Avropa Liqası: "Qarabağ" qrup mərhələsinə vəsiqə qazana biləcəkmi?Avropa Liqası: Qarabağ qrup mərhələsinə vəsiqə qazana biləcəkmi?
Bu gün UEFA Avropa Liqasında pley-off mərhələsinə start veriləcək.

"Report"un məlumatına görə, Azərbaycan çempionu "Qarabağ" səfərdə Polşa "Legiya"sı ilə qarşılaşacaq.

Varşavadakı "Wojska Polskiego" stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Mərhələ 1 oyundan ibarət olduğu üçün cütün qalibi qrup mərhələsinə vəsiqə qazanacaq.

Oyun öncəsi "Qarabağ"ın heyətində bəzi itkilər var. Pasport probleminə görə Polşaya gedə bilməyən Donald Gerye böyük ehtimalla matçı buraxacaq. Bundan əlavə, zədəli Mahir Emrelinin də oynaması sual altındadır. Zədəsini yenicə sağaltmış Abdullah Zubir və Xayme Romeronun isə ilk dəqiqələrdən meydanda olacağı gözlənilir.

Rəqibdə isə Jose Kantenin durumuna oyun vaxtı aydınlıq gələcək.

UEFA Avropa Liqası, pley-off mərhələsi

1 oktyabr

22:00. "Legiya" (Polşa) - "Qarabağ" (Azərbaycan)

Hakimlər: Tobias Ştiler, Kristian Qittelmann Rafael Foltin, Daniel Şlager (hamısı Almaniya)

Qeyd edək ki, Ağdam klubu "Legiya" səddini aşsa, ardıcıl 7-ci dəfə avrokubokların qruplarında mübarizə aparacaq. Avropa Liqasında qrup mərhələsinin püşkü oktyabrın 2-də atılacaq.
Mineral su təhlükəli imiş: Fəsadları ÜZƏ ÇIXDIMineral suyun ciddi təhlükəsi müəyyən edildi.

Publika.az "RİA Novosti"yə istinadla xəbər ki, dietoloq Yelena Solomatina tibbi göstəricilər olmadan müalicə məqsədilə mineral suyun istifadəsinə qarşı xəbərdarlıq edib.

Bu barədə o, “Veçernyaya Moskva” qəzetinə məlumat verib.

Həkim sağlam insanın birdəfəlik mineral sudan istifadəsi zamanı təhlükənin olmadığını söyləyib.

“Digər məsələ, mütəmadi olaraq mineral suyun qəbuludur. O zaman müəyyən konsentrasiyalı duzların doyma prosesi gedir. Məsələn, mineral suların tərkibində olan duzlar bəziləri üçün xeyirli ola bilər, lakin digər insanların sağlamlığına keçirdiyi xəstəliklə əlaqədar olaraq zərər verə bilər”, - deyə mütəxəssis izah edib.

O, sağlam insanın gündəlik müalicəvi mineral sudan istifadə etməməsini, xəstə olanlara isə bunun zəruri olmadığını, mədə-bağırsaq traktında problem olanların bu sudan həkim göstərişinə əsasən istifadə etməli olduğunu vurğulayıb.

“Mən göndərişlə müalicəvi istirahət mərkəzinə gələnlərin dostlarla zaman keçirmək naminə mineral suları qəbul etdiklərinin şahidi olmuşam”, - Y.Solomatina bunu tövsiyə etməyib.

Mütəxəssis minerallaşma səviyyəsinə görə həmin suların tərkibinin fərqləndiyini əlavə edib.

“İçməli suyu məhdudiyyətsiz qəbul edə bilərsiniz, müalicə məqsədilə minerallaşmış içməli suya çox aludə olmayın, sırf müalicə məqsədli mineral sular isə adından da göründüyü kimi müalicə üçündür”, - deyə dietoloq aydınlıq gətirib.
Yaxın Şərqdən olan terrorçular Qarabağda Ermənistan tərəfdən döyüşür – FOTOErmənistan hakimiyyəti ən yüksək səviyyədə dünya ictimaiyyətinə Yaxın Şərqdən olan terrorçuların guya hərbi əməliyyatlarda iştirak etmək üçün Azərbaycana gətirildiyi barədə saxta məlumatlar təqdim edir.

