Müdafiə Nazirliyindən erməni hərbçilərə məsləhət - silahı yerə qoyun və təslim olun“Ötən müddət ərzində Cəbrayıl, Füzuli, Ağdərə, Hadrut, Qubadlı istiqamətlərində döyüşlər davam edib”.

Avrasiya.net-in məlumatına görə, bunu Azərbaycan Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov bu gün keçirilən brifinqdə deyib.

O bildirib ki, Azərbaycan Ordusu əməliyyat planına uyğun olaraq əks-hücum addımlarını davam etdirir: “Hazırda bütün cəbhəboyu döyüşlər davam edir. Azərbaycan əsgərlərinə qarşı döyüşən erməni hərbçilərinin vaxt itirmədən silahı yerə qoyması və təslim olması məsləhətdir. Qələbə bizimlədir!”.
MN: Düşmənin hərbi texnikası və infrastrukturu məhv edildiAzərbaycan HHQ-si düşmənin hərbi texnikası və infrastrukturunu məhv edib.

Bu barədə Avrasiya.net-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Nazirlik bildirib ki, oktyabrın 24-də saat 13:00-dan 15:00-dək Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) döyüş aviasiyası cəbhənin Ağdərə və Ağdam istiqamətlərində Ermənistan silahlı qüvvələrinin 3 tankı, 2 sığınacağı və bölüyün 4 dayaq məntəqəsini dəqiq aviasiya zərbələri ilə məhv edib.

Azərbaycan HHQ-si düşmənin hərbi infrastrukturuna hava zərbələri endirməyə davam edir.
Düşmənin hücumunun qarşısı alındı, əsir götürülənlər varOktyabrın 24-də günorta saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Sünik-Zəngilan yolu istiqamətindən bölmələrimizə hücum etməyə cəhd edib.

Bu barədə Avrasiya.net-ə Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, bölmələrimizin sərt müqaviməti ilə rastlaşan düşmən geri çəkilməyə məcbur edilib. Düşmən qüvvələrindən əsir götürülənlər var.
Düşmən növbəti itkilərinin sayını açıqladı - SİYAHIErmənistan hökuməti oktyabrın 24-də Dağlıq Qarabağ münaqişəsində həlak olan hərbi qulluqçularının yeni siyahısını açıqlayıb.

Avrasiya.net erməni KİV-lərinə istinadən məlumatına görə, bugünkü siyahıda 36 nəfərin adı yer alıb. Bununla da rəsmi açıqlanan məhv edilən erməni hərbi qulluqçuların sayı 963-ə çatıb.

1. Manukyan Narek Hraçya, 2000-ci il təvəllüd
2. Çobanyan Hovhannes Mişa, 1997
3. Tsaduryan Sarkis Davit, 2001
4. Martirosyan Jora Alik, 2001
5. Qevorkyan Edmon Telman, 2001
6. Mkrtçyan Misak Masis, 1997
7. Babayan Vahan Qaqik, 1987
8. Hayrapetyan Xaçatur Simon, 1989
9. Truçyan Hraç Avedis, 1998
10. Tiqranyan Arsen Levik, 1993
11. Arşakyan Hayk Harutyun, 1992
12. Tovmasyan Nahapet Qarib, 2000
13. Ehtiyatda olan Hakobcanyan Marat Martunik, 1982
14. Ehtiyatda olan Azaryan Areq Borik, 1988
15. Hovakimyan Samson Mişa, 1992
16. Hakobcanyan Tiqran Drastamat, 1978
17. Qriqoryan Vahaqn Artuş, 1996
18. Qriqoryan Vlad Albert, 1999
19. Ağayan Rustam Vladimir, 1978
20. Bazunts Babken Arsen, 1995
21. Manukyan Andranik Armen, 1982
22. Koçinyan Davit Mayis, 1990
23. Hasratyan Robert Qarnik, 1992
24. Nikoğosyan Karen İşxan, 1983
25. Karamyan Vahe Arsen, 1988
26. Xaçatryan Artur Qaqik, 1989
27. Martirosyan Levon Suren, 1991
28. Ehtiyatda olan Babayan Karen Ara, 1987
29. Poğosyan Davit Armen, 2001
30. Ehtiyatda olan Antonyan Perc Qriqor, 1987
31. Ehtiyatda olan Bağdasaryan Arkadi Minas, 1983
32. Ehtiyatda olan Kandalyan Gevork Aşot, 1998
33. Ehtiyatda olan Qazaryan Davit Smbat, 1999
34. Ehtiyatda olan Torosyan Vaçaqan Varujan, 1997
35. Ehtiyatda olan Badasyan Arman Mikayel, 1992
36. Ehtiyatda olan Kirakosyan Gevorq Manvel, 1989

Qeyd edək ki, düşmən tərəf kifayət qədər çox olan itkilərinin sayını məqsədyönlü şəkildə gizlədir.
Azərbaycandakı faciələrin arxasında Fransa dayanır - ƏrdoğanHazırda Azərbaycandakı fəlakətlərin arxasında Fransa var.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan söyləyib.

