Ermənilər atəşkəsi pozdu, mülki vətəndaşımız həlak olduErmənistanın hərbi-siyasi rəhbərliyi 10 oktyabr 2020-ci il tarixdə saat 12:00-dan etibarən elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini, o cümlədən 1949-cu il tarixli Cenevrə Konvensiyalarının əsas norma və prinsiplərini kobud şəkildə pozmaqla dinc mülki əhalimizə qarşı terror əməllərini davam etdirir.

Avrasiya.net Baş Prokurorluğun mətbuat xidmətinə istinadən xəbər verir ki, bu gün saat 19 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Ağdam rayonunun Çəmənli və Zəngişalı kəndləri ağır artilleriyadan intensiv atəşə tutulmuş, top mərmisinin partlaması nəticəsində 1974-cü il təvəllüdlü Çəmənli kənd sakini Hüseynov Gündüz Taryel oğlu həlak olmuşdur. Fakt üzrə Ağdam rayon prokurorluğunda Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni aparma) , 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 120.2.1 (cinayətkar birlik - təşkilat tərəfindən qəsdən adam öldürmə) və digər maddələri ilə cinayət işi başlanmışdır.

Hazırda prokurorluq əməkdaşları tərəfindən döyüş şəraitində mümkün olan bütün istintaq tədbirləri həyata keçirilir.

Nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.
Ermənilər hücuma cəhd etdi, düşmən darmadağın edildi - MNHumanitar atəşkəs rejiminə əməl etməyən Ermənistan silahlı qüvvələrinin bölmələri qüvvə və vasitələri cəmləşdirərək cəbhənin müxtəlif istiqamətlərində hücum etməyə cəhd göstərib.

Avrasiya.net Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, düşmən günorta saatlarında Tuğ kəndi istiqamətindən Hadrut istiqamətində, Aragül və Banazur istiqamətlərindən isə Cəbrayıl istiqamətində hücum etməyə cəhd göstərib.

Bölmələrimizin gördüyü qabaqlayıcı tədbirlər nəticəsində xeyli canlı qüvvə və döyüş texnikasını itirən düşmən geri çəkilməyə məcbur edilib. Müdafiəni düzgün təşkil edən bölmələrimiz düşmənin irəliləməsinin qarşısını alıb, onu tələyə salaraq darmadağın edib. Döyüş toqquşması nəticədə düşmənin 38 nəfər canlı qüvvəsi, 2 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, 7 ədəd topu və sursatla dolu 2 yük maşını məhv edilib.

Qoşunlarımız hazırda bütün cəbhə boyu əməliyyat üstünlüyünə malikdir.

Millimiz Monteneqroya uduzduBu gün futbol üzrə Azərbaycan milli komandası UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində növbəti oyununu keçirib.

Avrasiya.net xəbər verir ki, Canni De Byazinin rəhbərlik etdiyi yığmamız 3-cü tur çərçivəsində səfərdə Monteneqro ilə üz-üzə gəlib. C liqasının 1-ci qrupunda mübarizə aparan millimiz qarşılaşmadan 0:2 hesablı məğlubiyyətlə ayrılıb.

Xatırladaq ki, millimiz ilk turda Lüksemburqa evdə 1:2 hesabıyla məğlub olub, Kiprə isə səfərdə qalib gəlib – 1:0. Monteneqro isə səfərdə Kirpi 2:0, Lüksemburqu 1:0 hesabıyla üstələyib.

Yığmamızın qrupunda bu gün həm də Lüksemburq Kipri qəbul edəcək.


UEFA Millətlər Liqası

C Liqası, 1-ci qrup

10 oktyabr

Monteneqro – Azərbaycan 2:0 (2-ci hissə)
Qol: S.Yovetiç, 9. İ.İvanoviç, 71.

Podqoritsa. Şəhər stadionu.

Baş hakim: Rikardo Benqoeçea (İspaniya).
Daha 14 şəhid ailəsi və Qarabağ əlilinə mənzil verildiƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu gün Lerik, Xızı, Quba rayonlarında yeni inşa olunmuş fərdi yaşayış evləri şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə təqdim edilib.

