Co Baydenin seçki qərargahından açıqlama: Seçkiləri udmuşuqABŞ-da prezidentliyə namizəd Co Baydenin qərargahı seçkilərdə qələbə qazanıldığını elan edib.

Avrasiya.net xəbər verir ki, bu barədə “RİA Novosti” yazıb.

“Biz seçkilərdə qalib gəlirik, biz seçkiləri udmuşuq. Biz bu seçkiləri müdafiə edəcəyik”, - deyə qərargahın müşaviri Bob Bauer bildirib.

O qeyd edib ki, qərargah respublikaçıların məhkəməyə mümkün müraciətlərinə görə narahat deyil.

Seçki qərargahının meneceri Cen Omelli Dillon isə bildirib ki, Co Bayden gün ərzində amerikalılara müraciət edəcək.

“Biz gözləyirik ki, gün ərzində Co Bayden amerikalılara müraciətlə çıxış etsin”, - deyə C.Dillon bildirib.
Qarabağ öz tarixi sahibinə qayıdır! - MHP sədri Əlisahib Hüseynov
Milli Həmrəylik Partiyasının (MHP) sədri

Separatçıların qondarma hökumətinin İrəvana köçürülməsi xəbəri əslində dolayısı yolla bütövlükdə qondarma "Dağlıq Qarabağ Respublikası"nın (“DQR”) mövcud əhalisinin Ermənistana köçürülməsini təsdiqləyir. Çünki qondarma rejimin öldüsü ilə qaldısı bilinməyən "rəhbər"i Araik Arutyunyanın sosial şəbəkə hesabından paylaşılan bu məlumatda bildirilir ki, Ermənistana köçürülən vətəndaşlara sosial və inzibati xidmətləri həyata keçirən operativ qərargah yaradılıb.

O, Ermənistana köçürülən Qarabağ ermənilərini həmin operativ qərargaha müraciət etməyə çağırıb. Araik Arutyunyanın bu çağırışı bir daha onu sübut edir ki, hazırda Qarabağda demək olar ki, mülki əhali qalmayıb. Onların hamısı bu və ya digər üsullarla aradan çıxıblar, qaçıblar. Ermənistan silahlı qüvvələrinin Şuşa-Laçın yolunu mülki əhalinin üzünə bağlaması da məhz onların bölgəni tərk etmələrinin, Ermənistana və ya başqa ölkələrə qaçmalarının qarşısını almaq məqsədi daşıyır.

Azərbaycan Ordusu kəndlərimizi, şəhərlərimizi bir-birinin dalınca işğaldan azad etdikcə, ermənilər də çıxış yolunu yalnız qaçmaqda görürlər. Lakin Paşinyan isə buna mane olmağa çalışır. Çünki Qarabağdakı ermənilərin taleyi Paşinyanı əsla maraqlandırmır. Lakin geri çəkilməyi və qaçmağı da taktika kimi təqdim edən erməniləri artıq heç kim və heç nə Qarabağda saxlaya bilməz. Çünki Qarabağ artıq de-yure yox, həm də de-fakto Azərbaycanlaşır! Qarabağ öz tarixi sahibinə qayıdır!

Ermənistanın daha bir SU-25 təyyarəsi məhv edildiAzərbaycan Ordusu Ermənistana aid daha bir SU-25 təyyarəsini vurub.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi Tvitter səhifəsində yazıb.

“Qəhrəman Azərbaycan Ordusu işğal altındakı torpaqlarını azad etmək üçün qəhrəman və fədakarcasına mübaririzəyə davam edir. Hücum hazırlığında olan Ermənistana aid daha bir SU-25 təyyarəsi vurulub. Bununla da Ermənistana aid vurulan təyyarələrin sayı 7-yə çatıb”, - məlumatda qeyd olunub.
Bu ərazilər azad edildi - Prezident elan etdiMüzəffər Azərbaycan Ordusu Cəbrayıl rayonunun Mirək, Kavdar, Zəngilan rayonunun Məşədiismayıllı, Şəfibəyli, Qubadlı rayonunun Başarat, Qarakişilər, Qaracallı kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!

Avrasiya.net xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Tvitterdə yazıb.

