Ən ağrılı kompromisə hazırıq - Paşinyan ağ bayraq qaldırdıİstəyirəm ki, biz bu suala cavab verək. Erməni xalqı kompromisə hazırdır? Fikrimcə, hə, erməni xalqı buna hazırdır.

Axar.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan Feysbukda canlı yayımda çıxışında deyib.

“Biz hətta ən ağrılı kompromislərə hazırıq, ancaq erməni xalqı kapitulyasiyaya hazırdırmı? Fikrimcə, erməni xalqı buna hazır deyil”, - Paşinyan bildirib.
Ermənistan meyitlərini götürməkdən imtina edir - HacıyevAzərbaycan humanist prinsiplərlə birtərəfli qaydada erməni əsgərlərin meyitlərin Beynəlxalq Qızıl Xaç Cəmiyyəti ilə Ermənistana verməyə hazırdır. Hələ 18 oktyabrda bunu bəyan etməyimizə baxmayaraq, Ermənistan cavab vermir. Meyitləri götürməkdən imtina real vəziyyəti gizlətmək məqsədi daşıyır.

Avrasiya.net xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Tvitter hesabında yazıb.
Bütün hallarda Qarabağda son sözü Azərbaycan Ordusu deməli olacaqƏlisahib Hüseynov
Milli Həmrəylik Partiyasının (MHP) sədri

Dövlət başçımızın bu gün xalqa müraciətində diqqət çəkən əsas məqamlardan biri oktyabrın 29-da Cenevrədə Azərbaycan və Ermənistan XİN rəhbərlərinin ATƏT-in Minsk Qrupu həmsədrləri ilə birgə görüşü haqda səsləndirdiyi fikirlər oldu. Prezident bildirdi ki, Amerikada baş tutan son danışıqlarnnəticəsində qərara gəlindi ki, bir neçə gündən sonra Azərbaycan və Ermənistan xarici işlər nazirləri Cenevrədə görüşəcəklər. Lakin bu görüşlərin hansısa bir mənası, səmərəsi, nəticəsi olmalıdır. Ilham Əliyev bunu xüsusi olaraq qeyd etdi:”Biz danışıqların əleyhinə deyilik. Mən etiraz eləmirəm, görüşsünlər. O qədər mənasız görüş olub ki... Bu 28 il ərzində o qədər mənasız görüş olub ki, biri artıq, biri əksik, fərq eləməz. Mən demək istəmirəm mən bu görüşə mənasız görüş kimi baxıram. Yox. Biz istəyirik ki, bunun mənası olsun”.

Bəli, bu görüş də bütün əvvəlki görüşlər, danışıqlar kimi səmərəsiz olacaq, nəticəsiz bitəcəksə, heç olmasın. Dövlət başçısının da qeyd etdiyi kimi Azərbaycan artıq bu mənasız görüşlərdən, yalançı vədlərdən, qeyri-səmimi diplomatiyadan yorulub. Azərbaycan xalqı artıq həmsədrlərə inamını itirib. İndi Azərbaycanda heç kim ATƏT-in Minsk Qrupunun vasitəçilərinə inanmır. Əksinə, insanlarımıza həmsədrlərə qarşı ikrah hissi var, sarkazm var, narazılıq var. Bu həmin diplomatlar üçün biabırçılıqdır. Həmsədrlər artıq Qarabağ məsələsinin dinc yolla nizama salınması ilə bağlı nəyisə həll etmək səlahiyyətlərini itiriblər. Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatları onların fəaliyyətini sıfırlayıb.

Amma bütün bunlara baxmayaraq rəsmi Bakı yenə də sülhün tərəfdarı kimi çıxış edir və məhz buna görə də görüşlərin keçirilməsinin, müzakirələrin aparılmasının əleyhinə deyil. Bunu rəsmi Bakının həmsədrlərə verdiyi son şans kimi də qiymətləndirmək olar. Ancaq Azərbaycan tərəfi bildirir ki, görüşlər substantiv olmalı, mahiyyətə yönəlik və sürətli şəkildə aparılmalıdır. Heç bir süni şəkildə ləngitmələr, prosesi uzatmalar ola bilməz. Zatən, cənab Prezident də bu gün xalqa müraciətində açıq mətnlə bildirdi ki, daha 28 il gözləmək niyyətində deyilik və bizim çox konkret tələblərimiz var - Ermənistan işğal edilmiş Azərbaycan torpaqlarından çıxmalıdır. Bununla bağlı bizə konkret qrafik verməlidir. Eyni zamanda Ermənistan hakimiyyəti Qarabağın Azərbaycan torpağı olduğunu qəbul etməlidir.