ƏƏSMN-dan Avrasiya.net-ə bildirilib ki, üç rayonda ümumilikdə 14 ev (o cümlədən Lerikdə 6, Xızıda 4, Qubada 4 ev) təqdim edilib. Bununla əlaqədar Xızının Yeni Yaşma kəndində keçirilən tədbirdə Nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sədr müavini Pərviz Səfərov, Xızı Rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Əzizov iştirak ediblər.

Bildirilib ki, Silahlı Qüvvələrimizin uğurlu əks-hücum əməliyyatları, doğma torpaqlarımızın təcavüzkar Ermənistanın işğalından azad edilməsi istiqamətində ardıcıl zəfərləri, düşmənə vurduğu sarsıdıcı zərbələr şəhidlərimizin də ruhunu sevindirir. Bu gün hər bir azərbaycanlının qəlbində tam əminlik var ki, qısa zamanda Azərbaycanın güclü Ordusu işğal altında olan bütün ərazilərimizi tam azad edəcək.

Ölkəmizdə Qələbə ovqatının hökm sürdüyü bu günlərdə Prezident, Ali Baş Komandan İlham Əliyevin yüksək qayğısı nəticəsində şəhid ailələrinin, ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə sağlamlığını itirmiş vətəndaşların mənzillə təminatı tədbirləri də davam edir.

Vurğulanıb ki, dövlət başçısının tapşırığına əsasən 2020-ci ildə şəhid ailələri və müharibə əlillərinə rekord sayda - azı 1500 mənzil və fərdi ev verilməsi nəzərdə tutulub. Bu gün təqdim edilən fərdi evlər də daxil olmaqla, onlardan artıq 664 mənzil və fərdi ev (o cümlədən 554 mənzil, 110 fərdi ev) verilib. Digər evlər, mənzillər də ilin sonunadək veriləcək. Ümumilikdə ötən dövrdə 8252 mənzil və fərdi ev bu kateqoriyadan olan vətəndaşlara təqdim edilib.

"İndi şərtləri Ermənistan deyil, Azərbaycan özü diqtə edir"Əlisahib Hüseynov
Milli Həmrəylik Partiyasının sədri


Müharibə qurtarmayıb. Haqq davamız davam edir. Müharibənin uğurla nəticələnməsində Ordu ilə bərabər diplomatiyamızın da mübarizəsi çox önəmlidir. Dünən Moskvada keçirilən görüşə də məhz siyasi-diplomatik mübarizəmizin bir hissəsi kimi baxmaq lazımdır. Belə ki, son 12-13 gün ərzində (yəni ki, sentyabrın 27-dən başlayaraq) davam edən hərbi əməliyyatlarda Azərbaycan Ordusu əsl qəhramanlıq nümunəsi göstərdi. Bu müddət ərzində gedən döyüşlərdə Cəbrayıl rayonu, Hadrut qəsəbəsi, Suqovuşan və bir neçə kəndlərimizlə bərabər böyük strateji əhəmiyyətə malik olan yüksəkliklər də düşmən işğalından azad edildi. Düşmənin çoxlu sayda canlı qüvvəsi, silah və digər hərbi texnikaları, istehkam qurğuları məhv edilib, əsgər və zabitləri əsir götürülüb, xeyli hərbi texnikaları və silah-sursatları qənimət kimi ələ keçirilib. Düşmən ordusu Azərbaycan əsgərinin qabağında aciz qalaraq döyüş meydanından qaçmağa məcbur olub. Bu əks-hücum əməliyyatlarında düşmən mövqelərini darmadağın edən Azərbaycan Ordusu torpaqlarımızı bir-birinin ardınca işğaldan azad etməklə təkcə Ermənistana deyil, həmçinin bütün dünyaya öz gücünü və qüdrətini nümayiş etdirdi. Hərbi əməliyyatlarda qazanılan
uğur və qələbələr, siyası və diplomatik müstəvidə də davam etdirilməkdədir.

Artıq əvəlkindən fərqli olaraq indi şərtləri Ermənistan deyil, Azərbaycan özü diqtə edir. Dünənki görüş də bunu bir daha sübut etdi. Okyabrın 9-da Rusiyanın vasitəçiliyi ilə iki günlük humanitar xarakter daşıyan atəşkəs elan olundu. Bu iki gün tərəflərə həlak olmuş və əsir düşmüş hərbçilərin dəyişdirilməsi imkanını verir. Bu iki gün, möhtərəm Prezidentimiz İlham Əliyevin sözü ilə desək, Ermənistana verilmiş son şansdır. Ermənistan münaqişənin beynəlxalq hüquq çərçivəsində həll olunması üçün işğal etdiyi
ərazilərdən geri çəkilməlidir və çəkiləcək də.