Ermənistanın Baş naziri sentyabrın 29-da “Rusiya-1” telekanalında efirə gedən “60 dəqiqə” verilişində növbəti yalanını səsləndirdi:

“Məlumat var ki, Azərbaycanın yaşayış məntəqələrində yerli sakinlərlə muzdlular arasında toqquşmalar baş verir. Muzdlular bu kəndlərdə şəriət qanunlarını tətbiq etməyə çalışırlar. Onlar dükanlara girib spirtli içkilərin satışının dayandırılmasını tələb edirlər”.

Aydındır ki, Paşinyan bu sözləri ilə dünya ictimaiyyətinə, xüsusən də xristian kəsiminə bəzi mesajları verməyə çalışır.

Avropa insanı yaxın keçmişdə İŞİD, “Ən-Nusra Cəbhəsi” və digər terrorçu qrupların İraq və Suriyadakı vəhşiliklərinə şahidlik edib.

Bununla da N.Paşinyan xüsusən Avropadakı ekspertlərin diqqətini ermənilərin guya terror təhlükəsi ilə üz-üzə olmasına və beynəlxalq ictimaiyyətin Qarabağda hərbi əməliyyatların dayandırılması üçün müdaxilə mexanizmini işə salmasına çalışır.

Bundan əlavə, sayı 1 500 ilə 4 000 arasında dəyişən silahlıların Azərbaycana yerləşdirilməsi barədə saxta məlumatlar ortaya çıxıb.

Lakin nə N.Paşinyanın, nə də digər Ermənistan rəsmilərinin guya Azərbaycan tərəfində hərbi əməliyyatlarda iştirak edən terror qruplaşmasının olması barədə iddiaları heç bir faktla təsdiq edilməyib.

Razılaşın ki, bu cür silahlıları hər hansı bir yerə, xüsusən qlobal və regional qüvvələrin ciddi nəzarətində olan Cənubi Qafqaza gizli şəkildə köçürmək mümkün deyil.

Üstəlik, belə bir kampaniyanın təşkil edilməsi üçün onlarla aviareys təşkil edilməlidir.

Bu səbəbdən, N.Paşinyan və Ermənistanın digər aparıcı rəsmilərinin açıqlamaları, habelə mətbuata buraxılan bu mövzular spekulyasiyadan başqa bir şey deyil.

Ermənistanın muzdlulardan istifadə etməsinə gəlincə, artıq sosial mediada Yaxın Şərqdən olan erməni mənşəli terrorçuların hərbi əməliyyatlarda iştirak etməsi faktları var.

In this viral video, an Armenian Lebanese says he is fighting against Azerbaijan.

If verified, first proof that foreign fighters from the Middle East indeed fight for Armenia, as Azerbaijan has claimed pic.twitter.com/xjxQSCacNw

— Ragıp Soylu (@ragipsoylu) September 29, 2020
Bu kadrlar isə isbat edir ki, Livan və Suriya ermənilərinin Dağlıq Qarabağ ərazisinə köçürülməsi rəsmi İrəvanın humanitar fəaliyyəti ilə bağlı deyil. Bu, xarici güclərin, daha dəqiq desək, terrorçuların münaqişəyə cəlb edilməsidir.

Bu amil də İrəvanın əlində oynayır. Birincisi, məhv ediləcək bu kontingent Ermənistanın itkilərinin statistikasında əksini tapmayacaq. Bunlar bir növ “ölü canlar”dır.

İkincisi, N.Paşinyan hökuməti Azərbaycan tərəfinin məhv etdiyi terrorçunu asanlıqla Azərbaycan tərəfindən vurulmuş muzdlu kimi təqdim edə bilər.


Fərdin İsazadə

Rusiyalı deputat arvadının qulağını kəsib, gözlərini çıxardı - FOTOArvadını qəddarcasına öldürməkdə şübhəli bilinən rusiyalı deputat İqor Şokin psixi xəstəxanaya yerləşdirilib. Şüursuz vəziyyətdə olduğu üçün ondan hələ ki, ifadəsini almaq mümkün olmayıb.

Bu barədə “Life Shot” “Telegram” kanalı xəbər yayıb.

