Ermənistan bu gün verdiyi itkilərinin sayını açıqladıErmənistan bu gün ölən əsgərlərinin ad-soyadının əks olunduğunu ikinci siyahını yayıb.

Avrasiya.net xəbər verir ki, Ermənistan MN-in yaydığı siyahıda bu gün daha 22 əsgərin öldüyü açıqlanıb.

Qeyd edək ki, bu gün yayılan birinci siyahıda ölən 40 əsgərin adı açıqlanmışdı.

Beləliklə, bu gün 62 əsgər olmaqla, Ermənistan müharibə başlayandan bəri məhv edilən əsgərlərinin 900 olduğunu rəsmən etiraf edib.
Bu videoda yüzlərlə erməninin öldüyünü gördüm – Rus ekspertPaşinyanın elan etdiyi total səfərbərlik sadəcə öz əsgərlərini məhv etməkdir. O, ya qeyri-adekvatdır, ya da sadəcə ikiüzlü avantüristdir.

Axar.az xəbər verir ki, bu sözləri öz Feysbuk səhifəsində rusiyalı hərbi ekspert Vladislav Şurıqin paylaşıb.

“Bu günlərdə təxminən bir saat pilotsuz uçan aparatların videosuna baxdım. Bu sadəcə adi qırğındır. Onlarla yox, yüzlərlə hücumdur. Artıq heç bir əhəmiyyətli komanda məntəqəsi, anbar, artilleriya mövqeyi, tanklar yoxdur. İndi ov 3-5 əsgər qruplarına qarşı gedir. Havada tam hökmranlıq var. Baxdığım bu videoda ölənlər sadəcə yüzlərlədir. Paşinyanın total səfərbərlik çağırışı yalnız öz əsgərlərinin məhv edilməsidir. O, ya qeyri-adekvatdır, ya da sadəcə ikiüzlü avantüristdir. Atəşkəs və danışıqlar lazımdır. Ermənistanı Qarabağda tam məhvdən xilas edəcək yeganə şey budur. Qarabağa Rusiya desantı arzuları sadəcə murdar insanın hallüsinasiyasıdır. Rusiya bu savaşa müdaxilə etməyəcək. Arzu etməyin”, – deyə o bildirib.
Dövlət sərhədi tam nəzarətə götürüldü – İlham ƏliyevAğbənd qəsəbəsinin azad edilməsi ilə Azərbaycan və İran İslam Respublikası dövlət sərhədinin tam nəzarətə götürülməsi təmin olundu. Bu münasibətlə Azərbaycan və İran xalqını təbrik edirəm. Eşq olsun müzəffər Azərbaycan Ordusuna!

Avrasiya.net xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Tvitter səhifəsində yazıb.
Prezidentin yeni tviti: Bu ərazilər azad olunduMüzəffər Azərbaycan Ordusu Füzuli rayonunun Mollavəli, Yuxarı Rəfidinli, Aşağı Rəfidinli, Cəbrayıl rayonunun Sirik, Şıxlar, Məstəlibəyli, Dərzili kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!

Avrasiya.net xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Tvitter səhifəsində yazıb.

"Müzəffər Azərbaycan Ordusu Zəngilanın Kolluqışlaq, Malatkeşin, Kənd Zəngilan, Genlik, Vəliqulubəyli, Qaradərə, Çöpədərə, Tatar, Tiri, Əmirxanlı, Qarqulu, Bartaz, Dəlləkli kəndlərini və Ağbənd qəsəbəsini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!", - İlham Əliyev növbəti tvitində qeyd edib.
"Zəngilanı tərk edən o vaxtki 33 min zəngilanlı indi 45 minlik tərkiblə geri qayıdacaqdır"27 il Zəngilan həsrəti ilə yaşayan QHT sədri, ictimai fəal Emin Əliyev Zəngilanın işğaldan azad olunması sevincini media ilə bölüşüb.

- Emin müəllim, “Zəngilan şəhəri azad edildi” sözlərini ilk eşidəndə nə hiss etdiniz? Hansı xəyallar, fikirlər canlandı beyninizdə?

