Ermənistandan İsrailə hədə: “Sizdən qisasımızı alacağıq”Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisinin müşaviri Vladimir Poqosyan açıq şəkildə İsraili hədələyib.

Poqosyan bu barədə feysbuk səhifəsində paylaşım eidb.

Avropadakı teror hadisələrindən danışan Poqosyan, bu terror hücumlarının onu maraqlandırmadığını bildirib. Onun sözlərinə görə, Avropa İsrailin nə olduğunu anlayacaq:

"İsrail 1933-cü il Almaniyası ilə bərabərdir. Heç kəsi bağışlamayacağıq və zaman gələcək sizdən qisasımızı alacağıq, bilin".
Ermənistandan İsrailə hədə: “Sizdən qisasımızı alacağıq”
“Azərbaycanı sevdiyim üçün ermənilər məni ölümlə hədələdilər” – Andreya HiromiMüsahibim Azərbaycanı hər bir azərbaycanlıdan heç də az sevməyən Andreya Hiromidir, Braziliyanın ən böyük şəhəri olan San Pauloda yaşayır. Valideynləri hələ kiçikkən, II Dünya Müharibəsi illərində Avropadan Braziliyaya köçüblər. Anası milliyyətcə yapon olub, 16 il əvvəl dünyasını dəyişib. Atası isə milliyyətcə fransızdır.

Deyir təhsilinə ilk başda Yaponiyada başlasa da, Braziliya məktəblərində davam etdirib. Bütün həyatını təhsilə və eyni zamanda işləməyə həsr edib. Hətta ehtiyac belə gətirib ki, Andreya 8 yaşında bazarda tərəvəz satıb. Amma bunlar onu yormayıb, əksinə, həyatda daha güclü olmağa alışdırıb.

Andreya deyir ki, orta məktəbi tamamlayandan sonra təhsilini Braziliyadakı İsrail hərbi akademiyasına davam etdirib və orada xüsusi təhlükəsizlik dərəcəsi alıb. Bununla kifayətlənməyib, tibb bacısının köməkçisi, taktiki atəş üzrə təlim keçib, federal polis tərəfindən digər peşə sahiblərinə dərs demək səlahiyyəti alıb və sair. Hətta ötən il model olaraq beynəlxalq şirkətlərin birində də çalışıb. Bu il həyatını “Google”dan məlumat toplayaraq, Azərbaycan üçün daha böyük auditoriya yaratmağa həsr edib. Deyir ki, bu gün həyatının mənası Azərbaycanı Qarabağ münaqişəsində müdafiə etməkdir. Gündə 16 saat və daha çox vaxtımı məhz bu fəaliyyətə həsr edir.

Andreya ilə xeyli söhbət elədik, Azərbaycana marağının yarandığını, bu müddətdə ölkəmizlə bağlı nələr etdiyini soruşdum. Bu yolda ağrılı-acılı məsafə qətt edən müsahibim danışdıqca heyrətə düşdüm. Onun etdiklərini ancaq Azərbaycan vətəndaşları edə bilərdilər. Amma yox, o, uzaq Braziliyada yaşayır və ölkəmiz haqda təəssüratları da son vaxtlar formalaşmaqdadır. Bəs bu sevgi hardandır onda? Suallara cavabı Andreya Hirominin özü versin, biz də axarlı sətirlərə zillənərək xəbərdar olaq:

