Saakyan məğlubiyyətə görə göz yaşı tökdüBako Saakyanı (Qarabağdakı separatçı-terrorçuların keçmiş lideri – red.) ağlayan gördüm.

Avrasiya.net Bakupost.az-a istinadla xəbər verir ki, bunu 90-cı illərin Qarabağ canilərindən olan Şahe Əcəmyan deyib.

O, Feysbuk səhifəsində yazıb:

“Cəbhəyə yola düşməmişdən öncə Xankəndidə kilsədə dua edirdik. Kilsədə şam yandırarkən birdən həyəcan siqnalı çalındı, şəhərdə partlayışlar eşitdik və hamı dağılışdı. Kilsədən çıxanda keçmiş “prezident”, komandirim Bako Saakyanın həyətdəki skamyada oturduğunu gördüm. Gözlərinə baxaraq yaxınlaşdım. Saakyanın həyəcanlı, yaşla dolu gözlərini gördüm”.

Xatırladaq ki, Şahe Əcəmyan 1-ci Qarabağ savaşına Suriyadan diaspor xətti ilə gətirilmiş erməni terrorçudur. 1992-1994-cü illərdə Qarabağ müharibəsində xüsusi fəallıq göstərib və "Xaçlılar" dəstəsinin komandiri Qaro Kahkecyanın ən yaxın adamı olub. Hazırda İrəvanda yaşayan Əcəmyanın əli bir çox günahsız azərbaycanlının qanına batıb.
Düşmənin silah-sursat daşıyan hərbi yük maşınları partladıldı - VİDEOİşğal olunmuş ərazimizdə yerləşən Ermənistan silahlı qüvvələrinin raket-artilleriya silahları anbarı bir neçə gün əvvəl tərəfimizdən məhv edildikdən sonra düşmən bölmələrində ciddi sursat qıtlığı yaranıb.

MBuna görə də düşmən sərəncamında olan bütün sursatları döyüşlərin ən qaynar getdiyi istiqamətdə istifadə etməyə çalışır.

Müdafiə Nazirliyindən Avrasiya.net-ə bildirilib ki, oktyabrın 31-də axşam saatlarında ərazinin havadan müşahidəsi zamanı sursatla dolu iki yük maşının daldalandığı yer müəyyən edilib. İstiqamətlənmiş dəqiq atəş zərbəsi ilə hərbi nəqliyyat vasitələri dərhal məhv edilib.

Həmin anları əks etdirən videogörüntüləri təqdim edirik.
Bu partiyalar Gürcüstan parlamentinə daxil olduDoqquz siyasi qüvvə Gürcüstan parlamentinə daxil ola biləcək.

Avrasiya.net xəbər verir ki, bu barədə Gürcüstan Mərkəzi Seçki Komissiyası məlumat yayıb.

Parlamentə daxil olanlar Gürcü Arzusu Partiyası, Vahid Milli Hərəkat Partiyası, Avropalı Gürcüstan Partiyası, “Qirçi”, “Lelo”, Aqmaşenebeli strategiyası bloku, Leyboristlər, Vətənpərvərlər Alyansı və Vətəndaş Partiyasıdır.

Gürcüstan MSK-nın məlumatına görə, hazırda səslərin 80.22 faizi sayılıb.

Qeyd edək ki, Gürcüstan parlamentinə daxil olmaq üçün səslərin 1 faizi yığmaq kifayət edir.
Qubada dəhşət: ata qızını boğub öldürdüOktyabrın 31-də saat 21 radələrində Quba rayonu, Barlı kənd sakini 1991-ci il təvəllüdlü İmanquliyeva Zeynəb Məhərrəm qızının öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Quba rayon prokurorluğundan Avrasiya.net-ə verilən məlumata görə, dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış araşdırmalarla zərərçəkmişin atası İmanquliyev Məhərrəm Nəsir oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı əlləri ilə boğaraq Zeynəb İmanquliyevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyənləşib.