İndi baxaq görək işğalçı Ermənistanın hərbi-siyasi rəhbərliyi bizim bu şərtlərimizi, tələblərimizi qəbul edib konstruktivlik nümayiş etdirəcəkmi? Sözün açığı, mən buna inanmıram. Çünki biz avantürist Paşinyanı da və onun özü kimi riyakar Xarici İşlər naziri Zöhrab Mnasakanyanı da yaxşı tanıyırıq. Mnasakanyan öz baş nazirindən aldığı ağılsız təlimatlar əsasında Cenevrədə də qeyri-sağlam mövqe nümayiş etdirəcək və hiyləgər diplomatik gedişlərə üstünlük verəcək. Nəticədə bu görüş də səmərəsiz yekunlaşacaq. Odur ki, bütün hallarda Qarabağda son sözü Azərbaycan Ordusu deməli olacaq. Biz imitasiya xarakterli görüşlər keçirməklə düşmənin yenidən vaxt qazanıb özünü toparlamasına, güclənməsinə yol verə bilmərik!

Zamin Məmmədov: "İlk baxışdan sadə görünən bu insanın daxili aləmi o qədər zəngindir ki... "Bir neçə gün öncə Qubadlının azadlığı uğrunda şəhid olanlar sırasında polkovnik Şükür Həmidov da var idi,..

Mədəniyyət Nazirliyinin sifarişi ilə “Salnaməfilm” studiyasının lentə aldığı “Aprel yüksəkliyi” adlı sənədli film məhz Şükür Həmidova həsr olundu, onun döyüş yolunu əhatə etdi.

Filmin rejissoru Zamin Məmmədov bildirir ki, Aprel döyüşlərindən sonra sanki bir oyanış yaranmışdı, vətənpərvər hisslər daha da güclənmişdi: “Döyüşdə hünər göstərənlərin igidliyi, qəhrəmanlığı dillər əzbərinə çevrilmişdi. İstər döyüşdə həlak olanlar, istərsə də sağlığında Milli qəhrəman səviyyəsinə yüksələnlər hər biri dövlətin diqqətində idi, prezident onların hər birini yüksək qiymətləndirmişdi. Onlardan biri də Şükür Həmidov idi. Şükür Həmidov Cəbhənin cənib hissəsindəki idarəçilik korpus komandirinin müavini vəzifəsində çalışırdı, döyüş vaxtı öndə gedən komandirlərdən biri idi. Aprel döyüşlərində Lələtəpə istiqamətindəki döyüşləri o idarə edirdi. Filmdə bu öz əksini tapıb”.
Zamin Məmmədov: "İlk baxışdan sadə görünən bu insanın daxili aləmi o qədər zəngindir ki... "
Rejissor qeyd edir ki, Aprel döyüşlərindəki milli qəhrəman səviyyəsinə yüksələnlərin hər biri haqqında film çəkildi və mənim də qismətimdə Şükür Həmidov haqqında film çəkmək var idi: “Etiraf edim ki, onun haqqında film çəkilişi zamanı döyüşçünü tapmaq, onunla döyüşdüyü ərazilərdə çəkiliş aparmaq, o qədər də asan deyildi. Şükür Həmidov şəxsən özü çəkiliş üçün lazım olan bütün şəraiti yaratmaqda bizə yaxından kömək etdi. Çəkiliş vaxtı onun ailəsi də haqqında xatirələr danışırdı”.

Z.Məmmədov onu da qeyd edir ki, Lələtəpə istiqamətində düşməndən azad olunan ərazi tam olaraq “Aprel yüksəkliyi” filmində öz əksini tapıb.

Yeri gəlmişkən, Şükür Həmidovu tanıyanlar, xüsusilə ailəsi onun haqqında danışarkən, sadə görünüşə malik, sakit təbiətli biri kimi təqdim ediblər.

