Bu gün elan edildi: Laçının mərkəzinə 12 kilometr qaldıNoyabrın 2-də Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarında daha 8 kəndin azad edildiyi barədə müjdə verib.

Avrasiya.net Musavat.com-a istinadla xəbər verir ki, dövlət başçısı Tvitter hesabında "Müzəffər Azərbaycan Ordusu Cəbrayıl rayonunun Çaprand, Hacı İsaqlı, Qoşa Bulaq, Zəngilan rayonunun Dərə Gilətağ, Böyük Gilətağ, Qubadlı rayonunun İşıqlı, Muradxanlı, Milanlı kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!" yazıb.

Xəbəri şərh edən Turan Agentliyi yazır ki, Zəngilan rayonunun Dərə Gilətağ, Qubadlı rayonunun İşıqlı və Muradxanlı kəndlərinin azad edilməsi mühüm əhəmiyyət kəsb edir.

“Onlar Dağlıq Qarabağa strateji yolun keçdiyi Laçın rayonuna sıx birləşirlər. Azad edilmiş kəndlərdən Laçın yoluna və Laçın rayon mərkəzinə məsafə təxminən 10-12 kilometrdir” - xəbərdə bildirilir.

Laçın alayının sabiq komandiri, polkovnik Arif Paşa da Teleqraf.com-a müsahibəsində Laçının düşməndən azad edilməsi ilə bağlı davam edən əməliyyatlarla bağlı fikirlərini bölüşüb. A.Paşa deyib ki, çətin relyefə baxmayaraq, Laçını azad etmək mümkün və realdır: “Sadəcə, relyefin mürəkkəbliyi olanda müəyyən hərbi əməliyyatların keçirilməsində lənglik yaranır. Başqa sözlə, relyef, hava şərtləri mürəkkəb olanda müdafiə olunmaq hücum etməkdən daha asan olur. Laçında müdafiə olunmaq ora hücum etməkdən qat-qat asan və münasibdir. Düzəngahda hücum etmək asandırsa, dağ şəraitində bu, mürəkkəbdir. Çünki dağlar həm də təbii istehkamdır. Ona görə də belə mürəkkəb dağlıq şəraitdə tələskənlik lazım deyil. Hücumda qələbənin əsas rəhnlərindən biri səbrli, təmkinli olmaqdır. Belə yerlərdə hər şəraiti nəzərə alıb ehtiyatlı addımlar atılmalı, ərazi minalardan təmizlənməlidir.

Yəni burada ordunun sürəti düzəngah yerlərdəki kimi olmur. Üstəlik, dağ şəraitində hərbi texnikanın manevrləri çətin olur. Bu mənada orada hərbi əməliyyatların sürəti nisbətən zəif ola bilir. Bu, təbii haldır və belə də olmalıdır. Sevindirici odur ki, ordumuz bu istiqamətdə səbrli, soyuqqanlı və tələskənlik nümayiş etdirmir. Laçın Ermənistanı Dağlıq Qarabağla bağlayan qurşaqdır.

Buranın ordumuzun nəzarətinə keçməsi ilə Dağlıq Qarabağın nəfəsliyi bağlanmış olur. İkincisi, Laçının azad edilməsi həm də Şuşaya nəzarətin əldə edilməsi deməkdir. Üstəlik, Laçının azad edilməsi Şuşanın etibarlı müdafiə olunması deməkdir. Laçın və Şuşa eyni dairəvi müdafiənin komponentləridir. Laçın və Şuşa döyüş meydanlarında kürək-kürəyə söykənən səngərlər kimidir. Birinin varlığı digərinin olmasını şərtləndirir. Birinin süqutu digərinin süqutuna səbəb ola bilər. Odur ki, Laçının geri alınması dəhlizin bağlanması ilə paralel olaraq Şuşanın etibarlı qorunması baxımından xüsusi əhəmiyyətə malikdir”.

Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri Qubad İbadoğlu da Ordumuzun uğurlu hərbi əməliyyatı və Laçın koridoru ilə bağlı fikirlərini bölüşüb. “Görünür ki, Emənistanda hazırkı hakimiyyət məğlub ordunun əsgər və zabitlərinin geriyə sağ və narazı qayitmasında maraqlı deyillər. Məhz ona görə də erməni əsgər və zabitlərinin sonadək qırılması üçün müharibənin uzadılmasına çalışırlar. Azərbaycan ordusu isə əksinə Gorus-Laçın-Şuşa-Xankəndi yolunu bilərəkdən açıq saxlamaqla erməni hərbiçilərinin Qarabağı tərk etməsinə şərait yaradır, Laçın yolunu indiyədək açıq saxlayır və geri dönənlərə maneçilik törətmir. Göründüyü kimi, Paşinyanın yeganə çıxış yolu təslim olmaqdır. Əks təqdirdə yalnız Qarabağı deyil, Ermənistanı da itirə bilər. Gözlədiyimiz bütün xoş xəbərləri bu həftə eşidəcəyik" - Q.İbadoğlu qeyd edib.

Qeyd edək ki, ötən gün Rusiyanın nüfuzlu “Moskovskiy komsomolets” qəzeti də döyüşlərin Ermənistan və Qarabağ erməniləri üçün strateji əhəmiyyətli Laçın yolunun bir neçə kilometrliyində getdiyini yazıb. Nəşr bu yolun ələ keçiriləcəyini “Artsax” adlanan qondarma qurumun tam məğlubiyyəti kimi izah edib.

Hərbi ekspertlər Rusiya nəşrinə deyib ki, Laçın şəhərlərinin Azərbaycan ordusunun nəzarətə keçirilməsi erməni silahlı qüvvələrinin mühasirəyə düşməsi, Qarabağdakı qondarma rejimin isə süqutu demək olacaq.
Araikin yanındakı atası azərbaycanlı olan  “ABŞ generalı” - FotoQondarma “dqr”in separatçı-terrorçu rəhbəri Araik Arutyunyanın bu gün yayılmış iclasının video-görüntüsündə ABŞ ordusunun işarəsini üzərinə vurmuş şəxsin kimliyi bəlli olub.

Axar.az xəbər verir ki, bu şəxs qondarma rejimin hazırkı “milli təhlükəsizlik xidmətinin” rəhbəri Kamo Ağacanyandır.

Ağacanyan 1971-ci ildə ildə Xocavəndin Hadrut qəsəbəsinin Edilli kəndində anadan olub. O, 2013-cü ildə qondarma rejimin “polis”inə rəhbər gətirilib. Paşinyanın 2018-ci ildə hakimiyyətə gəlməsindən sonra onun təzyiqləri sayəsində qondarma rejimin o zamankı “lideri” Bako Saakyan Ağacanyanı istefaya göndərib, daha sonra isə özünün xüsusi məsələlər üzrə nümayəndəsi təyin edib.

Araik Arutyunyan terrorçubaşı seçildikdən sonra isə may ayında Ağacanyanı hazırkı “vəzifəsi”nə gətirib.

Ağacanyanla bağlı daha maraqlı detal onun atasının azərbaycanlı olmasıyla bağlıdır. Belə ki, onun atasının azərbaycanlı olduğu və bu şəxsin 1988-ci ilə qədər özünü Kərimov Kamo Əkbər oğlu kimi təqdim etdiyi haqda məlumat var. Bildirilir ki, onun atası Əkbər Kərimov erməni separatçılarının terror hücumu başlayarkən Qarabağdan ayrılmağa məcbur olub. Övladı Kamo isə erməni anası ilə qalıb və Kamo Əkbəroviç Ağacanyan adını götürüb.

K.Ağacanyan azərbaycanlılara qarşı terrorda aktiv iştirak edib və özünü erməni dayılarına sevdirə bilib. Bunun nəticəsində yüksək vəzifə alıb.

Ağacanyanın niyə ABŞ ordusunun emblemini üzərində daşımasına gəlincə isə, bu, hələlik naməlumdur.

