İran işğal olunmuş ərazilərin boşaldılmasının tərəfdarıdır"İran Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq və işğal olunmuş ərazilərin boşaldılması çərçivəsində həllininin tərəfdarıdır".

Avrasiya.net Publika.az-a istinafən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə Ermənistan və Azərbaycan arasında atəşkəs rejiminin pozulmasına münasibət bildirərkən qeyd edib.

O deyib: “İran İslam Respulikası son toqquşmalar zamanı Azərbaycan və Ermənistan arasında atəşkəs rejiminin pozulmasından təəssüfləndiyini bildirir, tərəfləri daha təmkinli olmağa dəvət edir. İran həyati əhəmiyyət kəsb edən infrastruktura və yaşayış məntəqəsi olan şəhərlərə raket hücumlarının edilməsini, mülki şəxslərin öldürülməsini qınayır, həlak olanların ailələrinin kədərinə şərik olduğunu ifadə edir”.

Münaqişənin beynəlxalq hüquq çərçivəsində həll olunmasının önəmini söylənən İran XİN-nin sözçüsü bildirib:

“İran İslam Respublikası bir daha tərəflərdən atəşkəsə riayət olunmasını, müzakirələrin beynəlxalq hüquqa uyğun, bir-birinin ərazi bütövlüyünə hörmət və işğal olunmuş ərazilərin boşaldılması çərçivəsində davam etməsini istəyir, regionda sülh və münaqişənin daimi həll yolunun əldə olunmasında müzakirələrin bərpa olunmasının vacibliyini vurğulayır”.

Azərbaycan tərəfindən vuruşmağa hazırıq – SEPAH generalıİran Qarabağdakı terrorçularla mübarizəyə hazırdır.

Avrasiya.net Publika.az-a istinadla xəbər verir ki, bunu İran İslam İnqilabi Keşişkçiləri Korpusunun (SEPAH) generalı Rəhim Noyi Əqdəm deyib.

SEPAH generalı bildirib ki, Azərbaycan müraciət edərsə, İran dəstək verməyə hazırdır.

“İran hər zaman bölgədə sülhün və qan tökülməməsinin tərəfdarıdır. Rəsmi Bakı Tehrana kömək üçün müraciət edərsə, döyüşçülərimiz Azərbaycan tərəfindən vuruşmağa hər zaman hazırdır”, - Rəhim Noyi Əqdəm vurğulayıb.

Qeyd edək ki, Rəhim Noyi Əqdəm I Qarabağ müharibəsində Azərbaycan tərəfindən döyüşüb. O, Fəxri fərman və medallarla, həmçinin Heydər Əliyev tərəfindən simvolik qılıncla mükafatlandırılıb.
  Müdafiə Nazirliyi məlumat yaydı"Vətəndaşları, sosial şəbəkə istifadəçilərini və KİV nümayəndələrini həmin saxta kanala (https://t.me/azerbaycan_mudafie_nazirliyi) və hesaba (https://www.instagram.com/mudafie.nazirliyi) istinad etməməyə çağırırıq".

Avrasiya.net-in xəbərinə görə, bu barədə Müdafiə Nazirliyinin yaydığı açıqlamada bildirilib.

Açıqlamada deyilir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəsmi teleqram kanalı və instaqram hesabı bu linklərdədir:

https://t.me/Azerbaijan_MOD
https://www.instagram.com/azerbaijan_mod
Həmsədrlər BƏYANAT yaydıAzərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov və Ermənistanın Xarici işlər naziri Zoqrab Mnatsakanyanla danışıqlardan sonra ATƏT-in Minsk qrupunun həmsədrləri danışıqlar yolu ilə həllə nail olmaq məqsədilə Dağlıq Qarabağda siyasi tənzimləmə prosesinin mühüm məsələləri üzrə tərəflərlə işini davam etdirir.

Avrasiya.net-in məlumatına görə, bu barədə ATƏT-in Minsk qrupunun bəyanatında deyilir.

Bəyanatda qeyd olunur ki, həmsədrlər Dağlıq Qarabağ münaqişəsi çərçivəsində davam edən zorakılıqlarla bağlı narahatlığını ifadə edir:

“Həmsədrlər region üçün faciəvi nəticələrin qarşısının alınması üçün humanitar atəşkəs rejimi çərçivəsində tərəflərin öhdəliklərinin tam icrası üçün dərhal addımlar atmağa çağırır.

Həmsədrlər təkrar edir ki, mülki əhali arasında itkilər heç bir halda qəbulolunmazdır. Onlar tərəfləri həlak olanların, əsirlərin və saxlanan şəxslərin mübadiləsinin təmin olunması üçün humanitar atəşkəs rejiminə əməl olunması ilə əlaqədar dərhal zəruri addımlar atmağa, eləcə də atəşkəs rejiminə nəzarət mexanizmini dərhal razılaşdırmağa çağırır”.
İranda daha 254 nəfər koronavirusdan öldü İranda ötən sutka ərzində 254 nəfər koronavirusdan (COVID-19) ölüb.

Avrasiya.net xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

S. Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 29 070 nəfərə yüksəlib.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 4108 nəfər koronavirusa yoluxub. Beləliklə İranda bu virusa yoluxanların sayı 50 8389 nəfərə yüksəlib.