“Həmişə özüm-özümə suallar verirdim: "dünyada yerim haradadır?", "hansı məqsədlər üçün doğulmuşam", "taleyim necə olacaq" və sair. Bu suallar hər zaman məni düşündürürdü və həyatımı fəal işlərlə, insanlara qayğı göstərməklə doldurmağa çalışırdım. Anam vəfat edəndə tək qaldığımı başa düşdüm. O, 46 yaşında dünyasını dəyişdi və hesab edirəm ki, ləyaqətlə yaşadı və çox xoşbəxt idi… Axtarışlara başladım, Braziliyada bir neçə fərqli ünvanda yaşadım, amma qətiyyən yerimi tapa bilmədim. Mən atəşə ibadət edirəm və bunu heç kim mənə öyrətməyib. Atəşin mənə qayğı göstərdiyini hiss edirəm. Mən atəşin məxsus olduğu yeri - Azərbaycanı tapdım. Ancaq bizdə Azərbaycanla bağlı məlumatlar olduqca azdır. Olanlar da erməni mənbələrinə əsaslanır və azərbaycanlıların zorakılığa meylliliyindən bəhs edir, mədəni müstəvidə inkişaf etməmiş, xüsusilə də qadınlar üçün təhlükəli bir yer olduğunu bildirir. Şəxsən mən bu məlumatlara diqqət yetirəndə ürəyimdən bunların yalan olduğuna dair bir hiss keçdi” deyən Andreya Azərbaycana səfərini böyük sevgi ilə xatırlayır. Deyir ki, illər boyu işləyib bir az pul yığmışdı, hamısını qoyub cibinə, bir kəlmə belə azərbaycanca bilmədiyi halda ötən ilin noyabr ayında Azərbaycana gəlıb.
“Azərbaycanı sevdiyim üçün ermənilər məni ölümlə hədələdilər” – Andreya Hiromi
“Bakıda olarkən əsl həqiqətləri öz gözümlə gördüm. Başa düşdüm ki, dünyadakı yerim elə Azərbaycandır. Geri qayıtmaq istəmirdim, amma dil bilmirdim, bəzi başqa məsələlər də vardı, məcburən qayıtdım. Ancaq qayıdanda söz verdim ki, imkan daxilində buradakı fikirləri mütləq dəyişdirəcəyəm. Azərbaycan əla ölkədir! Burada təbliğatıma kömək edəcək məlumat bazamı zənginləşdirdim. Üstəlik, social şəbəkələrdə bəzi qruplara qatıldım, özümə azərbaycanlı dostlar tapmağa çalışdım ki, məlumatlar alım. Əlbəttə, bu bir az vaxt apardı, amma olsun, əsas odur ki, həqiqətləri öyrənməyimə müsbət rol oynayır. Azərbaycanlı dostlarım var, onlar mənə social şəbəkə üzərindən hər zaman dəstək olurlar”, - Andreya bildirir.

Maraqlıdır, Azərbaycana bu qədər sevgisi olan bu xanım bizim Braziliyadakı səfirimiz Elxan Poluxovu tanıyırmı? Heç kimə sir deyil ki, çox savadlı, dünyagörüşlü, işgüzar və vətənini sevən bir diplomat olan Poluxov ona köməyini əsirgəməzdi.

Andreya deyir ki, bəli, səfir Poluxovla əlaqə saxlayıb, ondan Azərbaycan haqqında məlumatlar istəyib. Sağ olsun, o da məlumatlandırıcı kitablar göndərib. Andreya da günlərlə yuxusuz qalaraq ölkəniz haqda məlumatları oxuyub, mənimsəyib. Müsahibimin dediklərindən: “Fikrimi formalaşdırmaq üçün Stalinqrad, Sovet İttifaqı, Zərdüştlük, İslam, Sasanilər İmperiyası, Roma İmperiyası, Fars İmperiyası, Rus İmperiyası və başqa bir çox tarixi etaplara şahid oldum. Azərbaycanı tanıdan neft sənayesinin tarixi barədə məlumatlar topladım. Bütün bunlar mənə Azərbaycanı daha yaxından tanıtdı. Bu gün küçələrə çıxıb qışqırmaq, həqiqətləri söyləmək keçir ürəyimdən, amma təhlükəlidir. Bilirəm ki, 100 minlik erməni diasporunun yumruq davası ilə üzləşəcəyəm. Bunu yalnız “300 Spartalı” edərdi, amma mən isə spartalı deyiləm. İnternet-rabitə texnologiyasını öyrənməyə başladım, həqiqəti küçələrdə qışqırmaq istəməyimə baxmayaraq, diqqətimi internetə yönəldib daha çox məlumat yığmağa və braziliyalılar arasında təbliğat aparmağa davam elədim. Mən burada “Azeri Nation” səhifəsini yaratdım, “Google”da dünya miqyasında reklamlar yaratdım, ancaq bunları portuqal dilinə edirəm. Bütün bunları etmək üçün Azərbaycanın Braziliyadakı səfirliyi mənə əvəzsiz dəstək verib”.