Qeyd edək ki, sözügedən tədbirin də yeni olmadığı haqda iddialar var.
"Ərdoğana həqiqətən də təşəkkür borcumuz var"Əlisahib Hüseynov
Milli Həmrəylik Partiyasının (MHP) sədri

Türkiyə-Azərbaycan mwnasibətlərinin bu gün ən yüksək səviyyədə olması təkcə bu iki qardaş ölkənin özləri üçün yox, eyni zamanda bütövlükdə Cənubi Qafqaz bölgəsi və Türk Dünyası üçün də olduqca mühüm geosiyasi əhəmiyyət kəsb edir. Xüsusən də ölkələrimiz arasında təhlükəsizlik sahəsində əməkdaşlığın genişlənməsi, eləcə də hərbi sahədəki əməkdaşlığımızın prioritetə çevrilməsi bütünlükdə bölgədə sabitliyin qorunmasına xidmət edir. Bəli, cənab Prezidentin də çoxsaylı müsahibələrində dəfələrlə qeyd etdiyi kimi bu gün Türkiyə bölgədə sabitləşdirici qüvvə rolunda çıxış edir. Qardaş ölkə son zamanlar Qarabağ məsələsinin həlli ilə bağlı prinsipial mövqe tutmasaydı və proseslərə fəal şəkildə müdaxilə etməsəydi çox güman ki, Qarabağ müharibəsi iki ölkə arasında cərəyan edən məhəlli müharibə çərçivələrini çoxdan aşar və üçüncü ölkələrin də hərbi əməliyyatlara qoşulmasıyla bu bir geniş miqyaslı regional savaşa çevrilə bilərdi. Bəzi ekspertlər isə proseslərin hətta dünya müharibəsi həddinə qədər inkişaf edə biləcəyini proqnozlaşdırırdılar.

Lakin Türkiyənin bölgədəki proseslərə “əl qoyması” vəziyyətin bu cür kritik məcraya yönəlməsinin qarşısını aldı. Üçüncü ölkələr hərb meydanında Türkiyə kimi aparıcı NATO ölkəsi ilə qarşı-qarşıya gəlmək fikrindən daşındılar və hazırda Qarabağda gedən hərbi əməliyyatlara münasibətdə neytral mövqe nümayiş etdirməyə üstünlük verəsi oldular. Bu da bir daha qeyd edirəm ki, məhz Türkiyənin Qarabağla proseslərə fəal şəkildə müdaxilə etməsi nəticəsində mümkün oldu. Prezident İlham Əliyev də məhz bu məqamı nəzərdə tutaraq hər zaman bəyan edir ki, Türkiyə münaqişənin həllində sabitləşdirici rol oynayır. Və bu bir mübahisəolunmaz aksiomadır. Bu həqiqəti kimsə dana bilməz.

Biz bu prosesdə xüsusən də qardaş ölkənin liderinin oynadığı mühüm rolu yüksək qiymətləndiririk. Bu günləri Dağlıq Qarabağ münaqişəsinin həlli proseslərində ölkəmizin haqlı mövqeyini qətiyyətlə müdafiə edən Türkiyənin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğana həqiqətən də təşəkkür borcumuz var. Müharibə başlanan ilk gündən Azərbaycanın yanında olduğunu birmənalı şəkildə bəyan edən və Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində həll olunması üçün öz siyasi iradəsini ortaya qoyan Rəcəb Tayyib Ərdoğan bununla da yetinmədi. O həmçinin rəhbərlik etdiyi Ədalət və İnkişaf Partiyasının rəhbər şəxslərinə, o cümlədən nazirlərə bu həssas dönəmdə Azərbaycanı tək qoymamağı və müharibə gönlərində onlara vaxtaşırı ölkəmizə səfər etmələri barədə şəxsən tapşırıq verib. Türkiyənin Xarici İşlər naziri cənab Mövlud Çavuşoğlunun da dünən Prezident İlham Əliyevlə görüşü zamanı bu məqamı xüsusi olaraq qeyd etməsi diqqətimizdən yayınmadı.

Yeri gəlmişkən, son 35 gün ərzində düz 3 dəfə Bakıya səfər edən Türkiyənin Xarici İşlər naziri cənab Çavuşoğlunun Ali Baş Komandanımıza “Biz Sizin döyüş meydanındakı qələbələrinizlə fəxr edirik. Bütün dünyaya türkün gücünü göstərdiniz, qürur duyuruq”,- deyə xitab etməsi də tarixi anlardan biri idi. Onu da qeyd edək ki, məhz Ərdoğanın və Türkiyənin bir çox rəsmilərinin, eləcə də aparıcı siyasi partiyaların rəhbərlərinin Azərbaycanla bağlı verdikləri bəyanatlar, nümayiş etdirdikləri həmrəylik və mənəvi dəstək işğalçı Ermənistana göz dağı oldu və onlara həmrəyliyimizin gücünü göstərdi. Biz bütün bunları əsl qardaşlıq nümunəsi kimi dəyərləndiririk. Hazırda Türkiyənin nüfuzlu dövlət xadimlərindən biri, sabiq Baş Nazir və sabiq Məclis Sədri Binəli Yıldırımın da rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdədir. O da bu kritik savaş günlərində Ordumuza və xalqımıza, Ali Baş Komandanımıza dəstəyini əyani şəkildə ifadə etmək üçün paytaxtımıza gəlib.