Filmin rejissoru deyir ki, ilk baxışdan sadə görünən bu insanın daxili aləmi o qədər zəngindir ki, danışdıqca necə böyük ürəyə sahib olduğunun şahidi olub.

Filmin rejissoru və ssenari müəllifi Zamin Məmmədov, operatoru Ömər Kutiyev, redaktoru Vüqar Əsgərovdur.
Zamin Məmmədov: "İlk baxışdan sadə görünən bu insanın daxili aləmi o qədər zəngindir ki... "
Zamin Məmmədov

HAŞİYƏ: 26 fevral 2019-cu il tarixində Nizami Kino Mərkəzində “Aprel yüksəkliyi” sənədli filminin təqdimatı keçirildi. Təqdimatda Şükür Həmidov da iştirak edirdi…

Milli Qəhrəman çıxış edərək Xocalı soyqırımı, Qarabağ müharibəsi haqqında danışdı, həmçinin Aprel döyüşləri zamanı Azərbaycan Ordusunun göstərdiyi igidlikləri xüsusilə vurğuladı. Ümidvar olduğunu bildirdi ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızın işğaldan azad olunacağı gün heç də uzaqda deyil…

Ş.Həmidov 1975-ci ildə Qubadlı rayonunda anadan olub. Lələtəpə yüksəkliyinin azad edilməsi əməliyyatı zamanı göstərdiyi şücaətə görə Şükür Həmidova müdafiə nazirinin əmri ilə vaxtından əvvəl polkovnik hərbi rütbəsi təqdim olunub. Azərbaycan Respublikası Prezidentinin 22 aprel 2016-cı il tarixli Sərəncamı ilə Şükür Nəriman oğlu Həmidov “Azərbaycan Respublikasının Milli Qəhrəmanı” adına layiq görülüb.

Şükür Həmidov oktyabrın 23-də doğma yurdu Qubadlı uğrunda gedən döyüşlər zamanı qəhrəmancasına həlak oldu, onun ölümündən 2 gün sonra Qubadlı işğaldan azad edildi…
Azərbaycanlılar Şuşaya, Xankəndiyə qayıdır... - PrezidentBizim dədə-baba torpaqlarımıza 200 il bundan əvvəl köçürülmüş ermənilərin də canı bu xuntadan qurtarılmalıdır. Əgər özləri öz canlarını qurtara bilmirlərsə, biz onlara kömək göstərəcəyik. İndi yeni Ermənistanın yeni hökuməti Paşinyanın simasında bəs demirdi ki, Ermənistanı idarə edən adamlar cinayətkardır? Paşinyana qədər ölkəni 20 il idarə edənlər Qarabağda xunta başçısı olublar, iki keçmiş prezident Ermənistan rəhbərləri olublar. İkisi haqqında da cinayət işi açılıb. Onlar Qarabağda yaşayan ermənilərin qanını içiblər.

Avrasiya.net xəbər verir ki, Prezident İlham Əliyev bu barədə xalqa müraciətində danışıb.

Dövlətimizin başçısı deyib: “Dağlıq Qarabağda yaşayan ermənilər bizim vətəndaşlarımızdır. Azərbaycan xalqı da tolerant xalqdır. O insanların günahı yoxdur. Kimin günahı var, o, cavab verir və mən demişəm ki, Azərbaycan xalqının qanı yerdə qalmayacaq və qalmır. Bu döyüşlərdə son bir ay ərzində Xocalı soyqırımını törədən cinayətkarlar artıq məhv edildi. Ədalət zəfər çaldı. Ona görə bir daha mövqeyimi bildirmək istəyirəm. Biz bu torpaqlara mütləq qayıdacağıq, hərbi-siyasi yollarla. Bu gün hərbi mərhələ başa çata bilər, bunu siyasi yollarla həll edək: azərbaycanlılar Şuşaya, Xankəndiyə qayıdır. Bütün başqa əvvəllər yaşadığımız yerlərə qayıdır. Erməni əhalisi üçün şərait yaradılır. Bir yerdə yaşamağa yavaş-yavaş öyrənməliyik, həm onlar, həm də biz”.

Prezident qeyd edib ki, məsələni belə görür. Bu yanaşma həm əxlaqa, həm beynəlxalq hüquq normalarına əsaslanır.

