“Ermənistan hökuməti PKK terrorçularını Şuşaya yerləşdirib”“Çox etibarlı kəşfiyyat məlumatlarına görə, Ermənistan hökuməti PKK terrorçularını Şuşa şəhərinə yerləşdirib və onlar Azərbaycan hərbçilərinin formasına uyğun geyindirilib”.

Avrasiya.net xəbər verir ki, bunu Azərbaycan Respublikasında akkreditə olunmuş xarici hərbi attaşelərə və beynəlxalq təşkilatların (BMT, Aİ, BQXK) ölkəmizdəki nümayəndələri üçün keçirilən brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Şöbə müdirinin sözlərinə görə. bunun iki məqsədi var:

“Birincisi Azərbaycan Silahlı Qüvvələrini yanıltmaq, ikinci məqsəd isə itkilər olduqda, onların guya Azərbaycan Silahlı Qüvvələri sırasında döyüşdüyünü iddia etməkdir.

Sizin diqqətinizi professional bir yanlışlığa çəkmək istəyirəm. Ermənistan Müdafiə Nazirliyi rəsmi sosial şəbəkədəki hesabında bu günlərdə bir foto yayımladı. Fotoda Ermənistanın Müdafiə naziri David Tonoyan və erməni əsgərləri vardı.

Onun yanında dayanan əsgər Azərbaycan Dövlət Sərhəd Xidmətinin geyimində idi. Fotodakı digər əsgər də həmin hərbi geyimdə idi və onun ayağında Azərbaycan Sərhəd Xidmətinə məxsus ayaqqabı vardı. Bu ciddi şübhələr və suallar doğurur. Qeyd edim ki, bu foto dərhal silindi. Sual yaranır: Azərbaycan Dövlət Sərhəd Xidmətinin geyimində olan əsgər Ermənistan Müdafiə nazirinin yanında nə edir?

Bizim buna cavabımız var. Bir neçə gün öncə Ermənistan Müdafiə Nazirliyi vasitəsilə xüsusi saxta videolar yayıldı. Guya xarici döyüşçülər Azərbaycan Silahlı Qüvvələrinin sıralarında vuruşur, onların da əynində Azərbaycan Dövlət Sərhəd Xidmətinin geyimi vardı. Ermənistan saxta propaqanda elementlərindən istifadə edir. Hazırda PKK və müxtəlif ölkələrdən olan etnik ermənilər Azərbaycana qarşı döyüşlərə qatılıb və onlar ön cəbhəyə göndərilir. Təəssüf ki, xarici ölkələrdən olan etnik ermənilərin müəyyən qismi Avropa İttifaqı və NATO ölkələrindən gəlir”.
“Ermənistan Azərbaycan ordusunu vadar edir ki, əks-həmlə tədbirləri həyata keçirsin”“Ermənistan Zəngilan və Qubadlı istiqamətində Azərbaycan-Ermənistan sərhədinin olduğunu qəbul etməlidir”.

Avrasiya.net xəbər verir ki, bunu Azərbaycan Respublikasında akkreditə olunmuş xarici hərbi attaşelərə və beynəlxalq təşkilatların (BMT, Aİ, BQXK) ölkəmizdəki nümayəndələri üçün keçirilən brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Prezident köməkçisi deyib ki, sərhədin əks istiqamətindən Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə hücumlar həyata keçirilir və bu, Azərbaycan Silahlı Qüvvələrini vadar edir ki, əks-həmlə tədbirləri həyata keçirsin:

“Ermənistan Azərbaycanın sərhədlərinə hörmət etməlidir”.
Azərbaycan XİN Pakistana başsağlığı verdiPakistanın Peşavar qəsəbəsindəki mədrəsələrə terror hücumu, uşaqlar da daxil olmaqla günahsız insanların öldürülməsi və yaralanması xəbəri bizi çox kədərləndirib.

Avrasiya.net xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Tvitter səhifəsində qeyd olunub.