Eləcə də Türkiyə KİV-lərinin təmsilçilərinin döyüş meydanlarından və raket zərbələrinə məruz qalan şəhər və kəndlərimizdən hazırladıqları reportajları, təşkil etdikləri canlı yayımları da ayrıca qeyd etməliyik. Bunu dövlət başçımız da dəfələrlə vurğulayıb. Onlar həqiqətən də fədakarlıq göstərərək, öz həyatlarını təhlükə altına ataraq işğalçı Ermənistanın faşist siyasətinin, vandalizminin nəticəsində ortaya çıxan tükürpərdici görüntüləri, soyqırım vəhşiliklərini bütün dünya nümayiş etdirirlər. Bütün bunlar həqiqətən də Azərbaycan-Türkiyə qardaşlığının bariz nümunəsidir. Biz qardaş ölkəmizin bu fədakarlığını və dəstəyini heç vaxt unutmayacağıq. Azərbaycan-Türkiyə qardaşlığı gerçəkdən də sarsılmaz və əbədidir!
 "Lelo" partiyası da parlament mandatından imtina etdi31 oktyabr parlament seçkilərinin legitimiliyini tanımayaraq parlament mandatından imtina edən müxalif partiyaların xəbərləri son dəqiqə olaraq ard-arda gəlir.

"Biz seçkiləri qanuni olaraq tanımırıq. Saxtalaşdırılmış seçkilər Gürcüstan xalqının iradəsini əks etdirmir. Bu gün 'Lelo' partiyası parlamentə daxil olmaqdan imtina edir".

Aktual.ge xəbər verir ki, bununla bağlı müxalif "Lelo" partiyasının liderlərindən biri olan Badri Caparidze bu gün keçirdiyi brifinqdə bəyan edib.

Onun sözlərinə görə, partiya azad və demokratik seçkilər uğrunda mübarizəni davam etdirəcək.
"Seçkilərin nəticələri tam olaraq ləğv edilməlidir”Noyabrın 1-də Gürcüstanda növbəti parlament seçkiləri keçirilib. Seçkilərə müxalifətin Vahid Milli Hərəkat Partiyasından qatılan azərbaycanlı deputat Azər Süleymanov az səs toplayaraq bu dəfə parlamentdən kənarda qalıb.

Bu barədə Modern.az-a danışan sabiq deputat Azər Süleymanov seçkilərin nəticələrini tanımadığını bildirib:

“Seçkilərin ikinci turunun keçiriləcəyi gözlənilir. Ancaq biz müxalifət nümayəndələri ikinci tura qatılmayacağıq. Seçkilərin nəticələri tam olaraq ləğv edilməlidir”.

Azər Süleymanov onun yerinə seçilən namizəddən də söz açıb:

“Parlament seçkilərində mənimlə mübarizə aparan “Gürcü arzusu” partiyasından Zaur Darğallı idi. O seçilib”.

Qeyd edək ki, parlament seçkilərində 3 azərbaycanlı namizəd qalib gəlib. Zaur Darğallı, Savalan Mirzəyev və Abdulla İsmayılov.

İndiyə kimi Gürcüstan parlamentində təmsil olunan azərbaycanlı deputatlar Azər Süleymanov, Ruslan Hacıyev və Mahir Dərziyev bu dəfə mandat ala bilməyiblər.
Ermənilərin azad sözü susdurmaq cəhdinin qarşısı alınmalıdır: QHT-lər müraciət etdiAzərbaycan QHT-lərinin Ermənistanın Azərbaycana hərbi təcavüzünü obyektiv işıqlandıran beynəlxalq media qurumlarına və jurnalistlərə təzyiq göstərməsi ilə bağlı Beynəlxalq Söz Azadlığı Mübadiləsi Şəbəkəsinə, Beynəlxalq Mətbuat İnstititutuna, Jurnalistləri Müdafiə Komitəsinə, Sərhədsiz Reportyorlar Təşkilatına, Beynəlxalq Jurnalistlər Federasiyasına, Avropa Jurnalistlər Federasiyasına, Beynəlxalq Xəbər Təhlükəsizliyi İnstitutuna, Beynəlxalq Media Dəstəyi Təşkilatına və “Article 19” Təşkilatına müraciət edib.