Pakistan Azərbaycana növbəti DƏSTƏKMilli Məclisin Sədri Sahibə Qafarovanın ünvanına xarici ölkələrin parlamentləri tərəfindən Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təcavüzünü pisləyən məktublar gəlməkdə davam edir.

Bu barədə Avrasiya.net-ə Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, bu günlərdə Pakistan İslam Respublikası Milli Assambleyasının Sədri Əsəd Qayser Milli Məclisin Sədrinə ünvanladığı məktubda Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəs rejiminin məqsədli şəkildə pozulması və Azərbaycanın mülki şəxslərinin atəşə tutulması pislənilir.

Məktubda bildirilir ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki şəxslərini hədəfə alması ciddi narahatlıq doğurur. Belə hərəkətlər BMT Nizamnaməsinin və beynəlxalq humanitar hüququn pozulması faktıdır. Pakistan Ermənistanı dövlət kimi tanımır və Pakistan Xarici İşlər Nazirliyi Dağlıq Qarabağ regionunda təhlükəsizlik sahəsində vəziyyətin gərginləşməsi barədə narahatlığını ifadə etmişdir.

Pakistan Milli Assambleyasının Sədri məktubunda Ermənistanın qardaş Azərbaycan xalqına qarşı təcavüzünü pisləyir və bildirir ki, Ermənistan vəziyyətin daha da gərginləşməməsi üçün hərbi əməliyyatları dayandırmalıdır.

Pakistanın Parlamenti, Hökuməti və xalqı qardaş Azərbaycan xalqının özünümüdafiə hüququnu dəstəkləyir. Pakistan Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə əsaslanan mövqeyində bundan sonra da onun yanındadır.
Ermənistanın nə qədər silahı qalıb? - StatistikaPrezident İlham Əliyev xalqa növbəti müraciətində düşmənin məhv edilmiş və hərbi qənimət kimi götürülmüş texnikaları barədə məlumatı açıqlayıb.

Axar.az xəbər verir ki, Prezident İlham Əliyev müraciəti zamanı Azərbaycan Ordusunun külli miqdarda döyüş texnikası məhv etməsinə rəğmən bəzi ölkələrin Ermənistanı yenə də silahla təchiz etdiyini bildirib.

Məsələnin aktuallığını nəzərə alaraq, hazırda Ermənistan ordusunda qalan hərbi texnikanın miqdarını təqdim edirik. Onu da qeyd edək ki, siyahı müharibədən öncə açıq mənbələrdən (Global Firepower) əldə edilən rəqəmlər əsasında hazırlanıb və bəzi dövlətlərin qeyri-leqal yollarla düşmənə göndərdiyi texnikanın miqdarı nəzərə alınmayıb.

Beləliklə, əslində Ermənistan ordusunun arsenalında qalmalı olan hərbi texnikanın miqdarı:

Tank – 15 ədəd.

Ermənistan ordusunda müharibəyə qədər 320 tank olub. Onlardan 277-sini T-72, 42-sini T-55, 1-ni isə T-90C təşkil edib. Azərbaycan rəsmən bu tanklardan 252-sini məhv edib, 53-nü isə hərbi qənimət kimi götürüb.

PDM – 671 ədəd.

Müharibəyə qədər 750 ədəd (158 ədəd PDM 2, 247 PDM-1, 17 BRM-1K, 120 BRDM -2, 10 BMD-1, 114 BTR 80, 63 BTR-70, 19 BTR-60) olub. Azərbaycan ordusu tərəfindən 50-si məhv edilib, 29-u hərbi qənimət kimi götürülüb.

Yedəkli artilleriya – Müharibəyə qədər açıq mənbələrdə Ermənistanda 200 ədəd yedəkli artilleriya (26 152 mm 2A36 Qiasint B, 34 152 mm D-20, 2 152 mm D-1 haubitsa, 69 122 mm D-30 topu, 36 100 mm MT-12 topu, 35 85 mm D-44 topu) olduğu göstərilib. Azərbaycanın məhv etdiyi bu tip artilleriya sayı təsdiq edir ki, Ermənistan vəsait çatışmazlığına rəğmən qeyri-leqal yollarla əlavə artilleriya qurğuları əldə edib. Rəsmi Bakı indiyə qədər 251 ədəd müxtəlif çaplı topu məhv etdiyini, 24-nü isə qənimət kimi götürdüyünü bildirib.