“Minsk qrupunda varsınız. Bu günədək nə edibsiniz? Azərbaycan ərazilərini işğaldan azad edibsinizmi? Sadəcə, ermənilərə silah göndəririsiniz və ermənilərə göndərdiyiniz silahlarla sülh yaradacağınızı düşünürsünüz. Edə bilməzsiniz, çünki dürüst deyilsiniz”, - o qeyd edib.
Ölkəmizdə koronaya yoluxanların sayı açıqlandıAzərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 792 yeni yoluxma faktı qeydə alınıb, 220 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Avrasiya.net-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 49 013 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 41 051 nəfər müalicə olunaraq sağalıb, 664 nəfər vəfat edib, aktiv xəstə sayı 7 298 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 353, ötən müddət ərzində isə ümumilikdə 1 281 497 test aparılıb.
Düşmənin döyüş təyyarəsi məhv edildiOktyabrın 24-də gündüz saatlarında cəbhənin Qubadlı istiqamətində Ermənistan hərbi hava qüvvələrinə məxsus döyüş təyyarəsi Azərbaycan Hava Hücumundan Müdafiə bölmələri tərəfindən məhv edilib.

Bu barədə Avrasiya.net-ə Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Mətbuat Şurası beynəlxalq təşkilatlara müraciət etdiAzərbaycan Mətbuat Şurasının Fransanın “TF1” telekanalının yerli erməni lobbisi tərəfindən təhqir və hədə-qorxularla üzləşməsi ilə bağlı dünyanın aparıcı media qurumlarına, insan hüquqları birliklərinə və beynəlxalq təşkilatlara müraciət ünvanlayıb.

Şuradan Avrasiya.net-ə verilən məlumata görə, müraciətdə deyilir:

"2020-ci il sentyabrın 27-dən aktiv hərbi əməliyyatlar mərhələsinə keçmiş Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması olduqca vacibdir. Bu, həm Azərbaycan xalqının haqlı mövqeyinin təbliği, həm də ümumən dünyanın Qarabağ məsələsinə ədalətli münasibətinin formalaşması baxımından müstəsna əhəmiyyət daşımaqdadır.

Torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğal edildiyi Azərbaycanın 1 milyondan çox qaçqın və köçkünü var. Onlar Dağlıq Qarabağı və işğal edilmiş yeddi rayondakı evlərini məcburi tərk etmiş vətəndaşlarımızdır. Bir insanın 30 il doğulduğu, boya-başa çatdığı torpağa, yaşadığı evə gedə bilməməsinin nə demək olduğunu təsəvvür edə bilməzsiniz. Xalqımız bu məhrumiyyətlərlə yaşamaqdadır.

Təəssüf ki, dünya ictimaiyyəti ötən 30 ildə sadaladığımız reallıqlara biganə qalıb. Bu, 1 milyon azərbaycanlının taleyinə biganəlikdir. Hərbi əməliyyatların intensivləşdiyi hazırkı şəraitdə Qərbin bir sıra kütləvi informasiya vasitələri Qarabağ həqiqətlərinə yenə ədalətsiz və qərəzli yanaşırlar. Bütün bunları görürük və Azərbaycanla bağlı ədalətli mövqe nümayiş etdirən KİV-lərin işinə dəyər verir, onların fəaliyyətini yüksək qiymətləndiririk. Fransanın “TF1” telekanalına rəğbətimiz də məhz bundan qaynaqlanır.

Telekanalın əməkdaşı xanım Liseron Budul Dağlıq Qarabağ münaqişəsindəki hazırkı durumu peşəkarlıqla diqqətə çatdırıb, özü şəxsən hərbi əməliyyatların getdiyi ərazidə, Ermənistanın Azərbaycanın mülki əhalisini kütləvi qırğın silahları ilə atəşə tutduğu Gəncə, Tərtər və digər bölgələrində olub. Onun hazırladığı material çalışdığı telekanalda yayımlanıb.

