Ermənistanda yəhudiləri məhv etməyə çağırırlarErmənistan İsrail dövlətinə və yəhudilərə yaşadıqları yerdən asılı olmayaraq hörmətsiz yanaşır.

Axar.az xəbər verir ki, bu barədə Ermənistanın “Armenian Reрort” saytı məqalə dərc edib.

Məqalə müəllifi bildirib ki, bu, İsrail və yəhudilər haqqında deyilə biləcək ən yumşaq ifadədir.

Erməni resursu yazır ki, yəhudilərə qarşı hörmət bəslənməməlidir, nifrətlə baxmaq lazımdır. Müəllif Ermənistan vətəndaşlarının və demək olar ki, dünyanın bütün ermənilərinin onunla eyni fikirdə olduğuna əmindir.

Ermənilər bütün bu illər ərzində çürük içlərini “zəif”, “müdafiəsiz” və guya “yaxşı xalq” adı altında gizlətməyə çalışıblar. Lakin bütün dünya yəhudiləri yer üzündən silməyə çalışan SS üzvü olan erməni nasistlərini yaxşı xatırlayır. İndi nə dəyişildi? Heç nə. Ermənilər əvvəl də yəhudilərə nifrət edirdi, bu gün də nifrət etməyə davam edirlər. Sadəcə, Qarabağdakı müharibə onların maskalarını cıra bilib. İndi onlar ümidsizdirlər və daxilən kim olduqlarını gizlədə bilmirlər.
Ağdərə istiqamətində düşmənin xeyli sayda şəxsi heyət məhv edilib, UAZ-ı sıradan çıxarılıbCəbhənin Ağdərə istiqamətində döyüşlərdə iştirak edən Ermənistan silahlı qüvvələrinin 5-ci dağatıcı alayının bölmələrinə vurulan atəş zərbəsi ilə xeyli sayda şəxsi heyət məhv edilib və döyüş texnikası sıradan çıxarılıb.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.

UAZ markalı hərbi avtomobilin sıradan çıxarılması nəticəsində məhv edilən şəxsi heyətlə arasında hərbi hissənin zabiti kapitan Ando Qrikoryan da olub.
Erməni mediası: Xankəndi əhalisi şəhərdən qaçıb - VideoXankəndidə şəhər əhalisinin 30%-i qalıb.

Avrasiya.net xəbər verir ki, bunu“Qraparak” qəzetinə açıqlamasında Xankəndinin “meri” David Sərkisyan deyib. O, Xankəndi səmasında zərbə PUA-larının görünmədiyini də bildirib.

Əslində isə Xankəndidə ümumiyyətlə yalnız hərbçilərin qaldığı qeyd edilir. Hələ bir həftə öncə Xankəndidən hazırlanan reportajda şəhərdəki binalardakı mənzillərin hansındasa nadir hallarda işıq yandığına diqqət çəkilmişdi.

Qeyd edək ki, bundan öncə Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyan Qarabağı 90 min erməninin tərk etdiyini açıqlamışdı.

Azərbaycan bundan öncə dəfələrlə Qarabağdakı erməni əhalinin özünün vətəndaşları olduğunu və onların təhlükəsizliyinə hər cür şərait yaradacağını açıqlayıb.
Rəsul Quliyev də müharibədən danışdı: “Elə etmək lazımdır ki, Laçın dəhlizindən heç quş da uçub keçməsin”“Dağlıq Qarabağ və ümumiyyətlə Azərbaycanın işğal olunmuş ərazilərində bu miqyasda silah-sursatın cəmləşdirilməsi Ermənistanın Azərbaycana qarşı müharibəyə çox ciddi hazırlaşdığından xəbər verir”.

Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin sabiq sədri, ABŞ-da mühacirətdə yaşayan Rəsul Quliyev Vətən müharibəsinin gedişini şərh edərkən bildirib.

Onun sözlərinə görə, bu qədər silah-sursatı müharibə başlayandan sonra Qarabağ ərazilərinə Laçın dəhlizindən gətirmək praktiki mümkün deyil:

“Nəinki hamısını, heç 15 faizini belə gətirmək mümkün deyil. Hərbi əməliyyatları çətinləşdirən 100-lərlə istehkamların qurulması, lağımların qazılması və sair mühəndis istehkamçı tikintilərin həyata keçirilməsi ermənilərin bu torpaqları heç vaxt Azərbaycana qaytarmaq fikirində olmadıqlarına dəlalət edir. İndi Paşinyanın cinayətkarlarla Şuşada yallı getməsi, "Qarabağ Ermənistandır, nöqtə" deməsinin səbəbi məlum olur. Ermənilər birinci gündən Azərbaycan Ordusuna sarsıdıcı zərbə vuracaqlarına

və Kür çayına qədər qovacaqlarına inanırdılar. Sonra Azərbaycanı istədikləri müqaviləyə imza atmağa məcbur edəcəklərinə əmin idilər. Amma alınmadı!”.

