan azad olunması uğrunda aparılan bu mübarizənin hər bir əsgər ailəsi üçün müqəddəs amal olduğunu qeyd ediblər. Düşmənin gözünə dik baxıb, xalqına qələbələr yaşadan Azərbaycan əsgəri ilə qürur duyduqlarını bildiriblər.

Qeyd edək ki, aksiya Missiya Media Qrupunun rəhbəri Ramin Əhmədov tərəfindən təşkil olunub. Bu vaxta Nizami rayonu ərazisindən cəbhəyə yollanmış 200-dən çox hərbi qulluqçunun ailəsi ziyarət olunub.

Hərbi qulluqçuların ailələrinə dəstək məqsədi ilə təşkil olunan aksiyanın müharibə başa çatana qədər davam edəcəyini bildirən Ramin Əhmədov deyib ki, Azərbaycan ordusunun ön cəbhədə düşmənlə üz-üzə dayanan hər bir əsgərini ruhlandırmaq hamımızın borcudur: “Əsgər geridə qoyub getdiyi ailəsindən nigaran qalmamalıdır. Bunun üçün Missiya Media Qrupu olaraq arxa cəbhədə səfərbər olub əlimizdən gələni əsirgəmədik”.


Xüsusi karantin rejimində dəyişikliklər edildiÖlkə ərazisində sanitar-epidemioloji vəziyyəti nəzərər alaraq Nazirlər Kabineti yanında Operativ Qərargah müxtəlif şəhər və rayonların ərazisində xüsusi karantin rejiminin yeni qaydalarının tətbiq edilməsinə dair qərar qəbul edib.

Operativ Qərargahdan Avrasiya.net-ə verilən məlumata görə, qərara əsasən, 2020-ci il 07 noyabr saat 00:00-dan 23 noyabr saat 06:00-dək sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə Şəki, Lənkəran şəhərlərinin, Qax, Zaqatala, Biləsuvar, Cəlilabad, Masallı, İsmayıllı, Quba, Xaçmaz rayonlarının inzibati ərazisində aşağıdakı sahələr istisna olmaqla, digər sahələr və istiqamətlərdə fəaliyyət dayandırılır:

- hüquq mühafizə, məhkəmə orqanlarının, hərbi xidmət nəzərdə tutulmuş orqanların və vəkillərin fəaliyyəti;

- digər dövlət orqanlarının (qurumlarının) fəaliyyəti (Nazirlər Kabineti tərəfindən müəyyən edilən say həddi çərçivəsində);

- səhiyyə və sosial xidmət müəssisələrinin fəaliyyəti, dezinfeksiya xidmətləri;

- kommunal xidmətlər (su, elektrik enerjisi, qaz, istilik, rabitə və telekommunikasiya, məişət tullantıları);

- yük daşımaları və logistika xidmətləri;

- Fasiləsiz fəaliyyət göstərən müəssisələrin, həmçinin qida məhsullarının istehsalı, tədarükü, təchizatı, saxlanması və topdan satışı müəssisələrinin fəaliyyəti;

- kənd təsərrüfatı, meliorasiya və su təsərrüfatı fəaliyyəti;

- apteklərin, ərzaq mağazalarının (bazarlar və yarmarkalar istisna olmaqla), yanacaqdoldurma məntəqələrinin fəaliyyəti;

- kütləvi informasiya vasitələrinin fəaliyyəti;

- maliyyə təşkilatlarının (bank, sığorta və s.) fəaliyyəti;

- mühafizə xidmətləri.

Bu vaxtadək həmin inzibati ərazilərdə ictimai nəqliyyatın fəaliyyəti yalnız həftə sonları dayandırılırdı. 2020-ci il 7 noyabr saat 00:00-dan 23 noyabr saat 06:00-dək həmin ərazilərdə ictimai nəqliyyatın fəaliyyəti tam dayandırılacaqdır.

Bu qaydaların tətbiq olunduğu şəhər və rayonlarda:

- İqtisadiyyat nazirliyi tərəfindən bu şəhər və rayonlarda muzdlu işçilərin əmək haqqları üzrə müvafiq ödənişlər ediləcək və fərdi (mikro) sahibkarlara birdəfəlik maliyyə dəstəyi göstəriləcək;

- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu 10 şəhər və rayon üzrə işsiz və xüsusi karantin rejiminə görə gəlirini itirən qeyri-formal işləyən aztəminatlı şəxslərə yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmə verilməsi tapşırılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargah yuxarıda sadalanan şəhər və rayonların sakinlərinə ciddi şəkildə evdə qalmağı tövsiyyə edir, karantin rejiminin qaydalarına əməl etməyə çağırır.