Onu da təəssüflə bildirməliyik ki, “TF1” telekanalı bu reportajı yaylmladıqdan sonra Fransadakı erməni lobbisinin üzvləri media orqanına və xanım Liseron Budula qarşı təzyiqlərə başlayıb. Onların açıq təhqirləri, ölüm hədə-qorxuları o həddə çatıb ki, telekanal həmin materialı sistemindən silmək məcburiyyətində qalıb.

Azərbaycan Mətbuat Şurası olaraq Fransa kimi bəşəri ənənələrə malik ölkədə demokratizmin mühüm göstəricisi sayılan söz azadlığına qarşı ağlagəlməz basqıdan hiddətlənir, faktı qətiyyətlə pisləyirik. İfadə etdiyimiz mövqe bütövlükdə Azərbaycan jurnalistlərinin məsələyə sərt yanaşmasıdır.

Erməni lobbisinin özbaşınalığını ümumilikdə Qərb dəyərlərinə münasibətdə ciddi təhdid kimi qiymətləndiririk. Bu təhdid eyni zamanda qitə üçün olduqca mənfi presedentdir və əgər qarşısı alınmasa, daha ciddi fəsadlar törədə bilər. Düşünmək mümkündür ki, Avropanın istənilən ölkəsinin media orqanları tərəfindən Azərbaycan, Dağlıq Qarabağ həqiqətləri ilə bağlı hazırlanmış obyektiv, qərəzsiz sujetlər, reportajlar erməni lobbisi tərəfindən təhdidlə qarşılanacaqdır. Sizlərdən belə bir acınacaqlı durumu yalnız təsəvvürə gətirməyinizi xahiş edirik. Biz Avropa cəmiyyətində söz və ifadə azadlığı üçün qorxunc mənzərə görürük. İstərdik ki, sizlər də görəsiniz və önləyici tədbirlərin həyata keçirilməsi üçün dəstəyinizi əsirgəməyəsiniz.

“TF1” telekanalının üzləşdiyi təzyiq nəinki Fransada, ümumilikdə Avropada qanunçuluğa təhdiddir. Bu təhdid söz və ifadə azadlığı kimi ali dəyərləri heçə saymağı, mediaya, jurnalistə qarşı təzyiqi, hədə-qorxunu normaya çevirə bilər. İstərdik ki, bunu da nəzərə alasınız.

Biz, Azərbaycan jurnalistləri Sizləri – dünyanın aparıcı media qurumlarını, insan hüquqları birliklərini və beynəlxalq təşkilatları Fransanın “TF1” telekanalına, onun əməkdaşı Liseron Budula qarşı Fransadakı erməni lobbisi tərəfindən həyata keçirilməkdə olan mənəvi təzyiqlərə, hədə-qorxulara biganə qalmamağa çağırırıq.

Biz Fransa hakimiyyəti orqanlarını “TF1” telekanalı ilə bağlı yaranmış durumu ciddi nəzarətə götürməyə səsləyirik. Arzu edərdik ki, Fransa hakimiyyəti hazırkı vəziyyətin həssaslığını nəzərə alaraq, erməni lobbisi tərəfindən ölümlə hədələnən xanım Liseron Budulun həyatı üçün təhlükə yarandığını düşünsün.

İstərdik ki, “TF1” telekanalı vaxtilə Məhəmməd Peyğəmbərlə bağlı karikatura yayımladığı üçün təzyiqlərlə üzləşən “Charlie Hebdo” satirik jurnalı kimi Fransa hakimiyyəti tərəfindən təhlükəsizlik himayəsinə alınsın.

Bir daha Sizləri “TF1” telekanalı ilə bağlı diqqətə çatdırdığımız məsələyə həssas yanaşmağa, söz və ifadə azadlığına qarşı açıq təhdidlərə susmamağa, məsələyə ciddi mövqe nümayiş etdirməyə çağırırıq. Qətiyyətinizə əminliyimizi bildiririk".