Faktla bağlı Quba rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Məhərrəm İmanquliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Gürcüstanda seçkilərin ilkin nəticələri açıqlandı - RəsmiGürcüstanın Mərkəzi Seçki Komissiyası (MSK) ötən gün keçirilən parlament seçkilərinin ilkin nəticələrini açıqlayıb.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, nəticələrə əsasən, Gürcü Arzusu Partiyası 49,32%, Vahid Milli Hərəkat Partiyası 25,94%, Avropalı Gürcüstan Partiyası isə 3,77% səs əldə edib.

“Vətənpərvərlər Alyansı” 3,26%, “Lelo” partiyası 3,16%, “Aqmaşenebeli strategiyası” 3,1%, “Qirçi” 2,87%, “Vətəndaş – Eliko Elisaşvili” 1,34%, Leyboristlər partiyası isə 1,03% səs qazanıb.

MSK-dan qeyd olunub ki, Tbilisinin bütün birmandatlı seçki dairələrinin parlament seçkilərində qalibi müəyyən etmək üçün ikinci tur tələb olunacaq. Gürcüstan üzrə bəzi regionlarda da ikinci turun keçiriləcəyi mümkündür.

Qeyd edək ki, bu vaxta qədər 3 847 seçki məntəqəsinin 2 252-si üzrə səslərin hesablanması başa çatdırılıb.
Paşinyan hərbi canidir - Qüdrət Həsənquliyev Avrasiya.net Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevin müsahibəsini təqdim edir:

- Qüdrət bəy, Rusiya XİN-in Paşinyanın kömək yalvarışlarına verdiyi cavab Sizi qane etdimi?

- Sualınıza ətraflı cavab verməmişdən öncə Türkiyədə baş vermiş zəlzələ nəticəsində həyatını itirmiş qardaşlarımıza Allahdan rəhmət, yaralılara şəfa diləyirəm. Allah dünyasını dəyişənlərin yaxınlarına səbir versin, türk xalqı üçün keçmiş olsun.

Sualınıza gəldikdə isə, Rusiya vasitəçi ölkə kimi neytrallığını qoruyub saxlamalıdır. Rusiya Ermənistanın hərbi-siyasi müttəfiqi olsa da bizim də strateji tərəfdaşımızdır. Azərbaycan Rusiya ilə səmimi olaraq yaxın qonşuluq və dostluq siyasəti yürüdür və bu münasibətlərə böyük önəm verir. Hesab edirəm Putin indiki mövqeyi ilə, inşallah keçirəcəyimiz Qələbə paradına regionun digər dövlət başçıları kimi dəvət haqqını qazanıb.