O əlavə edib ki, İranda indiyədək 41 1840 nəfər koronavirusdan sağalıb.
Sarsıdan faciə: şəhidimizi dəfn edib qayıdanda gördülər ki...Bu gün Tərtər rayonunun Sarıcalı kəndində insanı sarsıdan faciə baş verib.

Axar.az xəbər verir ki, Vətən uğrunda gedən savaşda şəhid olan Tərtər rayon sakini Mehdi Elçin oğlu Məmmədovun nişanlısı və yaxın qohumu Mələk Vaqif qızı Sultanova intihar edib.

Faktı Tərtər rayonunun icra başçısı Müstəqim Məmmədov saytımıza təsdiqləyib. O bildirib ki, bu gün şəhidin dəfn mərasimindən qayıdan zaman Mələk Sultanovanın intihar etdiyi məlum olub.

Məlumata görə, M.Sultanova şəhidimizin ölümünə dözmədiyi üçün həyatına son qoyub.

Qeyd edək ki, Mələk Sultanova 11-ci sinifdə təhsil alırdı.
Təhsil sahəsi üzrə jurnalist dünyanın 1000-dən artıq universitet rektoruna müraciət ünvanlayıbTəhsil sahəsi üzrə jurnalist Böyükağa Mikayıllı dünyanın 1000-dən artıq universitet rektoruna müraciət ünvanlayıb.

Bu barədə Avrasiya.net-ə təhsil sahəsi üzrə araşdırmaçı-jurnalist, universitet tədqiqatçısı Böyükağa Mikayıllı məlumat verib.

O, bildirib ki, bu universitetlərin əksəriyyətinin rəhbərliyi ilə yaxından tanışdır və onların fəaliyyətini ayrı-ayrı vaxtlarda tədqiq edib. Jurnalist qeyd edib ki, müraciətdə ermənilən zaman-zaman Azərbaycan xalqına qarşı törətdikləri soyqırımlar, ərazi işğalları, tarixi abidələrin dağıdılması, terror aktlarının həyata keçirilməsi nəticəsində minlərlə insanların həlak olması faktları öz əksini tapıb. Müraciətdə ermənilərin körpələri, azyaşlı uşaqları, qadınları və qocaları hədəf seçərək qətlə yetirməsinə, təhsil müəssisələrinin dağıdılmasına xüsusi diqqət yetirilib.

Qeyd olunub ki, Ermənistan Birləşmiş Millətlər Təşkilatının və digər beynəlxalq qurumların qanuni tələblərinə məhəl qoymayaraq 30 ildir ki, tarixən Azərbaycana məxsus olan torpaqları işğal altında saxlamaqda davam edir. Bütün bunlarla kifayətlənməyərək Azərbaycanın digər ərazilərini də işğal etməklə hədələyir, Azərbaycanın Gəncə, Mingəçevir, Bərdə, Tərtər kimi böyük şəhərlərini raket atəşinə tutmaqla dinc əhalinin ölümünə səbəb olur. Müraciətdə Qarabağ hadisələrinin tarixi kökləri də rektorların diqqətinə təqdim edilir.

Jurnalist universitet rektorlarından xahiş edir ki, erməni təcavüzkarlığını daim diqqətdə saxlasınlar, yeri gəldikcə erməni terrorizmi ilə bağlı fikir və mülahizələrini bildirsinlər. Dünya erməni vandalizminə biganə qalmamalı, həqiqətləri görməlidir.
İsrail, Rusiya və bir neçə ölkədən Ermənistana ŞOK: GERİ QAYTARDILARSon günlər Ermənistandan xarici ölkələrə qaçanların sayı artıb. Amma bəzi ölkələr onları sərhəddən buraxmırlar.

Eməni KİV xəbər verir ki, ötən həftə ərzində Ukrayna 200-ə yaxın Ermənistan vətəndaşını ölkəyə buraxmayıb. Buna səbəb Ermənistanda koronavirusun sürətlə yayılması və xəstə ermənilərin Ukraynada virus mənbəyi yaratması ehtimalı göstərilib.

Bildirilir ki, Rusiya, İsrail və Yunanıstan da 300-dən çox Ermənistan vətəndaşının sərhəddən geri qaytarıb.

Onların bəzilərinin koronavirus xəstəsi olmaları barədə saxta arayış aldıqları məlum olub. Lakin onlar da sərhəddən geri qaytarılıblar.

Qeyd edək ki, hazırda Ermənistanda koronavirus sürətlə yayılır. Təkcə son sutka ərzində ölkədə 745 nəfərdə koronavirusa yoluxma təsdiqlənib. Daha 6 nəfər pandemiyanın qurbanı olub.

Ermənistan Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Onların Profilaktikası Milli Mərkəzinin məlumatına görə, ölkədə koronavirus xəstələrinin ümumi sayı 57 min 566-ya, pandemiya qurbanlarının sayı 1032-yə, digər səbəblərdən ölən koronavirus xəstələrinin sayı isə 308-ə çatıb.

Daha 9908 nəfər aktiv koronovirus xəstəsi müalicə alır.(Azərtac)