Rəsul Quliyev bu vaxta kimi Ermənistan ordusunu "məğlubedilməz ordu" adlandıranlara da etiraz edib.

Ermənistanın əsasən Rusiya Federasiyasının silahlarından istifadə etdiyinə diqqət çəkən eks-spikerin sözlərinə görə, həmin silahların hamısı Sovet dövründə istehsal edilmiş və ya lahiyələşdirilmiş silahlardır.

“Dünən məhv edilmiş KUB raket sistemi 1985-ci ildən sonra istehsal olunmur. Rusiya Federasiyasında istehsal olunan “Armata” adlı tanklar qüsurlarına görü bu günə qədər istifadə edilmir. Hərbi təyyarələrindən isə heç söhbət gedə bilməz. Hamısı Sovet proyekti əsasında hazırlanıb.

Əgər social şəbəkələrdə yazıldığı kimi, bizim ordu Laçın dəhlizinin 12 kilometrliyindədirsə, o zaman dəhlizi tank, artileriya, “Qrad”, “Smerç”, hətta minomyotlar belə vura bilər. Onlardan başqa hərbi dronlar, hərbi təyyarələr və sairə var. Bir sözlə, elə etmək lazımdır ki, o dəhlizdən heç quşda uçub keçməsin. Bu gedişlə Azərbaycan ordusu noyabrın ortalarına qədər Ermənistanı diz üstə çökdürə bilər. Ondan sonra Azərbaycan hərbi texnikasını İsrail texnologiyası ilə modernləşdirməlidir. Aydındır ki, NATO silahları, yəni “Leopard” tankları, F-35 təyyarələri və ya “Apaçi” helikopterləri Azərbaycana satılmayacaq. Ermənilərə heç satıla bilməz, çünki birinci ona NATO-nun üzvü Türkiyə icazə verməz, ikincisi isə Ermənistanda Rusiya Federasiyasının hərbi bazası mövcuddur.

1967-ci və 1972-ci illərdə İsrail Misirin 1500-ə qədər T-55 tankını ələ keçirmişdi. Bu tankları “metallom”a vermədi. Zirehini 2 dəfə artırdı. Sadəcə olaraq, bir dəfə doldurulan yanacaqla 400 km gedən tanklar, 200-250 km gedə bilərdi. Ancaq həm o dövrdə , həm də indi qonşuluqda faktiki İsrail tanklarının zirehini deşə bilən silah yoxdur. Azərbaycanın tankları vurulması mümkün olmayan monstrlara çevrilməlidir. Ermənilərin bu zirehi dağıda bilən ABŞ-ın "Jevelin" tipli tank əleyhinə raketləri yoxdur və yaxın vaxtlarda da olmayacaq. Ordumuzun hazırlığı, texniki bazası bizim yaramaz qonşularımızı bir də bizimlə müharibə etməyə cəsarət etməmək fundamenti yaratmalıdır”.
İrəvan meriyası silahlı dəstələr yaradır - Bakıdan reaksiyaBakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov İrəvan meriyasının Azərbaycana göndərmək üçün silahlı dəstələr yaratması barədə məlumata münasibət bildirib.

İcra Hakimiyyətinin mətbuat xidmətindən Avrasiya.net-ə bildiriblər ki, E.Əzizov buna heç də təəccüblənmədiyini söyləyib. Şəhər İcra Hakimiyyətinin başçısı bildirib ki, Ermənistanda vəziyyət o həddə çatıb ki, cəbhəyə uşaq və qadınları göndərirlər. İndi də İrəvan meriyası cəbhə üçün silahlı dəstələr toplayır. Hələ bu harasıdır? Bütün baş verənlər Ermənistanın ağır iqtisadi durumda olduğunu, ön və arxa cəbhələrdə acınacaqlı vəziyyətin yarandığını göstərir. Əgər paytaxt meriyası səfərbərlik məsələləri ilə məşğul olursa, demək ki, Ermənistan cəmiyyətində çarəsizlik və ruh düşkünlüyü hökm sürür.