Maraqlıdır, Azərbaycanın haqlı davasına dəstək verən müshibim, yerli hakimiyyət nümayəndələri ilə bu məsələdə təmas qurubmu, onların münasibəti necə olub? Andreya bu suala kədərli notlarla cavab verir. Deyir ki, dəstək almaq üçün San Paulonun bəzi əlaqədar orqanlarına müraciət edib. Amma onlar nəinki kömək etməkdən yayınıblar, hətta onu Ermənistanın ən böyük düşmənini (Azərbaycanı – V.T.) dəstəklədiyi üçün axmaq yerinə qoyublar, aşağılayıblar. Tövsiyyə ediblər ki, Ermənistanın Braziliyada, xüsusən də San Pauloda çox güclü insanları var, nə qədər gec deyil, Azərbaycanı yadından çıxartsın.
“Azərbaycanı sevdiyim üçün ermənilər məni ölümlə hədələdilər” – Andreya Hiromi
“Bəziləri Azərbaycana olan münasibətimə güldü, haqsız yerə məndən şübhələndilər, hansısa bir azərbaycanlı ilə münasibətim olub-olmadığını soruşdular. Öz ölkəmdə üzləşdiyim bu cür aşağılayıcı rəftardan dolayısı günlərlə ağladım. Bu mənim üçün çox kədərli zərbə idi, əgər cənab Elxan Poluxovun mənəvi dəstək verməsəydi, vəziyyətim daha ağır olardı. O, bu döyüşdə təslim olmağımı istəmirdi. Bundan sonra internet üzərindən mənə hədə-qorxu gəldilər, hətta erməni bayrağı ilə bəzədilmiş bir maşın küçədə yanımdan keçəndə içindəkilər mənə "Braziliyada qadınlar asanlıqla ölür" dedilər. Facebook hesabıma girdilər, səhifəni silməyə çalışdılar. Çox şeylər baş verdi, amma bunlar nəinki məni ruhdan salmadı, əksinə, daha da əzmkar etdi. Bəziləri məndən soruşurlar ki, Azərbaycanı müdafiə etməkdə marağım nədir? Onlara cavab verirəm ki, heç nə, sadəcə haqqın, həqiqətin tərəfindəyəm. Nə hansısa azərbaycanlı ilə şəxsi əlaqəm var, nə də neftlə maraqlanıram (gülür)”,- xanım Andreya bildirdi.

Andreya deyir ki, onun ən böyük marağı verdiyi sözü yerinə yetirmək və insanların sevgisini hiss etməkdir. Bu ala biləcəyi ən böyük mükafat olacaq, bundan artığına ehtiyacı yoxdur. “Sizi tam əmin edirəm: etdiklərimə görə, Azərbaycanın mənə heç bir borcu yoxdur, siz artıq Qarabağı geri qaytarırsınız və azərbaycanlı qardaşlarımın qayğısına qalırsınız, bu bəsimdir” deyir Andreya.

Müsahibimdən Azərbaycanın tarixi Qarabağ bölgəsinin və ətraf ərazilərinin 30 ildir Ermənistan tərəfindən işğal olunduğunu, bu barədə Braziliya ictimaiyyətinin nə bildiyini də soruşdum. Cavab verdi ki, ölkəsində yayılmış məlumatlar tam Azərbaycanın əleyhinədir: “Braziliyada hamı elə bilir ki, Qarabağ bölgəsi ermənilərin tarixi torpaqlarıdır və onu nə vaxtsa İosif Stalin Azərbaycana verib. Amma son vaxtlar Braziliya mediasında həqiqəti əks etdirən məqalələr yayımlanmağa başlayıb. Müharibə başlayan ilk günlərdə Azərbaycanın Braziliyadakı səfiri Elxan Poluxov mətbuat konfransı keçirdi, Azərbaycanın əsl mövqeyinin nədən ibarət olduğunu, Qarabağ münaqişəsinin əsl mahiyyətinin nə olduğunu mətbuata açıqladı. Sizi əmin edirəm ki, səfir Poluxovun keçirdiyi həmin tədbir ictimai rəydə xeyli dəyişiklik yarada bilib. Mən də sadə ictimaiyyətlə birlikdəyəm və əlimdən gələn qədər insanlara doğru məlumatı çatdırmağa çalışıram”.