Bundan başqa, axı Rusiya niyə Ermənistana kömək etməlidir? Söhbət yalnız Paşinyanın ruslara nifrət etməsindən getmir. Erməni xalqı öz xəyanətkar xislətindən çıxış edərək hesab etdi ki, Rusiyaya güvənərək Azərbaycanın 20% torpaqlarını işğal ediblər, yeni müharibə başlayarsa, Rusiya etməsə də Qərb və digər region dövlətləri onlara kömək edəcək, həm də onlar güclü müdafiə istehkamları qurublar. Deməli Rusiyaya xəyanət edib ruslara nifrət edən birini özlərinə lider seçə bilərlər. Paşinyan da hakimiyyətə gələn kimi Rusiyanı tədrici addımlarla Ermənistandan çıxarmağa başladı, xalq da onun bu siyasətini dəstəklədi. Ona görə də Rusiya deyir ki, biz Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində öhdəliklərimizə sadiqik. Müharibə Azərbaycan ərazisində getdiyindən biz sizin kimi satqınlara görə beynəlxalq hüququ ayaqlar altına atıb Azərbaycanla, həm də təkcə Azərbaycanla yox, o cümlədən Türkiyə ilə münasibətləri poza bilmərik. Bununla da Rusiya satqın erməni xalqına dərs verir. Paşinyana da dolayısı ilə deyir ki, özün kimi saqqallı rusafob tərəfdarlarını göndər Qarabağa döyüşməyə, qoy qırılsınlar. Sonra baxaq görək İrəvanın küçələrində səni kim dəstəkləyəcək. O da axmaq olduğu üçün göndərir. Həm də axmaq olduğu üçün vəziyyəti düzgün qiymətləndirə bilmir, işğalçı ordusunu Azərbaycandan çıxarmaq əvəzinə, fikirləşir ki, son əsgərini də döyüşə göndərib vaxt udsa, bəlkə Qərb özü kömək etməsə də Rusiyaya təzyiq edib onları Ermənistan üçün döyüşməyə göndərə bilər. Amma Paşinyan başa düşmür ki, məsələ tək onunla bağlı deyil, daha çox həmişə onlara qucaq açmış qonşularına nankorluq edən erməni xalqı ilə bağlıdır. Bu xalq qonşularına etdiyi xəyanətlərin acısını yaşayıb tövbə etməli, qonşuları ilə ləyaqətli birgəyaşayış yolu seçməli, beynəlxalq hüquq normalarına hörmət etməyi öyrənməlidir.

- Necə düşünürsünüz, gələcəkdə Paşinyanın ədalət mühakiməsi qarşısına çıxarılmasına nail ola biləcəyikmi?

- Paşinyan hərbi canidir. O öz təhrikedici hərəkətləri ilə bizə müharibəyə başlamaqdan ayrı yol qoymadı. Əvvəlcə dedi ki, “Qarabağ Ermənistandır”. Sonra bizim hisslərimizə toxunub, bizi alçaltmaq üçün qondarma rejimin cinayərkar başçısının “inaqruasiya”sını Şuşada təşkil etdi. Bu azmış kimi bəyan etdi ki, qondarma rejimin “parlament”ini Şuşaya köçürəcək. Bundan başqa, oğlunu Qarabağa hərbi xidmətə göndərdi. Ardınca həyat yoldaşına hərbi forma geyindirib, əlinə avtomat silahı verib Qarabağa yolladı. O da gülə-gülə Azərbaycan əsgərinin maketinə atəş açmaqla bacardığı formada bizi alçaltdı. Müdafiə naziri yeni torpaqlarımızı işğal edəcəyi ilə bizi hədələdi.

Ermənistan beynəlxalq hüquqa zidd olaraq işğal altındakı torpaqlarımızı xaricdən köçürdülən ermənilərlə məskunlaşdırmağa başladı və s. Sonra sərhədlərimizə hücum etdi, qarşımıza yeni alçaldıcı şərtlər qoydu, bir sözlə bizi əks-hücum əməliyyatlarına başlamağa məcbur etdi. Müharibə başlayandan sonra isə beynəlxalq qanunlarla qadağan olunmuş silahlardan istifadə etməyə başladı. Həmin silahlardan döyüş meydanlarından çox uzaqda olan şəhər və kəndlərimizdə dinc sakinlərə atəş açdırdı. Yüzə yaxın dinc sakini qətlə yetirdi. Bu axmaq fikirləşirdi ki, Azərbaycanı müharibəyə başlamağa məcbur etdiyi kimi, indi də bizi cavab addımları kimi Ermənistandakı mülki obyektlərə zərbə endirməyə təhrik edəcək və beləliklə də Rusiyanı bu münaqişəyə cəlb edəcəkdir. Bu zaman Qərb ona əsgəri yardım etməklə yanaşı, Dağlıq Qarabağın müstəqilliyini tanıyacaq. Çünki bu müharibə ilə həm də Qərb ölkələrindəki müttəfiqləri ilə aralarında müəyyən gərginlik yaşanan Türkiyə ilə Rusiyanı da üz-üzə qoyacaq və Qərbdəki müəyyən dairələri arzusuna çatdırmaqla böyük xidmət göstərmiş olacaq. Qarşılığında isə bu yolla qondarma rejimin beynəlxalq miqyasda tanınmasına nail olacaq.