Avrasiya.net-ə daxil olan müraciətdə deyilir:

Məlumat üçün bildiririk ki, 27 sentyabr-31 oktyabr 2020-ci il tarixlərində döyüş zonasından uzaqda yerləşən Azərbaycanın şəhər və rayonlarına Ermənistanın etdiyi ballistik və qadağan olunmuş kasetli raket hücumları nəticəsində 91 mülki vətəndaş öldürülüb, 404 şəxs isə yaralanıb. Ermənistanın törətdiyi belə hərbi cinayətləri dünya mətbuatı geniş işıqlandırılıb.

Lakin erməni diasporu Ermənistan-Azərbaycan münaqişəsi haqqında həqiqətləri işıqlandıran, obyektiv məlumat yayan, hətta neytral mövqe nümayiş etdirən, Ermənistanın və erməni diasporunun maraqlarına cavab verməyən media orqanlarını, jurnalistləri, ictimai fəalları hədəfə götürür, onlara ciddi təzyiqlər göstərirlər. Erməni lobbisi azad sözü basqı altında saxlamağa çalışaraq münaqişə ilə bağlı obyektiv və neytral mövqe göstərən jurnalistləri ölümlə hədələyir, təhdid və təhqir edir.

Belə nümunələrdən biri Fransanın TF1 kanalının əməkdaşı xanım Liseron Budulun hazırladığı reportajla bağlıdır. Belə ki, xanım Budul Azərbaycana səfər edərək Gəncə, Bərdə, Tərtər və digər yaşayış məntəqələrində Ermənistanın mülki əhalimizi artilleriya və raket atəşinə tutmasının şahidi olmuş və bu haqda obyektiv reportaj hazırlamışdır.

Reportaj yayımlandıqdan sonra Fransadakı erməni lobbisinin üzvləri xanım Liseron Budula və TF1 kanalının qarşı total hücum və təzyiqlər etmiş və jutnalisti ölümlə hədələmişlər. Nəticədə TF1 həmin reportajın yayımını dayandırmaq və onu sistemdən silmək məcburiyyətində qalıb.

“NY Times” qəzetinin İstanbuldakı müxbiri Karlotta Qallın də ermənilərin eyni şəkildə mənəvi və siyasi terroruna məruz qalmışdır. Belə ki, qəzetin redaksiyası və jurnalist Ermənistanın Azərbaycanın dinc əhalisini ballistik raketlə qətlə yetirməsini işıqlandırdığına görə ermənilərin ciddi təzyiqi və təhdidi ilə üzləşib.

Bizi narahat edən hallardan biri də budur ki, Fransanın “Şarl Ebdo” jurnalında dünyanın üç səmavi dinindən birinin peyğəmbərinin karikatusuna söz azadlığı kimi yanaşılması siyasəti fonunda Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı balanslı reportaja erməni lobbisinin açıq təhdidlərinin artması və buna adekvat reaksiyanın verilməməsi bizdə dərin təəssüf və təəccüb hissi doğurur.

Erməni lobbisinin azad sözə, ifadə azadlığına, jurnalistikanın obyektivlik, tərəfsizlik və qərəzsizlik prinsiplərinə qarşı açıq müharibə elan etməsi bizdə böyük narahatlıq yaradıb.

Hesab edirik ki, erməni lobbisinin bütün dünyada müstəqil medianı susdurmaq cəhdləri ilk növbədə beynəlxalq media institutları kimi sizi narahat etməli və bu qanunsuzluğa açıq etirazınızı bildirməlisiniz.