Müsahibimə sentyabrın 27-dən etibarən Azərbaycan ordusu işğal altında olan torpaqlarımızı azad etməyə başladığını və çox uğurlu nəticələr əldə etdiyini dedim. Bildirdim ki, Türkiyə, Pakistan və Əfqanıstan, qismən də Ukrayna və İsrail xaricində heç bir ölkə Azərbaycanı qətiyyətlə dəstəkləməyib. O cümlədən Braziliya da. Bu barədə fikirlərini soruşdum. Cavab Verdi ki, Braziliya əslində 1993-cü ildən bəri Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və bunu dəfələrlə bildirib. Qarabağda gedən indiki müharibə başlayanda da, Braziliya hökuməti bildirdi ki, münaqişənin dinc vasitələrlə, danışıqlar masasında çözülməsini istəyir. “Nəzərinizə çadırım ki, burada Braziliya ictimaiyyətinin diqqətini Qarabağ münaqişəsinə çəkən, Azərbaycanın haqlı mübarizəsindən danışan, onun milli davasına dəstək verdiyini deyən yoxdur. Sadəcə, Türkiyə səfiri belə bir açıqlama verib. Braziliyada yaşayan sadə azərbaycanlı və türklərdən ibarət ümumi türk toplumu heç bir ciddi, təsirli münasibət ortaya qoymayıb. Hansı ki, onların birlik olması və ümumi maraqlarını mətanətlə müdafiə etməsi lazımdır. Hesab edirəm ki, Braziliyada erməni diasporu çox güclüdür, onları olduqca zəngin şəxslər və quruluşlar dəstəkləyir. Yəqin onlardan çəkinirlər...” deyən Andreyadan müqayisə mənasında soruşdum ki, sabah hansısa ölkə Braziliyanın, məsələn, Amazonas və ya Parana əyalətini işğal edərsə, bir xalq olaraq bu əraziləri azad etməyəcəklərmi? Əgər Braziliya bu əraziləri azad etməyə başladığı zaman dünya dövlətləri işğalçıları deyil, məhz zərərçəkəni – Braziliyanı günahlandırsalar, o zaman necə davranardılar? Xanım müsahibim çox maraqlı və təəccübləndirici cavab verdi: “Əslində, Braziliyada da iki separatçı hərəkat fəaliyyət göstərir, biri ölkənin cənubunda, digəri şimal-şərqində. Onu da nəzərə alaq ki, Azərbaycanla müqayisədə Braziliya çox böyükdür, ərazisinə görə dünyada beşinci iri ölkədir və burada çox sayda fərqli xalqlardan ibarət 200 milyondan artıq insan yaşayır. Bu 200 milyonluq kütlə fərqli mədəniyyət və dünyagörüşlü cəmiyyətlərdən ibarətdir. Braziliya əhalisi metiz, yəni qarışıq olduğu üçün, burada Azərbaycanda olduğu kimi, vətənpərvərlik yoxdur. Məsələn, vaxt var idi, başqa bir ölkə Acreyi almaq istəyirdi, amma sonra imtina elədi. Şəxsən mən bu ölkədə işğal olunmuş əraziləri müdafiə edən heç bir vətənpərvər hərəkat görməmişəm. Mən bir braziliyalı olaraq, ölkəmizin təbii sərvətlərlə çox zəngin olduğunu və başqa ölkələrin bizim bu sərvətləri oğurlamaq istədyini müşahidə edirəm. Ancaq yenə deyirəm: özümüzü müdafiə etmirik. Buradakı siyasət çox fərqlidir”.

Soruşdum ki, Braziliyalılar Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində 1 milyondan çox insanın öz torpaqlarını tərk edərək, 30 ildir ölkədənin dörd bir tərəfindəki sığınacaqlarda yaşadığını, artıq bu qaçqınların yaşlı olanlarının çoxdan öldüyünü bilirlərmi.

Təəssüflə “yox” dedi. Onun sözlərinə görə, Braziliya ictimaiyyətində heç kim əsl həqiqəti bilmir. Bu ölkədə əsas məlumat mənbəyi ermənilər olduğu üçün, Braziliya ictimaiyyəti elə bilir ki, Azərbaycanla Ermənistan arasında dini zəmində müharibə gedir. “Doğrudan da, ermənilər biz braziliyalıları hər zaman inandırıblar ki, guya azərbaycanlılar ermənilərə məhz xristian olduqları üçün hücum edirlər. Əlbəttə, insanlar da onlara inanır. Nəzərə alın ki, bu gün 20 milyondan çox braziliyalı yazıb-oxuya bilmir və onların hər hansı məlumatın doğru olub-olmadığını yoxlamaq imkanları yoxdur. Ermənilərin Qarabağ regionunda azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti yürütdüklərini bilirəm və onların etdikləri məni çox üzür. Evindən-eşiyindən didərgin düşmüş həmin insanların dərdi mənim öz dərdimdir” deyən Andreya qeyd edir ki, Azərbaycan həqiqətlərini yaymaq üçün ona məlumatlar, videolar və sair göndərənlər çox azdır. Bu cür vacib materialları özü axtarıb tapır. Xüsusilə də, Azərbaycan Müdafiə Nazirliyinin səhifəsini izləmək ona çox kömək edir. Eyni zamanda, bəzi azərbaycanlıların sosial şəbəkədə paylaşımlarını görür və onlardan yararlanır. Müsahibim deyir ki, ermənilərin Qarabağı bu qədər istəmələrinin səbəbini həmişə anlamağa çalışıb və belə qənaətə gəlib ki, bunun bircə cavabı var: hər şeyi nifrət üzündən edirlər. Onlar azərbaycanlı olduqlarına görə insanlara sayğı göstərmirlər. Bu səbəbdən də onun üçün, ermənilərin etdikləri absurd bir cinayətdir!