Odur ki, Moskva görüşündə əldə edilən humanitar atəşkəsə yanlış don geyindirmək, bunu bizim geri çəkilməyimiz kimi, məğlubiyyətimiz kimi dəyərləndirmək lazım deyil. Bu cür düşünənlər və bu fikirləri məqsədli şəkildə yayanlar cəmiyyətdə ruh düşkünlüyü yaratmağa çalışırlar. Ancaq buna imkan vermək olmaz. Cəmiyyətdə çaşğınlıq yratmağa heç kimin ixtiyarı yoxdur. Son günlərdə cəmiyyətdə vüsət almış birliyimizə, milli həmrəyliyimizə, yüksək döyüş əhval-ruhiyyəmizə heç kim xələl gətirməməlidir. Əksinə, biz bundan sonra daha da bir olmalı, həmrəylik göstərməliyik.

Əsas odur ki, biz bu 13 günlük döyüşlər ərzində dostumuzu da , düşmənimizi də gördük, yaxından tanıdıq. Düşmənlərimiz, bizi istəməyənlər həddindən çoxdur. Amma dostlarımız, müttəfiqlərimiz də az deyil. Odur ki, bizi ruhdan salmaq mümkün deyil. Qoy buna çalışan daxldəki və xaricdəki düşmənlərimiz də bunu bilsin. Hamı bilməlidir ki, bu razılaşma sadəcə “texniki atəşkəs” razılaşmasıdır, müvəqqəti anlaşmadır və bu razılaşma məhz Ermənistan tərəfinin israrlı yalvarışlarının nəticəsində baş tutub. Cənab Prezidentin də qeyd etdiyi kimi, indi Ermənistan baş naziri diz çöküb yalvarır. Onun bu günlərdə döymədiyi qapı, göndərmədiyi emissar qalmayıb. Bu da kimin kim olduğunu açıq-aydın göstərir.

Xalqımıza da sözümüz budur ki, bu sülh razılaşması deyildir. Müharlbə də bitməyib. Şanlı Ordumuz hər an tətik vəziyyətindədir. Cənab Prezidentimiz dünən xalqa müraciətində də bir daha qətiyyətlə vurğuladı ki, “biz Qarabağı alacayıq, ya müharıbə , ya sülh yolu ilə”. Biz Prezidentimizin bu qətiyyətli və prinsipial mövqeyinə inanır və güvənirik. Bəzi dünya liderləri və Ermənistanın gizli-açıq havadarları da artıq bilməlidir ki, Ermənistan yenə də sözünü tutmayacağı və vasitəçilərin bundan sonra da ədalətli mövqe sərgiləməyəcəyi təqdirdə heç kəs hadisələrin hərbi müstəvidə inkişafının qarşısını ala bilməyəcəkdir.

Azərbaycan xalqı öz dövlətinin, öz Ordusunun yanındadır. Bizim güclü ordumuz var. Bunu bütün dünya gördü, bütün dünya şahid oldu ki, Azərbaycan Ordusu öz torpaqlarını hərbi yolla azad etmək
iqtidarındadır. Sadəcə olaraq biz qan tökülməsini istəmirik. Azərbaycan xalqı sülhsevər xalqdır. Odur ki, işğalçı ölkəyə tərəfimizdən sonuncu dəfə şans verildi ki, həm döyüş meydanında yığılıb qalmış minlərlə hərbçilərinin meyitlərini götürsün, həm də işğalçılıq siyasətinə son qoymaq üçün real addımlar atsın. Əks
təqdirdə Azərbaycan Ordusui Ermənistanı sülhə məcbur etməyin yolunu bilir.
Qüdrət Həsənquliyev: “Müharibə təkcə döyüş meydanında getmir”Mən fərqindəyəm ki, hərbi əməliyyatlar başlandığı gündən atəşkəs elan olunan ana qədər sərgilənən sərt mövqe və dünən humanitar məqsədlərlə bağlı atəşkəsin elan olunması bəzi insanlar tərəfindən düzgün başa düşülmür,onların bir çoxunda xəyal qırıqlığı yaratmışdır. Ancaq siyasətçilərin borcu nə baş veriyini hər bir Azərbaycan vətəndaşına çatdırmaqdır.