Azərbaycanın jurnalist və media hüquqlarının qorunması istiqamətində fəaliyyət göstərən QHT-lər olaraq sizdən baş verən bu kimi hadisələrə etiraz etməyə və erməni lobbisinin azad sözü susdurmaq cəhdinin qarşısını almağa çağırırıq.
Jurnalist Böyükağa Mikayıllının “Yanuş Korçak” kitabı ingiliscə çap olunduJurnalist Böyükağa Mikayıllının yəhudi əsilli dahi polyak pedaqoqu Yanuş Korçakın həyat və fəaliyyətinə həsr olunmuş “Yanuş Korçak” adlı kitabı ingilis dilində nəşr olunub. Müəllif kitabda Yanuş Korçakın həyatı ilə yanaşı, pedaqoji, bədii əsərlərini, publisistik, tibbi məzmunlu məqalələrini, eləcə də onun 30 il çalışdığı, özünəməxsus təlim-tərbiyə mühiti qurduğu «Yetimlər evi»ni təhlilə cəlb edir, Yanuş Korçakın kimsəsiz uşaqların təhsili, yaşayışı, həyata adaptasiya olunmaları yolunda fədakarlığını qələmə alır.

Oxucu əsərdə Yanuş Korçakın uşaqlıq illərindən tutmuş, ömrünün sonuna qədər keçdiyi keşməkeşli həyat yolunu izləmək imkanı əldə edir, əsl müəllim, tərbiyəçi, həkim obrazı ilə qarşı-qarşıya dayanır. Yanuş Korçakın iki dünya müharibəsi, qlobal pandemiyalar, aclıqlar, lokal münaqişələr dövründə öz şəxsi həyatını unudaraq, uşaqların gələcəyi naminə çalışması, yaratdığı elmi-pedaqoji konsepsiya, tərbiyə nəzəriyyəsi müəllif tərəfindən tədqiq olunaraq oxucuya təqdim edilir. Əsərdə Yanuş Korçak uşaqların yaxın dostu, sirdaşı, xilaskarı kimi göstərilir, eyni zamanda, dahi pedaqoqun ayrı-ayrı əsərlərindən aforizmə çevrilmiş fikirlərinə də yer verilir. Görkəmli şəxsiyyətlərin, elm, sənət adamlarının, həmçinin yetirmələrinin Yanuş Korçak haqqında ayrı-ayrı zamanlarda səsləndirdikləri ifadələr maraq doğurur.

Qeyd edək ki, dahi pedaqoq Yanuş Korçak faşistlər tərəfindən “Yetimlər evi”nin uşaqları ilə birlikdə 1942-ci il avqust ayının 5-də Polşanın Treblinka rayonunda qaz kamerasında qətlə yetirilib. Onun bir neçə dəfə almanların yaratdıqları həbs düşərgəsindən qaçmaq imkanı olsa da, o, uşaqları tək qoymur, onlarla birlikdə ölümü qəbul edir. Bu gün Yanuş Korçakın zəngin irsi dünyanın demək olar ki, bütün ölkələrində tədqiq edilir, bir sıra ölkələrdə isə dahi pedaqoqun həyat və yaradıcılığı, elmi-pedaqoji konsepsiyası tədris olunur. Almaniya, Polşa, Amerika və digər ölkələrdə Yanuş Korçak akademiyaları, elmi-tədqiqat mərkəzləri fəaliyyət göstərir.

Kitabı ingilis dilinə Sevil Gültən tərcümə edib. Kitabın Azərbaycan dilində versiyasının redaktoru Samir Mehdizadə, rəyçi pedaqogika üzrə elmlər doktoru, professor Vidadi Xəlilov, ön sözün müəllifi pedaqogika üzrə fəlsəfə doktoru, dosent Kamal Camalovdur.
Dünyaya “demokratiya” dərsi keçən dövlətlər, niyə susursunuz?Arzu Şirinova

Sentayabrın 27-də erməni silahlı birləşmələri işğal altında saxladıqları Azərbaycan torpaqlarından növbəti dəfə şəhərlrimizdə, kəndlərimizdə yaşayan dinc əhaliyə raket zərbələri endirməyə başladılar. Artıq bu dəfə səbri tükənən Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev orduya düşməni susdurmaq, ərazi bütövlüyümüzü təmin etmək, dinc əhalini qorumaq əmrini verdi. Azərbaycan xalqının kiçiyindən tutmuş böyüyünə kimi hər kəsin 30 illik gözləntisinə cavab oldu, verilən əmr. Hamı bir nəfər kimi Ali Baş Komandanın ətrafında sıx birləşdi,bir yumruq kimi. Bu 30 ildə xalqın həmrəyliyi həsəd aparılacaq səviyəyə qalxdı.

