"Artıq status-kvo dəyişib, 27 il müzakirə edilmiş elementlər qüvvədən düşüb"Azərbaycan Ordusunun işğalçı erməni hərbi birləşmələri üzərində davamlı zəfərləri Ermənistan hakimiyyətini, işğalçı ölkəni dəstəkləyən dövlətləri və bütün dünya ermənilərini şoka salıb. Son bir ayda Azərbaycan Ordusunun işal altında qalan torpaqlarımızın azad edilməsi ilə bağlı apardığı uğurlu hərbi əməliyyatlar ölkəmizin hərbi və iqtisadi gücünü dünyaya göstərdi. Dünya Azərbaycanın bölgədə qüdrətli və yenilməz ölkə olduğunu qəbul etdi. Ermənistan baş naziri Nikol Paşinyanın başını itirməsi, erməni hərbi birləşmələrinin darmadağın olması, əsgərlərin silah-sursatları atıb döyüş bölgələrindən qaçmaları, Ermənistanın xaricdən dəstək ala bilməməsi, minlərlə erməni hərbçinin məhv edilməsi Ermənistanda daxili vəziyyəti gərginləşdirib.

Artıq ermənilər Azərbaycan xalqının səbrinin tükəndiyini, Dağlıq Qarabağın Azərbaycan Ordusu tərəfindən işğaldan azad ediləcəyini dərk ediblər. Paşinyanın yalvarışları, müxtəlif obrazlara girməsi, xalqa yenə də yalan vədlər verməsi işini daha da çətinləşdirib. İşğalçı ölkədə sosial vəziyyət gərginləşib, gənclər Qarabağda vuruşmaqdan imtina edirlər, işğalçı ölkənin ordusunda xaos hökm sürür, qarşıdurma yaşanır. Əhalinin sosial durumu daha da ağırlaşıb, ermənilər aclıq və səfalət içindədirlər, erməni diasporu da artıq Paşinyan hakimiyyətinə yardım etməyin mənasız olduğunu düşünüb yardım kampaniyasını dayandırıb. Ermənistanın xaricə olan borcunun artması ölkəni iqtisadi tənəzüllə gətirib çıxarıb. Azərbaycan Ordusunun bir ay müddətində Ermənistan ordusu üzərində qələbələri dünyanı Azərbaycanı olduğu kimi qəbul etməyə məcbur etdi.

QHT sədri, ictimai fəal Emin Əliyev “Xalq Cəbhəsi”nə bildirib ki, Azərbaycan heç bir zaman Ermənistanla müqayisə edilməməlidir.:”Çünki sovet imperiyası dövründə və müstəqillik illərində sadəcə eyni regionda mövcud olduqlarına görə bu iki ölkəni bir-biri ilə müqayisə edirdilər. Sadəcə 2020-ci il üçün hər iki dövlətin dövlət büdcələrinə diqqət yetirsək fərqin nə qədər böyük olduğunu müşahidə etmək olar. Bundan başqa müdafiə xərcləri, investisiya xərcləri, sosial-müdafiə xərcləri 4-6 dəfə fərqlə Azərbaycanın xeyrinədir. Ölkələrimizin əhalisinin sayı arasında olan ən azı 4 dəfə fərq vardır. Ermənistan bütün parametrlərinə görə Azərbaycandan geridə qalır. Bəs nə üçün ermənilər 2020-ci il ərzində həm sərhəd, həm də təmas xəttlərində bir neçə dəfə təxribata əl atdılar? Nəyə arxayın idilər? Nəyi düzgün hesablamamışdılar?”

E.Əliyev deyib ki, Nikol Paşinyan 08 may 2018-ci ildə millətçi qanadın “qanadları üzərində” hakimiyyətə gəldi. Bu millətçi qanadın “sponsoros”ları bir neçə postsovet ölkəsində rəngli inqilablar həyata keçirməyə cəhd etmiş və Azərbaycan kimi nadir ölkələr istisna olmaq əksər hallarda “müvəffəqiyyət” qazanmışdır. Lakin qazanılmış bu “müvəffəqiyyətlər” millətlərin maraqlarına xidmət edəcəyi “mahnılar”la süslənsə də nəticələri xaos, özbaşınalıq və məğlubiyyət olmuşdur: “Nikol Paşinyan hakimiyyətə gələndən dərhal sonra öz ölkəsində hansı oyunlar oynadı öz işidir və xalqı ilə özü hesablaşar. Lakin hakimiyyətə gəldikdən qısa müddət keçməmiş “Qarabağ Ermənistandır və nöqtə” sərsəmləməsi, daha sonra Şuşada bir dəstə “küçə siyasətçiləri” ilə yallı gedib təlxəklik etməsi Azərbaycanın siyasi maraqlarının humanist prinsiplər üzərində təmin edilməsi dəsti-xəttində yeniliklərə getməyə vadar etdi.