"Nə Ermənistan, nə həmsədrlər bizim qarşımızda şərt irəli sürə bilməzlər" Əlisahib Hüseynov
Milli Həmrəylik Partiyasının (MHP) sədri

Prezident İlham Əliyev Yaponiyanın “Nikkei” qəzetinə müsahibəsi bir sıra maraqlı məqamları ilə diqqəti çəkir. Müsahibə zamanı ölkə başçısı ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin vasitəçiliyi məsələsi ilə bağlı detallı açıqlamalar verdi və son dövrlərdə Moskvada, Vaşinqtonda keçirilən Xarici İşlər nazirlərinin görüşləri münaqişənin sülh yolu ilə nizamlanması üzrə danışıqların davamı kimi qiymətləndirdi. Eyni zamanda da qeyd etdi ki, əlbəttə ki, indi vəziyyət dəyişmişdir. Satus-kvo artıq mövcud deyil. Təmas xətti
də mövcud deyil. Buna görə, indi Ermənistan rəhbərliyi daha da məntiqli davranmalıdır və işğal edilmiş ərazilərin boşaldılmasına sadiq olmalıdır. Prezident bu görüşlərdə, müzakirələrdə Azərbaycanın əsas məqsədinin Ermənistan rəhbərliyinin ərazilərin boşaldılmasına hazır olub-olmamasını və hazır olduğu təqdirdə bunun nə vaxt baş verəcəyini müəyyən etməkdən ibarət olduğunu diqqətə çatdırdı.

Lakin müxbirin Moskvada Ermənistanın baş nazirinin qatılacağı üçtərəfli görüşün keçirilə biləcəyi ilə bağlı sualını cavablandırarkən Prezident xüsusi olaraq vurğuladı ki, əgər belə bir görüş olsa, bu, gündəliyin nədən ibarət olduğundan asılı olacaqdır. Yəni ki, Azərbaycan tərəfi imitasiya xatirinə və yaxud, birtərəfli qaydada yalnılz ermənilərin maraqlarına xidmət edən görüşlərin keçirilməsində maraqlı deyil. Prezident həmçinin, Ermənistanın hazırki hökuməti ilə münaqişənin sülh yolu üzrə nizamlanması perspektivlərinin reallıqdan çox uzaq olduğunu vurğuladı. Qeyd olundu ki, Ermənistanın bu cür qeyri-konstruktiv davranışı
həm də Minsk qrupunun lazımi səviyyədə fəaliyyət göstərməməsindən irəli gəlir. Minsk qrupu 30 il ərzində faktiki olaraq heç bir nəticə əldə etmədi. Əgər 30 il ərzində bir ölkələr qrupu nəticə əldə edə bilmirsə, bunun özü artıq hər şeyi açıq-aydın göstərir.

Dövlət başçımız Minsk qrupunun həmsədr ölkələrinin eyni zamanda BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olması faktını xatırlatdı. Məhz bu ölkələrin iştirakı və bu ölkələrin səsverməsi ilə BMT Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının Azərbaycan torpaqlarından tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4
qətnamə qəbul edib. Lakin bu dövlətlər özləri həmin bu qətnamələrin icra edilməsinə heç bir maraq göstərməyiblər. Əksinə, həmsədrlər hər zaman Ermənistanın maraqlarına xidmət edən status-kvonun qorunub saxlanmasında maraqlı olublar.

Müsahibədə diqqəti çəkən digər önəmli məqam birinci və ikinci humanitar atəşkəslərin pozulmasının səbəbkarının kim olması ilə bağlıdır. İlham Əliyev birmənalı şəkildə vurğuladı ki, bu qeyri-insani
hadisələrin günahkarı məhz Ermənistandır. Birinci atəşkəs cəhdindən 24 saat keçməmiş Ermənistan ərazisindən ballistik raketlə Azərbaycanın ikinci ən böyük şəhəri Gəncə bombardman edildi. Bunu bütün dünya gördü. Eləcə də, gerçək atəşkəsə nail olmaq üçün ikinci cəhd də ona görə uğursuz oldu ki, atəşkəs
qüvvəyə mindikdən 2 dəqiqə sonra Ermənistan tərəfi yenə də atəşkəsi pozdu. Ermənistan tərəfi Tərtərdən, Kürdəmirdən tutmuş Xızıya qədər bir çox yaşayış məntəqələrimizi raket və artilleriya atəşinə tutdu. Nəticədə nə qədər dinc insanlar həlak oldu. Bu isə birbaşa hərbi cinayətdir, Cenevrə Konvensiyasının prinsiplərinin açıq şəkildə pozulması deməkdir. Əlbəttə, Ermənistanın hərbi-siyasi
rəhbərliyi buna görə məsuliyyət daşıyacaq, cavab verməli olacaq.