Qeyd olunur ki, onun arvadının qətli ritual mərasimə oxşayıb. Cəsəd tapılarkən qadının qulaqları kəsilmiş, gözləri isə yerindən çıxarılmışdı.

Kanalın məlumatına görə, millət vəkilinin bir gün əvvəl ekstrasensə müraciət etdiyi barədə polisdə məlumat var.

Bildirilir ki, Şokinin oğlu uzun müddət valideynləri ilə əlaqə saxlaya bilməyib. Bundan sonra qonşusuna zəng edərək evlərinin qapısını döyməsini istəyib. Ancaq heç kim qapını açmayıb.

Qonşu qaçaraq mühafizəçiyə xəbər verib. Polislər hadisəni törədən şəxsin axtarışına başlayıblar.

Şokin evin yaxınlıqda kolluqdan tapılıb.
Çempionlar Liqası: Qrup mərhələsinə yüksələn son 3 komanda bəlli olduUEFA Çempionlar Liqasında pley-off mərhələsinin son 3 matçı keçirilib.

"Report"un məlumatına görə, ikinci oyun günündəki qarşılaşmaların ardından Avropanın ən nüfuzlu klub turnirində qrup mərhələsinin bütün iştirakçıları müəyyənləşib.

"Zaltsburq" Avstriyada İsrailin "Makkabi" komandasını məğlub edib - 3:1. Səfərdə 2:1 hesabı ilə qalib gələn meydan sahibləri qrup mərhələsinə vəsiqə qazanıb.

Çexiya "Slaviya"sı Danimarkada "Midtüllann"'ə 1:4 hesabı ilə uduzub. Səfərdə rəqibi ilə qolsuz bərabərə qalan Danimarka təmsilçisi qrup mərhələsinə adlayıb.

Rusiya "Krasnodar"ı isə Yunanıstanda PAOK-u 2:1 hesabı ilə üstələrək turnirdən kənarlaşdırıb. Komanda doğma meydanda da rəqibini eyni hesabla məğlub etmişdi.

Çempionlar Liqasının pley-offunda mübarizəni dayandıran komandalar Avropa Liqasının qrup mərhələsində iştirak hüququ qazanıblar.

UEFA Çempionlar Liqası

Pley-off mərhələsi, cavab oyunları

23:00. PAOK (Yunanıstan) - "Krasnodar" (Rusiya) - 1:2

Qollar: El Kaddouri, 77 - Giannis Michalidis, 73 (avto qol), Remi Kabella, 78

İlk oyun - 1:2

23:00. "Zaltsburq" (Avstriya) - "Makkabi" (Təl-Əviv, İsrail) - 3:1

Qol: Patson Daka, 16. 68 Dominik Szoboszlai, 45 - Eden Karzev, 30

İlk oyun - 2:1

23:00. "Midtüllann" (Danimarka) - "Slaviya" (Praqa, Çexiya) - 4:1

Qollar: Sory Kaba, 65. Şolts (pen), Onyeka, 88. Dreyer, 90 - Peter Olayinka, 3

İlk oyun - 0:0

Qeyd edək ki, ilk oyun günündə Ukraynanın "Dinamo" (Kiyev), Macarıstanın "Ferentsvaroş" və Yunanıstanın "Olimpiakos" komandaları Çempionlar Liqasının qrup mərhələsinə yüksəliblər.
KİV: ABŞ xüsusi xidmət orqanları Assancı zəhərləmək istəyibABŞ-ın xüsusi xidmət orqanları “WikiLeaks”in banisi Culian Assancı zəhərləməyi planlaşdırıb.

“Report” xəbər verir ki, bu barədə Britaniyanın “The Guardian” qəzetində dərc edilmiş materialda bildirilir.

“UC Global” mühafizə müəssisəsinin sabiq-əməkdaşı nəşrə bildirib ki, ABŞ kəşfiyyatı onunla birlikdə jurnalistdən "xilas olmaq" üsullarının müzakirəsini keçirib. Bu üsullar arasında Assancın oğurluğuna variantına da baxılıb.

Mənbənin sözlərinə görə, ABŞ-ın xüsusi xidmət orqanları 2017-ci ildə “UC Global”ın başçısı Devid Moralesə “WikiLeaks”in banisi barəsində "daha radikal tədbirlər" tətbiq etmək təklifi ilə müraciət edib.