“Qurbanların ailələrinə başsağlığı verir və yaralananların tezliklə sağalmasını diləyirik. Azərbaycan terrorizmin bütün formalarını və təzahürlərini qətiyyətlə pisləyir”, - bildirilib.
Ermənistan Bərdəyə raket atdı: 4 ölü, 13 yaralı - Foto
17:08

Ermənistanın Bərdə rayonuna etdiyi nəhəng raket hücumu nəticəsində 3 mülki şəxs həlak olub və 10 nəfər uşaq və qadın ağır yaralanıb. Ermənistanın hərbi cinayətləri davam edir.

Avrasiya.net xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Tvitterdə yazıb.

“Bu gün Ermənistan Müdafiə Nazirliyi sərt zərbə endirəcəyinə dair açıqlama vermişdi. Bununla onlar mülki şəxsləri, uşaqları və qadınları nəzərdə tuturlar”, - o qeyd edib.

***

Ermənistan Ordusu tərəfindən Bərdə rayonunun Qarayusifli kəndinə atılan raket nəticəsində ölənlərin sayının 4-də çatdığı deyilir. Ölənlərdən biri 8 yaşlı uşaqdır.

***

Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə rayonu ərazisinə raket atılması nəticəsində yaralananların sayı 13-ə çatıb.
Ermənistanda sərhəd qoşunlarının 37 hərbçisi ölüb, 243-ü yaralıdırİşğalçı Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunları münaqişə bölgəsindəki döyüş əməliyyatları zamanı 37 nəfərin öldüyünü açıqlayıb.

Bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktor müavini Armen Abazyan mətbuat konfransında deyib.

“Döyüşlərə Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunlarının hərbi qulluqçuları cəlb edildi. Təəssüf ki, 37 nəfər öldü, 4 nəfər itkin düşdü. Daha 243 nəfər xəsarət aldı”, - deyə o bildirib.

Xatırladaq ki, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunları komandanı Vaqinak Sarkisyan ötən gün tutduğu vəzifədən azad edilib. Prezident Armen Sarkisyanın sərəncamı ilə bu vəzifəyə Arman Maralçyan təyin edilib.(Qafqazinfo)
Ermənistan yenə elan verdi: qan çatmırErmənistan Səhiyyə Nazirliyi vətəndaşları yenə qan verməyə çağırıb.

Avrasiya.net xəbər verir ki, nazirlik cəbhədə yaralanan hərbçilərin həddən çox olduğu və qan ehtiyatlarının bu tələbi ödəmədiyini etiraf edib.

Qeyd edək ki, Ermənistan ordusunun Qarabağda 27 sentyabrdan bəri 10 mindən artıq itki verdiyi, o cümlədən minlərlə hərbçisinin yaralandığı haqda məlumat var.
Bütün mübarizələrin önündə... - Süleyman İsmayılbəyli yazırNə üçün hər bir istiqamətlərdə apardığımız mübarizədə əsas yük Cənab Prezidentin çiyinləri üzərinə düşməlidir?

Növbəti erməni təxribatı və bu təxribatın qarşısını almaq məqsədilə Azərbaycan Ordusunun başlamış olduğu əks-hücum əməliyyatının 1 ayı tamam olur. Ötən 1 ay müddətində Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar nəticəsində uzun illər erməni işğalı altında olan bir sıra şəhər və rayonlarımız, yaşayış məntəqələrimiz və strateji əhəmiyyətli yüksəkliklərimiz azad olunub, düşmən bütün cəbhə boyu geri çəkilməyə məcbur edilib.

Son 1 ay ərzində yaşadıqlarımız, xalq olaraq aldığımız xoş xəbərlər və uzun illər ərzində işğal altında olan ərazilərimizin azad edilməsi müjdəsi bizləri nə qədər sevindirsə də, Azərbaycanın haqq işi uğrunda başladığı mübarizəyə mane olmağa çalışanların, bunun üçün ölkəmizə təzyiq göstərmək istəyində olanların davranışları, ortaya qoyduqları ədalətsiz, qərəzli münasibət də bizləri o qədər məyus edib, hətta qəzəbləndirib, hiddətə gətirib.