- Əvvəl, başda Ali Baş Komandan olmaqla bütün xalqımızı, xüsusilə, zəngilanlıları torpağımızın işğaldan azad edilməsi münasibəti ilə təbrik edirəm. Elsiz-obasız, torpaqsız və vətənsiz olmaq dünyada heç bir dərdlə müqayisə edilə bilməz. Fəaliyyətim boyu yerli və beynəlxalq tədbirlərdə əcnəbi dostlarımıza, qonaqlarımıza bu hislərimi izah etməyə çalışmışam. Elə onların özlərinə də deyirdim ki, siz mənim hisslərimi anlaya bilməzsiniz. Bizim öz torpaqlarımızda evimiz var, lakin biz öz evimizə gedə bilmirik. Bunu ancaq torpaq həsrəti, torpaq dərdi olanlar anlaya bilər. Artıq bizim evimiz, elimiz azaddır və əminəm ki, çox yaxın zamanda “Böyük Qayıdış” başlayacaqdır. Mən əks-hücum əməliyyatlarının ilk günü artıq əmin idim ki, bu dəfə Zəngilan işğaldan azad ediləcək. Ali Baş Komandanın xalqa ilk müraciətindəki qətiyyət məndə bu əminliyi yaratdı.

Həmin gün xalqımızın qısa bir zamanda yumruq kimi birləşməsi, xalq olaraq bütün cəbhələrdə tərəddüdsüz mübarizə ruhuna sahib olmağımız artıq qələbənin ilkin soraqçısı oldu mənim üçün. Elə həmin gündən etibarən “Zəngilan işğaldan azad edildi” cümləsini eşidərkən necə reaksiya verəcəyim barədə düşünməyə, “planlar qurmağa” başladım. Amma 20 oktyabr 2020-ci il saat 15:15 radələrində əmin oldum ki, 27 il həsrətini çəkdiyin elinin-obanın azad olması barədə xəbərə necə reaksiyan verəcəyini nə qədər planlaşdırsan da düşündüyün kimi olmur. Ölkə başçısının çıxışlarında sürprizlər etməsi artıq millətimizə tanış idi. Həmin gün Ali Baş Komandanın çıxışındakı bir çox nüanslardan hiss etmişdim ki, bu çıxışın ardınca Zəngilan müjdəsi gələcək. Rayonun coğrafi quruluşunu da bildiyimə görə əmin idim ki, evimizin olduğu Zəngilan şəhəri elə ilk gündə azad ediləcək. Ehtimalımda yanılmadım da. Həmin gün o xəbər veriləndən sonra 3-4 saat ərzində telefonum susmadı.

Sosial şəbəkələrdən mesajların ardı-arası kəsilmədi. İnanın, hər bir zəng məndə yeni hislər, yeni ümidlər yaradırdı. Əmin oldum ki, millətimiz gözəl hislər yaşamağa layiqdir. Yeri gəlmişkən, onu da qeyd edim ki, mənim ata yurdum Zəngilan rayonu Zəngilan kəndi, ana yurdum isə Zəngilan şəhəridir. Mən özüm isə Bakı şəhərində doğulmuşam, burada böyümüşən, təhsil almışam. 1992-ci ilin avqust ayına qədər isə hər il yay aylarında Zəngilana gedərdik. Yuxarıda qeyd etdiyim kimi əks-hücum əməliyyatları başlayan gündən etibarən Zəngilanda olduğum yerlərin mənzərəsi bir-bir gözümün qarşısında canlanırdı. İndi də həmin yerləri bir-bir gedib gəzəcəyim günləri səbirsizliklə gözləyirəm.

- Sizcə bütün Zəngilan camaatı sizin qədər həssasdırmı Zəngilana qarşı? Yəni, mənə maraqlıdır, nə düşünürsünüz, Zəngilan köçkünləri sizcə geri dönmək istəyəcəklərmi?

