Ermənistanın "əfsanəvi dəstəsi"nin üzvləri məhv edildi Ermənistanın Şaqen Meğryan adına “əfsanəvi könüllü” dəstəsinin 5 hərbçisi ölümündən sonra separatçı rejim tərəfindən mükafatlandırılıb.

Avrasiya.net xəbər verir ki, məlumatı “Novosti Armeniya” yayıb.

Bildirilib ki, dəstənin məhv edilən üzvləri Qorq Kirakosyan, Mxitar Qriqoryan, Erik Poqosyan, Qrayr Asryan və Edik Ayrapetyana “rəşadət medalı” verilib.
Bu ərazilərimiz işğaldan azad edildi - TəciliMüzəffər Azərbaycan Ordusu Cəbrayıl rayonunun Çaprand, Hacı İsaqlı, Qoşa Bulaq, Zəngilan rayonunun Dərə Gilətağ, Böyük Gilətağ, Qubadlı rayonunun İşıqlı, Muradxanlı, Milanlı kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!

Avrasiya.net xəbər verir ki, bunu Prezident İlham Əliyev özünün Tvitter hesabında yazıb.

Əhali AVMA-nın layihəsi çərçivəsində muzeylərlə tanış olduAzərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Mədəniyyət Nazirliyi ilə birgə layihə müsabiqəsində qalib gələn “Azərbaycan Valideyn-Müəllim Assosiasiyası” İctimai Birliyinin Gədəbəy, Quba, Şamaxı, İsmayıllı və Qəbələ rayonlarında icra etdiyi “Keçmişdən gələcəyə, toplaşaq muzeylərə” – region muzeylərinə vitual ekskursiyanın təşkili, muzey mədəniyyətinin inkişafına dəstək layihəsi ugurla başa çatıb.

