“Avromed” “Johnson & Johnson” məhsullarının satışını dayandırdı“Avromed” QSC mərkəzi ABŞ-da yerləşən “Johnson & Johnson” şirkətinin rəsmi “Twitter” hesabından dünya ictimaiyyəti və beynəlxalq təşkilatlar tərəfindən tanınmayan qondarma Dağlıq Qarabağ qurumunun təbliğini həyata keçirən paylaşımından sonra sözügedən brend ilə əlaqələri kəsmək qərarına gəldi. Azərbaycanın ərazi bütövlüyünə hörmətsiz yanaşma ortaya qoyan “Johnson & Johnson” şirkətinin məhsullarının satışı tamamilə dayandırılıb.

“Avromed” QSC-dən Modern.az-a bildirilib ki, xüsusilə informasiya müharibəsində iştirak etdiyimiz bir vaxtda beynəlxalq şirkətlərin bu cür yanlış məlumatlar yayması yolverilməzdir. “Avromed” şirkəti bu istiqamətdə hər zaman ölkəmizə dəstək olmağa hazırdır.

Qeyd edək ki, indiyə qədər Azərbaycanda “Johnson & Johnson” brendinin müxtəlif növ gigiyena məhsullarının satışı həyata keçirilirdi.
MN: Ordumuz düşməni iflic vəziyyətinə gətirirErmənistan ərazisindən bölmələrimizin mövqelərinə və yaşayış məntəqələrimizə atəş açan düşmən mövqeləri və döyüş vasitələri adekvat tədbirlər çərçivəsində legitim hərbi hədəflərə çevrilir.

Avrasiya.net xəbər verir ki, bunu Azərbaycan Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov bildirib.

“Azərbaycan Ordusu müasir texnoloji silahlarla düşmənin komanda-idarəetmə məntəqələri, raket və artilleriya vasitələri, döyüş texnikasını və təminatını sıradan çıxaraq onu faktiki olaraq iflic vəziyyətinə gətirir. Müasir texnoloji silahlar Ordumuzun güc alətlərindən yalnız biridir. Müharibənin taleyini müəyyən edən başda Ali Baş Komandanımız olmaqla, döyüş meydanında əsl qəhrəmanlıq göstərən Azərbaycan əsgəri və onun cəsur komandiridir. Məhz onların səyi nəticəsində iflic vəziyyətə düşən Ermənistan ordusu arsenalında olan köhnə və istismar müddəti bitmiş silah sistemlərini də döyüşə cəlb edir.

İstisna olunmur ki, Ermənistan ərazisindən Azərbaycanın mülki əhalisini hədəfə alan düşmənin bu tip sistemlərdən atdığı raketlərin bəziləri uçuş trayektoriyalarını dəyişərək işğal altında olan yaşayış məntəqələrinin və oradakı mülki obyektlərin üzərinə düşür. Hazırda Ordumuz əməliyyat şəraitinə tam olaraq nəzarət edir”, - o qeyd edib.
Tbilisi qarışdı - Aksiyaçılar İvanişvilinin iqamətgahına doğru irəliləyir"Get, get" - bu çağırışlarla parlament binasının qarşısına toplanan aksiya iştirakçıları Bidzina İvanişvilinin iqamətgahına tərəf yürüş etməyə başlayıblar.

Aktual.ge-nin verdiyi məlumata görə, Tbilisidə parlament binasının qarşısına toplaşan aksiyaçılara belə bir müraciəti "VMH-Birləşmiş Müxalifət" partiyasının üzvü Giorgi Kapanadze edib.

Hazırda aksiyaçılar Parlament binasının qarşısından kütləvi şəkildə "Gürcü Arzusu - Demokratik Gürcüstan" partiyasının sədrinin iqamətgahına doğru iləliyərlər "Get-get" şüarları səsləndirərək.

Belə ki, aksiyada müxalifət partiyalarının üzvləri, tərəfdarları və liderləridə iştirak edir.

Sözügedən iqamətgahın qarşısına isə çox sayda hüquq-mühafizə orqanları cəlb olunub.
İlham Əliyev Gürcüstanın Baş Nazirini təbrik etdiNoyabrın 1-də Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanın Baş Naziri Giorgi Qaxariyaya telefonla zəng edib.

Avrasiya.net xəbər verir ki, dövlət başçısı Giorgi Qaxariyanı hakim “Gürcü Arzusu–Demokratik Gürcüstan” partiyasının parlament seçkilərində qələbəsi münasibətilə təbrik edib.

Gürcüstanın Baş Naziri təbrikə görə dövlət başçısına minnətdarlığını bildirib.

Telefon söhbəti zamanı Azərbaycanla Gürcüstan arasında strateji tərəfdaşlığa əsaslanan dostluq və qardaşlıq münasibətlərinin inkişafından məmnunluq ifadə olunub, əlaqələrimizin gələcək perspektivləri ilə bağlı məsələlər müzakirə edilib.
Ermənistanın xüsusi təyinatlı hərbi hissəsi məhv edildiƏldə edilən məlumata əsasən Ermənistan silahlı qüvvələrinin 022 saylı xüsusi təyinatlı hərbi hissəsi Azərbaycan ordusunun həyata keçirdiyi əməliyyat nəticəsində darmadağın edilib.