- Düşünürəm, nəinki zəngilanlılar, azərbaycanlılar, dünyanın bütün elindən-obasından didərgin düşmüş insanları azad olmuş yurdlarına qarşı həssasdırlar. Son bir il ərzində zəngilanlılarla sıx ünsiyyətim olub. Onların sosial-məişət şəraitləri, maddi vəziyyətləri ilə yaxından tanışam. Lakin bütün çətinliklərə, çatışmazlıqlara baxmayaraq bu insanların Vətənpərvərlik ruhu, Zəngilan sevgisi, el-oba həsrəti zərrə qədər də azalmayıb, hətta daha da itilənib, kəskinləşib. Döyüş əməliyyatları başlayan gündən etibarən xeyli sayda gəncimiz könüllü olaraq döyüş əməliyyatlarında iştirak etmək üçün müvafiq orqanlara müraciət etdilər. Ünsiyyətdə olduğum istisnasız olaraq bütün zəngilanlılar rayonumuzun işğaldan azad olunmasından dərhal sonra Zəngilana qayıtmaq istədiklərini açıq şəkildə dilə gətirirdilər. Zərrə qədər şübhəm yoxdur ki, Zəngilanı tərk edən o vaxtki 33 min zəngilanlı indi 45 minlik tərkiblə geri qayıdacaqdır.

- Ümumiyyətlə, məcburi köçkünlərin öz torpaqlarına köçürülməsi prosesi necə olmalıdır və necə olacaq?

-Hesab edirəm ki, xalqımıza göstəriş verilərsə elə bu gün torpaqlarına geri dönməyə hazırdır. Öz qohumlarım, dostlarım hal-hazırda səbirsizliklə geri dönmək üçün gün sayırlar. Lakin düşünürəm ki, 27 sentyabr tarixindən etibarən müşahidə etdiyimiz planlı fəaliyyətin, əməliyyatların davamı olaraq işğaldan azad edilmiş ərazilərə əhalinin köçürülməsi prosesləri də dəqiq plan əsasında həyata keçiriləcəkdir. Məncə, ilkin olaraq hərbi əməliyyatlar tam yekunlaşmalı, ərazilər minalardan və digər təhlükəli, zərərli ünsürlərdən tam təmizlənməlidir. Yerlərdə ilkin infrastruktur qurulmalı, dağıdılmış yaşayış yerləri bərpa edilməli, yeniləri tikilməldir. Yalnız bütün bu infrastruktur işlərindən sonra əhali mərhələli olaraq azad edilmiş torpaqlarımıza köçürülməlidir. Lakin, hər bir halda, bu bizə ilk baxışdan görünən mənzərədir. Hesab edirəm ki, proses gedişatında kifayət qədər nəzərdə tutulmamış məsələlər də çıxacaq. Amma, əlbəttə, dövlətimizin iqtisadi gücü çatacaq ki, “Böyük Qayıdış” tam uğurla həyata keçirilsin.

- Zəngilanın parlaq gələcəyi üçün nələr edilə bilər? Siz, öz adınıza, dövlətimizə bu yöndə necə kömək edə bilərsiniz? Misal üçün, hansı iş sizə tapşırılsa sevə-sevə və ustalıqla yerinə yetirə bilərsiniz?