Sözügedən müsahibədə ən önəmli məqamlardan biri də beynəlxalq müşahidəçilər və ya sülhməramlılar məsələsi ilə bağlı səsləndirilən fikirlər oldu. Prezident bu məsələyə münasibət bildirərkən bununla bağlı bir sıra önəmli sualların mövcud olduğunu bildirdi. Məsələn, müşahidəçilər və ya sülhməramlılar harada yerləşdiriləcək? Onların mandatı necə olacaq? Onlara mandatı kim verəcək? Bu suallara dolğun və qaneedici cavablar tapılmadan məsələ barədə öncədən hər hansı bir qəti fikir söyləmək mümkün deyil. Azərbaycan Prezidenti həmçinin onu da qeyd etdi ki, “aydındır ki, bu barədə danışanda, Azərbaycan ərazisi barədə danışırıq. Bu, Ermənistanın ərazisi deyil. Ona görə də, əlbəttə ki, bununla bağlı həlledici sözü Azərbaycan deməlidir”. Yəni ki, Azərbaycanın birmənalı razılığı olmazsa, hər hansı bir üçüncü dövlət öz hərbçilərini “sülhməramlılar” adı ilə bölgəyə gətirə bilməz. Bu cənab Prezident tərəfindən verilən açıq mesaj idi.

“Nikkei” qəzetinə müsahibəsində Prezident İlham Əliyev heç şübhəsiz ki, qardaş Türkiyənin bizə verdiyi dəstək haqqında da danışdı. O bildirdi ki, Türkiyə de-fakto, həm də Minsk qrupunun üzvü olaraq hüquqi baxımdan danışıqlara artıq cəlb olunub. Eləcə də Türkiyənin Cənubi Qafqazın 3 ölkəsi ilə sərhədi olan yeganə ölkə olduğunu diqqətə çatdırdı. Bu çox önəmli məsələdir. Çünki başqa heç bir ölkənin Güney Qafqazın hər üç ölkəsi ilə sərhədi yoxdur. Bu isə avtomatik olaraq bölgədəki proseslərə münasibət və müdaxilə baxımından Türkiyəyə xüsusi status verir. Prezident də məhz bu geostrateji məqamı nəzərdə tutaraq bildirdi ki, əlbəttə ki, Türkiyə prosesə fəal şəkildə cəlb olunmalıdır, daha doğrusu, Türkiyə artıq
prosesə cəlb olunub və Azərbaycan bunu möhkəm dəstəkləyir.

Prezident yapon qəzetinə müsahibəsində siyasi partiyaların mütləq əksəriyyətinin işğal olunmuş ərazilərin qaytarılması ilə bağlı Ali Baş Komandanın yürütdüyü siyasəti tam dəstəklədiklərini də xüsusi
olaraq vurğuladı və qeyd etdi ki, yalnız iki siyasi partiya (Xalq Cəbhəsi və Müsavat) hökumətin istər siyasi dialoqla bağlı təklifinə münasibətdə, istərsə də işğal olunmuş ərazilərin qaytarılması ilə bağlı Ali Baş Komandanın yürütdüyü siyasətin dəstəklənməsi məsələsində konstruktivlik nümayiş etdirə bilmədi. Dövlət başçısı onu da bildirdi ki, Ermənistanın ərazilərimizi işğal etdiyi zaman - 1992-1993-cü illərdə hakimiyyətdə olduqları üçün ərazilərimizin itirilməsinə görə məsuliyyəti də ilk növbədə məhz bu iki partiya - Xalq Cəbhəsi və Müsavat daşıyır.

Dövlət başçısı müsahibə zamanı işğal olunmuş ərazilərimizin son qarışına qədər Azərbaycana qaytarılmalı olduğunu dəfələrlə vurğuladı. O cümlədən, qaçqın və məcburi köçkünlərin öz dədə-baba yurdlarına qaytarılmasının mühüm şərt olduğunu diqqətə çatdırdı. Burada söhbət təkcə məcburi köçkünlərdən yox, həm də Qərbi azərbaycanlı soydaşlarımızın Ermənistan ərazisindəki yurd yerlərinə qaytarılmasından gedir. Əlbəttə, Ermənistan hökuməti bu prinsiplərə sadiq olduğunu, bu əraziləri boşaldacağını açıq şəkildə bəyan edərsə, məhz bundan sonra danışıqlar başlaya bilər. Bu da bizim şərtimizdir. Çünki bu gün hər hansı bir şərt irəli sürə biləcək yeganə tərəf varsa, o da Azərbaycandır. İndi nə Ermənistan tərəfi, nədə ki həmsədrlər bizim qarşımızda şərt irəli sürə bilməzlər.

Əkrəm İmamoğlu koronavirusa yoluxubTürkiyə İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

Avrasiya.net “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Ə. İmamoğlunun COVID-19 testinin nəticəsi pozitiv çıxıb.

Onun xəstəxanada müalicə olunduğu bildirilib.