Andreya Ermənistan ordusunun Azərbaycanın müharibə bölgəsindən uzaq şəhərlərə ballistik raketlər atmasına, nəticədə 100-dən çox qadın və uşağın həlak olmasına da toxundu: “Burada məlumatlar biryönümlü yayılır. Məsələn, hansısa mənbədən bütün ölkəyə xəbər yayılırır ki, Azərbaycan ordusu Ermənistana hücum edib. Mən bu məlumatın qarşısını almaq üçün ancaq internet üzərindən mübarizə apara bilərəm. Küçəyə çıxıb Braziliyada yaşayan 100 min erməni ilə savaşmağa gücüm çatmaz. Axı öldürsələr mübarizəm yarımçıq qalar. BMT onsuz da 1993-cü ildə 822 saylı qətnamə ilə Ermənistanı qınayıb və ordusunu Azərbaycan torpaqlarından çıxarmağa çağırıb. Amma niyə bu qətnamələrin icra edilmədiyini anlamıram. Bildiyim tək şey odur ki, 30 ilə yaxın müddət ərzində davam edən bu müharibədə Ermənistan öz övladlarını haqsız yerə ölümə göndərib. Bu müddətdə Ermənistanda informasiya və ruhi baxımdan kasıb, imkansız təbəqə birmənalı şəkildə idarə edilib. Ermənistanda ictimai rəyi manipulyasiya edirlər, bu çox böyük haqsızlıqdır. Ancaq Azərbaycan bu müddətdə səbrlə ən müasir silah və sursata, ən səhih kəşfiyyata investisiya yatırmağı üstün tutub. Bu məsələdə dünya ölkələrinin kimi haqlı saymasına baxmayaraq, beynəlxalq hüquq Azərbaycanın yanındadır. Bu səbəbdən də Azərbaycan cəbhədə böyük uğurlar qazanır və gələcəkdə də qazanacağı şübhəsizdir. Çünki Azərbaycan üçün vacib olan ədalətdir!”.

Müsahibim sonda bildirdi ki, Braziliyada məlumat bazasını gücləndirəcək bəzi layihələr üzərində işləyir. Bu səbəbdən də Azərbaycana səfər etməsi vacibdir. Güman ki, müharibə vəziyyəti aradan qalxdıqdan sonra gələcək.

Vüsal Tağıbəyli
Azər Süleymanov bir aylıq maaşını Azərbaycan ordusuna dəstək üçün köçürübMəlum olduğu kimi 27 sentyabrdan başlayaraq, Azərbaycan ordusu əks həmlə ilə 30 ildir işğalda olan ərazilərini terrorçulardan təmizləməkdə davam edir.

Hazırda dünyanın bir sıra ölkələrində yaşayan soydaşlarımız Qarabağda döyüşən Azərbaycanın haqq ordusuna maddi və mənəvi dəstəklərini davam etdirirlər.

Bu gün aldığımız məlumata görə, millət vəkili Azər Süleymanov da bir aylıq öz maaşını Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fonduna köçürüb.

Sözügedən məsələ ilə bağlı A. Süleymanovla əlaqə saxladıq o bu məlumatı təsdiq etdi və digər yardımlar barədə də açıqlama verdi:

"Bəli biz hər zaman milli vətənimiz olan Azərbaycanın haqlı mübarizəsinin yanında olmuşuq və bundan sonra da bu davam edəcək. Mən istəməzdim ki, bu barədə açıqlama verəm, biz daima əlimizdən gələn dəstəyi edirik. Qeyd edim ki, biz bir neçə soydaşımızla birlikdə, Azərbaycan ordusuna, bizim əzimkar əsgərlərimizə sabah bir tır xırda buynuzlu heyvan da alıb göndərəcəyik. Mən bütün bu işdə əməyi keçən dostlarımıza təşəkkür edirəm", - deyə A. Süleymanov bildirib.

