Bu foto hamımızın ürəyini yandırmağa yetər... - Türkiyə MNTürkiyə Müdafiə Nazirliyi Ermənistanın Gəncədəki mülki vətəndaşlarımıza qarşı törətdiyi təxribatla bağlı növbəti dəfə paylaşım edib.

Avrasiya.net xəbər verir ki, nazirlik rəsmi Tvitter hesabında dağıntılar altında qalaraq həyatını itirən körpəsini qucaqlayan atanın fotosunu paylaşaraq, dünyaya çağırış edib.

"Ey fərqli dillərdə danışdığımız, fərqli coğrafiyada yaşadığımız insanlıq... Bu balaca körpə gecə yatarkən Ermənistan ordusu tərəfindən ballistik raketlə qətlə yetirildi.

Dilimiz, dinimiz, ölkələrimiz fərqli ola bilər, ancaq bu foto hamımızın ürəyini yandırmağa yetər", - nazirlik bildirib.
Xocalı soyqırımı iştirakçılarından biri məhv edildi Xocalı soyqırımının iştirakçılarından biri olan Rüstəm Qasparyan xəstəxanada ölüb.

Avrasiya.net xəbər verir ki, bu məlumatı Çiçəklənən Ermənistan Partiyasınin deputatı Naira Zöhrabyan yayıb.

Qeyd edək ki, Qasparyan eks-deputatdır. Bir müddət öncə onun oğlu ilə birgə olduğu hərbi avtomobil Azərbaycan ordusu tərəfindən məhv edilib. İnsident zamanı Qasparyanın hərbçi oğlu ölmüş, özü isə xəstəxanaya yerləşdirilmişdi.
Gəncədə raket hücumu zamanı ölənlərin sayı 14-ə ÇATDIErməni silahlı birləşmələrinin oktyabrın 17-də Gəncə şəhərini raket atəşinə tutması nəticəsində ölən mülki şəxslərin sayı 14 nəfərə çatıb.

Avrasiya.net xəbər verir ki, bunu Gəncə şəhər İcra hakimiyyətinin başçısı Niyazi Bayramov deyib.

O bildirib ki, hadisə nəticəsində 55 nəfər xəsarət alıb: "Faşist erməniər dinc sakinlərə raket mərmiləri atırlar. Onlar gecə saatlarında atəş açıblar. Amma Gəıncə sakinləri bu gün ölkə Prezidentinin yanındadır, onlar heç nədən qorxmurlar və istəyirlər ki, Azərbaycan bayrağı Şuşa, Xankəndidə dalğalansın".
Diplomatik korpusun nümayəndələri Gəncəyə səfər etdiAzərbaycandakı diplomatik korpusun rəhbərləri və hərbi attaşelər oktyabrın 17-də Gəncəyə gəliblər.

Avrasiya.net xəbər verir ki, diplomatları və hərbi attaşeləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Birinci vitse-prezidentin köməkçisi Elçin Əmirbəyov, Baş prokuror Kamran Əliyev və başqaları müşayiət edirlər.

Səfərin məqsədi diplomatları və hərbi attaşeləri oktyabrın 17-də gecə saat 1 radələrində cəbhə zonasından kənarda yerləşən, Azərbaycanın ikinci böyük şəhəri Gəncənin mərkəzi hissəsində Ermənistan silahlı qüvvələrinin raket hücumlarının səbəb olduğu cinayət səhnələri ilə tanış etməkdir. Xatırladaq ki, xarici diplomatlar oktyabrın 12-də də Gəncədə olmuş, erməni faşizmi nəticəsində oktyabrın 11-də həlak olan dinc sakinlərin xatirəsinə ehtiram əlaməti olaraq, dağılmış yaşayış binasının ətrafına gül dəstələri düzmüşdülər.

Ermənistanın hərbi cinayətləri ilə tanış olan xarici diplomatlara və attaşelərə məlumat verilib ki, işğalçı Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il Cenevrə Konvensiyalarını və onların Əlavə Protokollarını, habelə özlərinin israrlı xahişləri əsasında Moskvada keçirilmiş görüşün yekunu olaraq, razılaşdırılmış humanitar atəşkəs rejiminin tələblərini pozaraq, Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutmaqda davam edir. Belə müharibə cinayətlərindən sonuncusu oktyabrın 17-də törədilib. Gəncənin mərkəzi hissəsinin raket atəşinə tutulması nəticəsində ilkin məlumata görə, 14 nəfər həlak olub, 55-dən artıq şəxs yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib. Həlak olanlar və xəsarət alanlar arasında azyaşlılar, qadınlar və qocalar da var. İki uşaq itkin düşüb, axtarış-xilasetmə əməliyyatları davam edir.