Ötən 1 ay müddətində müşahidə etdiklərimiz, qarşılaşdığımız proseslər, situasiya bir reallığı da ortaya qoydu ki, etiraf etsək də, etməsək də hələ də bir sıra sahələrdə çatışmamazlıqlarımız var. Həm də bu çatışmamazlıqlarda bizlərin, vətəndaş olaraq əksəriyyətimizin günahı var. Əgər bu gün beynəlxalq aləmdə, xarici kütləvi informasiya vasitələrinin bəzilərində Azərbaycana qarşı qərəzli münasibət varsa və bu qərəz, ədalətsizlik hər addımda özünü büruzə verir, hətta Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevlə müsahibələr zamanı belə xarici media təmsilçilərinin mövqeyindən açıq-aydın sezilirsə, deməli belə bir mənzərənin mövcud olmasında biz media təmsilçiləri də müəyyən mənada günahkardır. Yaxud Avropanın, Qərbin, eləcə də digər ölkələrin siyasi təsisatları, partiya və digər bu tipli təşkilatlarında Azərbaycana qarşı münasibət istədiyimiz səviyyədə deyilsə, bunda ölkədə fəaliyyət göstərən siyasi partiyaları qınamaq yerinə düşər. Eyni fikri qeyri-hökumət təşkilatları barədə də söyləmək mümkündür.

Məhz adlarını çəkdiyim təşkilat və qurumların, KİV-lərin yetərli fəaliyyət göstərməməsinin nəticəsidir ki, Azərbaycana qarşı bəzi məqamlarda mənfi münasibət, qərəzli yanaşma özünü büruzə verir. Bütün bu mənfi elementlərə, problemlərə qarşı dayanan, əzmlə mübarizə aparan və onları zərərsizləşdirən isə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevdir. Bu gün Cənab Prezident Ali Baş Komandan kimi döyüş meydanında gedən uğurlu əks-hücum əməliyyatlarına rəhbərlik etdiyi və yeni zəfərlərə imza atdığı kimi, informasiya cəbhəsində də fəal mübarizə aparır, Azərbaycana qarşı bəzi xarici KİV-lərdə özünü büruzə verən mənfi elementləri zərərsizləşdirə bilir. Eyni zamanda dövlət başçısı Qərbdəki, Avropadakı bəzi siyasi təsisatların ölkəmizə qarşı yönəlik təzyiqlərini neytrallaşdıra, haqlı mövqeyimizi dünyaya çatdıra bilir.

Ancaq bütün bunları müşahidə edərkən haqlı olaraq ortaya belə bir sual çıxır? Nə üçün bütün istiqamətlərdə apardığımız mübarizədə əsas yük Cənab Prezidentin çiyinləri üzərinə düşməlidir? Nə üçün istər siyasi, istər media, istərsə də digər istiqamətlərdə Azərbaycana yönəlik təzyiqləri, qərəzli münasibəti yalnız dövlət başçısı zərərsizləşdirməlidir? O zaman ölkədəki siyasi təsisatların, QHT-lərin, bəzi deputatların, eləcə də KİV-lərin fəaliyyəti, işi nədən ibarətdir?. Axı ölkədə adlarını çəkdiyimiz təşkilat və qurumlara, KİV-lərə kifayət qədər dövlət qayğısı var. Son illərdə qeyd etdiyimiz istiqamətlərdə müsbət tendensiya daha çox özünü büruzə verir. Məsələn, götürək siyasi partiya və ictimai birliklərlə iş və bu sahəyə göstərilən dövlət qayğısını. Heç kimə sirr deyil ki, 2016-cı il referendumundan sonra Azərbaycanda yeni bir siyasi mərhələ başlayıb və bu mərhələdə dövlət, hakimiyyətlə siyasi partiyalar, ictimai birliklər arasında sıx əməkdaşlıq elementləri özünü göstərir.

Hakimiyyət siyasi partiyaların uzun illər yığılıb qalan problemlərini həll edir, bir çox partiyaların dövlət qeydiyyatı problemini müsbət mənada həll edir. Müntəzəm olaraq Prezident Administrasiyasında yaradılmış müvafiq şöbənin rəhbəri siyasi partiya rəhbərləri ilə görüşüb onların qayğıları ilə maraqlanır. Yəni ölkədə yeni bir siyasi proses başlayıb. Düzdür, siyasi partiyalar da öz növbəsində hakimiyyətin əməkdaşlıq mühitinin yaxşılaşdırılması istiqamətində atdığı addımlara bəzi hallarda adekvat reaksiya verir. Elə cəbhədə əks=hücum əməliyyatları başlayan ərəfədə ölkədə fəaliyyət göstərən 50-dən artıq siyasi partiyanın birgə bəyanat imzalayaraq Ali Baş Komandanın, dövlət başçısı və dövlətin yanında olmasını bildirməsi bunun əyani sübutudur.