Reaktiv yaylım atəşi sistemləri

Müharibəyə qədər Ermənistanda 70 ədəd (6 ədəd AR1A, 4 ədəd WM-80, 47 ədəd BM-21 Qrad) bu tip sistem olduğu bəlli olub. Bu sistemlərin adətən Rusiya və Çinə aid olduğu qeyd edilib. Halbuki rəsmi Bakı döyüş meydanında 82 ədəd Qrad qurğusu məhv etdiyini açıqlayıb. Bu isə yenidən Ermənistana gizli silah dəstəyi faktoru halda düşünməyə əsaslar yaradıb.

Bununla bəzi mənbələr Ermənistan ordusunda 91 ədəd BM-21-Qradın olduğunu iddia ediblər. Onların rəqəmlərinə əsasən, bu texnikanın 44 ədədi sadəcə Qarabağda yerləşdirilib və separatçı rejimin “ordusunun” balansına verilib.

Rəsmi Bakı 1 ədər TOS məhv etdiyini açıqlayıb.

Açıq mənbələrdə TOS-ların Ermənistan hərbi arsenalında sayının nə qədər olması haqqında məlumat yoxdur. Bilinən odur ki, Ermənistan bu sistemləri Rusiyadan Aprel döyüşlərindən sonra alıb. Belə ki, Moskva onları Ermənistana İrəvana verdiyi 200 milyon dollarlıq hərbi kredit hesabına tədarük edib.

Hava Hücumun Müdafiə sistemləri

Ermənistan xüsusilə bu sahədə nə qədər kompleksə sahib olduğunu israrla gizlədir. Bununla belə bəzi açıq mənbələrdən bir sıra komplekslərin təxmini sayını müəyyənləşdirmək olub. Belə ki, Ermənistanda müharibəyə qədər 18 ədər “Kruq” sistemi olub. OSA sistemlərinin sayı bəzi mənbələrdə 44, digərlərində isə 70-dən (bilinən odur ki, bu kompleksin 35 ədədi İordaniya ordusunun istismardan çıxardığı silahlardır. Ermənistan onu cari ildə alıb – red.) çox göstərilib.

S-300-lərə gəlincə isə bəzi mənbələrdə onun sayı 2 divizion göstərilsə də, İrəvanın daha çox diviziyaya sahib olduğu, amma onları Qarabağda yerləşdirdiyi bildirilib.

Azərbaycan Ordusu indiyə qədər 40-a qədər OSA sistemi, bir “Kruq”, 6 ədəd S-300 kompleksi (bəzilərinin buraxıcı qurğularını, bəzilərinin isə radiolokasiya sistemlərini tam sıradan çıxarıb) məhv edib.

Raket kompleksləri


Müharibəyə qədər Ermənistan ordusunda 16 raket kompleksi olub. Bunlardan 4-nü “İsgəndər”, 8-ni 9K72 Elbrus, 4-nü isə 9K79-1 Toçka-U kompleksləri təşkil edib.

Azərbaycan Ordusunun zərbələri nəticəsində 2 “Elbrus” və 1 “Toçka-U” kompleksi məhv olunub. Bununla Ermənistanın hərbi arsenalında 6 Elbrus, 3 Toçka-U kompleksi qalıb.
Ölkəmizdə koronaya yoluxanların sayı açıqlandıAzərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 527 yeni yoluxma faktı qeydə alınıb, 131 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Avrasiya.net-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 50 486 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 41 410 nəfər müalicə olunaraq sağalıb, 679 nəfər vəfat edib, aktiv xəstə sayı 8 397 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 814, ötən müddət ərzində isə ümumilikdə 1 298 348 test aparılıb.

Ata, gözün aydın, Qubadlı azad edilib!Arzu Şirinova

Qubadlı rayonu işğal olunandan 27 ildir yuxularımda hər zaman uşaqlığım, gəncliyim keçən Mahmudlu kəndini görürəm. Əsasən də Mahmudlu qəbristanlığını. O qəbirstanlıq ki, yazda təbii gül-çiçək, lalələrlə bəzənərdi. Ora tez-tez yolum düşərdi. 27 yaşlı qardaşım, ulu babam, nənəm orada dəfn olunmuşdu. Gedən zaman gül-çiçəklərdən, lalələrdən dərib sinə daşlarına sərərdim. Evə dönəndə anama “narahat olma, gülləri dərib hər kəsin sinə daşına qoydum”, deyərdim. Gözləri dolardı. Və deyərdi :”Bir gün atan, mənim üçün də güllər qoyarsan!”