Layihənin məqsədi valideynlər, uşaq və gəncləri Azərbaycandakı muzeylərlə virtual tanış etmək, muzeylərə marağı kütləviləşdirmək, muzey mədəniyyətinin inkişafına dəstək vermək, övladlarımıza tarix və mədəniyyətimizə sahib çıxamağı öyrətmək, ictimaiyyətin diqqətini bu mədəniyyət ocaqlarının problemlərinə və inkişafına yönəltmək, muzeylərimizi sosiallaşdıraraq və cəmiyyətdə əhəmiyyətini yüksəltməkdən ibarət olub.
Əhali AVMA-nın layihəsi çərçivəsində muzeylərlə tanış oldu
Layihə çərçivəsində Gədəbəy, Quba, Şamaxı, İsmayıllı, Qəbələ rayonlarında yerləşən açıq və qapalı tipli region muzeylərinə vitual ekskursiyalar təşkil olundu. Bu zaman foto-video çəkilişlər və sosial şəbəkələrdə (feysbuk üzərindən) birbaşa canlı yayımlar aparıldı.
Virtual ekskursiya çərçivəsində Mədniyyət Nazirliyi ilə razılaşdırılan qrafik üzrə Qəbələdə İsmayılbəy Qutqaşınlinin Ev Muzeyində, İsmayılbəy Qutqaşınlınin qəbirüstü abidəsində. “Cotari” Alban-Udi kilsəsində, "Bulum" Məbədində, Çuxur Qəbələ Tarix və Mədəniyyət Qoruğu, Qəbələ Arxeoloji Mərkəzində, İsmayillida Lahıc məktəb muzeyi, İsmayıllı Tarix və Diyarşünaslıq Muzeyində, “Girdman” qalasında (XI-XII əsrlər Niyal qalası), Talıstan kəndi Cavanşir qalasında (VI-VII əsrlər), Sulut kəndi Fit dağında (Qırxotaq) XII əsr, Buzxana, Lahıc Tarix Diyarşünaslıq Muzeyində, Şamaxıda Tarix-Diyarşünaslıq Muzeyində, Dövlət Rəsm qalereyasında, Nəsrəddin Tusi adına Astrofizika Rəsədxanasında, Şamaxı Rayon Dəmirçi Arxeologiya Muzeyində, Quba rayon Tarix-Diyarşünaslıq muzeyində, Quba “Soyqırım” Memorial Kompleksində, Gədəbəydə Simens Qardaşlarının ev muzeyində, rayon Tarix və Diyarşünaslıq Muzeyində, Simens körpüsündə, Koroğlu qalasında çəkiliş və birbaşa yayımlar aparılıb, virtual ekskursiya təqdimatları keçirilib.
Muzeylərə virtual ekskursiyalar region iştirakçıları və sosial şəbəkə izləyiciləri tərəfindən yüksək maraqla qarşılanıb. Layihənin icrasında dəstək olan Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının rəhbərliyinə və kurator əməkdaşlarına, Mədəniyyət Nazirliyinin və Nazirliyin Regional Mədəniyyət idarələrinin rəhbərliyinə təşəkkürümüzü bildiririk.
Əhali AVMA-nın layihəsi çərçivəsində muzeylərlə tanış oldu
Onu da qeyd edək ki, layihənin çəkiliş materiallarından ibarət materiallar ictimaiyyətə silsilə olaraq təqdim olunacaq.
Kosova mediası erməni terrorundan yazıbJurnalist Əli Zülfüqaroğlu Kosovanın Kosovaport.com xəbər portalında Ermənistanın Azərbaycanın Gəncə və digər şəhərlərində mülki insanlara qarşı törətdiyi terror aktlarından yazıb.
Yazıda bildirilir ki, Ermənistan Azərbaycan torpaqlarının 20 fazinindən çoxunu işğal altında saxlamasına rəğmən yenə də Azərbaycana qarşı hücumlara başlayıb. Azərbaycanın sülh yolu ilə Ermənistanın işğalda saxladığı torpaqlarından çıxmasına diplomatik səy göstərdiyi halda İrəvan daim qeyri-konstruktiv mövqe sərgiləyərək təxribatlarını davam etdirdi və sülh danışıqlarını pozub. Yenidən Azərbacan ərazilərinə, xüsusilə də mülki əhalinin yaşadığı və hərbi birləşmələrin olmadığı yerlərə ağır silahlardan atəş açmağa başlayıb.

Sülh danışıqlarının nəticə vermədiyini və Ermənistanın mülki əhaliyə qarşı terror hücumlarını davam etdirdiyini görən Azərbaycan əks-hücum əməliyyatlarını başlamağa qərar verdi. Azərbaycan cəbhədə Ermənistan silahlı birləşmələrinin hücumlarını əngəlləməyə və öz torpaqlarının işğaldan azadetmə əməliyyatına başlayıb. Amma Ermənistan yenə də mülki əhalini hədəfə alaraq, bu dəfə cəbhədən 100 kilometr kənarda yerləşən və heç bir hərbi birləşmələr olmayan Azərbaycanın ikinci böyük şəhəri Gəncəyə böyük dağıdıcı gücə malik reketlərlə zərbələr endirib. Nəticədə uşaq və qadınlar daxil olmaqla Azərbaycan vətəndaşları həyatını itirib.

Yazıda Gəncə ilə yanaşı döyüş bölgəsindən kənarda yerləşən digər Azərbaycan şəhərlərinin də raket atəşinə tutulması və mülki insanların qətlə yetirilməsindən söhbət açılır. Eyni zamanda xarici jurnalistlərin bu barədə dünya ictimaiyyətinin məlumatlandırmasının vacibliyinə diqqət çəkilir.

Yazıya bu linkdən daxil olmaq mümkündür:

http://www.kosovaport.com/ermenistan-azerbaycanda-sivil-halka-fuzelerle-saldiriyor/#
Gürcüstanda deputat seçilən azərbaycanlıların sayı məlum olubGürcüstanda keçirilən parlament seçkilərində 3 azərbaycanlı namizəd qalib gəlib.