“Azərbaycan Diaspor Könüllüləri” proqramı gənclərin diaspor fəaliyyətində daha yaxından iştirakına təkan verirProqramda iştirak edən gənc könüllülər iki aylıq təlim barədə müsbət təəssüratlara malikdirlər

(əvvəli ötən sayımızda)

Hilalə Ələkbərlinin sözlərinə görə, Proqrama qoşulmaqda hər bir gənc kimi məqsədi təcrübə qazanmaq və öz biliklərini daha da genişləndirməkdir: “Bu müddət ərzində mən Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyəti ilə yaxından tanış oldum. Xaricdə yaşayan soydaşlarımızın həyata keçirdiyi layihələrin və tədbirlərin gedişatını birbaşa özlərindən öyrənmək şansı əldə etdim. Gənc könüllülərin buradakı fəaliyyətinə gəldikdə isə onlar proqramdan əlavə, həmçinin buradakı şöbələrdə də təcrübə qazanmaq imkanı vardır Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsində, ümümiyyətlə, hər bir könüllüyə qarşı xoş səmimiyyət mövcuddur. Deyə bilərəm ki, burada olarkən mən özümü bu ailənin bir parçası hesab edirəm”.

Proqramın digər bir içtirakçısı olan Bakı Xoreoqrafiya Akademiyasının məzun Ülviyyə Qarayeva da öz təəssüratlarını bölüşüb. Proqrama qoşulması ilə bağlı danışan Ülviyyə Qarayeva “Təlimlərdə iştirak etməklə biz gənc könüllülər geniş təcrübə qazanırıq. Bu müddət ərzində mən təlimlərlə yanaşı bir çox görüşlərdə iştirak etmişəm və gözəl təcrübə qazanmışam. Xaric ölkələrdəki soydaşlarımızın Azərbaycan üçün, Vətənimiz naminə nə kimi işlər gördüklərinin, xaric ölkələrdə yaşasalar belə vətənpərvərlik hisslərinin nə dərəcədə böyük olduğunu görüb, qürur duydum” deyib.
“Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsində biz, həqiqətən də özümüzü ev sahibi kimi hiss edirik. Düzü ilk başda bu cür səmimi kollektivlə qarşılaşacağımızı gözləmirdim. Amma biz o qədər pozitiv, gözəl, səmimi, təcrübəli və öyrətməyə, cavab verməyə daim hazır olan bir kollektivlə qarşılaşdıq ki, bu, həqiqətən mənim üçün çox xoş oldu” deyə, o, əlavə edib.

Azərbaycan Dövlət İqtisad Universiteti Türk Dünyası İqtisad Fakultəsinin məzunu olan Pərvin Qarayeva da proqram iştirakçısı kimi çox zəngin biliklər əldə etdiyini söyləyib. Pərvin deyib ki, “Azərbaycan Diaspor Könüllüləri” proqramına qoşulmaqla, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin timsalında dövlət orqanlarının iş prinsipləri, fəaliyyətləri haqqında məlumatlar əldə edib: “Bu proqramın iştirakçısı olduğum üçün çox məmnunam. Bu proqramda iştirak etməklə, mən olduqca əhəmiyyətli təcrübə qazandım. Qazandığım bu təcrübənin gələcək karyeramda faydalı olacağını düşünürəm”.

“Azərbaycan Diaspor Könüllüləri” proqramı çərçivəsində görülən işlərə gəlincə müsahibimiz deyib ki, “Diaspor könüllüsü olduğumuz müddətdə Komitənin ərazi şöbələri ilə tanış olduq, onların fəaliyyətləri haqqında məlumatlar əldə etdik. Xaricdə yaşayan soydaşlarımızla videogörüntü vasitəsilə danışaraq, onların gördükləri işlər, Azərbaycanın xarici ölkələrdə təbliğ olunması, Qarabağ həqiqətlərinin yaşadıqları ölkələrin vətəndaşlarına geniş və dəqiq şəkildə çatdırılması barədə önəmli biliklər əldə etdik. Bundan əlavə ASAN Xidmət ilə əməkdaşlıq çərçivəsində təlimlərdə də iştirak etdik. Komitə əməkdaşları ilə tanış olaraq, xaricdə keçirilən tədbirlər, açılan Azerbaycan məktəbləri, könüllülük fəaliyyətləri haqqında məlumatlandıq”.