...Bir ay bundan əvvəl də yuxu gördüm. Uşaqlarımla birgə kəndə getmişdim. Maşından düşüb həyətə girdik. Atamla anam masa arxasında oturub çay içirdilər. Havalar isinən kimi tut ağacının altında, qızıl gül kollarının yaxınlığında masa qoyulardı, ta soyuqlar düşənə kimi. Bizi görcək durub gəldilər. Hər ikisinin gözləri doldu. Özlərinin təbirincə desəm, mən onların nəfəsiydim. Qardaşım dünyasını dəyişəndən sonra yeganə övladları olduğum üçün üstümə titrərdilər. Üç uşaq anası olmağıma baxmayaraq, yenə də uşaqmışam kimi davranardılar:”Yaxşı gein, ayağını isti saxla”, deyərdilər.

Atam uşaqlarla gəldiyimi görcək soruşdu:”Bəs nəvələri niyə gətirməmisən?” Söylədim ki, onlar sonra gələcəklər. Güllərin qoxusun içimə çəkib masa ətrafında əyləşdik. Atam elə hey deyirdi:”Bala nə yaxşı gəldiniz. Gözümüz yollarda qalmışdı”. Anam hər zamankı kimi əl-ayaq edirdi, bizə çay süfrəsi hazırlayırdı. Bu dəfə nəvələri Günel və Aysellə birlikdə. Bu mənzərə atama ayrı cür ləzzət edirdi...

Masanın üzərində nələr yox idi-qaymaq, bal, motal pendiri, təzə şor, cürbəcür mürəbbələr və kənd yuxası. Baldan başqa bütün nemətlər öz həyətimizdən idi...

....Yuxudan ayıldım, kəndimizlə, atalı analı günlərimlə bağlı xoşbəxtliyim də sona çatdı. Cəmi 4 gündən sonra erməni cəlladlarının növbəti təxribatlarına cavab vermək üçün Vətən müharibəsi başlandı. Ali Baş Komandan qismən hərbi səfərbərlik qərarı verdi, ölkədə komendant saatı elan olundu. Artıq bir aya yaxındır ki, Qəhrəman Ordumuz 20 faiz torpaqlarımızı qarış-qarış erməni cəlladlarından azad edir. Qubadlının qonşu rayonları-Cəbrayıl, Zəngilan da erməni murdarlarından təmizlənib. Və nəhayət, o gün bu gün oldu-oktaybrın 25-də rəsmi olaraq Ali Baş Komandan İlham Əliyev biz qubadlıları da sevindirdi.

Qubadlının bəzi kəndləri və Qubadlı şəhəri düşməndən azad edildi! Etiraf edim ki, Zəngilan işğaldan azad olununda hönkür-hönkür ağlamışdım. Növbədə azad ediləcək Qubadlı olduğu üçünmü, bilmirəm. Ancaq Qubadlının azadlığını eşidəndə bilmədim ağlayım, sevinim, yoxsa qışqırım. Elə hey həyat yoldaşım da mən də Allaha şükürlər edib, erməni cəlladlarına yerlərini göstərən, tarix yazan ordumuza dualar dilədik. Gecə saat 2-yə kimi hər ikimizin telefonu susmadı. Bizi təbrik edənlər gözaydınlığı verir, sevincimizə şərik olurdular. Torpaqlarımız işğaldan azad edildikcə hərdən mənə elə gəlir ki, gözəl bir tyxu görürəm və yuxudan ayılsam bu gözəllik nisgillə əvəzlənəcək. Ancaq artıq bu, yuxu deyil, həqiqətdir. Ordumuz Ali Baş Komandanın əmrlərini yerinə yetirir-torpaqlarımız erməni murdarlarından təmizlənir. 27 illik həsrətə son verilir. Alnımızdan qara ləkə silinir. 27 ildir əyilən çiyinlərimiz qalxır. Bütün dünyaya şərəfli xalq olduğumuzu sübut edirik...