Ermənistan ordusunun oktyabrın 11-də törətdiyi müharibə cinayətinin izlərini görmək məqsədilə bu günlərdə diplomatların iştirakı ilə Gəncəyə edilən səfər xatırladılaraq bir daha bildirilib ki, həmin faciə zamanı isə Gəncədə 5-i qadın olmaqla, 10 nəfər həlak olmuşdu. Həmçinin 16-sı qadın, 6-sı azyaşlı olmaqla, 35 nəfər yaralanmışdı.

Qeyd olunub ki, əhalinin sıx yaşadığı ərazilərə “Toçka-U”, “Smerç”, “Skad” və digər raketlərlə hücumun həyata keçirilməsi çoxlu sayda dinc insanın qətlə yetirilməsi məqsədi daşıyır. Dinc vətəndaşların məqsədyönlü şəkildə hədəfə alınması isə insanlığa qarşı cinayətdir. Ermənistan beynəlxalq hüquqa məhəl qoymur, müharibə cinayətlərini davam etdirir, atəşkəs çağırışı edənlər, dünya dövlətləri isə bunu uzaqdan seyr etməklə kifayətlənir. Bu cinayətə laqeyd qalmaq onun iştirakçısına çevrilmək deməkdir.

Vurğulanıb ki, təmas xəttindən uzaqda yerləşən Gəncə Ermənistan ərazisindən atəşə tutulur. Gəncə ilə yanaşı, Azərbaycanın sənaye şəhəri Mingəçevir şəhəri, o cümlədən Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyası olan “Azərbaycan” İstilik Elektrik Stansiyası, həmçinin “Mingəçevir” Su Elektrik Stansiyası da Ermənistan tərəfindən raket atəşinə məruz qalır.

Oktyabrın 17-nə olan məlumata görə, Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi ağır artilleriya qurğularından və raket sistemlərindən atəşə tutması nəticəsində, ümumilikdə, mülki şəxslərdən 60 nəfər həlak olub, 270 nəfər isə xəsarət alıb. Həmçinin 1704 ev, 90 çoxmənzilli yaşayış binası və 327 mülki obyekt yararsız vəziyyətə düşüb.

Diqqətə çatdırılıb ki, Ermənistanın bu əməlləri Moskvada əldə olunmuş humanitar atəşkəs razılaşmasına ziddir. Azərbaycan humanitar atəşkəs rejiminə əməl etsə də, Ermənistan mülki əhaliyə qarşı vandalizm aktı törətməkdə davam edir. Beynəlxalq təşkilatlar hərbi cinayətlər törədən, dinc əhalini hədəfə alan Ermənistana siyasi təzyiq göstərməlidir. Əgər Ermənistan bu əməllərini davam etdirəcəksə, Azərbaycan beynəlxalq hüquqa uyğun olaraq cavab tədbirləri görəcək.

Xarici diplomatlar erməni faşizminin izləri ilə tanış olub, həlak olan dinc sakinlərin xatirəsinə ehtiram əlaməti olaraq, tamamilə dağılmış yaşayış binasının ətrafına gül düzüblər.
İranda koronavirusdan ölənlərin sayı 30 min nəfəri keçibİranda ötən sutka ərzində 253 nəfər koronavirusdan (COVID-19) ölüb.

Avrasiya.net-in məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib. Onun sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 30 123 nəfərə yüksəlib.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 4 103 nəfər koronavirusa yoluxub. Beləliklə İranda bu virusa yoluxanların sayı 526 490 nəfərə çatıb. Virus daşıyıcılarından 4 721 nəfərin vəziyyəti ağırdır.

İranda indiyədək 423 921 nəfər koronavirusdan sağalıb.

Tehran, İsfahan, Qum, Şərqi Azərbaycan, Cənubi Xorasan, Simnan, Qəzvin, Lorestan, Ərdəbil, Xuzistan, Kirmanşah, Kohgiluyə və Buyir-Əhməd, Gilan, Buşehr, Zəncan, İlam, Rəzəvi Xorasanı, Mazandaran, Çahar-Mahal və Bəxtiyari, Əlborz, Qərbi Azərbaycan, Mərkəzi, Kirman, Şimali Xorasan, Həmədan, Yəzd və Kürdüstan vilayətləri qırmızı zonalar hesab olunurlar.