Eldar Əzizov qeyd edib ki, bu gün Ermənistanda “COVID dezertir” termini də yaranıb. Belə ki, çağırışçılar COVID-19 xəstələri olmaları haqqında saxta arayışlar əldə edərək orduya getməkdən yayınırlar. Azərbaycanda isə vəziyyət tamamilə fərqlidir. Səfərbərlik məsələsi ilə Səfərbərlik Xidməti məşğuldur, hər hansı silahlı dəstələrə ehtiyac yoxdur. Xalq yüksək vətənpərvərlik ruhu və öz Liderinə böyük inam nümayiş etdirir. Ötən illər ərzində Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar nəticəsində Azərbaycanda dövlətin səmərəli iqtisadi inkişaf modeli formalaşıb. Bu gün bizim güclü iqtisadiyyatımız və müasir ordumuz var. Bütün bunlar aparılmış düzgün siyasətin və idarəetmənin nəticəsidir.

“Buna görə də, Şəhər İcra Hakimiyyəti tərəfindən hər hansı dəstələrin yaradılmasına ehtiyac yoxdur. Bütün dövlət qurumları öz vəzifələrinin öhdəsindən layiqincə gəlirlər. Bu gün Azərbaycanla və onun dünyanın ictimai-siyasi sistemində tutduğu yerlə, sözün əsl mənasında, fəxr edə bilərik. Bu, tarixdə şəxsiyyətin rolunu bir daha nümayiş etdirən böyük tarixi nailiyyətdir”, - deyə icra başçısı vurğulayıb.
İlham Əliyev: “Bilirik ki, PKK oradadır”Bizdə əcnəbilərin Ermənistan tərəfindən döyüşdüyünə dair kifayət qədər dəlillər var. Onlar erməni əsilli olduqlarını deyirlər, lakin birincisi, bunun heç bir fərqi yoxdur. Çünki əgər əcnəbi vətəndaş bir ölkə tərəfindən digər ölkəyə qarşı döyüşürsə, o, muzdludur.

Avrasiya.net xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 2-də İtaliyanın “La Republica” qəzetinə müsahibəsində deyib.

"Bundan əlavə, onların hamısının erməni olmasına dair bizdə 100 faiz dəlil yoxdur. Biz başqalarının olduğunu bilirik. Bilirik ki, PKK oradadır. Bilirik ki, Yaxın Şərqdən bəzi terrorçular qondarma “Dağlıq Qarabağ ordusu”na qoşulublar. Ona görə də, əfsuslar olsun ki, bu məsələ qətiyyən müzakirə mövzusu (out of picture) deyil. Bu, Azərbaycana qarşı qəsdən törədilmiş hücum barədə siyasi hücum təəssüratı yaradır. Bundan əlavə, ermənilərin bu yalan bəyanatdan sui-istifadə etmələrinin səbəbi odur ki, bizim onları döyüş meydanında məğlub etdiyimizi qəbul etmək onlar üçün yəqin ki, çox ağrılıdır", - deyə dövlət başçısı qeyd edib.
Seyran Xitilova: “Dənizlidə diaspor təşkilatının yaranması bu şəhərdəki gənclərimizin fəaliyyətinə də əlavə stimul verəcək”Azərbaycan gəncliyi vətənpərvərliyi, dövlətə və xalqa hədsiz sədaqəti, öz fəallığı, elmi, müasirliyi ilə seçilir. Gənclər bütün sahələrdə Azərbaycanın maraqlarını müdafiə edir, var qüvvələri ilə ölkəmizin çiçəklənməsinə, tərəqqisinə öz dəyərli töhfələrini verirlər. Onu da qeyd edək ki, dövlətimizin gənclər siyasətinin başlıca məqsədi gənclərin hərtərəfli inkişafını təmin etmək, onların sosial problemlərinin həlli və cəmiyyətdə layiqli yer tutması üçün əlverişli şərait yaratmaqdır. Hazırda dövlətin diqqət və qayğısından güc alan gənclərimiz artıq yeni bir gücə çevriliblər. Bu gün təkcə ölkə daxilində deyil, eyni zamanda xaricdə təhsil alan və yaşayan gənclərimiz də aktiv ictimai-siyasi fəaliyyətlə məşğuldurlar. Bu baxımdan gənclərimiz kifayət qədər təşkilatlanıblar və diaspor fəaliyyətində də könüllü şəkildə iştirak edərək, ölkəmizin aktiv təbliğatını aparırlar. Bu sırada qardaş Türkiyənin müxtəlif şəhərlərində təhsil alan gənclərimizin fəaliyyətini də qeyd etmək yerinə düşər. Belə gənclərdən biri də Seyran Xitilovadır. Türkiyənin Dənizli şəhərindəki Pamukkale Universitetində təhsil alan Seyran bizə müsahibəsində həm görülən işlər barədə məlumat verib, həm də bu şəhərdə diaspor təşkilatımızın yaranmasının vacib olduğunu bildirib. Onun sözlərinə görə, Dənizlidəki azərbaycanlı gənclərin Vətənlə əlaqələrinin daha da möhkəmləndirilməsi və onların istiqamətləndirilməsi üçün bir mərkəzdən, vahid proqram əsasında addım atılması mücbət nəticə verə bilər.