Avrasiya.net xəbər verir ki, bunu BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinə açıqlamasında belə deyib.

Qüdrət Həsənquliyev bu ilin iyul ayında Azərbaycanın Tovuz rayonu istiqamətindən Ermənistanın həyata keçirdiyi hərbi təxribat nəticəsində general Polad Həşimov və bir neçə yüksək rütbəli zabitimizin həlak olduğunu xatırladıb:

“O zaman da cəmiyyətdə oxşar bir ruh düşkünlüyü yarandı. İnsanlar çox pərişan oldular və kədərləndilər ki, niyə biz ermənilərə daha ağır zərbə vurmadıq, irəli getmədik və s. Həmin dövrdə mən mətbuata verdiyim açıqlamada söyləmişdim ki, ruh düşkünlüyünə əsas yoxdur, siz Azərbaycan Prezidentinə güvənin və onu müdafiə edin. Hər addımın zamanı çatmalıdır. Vaxtilə Prezident söyləyirdi ki, bizim əks-hücumlarımız üçün beynəlxalq şərait yaranmalıdır, biz daha güclü olmalıyıq və o zaman torpaqlarımızı işğaldan azad edəcəyik. Düşünürəm ki, əks-hücum üçün əlverişli bir şərait yarandığı üçün Azərbaycan Prezidenti, Ali Baş Komandan bundan istifadə edərək torpaqlarımızın işğaldan azad olunması üçün əks-hücum əmrini verdi”.

BAXCP sədri qeyd edib ki, atəşkəsin elan olunmasıyla bağlı əldə olunan razılıq xalqı ruhdan salmamalıdır: “Biz dünyanın kiçik bir hissəsiyik, burada dünyanın siyasi xəritəsini cızan böyük güclər var. Azərbaycanın işi haqq işidir, biz torpaqlarımızın işğaldan azad olunması uğrunda mübarizə aparırıq. Döyüşlər bizim torpaqlarımızda aparılır. Bizim şəhərlərimiz, kəndlərimiz kimin yaşamasından aslılı olmayaraq dağıdılır. Düşmən tərəf bizə alternativ yol tanımayıb. Əlbəttə ki, düşmənin arxasında duran böyük güclər var. Bunun nəticəsidir ki, 30 ilə yaxındır torpaqlarımız işğal altında saxlanılıb. İndi biz çalışmalıyıq ki, diplomatik müstəvidə uduzmayaq.Ermənistan bizə qarşı koalisiya yara bilməsin.Biz belə bir şansı və bəhanəni onlara verməməliyik.Bu addımla bir daha dünyaya göstərdik ki, biz sülhpərvər xalqıq və münaqişənin sülh yolu ilə həllini istəyirik.

Düşünürəm ki, humanitar məqsədlərlə bağlı atəşkəsin elan olunması imkan verəcək ki, biz döyüş meydanında qalmış şəhidlərimizi götürüb onları hörmətlə dəfn edək. Döyüşləri müzakirə edib, ordumuzu yeni qələbələrə hazırlayaq.Atəşkəs o demək deyil ki,biz hərbi yolla torpaqlarımızı azad etmək hüququmuzdan imtina edirik. Əgər Ermənistan Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə razılaşmasa , Azərbaycanın hərbi əməliyyatları davam etdirməkdən başqa yolu qalmayacaq.Bu bizim tək şərtimiz olmalıdır.Onu da əminliklə deyə bilərəm ki,Ermənistanda artıq çoxları başa düşüb ki,Qarabağ onlara vətən yox,məzar olacaq.Onların inadkarlığı Dağlıq Qarabağda normal və sakit həyatı yox edəcək , onlar daim ölüm qorxusu altında yaşayacaq ki,bu da ermənilərin bölgədən köçünü şərtləndirəcəkdir. Beynəlxalq birlik və ermənipərəst xarici dairələr də anladı ki,xalqımız işğalla heç vaxt barışmayacaq.