Ölkədə indiyədək 4,48 milyondan çox diaqnoz testi həyata keçirilib.
Azərbaycanda daha 528 yoluxma, 103 sağalma - 2 ölümAzərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 528 yeni yoluxma faktı qeydə alınıb, 103 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Avrasiya.net-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 44 317 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 39 903 nəfər müalicə olunaraq sağalıb, 623 nəfər vəfat edib, aktiv xəstə sayı 3 791 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 133, ötən müddət ərzində isə ümumilikdə 1 218 935 test aparılıb.
 Mehriban Əliyeva Gəncə terrorundan yazdıAzərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Ermənistanın Gəncə terroru ilə bağlı İnstaqram hesabında paylaşım edib.

Avrasiya.net paylaşımın mətnini təqdim edir:

"Nə dərəcədə insanlıqdan uzaq, yırtıcı olmalısan ki, şəhərin heç bir hərbi infrastrukturun olmadığı yaşayış məhəllələrinə gecə vaxtı, sakinlər yatarkən raket zərbələri endirilməsi barədə növbəti dəfə əmr verəsən?

Bu gecə Gəncəyə xaincəsinə edilən hücum təkcə Ermənistan hakimiyyətinin faşist mahiyyətinə və onun prinsipsizliyinə dəlalət etmir, həm də təcavüzkarın Azərbaycan Ordusu qarşısında total acizliyinin təzahürüdür.

Dinc vətəndaşların məqsədyönlü şəkildə hədəfə alınması insanlığa qarşı cinayətdir. Bu cinayətə laqeyd qalmaq isə onun iştirakçısına çevrilmək deməkdir!

Bu faciə nəticəsində həlak olanların ailələrinə və doğmalarına dərin hüznlə başsağlığı verirəm və bütün yaralıların tezliklə sağalmasını arzulayıram.

Ulu Tanrı xalqımızı, Vətənimizi və Prezidentimizi qorusun! Qarabağ Azərbaycandır!"

Düşmən "könüllülər"i mövqeləri özbaşına tərk edir - VideoErmənistan Sİlahlı Qüvvələrində hərbiçilər və "könüllülər" arasında əmrlərlə tabe olmama başlayıb.

Avrasiya.net Trend-ə istinadən xəbər verir ki, Ermənistan Sİlahlı Qüvələrinin hərbiçiləri artıq döyüşmək istəmirlər və mövqeləri özbaşına tərk edirlər.

Videodan da açıq göründüyü kimi, ermənilərdən biri digərlərini günahlandıraraq niyə döyüş mövqeyini tərk etdiklərini soruşur. Onlardan izahat tələb edir. Digər əsgər isə bildirir ki, biz könüllüyük, bizi niyə cəbhəyə göndərirsiz, sizin üçün top yemi deyilik...

Bu fakt Ermənistan ordusunda ciddi parçalanmaların başladığını göstərir. Artıq ermənilər özləri də bu torpaqların onlara aid olmadığını anlayılar və döyüşmək istəmirlər, döyüş mövqelərini tərk edirlər, erməni könüllülər isə ümumiyyətlə cəbhəyə getməkdən qaçırlar.

Erməni hərbiçilər arasında başlanan söyüşlü mübahisə daha sonra davaya çevrilib.

Həmin görüntüləri aşağıdakı linkdə:
[media=https://daytube.az/videos/97722/#]
50 siyasi partiya beynəlxalq təşkilatlara müraciət etdiAzərbaycanda fəaliyyət göstərən siyasi partiyalar Birləşmiş Millətlər Təşkilatına, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının daimi üzvlərinə, Qoşulmama Hərəkatına, Şimali Atlantika Müqaviləsi Təşkilatına (NATO), NATO Parlament Assambleyasına, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına (ATƏT), Avropa İttifaqına, Avropa Şurasına, Avropa Şurasının Parlament Assambleyasına, ATƏT Parlament Assambleyasına, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinə, Müstəqil Dövlətlər Birliyinə, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığına, Birləşmiş Millətlər Təşkilatının Elm, Təhsil və Mədəniyyət üzrə ixtisaslaşmış qurumuna (UNESCO) və Uşaq Fonduna (UNICEF), Ərəb Dövlətləri Liqasına, İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT), İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatına (ISESCO), Milli Demokratiya İnstitutuna, İnsan Hüquqları Beynəlxalq Cəmiyyətinə, İslam Əməkdaşlıq Təşkilatına, Ümumdünya İslam Konqresinə, Avronest Parlament Assambleyasına, Beynəlxalq Qaçqınlar Təşkilatına, “Human Rights Watch”, “Transparency International”, “Amnesty International”, Sərhədsiz Jurnalistlər və Sərhədsiz Həkimlər təşkilatlarına Ermənistanın 2020-ci il oktyabrın 17-də Gəncədə törətdiyi növbəti terror aktı ilə bağlı müraciət ünvanlayıb.