Ancaq onu da etiraf etmək lazımdır ki, yalnız quru bəyanatlar, KİV-lərdə mövqe bildirmək və s. fəaliyyətlərlə hakimiyyətin əməkdaşlıq jestinə adekvat münasibət sərgiləmək kifayət etmir. Bəlkə də yanılıram, indiyə qədər hansısa siyasi partiya rəhbəri beynəlxalq səviyyədə əməkdaşlıq etdiyi tərəfdaşı ilə Azərbaycanın problemini müzakirə edib, erməni təcavüzü barədə ona məlumat veribmi? Yaxud mövcud problemlə əlaqədar istər Bakıda, istərsə də hansısa xarici ölkədə dəyirmi masa, tədbir təşkil edibmi? Hesab edirəm ki, yox. Hətta deyərdim ki, əksər siyasi partiyaların heç birinin beynəlxalq səviyyədə əməkdaşlığı yoxdur. O cümlədən hər hansı partiya rəhbərinin, funksionerinin indiyə qədər xarici mediada Qarabağ problemi, Ermənistanın təcavüzkar siyasəti barədə yazısının dərc edilməsi barədə məlumatsızam. Məgər bu da çətin işdirmi? Eyni problemi QHT-lər barədə də söyləmək mümkündür. Bir neçə QHT-ni çıxmaq şərtilə yerdə qalan bütün vətəndaş cəmiyyəti nümayəndələri QHT Şurasından aldıqları maliyyə dəstəyini paytaxt və respublikanın digər rayonlarında ənənəvi tədbirlər keçirməyə, Qarabağ problemini özümüzə anlatmağa üstünlük veriblər. Təəssüflər olsun ki, Biləcəridən kənara çıxmağa lüzum görməyiblər. Ən yaxşı halda xaricdəki tərəfdaşları ilə ümumilli hüzn günlərində ortaq tədbir təşkil ediblər.

Elə KİV-lərdə də vəziyyət ürəkaçan deyil. Etiraf etmək lazımdır ki, Azərbaycan dövlətinin, şəxsən dövlət başçısının xüsusi diqqət və qayğı göstərdiyi sahələrdən biri də media sahəsidir. Ötən illərdə dövlət qayğısı nəticəsində KİV-lərimiz kifayət qədər inkişaf edib. Lakin təəssüf hissi ilə qeyd etmək lazımdır ki, bu inkişaf yalnız daxillə kifayətlənib və xaricə çıxış elementləri özünü büruzə verməyib. Bəlkə də yazdıqlarım bir çox həmkarlarımın xətrinə dəyər, ancaq mövcud reallıq ondan ibarətdir. Mən daxil olmaqıla KİV-lərdə çalışan media təmsilçilərimizin mütləq əksəriyyyəti ölkəmizin üzləşdiyi erməni təcavüzü barədə xarici KİV-lərə çıxmağa, yazılar, məqalələr dərc etməyə maraqlı olmayıblar. Siyasi partiya və QHT-ləri bəlkə başa düşmək olar. Ancaq biz jurnalistlər üçün bu daha asandır və əgər istəsək əksər ölkələrin KİV-lərində bu tipli yazıların dərcinə nail ola bilıərik. Düzdür, məhdud sayda həmkarlarımız var ki, bunu edir. Ancaq həmin say mənsub olduğumuz çoxluğun içərisində itib-batir. Beləliklə, beynəlxalq media şəbəkəsində Azərbaycan əleyhinə münasibət formalaşır və biz də ancaq həmin şəbəkəni qınamaqla məşğul oluruq. Real bir iş görmək əvəzinə.