Avrasiya.net xəbər verir ki, onların 2-si - Zaur Darğallı və Savalan Mirzəyev hakim "Gürcü Arzusu" partiyasından seçilib.

Z.Darğallı Marneuli-Qardabani dairəsi üzrə majoritar qaydada, S.Mirzəyev isə proporsional siyahı üzrə deputat mandatı əldə edib.

Qanunverici orqana keçən üçüncü azərbaycanlı Abdulla İsmayılovdur. O, “Vahid Milli Hərəkat – Güc birlikdədir” müxalif birliyin proporsional siyahısında 17-ci yerdə olub. A.İsmayılovun qanunverici orqanda təmsil olunub-olunmayacağı hələ məlum deyil. Belə ki, müxalif birlik seçkilərin qeyri-legitim olduğunu iddia edərək nəticələri tanımadığını bildirib.

Qeyd edək ki, Gürcüstanın öncəki parlamentində 4 azərbaycanlı deputat olub.
Erməni KİV-də şok: Gürcüləri təhqir, Tiflisə iddia etdilərQarabağın azadlığı uğrunda gedən müharibə bütün bu illər ərzində öz məkrli niyyətini məharətlə ört-basdır etməyi bacaran ermənilərin əsl simasını dünyaya göstərdi. Bütün qonşularına qarşı ərazi iddiaları olan Ermənistan Gürcüstanın paytaxtı Tiflis şəhərini də mənimsəməyə cəhd edir. Guya Tiflis qədim erməni şəhəridir.

Axar.az xəbər verir ki, erməni saytları Gürcüstanın guya “qədim ermənilərə” mənsub olduğuna dair çirkin iddialarını ciddi şəkildə irəli sürməyə başlayıblar.

“Gürcülər özləri yaxşı bilirlər ki, Cavax (erməni separatçılar Cavaxetiya bölgəsini belə adlandırırlar – red.) tarixən kimə məxsusdur. Onlar bilirlər ki, orada tarixən ermənilər yaşayıb və yaşayırlar. Gürcülər hətta Gürcüstanın paytaxtı Tiflis də daxil olmaqla, bir çox ərazilərin tarixən erməni şəhərləri olduğunu da bilirlər, amma hələ də “hiddət” göstərməyə davam edirlər”, - deyə bu yaxınlarda Ermənistanın populyar informasiya saytlarından olan “Armenian Reрort” yazıb.

Bir düşünün, ən müqəddəs yerə qəsd etmək üçün nə dərəcədə mənəvi degenerat olmaq lazımdır? Söhbət Qafqazın ən qədim xalqlarından birinin paytaxtından gedir... Söhbət sayəsində elə həmin ermənilərin bu günə gəlib çatdığı gürcülərdən gedir.

Ermənilər Azərbaycan xalqına etdikləri hər şeyi bu gün Gürcüstana və onun xalqına qarşı etmək istəyirlər – mədəni irsin mənimsəməsi, kütləvi qırğın (ermənilər həm azərbaycanlıları, həm də gürcüləri öldürürdülər), ərazi iddiaları və s.

Daha bir məşhur erməni saytı “Aysor”un yazdığına nəzər yetirək:

“Gürcülər öz problemlərini daim müxtəlif “izahlar”la əsaslandırmağa çalışan qorxaq xalqdır. Onlar bütün dünyanı Cənubi Osetiya uğrunda Rusiyaya “qəhrəmancasına uduzduqlarına” inandırmağa çalışırlar. Reallıqda isə bunun səbəbi Gürcüstan ordusunun zəifliyi və qorxaqlığıdır. Çünki gürcülər döyüşçü deyillər”.