...Qubadlı rayonu işğal olunandan 3 il sonra, 1996-cı ildə atam insult keçirdi. Bir gün əvvəl bizə gəlmişdi. Mətbəxtdə olduğum üçün uşaqlar qarşıladı. Hərəsi bir tərəfdən atamın boynuna sarıldı. Mən də boynunu qucaqlayanda hönkür-hönkür ağladı. Qoluna girib otağa apardım. Qardaşım dünyasını dəyişəndə atamın ağladığını görmüşdüm. Ancaq bu ağlamaq ona bənzəmirdi. Bu ağlamağın içində fəryad vardı, nisgil vardl. Nə baş verdiyini soruşanda içini çəkərək “ axı biz qaçqın deyilik, ermənilər bizi gülüstan yerlərimizdən zor gücünə, cəlladcasına çıxarıblar”, deyə fəryad elədi. Gözlərini sildim, boynunu qucaqlayıb ona qoşuldum ürəyimiz boşalınca ağladıq...

...Atam cəmi bir həftə yataq xəstəsi oldu. Danışmırdı, elə hey gözlərindən yaş axırdı. Həkilmər dava-dərmanın mənasız olduğunu dedilər. Atamı itirirdim. Arxam, dayağım, əlim dara düşəndə əilimdən tutub məni ayaq üstə qaldıranım, anamın güvənc yeri bizdən ayrılıb gedirdi. Atamın bu dünyadan köçhaköç etdiyini bilsəm də əlimdən heç nə gəlmirdi. Atam torpaq həsrətilə bu dünyadan köçürdü və mən yalan da olsa bu həsrətə son verməyi qərarlaşdırdım. Ölümünə bir gün qalmış əllərini əlimə alıb dedim:”Ata, gözün aydın, Qubadlı ermənilərdən azad edilib. Hazırlaş Qubadlıya gedirik”. İlahi, onun gözlərindəki sevincin təsvirini verməkdə söz də acizdi. Sol əlini tərpədə bilmirdi. Sağ əlini qaldırıb elə hey Allaha şükür edirdi gözləriylə. Mənə minnətdarlıq dolu baxışlarıyla sanki deyirdi:”Məni oğlumun yanında dəfn edərsən”. Səhəri torpaq həsrətli, “qaçqın” sözünün yükünü daşıya bilməyən atam bu dünyadan köç elədi. ..

...24 ildən sonra həqiqəti deyirəm:”Ata, gözün aydın, Qubadlı azad edilib”. Bu həqiqəti bizlərə yaşadan Allahıma şükürlər olsun! Şükürlər olsun ki, Ali Baş Komandanımızın qərar verməsi, Milli Ordumuzun torpaqlarımızın hər qarıçında zəfər çalması üçün yolumuzu işıqlandırdın!
İranda ötən sutkada 337 nəfər koronavirusdan ölübİranda ötən sutka ərzində 337 nəfər koronavirusdan (COVID-19) ölüb.

Avrasiya.net-in məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 32 953 nəfərə çatıb.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 5 960 nəfər koronavirusa yoluxub. Beləliklə İranda bu virusa yoluxanların sayı 574 856 nəfərə yüksəlib. Virus daşıyıcılarından 4 982 nəfərin vəziyyətinin ağır olduğu bildirilir.

Sadat Lari qeyd edib ki, İranda indiyədək 459 250 nəfər koronavirusdan sağalıb.

Tehran, İsfahan, Qum, Şərqi Azərbaycan, Cənubi Xorasan, Simnan, Qəzvin, Lorestan, Ərdəbil, Xuzistan, Kirmanşah, Kohgiluyə və Buyir-Əhməd, Gilan, Buşehr, Zəncan, İlam, Rəzəvi Xorasanı, Mazandaran, Çahar-Mahal və Bəxtiyari, Əlborz, Qərbi Azərbaycan, Mərkəzi, Kirman, Şimali Xorasan, Həmədan, Yəzd və Kürdüstan vilayətləri qırmızı zonalar hesab olunurlar.

İranda indiyədək 4,75 milyondan çox diaqnoz testi həyata keçirilib.