- Zəngilan çox gözəl coğrafi mövqeyə malik olan rayonlarımızdandır. Rayon 2 ölkə ilə həmsərhəddir. Naxçıvan Muxtar Respublikasına da məsafəcə ən yaxın rayonumuz olması səbəbilə həm də strateji əhəmiyyətli bölgədir. Bundan başqa, Zəngilan rayonu qərbdən dağlıq, şərqdən isə Araz çayına qədər düzənlik relyefinə malikdir. Rayonun ərazisi kiçik olsa da 4 bolsulu çaya - Araz, Oxçu, Bəsitçay, Həkəri çaylarına malikdir. Dünyada məşhur olan çinar meşəsi də, məhz Zəngilan rayonundadır. Zəngilan qızıl, gümüş, mis yataqları, bundan başqa, əhəngdaşı yataqları ilə zəngindir. Rayonumuz ənənəvi kənd təsərrüfatı rayonudur. Tütünçülük, üzümçülük, qismən taxılçılıq, meyvəçilik inkişaf etmiş aqrar sahələrimizdəndir. Son dövrlərdə ölkəmizin inkişaf edən turizm sektoru rayonumuzda da geniş perspektivə malikdir. Zəngin təbiətə sahib olan Zəngilanda 2-3, hətta 4 ulduzlu mehmanxanaların tikilməsi ilə buraya turist axını təmin edilə bilər. Əminəm ki, yuxarıda qeyd etdiyim sahələrin inkişafı ilə rayonumuz ölkə iqtisadiyyatı üçün müstəsna dərəcədə faydalı ola bilər. Özümlə bağlı isə ilk öncə onu deyə bilərəm ki, Zəngilanımız işğaldan azad olunan günü öz sosial şəbəkə hesablarımda çıxış edərək söz verdim ki, dövlətimiz icazə verəcəyi təqdirdə Zəngilan şəhərinin mərkəzində “Zəfər parkı”nın salınmasını təmin edəcəyəm. Bundan başqa, uzun illərdir ki, turizm, kənd təsərrüfatı, təlim-tədris, konsaltinq xidmətləri sahəsində biznes fəaliyyəti ilə məşğul oluram.

Ölkəmizin demək olar ki, bütün rayonlarında xidmətlər göstərmiş, layihələr icra etmişəm. Bütün bu bilik, bacarıq və imkanlarımı səfərbər edərək Zəngilanın yenidən sürətli inkişafı üçün çalışmağa hazıram. Və artıq bu sahədə hazırlıqlara da başlamışıq. Zəngilan azad edildikdən sonra buraya ayaq basan ilk iş adamı kimi tarixə düşmək üçün səbirsizliklə gün sayıram (gülür). Zarafat bir yana, amma hamımız qollarımızı çirmələyib əlimizi daşın altına qoymalıyıq ki, rayonumuz sürətlə çiçəklənsin. Arzum budur ki, ölkə başçımız yeni-yeni müəssisələrin açılışı üçün tez-tez rayonumuza səfər etsin!
Sadiq Qurbanov: Azərbaycan Ordusu BMT Təhlükəsizlik Şurasının itirilmiş nüfuzunu özünə qaytarır«30 ilə yaxındır ki, Azərbaycan dövləti Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında həlli istiqamətində səylər göstərirdi, amma işğalçı Ermənistanın qeyri-konstruktiv mövqeyi, yalanları, riyakarlığı ucbatından danışıqlarda hansısa nəticədən danışmaq qeyri-mümkün idi. Dövlətimizin başçısı İlham Əliyev bu günlərdə xalqa müraciətində də bu məqamı xüsusi qeyd etmişdir ki, işğal edilmiş torpaqlarda Ermənistan tərəfindən qurulmuş istehkamlar onu göstərir ki, onlar bu torpaqları bizə vermək fikrində deyildilər. Sadəcə olaraq? bizi və beynəlxalq vasitəçiləri aldadırdılar. Vaxtı uzadır, bununla bərabər işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma həyata keçirirdilər. Möhtərəm Prezidentimiz İlham Əliyev ən yüksək tribunalardan, xüsusilə bir müddət əvvəl BMT Baş Assambleyasının yubiley tədbirində bu reallığı da dünyaya bəyan etmişdir ki, Ermənistan yeni ərazilər uğrunda müharibə planı hazırlayır. Amma dünya yenə də əvvəlki ənənələrinə uyğun olaraq ikili standartlar siyasətinə sadiqliyi fonunda işğalçının başına sığalından əl çəkmədi.»