Fransada "Bozqurdlar"ın  fəaliyyəti qadağan olunubFransada "Bozqurdlar" milliytəçi türk təşkilatının fəaliyyəti qadağan olunub.

Avrasiya.net xəbər verir ki, bu barədə Fransanın Ermənistandakı səfiri Conatan Lakot bu ölkənin Ombudsmanı Arman Tatoyana bildirib.

Səfir qeyd edib ki, bu qərar Fransadakı ermənilərin təhlükəsizliyinin və hüquqlarının qorunması üçün qəbul olunub.

Qeyd edək ki, “Bozqurdlar” Alparslan Türkeş tərəfindən 1969-cu ildə Milliyyətçi Hərəkat Partiyasının gənclik təşkilatı olaraq yaradılıb. Təşkilatın məqsədi, Türk milli ənənəsi, mədəniyyəti və ictimai nizamı əsasında Böyük Turanın yaradılmasıdır.
Erməni vandalları buna görə cavab verməlidir - SəfirAzərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində 1988-ci ilədək təxminən 403 tarixi və dini abidə: məscidlər, məbədlər, ziyarətgahlar var idi. İlk öncə, son 30 ildə ermənilər İslam dini abidələrini: məscidləri, məqbərələri və s. məhv edib. Belə ki, 67 məsciddən 63-ü tamamilə, 4-ü qismən dağıdılıb. Yalnız beynəlxalq təşkilatların təzyiqi nəticəsində Ağdamdakı Cümə məscidinin, Aşağı Gövhər Ağa və Yuxarı Gövhər Ağa məscidlərinin və Şuşadakı Saatlı məscidinin divarları bütöv saxlanılıb. Buna baxmayaraq, bu gün ermənilərin ədəbsizliyi və azərbaycanlılara nifrətinin təcəssümü olaraq onların içərisində donuz və mal-qara saxlanılır.

Avrasiya.net xəbər verir ki, bu sözləri Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanov qeyd edib. O bildirib ki, Ağoğlan (Laçın rayonu), Xudavəng (Kəlbəcər rayonu), Gəncəsar (Ağdərə rayonu) və digər məbədlər Qriqoryan kilsələrinə çevrilib və erməniləşdirilib:

"Eyni zamanda, işğal olunmuş ərazilərdəki çay, göl, kənd və şəhər adları erməniləşdirilib. AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun direktoru Ərtegin Salamzadə Zəngilan rayonunun Məmmədbəyli kəndindəki XIV əsrin əvvəllərinə təsadüf edən məqbərənin dağıdıldığını, XIII əsrin Füzuli rayonunda Şeyx Baba məqbərəsinə böyük ziyan vurulduğunu söyləyib.

“Erməni vandalizminin əli ilə Şuşada və digər rayonlarda Pənahəli xan tərəfindən tikdirilmiş qala və istehkamlar dağıdılıb, şairə Natəvanın evi qəzalı vəziyyətə düşüb. İşğalçılar abidələri erməni memarlığının nümunələri kimi təqdim etmək məqsədilə xarici görünüşünü dəyişdirib, qədim dini tikililər dağıdıb. Onlar Ağdərə, Laçın və Kəlbəcər rayonlarında alban tikililərinə də eyni şeyləri edib", - o əlavə edib.

Mütəxəssisin fikrinə əsasən, erməni vandalları tərəfindən Azərbaycanın müasir milli heykəltəraşlığının bəhrələndiyi Laçın və Kəlbəcər rayonlarında bir çox qədim heykəllər, daş qoç fiqurlar və atlar məhv edib:

"Ermənistanın Azərbaycanın dini, mədəni və tarixi abidələrinə qarşı təcavüzkarlığı bu gün də davam edir. Ermənistan silahlı qüvvələri Azərbaycanın yaşayış məntəqələrinə, dinc əhaliyə, eləcə də tarixi abidələrə, qəbiristanlıqlara, müqəddəs yerlərə atəş açır. Gəncə, Bərdə, Goranboy, Ağcabədi, Tərtər, Ağdam, Füzuli və Beyləqan rayonlarına artilleriya və raket hücumları nəticəsində bir sıra tarixi və dini abidələr məhv edilib. Belə ki, sentyabrın 27-dən başlayaraq Azərbaycanın yaşayış məntəqələrinin müxtəlif növ silah və ağır toplarla atəşə tutulması nəticəsində Füzuli rayonunun Babı kəndi yaxınlığındakı qəbiristanlıqda yerləşən Şeyx Babı türbəsinə ciddi ziyan dəyib və düşmən tərəfindən atılan mərmi Beyləqan rayonundakı Cərcis ziyarətgahının yaxınlığına düşüb. İslama aid tarixi abidələrin ermənilər tərəfindən amansızlıqla məhv edilməsinin səbəblərindən biri də üzərində müsəlman epiqrafiyası olan yazıların olmasıdır.

Bu fakt dini abidələrin erməniləşdirilməsinə cəhd göstərməyi və onların Azərbaycana məxsus olmadığı kimi təqdim etməyi və bu torpaqların həmişə ermənilərə məxsus olduğunu söyləməyi mümkünsüz edir. Sözsüz ki, yuxarıda qeyd olunduğu kimi, ikinci səbəb Azərbaycan xalqına nifrətdir. İstənilən halda, Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində insanlıq və mülkiyyət əleyhinə cinayətlərə, habelə mədəni irsin məhv edilməsinə görə məsuliyyət daşıyır. Azərbaycana məxsus tarixi abidələrin Ermənistan tərəfindən məhv edilməsi "Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında" 1954-cü il Haaqa Konvensiyası, "Arxeoloji irsin qorunması haqqında" 1992-ci il Avropa Konvensiyası və "Ümumdünya mədəni və təbii irsinin qorunması haqqında" 1972-ci il UNESKO Konvensiyanın tələblərinə birbaşa ziddir. Ermənistanın Azərbaycan xalqının mədəni irsini məhv etməyə və saxtalaşdırmağa yönəlmiş fəaliyyəti bütün bəşəri mədəniyyətə təcavüzdür. Nəhayət, erməni vandalları bu hərəkətlərinə görə cavab verməli, cəzalandırılmalı və dünya ictimaiyyəti bu faktı diqqətdən kənarda qoymamalıdır”, - qeyd edib.
 Gəlin, Azərbaycana məxsus torpaqları onların özlərinə qaytaraq - Paşinyan - VideoErmənistanın hazırkı Baş naziri Nikol Paşinyanın hələ deputat olarkən parlamentdə etdiyi çıxışın videoyazısı üzə çıxıb.

Avrasiya.net xəbər verir ki, sözügedən videoda N.Paşinyan parlament tribunasından deputatlara səslənərək deyir:

“Gəlin, Azərbaycana məxsus torpaqları onların özlərinə qaytaraq. Mən bunu sizə rəsmi olaraq elan edirəm: bu, onların torpaqlarıdır”.

Qeyd edək ki, Paşinyan bu çıxışından iki il sonra hakimiyyətə gəlib. Əslində, onun qəzet redaktoru olarkən də mövqeyi bu cür olub və yalançı erməni tarixi haqda həddən artıq ağır ifadələr işlədib.

Paşinyan Qarabağ klanını, işğalı, yalançı erməni tarixi uydurulmasını və Rusiyanı erməni xalqının faciəsi sayıb və bundan əl çəkməyə çağırıb. Hakimiyyətə gəldikdən sonra isə Qarabağ klanı və Rusiyaya qarşı böyük kampaniyaya başlasa da, yalançı tarix və işğalda sələflərindən daha artıq “patriot” olmaqla "özünü yandırdı".




Ermənilərin saxladığı 2-ci terrorçu da PKK-çı çıxdı - VideoQarabağda saxlanılan ikinci suriyalı “terrorçu”nun (guya Azərbaycanın tərəfində döyüşürmüş) PKK terror təşkilatının üzvü olduğu məlum olub. Bu qurumun yaraqlıları ermənilərin tərəfində döyüşürlər.