Bütün bunların nəticəsidir ki, Azərbaycan Prezidenti bütün cəbhələrdə təkbaşına döyüşür, ölkəmizə qarşı yönəlik təzyiq və təsirləri yalnız özü zərərsizləşdirir. Düşünürəm ki, ötən bir ay ərzində yaşadıqlarımız, üzləşdiyimiz qərəzli münasibət, beynəlxalq təzyiq və təsirlər hər birimiz üçün dərs olmalıdır.

Süleyman İsmayılbəyli
Milli Vəhdət Partiyasının sədr müavini
"Azərbaycanın hər hansı xarici hərbi gücə ehtiyacı yoxdur"“Əcnəbilərə ehtiyacımız yoxdur, Vətənimizi azad edənlər Azərbaycan əsgərləri və zabitləridir!”

“Bu gün İkinci Qarabağ müharibəsinin başlanma səbəbi və tarixçəsilə bağlı işğalçı ölkə hər nə qədər bəhanə və ittihamlar səsləndirsə də, reallıq ondan ibarətdir ki, sentyabrın 27-də Ermənistan Azərbaycana qarşı hərbi hücuma keçdi. Bu, üç ay müddətində Ermənistan tərəfindən Azərbaycana qarşı üçüncü hərbi təxribat idi...”

Avrasiya.net xəbər verir ki, bunu “AzPolitika.info”-ya açıqlamasında millət vəkili Sadiq Qurbanov bildirib.

S.Qurbanov qeyd edib ki, üç aya yaxın müddətdə davam edən erməni təxribatlarının məqsədi yeni ərazilərin işğalı və Azərbaycanın beynəlxalq əhəmiyyətli enerji nəqli infrastukturunu təhdid altında saxlamaq, hətta ona nəzarti ələ keçirmək idi: "Beynəlxalq müşahidəçilərin və ekspertlərin rəyi də göstərir ki, Ermənistan Azərbaycana qarşı hücum edib və məqsəd yeni ərazilərin işğalı olub. Ermənilər dövlət sərhədindən bir neçə kilometr məsafədə yerləşən strateji enerji infrastrukturu üzərində nəzarəti ələ keçirmək istəyirdilər. Trans-Adriatik boru kəməri demək olar ki, tamamlanıb. Cənub Qaz Dəhlizi təkcə Azərbaycanın deyil, həm də Avropanın enerji təhlükəsizliyi layihəsidir və Ermənistanın məqsədlərindən biri bu boru kəməri üzərində nəzarəti ələ keçirmək, bununla da Azərbaycanı, həmçinin Avropa istehlakçılarını şantaj etmək idi. Həmin vaxt Azərbaycan tərəfindən onlara ciddi cavab verildi.

Nəzərə almaq lazımdır ki, Azərbaycanın infrastruktur layihələrinə yatırdığı sərmayələr nəqliyyat üzrə çox geniş beynəlxalq əməkdaşlıq formatının yaradılması ilə nəticələnib. Heç kimə sirr deyil ki, Azərbaycandan keçən neft və qaz kəmərləri artıq çox mühüm enerji təhlükəsizliyi mənbəyinə çevrilib. Həmçinin, Azərbaycan informasiya texnologiyaları sektoruna böyük sərmayələr yatırır və bunun nəticəsində Azərbaycanda internetdən istifadə təqribən 80 faizdir. Əlbəttə ki, həm də coğrafi və infrastruktur nöqteyi-nəzərdən Azərbaycan bu gün çox vacib regional tərəfdir.”

Ermənistanın planlarının Azərbaycan dövləti və Ordusu tərəfindən vaxtında pozulduğunu bildirən millət vəkili qeyd etdi ki, artıq ermənilərin döyüş meydanından qaçmaqdan başqa çarəsi qalmayıb: “Günümüzün xoş reallığı ondan ibarətdir ki, məmləkətimizdə hər gün azad edilmiş yeni şəhər və kəndlər haqqında məlumat verilir. Bu, Azərbaycan Ordusunun yüksək səviyyəli bacarığını və potensialını nümayiş etdirir. Ermənistan döyüş meydanında məğlub olur və qaçmaq məcburiyyətindədir. Artıq İranla beynəlxalq sərhəd bərpa edilib. Bu sərhədin 130 kilometrdən çox hissəsi işğal atlında idi.

