"Gürcü Arzusu"nun tərəfdarı "Aktual.ge"nin baş direktorunu təhqir edib, döymək istəyib - FOTO"Bir jurnalist olaraq çəkiliş etdiyim üçün hakim "Gürcü Arzusu"nun tərəfdarı, Marneuli bələdiyyəsinin əməkdaşı və Savalan Mirzoevin qaynı Orxan Nəbiyev az öncə məni Marneulidə "Ataholding" parkında döyməyə cəhd etdi və ünvanıma qarşı nalayiq sözlər dedi".

Aktual.ge xəbər verir ki, bunu QHT "Aktual Media"nın və həmin təşkilatın nəzdində fəaliyyət göstərən Aktual.ge-nin baş direktoru İlkin Hüseynov özünün "Facebook" hesabında paylaşıb.

O, sosial şəbəkədə Daxili İşlər Nazirliyini və Xalq Müdafiəçisini işarələyərək bunları qeyd edib:

"31 oktyabr Marneuli rayonunun 5 saylı seçki məntəqəsində bir jurnalist olaraq çəkiliş etdiyim üçün hakim "Gürcü Arzusu"nun tərəfdarı, Marneuli bələdiyyəsinin əməkdaşı və Savalan Mirzoev 'in qaynı Orxan Nəbiyev az öncə məni Marneulidə "Ataholding" parkında döyməyə cəhd etdi və ünvanıma qarşı nalayiq sözlər dedi. Bunu söz azadlıqına və jurnalistikaya eləcədə mediaya hücum olaraq qiymətləndirirəm. Biz Aktual.ge xəbər portalı olaraq sadəcə ölkəmizdə və bölgədə baş verən xəbərləri çatdırırıq insanlara, pis bir işmi görürük? Buna görə söyülməliyikmi? Buna görə bizi döyməyəmi cəhd etməlidirlər?".
"Gürcü Arzusu"nun tərəfdarı "Aktual.ge"nin baş direktorunu təhqir edib, döymək istəyib - FOTO