Aytac Qasımova isə Azərbaycan Dövlət Pedaqoji Universiteti Kimya və Biologiya fakültəsi 4-cü kurs tələbəsidir. Aytac xanım da Proqrama qoşulduqdan sonra bir cox yeni məlumatlar yeni dostlar qazandığını bildirib: “Dövlət komitəsinin strukturlarının fəaliyyəti ilə tanış olmuşam və düşünürəm yaxşı ki, mən də Azərbaycan diaspor könüllüsüyəm. Proqrama qoşulmaqda məqsədim təcrübə qazanmaq və bu sahədə yeni biliklərə yiyələnməkdir. Bu müddət ərzində diasporumuzun xarici ölkələrdə gördüyü işlərlə, orda yaşayan həmvətənlərimizin fəaliyyəti ilə yaxından tanış olmuşam. Qeyd edim ki, gənc könüllülər əsasən xarici ölkələrdə yaşayan həmvətənlərimizlə əlaqə yaradılmasında və Komitədə təşkil olunan görüşlərdə daha aktivdirlər. Dövlət komitəsində bizə yanaşma çox gözəldir, Komitə əməkdaşlarının gənc könüllülərə qarşı səmimiyyəti bizə ev sahibi hissini yaşadır. Fürsətdən istifadə edib, cənab Prezidentimiz İlham Əliyevə, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradova və bütün Komitə əməkdaşlarına gənclərə bu cür şərait yaratdıqları üçün öz minnətdarlığımı bildirirəm. Onu da deyim ki, əgər bir gün məndə ölkə xaricində yaşasam mütləq Azərbaycan diasporunun bir üzvi olmaq istəyərəm”.

Digər həmsöhbətimiz Aytac İbrahimova Bakı Dövlət Universitetinin 4-cü kurs tələbəsidir. Onun ilk dəfə Dövlət Komitəsində təcrübə qazanmaq kimi şansı olub və bu şansı dəyərləndirdiyi üçün özünü xoşbəxt hiss edir: “Dövlət Komitəsinin strukturları haqqında ilk gəldiyimdə təsəvvürüm olmasa da, artıq hər birinin fəaliyyəti ilə yaxından tanışam. Eyni zamanda, düşünürəm ki, gördüklərim, öyrəndiklərim gələcək qərarlarımda özünü büruzə verəcək. Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin qapısı hər zaman üzümüzə açıqdı və buna görə dəyərli Komitə kollektivinə dərin minnətdarlığımı bildirirəm. Düzü, mən gənc diaspor könüllüsü olmadan öncə heç düşünmürdüm ki, soydaşlarımız xaricdə xalqımız adına bu qədər işlər görür. Çox fəxr edirəm ki, Azərbaycanın adını xaricdə yaşadan soydaşlarımız var”.

Fuad Hüseynzadə

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi ilə birgə keçirdiyi qrant müsabiqəsi üzrə qalib olmuş “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin (CASCFEN)" Gənc könüllülərin diaspor fəaliyyətində iştirakının təbliğ olunması" layihəsi çərçivəsində dərc olunub
ASALA Qarabağda ön cəbhədə döyüşür – AraşdırmaASALA erməni terror təşkilatı, onun rəhbərləri, eləcə də Suriyadan olan erməni mənşəli muzdlular işğal olunmuş Dağlıq Qarabağda ön cəbhədə döyüşür.

Avrasiya.net Trend-ə istinadən xəbər verir ki, bu barədə “Jewish Press”in araşdırması nəticəsində məlum olub.

Qeyd olunub ki, bölgədən əldə olunan fotogörüntülərdə hətta Liviyadan olan döyüşçülər yer alıb.

Araşdırma nəticəsində məlum olub ki, yenidən bərpa olunmuş ASALA ilə suriyalı, livanlı və liviyalı silahlıların birləşməsi ilkin olaraq erməni terror təşkilatının rəhbərliyi ilə razılaşdırılır.

Bildirilir ki, bir neçə il əvvəl ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi erməni terrorçuluğu ilə bağlı məxfi hesabatlardan birini ictimailəşdirmişdi. Bu hesabatda ASALA-ya qoşulmuş qruplaşmaların fəaliyyəti, eləcə də onların törətdiyi terror aktları izlənirdi:

“Ermənistanın azadlığı uğrunda erməni gizli ordusu (ASALA) ABŞ-ın bir sıra siyası maraqlarına təhdiddir. ASALA-nın bir çox hücumları türklərə qarşı reallaşdırılsa da, Qərbi Avropa və ABŞ-da da bəzi obyektlər hədəf olub. Bundan başqa, Liviya və Suriya ilə təmasların aktivləşməsi marksistyönümlü ASALA-nın anti-Amerika təsirini daha da gücləndirə bilər”.