Bu fikirləri Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov KİV-ə açıqlamasında bildirib.
S.Qurbanov qeyd edib ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymayan Ermənistana heç bir sanksiyanın tətbiq olunmaması onun daha böyük iddialarla çıxış etməsinə rəvac verir: «Dövlətimizin başçısı İlham Əliyev haqlı olaraq bildirir ki, beynəlxalq münasibətlərdə hüquq problemi yaşanır. Ermənistana zamanında beynəlxalq təşkilatların qərar və qətnamələrinə məhəl qoymadığına, beynəlxalq hüquq normalarını kobud şəkildə pozduğuna görə sanksiyalar tətbiq edilsəydi, bu qədər azğınlaşmaz, qudurmazdı. N.Paşinyanın bu günlərdə «münaqişənin diplomatik həlli yoxdur» kimi açıqlaması da onun danışıqlar prosesinin bərpası ilə bağlı cəhdlərində, həmçinin dünya dövlətlərinə, nüfuzlu beynəlxalq təşkilatlara yalvarışlarında riyakarlığını göstərir. Ermənistanın baş naziri beynəlxalq hüququn mövcudluğunu inkar edir, onun ardınca münaqişənin diplomatik həllinin mümkünsüzlüyünü bildirərək bütün hakimiyyət orqanlarını, mülki şəxsləri silahlanmaya çağıraraq hərbi əməliyyatlara sövq edir, amma ATƏT-in Minsk qrupunun həmsədrləri seyrçi mövqeyindən əl çəkmir.»

«Azərbaycan 27 il gözlədi ki, qətnamələr icra edilsin. Onlar sadəcə olaraq, kağızda qaldı. Nə üçün? Prezident İlham Əliyevin bəyan etdiyi kimi, çünki siyasi iradə göstərilmədi, bu qətnamələrin icra mexanizmi müəyyən edilmədi. Mənfur düşmən hesab etdi ki, o, bundan sonra da buna məhəl qoymaya bilər» söyləyən S.Qurbanov bildirib ki, 30 ilə yaxın səbir nümayiş etdirən dövlətimiz, xalqımız məsələni özü həll edir, Azərbaycan Ordusu Vətən müharibəsini davam etdirərək, qısa zamanda bütün ərazilərimizi işğaldan azad edəcək: «Həm savaş meydanında, həm də diplomatik müstəvidə sarsıdıcı, öldürücü zərbələrlə qarşılaşan işğalçı ölkə panik duruma düşüb. Əslində, şanlı Ordumuz bu yaramazlara insanlığa düşmən olmağın, azərbaycanlılara qarşı etnik təmizləmə aparmağın, soyqırımı törətməyin, vətəndaşlarımızı doğma torpaqdan didərgin salmağın, əxlaqa, qanuna, beynəlxalq hüququ ayaq altına atmağın bədəlini ödətdirir. Ermənistan “güclü erməni diasporu”, “məğlubolunmaz erməni ordusu” kimi miflərdən ayılmalı, haqq yolunda vuruşan güclü Azərbaycan Ordusunun qarşısında diz çökməli və məğlubiyyətlə barışmalıdır.»

Millət vəkili onu da bildirib ki, bu gün Azərbaycan Ordusu BMT Təhlükəsizlik Şurasının, o cümlədən də beynəlxalq təşkilatların deqretasiyaya uğramış mənəvi dəyərlərini, itirilmiş nüfuzunu özünə qaytarır: «27 il bundan əvvəl-1993-cü il noyabrın 12-də qəbul edilən Zəngilan rayonunun işğaldan azad edilməsi ilə bağlı 884 saylı qətnamənin icrasını ordumuz layiqincə yerinə yetirdi. Hazırda digər 3 qətnamənin icrasına səylər göstərilir. Möhtərəm Prezidentimiz İlham Əliyevin xalqa müraciətində böyük əminliklə söylədiyi «Mən bir daha bəyan edirəm ki, verilmiş bütün vədləri mən yerinə yetirirəm, verilmiş bütün vədlərə sadiqəm. Prezident kimi mənim fəaliyyətim üçün əsas məsələ, əsas vəzifəm Azərbaycan torpaqlarının qaytarılmasıdır, ərazi bütövlüyünün bərpa edilməsidir və bu gün biz bunu döyüş meydanında edirik» fikirləri və bunların reallıqda öz əksini tapması xalqımızı daha da qürurlandırır. Xalqın Ali Baş Komandana olan inamı dövlət siyasətinin gücünü artırır və daha səmərəli edir. Xalq tərəfindən göstərilən etimad böyük qələbəmizi yaxınlaşdırır.»
"Paşinyanın hakimiyyətdən devrilməsi an məsələsidir"Əlisahib Hüseynov
Milli Həmrəylik Partiyasının sədri