İnformasiya müharibəsi nəticəsində Ermənistan KİV-ini izləmək məcburiyyətində qalan azərbaycanlı kimi bu mövzu mənə toxunmaya bilməzdi. Biz bundan keçmişik və erməni barbarlığının bütün Azərbaycan xalqına verdiyi ağrını heç kəs bizdən yaxşı təsvir edə bilməz. Əgər vaxtilə kimsə bizim də gözümüzü açsaydı, bu problemlər bəlkə də yaranmazdı. Onları qovmaq lazımdır və mümkün qədər uzağa! İti qovan kimi...

Sonda isə Ermənistan KİV-in yazdıqlarından daha bir sitata baxaq:

“Gürcüstan sağlıq demək, xorla oxumaq və şərab içmək həvəskarlarının dövlətidir. Ona görə də gürcülər 2008-ci ilin avqustunda Cənubi Osetiyanı uduzublar, - osetiyalıların əsas üstünlüyü əsgərlərinin ruh yüksəkliyi, cəsarəti, doğma torpaq uğrunda ölməyə hazır olmalarıdır”.
Bu klinikanın zirzəmisində meyit aşkarlandı - AçıqlamaBəzi kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə Sumqayıt şəhərində yerləşən “Hippokrat” klinikasının zirzəmisində naməlum kişi meyitinin aşkar edilməsi barədə məlumatlar yayılıb.

Bununla bağlı Baş Prokurorluqdan Avrasiya.net-ə bildirilib ki, noyabrın 1-də saat 11 radələrində Sumqayıt şəhəri, 5-ci mikrorayon ərazisində yerləşən “Hippokrat” klinikasının yaxınlığında naməlum kişi meyitinin aşkar edilməsi barədə Sumqayıt şəhər prokurorluğuna məlumat daxil olub.

Dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib. Naməlum meyitə baxış zamanı onun üzərində heç bir xəsarət və ya xəsarət izi aşkar edilməyib.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə naməlum meyitin şəxsiyyətinin və hadisənin baş vermə səbəblərinin müəyyən edilməsi istiqamətində intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.
"Rusiya vətəndaşları Qarabağda Ermənistan tərəfindən muzdlu qismində döyüşməyə gedir"Rusiya vətəndaşları bu və ya digər səbəbdən Dağlıq Qarabağda Ermənistan tərəfindən muzdlu qismində döyüşməyə gedir.

Bunu Rusiyanın “Kommersant” qəzetinin müxbiri Kirill Krivoşeyev öz “Telegram” kanalında yazıb.

O, bu cür muzdlulardan birini şəxsən tanıdığını da deyib.

Jurnalistin sözlərinə görə, həmin şəxs erməniləri “ideya baxımından dəstəklədiyinə” onların tərəfindən döyüşməyə gedib. Bununla belə, o, öz xidmətləri üçün aylıq 1 500 dollar tələb edir.

Qeyd edək ki, daha əvvəl Ermənistan tərəfindən PKK, ASALA və digər terror təşkilatının silahlıların döyüşməsi barədə məlumatlar yayılıb.
“Erməni din xadiminin əlinə silah alması dinə ləkədir”Ermənistanın hərbi-siyasi rəhbərliyi 30 ildir işğal altında saxladığı Azərbaycan torpaqlarında – Dağlıq Qarabağda davam edən hərbi əməliyyatlara muzdlularla yanaşı uşaqları, yeniyetmələri, aqoca və yaşlı vətəndaşları və hətta din xadimlərini də cəlb edir. Bununla da işğalçı ölkə, humanizm, mərhəmət, ədalət və digər ülvi dəyərləri, prinsipləri tapdayır, eyni zamanda, beynəlxalq qanunları pozur. Bundan başqa döyüş meydanında Azərbaycan Ordusunun dərs verdiyi işğalçı ölkənin dinc əhalini hədəfə alması onun acizliyi və qorxaqlığının göstəricisidir. Gəncə, Mingəçevir, Ağdərə, Bərdə və başqa şəhərlərdə mülki əhalinin ermənilərin atdığı raketlərin qurbanına çevrilməsi hadisələri dünya ictimaiyyətinə məlumdur.

