Düşmən cəbhənin bəzi sahələrində itkilər verərək geri çəkilməyə məcbur edilibNoyabrın 4-ü gün ərzində və 5-ə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin mövqelərini və yaşayış məntəqələrimizi müxtəlif atıcı silahlar, top və minaatanlardan atəşə tutub.

Bu barədə Avrasiya.net Azərbaycanın Müdafiə Nazirliyinə istinadən xəbər verir.

Döyüş əməliyyatları müxtəlif intensivlikdə əsasən cəbhənin Ağdərə və Xocavənd istiqamətlərində davam edib. Düşmən cəbhənin bəzi sahələrində şəxsi heyət və hərbi texnikada itkilər verərək geri çəkilməyə məcbur edilib.
Hazırda qoşunlarımız əməliyyat şəraitinə nəzarət edir.

Bizim Telegram kanalımıza abunə olun
Tramp: Bu ştatlarda qalib gəlmişəmABŞ Prezidenti Donald Tramp 4 əsas ştatda – Pensilvaniya, Corciya, Şimali Karolina və Miçiqanda qalib gəldiyini iddia edib.

Avrasiya.net xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə Tvitter səhifəsində yazıb.

Qeyd edək ki, hazırki nəticəyə əsasən Tramp 214, Co Bayden isə 248 səs toplaya bilib.
Dünyada 1,2 miyon insan koronadan öldüDünyada koronavirusa (COVİD-19) yoluxanların sayı 48 milyon 361 min 445 nəfərə çatıb.

Avrasiya.net xəbər verir ki, bu barədə “Vörldometers” portalı məlumat yayıb.

Bildirilib ki, indiyədək 1 milyon 229 min insan pandemiya qurbanı olub.

34 milyon 612 mindən çox pasiyent də koronadan sağalıb.