Məhz bunun nəticəsi, əsas da Ali Baş Komandanın qətiyyəti və rəşadətli ordumuzun əzmkar döyüş qabiliyyəti idi ki, bir ay ərzində 4 rayon, üç qəsəbə və ümumuləkdə 200 yaşayış yerlərimiz erməni silahlı birləşmələrinin, daha doğrusu vandallların tapdağından azad edildi. Bu qələbəni və Azərbaycan Ordusunun irəliləyərək Laşını, Şuşanı, Ağdamı, Ağdarəni, Xankəndini, Xocalını və digər işğal altında qalan torpaqlarımızı da geri almaqda, o yerlərə sülh- əminamanlıq gətirməkdə qətiyyətli olduğunu görən Ermənistanın başı yox baş naziri Paşinyan bir ay ərzində zəng edərək yalvarmadığı dövlət başçıları qalmadı. Təbii ki, bu 30 ildə ermənilərə siyasi və maddi dəstək verən Rusiya, ABŞ və Fransa ön sıralarda idi. İlk əvvəl atəşkəsə və sülhə çağırış edən bu dövlətlər baxdılar ki, BMT Təhlükəsizlik Şurasının üzvü kimi səs verdikləri 4 qətnaməyə-erməni silahlı birləşmələrinin qeyd-şərtsiz Azərbaycan torpaqlarından çıxarılması- əməl etməyən Ermənistanın cavabını və onların qərarlarını Azərbaycan verir, həyata keçirir.

Həm də öz sərhədləri daxilində. Ancaq yenə də atəşkəs çağırışlarında israrlaı idilər. Makronun bağırtısı elə güclüydü ki, sanki dövlətinin vaxtilə günahsız xalqlara elədikləri yaddan çıxmışdı. Sözün qısası, hər üç ATƏT-in Minsk qrupunun həmsədr ölkələri –başmayaraq ki, Dağlıq Qarabağ münaqişəsinin həllilə məşğul olduqları üçün bitərəf mövqelərini saxlamalıydılar, ancaq əksinə bu 28 il ərzində, yəni yarandıqları gündən Ermənistanın maraqlarından çıxış edərək, Azərbaycanın haqq işinə kor oldular-bir-birinin ardınca atəşkəs olması üçün düşmən ölkənin və bizim Xarici İşlər Nazirlərini görüşə çağırdılar. Və humanitar atəşkəs elan olunması razılığına gəldilər. Verilən sözə əməl etməyən ermənilər göstərilən tarixin və satin üstündən az keçməmiş atəşkəsi pozdular.

Həm də ləyaqətsiz, şərəfsizcəsinə. Azərbaycanın yarım milyon əhalisi olan ikinci şəhərinə, həm də atəş xəttindən uzaqda yerləşən Gəncəyə qadağan olunan raket zərbəsi endirdilər. Gecə radələrində endirilən raket zərbəsi dinc əhalinin yaşadığı əraziyə düşdü və bunun nəticəsində uşaqlar da olmaqla ölən və raralananlar oldu. Ermənistanın məqsədi atəşkəs deyildi, Azərbaycanın döyüş bölgəsindən xeyli aralıda yerləşən əhalinin yaşadıqları ərazilərə raket zərbələri endirməklə-bu raket zərbələri Ermənistanın öz ərazilərindən atılırdı-Azərbaycanı qarşılıq verməyə təhrik etmək, bu zaman Rusiyanın da özvü olduğu KTMT-ni bu münaqişəyə yönləndirmək, münaqişənin miqyasını genişləndirmək idi. Buna nail olmayan Ermənistan növbəti dəfə Rusiyada elan olunan humanitar atəşkəsi pozub yenidən Gəncəyə, dinc əhalini yaşadığı əraziyə, həm də gecə saatlarında raket zərbəsi endirdi. Yenə də dinc əhali-uşaqlar və qadınlar da olmaqla erməni terrorunun qurbanı oldular.

Fransa və Rusiyadan sonar növbə ABŞ-a gəldi. Və nazirlər yenidən görüşə çağrıldı. Eyni senari, ancaq fərqli məkan olmaqla yenə humanitar atəşkəs razılığı oldu. Xislətinə sadiq qalan ermənilər bu dəfə də humanitar atəşkəsi pozdular. Döyüş bölgəsindən xeyri aralı Bərdə şəhərinə raket atdılar. Və günahsız körpələr olmaqla ölən və yaralalallar oldu.