Biz qeyd etdiyim tək şərtimizi düşmənə qəbul etdirməliyik, bu bizim üçün də son şansdır. Bu şərtsiz heç bir sənəd imzalanmalıdır. Bilmək olmaz ki, bir də daha neçə ildən sonra belə bir imkan yaranacaq, ya yox. Həm də atəşkəs bizə ona görə lazımdır ki, cəbhədə olan əsgərlərimiz dincəlsin,onları silah, sursatla təmin edək, yeni döyüşlərə hazırlayaq. Düzdür, düşmən də bundan istifadə edəcək, amma Ali Baş Komandan real vəziyyətin nədən ibarət olduğunu hər kəsdən daha yaxşı bilir.

Qüdrət Həsənquliyev xalqı ruhdan düşməməyə və Ali Baş Komandanımıza inanmağa çağırıb: “Düşmən çalışacaq ki, əhalimiz, əsgərlərimiz arasında ruh düşkünlüyü yaratsın. Bizim içərimizdə satqınlar var ki, neçə illərdir xarici dövlətlərin, ermənipərəst dairələrin maliyyəsi ilə yaşayırlar. Həmin insanların uşaqları, ətrafları Paşınyanın həyat yoldaşı olan Anna Akopyanın təşəbbüsü ilə sülhə çağırış bəyanatını imzalayıblar. Bu da onu göstərir ki, həmin qüvvələr Azərbaycan xalqına, dövlətinə, Prezidentinə qarşı dayanıblar. Həmin qüvvələr atəşkəsin əldə olunmasından da sui-istifadə edib vətəndaşlarımız arasında ruh düşkünlüyü, qarşıdurma yaratmaqda maraqlı olacaqlar. Qətiyyən buna getmək və imkan vermək olmaz. Hesab edirəm ki, xalqımız qələbəyə inamını itirməməlidir. Mən əminəm ki, bu sadəcə müharibə qanunlarına uyğun atılan bir addımdır. Bu məsələdə Azərbaycan Prezidenti ,qardaş Türkiyənin prezidenti, xarici işlər naziri, müdafiə naziri, parlamentin sədri dünya miqyasında öz nüfuzlarını açıq şəkildə ortaya qoyublar. Ona görə mən əminəm ki, Azərbaycan bu müharibədən alnıaçıq, qələbə ilə çıxacaq. Torpaqlarımız üzərində öz suveren hüquqlarımızı bərpa edəcəyik.

Sadəcə müharibə təkcə döyüş meydanında getmir, həm də diplomatik meydanda aparılır. Bəzən bir addım geri çəkilmək, daha çevik siyasət yürütmək lazımdır ki, düşmənlərin birləşməsinə, öz ətraflarında koalisiya yaratmalarına imkan verməyək. Beynəlxalq ictimaiyyət qarşısında haqlı olduğumuz halda haqsız görünməyək. Bunlar çox önəmli məsələlərdir. Qələbənin tək bir yolu ondan ibarətdir ki, biz qələbəyə, Ali Baş Komandana inamımızı itirməyək. Həm döyüş, həm diplomatik meydanında hansısa taktiki əməliyyatlar həyata keçirmək üçün yeri gələrsə geri çəkilə bilərik, amma bu mövqelərin itirilməsi demək deyil. Döyüş vaxtı sərt ritorikanın olmasını da təbii qəbul etmək lazımdır. Əminəm ki, bu dəfə biz Ermənistanın boğazını əlimizdən buraxmayacağıq və onu Azərbaycanın ərazi bütövlüyünü tanımağa məcbur edəcəyik”.
Kürd döyüşçülər Laçındadır - Rus jurnalistİşğal edilmiş Dağlıq Qarabağ ərazisində kürd döyüşçülər var və onlar Laçın dəhlizini qoruyurlar.

Axar.az xəbər verir ki, bunu “Novaya qazeta” qəzetinin baş redaktoru Dmitri Muradov “Exo Moskva”ya müsahibəsində deyib.

“Müsəlman kürdlər Dağlıq Qarabağı dəstəkləyirlər və Laçın dəhlizini mühafizə edirlər. Bu ərazi Ermənistanı Qarabağdan ayırır. Onlar müsəlmandırlar, erməniləri dəstəkləyirlər”, – deyə o bildirib.

