
Dünyanın gözü qarşısında alçalmanın verdiyi hisslə birgə yaratdıqları mifologiyalarının da yavaş-yavaş toz-duman içində yoxa çıxmağa başlaması bu milləti məcbur edir ki, döyüşdə uduzan birinin cırmaq atması, tüpürməsi kimi çirkin hərəkətlərə əl atsın.
Dünyanın 90%-nin istifadə etdiyi Quql (Google) axtarış platformasında “dünyanın ən acıqlı milləti”ni axtarsanız, qabağınıza birinci növbədə erməni milləti çıxacaq. Bütün bu qədər əsəb, acığın haradan gəldiyini bildiyimiz zaman onların elədiyi bütün barbarlıq və vandalizmin köklərini də başa düşmüş olacağıq. İllər boyu onun-bunun torpağından özlərinə “vətən” düzəltməyə çalışan, “böyük ermənistan” xəyalları ilə akvariumdakı balıq kimi başlarını görə bilmədikləri şüşəyə çırpa-çırpa qalan yurd-yuvasız ermənilər millət olaraq (ki onlara millət deməyə də adamın dili gəlmir) natamamlıq kompleksindən əziyyət çəkirlər. Bu kompleksin sahiblərinin vəhşilik və murdarlığa əl atması ayrıca bir psixologiya bölməsidir.
Qarabağda erməni faşistlərinin dağıtmış olduqları 22 muzey və 4 incəsənət qalareyası, burada məhv edilib yararsız hala salınmış 4000 eksponat və sərgi, Azıx mağarasından aparılmış qanunsuz arxeoloji qazıntılar, 927 kitabxana və bu kitabxanaların ümumilikdə sahib olduğu 4.6 milyonluq kitab fondu bu barbarizmin əsas göstəriciləridir.
808 klub, 4 teatr, 2 konsert zalı, 85 (!) musiqi məktəbi məhv edilmişdir. Alban memarlığının inciləri olan Gəncəsər və Xudavənd türbələri də bu vandalizmdən öz paylarını almışdırlar.
Bir neçə gün öncə azad edilmiş Zəngilan şəhərindəki qədim ibadət ocaqları olan məsciddə ermənilərin donuz saxladığı məlum oldu.
Ermənilərin baxımsız qoyduqları, Hadrut qəsəbəsinin Tuğ kəndində yerləşən, 13-cü əsrdə inşa olunmuş Qafqaz Albaniyasına aid Qtiçavank monastırında da vandalizm törədilib.
İddiaları ilə hərəkətləi üst üstə düşmür bu toplumun. Onlar bizim ərazilərimizdə olan xristian Alban məbədlərinin özlərinə məxsus olduğunu iddia etməklə yanaşı, qonşu Gürcüstana da bu iddialarla çıxış edirlər. Belə ki bu vaxta qədər Gürcüstan ərazisində 465 kilsənin ermənilərə məxsus olması haqda iddialar ortaya atılıb. Nəzərə alaq ki, məhz bu mövzuda ermənilərlə gürcülər arasında 18 dəfə hətta müharibə xarakterli ciddi qarşıdurma yaşanıb, bu onların heç bir xalqla normal sülh şəraitində yaşamadıqlarını göstərir.
Ermənilərin davranışları onların Qafqaz xalqları arasında yad olduqlarını sübut edir. Gəldikləri vaxtdan qonşularına ərazi iddiaları ilə çıxış etmələri, uşaqlara, qadınlara qəddarlığı heç bir Qafqaz xalqının ruhiyyəsi ilə uyğun gəlmir. Hətta inancları belə - Erməni Apostol Kilsəsi (EAK) həm pravoslav (Ortodoks), həm də katolik kilsəsinin ehkamlarına görə bidətçi kilsədir. Daha sadə desək, pravoslavlara və katoliklərə görə, ermənilər kafirdir, xristian deyillər. Bunu onların işğal etdikləri ərazilərdə xristian Alban məbədlərinə qarşı etdikləri vəhşilikləri onların xristianlığa belə yad olduğunu öz çılpağlığı ilə sübut edir.
Bu cür faktların bolluğu və vandalizmin özünü hətta qədim xristian kilsələrində də göstərməsi ermənilərin din, mədəniyyət abidələri, etiqadlar və digər millətlərin adət-ənənələrinə qarşı nə qədər dözümsüz olduqlarının əyani sübutudur.
Məqalənin əvvəlində də qeyd etdiyim kimi, daxilən aqressiv, tarix boyu boyunduruq altında sürünən, onun-bunun kölgəsində özünə yer eləyən məğlub bir xalq bəlkə də elə özlərinə acıqlıdırlar. Bu aqressiya onları içdən-içə yeyib-bitirir və sonda bacara bilmədikləri bir düşmənin qarşısında susmağa məcbur olub qəzəblərini daşdan, abidədələrdən, təhsil ocaqlarından, tikililərdən çıxırlar. Düzdür, kərpicdən tikilmiş bu tarixi binalar cavab zərbəsi endirə bilməsələr də, tarix özü cavab zərbəsini ermənilərə Azərbaycan ordusunun əli ilə çox gözəl endirmiş oldu.
Əli Babayev
Bakı Dövlət Universiteti, İslamşünaslıq Elmi Tədqiqat Mərkəzinin əməkdaşı