Ermənistan əsasən aşağıda qeyd edilən elementlərə görə özünü təkəbbürlü aparır və siyasi polemikalarda “dominantlıq rolu oynamağa” səbəb olurdu:

- Birinci Qarabağ müharibəsinin nəticəsində torpaqlarımızı işğala məruz qoyması və bu ərazilərin Ermənistanın quldur dəstələri tərəfindən idarə olunması – bir sözlə özlərini “qalib” hesab etmələri;

- Dünyanın böyük güclərində, xüsusilə ATƏT-in Minsk qrupunun üç həmsədr ölkələrində fəaliyyət göstərən və kifayət qədər fəal olan erməni diasporunun olması;

- Cənubi Qafqazda maraqları olan Rusiya və İranla olan isti münasibətləri və bu dövlətlərin Ermənistana göstərdikləri hərtərəfli dəstək;

- Ermənistanın KTMT üzvü olması və bunun əksinə, Azərbaycanın heç bir blokun üzvü olmayaraq Qoşulmama hərəkatında aktivlik etməsi nəticəsində heç bir ölkənin Azərbaycanda hərbi blok maraqlarının olmaması;

- Ermənistanda olan Rusiya Federasiyasının 102 saylı hərbi bazası və Ermənistanın Türkiyə və İran sərhəd zolağının Rusiya sərhədçiləri tərəfindən mühafizəsi;

- Ermənistan ictimai rəyindən Azərbaycan xalqının artıq Qarabağla maraqlanmaması, “rahatlıq zonası”nda olması və status-kvonun Azərbaycan xalqının maraqlarına müvafiq olması kimi yanlış düşüncələrin olması”.

Yuxarıda qeyd edilənlərdən başqa daha bir neçə bəndlər sadalana bilər, lakin ilkin qiymətləndirmə üçün bunlar kifayətdir. Sadəcə 2020-ci il ərzində Ermənistanın bir neçə irimiqyaslı təxribatlar həyata keçirməsi məhz həmin təkəbbürlü siyasətin nəticəsidir. Bütün bu müddət ərzində media və sosial şəbəkələrdə ermənilərin özlərini də olduqca aqressiv aparması, “Qafqazın sahibi olduqları” düşüncəsi, Azərbaycanı öz “dayıları” ilə hədələməsi artıq kütləvi psixoz halının göstəricisi idi. Bu artıq son idi. Azərbaycan tərəfi düşmənin nazı ilə oynamağa son qoymaq üçün yekun qərar verdi. Verilən qərarın nədən ibarət olduğunu və nəticəsinin nə olduğunu bütün dünya görməkdədir. Ölkəmizin siyasi rəhbərliyi qısa bir müddət ərzində həm diplomatik, həm də hərbi sferada çevik qərarlar verərək mövcud vəziyyəti Azərbaycanın xeyrinə dəyişdirməyə nail oldu. Ermənistanı “öz bacıları” hesab edən dövlətlərin rəhbərliyi Azərbaycanın prezidentinin qətiyyətli sualları, qəzəbli çıxışları qarşısında neytral olmağa və ya ən azından düşmən dövlətə açıq dəstək verməməyə məcbur oldu. Bu məqamda ölkəmizin əbədi müttəfiqləri olan dövlətlərin Azərbaycana siyasi və diplomatik dəstək verməsi də bizim Vətən müharibəmizdə nailiyyətlərimizin həcminin böyük olmasını şərtləndirib:

“İlkin hesablamalara görə Ermənistanın təxminən 3 milyard dollar həcmində hərbi texnikası ya tamam sıradan çıxarılmış, ya da müzəffər ordumuz tərəfindən qənimət olaraq ələ keçirilmişdir. Buna əlavə olaraq sadəcə özlərinin etiraf etdiyi 6 min nəfərədək insan itkisinin olması düşmənin itkilərinin həcmini göstərir. Burada bir məqama toxunmaq istərdim. Ermənistanın baş naziri və bütün siyasi elitası, eyni zamanda elə erməni ictimaiyyəti “sevinc və qürur” hissi ilə bildirirlər ki, Azərbaycan tərəfinin qısamüddətli hücum planları(blits-krik) “iflasa uğramışdır”. Lakin nəzərə alsaq ki, ordumuzun cəmi dörd həftəyə zad etdikləri 4 rayon ermənilər tərəfindən 4 ildən çox müddətə işğal edilmişdir! Ermənistan tərəfi bir neçə gün öncə döyüşlərin Şuşanın cəmi 5 km-liyində getdiyini elan edəndə erməni ictimaiyyəti şok yaşadı. Çünki onlarda elə bir təsəvvür var idi ki, döyüşlər hələ də Füzuli rayonu ərazisində baş verir. Sadəcə buna görə Ermənistan rəhbərliyini erməni xalqı süpürüb Göyçə gölünə tökməlidir”.

E.Əliyev onu da qeyd edib ki, Ermənistanın siyasi rəhbərliyi artıq çaxnaşma və xaos yaşayır. N.Paşinyan həbs etdirdiyi eks-prezidentləri, deputatları gah tənqid edir, gah dialoqa çağırır. Erməni siyasətində kriminal avtoritet olan milyonçu və Çiçəklənən Ermənistan Partiyasının sədri Qaqik Çarukyan bir müddət öncə həbs edilsə də bu yaxınlarda həbsdən azad edildi. Ona azad olmasının qarşılığında başına topladığı cinayətkar dəstəni öz pulu ilə təmin edərək döyüş əməliyyatlarına getməsi tapşırıldı:

“Bütün bu proseslərin daxilində sentyabr ayının 27-dən etibarən Azərbaycan tərəfinin birlik, bərabərlik, dəyanət nümayiş etdirməsi, siyasi rəhbərliyinin təmkinli, soyuqqanlı, qətiyyətli siyasəti düşmən tərəfi daha da qıcıqlandırır. Bununla yanaşı hər zaman güvəndikləri dövlətlərin rəhbərliyinin daha çox neytral mövqe sərgiləməsi, Qarabağın Azərbaycan ərazisinin olmasını və bunun beynəlxalq hüquq normalarına uyğun olduğunu açıq mətnlə bildirməsi erməniləri siyasi nok-auta salmışdır. Meydanda tək qalan və daim özündən razı siyasi xətt nümayiş etdirən Ermənistan hətta döyüş meydanlarında qalaraq çürüyən meyitlərini belə götürməkdən imtina edəcək qədər acizləşmişdir. 85 yaşlı iki qoca erməni girovu isə geriyə almaqdan imtina etmələri isə hesab edirəm ki, öz xalqlarına qarşı xəyanətdir.

Artıq status-kvo dəyişib, 27 il müzakirə edilmiş elementlər qüvvədən düşüb. Yeni siyasi şərtlər yaranıb. Bu şərtlərdə Azərbaycan qalib dövlət kimi masaya oturacaqdır. Təbii ki, o masa qurulacaqsa! Bu günə qədər müşahidə edilir ki, Ermənistan artıq son 5 həftə ərzində 3 dəfə razılaşdırımış atəşkəs rejimini pozmuşdur və o Azərbaycan əsgərinin işğal altında qalan son santimetr ərazimizi də azad etməli olduğuna “çağırış edir”. Ordumuz isə yorulmadan irəliləyir. Cəbhədən xoş xəbərlər gəlir. Xalqımız artıq həyəcanla Şuşanın azad edilməsi xəbərinin Ölkə başçısı, Ali baş komandan tərəfindən elan olunmasını gözləyir.

Bu müharibə ölkəmizi daha da gücləndirdi, xalqımızı yumruq kimi birləşdirdi. Qarşı tərəfdə isə tamam bir fiasko vardır. Çətin ki onlar bundan sonrakı illər ərzində özlərinə gəlsinlər. Lakin biz də dayana bilmərik. Daha da güclü olmaq üçün daha da əzmlə çalışmalıyıq. Çünki biz bu erməniləri artıq 200 ildir ki tanıyırıq. Onlara mərhəmət edərsən əvəzində xəyanət görərsən! Biz böyük xalqıq, müdrik xalqıq! Bu cür mərhəmət xainə bir daha edilməyəcəkdir. Bu dəqiqdir”.
Rus əsgəri ermənilər üçün niyə ölməlidir? – JirinovskiHansı əsasla Rusiya Federasiyasının ordusu, rus əsgəri ermənilərə yardım etmək üçün ölməlidir? Bizə ikinci Əfqanıstan lazım deyil.