Ermənistan hərbi əməliyyatların aktiv fazası başlayandan sonra əldə olunan atəşkəsi üç dəfə pozub. Onlar birinci dəfə oktyabrın 10-da atəşkəsi kobud şəkildə pozaraq gecə vaxtı Gəncə şəhərinə ballistik raket atıblar, ikinci dəfə bunu oktyabrın 17-də ediblər, bu gün yenə atəşkəsi pozurlar. Azərbaycanın mövqeyi isə ondan ibarətdir ki, razılaşmalara və beynəlxalq hüququn tələblərinə riayət olunmadıqca torpaqların hərbi yolla azad olunması davam edəcək.”

S.Qurbanov düşmənin dezinformasiya cəhdlərinin də uğursuzluğa düçar olduğunu qeyd edərək, Türkiyənin bu münaqişədə iştirakına dair heç bir dəlil ortaya qoyulmadığını vurğuladı: “Ermənistanınsa gücü dezinformasiya yaymağa çatır. Bu, Türkiyənin regiondakı rolu və digər məsələlərlə bağlı məlumatlarda da özünü əks etdirir. Ölkə başçısının da dediyi kimi, Türkiyənin F-16 qırıcı təyyarələri ona görə Azərbaycandadır ki, toqquşmalar başlamadan öncə birgə hərbi təlimdə iştirak edirdilər və onlar yerdədilər, səmada deyillər. Ermənistanın Su-25 təyyarəsi isə dağa çırpıldığı halda onlar bunu guya Türkiyə F-16 qırıcı təyyarəsi tərəfindən vurulduğu kimi qələmə verməyə çalışırdılar. Bu, münaqişənin ilk günlərində, sentyabrda baş verib. Ermənilərsə oktyabrın 10-da ballistik raketlərlə Gəncəyə hücum ediblər. Bu, beynəlxalq terror əməli idi, Gəncəyə edilən bu hücumlara haqq qazandırmaq olmaz və onlar buna görə mütləq məsuliyyət daşıyacaqlar.

O da qeyd edilməlidir ki, bütün iddia və dezinformasiyalara rəğmən Türkiyənin bu münaqişədə iştirakına dair heç bir sübut yoxdur. Və bütün qərəzli iddialara baxmayaraq, reallıq göstərir ki, Azərbaycan tərəfində heç bir əcnəbi döyüşçü yoxdur. Bu, dezinformasiyadır. Toqquşmalar başlayandan keçən müddətdə nə Fransadan, nə də Rusiyadan bu iddialarla bağlı heç bir dəlil, sübut təqdim olunmayıb.”

Azərbaycanın hər hansı xarici hərbi gücə ehtiyacının olmadığını xatırladan S.Qurbanov ölkəmizin özünün düşməni qat-qat üstələyən nizami ordusunun olduğuna və öz vəsaitləri hesabına yetərincə silah və hərbi avadanlıqla təmin olunduğuna diqqət çəkdi: “Azərbaycana əcnəbilər lazım deyil, çünki Azərbaycanın 100 min nəfərdən ibarət nizami ordusu, müasir avadanlığı və 30 ildir ki, işğaldan əziyyət çəkən motivasiyalı insanları var.

Silahlanma səviyyəsi, bu silahların mənşəyi və tərəflərin döyüş zonasındakı hərbi potensialına gəldikdə, dövlət başçısının qeyd etdiyim kimi, Azərbaycana hərbi avadanlığı ən çox tədarük edən heç də Türkiyə və İsrail deyil. Bu ölkə Rusiyadır. Lakin Ermənistandan fərqli olaraq, Azərbaycan Rusiyadan aldığı silahlara görə pul ödəyir və əlbəttə ki, bu gün Azərbaycanın ərazi bütövlüyünü bərpa etməyə kömək edən müasir silahları almaq imkanı var!”