Bir-birindən sərsəm son açıqlamarı və paylaşımları sübut edir ki, düşmən ölkənin baş naziri Nikol Paşinyanın həqiqətən də çox ciddi pisixolojik problemləri var. Ordusu hər gün yeni-yeni məğlubiyyətlərə
uğrayan Ermənistanın rəhbəri əslində indiki kritik vəziyyətdə ağıllı qərarlar verib mənasız müharibəni dayandırmaq və işğalçılığa son qoymaq əvəzinə, əksinə, daha da inadkarlıq göstərir, bir-birindən isterik qərarlar verir, Ermənistan ordusunun onsuz da ağır olan vəziyyətini bir qədər də ağırlaşdırır. Paşinyan komromislər üçün, sülh üçün heç bir əl yeri qoymur. O bütün “körpü”ləri yandırır. Danışıqlardan imtina edir, “ancaq müharibə!” ritorikasından çıxış edir. Elə sonuncu paylaşımı da bütün bu fikirlərimizi təsdiqləyir.

Azərbaycan Ordusunun müvəffəqiyyətli əks-hücumları nəticəsində çıxılmaz vəziyyətə düşən Ermənistanın Baş naziri özünün rəsmi Facebook səhifəsində bütün ermənilər üçün yeni “fəaliyyət
planı”ını təqdim edib. Planın əsas məğzi ondan ibarətdir ki, Paşinyan bütün erməniləri könüllü döyüş dəstələri yaratmağa çağırır. Lakin Paşinyanın yeni planı ermənilər tərəfindən heç də birmənalı
qarşılanmayıb. Belə ki, onun sözügedən statusunun altında şərh yazan bir çox ermənilər Paşinyanın əli silah tuta bilməyən insanları ölümə göndərdiyini bildiriblər. Bir sözlə, onlar bu yeni plana öz etirazlarını bildiriblər. Ancaq məlum məsələdir ki, onların rəyləri, etirazları narsissizm xəstəliyinə tutulmuş Paşinyanın vecinə deyil.

Paşinyan hal-hazırda öz xalqını eşitmək, dinləmək istəmir. Onsuz da müharibənin hələ ilk günlərindən Ermənistanın uduzduğunu dərk edən Nikol Paşinyan indi erməni xalqını yox, yalnız özünü və öz
hakimiyyətini xilas etməyi düşünür. Haqqında bəhs etdiyimiz yeni “fəaliyyət planı” da məhz onun hakimiyyət maraqlarına xidmət edir. Və əslində hal-hazırda hətta Qarabağ da Paşinyan üçün maraqlı
deyil. Çünki o Qarabağı Ermənistan üçün artıq itirilmiş hesab edir. Ancaq kapitulyasiya etməyi də bacarmır. Çünki bu halda ermənilər onu linç edərlər. Odur ki, indi Paşinyan öz canının hayındadır. O
çıxılmaz situasiyanın əsirinə çevrilib və onun ətrafında çevrə gün-gündən darılır.

Artıq Paşinyanın hakimiyyətdən devrilməsi an məsələsidir. Rusiyadan, Fransadan dəstək alan siyasi rəqibləri onu devirmək üçün hər an fürsət gözləyirlər. Lakin Paşinyan əgər hələ də öz xalqına heç olmasa son anda hansısa bir yaxşılıq etmək istəyirsə, o zaman Azərbaycan Prezidentinin irəli sürdüyü şərtləri qəbul etməli, müharibəni dayandırmalı və torpaqlarımızı dərhal işğaldan azad etməlidir. Son çıxış yolu budur. Paşinyanın başqa seçim yolu yoxdur.
Post-konflikt Ərazilərin Bərpası Elmi Mərkəzi yaradılıbAzərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusu ölkəmizin işğal olunmuş ərazilərini rəşadət və əzmkarlıqla azad etməkdədir. Cənab Prezidentin bəyan etdiyi kimi, işğaldan azad olunmuş ərazilərimiz tezliklə bərpa ediləcək və Qarabağa həyat qayıdacaqdır.