Qeyd edək ki, burda deyildiyi kimi, “müsəlman” və ya “buddist” olmağın heç bir fərqi yoxdur. Kiminsə kimisə dəstəkləməsi də nağıldır. Mahiyyət odur ki, kürd terrorçular pulla tutulub və Ermənistan tərəfindən müharibədə iştirak edirlər.
Könüllülük - vətənpərvərlik məktəbi, xalqına, dövlətinə bağlılıq və xidmət örnəyidirDiaspor fəaliyyətinə gənc könüllülərin cəlb edilməsi dövrün, zamanın tələbidir
II yazı

Könüllü, boş vaxtını könüllü işə həsr etmək istəyən və bunu tam məsuliyyəti ilə öhdəsinə götürmək iqtidarında olan hər kəs ola bilər. Bu gün könüllülük institutu dünyanın bir çox ölkəsində geniş yayılıb və cəmiyyətin inkişafı üçün getdikcə daha vacib mənbəyə çevrilir.

Kim könüllü ola bilər?

XX əsrin sonlarından bəri könüllülüklə daha çox gənclər maraqlanmağa başlayıblar.Təbii ki, bu fəaliyyətdən zövq almaqla yanaşı, gənclər həm də öz peşə və həyat təcrübələri üçün xeyli material toplayırlar. Bundan əlavə, könüllü fəallar gənclərlə bağlı layihələrdə, forumlarda və beynəlxalq tədbirlərdə iştirak etmək fürsəti əldə edirlər.

Dünya üzrə könüllülərin təcrübəsini nəzərdən keçirdkdə maraqlı məlumatlarla rastlaşmaq mümkündür. Məsələn, Fransada yetkinlərin 19% -i ömürlərində, ən azı, bir dəfə könüllü fəaliyyətinə qatılıb. Respondentlərin 46% -i başqalarına kömək etmək üçün daxilən qarşısıalınmaz istək hiss etdikləri üçün könüllü olduqlarını söyləyirlər.

Yaponiyada bu fəaliyyətə yetkinlərin 26%-i maraq göstərir. Onlar könüllülük fəaliyyətinin fərdi inkişaf və bütövlükdə cəmiyyət üçün çox faydalı olduğuna əmindirlər.
Almaniyada könüllülük həyat bilgisi və təcrübəsi qazanmaq üçün misilsiz fürsət hesab olunur. Hər üç almandan biri ayda 15 saatdan çox könüllülərin birliklərində, layihələrdə və özünə yardım qruplarında çalışır.

İrlandiyada əhalinin təxminən 33% -i könüllüdür. Könüllü işlərinə ayrılan ümumi vaxt, ildə 96.454 iş saatına bərabərdir.
Bu gün könüllü təşkilatlar dünyanın 80 ölkəsində mövcuddur və həmin ölkələrin hökumətləri könüllülər hərəkatını dəstəkləyir.

Azərbaycanda könüllülük hərəkatı

Azərbaycanda könüllülüyün tarixi kifayət qədər zəngindir və bu fəaliyyət bizim milli dəyərlərimizin, eyni zamanda, sülhsevər və bəşəri dəyərlərə nə qədər bağlı olduğumuzun ifadəsidir. XIX əsrin sonu - XX əsrin əvvəllərinə nəzər salsaq, bir sıra xeyriyyə cəmiyyətlərinin yarandığını və insanlarımızın burada könüllülük prinsipi ilə müəllim, tibb bacısı və digər sahələrdə çalışdığını görə bilərik. Ölkəmiz müstəqillik əldə etdikdən sonra isə ictimai-siyasi proseslərdə könüllülərin kifayət qədər rolu olub.

Azərbaycanda sözün müasir mənasında könüllülük 2009-cu ildə “Könüllülü fəaliyyəti haqqında” qanunun qəbulundan sonra ortaya çıxdı. Xatırladaq ki, MDB ölkələri arasında ilk dəfə belə bir qanun məhz Azərbaycanda qəbul edilib. Qəbul edildiyi gündən bəri Azərbaycanda könüllü birlikləri və təşkilatları çox fəal şəkildə inkişaf etməyə başlayıb.