Avrasiya.net xəbər verir ki, hərbi hissənin şəxsi heyətinin ölənlər və yaralıları da daxil olmaqla 70 faizinin sıradan çıxdığı bildirilir. Hərbi hissənin sağ qalan hərbi qulluqçuları digər alayların kəşfiyyat bölmələrinə təyin edilib.

Xüsusi təyinatlıların belə ağır itkilər verməsi Ermənistan ordusunda böyük ruh düşkünlüyünə və təşvişə səbəb olub.

Qeyd edək ki, bu xüsusi təyinatlı hərbi hissənin komandiri, ölümündən sonra Ermənistanın milli qəhrəmanı ad verilən polkovnik Vaaqn Asatryandır. O, oktyabrın 13-də gedən döyüşlər zamanı məhv edilib.
Daha bir erməni futbolçusu Qarabağda öldürüldüErmənistanın “Pünik” klubunun futbolçusu Qagik Abrahamyan Qarabağda gedən əməliyyatlar zamanı ordumuz ərəfindən məhv edilib.

Avrasiya.net xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, bir müddət əvvəl Ermənistanın “Şirak” futbol komandasının futbolçusu Qriqoryan İşxan da da Qarabağda əsgərlərimiz tərəfindən məhv edilmişdi.
Dini radikalizm və ekstremizmlə mübarizə ilə bağlı layihə başa çatıbAzərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzi İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra etdiyi "Dini radikalizm və ekstremizmlə mübarizə - DREM.az saytının yaradılması" layihəsi uğurla başa çatıb.

Təşkilatdan verilən məlumata görə, İcra Planının şərtlərinə uyğun olaraq dörd ay ərzində layihə çərçivəsində yaradılan internet resursunda dini radikalizm və ekstremizmlə mübarizəyə dair iki yüzə yaxın maarifləndirici material yerləşdirilib.

Saytda həmçinin Azərbaycanda tolerantlıq və multukultural dəyərlərin qorunması və inkişaf etdirilməsi ilə bağlı araşdırmalar, elmi məqalələr də ictimailəşdirilib. Eyni zamanda dini radikalizm və ekstremizmlə mübarizə ilə bağlı hüquqi normativ sənədlər də oxuculara təqdim edilib. Saytda islamşünasların, din xadimlərinin, ekspertlərin, ilahiyyatçıların, QHT rəhbərlərinin, media mənsublarının da mövzuyla bağlı fikirləri yer alıb.

Vətəndaşlarımıza düzgün elmi, dini, milli, mənəvi dəyərlərimizin qorunması, dini radikalizmə qarşı hüquqi, ideoloji və iqtisadi istiqamətlərdən aparılan maariflənmə tədbirlərdən məlumatlar verilib.

Drem.az internet resursu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Mənəvi Dəyərlərin Təbliğl Fondu, Azərbaycan İlahiyyat İnstitutu, Beynəlxalq Multikulturalizm Mərkəzi ilə sıx əməkdaşlıq edib.

Layihə dörd aylıq nəzərdə tutulsa da, Şura ilə QHT arasında imzalanan müqaviləyə əsasən internet resursu fəaliyyətini davam etdirəcək.
"Marneulilərə və qardabanililərə öz minnətdarlığımı bildirirəm" "Dünən Gürcüstan əhalisi demokratik, azad və rəqabətli mühitdə öz seçimini etdi. Bu seçim nəticəsində 'Gürcü Arzusu' Gürcüstan xalqının iradəsi ilə ilk turda proporsional siyahı və majoritaristlərin səsləri ilə ilk turda ən azı 76 yer qazandı. Bu o deməkdir ki, artıq biz çoxluq təşkil edirik".

Avrasiya.net xəbər verir ki, bunu Aktual.ge xəbər portalına müsahibəsində hakim "Gürcü Arzusu"nun Marneuli-Qardabani seçki dairəsi üzrə majoritar namizədi Zaur Darğallı bildirib.

"Bildiyiniz kimi bir neçə seçki dairələrində təkrak ikinci tur keçiriləcək və bizim parlamentdəki sayımız daha da artacaq. Mən bütün Marneulilərə və Qardabanililərə öz minnətdarlığımı bildirmək istəyirəm. Biz birinci turda qalib gəldik və bu qalibiyyət hər bir vətəndaşımızın qalibiyyətidir. Biz hər bir vətəndaşımızın parlamentdə layiqli səsi olmağa söz vermişik və bu sözümüzün üstündə duracağıq".

Məlumat üçün qeyd edək ki, Marneuli 22 saylı dairə seçki komissiyasının ilkin məlumatına görə, “Gürcü Arzusu”nun majoritar namizədi Z.Darğallı - 50,13% (22 431 səs) səslə qalib gəlib.