İranın son zamanlar tez-tez sərhəddəki durumla bağlı narazılıqlarına gəlincə, S.Qurbanov Azərbaycan Ordusunun şanlı zəfəri sayəsində artıq bu narahatlığa əsas qalmadığını bildirdi: “Bu məsələdə İran faktoru da nəzərə alınmalıdır. İranın rəhbərləri Azərbaycan və Ermənistan tərəfi ilə əlaqə yaradıb, çünki toqquşmalar İranla sərhəd olan Araz çayının yaxınlığında gedirdi və təsadüfən mərmilərin bəziləri sərhədi keçirdi. Lakin bu gün Azərbaycan-İran sərhədi erməni işğalçılarından tamamilə təmizlənib. Buna görə orada artıq heç bir toqquşma baş vermir və Araz çayının o biri tərəfində - İranda olan qardaşlarımız üçün artıq heç bir narahatlıq olmayacaq.”

Vasitəçilərin 28 illik yarıtmaz fəaliyyətinə də toxunan millət vəkili qeyd etdi ki, bu günə qədər həmsədr ölkələr Ermənistana işğala son qoyması üçün hər hansı ciddi təzyiq göstərməyiblər və bu səbəbdən Azərbaycana ədaləti güc yolu ilə bərpa etməkdən başqa seçim qoymayıblar: “Əlbəttə ki, ATƏT-in Minsk Qrupu hadisələrin tam mərkəzində olmalı olan təşkilatdır. Həmsədr ölkələri 28 ildir ki, heç bir nəticə olmadan vasitəçilik etməyə və tərəflərə həll yolunu tapmağa kömək etməyə çalışırlar. Bu üç ölkə, eyni zamanda, BMT Təhlükəsizlik Şurasının üzvləridir, daimi üzvləridir. Onlar Azərbaycanın istinad etdiyi və erməni qoşunlarının çıxarılmasını tələb edən qətnamələri qəbul edib. Lakin onlar işğal olunmuş əraziləri boşaltmaq və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl etmək üçün Ermənistana kifayət qədər beynəlxalq təzyiq göstərməyiblər. Buna görə də Ermənistanın növbəti hərbi hücumundan sonra Azərbaycan özünü müdafiə etməli və ədaləti güc yolu ilə qorumalı idi. Bunu da uğurla edir!

Vasitəçilərə gəlincə, Amerika Birləşmiş Ştatları, Rusiya və Fransadan Dağlıq Qarabağa müstəqillik verilməsi ilə bağlı indiyədək heç bir plan təqdim olunmayıb və oluna da bilməzdi. Çünki bu torpaqlar Azətrbaycanın suveren ərazilərinə daxildir. Sülh planında isə bənd var ki, Dağlıq Qarabağın ətrafında yerləşən, 700 mindən çox azərbaycanlının yaşadığı işğal olunmuş bütün ərazilər Azərbaycana qaytarılmalıdır, vəssalam!”

Nəhayət, qardaş Türkiyənin bu haqq savaşında Azərbaycanın yanında olmasının müstəsna məna kəsb etdiyini bildirən S.Qurbanov yenə də son sözü döyüş meydanında Azərbaycan əsgərinin dediyini vurğuladı: “Bir daha bu prosesdə Türkiyənin xüsusi rolunun olduğu qeyd edilməlidir. Bütün dünya ictimaiyyətinin gözü qarşısında Rəcəb Tayyib Ərdoğan hələ ilk gündən Azərbaycana güclü dəstəyini açıq şəkildə ifadə etdi. Bu, çox güclü siyasi dəstəkdir və buna görə çox minnətdarıq. Bununla yanaşı, bütün dünya bilməlidir ki, bu gün Azərbaycan döyüş meydanında nə edirsə özü edir. Bəli, bunu müasir silahlarla, avadanlıqlarla edir. Lakin hər kəs bilməlidir ki, Vətənimizi azad edən əsas qəhrəmanlar Azərbaycan əsgərləri və zabitləridir!”
"Koronavirus həmişə bizimlə qalacaq""Koronavirus həmişə bizimlə qalacaq. Koronavirusun başqa növləri də olub. Bu da beşincisidir. Qrip epidemiyası da yayılanda çoxsaylı ölümlərə gətirib çıxartmışdı. Amma sonra zəiflədi və bir çox virus arasında yer aldı. Əslində bu virusu da eyni aqibət gözləyir. COVID-19 haqqında, xüsusən haradan gəldiyi barədə çox şey bilmirik, amma dəqiq bilirik ki, heç yerə getməyəcək".