Görünən odur ki, Ermənistan ordusu tarixi məğlubiyyətə uğramaq üzrədir. Azərbaycan Silahlı Qüvvələrinin işğal altındakı torpaqlarda yerləşmiş erməni qoşunlarının mövqelərinə, hərbi birliklərinə, artilleriya qurğularına endirdiyi dəqiq zərbələr nəticəsində Ermənistan ordusu Qarabağdan nizamsız şəkildə geri çəkilir. Bu zərbələr nəticəsində ermənilər böyük itkilərə məruz qalsa da, Yerevan hələ bunu etiraf etmir.

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev “Xalq Cəbhəsi”nə verdiyi açıqlamasında bildirib ki, Beynəlxalq Humanitar Hüquq, bu hüququn əsas sənədləri olan 1949-cu il 12 avqust tarixli Cenevrə Konvensiyaları və onlara 1977 və 2005-ci illərdə əlavə edilmiş üç protokol, BMT Baş Məclisinin 14 dekabr 1974-cü il tarixli qətnaməsi, eləcə də digər beynəlxalq konvensiyalar müharibə zamanı mülki əhaliyə hücumu qadağan edir.

Ermənistanın silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını, habelə humanitar atəşkəs rejiminin tələblərini pozaraq Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla yaşayış məntəqələrini və strateji obyektləri raket və ağır artilleriya zərbələrinə məruz qoymağa davam edir:

“Sentyabrın 27-dən başlayaraq, erməni hərbi birləşmələrinin bütün cəbhə boyu yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutması da Ermənistanın terror və faşizm siyasətinin davamıdır. Bu hücum nəticəsində 70-dən çox mülki Azərbaycan vətəndaşı həlak olub, yüzlərlə mülki vətəndaş yaralanıb, minlərlə yaşayış evləri, obyektlər dağıdılıb. Həyatını itirənlər arasında bələkdə olan körpələr və uşaqlar da olub. Ermənilər Gəncə şəhəri, Mingəçevir, Tərtər, Ağdam, Ağcabədi və başqa rayonlarda yaşayan mülkiəhalini raket atəşinə tutmaqla 1992-ci ildə törətdikləri Xocalı soiyqırımını təkrarlayırlar”.

ALDP sədri qeyd edib ki, çox təəssüflər olsun ki, yenə də dünya birliyi, Minsk qrupu həmsədr ölkələri, BMT və digər beynəlxlaq təşkilatlar işğalçı Ermənistana təsir etməkdən yayınırlar. Beynəlxalq qanunları pozan Ermənistan baş naziri Paşinyan mütləq hərbi tribunal qarşısında cavab verməli, törətdiyi əməllərə görə öz cəzasını almalıdır.

F.Əliyev bir sıra beynəlxalq sənədləri xatırladır. Bildirib ki, silahlı münaqişələr zamanı uşaqların zərər çəkməməsi üçün uşaq hüquqlarının müdafiəsi barədə hələ 1924-cü ildə Millətlər Cəmiyyəti tərəfindən Uşaq Hüquqları Haqqında Cenevrə bəyannaməsi, BMT yaradılandan sonra, 1948-ci ildə Baş Məclis tərəfindən İnsan Hüquqları Haqqında Ümumi Bəyannamə, 1959-cu ildə isə Uşaq hüquqları bəyannaməsi qəbul edilib.