Bərpa proqramlarının hazırlanması üzrə Azərbaycan hökumətinin həyata keçirəcəyi sistemli fəaliyyətə töhfə vermək məqsədilə AMEA İqtisadiyyat İnstitutu Elmi Şurasının oktyabrın 21-də keçirilmiş iclasında İnstitutun nəzdində Post-konflikt Ərazilərin Bərpası Elmi Mərkəzinin yaradılması və bu barədə AMEA Rəyasət Heyəti qarşısında vəsatət qaldırılması haqqında qərar qəbul edilmişdir.

Mərkəz bərpa və yenidənqurma prosesləri üzrə kompleks tədqiqatlar aparacaq, yaşayış məntəqələrinin bərpasının, infrastruktur və həyat təminatı sistemlərinin yenidən qurulmasının, əhalinin öz daimi yaşayış yerlərinə repatriasiyasının və bu qəbil digər problemlərin sosial-iqtisadi məsələlərini araşdıracaqdır. Bu sırada enerji təminatının, su və qaz təchizatının, kanalizasiya sistemlərinin bərpasına, nəqliyyat və telekommunikasiya sistemlərinin yenidən qurulmasına, mülki idarəetmə orqanlarının iş infrastrukturunun və sosial obyektlərin yenidən yaradılmasına xüsusi diqqət yetiriləcəkdir.
Bərpa proqramlarında Dağlıq və Aran Qarabağa vahid sosial-iqtisadi məkan kimi baxılacaqdır.

“Post-konflikt ərazilərin bərpası” Elmi mərkəzinin işinə təkcə İnstitutun əməkdaşlarını deyil, digər qurumların mütəxəssislərini, həmçinin müstəqil ekspertləri də cəlb etmək nəzərdə tutulur.
Oktyabrın 22-də səhər saatlarında Ermənistan ərazisindən Azərbaycan ərazisi əməliyyat-taktiki raket kompleksindən ballistik raketlərlə atəşə tutulub.

Azay Quliyev: “Siyəzən, Qəbələ, Kürdəmirə raket atılması Paşinyan siyasətinin davamıdır”Düşmən tərəfindən Siyəzənə 3 raket, Qəbələyə 2 raket və Kürdəmir rayonu istiqamətində 1 raket buraxılıb.
Ermənistan silahlı qüvvələrinin hədəfi dinc əhali və mülki infrastruktur olub.

Düşmənin raket hücumu nəticəsində tələfat yoxdur.

Avrasiya.net xəbər verir ki, ermənilərin dinc əhaliyə hücumunu pisləyən Milli Məclisin deputatı Azay Quliyev münaqişənin diplomatik həllinin olmamasına diqqət çəkib:

"Bu gün Ermənistan Azərbaycanın münaqişə zonasından uzaqda yerləşən Qəbələ, Kürdəmir və Siyəzən bölgələrini balistik raket atəşinə tutub. Bu cinayətkar hücum erməni baş nazir Paşinyanın münaqişənin diplomatik həllinin olmadığına dair bəyanatının davamıdır".
"Bizim heç bir xarici döyüşçüyə ehtiyacımız yoxdur"Xeyr, bu, doğru deyil. İlk növbədə, mən bildirmək istərdim ki, Ermənistanın Yaxın Şərqdən muzdluları və döyüşçüləri cəlb etməsi faktı sirr deyil. Hətta Ermənistanın baş naziri bunu etiraf edib. Lakin o bildirib ki, onlar köklü ermənilərdir.

Avrasiya.net xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev "Nikkei" qəzetinə müsahibəsi zamanı jurnalistin "Döyüş meydanından danışarkən, Ermənistanın Liviyada, Suriyada yaşayan erməniləri cəlb etdiyinə dair məlumatlar var. Eyni zamanda, QHT, dəqiq desək, Suriya İnsan Haqlarının Müşahidəsi Qrupu iddia edir ki, Suriyadan çox sayda etnik türkmən döyüşçü hazırda izin qüvvələrinizlə birlikdə döyüş meydanındadır. Bu, doğrudur, ya yox? sualına cavab olaraq deyib.