Qeyd edək ki, bir neçə gün bundan öncə Qaraçöp mahalından Azərbaycan ordusuna dəstək üçün iki tır xırda buynuzlu heyvan göndərilmişdir.

24news.ge
Tramp səslərin sayılmasını dayandırmağı TƏLƏB ETDİABŞ prezidenti Donald Tramp poçtla gələn səslərin sayılmasının dayandırılmasını tələb edib.

Avrasiya.net xəbər verir ki, o bu barədə özünün “Twitter” səhifəsində yazıb.

“Səs sayımını dayandırın. Seçki günündən sonra verilən heç bir səs sayılmayacaq!”, - deyə Tramp əlavə edib.

Xatırladaq ki, ABŞ-da prezident seçkiləti 3 noybarda baş tutub.

Bayden seçilsə, İranla İsrail müharibə edəcək - ŞOK PROQNOZABŞ prezident seçkilərində Co Bayden qalib gəlib nüvə razılaşmasına geri qayıdarsa, İranla İsrail arasında şiddətli münaqişə yaşanacaq.

Publika.az xəbər verir ki, bunu İsrailin Yaşayış məntəqələri üzrə naziri Tzaçi Haneqbi deyib.

Ölkəsinin "Kanal 13" telekanalına müsahibə verən nazir bildirib ki, özü, baş nazir Benyamin Netanyahu və İsrail xalqı 2015-ci ildə İranla imzalanan nüvə razılaşmasını yanlış hesab edir.

Nazirin sözlərinə görə, Bayden prezident olarsa, Qərbi Şəriədəki yaşayış məntəqələri daxil olmaqla bir çox mövzuda problem çıxacaq.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp sözügedən razılaşmadan 2018-ci ilin may ayında çıxdıqlarını açıqlamışdı.

Düşmənin Tonaşendəki hərbi infrastrukturu dağıdıldı - VİDEOCəbhənin Tərtər istiqamətində Azərbaycan Ordusunun bölmələri tərəfindən həyata keçirilən əməliyyat nəticəsində düşmənin hərbi infrastrukturuna ciddi ziyan vurulub.

Bu barədə Avrasiya.net-ə Müdafiə Nazirliyindfən bildirilib.

Düşmənə endirilən artilleriya zərbələri ilə Ermənistan silahlı qüvvələrinin 10-cu dağatıcı diviziyasının Tonaşen kəndində yerləşən 7-ci dağatıcı alayının qərargahı, əsgər kazarmaları, sursatla dolu avtomobil texnikaları və digər hərbi infrastrukturu dağıdılıb.
İran ABŞ-da onun prezident olmasını arzulayırABŞ-da Tramp rəhbərliyinin hakimiyyəti dövründə İran tarixində heç görmədiyi qədər çətin günlər yaşadı.

Avrasiya.net xəbər verir ki, bunu İran Prezidenti Həsən Ruhani deyib.

“Xalqın və hökumətin 3 ildir gördüyü çətinliklərin İran tarixində bənzəri yoxdur. Ağ Evdəki “cənab” pandemiya dövründə belə İrana qarşı sanksiyaları və iqtisadi müharibəni artırdı. Onlar heç bir humanitar prinsipə, insan haqlarına və beynəlxalq qaydalara riayət etmədilər. Ancaq sonda İran xalqının zəfər qazanacağına əminəm”.

Qeyd edək ki, İran Demokratlar Partiyasından namizəd Co Baydenin qələbə qazanmasını arzulayır. Bayden prezident olacağı təqdirdə İranla imzalanan nüvə sazişinə geri qayıdacağı barədə də açıqlama vermişdi.
Eldar Əzizov tarixi binanın fasadını boyayan icarədar və sahibkarı cəzalandırdı - FOTOBakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Akademik Zərifə Əliyeva küçəsi ilə Məmməd Əmin Rəsulzadə küçələrinin kəsişməsində yerləşən tarixi binanın fasadının bir hissəsinin qara və qızılı rəngə boyanması haqqında sosial şəbəkədə yayılan məlumatla bağlı açıqlama verib.

Qurumdan Avrasiya.net-ə erilən məlumata görə, paytaxtın müvafiq xidmətlərinin və Baş Polis İdarəsinin əməkdaşları tərəfindən dərhal həmin ərazinin əvvəlki vəziyyətə gətirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər həyata keçirilib. Binadakı obyektin icarədarı və sahibkar cəzalandırılıb.

BŞİH belə neqativ hallara yol verənlərə qarşı reaksiyalarına görə vətəndaşlara minnətdarlıq edib.