Masazırda 11 yaşlı yeniyetmə bıçaqlandıAbşeron rayonunda bıçaqlanma hadisəsi baş verib.

Avrasiya.net-in məlumatına görə, hadisə rayonun Masazır qəsəbəsində qeydə alınıb.

Belə ki, 2009-cu il təvəllüdlü Məmmədov Amin Rəvan oğlu kürək nahiyəsindən tanıdığı şəxs tərəfindən bıçaqlanıb.

Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı onun kürək nahiyəsində bir ədəd kəsilmiş-deşilmiş, daxilə nüfuz etmiş bıçaq yarası aşkarlanıb.

Yeniyetmə əməliyyat olunub. Faktla bağlı araşdırma aparılır.(report)
Eynək koronavirusa yoluxma riskini 5 dəfə azaldırÇinli alimlərinin araşdırmalarına əsasən, eynək insanların yeni növ koronavirus infeksiyasına yoluxmasını beş dəfə azaldır.

“Report” xəbər verir ki, bu barədə bioloji elmlər doktoru, Novosibirsk Dövlət Universitetinin professoru Serqey Netesov “Rossiyskaya Gazeta”ya açıqlamasında deyib.

Onun sözlərinə görə, bu tendensiya kontakt linzaların populyar olmadığı və bir çox insanın eynək taxdığı Çində açıq şəkildə özünü biruzə verir.

“Koronavirusa yoluxanların yalnız 10 faizi eynək taxan pasiyentlərdir”.

Netesov infeksiyanın bədənə əsasən burun və gözün selikli qişası ilə daxil olduğunu xatırladaraq qoruyucu tibbi vasitələrə laqeyd yanaşmamağı tövsiyə edib.

İzmirdə həlak olanların sayı 42-yə yüksəlibTürkiyənin qərbindəki İzmir vilayətində 6,6 ballıq zəlzələ nəticəsində ölənlərin sayı artıb.

Avrasiya.net xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Məlumata görə, zəlzələ nəticəsində həlak olanların sayı 42 nəfərə yüksəlib.

Təbii hadisə zamanı həmçinin 885 nəfər xəsarət alıb. Hazırda 9 binanın dağıntıları altında axtarışlar aparılır.

Ermənistanda ŞOK: 135 əsgər və zabit yoxa çıxdıNewscenter.az. 31.10.2020. Ermənistan Silahlı Qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərində yerləşdirilmiş 49971 saylı hərbi hissənin 135 nəfər əsgər və zabiti yoxa çıxıb.

Bu barədə məlumatı erməni mətbuatı yazıb.

Məlumata görə, hadisə Ağdərə istiqamətində gedən döyüşlərdə baş verib.

Belə ki, ciddi itki verib geri çəkilən hərbi hissənin 135 əsgər və zabiti sağ qalsa da, lakin sonradan onları tapmaq mümkün olmayıb.

Əsgər və zabitlərin axtarışı davam edir.
Gürcüstanda şeçkilərin "exit-poll" nəticələri AÇIQLANDISəsvermə proseduru başa çatdıqdan və seçki məntəqələri bağlandıqdan sonra Gürcüstanın dörd televiziya kanalı parlament seçkilərinin "exit-polları"ın nəticələrini dərc edib.

"Imedi" TV-nin sifarişi ilə "American Public Opinion Strategies" tərəfindən eksitpoll keçirilib. Saat 18:00-da keçirilən exit-poll nəticələrinə əsasən proporsional sistemi üzrə "Gürcü Arzusu" birinci yerdə, ikinci yerdə "Milli Hərəkat - Güc birlikdədir", üçüncü yerdə "Avropa Gürcüstanı" partiyasıdır.

Mtavari Archi "exit-polları" Fransa IPSOS şirkətindən sifariş etdi. Saat 17:00-da keçirilən "exit-poll"a görə, proporsional sistemi üzrə "Gürcü Arzusu" birinci yerdə, ikinci yerdə "Milli Hərəkat - Güc birlikdədir", üçüncü yerdə "Avropa Gürcüstanı" durur.

"Formula" televiziya şirkəti üçün "exit-poll"u Amerikanın Edison Research şirkəti həyata keçirdi. Saat 16:00-da keçirilən exit-poll-a görə, "Gürcü Arzusu" birinci yerdə, ikinci yerdə "Milli Hərəkat - Güc birlikdədir", üçüncü yerdə "Avropa Gürcüstanı" durur.

"Rustavi 2" televiziyası İngiltərənin "Survation" şirkətindən exit-poll-u sifariş etdi. Saat 15:00-da keçirilən exit-poll-a görə, "Gürcü Arzusu" birinci yerdə, ikinci yerdə "Milli Hərəkat - Birlikdə Güc", üçüncü yerdə "Avropa Gürcüstanı" durur.