Xatırladaq ki, Seyran İlham qızı Xitilova 2001-ci il martın 10-da Qəbələ rayonunda anadan olub. 2007-ci ildə Qəbələ rayon Tüntül kənd M.Müşfiq adına tam orta məktəbin 1-ci sinifinə daxil olub. 2018-ci ildə həmin məktəbin 11-ci sinfini bitirib və elə həmin ildə Pamukkale Universiteti Tekstil mühəndisliyi ixtisasına qəbul olub.

- Pamukkale Universitetində neçə azərbaycanlı tələbə təhsil alır və universitet rəhbərliyi azərbaycanlı olaraq sizə lazımi diqqət göstərirmi?

- Rəsmi olaraq neçə nəfər olduğuna dair dəqiq məlumatım yoxdur, amma az deyil. Ümumiyyətlə, universitetimizin xarici tələbələrə olan diqqəti təqdirəlayiqdir.

- Pamukkale Universitetindəki digər ölkələrin tələbələri ilə əlaqələriniz necədir? Birgə ölkələrin tanıtım tədbirlərində iştirak edirsizmi?

- Universitetimizdə 106 fərqli ölkədən olan tələbə təhsil alır. Mütəmadi olaraq görüşlər təşkil edilir, müxtəlif mövzularda toplantılar keçirilir. Mədəniyyət gəcəsi,ölkə tanıtımı kimi bir çox tədbirlərdə yaxından iştirak etmiş biri kimi deyə bilərəm ki,bu cür tədbirlərin həm başqa ölkələrin mədəniyyətini öyrənməkdə, həm də tələbələrin sosial aktivliyində böyük faydası var.

- Universitetdə, ümumiyyətlə Dənizlidə Azərbaycanı necə tanıdırsız?

-Az öncə dediyim kimi, bir çox ölkənin tanıtımı layihələri və tədbirləri gərçəkləşdirilir. Eyni zamanda, azərbaycanlı tələbələr olaraq biz də ölkəmizlə bağlı bir sıra tədbirlər keçirmişik. Onu da deyim ki, Xocalı və 20 Yanvar faciələrinin ildönümləri ilə bağlı anım tədbirləri universitet rəhbərliyi tərəfindən xüsusi olaraq nəzərə alınır. Yəni bu tədbirlərin keçirilməsinə universitetin rəhbərliyi tərəfindən xüsusi dəstək göstərilir.

- Bəs, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin Dənizli ictimaiyyətinə çatdırılması üçün hansı addımları atırsınız?

- Qeyd edim ki, Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi işğalçılıq siyasəti haqqında mütəmadi olaraq həm Pamukkale Universitetinin müxtəlif ölkələrdən olan tələbələrinə, həm də Dənizli ictimaiyyətinə məlumatlar veririk. Eyni zamanda, sentyabrın 27-də Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi növbəti genişmiqyaslı hərbi təxribatdan sonra başladığmız Vətən müharibəsinın gedişi və ötən müddət ərzində cəbhədə məğlub olan Ermənistanın mülki əhalimizə qarşı həyata keçirdiyi terror aktları barədə burada bacardığımız qədər məlumatlar yayırıq. Ermənilərin dinc əhalimizə qarşı etdikləri terror əməlləri hər birimizi məyus edib. Lakin buna baxmayraq, sevinirik ki, rəşadətli Azərbaycan Ordusu işğalçılara lazımi cavab verir. Ordumuzun əldə etdiyi uğurlar, torpaqlarımızın işğaldan azad olması hər birimizin qürur mənbəyinə çevirilib.

- Azərbaycanlı tələbələrin universitetdə həmrəyliyi və ictimai aktivliyi hansı səviyyədədir?