"Birincisi, heç kim bilmir onlar köklü ermənilərdir, ya yox. Bizdə məlumat var ki, başqa millətlərin nümayəndələri hazırda Ermənistan tərəfdən döyüşür. İkincisi, əgər insan etnik ermənidirsə və başqa ölkənin vətəndaşıdırsa, bu, o demək deyil ki, o, muzdlu deyil. Döyüş meydanında zərərsizləşdirilənlər arasında Livan pasportu olan, Kanada pasportu olan insanlar var. Bizdə Fransa, ABŞ vətəndaşlarının, erməni əsilli, lakin bu ölkələrin vətəndaşları olan şəxslərin, keçmiş sovet ölkələrinin vətəndaşlarının, Yaxın Şərq ölkələrinin vətəndaşları ilə birlikdə bizə qarşı döyüşməsinə dair dəlillər var. Ermənistan birinci Qarabağ müharibəsində muzdlulardan istifadə edirdi. Bu, sirr deyil. Onlardan bəziləri Azərbaycan tərəfindən zərərsizləşdirilib və ermənilər onların şərəfinə böyük abidələr ucaldıblar, beynəlxalq terrorçuların şərəfinə abidələr. Bu, Ermənistanın terrorçu dövlət olduğunu göstərir.

Azərbaycana gəlincə, birincisi, Suriya İnsan Haqlarının Müşahidəsi Qrupu adlandırılan QHT etibarlı təşkilat deyil. Biz onların Suriyadakı müharibə ilə bağlı yaydığı çox sayda feyk xəbərləri bilirik. Bu, siyasi motivasiyalı olan “QHT”yə etibar, etimad yoxdur. Birincisi, biz kimin maliyyələşdirdiyini yoxlamalı, sonra bu şayiələrin arxasında kimin durduğunu öyrənməliyik. İkincisi, bizə heç bir ölkə tərəfindən bir dəlil belə təqdim olunmayıb. Yalnız şayiələr, yalnız əsassız bəyanatlar. Mən sübut tələb etdim. Dedim yaxşı, biz artıq 20 gündən çoxdur ki, münaqişənin aktiv fazasındayıq, sübutlar haradadır? Bizə dəlil təqdim edin. Heç bir sübut yoxdur. Ona görə də, bu şayiələrə son qoyulmalıdır. Azərbaycan özü döyüşür. Bizim heç bir xarici döyüşçüyə ehtiyacımız yoxdur. Bizim kifayət qədər insanlarımız, nizami ordumuzda kifayət qədər əsgər və zabitlərimiz var. Əhalimizin sayı 10 milyon nəfərdir. Əgər bizim əlavə döyüşçüyə ehtiyacımız olsa, səfərbərlik elan edərik, cəlb edərik. Beləliklə, buna ehtiyac yoxdur. Bu, tamamilə yanlış məlumatdır", - Prezident qeyd edib.

Sizin dəfələrlə dediyiniz kimi, heç bir mücahid, hətta heç bir türkmən yoxdur? sualına isə Prezident bu cür cavab verib:

"Xeyr, başqa ölkələrdən gəlmiş Azərbaycan əsilli insanlar ola bilər. Biz bunu istisna etmirik. Çünki bizdə çox sayda könüllülər var. İnsanlar könüllü şəkildə öz ölkələrini müdafiə etmək istəyə bilər. Biz istisna edə bilmərik ki, başqa ölkələrdən Azərbaycan əsilli insanlar gəlir. Lakin bu, təqdim olunduğu kimi deyil ki, Azərbaycan döyüşmək üçün terrorçuları dəvət edib. Bu, yanlış məlumatdır".

İlham Əliyev vurğulayıb ki, xaricdə yaşayan azərbaycanlılardan gəlib tarixi Vətəni uğrunda döyüşmək üçün çox sayda müraciət, çox sayda məktub alırıq:

"Lakin bizim mövqeyimiz belədir ki, buna ehtiyacımız yoxdur. Döyüş meydanında kifayət qədər insanımız var".