Amma bu səfeh məxməri Baş nazirin kimliyini və hansı ağla sahib olmasını hamı tezliklə başa düşdü və ondan üz döndərdi. İndi o minlərlə insanın həyatına başa gəlmiş bu müharibə avantürasına görə məhkəmə qaşısında cavab verməlidir. Müharibə başa çatandan sonra Rusiyanın da bu məsələdə bizə kömək edəcəyinə çox ümid bəsləyirəm.

- Qüdrət bəy, sona qədər Rusiya prezidentinin daxili və xarici təzyiqlər qarşısında mövqeyini dəyişməyəcəyinə əminsinizmi? Yaxud onun müharibənin gedişində Azərbaycanın əleyhinə düşünülmüş başqa planı ola bilərmi?

-Çox inanıram ki, Putin mövqeyini dəyişməyəcək və inanmıram ki, onun bizim əleyhiməzə hansısa planı olsun. Rusiya,Türkiyə və Azərbaycan liderlərinin xarekterində oxşar cəhətlər çoxdur və satqınlığa və xəyanətə yer yoxdur. Yeltsin vaxtilə deyirdi ki, o, döyüşçüdür. İndi həmin fikri hər üç liderə aid etmək olar. Hər üç şəxs böyük strateq olmaqla yanaşı ekstermal vəziyyətdə daha böyük potensial ortaya qoymağı, öz ölkələrinin marağı tələb edəndə sona qədər mübarizə aparmağı bacarır. Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi hər üç ölkənin milli maraqlarına uyğundur. Həm də təkcə onların yox, Ermənistan da daxil olmaqla bütün region ölkələrinin. Ona görə də onların mövqelərindən geri çəkiləcəyinə inanmıram. İnşallah torpaqlarımızı tamamilə azad edəcəyik.
Sonda bir məqama da diqqətinizi cəlb etmək istəyirəm. Türkiyə Qarabağın azadlığı uğrunda apardığımız Vətən müharibəsinə özünün İstiqlal savaşı kimi baxır. Ona görə də 120 min erməniyə Azərbaycan torpaqlarında ikinci eməni dövləti qurmaq istəyənlər gərək o sayda da əsgərlərinin ölümünü göz önünə alıb nəticəsi onlar üçün qaranlıq olan, regionu qeyri-müəyyənliyə sürükləyəcək savaşa girsinlər...




Ermənilərin bir sıra hərbi texnikası məhv edildi – MNSutka ərzində cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, 1 ədəd PDM, 2 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, 8 ədəd müxtəlif tipli topu, 2 rabitə qülləsi, 5 ədəd avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.

Avrasiya.net xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Hazırda qoşunlarımız əməliyyat şəraitinə nəzarət edir.
Düşmənin şəxsi heyəti arasında xeyli sayda itki var - RəsmiOktyabrın 31-i gün ərzində və noyabrın 1-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin yerləşdiyi mövqeləri və yaşayış məntəqələrimizi müxtəlif silahlardan, o cümlədən artilleriya və raketlərdən atəşə tutub.

Müdafiə Nazirliyindən Avrasiya.net-ə verilən məlumata görə, döyüş əməliyyatları əsasən cəbhənin Ağdərə, Ağdam, Xocavənd və Qubadlı istiqamətlərində davam edib.

Ermənistan silahlı qüvvələrinə qarşı görülən cavab tədbirləri nəticəsində düşmənin şəxsi heyəti arasında xeyli sayda itki var.

Sutka ərzində cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, 1 ədəd PDM, 2 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, 8 ədəd müxtəlif tipli topu, 2 rabitə qülləsi, 5 ədəd avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.

Hazırda qoşunlarımız əməliyyat şəraitinə nəzarət edir.