1949-cu il 12 avqust tarixli IV Cenevrə konvensiyası və 1977-ci il Beynəlxalq silahlı münaqişə qurbanlarının müdafiəsinə dair Cenevrə konvensiyalarına I əlavə protokol mülki əhalinin, o cümlədən, uşaqların mühafizəsi haqqındadır. 1954-cü ildə uşaqların müdafiəsi üçün BMT-nin Uşaq Fondu (UNİSEF) yaradılıb, 1989-cu il noyabrın 20-də BMT Uşaq Hüquqları Konvensiyasını qəbul edib. BMT Baş Məclisi 2000-ci il yanvarın 26-da Uşaq hüquqları haqqında konvensiyaya Uşaqların silahlı münaqişələrə cəlb edilməsinə dair Fakultativ Protokol daxil edib. Eyni zamanda, 1998-ci ildən etibarən BMT Baş Katibinin uşaqlar və silahlı münaqişələr üzrə ilk xüsusi nümayəndəsi öz işinə başlayıb: “Protokolun iştirakçısı olan dövlətlər sülh və təhlükəsizlik şəraitində uşaqların vəziyyətinin heç bir fərq qoymadan getdikcə yaxşılaşdırılmasının, həmçinin, onların inkişafı və təhsil almasını təmin etməli, silahlı münaqişələrin uşaqlara fəlakətli və geniş miqyaslı təsirinin mənfi nəticələrinin qarşısını almalı, silahlı münaqişə şəraitində uşaqlara qəsdi, həmçinin beynəlxalq hüquqa uyğun olaraq mühafizə olunan obyektlərə, o cümlədən məktəb və xəstəxanalar kimi, adətən çoxlu uşaq olan yerlərə bilavasitə hücumları pisləyir. Konvensiyanın 8-ci maddəsinə əsasən hər bir iştirakçı dövlət Uşaq Hüquqları üzrə Komitəyə məruzə təqdim etməli və həmin məruzədə bu Protokolun müddəalarının həyata keçirilməsi ilə əlaqədar özünün gördüyü tədbirlər haqqında əhatəli məlumat verməlidir. İştirakçı dövlətlər beş ildən bir məruzə təqdim etməlidirlər. Ermənistan Protokolun iştirakçısı olsa da, konvensiyaya əməl etmir.

ALDP sədri din xadimlərinin orduya cəlb edilməsini isə biabırçılıq adlandırıb: “Bu, Paşinyan hakimiyyətinin süqutu deməkdir. Tarixən dindarlar, din xadimlərin sülhün carçısı olublar. Amma erməni din xadimləri qarşıdurma, terror hadisələrinin müəllifi rolunda çıxışlar ediblər. Tarix bunu sübut edir. Eçmədzin bütün terror hadisələrinə xeyir-dua verib. 1880-ci illəri xatırlayaq. O zaman Qərbin istəyi və baş katolikosun xeyir-duası ilə “Hınçak”, ardınca “Daşnaksütun” kimi silahlı təşkilatlar yaranmağa başladı. Silahların və geyimlərin alınmasını, ümumiyyətlə bütün maddi-texniki təminatı erməni kilsələri təşkil edirdi. Hətta, mənbələrdə var ki, “Hınçak” terror təşkilatı aradan götürdüyü diplomatlar və dövlət adamlarının siyahısını da baş katolikos verirmiş. Van, Qars, Ərzurum, Azərbaycanda isə İrəvan, Naxçıvan, Qarabağda kəndlərin yandırılması, soyqırımlar törədilməsi əmrini də kilsələr verirdi. Onlar bunu gənc ermənilərə “dənizdən dənizə böyük ermənistan” torpaqlarını bərpa etmək uğrunda fədai borcu olaraq təlqin edirdilər. Bu gün də erməni din xadiminin əlinə silah alması dinə ləkədir. Ümumiyyətlər, ermənilərin mövcudluğu dünyaya utanc gətirib, bir ləkədirlər. Uşaq qatilinə çevrilən, mülki, günahsız əhalini qıran, soyqırım törədən, tarixi saxtalaşdıran, başqa ölkələrin torpaqlarına göz dikən… bütün iyrəncliklər bu millətdədir”.