Avrasiya.net müraciətin mətnini təqdim edir:

Sülhsevər dünya ictimaiyyətinin müharibəni bir vasitə kimi qəbul etməyən, mülki əhalinin, uşaqların və körpələrin öldürülməməsini tələb edən humanist insanların, dövlətlərin və beynəlxalq təşkilatların diqqətinə!

Ermənistanın son 30 ildə çox ciddi şəkildə silahlanması bölgə və beynəlxalq təhlükəsizliyi ciddi şəkildə təhdid etmişdir. Bu silahlanma əsasən Azərbaycana qarşı yönəlmiş və yeni ərazilərin işğal edilməsi ilə bağlı olmuşdur.

Beynəlxalq sülhün və təhlükəsizliyin əsas təminatçısı olan BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrində Ermənistan silahlı qüvvələrinin işğal etdiyi Azərbaycan ərazilərindən tam və qeyd-şərtsiz çıxarılmasının zəruriliyi açıq şəkildə tələb edilir. Bu qətnamələrdə Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi təcavüzkar addımlar qınanır, münaqişə tərəfi olmayan mülki şəxslər qorunur və ərazi əldə etmək üçün güc tətbiqinin yolverilməz olduğu vurğulanır. Eyni zamanda, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq aləmdə tanınmış sərhədlərinin toxunulmazlığı qeyd olunur.

Ermənistan 30 ildir bu qətnamənin şərtlərinə əməl etmir, militarist siyasət həyata keçirir və Azərbaycanın yeni ərazilərini işğal etməyə çalışır.

Ermənistan 2016-cı ilin aprel ayında atəşkəsi pozaraq hərbi əməliyyatlara başlamış, mülki əhalinin yaşadığı qəsəbə və kəndləri ağır silahlardan bombalamışdır.

Atəşkəs razılaşmasının şərtlərinə əməl etməyən, Azərbaycanın yeni ərazilərini işğal etməyi qarşısına məqsəd qoyan Ermənistan cari il iyulun 12-də Azərbaycan–Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində atəşkəsi pozaraq genişmiqyaslı hərbi əməliyyatlara başlamış, Azərbaycan Ordusunun layiqli cavabından sonra geri çəkilməyə məcbur olmuşdur.

2020-ci il sentyabrın 27-də Ermənistan ordusu işğal altında saxladığı Dağlıq Qarabağda Azərbaycana qarşı genişmiqyaslı hərbi əməliyyatlara başlamışdır. Bu zaman əsasən Azərbaycanın böyük şəhərləri, mülki sənaye obyektləri ən müasir raketlərlə bombalanmışdır.

Ermənistanın silahlı qüvvələri 27 sentyabr – 17 oktyabr tarixləri arasında döyüş bölgələrindən kənarda yerləşən Gəncə və Mingəçevir şəhərlərini, Abşeron, Xızı, Bərdə, Beyləqan, Ağcabədi, Zərdab, Goranboy, Göygöl, Tərtər, Yevlax yaşayış məntəqələrini mütəmadi olaraq raketlərlə atəşə tutmuş, mülki əhaliyə qarşı müharibə cinayətləri törətmişdir.

Rusiyanın vasitəçiliyi ilə oktyabrın 10-da humanitar məqsədlərlə atəşkəs razılığı əldə edilməsinə baxmayaraq, Ermənistan silahlı qüvvələri oktyabrın 11-də gecə saat ikidə öz ölkəsinin ərazisindən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəni “Elbrus” ballistik raketlərlə (SCUD) bombalamışdır. Nəticədə 5-i qadın olmaqla 10 nəfər həlak olmuş, 16-sı qadın və 6-sı azyaşlı olmaqla 34 nəfər yaralanmış, həmçinin 3 bina tamamilə məhv edilərək, 10-dan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektlərə ziyan dəymişdir.