Avrasiya.net Turan.az-a istinadən xəbər verir ki, bunu kürdlərin özlərinin sosial şəbəkələrdə yaydıqları video sayəsində müəyyən etmək mümkün olub. Videoda ermənilər tərəfindən saxlanılan yaraqlı öz silahlı yoldaşlarının əhatəsində oturur, onlar kürd dilində şüarlar səsləndirirlər. Onların əllərində Ermənistanın və qondarma Kürdistanın bayraqları var.

Ermənilərin yaydığı başqa videoda həmin adam ermənilərin əhatəsində oturub, onlar onu dindirir və təhqir edirlər.

Ondan Azərbaycan dilində soruşurlar, amma saxlanılan şəxs onları anlamır. Əgər erməni tərəfinə inansaq, Azərbaycan tərəfində suriyalı türkmanlar, türkcə danışan etnik türklər döyüşürlər.

Bundan öncə ermənilər başqa bir video yayaraq yaralı şəxsi suriyalı kimi təqdim ediblər. Lakin dindirmə zamanı həmin şəxs ərəb dilindən kürd dilinə keçir.

Azərbaycan və Türkiyə dəfələrlə bəyan ediblər ki, Azərbaycan Silahlı Qüvvələrinə qarşı döyüşlərdə iştirak etmək üçün Qarabağda Ermənistan tərəfindən cəlb edilmiş 2 minədək kürd yaraqlı yerləşdirilib.
1227 yoluxma, 12 ölüm faktıAzərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1227 yeni yoluxma faktı qeydə alınıb, 667 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Avrasiya.net-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 12 nəfər vəfat edib.

"Erməni vandalları müharibədəki məğlubiyyətləri ilə barışmaq istəmir"Düşmən işğalından azad edilən ərazilərdə bütün yaşayış məskənləri, meşə massivləri məhv edilib. Su hövzələri dağıdılıb, kənd təsərrüfatına yararlı torpaqlar erroziyaya məruz qalıb, təbiətə amansız divan tutulub. Son günlər ekoloji terrorun miqyası daha da genişləndirilib, Şuşada, Laçında, Göygöldə, Daşkəsəndə meşələr yandırılır, fosforlu silahlar təbiq edilir.

Prezidentin köməkçisi Hikmət Hacıyev mətbuata açıqlamasında bildirib ki, meşələrin yandırılmasında məqsəd Azərbaycan Silahlı Qüvvələrinin istifadə etdiyi pilotsuz uçuş vasitələrinin görüntüləri üçün maneələrin yaradılmasıdır. Onun sözlərinə görə, Ermənistanın Şuşa meşələrində yanğının törədilməsi üçün qadağan olunmuş ağ fosfordan istifadə etməsi istisna deyil.

Xatırladaq ki, Müdafiə Nazirliyi bir neçə gün əvvəl kəşfiyyat məlumatlarına əsasən Ermənistanın böyük həcmdə fosfor tərkibli yükü Xocavənd istiqamətinə gətirdiyi barədə məlumat vermişdi.

Milli Məclisin Təbii ehtiyyatlar, energetika və ekologiya komitəsinin sədri, millət vəkili Sadiq Qurbanov "AzPolitika.info"-ya şərhində bildirib ki, erməni vandalları müharibədəki məğlubiyyətləri ilə barışmaq istəmir, çünki bu, onlar üçün ölümə bərabərdir.

Məğlubiyyəti qəbul edərlərsə, ölkə daxilində bunun hansı hadisələrə gətirib çıxaracağını yaxşı bilirlər: "Son nəfəslərində əllərindən gələn pislikləri etməyə çalşırlar. Onlar nəinki qocaya, qadına, uşağa qarşı, həm də təbiətə qarşı amansız hərəkətdədirlər. Bu da onların mənfur xislətinin göstəricisidir". Komitə sədri düşmənin Azərbaycanın Tərtər, Ağcabədi, Bərdə, Gəncə şəhərlərinə qadağan olunmuş ballistik silahlardan atəş açdığını xatırladaraq, bununla xalqımızın iradəsini sındırmağa cəhd etdiyini vurğulayıb: "Amma buna nail ola bilmirlər, əksinə, xalqın birliyini, gücünü görürlər. Çalışırlar ki, Azərbaycanın iri şəhərlərinə mərmilər atmaqla əhali arasında çaxnaşma yaratsınlar. Bu alınmadı. İndi də meşələri yandırırlar".