Bundan başqa, Assancın gizləndiyi səfirlik binasında müşahidə kameralarının və mikrofonların quraşdırılması planlaşdırıb.

Qeyd edək ki, Assanc hazırda Britaniya həbsxanasındadır.

Ordumuza dəstək üçün sahibkarlara müraciət edildi“Caspian Energy Club” sahibkarları tarixi missiyanı yerinə yetirərək işğal olunmuş ərazilərimizi düşməndən azad edən Azərbaycan Ordusuna yardımda fəal iştirak etməyə səsləyib.

Bu barədə “Caspian Energy Club”un sədri və baş icraçı direktoru Telman Əliyev məlumat verib.

“Sıralarında Xəzər-Qara dəniz və Baltik regionu sahibkarlarını birləşdirən ən nəhəng və dinamik təşkilat olan “Caspian Energy Club” Azərbaycanın bütün şirkətlərinin top-menecerlərindən Azərbaycan Ordusuna dəstək kampaniyasında fəal iştirak etməyi xahiş edib. Azərbaycan Ordusuna və cəbhəyanı bölgələrdə yaşayan dinc əhaliyə təşkilati, maliyyə və informasiya yardımı göstərmək bizim hər birimizin borcudur. Bu gün ən mühüm məqsədlərdən biri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə doğru-düzgün məlumatları çatdırmaqdır. Bununla əlaqədar olaraq, “Caspian Energy Club”un dünyanın 50 ölkəsindəki hər bir şirkət əməkdaşı baş verənlərdən xəbərdar olmalı və yalnız Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin rəsmi saytında dərc olunan məlumatlara istinad etməlidir. Eyni zamanda, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda həlak olmuş şəhid ailələrinə maliyyə yardımı davam etdirilməlidir. Biz birlikdə güclüyük! Qələbə bizim olacaq! Qarabağ – Azərbaycandır!”, - deyə Telman Əliyev qeyd edib.

Sıralarında dünyanın 50 ölkəsindən 5 mindən artıq şirkət və təşkilatı birləşdirən “Caspian Energy Club” 2002-ci ilin iyununda yaradılıb. “Biznes-hökumət” dialoqunun fəal iştirakçısı olan “Caspian Energy Club”un əsas məqsədi Azərbaycanda və şirkətin fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.

Biznes-netvorkinq üçün beynəlxalq platforma olan “Caspian Energy Club” mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir. Mənzil-qərargahı Bakıda yerləşən “Caspian Energy Club”un Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəlikləri, həmçinin dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.
Düşmənin məhv edilən döyüş texnikasının siyahısı AÇIQLANDI Sentyabrın 27-si səhər saatlarından sentyabrın 30-u saat 21.30-dək düşmən canlı qüvvədə, hərbi və döyüş texnikasında xeyli itki verib və bütün cəbhə boyunca tutduqları mövqelərdən və ərazinin vacib sahələrindən geri çəkilməyə məcbur edilib.

Müdafiə Nazirliyindən Avrasiya.net-ə verilən məlumata görə, bu müddət ərzində düşmənin ümumi itkiləri aşağıdakı kimidir:

- 200-dək tank və digər zirehli texnika;

- 228 ədəd artilleriya, yaylım atəşli raket sistemləri, minaatan;

- 30 ədəd hava hücumundan müdafiə vasitələri;

- 6 komanda-idarəetmə və komanda-müşahidə məntəqəsi;

- 5 silah-sursat anbarı;

- 110-dan artıq avtomobil texnikası;

- 1 ədəd “S-300” zenit-raket kompleksi.

Daha bir erməni generalı məhv edildi - FOTOErmənistan-Azərbaycan qoşunlarının təmas xəttində döyüş əməliyyatları ordumuzun üstünlüyü ilə davam edir. Bu gün daha bir erməni generalı silahlı qüvvələrimiz tərəfindən məhv edilib.

Avrasiya.net xəbər verir ki, sosial şəbəkələrin erməni seqmentində yayılan xəbərə görə, Ermənistan silahlı qüvvələrinin generalı Arshavir Gharamyan məhv olub.