XİN: Xameneinin dəstəyini yüksək qiymətləndiririkAzərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsi İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyyid Əli Xameneinin Azərbaycana dəstəyi ilə bağlı açıqlama yayıb.

Avrasiya.net-ə daxil olan açıqlamada deyilir:

"İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyyid Əli Xamenei tərəfindən Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı verilən açıqlamanı və Azərbaycanın ərazi bütövlüyünə verilən dəstəyi yüksək qiymətləndiririk. Azərbaycanın Ermənistanın tərəfindən işğal olunmuş ərazilərinin hamısı azad olunmalıdır və bütün bu ərazilər Azərbaycana qaytarılmalıdır, deyən Ali Rəhbər Azərbaycanın beynəlxalq hüquqa əsaslanan haqq mövqeyinə İran İslam Respublikasının qəti dəstəyini növbəti dəfə bəyan edib.

Dost İran dövlətinin Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində səylərini, o cümlədən İran İslam Respublikası Prezidentinin xüsusi elçisi, Xarici işlər nazirinin müavini Seyid Abbas Əraqçi bölgəyə səfəri və münaqişənin tezliklə həllinə dair təşəbbüslə çıxış etməsini yüksək dəyərləndiririk.

İnanırıq ki, ölkələrimiz arasında tarixi köklər üzərində qurulmuş əlaqələrimiz gələcəkdə də uğurla inkişaf edəcək və bu əlaqələr, o cümlədən bölgədə sülh, sabitlik və rifahın təmin olunmasına xidmət edəcəkdir".
Ermənilərin hərbi texnikası, yük maşını məhv edildi - MNSutka ərzində düşmənin xeyli sayda canlı qüvvəsi, 2 ədəd T-72 tankı, 3 ədəd D-30 topu, “Zastava M-55” zenit qurğusu, 1 ədəd taktiki PUA-sı, 3 ədəd hərbi yük maşını məhv edilib və sıradan çıxarılıb.

Bu barədə Avrasiya.net-ə Müdafiə Nazirliyindən bildirilib.

Hazırda qoşunlarımız əməliyyat şəraitinə nəzarət edir.
Düşmənin şəxsi heyəti itkilər verərək geri çəkildiNoyabrın 3-ü gün ərzində və 4-ə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin yerləşdiyi mövqeləri və yaşayış məntəqələrimizi müxtəlif atıcı silahlar, top və minaatanlardan atəşə tutub.

Bu barədə Avrasiya.net-ə Müdafiə Nazirliyindən bildirilib.

Döyüş əməliyyatları müxtəlif intensivliklə əsasən cəbhənin Tərtər, Ağdam, Xocavənd, Zəngilan və Qubadlı istiqamətlərində davam edib. Düşmən cəbhənin bəzi sahələrində şəxsi heyət və hərbi texnikada itkilər verərək geri çəkilməyə məcbur edilib.

Sutka ərzində düşmənin xeyli sayda canlı qüvvəsi, 2 ədəd T-72 tankı, 3 ədəd D-30 topu, “Zastava M-55” zenit qurğusu, 1 ədəd taktiki PUA-sı, 3 ədəd hərbi yük maşını məhv edilib və sıradan çıxarılıb.

Hazırda qoşunlarımız əməliyyat şəraitinə nəzarət edir.
Tramp Baydeni üstələyirABŞ-da Prezident seçkilərinin ilkin nəticəsi açıqlanıb.

Tramp İndiana ştatında səslərin 1 faizinin hesablanmasından sonra 72 faiz səs toplayıb.

Bu barədə məlumat yayan "Foks Nyus" Trampın Kentukki və Nyu-Qempşirdə də liderlik etdiyini elan edib.

***

Hazırki Prezident Donald Tramp İndiana ştatında üstünlüyünü qoruyur. Belə ki, səslərin 50 faizinin nəticəsinə əsasən, Tramp 60 faiz səs toplayıb.
Onun Şimali Dakota və Arkanzas, Florida, Kanzas, Luiziana, Şimali Karolina, Kanzas, Kentukki, Tennesi, Alabama, Missisipi və Oklahomada səs sayına görə öndə olduğu bildirilib.

Tramp özü də açıqlamasında Vayominq, Şimali və Cənubi Dakotada keçirilən səsvermələrdə qalib olduğunu bəyan edib.

Baydenin isə Nyu York, Nyu Cersi, Men ştatı, Massaçusets, Rod-Aylen, Miçiqan, Texas və Pensilvaniya, Nyu-Meksika və Koloradoda rəqibini qabaqladığı elan edilib.
İzmir zəlzələsində ölənlərin sayı 113-ə çatdıİzmirdəki zəlzələ nəticəsində həyatını itirənlərin sayı 100-ü ötüb.

Avrasiya.net xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Türkiyənin İzmir vilayətində baş verən zəlzələ nəticəsində həlak olanların sayı 113-ə, yaralıların sayı isə 1035-ə yüksəlib.

Hadisə nəticəsində xəsarət alan 147 nəfərin müalicəsi davam edir.
ABŞ-da bir gündə 871 nəfər koronadan öldüABŞ-da son sutka ərzində 871 nəfər koronavirusdan ölüb.

Avrasiya.net xəbər verir ki, bu barədə “Vörldometers” portalı məlumat yayıb.

Bununla da ölkədə COVİD-19 virusundan ölənlərin ümumi sayı 237 min 865 nəfərə çatıb.

Qeyd edək ki, ABŞ-da indiyədək 9 milyon 634 mindən çox insan koronaya yoluxub.