Ermənistan silahlı qüvvələri işğal olunmuş Qubadlı rayonu ərazisindən oktyabrın 15-də saat 10:44-də atdığı əməliyyat-taktiki raketlə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunu atəşə tutmuşdur.

Ermənistan beynəlxalq etirazlara baxmayaraq, yeni hərbi cinayət törətmiş, onun 2020-ci il oktyabrın 17-də gecə saat bir radələrində Azərbaycanın ikinci böyük şəhəri olan və cəbhə xəttindən çox uzaqda yerləşən Gəncəyə üçüncü dəhşətli hücumu çoxlu sayda mülki insanların itkisinə səbəb olmuşdur. Nəticədə 13 şəxs, o cümlədən 2 uşaq həyatını itirmiş, 45-dən çox insan ciddi şəkildə yaralanmışdır. Çoxsaylı mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəymişdir. Bu cinayət nəticəsində ölü və yaralıların sayının daha da artacağı ehtimalı olduqca yüksəkdir.

Gəncə şəhərinin dinc sakinlərinin ballistik raketlərlə atəşə tutulması insan hüquq və azadlıqlarının, ümumilikdə beynəlxalq hüququn norma və prinsiplərinin, o cümlədən 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların əlavə protokollarının, BMT-nin Təhlükəsizlik Şurasının qərar və qətnamələrinin kobud surətdə pozulmasıdır. Dinc əhaliyə qarşı törədilən bu amansızlıqlar müharibə cinayətidir və buna beynəlxalq səviyyədə hüquqi qiymət verilməlidir.

Bununla da Ermənistan islaholunmaz, terrorçu ölkə olduğunu növbəti dəfə nümayiş etdirdi. Rəsmi İrəvan sübuta yetirdi ki, onunla danışmağın heç bir mənası yoxdur. Gəncənin dinc sakinləri şirin yuxuda ikən düşmən onları hədəfə aldı.

Biz, Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar Ermənistanın mülki əhaliyə qarşı həyata keçirdiyi terror aktını qətiyyətlə qınayır, terrorçu dövlətin cəzalandırılmasını tələb edir və bildiririk:

Vətən müharibəsində Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi siyasəti qətiyyətlə dəstəklədiyimizi bildirir, Azərbaycan xalqı ilə birlikdə onun ətrafında polad yumruq kimi birləşdiyimizi Ermənistanın və dünya ictimaiyyətinin diqqətinə çatdırırıq.

Beynəlxalq hüququn norma və prinsipləri, o cümlədən beynəlxalq humanitar hüquq, eləcə də oktyabrın 10-da Moskvada qəbul olunmuş humanitar atəşkəsi kobud şəkildə pozaraq mülki insanların məqsədli şəkildə öldürülməsi müharibə cinayəti və insanlıq əleyhinə cinayətdir. Ermənistanın hərbi-siyasi rəhbərliyi bu cinayətlərə görə tam məsuliyyət daşıyır.

Ermənistanın davam edən hərbi təcavüzü və mülki insanlara qarşı qəddar hücumları dərhal dayandırılmalı və beynəlxalq ictimaiyyət Ermənistanın Azərbaycan xalqına qarşı olan bu qeyri-insani aktlarına göz yummamalıdır.

Ermənistana silah satan dövlətlər Azərbaycan şəhərlərinin və rayonlarının bombalanması nəticəsində qadınlara, uşaqlara və körpələrə qarşı törədilən cinayətlərə ortaq olmaması üçün dərhal silah satışını dayandırmalıdır.

Terroru dövlət siyasəti vasitəsinə çevirən Ermənistanın hərbi-siyasi rəhbərliyi dinc əhalini raket atəşinə tutmaq qərarı verdiklərinə görə məsuliyyət daşıyırlar. Milli və beynəlxalq hüquq mexanizmlərindən istifadə etməklə cinayətkarlar ədalət mühakiməsinə cəlb edilməlidir.