Publika.az xəbər verir ki, bu sözləri tanınmış həkim Aleksandr Myasnikov “KP” Radiosunun efirində qonaq olarkən deyib. Bununla belə həkim bədbinliyə qapılmamağı tövsiyə edib:

“Xəstəxanaya gəlib baxın, qanaxmadan, onkologiyadan minlərlə insan ölür. Dünyada hər il milyonlarla insan ölür, sadəcə statistikanı açın, bir ildə təxminən 70 milyon insan dünyasını dəyişir. Bəli, bir milyon insan koronavirusdan öldü. Lakin ölənlərin orta yaşı müxtəlif ölkələrdə 70 və 70 yaşdan yuxarıdır. Bəzi ölkələrdə 85, bəzilərində daha azdır. Yaşlılar təəssüf ki, ölürlər və xroniki xəstəliklər zəncirinə koronavirus son qoyur.

Adi koronavirusu olan bir insan sətəlcəm ilə xəstəxanaya gələrsə, ölüm nisbəti 10% -dir. Yaşlı bir adam xəstəxanaya pnevmoniya ilə müraciət edərsə, ölüm nisbəti 25%- dir. Xəstəxanadan buraxıldıqdan sonra risk 7 %-dir, çünki sonrakı ilk ay təhlükəlidir. Həmişə belə olub. Yaşlı insanlar həmişə hər hansı xəstəlikdən ölürlər. Əgər yaşlı xəstənin xroniki xəstəlikləri varsa, pnevmoniya və ya qrip buna son qoyur. İndi COVİD-19 bu xəstələrin həyatına son qoyur.

Yaxşı tərəfi odur ki, bir virusla nəfəs alırıq, virusun ulu nəvələri tamamilə fərqlidirlər. Bizdən keçən koronavirus intensivliyini və virulentliyini itirir. Növbəti insan daha zəif bir virusa, digəri isə ikiqat zəifləmiş bir virusa yoluxmuşdur. Onsuz da hamımız xəstələnəcəyik, dünya əhalisinin 50% -i onsuz da xəstələnəcək. Hətta peyvəndin onu dayandırmayacağını söyləməliyəm. Kütləvi immunitetə qovuşmaq üçün vaxtımız olmayacaq, çünki bunun nə qədər təsirli olduğunu bilmirik, ümumiyyətlə koronavirusa qarşı peyvəndlərin immunitetə uzunmüddətli təsirinin nə qədər olduğunu bilmirik”.

Həkim qeyd edib ki, xəstə insanların peyvənd vurdurmasına ehtiyac yoxdur:

“Xəstələnənlərdə antikorlar bir müddət sonra azalır və ya ümumiyyətlə yox olurlar. Sağalmışların da 5 faizində antikorlar ümumiyyətlə yox olur. Ancaq bu, immunitetin olmadığı anlamına gəlmir, çünki yaddaş hüceyrələri qorunur, sadəcə antikorlar periferik qanda yox olur və uşaqlıq hüceyrələri, yaddaş hüceyrələri sümük iliyində qorunur. Bu, immunitetin mürəkkəb bir mövzusudur və antokorların yox olması o qədər də sadə deyil”.

İş adamı əsgərimizə “Mersedes” bağışladı - Fotoİş adamı Fərid Novruzi işğaldan azad edilmiş Hadrut qəsəbəsində çəkilmiş videoda “Mersedes” markalı avtomobil arzuladığını deyən əsgərimizlə görüşərək, sözügedən maşını ona hədiyyə edib.

Kult.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında məlumat yayıb.

F.Novruzi bildirib ki, döyüşlərdə yaralanan əsgərimizlə hospitalda görüşüb.

Xatırladaq ki, bir müddət öncə Xocavənd rayonunun Hadrut qəsəbəsinin işğaldan azad olunmasından sonra bir əsgərimizin qəsəbədə olarkən “gəl o iki qapılı “Mersedes”i aparaq, uşaqlıq xəyalım olub mənim” deməsinin əks olunduğu video yayımlanmışdı. Videonu izləyən iş adamı isə həmin əsgərə arzuladığı avtomobili hədiyyə edib.