- Bir çox tədbirlərdə öz birliyimizi çox gözəl şəkildə göstərmişik. Bütün hallarda xaricdə təhsil alan azərbaycanlı gənclərin ictimai fəaliyyətlə də məşğul olmaları vacibdir.

- Bu gün Dənizlidə Azərbaycan diaspor təşkilatının yaradılmasına nə dərəcədə ehtiyac var?

- Belə bir diaspor təşkilatının yaradılmasına ehtiyacın böyük olduğunu düşünürəm. Həm daha həmrəy olmaq, həm də tanımadığımız digər azərbaycanlı tələbələri tanıyıb onların ehtiyacları və problemləri ilə yaxından tanış olmaq baxımından bu diaspor təşkilatının bizə böyük köməkliyi olacağını düşünürəm. Bura bizim üçün həm də bir Azərbaycan evimiz olar. Vətənimizin qoxusunu buradan almış olarıq. Eyni zamanda Dənizlidə hər hansı diaspor təşkilatının yaradılması ümumi olaraq bu şəhərdəki gənclərimizin ictimai aktivliyini daha da gücləndirər. Bir sözlə, Dənizlidə diaspor təşkilatının yaranması bu şəhərdəki gənclərimizin fəaliyyətinə də əlavə stimul verəcək. Bu təşkilat vasitəsilə birləşə və səsimizi daha da böyük kütlələrə çatdıra bilərik. Prezident İlham Əliyev tərəfindən səsləndirilən “Biz birlikdə güclüyük” şüarının haqqını vermək, birləşmək üçün bu təşkilata ehtiyacımızın olduğunu düşünürəm.

Fuad Hüseynzadə

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi ilə birgə keçirdiyi qrant müsabiqəsi üzrə qalib olmuş “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin (CASCFEN) "Gənc könüllülərin diaspor fəaliyyətində iştirakının təbliğ olunması" layihəsi çərçivəsində dərc olunub
İlham Əliyev Qarabağla bağlı MÜJDƏNİ VERDİ: Biz bu vəzifəyə yaxınlaşırıq"Bizim vəzifəmiz Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək idi və biz bu vəzifəyə yaxınlaşırıq. Biz ərazi bütövlüyünün bərpasını demək olar ki, 30 il idi gözləyirdik. Bildiyiniz kimi, bütün bu müddət ərzində Azərbaycan danışıqlar prosesinə ciddi şəkildə sadiq olub".

Avrasiya.net xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 2-də İtaliyanın “La Republica” qəzetinə müsahibəsi zamanı jurnalistin "Cənab Prezident, Siz artıq qələbəni dadmısınız?" sualına cavabında deyib.

"Lakin əfsuslar olsun ki, bu, hər hansı əhəmiyyətli nəticə vermədi. Bundan əlavə, son bir neçə ildə Ermənistan rəhbərliyi öz bəyanatları və əməlləri, o cümlədən hərbi təxribatları ilə bizi hər zaman təhrik edirdi. Sonuncusu sentyabrın 27-də baş verdi. Biz cavab verməli olduq və bizim cavabımız Ermənistan üçün çox həssas idi. Biz qələbədən danışarkən qarşımıza belə bir hədəf qoymamışdıq. Biz onu danışıqlar masasında həll etmək istəyirdik. Lakin biz bunu döyüş meydanında etməyə hər zaman hazır idik və bunu da edirik", - dövlət başçısı əlavə edib.
Tramp və Bayden özlərini qalib elan etdiABŞ-da prezident seçkiləri gərgin mübarizə şəraitində keçir.

Xarici KİV xəbər verir ki, bu ana olan məlumata görə, Trampa seçicilərin 48,6%-I, Baydenə isı 49,8%-i səs verib.

Prezidenti müəyyən etmək üçün namizədlərdən biri ştatlar üzrə 270 elektorla səs toplamalıdır. Son məlumatlara görə, Tramp 213, Bayden isə 237 elektoral səs toplayıb. Ən böyük ştatlardan Nyu-York və Kaliforniyada Bayden, Texas və Floridada isə Tramp qələbə qazanıb. Seçkilərinin taleyini səslərin hesablanmasının başa çatmadığı 8 ştatda həll olunacağını gözlənilir.

Tramp və Baydenin hər biri artıq özünü qalib elan edib.

“Bizim qələbəmizi oğurlamaq istəyirlər amma buna imkan vermərik”-deyə Tramp deyib. Co Bayden də öz qələbəsini elan edib.

“Dostlar, qələbəyə doğru gedirik. Biz az səbr edək” –deyə tərəfdarlarına müraciət edib.