1. Yeni Azərbaycan Partiyası – Əli Əhmədov

2. Vətəndaş Həmrəyliyi Partiyası – Sabir Rüstəmxanlı

3. Ana Vətən Partiyası – Fəzail Ağamalı

4. Böyük Quruluş Partiyası – Fazil Mustafa

5. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası – Qüdrət Həsənquliyev

6. Demokratik İslahatlar Partiyası – Asim Mollazadə

7. Vəhdət Partiyası – Tahir Kərimli

8. Vətəndaş Birliyi Partiyası – Sabir Hacıyev

9. Azərbaycan Demokratik Maarifçilik Partiyası – Elşən Musayev

10. Milli Cəbhə Partiyası – Razi Nurullayev

11. ReAL Partiyası – İlqar Məmmədov

12. Azərbaycan Ümid Partiyası – İqbal Ağa-zadə

13. Milli Dirçəliş Hərəkatı Partiyası – Fərəc Quliyev

14. Azərbaycan Demokrat Partiyası – Sərdar Cəlaloğlu

15. Azərbaycan Xalq Partiyası – Pənah Hüseyn

16. Ədalət Partiyası – İlyas İsmayılov

17. Klassik Xalq Cəbhəsi Partiyası – Mirmahmud Fəttayev

18. Azad Demokratlar Partiyası – Sülhəddin Əkbər

19. Azərbaycan Liberal Partiyası – Əvəz Temirxan

20. Azərbaycan Milli İstiqlal Partiyası – Arzuxan Əlizadə

21. Aydınlar Partiyası – Qulamhüseyn Əlibəyli

22. Azərbaycan Respublikaçılar Partiyası – Sübut Əsədov

23. Azərbaycan Sosial Demokrat Partiyası – Araz Əlizadə

24. Azərbaycan Sosial Rifah Partiyası – Əsli Kazımova

25. Böyük Azərbaycan Partiyası – Elşad Musayev

26. Milli Vəhdət Partiyası – Yunus Oğuz

27. AĞ Partiya – Tural Abbaslı

28. Müasir Müsavat Partiyası – Hafiz Hacıyev

29. Azərbaycan Liberal Demokrat Partiyası – Fuad Əliyev

30. Azərbaycan Yurddaş Partiyası – Mais Səfərli

31. Azadlıq Partiyası – Əhməd Orucov

32. Azərbaycan Naminə Alyans Partiyası – Abutalıb Səmədov

33. Azərbaycan Azad Respublikaçılar Partiyası – Kamil Seyidov

34. Cümhuriyyət Xalq Partiyası – Bədrəddin Quliyev

35. Demokratik Azərbaycan Dünyası Partiyası – Əlisahib Hüseynov

36. Yeni Zaman Partiyası – Musa Ağayev

37. Vətəndaş və İnkişaf Partiyası – Əli Əliyev

38. Azərbaycan Xalq Demokratik Partiyası – Rafiq Turabxan

39. Azərbaycan Kommunist Partiyası – Hacı Hacıyev və Rauf Qurbanov

40. Milli Konqres Partiyası – İxtiyar Şirinov

41. Müstəqil Xalq Partiyası – Əflan İbrahimov

42. Vahid Azərbaycan Milli Birlik Partiyası – Hacıbaba Əzimov

43. Azərbaycan Milli Demokrat Partiyası – Tufan Kərimov

44. Azərbaycan Təkamül Partiyası – Teyyub Əliyev

45. Birlik Partiyası – Xudadat Xudiyev

46. Gələcək Azərbaycan Partiyası – Ağasif Şakiroğlu

47. Azərbaycan Milli Hərəkat Partiyası – Samir Cəfərov

48. Azərbaycan Mübarizləri Partiyası – Ağadur Müslümov

49. Qorqud Partiyası – Firudin Kərimov

50. Milli Demokrat İdrak Partiyası – Osman Əfəndiyev

Qeyd edək ki, bu müraciət yuxarıda göstərilən 30 təşkilata ayrı-ayrılıqda göndəriləcək.
Ermənilər Bakını "İsgəndər"lə vurmaqla hədələyirErməni silahlı qüvvələrini Azərbaycan Ordusu qarşısında tab gətirməyib geri çəkildiyini görən ermənilər sosial şəbəkələrdə aktivləşib.

Avrasiya.net Trend-ə istinadən xəbər verir ki, onlar sosial şəbəkələrdə Gəncə şəhərindəki növbəti erməni terroru barədə olan canlı yayınlarda şərh yazaraq ermənilərin Bakını vuracağı ilə hədələyirlər.

Erməni istifadəçilər Ermənistanda olan "İsgəndər" silahı ilə Bakının vurulacağını bildirir, ermənilərin törətdikləri terrora haqq qazandırırlar.