Avrasiya.net xəbər verir ki, bu sözləri RLDP-nın lideri Vladimir Jirinovski Rossiya-1 kanalında yayımlanan “Vladimir Solovyovla bazar axşamı” verilişindəki çıxışında deyib.

Onun sözlərinə görə, Ermənistan yalnız Rusiyanın tərkibinə daxil olduğu halda Moskva ona kömək edə bilər:

“Yalnız bu halda bütün problemlər aradan qalxacaq”.
Ermənilər Gümrüdə yerləşən Rusiya bazasının çıxarılmasını İSTƏYİRQarabağ cəbhəsində ardıcıl məğlubiyyətlərə uğrayan Ermənistanda Rusiyadan narazılıq artır.

Rusiyanı münaqişəyə cəlb etmək cəhdi uğursuzluğa düçar olduğu üçün erməni cəmiyyətində Gümrüdəki 102-ci hərbi bazanın mövcudluğu ilə bağlı narazılıqlar güclənib.

Erməni politoloq Stepan Qriqoryanın açıqlaması bu narazılığın açıq şəkildə biruzə verildiyini göstərir.

“Rusiya Ermənistanı aldadıb. Ermənistan Rusiya üçün beynəlxalq arenada öz ziyanına olsa da, bir sıra ciddi addımlar atdı. Amerikalılar, avropalılar, ukraynalılar və gürcülər bizdən inciyirdi. Amma əsas ümidimiz Rusiyanın dəstəyinə idi. Və bütün bu olanlardan sonra Rusiya yumşaq desək, bizə dəstək olmadı. Bu hamımız üçün dərs olmalıdır! Rusiyaya orinetasiyalı siyasət etibarlı iş deyil”.

Qriqoryanın fikrincə, Qarabağ döyüşləri İsrail və Türkiyə silahlarının Rusiya silahlarından üstün olduğunu isbat edib.

“Dronlar, özüyeriyən artilleriya qurğuları özünü çox yaxşı nümayiş etdirir, Rusiya silahları isə özünü doğrultmur. Müharibə Rusiya silahının Türkiyə silahından geri qaldığını nümayiş etdirdi. Moskva həm siyasi, həm də hərbi baxımdan etibarsız müttəfiqdir”- deyə politoloq söyləyib.

O, Gümrüdəki Rusiyaya məxsus 102-ci hərbi bazanın Ermənistandan çıxarılmasını təklif edib.

Analoji təklifi Ermənistan Avropa Partiyasının sədri Tiqran Xzmalyan da söyləyib.

“Rusiya Ermənistandan qoşunlarını çıxarmalıdır. Ermənistan faktiki olaraq Rusiyanın koloniyasına çevrilib”-deyə partiya sədri bildirib.

Antirus mövqeyi ilə tanınan ultramillətçi “Sasna Tsrer” partiyası da Rusiyanın ünvanına ciddi ittihamlarla çıxış edib. Belə ki, partiyanın lideri Jirayr Sefilyan Rusiyanı onlara Hava Hücumundan Müdafiə Sistemləri və s. müasir silahlar verməməkdə ittiham edib. Onun fikrincə, Moskva öz üzərinə düşən missiyanı yeruinə yetirmir.

“Xarici siyasətdə Moskvaya yönələn xətdən imtina etməliyik. ABŞ, İran, Çin, Gürcüstan və Hindistanla qarşılıqlı əlaqələr qurmalıyıq”-deyə Sefilyan söyləyib.
Məhkəmə “Qarabağ”ın mətbuat xidmətinin rəhbərini cəzalandırdı“Qarabağ” klubu mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovun sosial şəbəkədəki paylaşımı ilə bağlı bəyanat yayıb.

Avrasiya.net-in məlumatına görə, ağdamlılar klub rəsmisi barədə müvafiq cəza tətbiq edildiyini vurğulayıb.