Millət vəkili hesab edir ki, burada mənfur düşmənin bir neçə məqsədi ola bilər: "Birincisi, Azərbaycanın malik olduğu müasir silahların, pilotsuz döyüş aparatlarının, dronların hərəkətini məhdudlaşdırmaq istəyirlər.

İkincisi, döyüş texnikalarını yanğın zamanı yaranan tüstüdə, dumanda gizlədərək bizə qarşı istifadə etməyə cəhd göstərirlər. Təbii ki, bu cəhdlərin heç biri səmərə verməyəcək".

Millət vəkilinin sözlərinə görə, son vaxtalar Azərbaycana qarşı fosforlu bombalardan, güllələrdən istifadə olunması düşmənin vəhşiliyinin zirvəsidir. "Hansı ki, bu cür silahlardan istifadə hələ 1868-ci ildə Sank-Peterburq, 1949-cu ildə Cenevrədə Konvensiyasında, 1977-ci ildə həmin konvensiyalara qəbul olunmuş əlavələrdə, 1980-ci ildə adı silahlara dair 3-cü protokolda tam qadağan olunub", - deyə S. Qurbanov vurğulayıb.

Ağ fosfor maddəsi barədə məlumat verən Komitə sədrinin sözlərinə görə, bu elə bir maddədir ki, atmosferdə oksigenlə birləşərək yanğın əmələ gətirir: "Bu zaman 1200-1300 dərəcəyə qədər istilik yaranır. Nəticədə təbiətə çox ağır zərbə vurulur, torpağın üst qatı, canlı aləm, bitki örtüyü yanaraq məhv olur. Təsəvvür edin, bu maddənin cəmi 50 milliqramı insan orqanizminə düşdükə onun həyatına son verir. Onun qalıqları da çox təhlükəlidir. Məsələn, Rusiyanın Tolyatti şəhərində ağ fosforun qalıqlarının olduğu yerdə 36 dəfə öz-özünə yanğın baş vermişdi".

Sadiq Qurbanov bildirir ki, düşmən ağ fosforlu zəhərli maddələrdən birinci Qarabağ müharibəsində də istifadə edib. "Bu onların insanlığa, təbiətə, ümumiyyətlə, Allahın yaratdığı hər şeyə qarşı vəhşi münasibətinin göstəricisidir", - millət vəkili qeyd edib.

Ermənistanın törətdiyi ekoloji terror və qadağan olunmuş silah tətbiqi barədə faktların dünya ictimaiyyətinə, müvafiq beynəlxalq təşkilatlara çatdırıldığını vurğulayan S.Qurbanov, Azərbaycanın müvafiq strukturlarının düşmənə qarşı koordinasiyalı fəaliyyətindən söz açıb: "Əldə olunan bütün faktlar sənədləşdirilərək beynəlxalq ictimaiyyətə təqdim olunur".

Tarixdə qadağan olunmuş silahlardan istifadə olunması barədə misallar gətirən Komitə sədri, İkinci Dünya Müharibəsində almanların, İraqda Səddam Hüseyin hakimiyyətinin məşhur siması "Kimya Əli" ləqəbli cinayətkarın Hələbçə şəhərində insanlara qarşı törətdiyi vəhşilikləri xatırladır: "Ermənilər də həmin yolu gedirlər. Bu, terrorçuların metodudur, onları istifadə etdiyi silahdır. Beləliklə, bir daha məlum olur ki, Ermənistan terroru dəstəkləyən bir terror dövlətidir. Azərbaycan da buna qarşı bütün gücü ilə mübarizə aparır: həm beynəlxalq müstəvidə, həm siyasi, həm də döyüş meydanında. Biz onların cavabını müharibə qanunları çərçivəsində döyüş meydanında veririk, qadınları, uşaqları, qocaları öldürmürük. Dövlətimiz, Ordumuz bu terrorun kökünü kəsməkdə qərarlıdır. İnşallah, xoş günlər yaxındadır. Cənab Prezidentin dediyi kimi doğma Şuşamız bir nəfəs qədər yaxındır".