Bütün bunlar dünyanın közü qarşısında baş verir və dünya dövlətləri, başda ölkələrə “demokratiya” dərsi keçən ABŞ və Avropa dövlətləri susur. Gəncəyə ikinci raket zərbəsindən sonrar döyüş bölgəsinə gələn, dağılan Gəncə şəhərini və zərər çəkənləri görən, qismən də olsa ədalətli reportaj hazırlayan Fransalı jurnalist hədə-qorxuyla üzləşdi. Reportaj efirdə nümayiş olunandan az keçməmiş yığışdırıldı, jurnalist də erməni lobbisi tərəfindən təhdid edildi.

Bəlkə də bu reportajın “heyfini” çıxmaq məqsədilə digər fransalı jurnalist Azərbaycan Prezidentindən müsahibə götürmək arzusunda oldu. Bu arzu gerçəkləşsə də məqsədinə çata bilmədi erməni lobisinin əlaltısı, pulu hesabina yaşayan jurnalist. Çünki səslənən sualların müqabilində Ali Baş Komandan elə tutarlı, diplomatiq, həm də Azərbaycan xalqının qəlbindən keçən cavablar verdi ki, bu, tərs sillə effekti yaratdı. Müstəntiq kimi suallara başlayan jurnalist sonda əzilmiş olaraq təşəkkürünü bildirdi. Sanki sözləşmişlər kimi bu dəfə də ABŞ-dan olan Jurnalist müsahibə götürdü və cavabını aldı.
Dünyaya “demokratiya” fışqıran, ancaq haqqı, ədaləti tapdalayan, imza atdıqları qərarlara tüpürən bu dövlətlər çox gözəl bilirlər ki, Azərbaycan 30 il bundan əvvəlki Azərbaycan deyil. Azərbaycan güclü dövlətə, siyasi iradəyə və orduya sahib bir dövlətdir. Bilirlər ki, Azərbaycan öz torpaqlarını düşməndən azad etmək, bölgədə sülhü bərqarar etmək üçün haqq işinə qalxıb. Bu qalxış itirilən 20 faiz torpaqların azad olunması ilə nəticələnəcək. Elə bunun qorxusu və əndişəsidir ki, Azərbaycanın dincə əhalisinin –uşaqların, qadınların, qəcaların erməni terroru nəticəsində qurban getmələrinə seyirçi qalırlar.

Əvəzində Azərbaycana siyasi və mənəvi dəstək verən Türkiyəyə, onun lideri Rəcəb Tayyib Ərdoğana qarşı birləşiblər. Bütün bunlar əbəsdir, çünki Azərbaycan 20 faiz torpağını terrorçu Ermənistanın silahlı qüvvələrindən təmizləyir,Türkiyə isə qardaşının yayında olmaqdan öncə haqqı-ədaləti dəstəkləyir.

Azərbaycanın haqq işinə qulaqları kar, gözləri kor, dilləri lal olan dövlətlər, gün gələcək sizlər cavab verməli olacaqsınız, Allahın qarşısında! Ədalətsizliyinizin hesabı sorulacaq, bu və digər şəkildə!
Bu zaman erməni lobbisinin pulları, səsləri sizləri qurtarmayacaq!

Buna hazır olun!
 Daha bir partiya parlamentdə təmsilçilikdən imtina etdiDaha bir partiya parlamentdə təmsilçilikdən imtina etdi
Gürcüstanın müxalif "Vətənpərvərlər Alyansı" partiyası da parlamentdə təmsil olunmaqdan imtina edib.

Aktual.ge xəbər verir ki, bu barədə partiyanın siyasi katibi Qoça Tevdoradze bildirib.

Onun sözlərinə görə, partiya vaxtından əvvəl seçkilərin keçirilməsi tələbi ilə genişmiqyaslı aksiyalar keçirməyə hazırlaşır.

Qeyd edək ki, “Vətənpərvərlər Alyansı” parlament seçkilərində 3,14% səs toplayıb. Partiyadan 4 nəfər deputat seçilib.

Xatırladaq ki, bundan öncə müxalif "Avropalı Gürcüstan" partiyası da deputat mandatlarından imtina etdiyini elan edib.