Bəyanatda bildirilir ki, İbrahimovun fikirləri klubun mövqeyi ilə üst-üstə düşmür:

“Son günlərdə Ermənistan tərəfindən Azərbaycanın Gəncə və Bərdə şəhərlərinə atılan ballistik raket zərbələri nəticəsində günahsız dinc əhali arasında uşaq və qadınların dünyasını dəyişməsi xəbərini və görüntülərini sosial şəbəkədə izləyərkən psixoloji travma keçirən və həmin anın emosionallığına qapılan klubumuzun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov öz feysbuk səhifəsində təcavüzkar ölkənin millətinə qarşı dövlətimizin mövqeyinə və “Qarabağ” Futbol Klubunun prinsiplərinə zidd olan sözlərdən istifadə edib.

Bildiririk ki, qəddarlığa qarşı duyğusal hisslərini ani olaraq idarə edə bilməyən Nurlan İbrahimovun sosial şəbəkədə yazdığı və sonradan peşmançılıq çəkərək sildiyi ifadələr şəxsən özünə aid olmaqla “Qarabağ” Futbol Klubunun mövqeyini əks etdirmir və klubumuz tərəfindən dəstəklənmir.

N.İbrahimovun hərəkəti Azərbaycan qanunvericiliyinə əsasən məsuliyyət yaratdığı üçün hüquq-mühafizə orqanları tərəfindən Nurlan İbrahimova qarşı İnzibati Xətalar Məcəlləsinin (İXM) 388-1.1.1-ci maddəsi ilə inzibati iş başlanaraq baxılması üçün məhkəməyə göndərilmiş və məhkəmə tərəfindən müvafiq cəza tətbiq edilib.

Bununla yanaşı, klubumuzun Daxili Nizam İntizam kodeksinə uyğun olaraq Nurlan İbrahimovun hərəkəti İntizam Komissiyasında müzakirə edilərək barəsində müvafiq intizam tənbehi tətbiq ediləcək.

"Qarabağ" Futbol Klubu bir daha bəyan edir ki, klubumuzun əməkdaşları bu həssas dönəmdə belə paylaşımlardan uzaq durmalı, humanizm prinsiplərinə sadiq qalmalı və dövlətimizin qanunlarına tam əməl etməlidirlər”.
 Araik Arutyunyan belə məhv edildi – Video“Dqr”in separatçı-terrorçu lideri Araik Arutyunyanın məhv edildiyi ilə bağlı yayılan məlumatı Ermənistan hələ də faktla təkzib edə bilməyib.

Avrasiya.net xəbər verir ki, ötən gün Arutyunyanın kortejinin vurulduğu və separatçı-terrorçi liderin də məhv edildiyi haqda məlumatı erməni mediası yalnız 1 noyabr saat 18:00-da bir cümlə ilə təkzib edib.

Belə ki, “dqr”in separaçı başçısının sözçüsü Poqosyan mediaya “Arutyunyan öz vəzifəsinin icrasını davam etdirir” deyə bircə cümləlik açıqlama verib. Vəssalam, aradan keçən 20 saata yaxın müddət ərzində isə bircə kəlmə də olsun bu barədə məlumat yoxdur.

Araik Arutyunyanın Feysbuk səhifəsi də üç gündür yenilənmir. Sonuncu paylaşımını 30 oktyabrda edən Arutyunyan 3 gündə bircə paylaşım da etməyib. Halbuki bu xəbəri təkzib etmək üçün sosial şəbəkə hesabında canlı yayım da edə bilərdi. Xatırladaq ki, yaralanması barədə bir müddət əvvəl xəbər yayılanda Arutyunyan bunu dərhal canlı yayım edərək, təkzibləmişdi.

Bu arada Azərbaycan Müdafiə Nazirliyi 31 oktyabr saat 17:00 radələrində Xocavənd istiqamətində hərəkət edən hərbi avtomobil kortejinin məhv edilməsi görüntülərini paylaşıb. Türkiyə mediası isə məhz bu kortejdə vurulan avtomobilin içində Arutyunyanın olduğunu bildirib.

Qeyd edək ki, Şuşaya doğru getmək istəyən Arutyunyanın yarı yoldan geri qayıtdığı və yoxa çıxdığı da bildirilir. İddiaya görə, Şuşa istiqamətində nə görübsə, İrəvana qaçıb.

Hər bir halda Arutyunyandan üç gündür xəbər yoxdur.

Beləliklə, Arutyunyanın məhv edildiyi bildirilən və hələlik heç bir ciddi təkzibi olmayan görüntüləri təqdim edirik:
Zelenski savaşa başladı: Sui-qəsd planı…Köhnə elita və oliqarxlar mənə və ölkəyə qarşı sui-qəsd təşkil ediblər.

Axar.az xəbər verir ki, bu sözləri öz Teleqram kanalında Ukrayna Prezidenti Vladimir Zelenski paylaşıb.

“Mən dəqiq bilirəm ki, Konstitusiya Məhkəməsinin demarşı köhnə elita və oliqarxların prezident və ölkəyə qarşı sui-qəsdinin bir hissəsinin ictimai nümayişi idi. Başqa cür ola da bilməz”, – deyə o bildirib.

Zelenski bu planda iştirak edənlərin ölkəni daim zəif saxlamaq istədiklərini deyib. Ukrayna liderinə görə, məhz zəif ölkə korrupsiya sisteminin saxlanılmasının əsas zəmanətçisidir.

Qeyd edək ki, bundan öncə Ukrayna hökuməti ilə Konstitusiya Məhkəməsi arasında elektron deklarasiya ilə bağlı gərginlik yaranıb. Gərginliyə səbəb Konstitusiya Məhkəməsinin antikorrupsiya qanunvericiliyində bir sıra bəndləri, o cümlədən saxta deklarasiyaya görə cinayət məsuliyyətini ləğv etməsi olub.

Ukraynada elektron deklarasiya korrupsiyaya qarşı mübarizə işində Qərb ölkələri və təşkilatlarının irəli sürdükləri əsas tələbdir. Belə ki, qanunvericiliyə əsasən, elektron deklarasiya verən istənilən məmur hər şey, o cümlədən saxladığı valyuta ehtiyatına qədər məlumat yerləşdirməlidir. Qanuna əsasən, saxta məlumat verən hər kəsi 2 ilə qədər həbs cəzası gözləyir.
Şok qərar: Fransa “qırmızı xətti” keçdi – Müsəlmanlara böyük təhqirİslam dininə nifrəti ilə tez-tez gündəmə gələn Fransa müsəlmanlara açıq bir müharibə elan etdi.

Teleqraf.com xəbər verir ki, Fransa Daxili İşlər Nazirliyi “İslamçılığa qarşı mübarizə” üçün qaynar xətt yaradıb.

İslamofobiya Fransada sərhəd tanımamağa başlayıb. Müsəlmanların bütün dəyərlərini açıq şəkildə təhqir etməyi “azadlıq” kimi qəbul edən dövlət bu dəfə “Alo İslam” xətti qurub. Fransada yaşayan müsəlmanları ləkələmək üçün qurulan bu xətt “İslamla bağlı fəaliyyət göstərənlər haqda xəbər vermək” üçün fəaliyyət göstərəcək.
Fransada İslam dəyərlərini təhqir edən karikaturaları “söz azadlığı” adlandıran Prezident Emmanuel Makronun təhqiramiz açıqlamalarından sonra sözügedən rəsmlər dövlət idarələrində nümayiş olunur və müsəlmanlar üçün “cadugər ovu” praktikası ilə davam etdirilir.

Makron karikaturalarla bağlı onun açıqlamalarının yanlış şərh edildiyini, ortada bir anlaşılmazlığın olduğunu iddia edib. O, “Əl-Cəzirə”yə verdiyi müsahibədə onunla bağlı anlaşılmazlıqları aradan qaldırmaq istədiyini və beynəlxalq aləmdə Fransaya qarşı sərt reaksiyaların olduğunu söyləyib.
Ölkəsində heç bir dini problemin olmadığını və Fransada yaşayan müsəlmanların dinlərini sərbəst şəkildə yaşadıqlarını müdafiə edən Makron ölkədə müsəlmanlara qarşı heç bir ayrı-seçkiliyin olmadığını və bununla bağlı yanlış fikirlərin səsləndirildiyini bildirib.

Bundan əvvəl isə “Charlie Hebdo” jurnalı Məhəmməd peyğəmbəri təhqir edib, Fransa Prezidenti Emmanuel Makron isə onu müdafiə edib. Makronun açıqlamalarından sonra Fransa hökumətinə jurnalda dərc olunan karikaturanın dövlət idarələrində açıq şəkildə nümayiş etdirmək tapşırılıb. Bu, İslam dünyasında reaksiyalara səbəb olub.

Paşinyandan ACI ETİRAF: "Rusiyanın neytrallığını anlayırıq”“Yerevan ATƏT-in Minsk Qrupunun həmsədri kimi Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllində neytral mövqeyinə anlayışla yanaşır”.

Publika.az xəbər verir ki, bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan “Əl-Cəzirə” telekanalına müsahibəsi zamanı bildirib.

“Rusiya ATƏT-in Minsk Qrupunun həmsədridir, vasitəçidir və bu statusuna görə öz neytrallığını qoruyub saxlamalıdır”, - deyə N.Paşinyan bildirib.

Ermənistan lideri sözügedən çıxışı ilə əslində Rusiyadan gözlədiyi dəstəyi ala bilmədiyini etiraf edib. Nikol Paşinyanın bu acı etirafının təməlində isə Azərbaycanın uğurlu xarici siyasət xətti və Qarabağla bağlı həqiqətlərin dünyaya çatdırılması sahəsində qazanılan uğurlar dayanır.

Ermənistanın Baş naziri bu gün Rusiyanın neytrallığını anlayışla qarşıladığını desə də, dünən kömək üçün Moskvanın qapısını döyürdü. Bu zaman haqlı bir sual yaranır: Əgər erməni lider Rusiyanın ATƏT-in Minsk Qrupunun həmsədri kimi neytral mövqe nümayiş etdirməsini anlayırdısa, o zaman Moskvaya hərbi yardım üçün müraciətin səbəbi nə idi?
"Lotu Quli"nin qətlinin sifarişçiləri SAXLANILDILARBu ilin avqust ayının 19-da Antalyada otellərin birində qətlə yetirilən Azərbaycanlı "qanuni oğru", kriminal aləmdə "Lotu Quli" ləqəbi ilə tanınan Nadir Səlifovun ölümünə görə daha iki nəfər həbs edilib.

Publika.az xəbər verir ki, bu barədə İstanbul Təhlükəsizlik Müdirliyi Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi məlumat yayıb. Məlumatda bildirilir ki, saxlanılanların hər ikisi Azərbaycan vətəndaşı A.M. və R.G.-dır. Onlar oktyabrın 29-da Bakıdan İstanbul Hava Limanına və buradan da Ukraynaya getmək istəyiblər. Polis hava limanında hər iki şəxsi saxlayıb və məhkəməyə gətirilərək həbs olunublar.

Qeyd edək ki, A.M. və R.G. Nadir Səlifovun ölümündən bir neçə gün əvvəl onu qətlə yetirən 25 yaşlı Xan Əhmədlinski (Xəqan Zeynalov) ilə 26 yaşlı Əmir Əhmədli ilə otellərin birində görüşüblər. "Lotu Quli" qətlə yetirilən gün isə onlar Türkiyəni tərk ediblər. İstanbul Təhlükəsizlik Müdirliyi Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi apardığı araşdırmaya görə hər iki şəxs Nadir Səlifovun qətlinin sifarişçiləri olub.
Məşhur erməni ABŞ Konqresinə müraciət etdi - "Bizi Rusiyadan qurtarın!"SOROS Fonduna yaxınlığı ilə seçilən Ermənistanın “Məlumatlı vətəndaşlar birliyi” ictimai təşkilatının rəhbəri Daniel İoannisyan ABŞ Konqresinə müraciət etdib.

Teleqraf.com xəbər verir ki, o, konqresmenlərdən Ermənistanın Rusiyadan asılılığının tam aradan qaldırılması üçün kömək etmələrini istəyib.

Daniel bildirib ki, Rusiya prezidenti Vladimir Putin Ermənistandakı demokratları, demokratik prosesi sevmir.

Daniel İoannisyanıb müraciəti konqresmenlər arasında müsbət qarşılansa da, Ermənistanda Rusiyaya yaxınlığı ilə seçilən dairələrin qəzəbinə tuş gəlib.

Qeyd olunub ki, müharibənin getidiyi bir dönəmdə Rusiya ilə münasibətlərin pozulmasını hədəfləyən belə müraciətlərin indi vaxtı deyil.