Postsovet dövründə Azərbaycanda könüllülüyün qabaqcılları 1993-cü ildən – ictimai və siyasi sabitliyin tədricən bərpa olunmasından sonra demokratik dəyərlərin davamlı inkişafı, siyasi və iqtisadi islahatların təşviqi ilə bağlı işlər görməyə başlayan ictimai və qeyri-hökumət təşkilatları idi. Vətəndaş cəmiyyəti sürətlə və dinamik şəkildə inkişaf edir, nəticədə başqalarına kömək etmək, faydalı olmaq kimi istəklər formalaşır. Bu prosesə insanların könüllü şəkildə cəlb edilməsinə, onların təcrübəsindən yararlanmasına mühüm önəm verilib. Beləliklə, 1998-ci ildə Gənclər, İdman və Turizm Nazirliyi, BMT İnkişaf Proqramı və BMT Könüllüləri Proqramının birgə layihəsi fəaliyyətə başlayıb. 1998-2000-ci illərdə bu proqramın nəticəsi olaraq ölkədə güclü könüllü komandası yaradılıb və könüllülük prinsiplərinin geniş auditoriyaya təbliğinə start verilib.
Azərbaycanda könüllülük fəaliyyətinin yeni inkişaf mərhələsində təkanverici rolu 2009-cu ildə Milli Məclisin qəbul etdiyi "Könüllü fəaliyyət haqqında” qanun oynayıb. 10 maddədən ibarət bu geniş və əsaslı qanunla Azərbaycanda könüllülük fəaliyyəti davamlı inkişaf yoluna qədəm qoyub. Bu qanuna görə, könüllülük əlillərə, qocalara, subaylara, aztəminatlı ailələrə, məcburi köçkünlərə, cəzaçəkmə müəssisələrindən azad edilmiş qaçqınlara, narkotik istifadə edənlərə, məişət zorakılığına məruz qalanlara yardımı önə çəkir.
Bu gün cəmiyyətin inkişafı üçün ən effektli vasitələrdən birinə çevrilən qeyri- hökumət təşkilatları könüllülüyü ön plana çəkiblər. 9 iyun 2009-cu il tarixli "Könüllü fəaliyyət haqqında" qanunun qəbulu bu fəaliyyətin tənzimlənməsinin zəruriliyinin həyata keçirilməsinin nəticəsi oldu və onun hüquqi əsasını yaradıb.

2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmət) yanında aktiv və konstant könüllü təşkilat olan ASAN Könüllüləri Təşkilatı (AKT) yaradılıb.1 saylı “ASAN kommunal” mərkəzinin açılışında cənab Prezident İlham Əliyev könüllülərin “ASAN xidmət”dəki rolunu yüksək qiymətləndirib: “Əlbəttə ki, biz “ASAN xidmət”i könüllülər hərəkatından ayıra bilmərik. Bu da bir yenilikdir. “ASAN” yaranana qədər Azərbaycanda könüllülər hərəkatı olmamışdır. Biz könüllülər haqqında eşitmişdik. Ancaq: “könüllülər hərəkatı nədir?”- bunu bilmirdik. Bu gün artıq bu hərəkat Azərbaycanda yaşayır. Mənə verilən məlumata görə, 10 min gənc artıq könüllü kimi “ASAN xidmət” mərkəzlərində işləyib və bu insanların bir çoxu bu gün müxtəlif vəzifələrdə, müxtəlif işlərdə ölkəmizin gələcək inkişafı üçün çalışırlar”.

Nüşabə Hüseynova

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi ilə birgə keçirdiyi qrant müsabiqəsi üzrə qalib olmuş “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin (CASCFEN) "Gənc könüllülərin diaspor fəaliyyətində iştirakının təbliğ olunması" layihəsi çərçivəsində dərc olunub

Ermənistan son 1 ildə rədd etdiyi prinsipləri üzərinə götürdüBizim döyüş meydanında əldə etdiyimiz qələbələr özünün diplomatik müstəvidə bizə əlavə üstünlük verməkdədir. Bu, bəyanatın üçüncü və dördüncü bənddə özünü əks etdirib.

Avrasiya.net xəbər verir ki, bunu Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov söyləyib.

“Birinci şərt ondan ibarətdir ki, Ermənistan tərəfi bu sənəddə humanitar atəşkəslə yanaşı münaqişənin baza prinsiplərinin yenidən təsdiq edilməsi və atəşkəs təmin edildikdən sorna dərhal baza prinsiplər üzərində substantiv danışıqların aparılması öhdəliyini öz üzərinə götürdü. Bu o prinsiplərdir ki, Ermənistan tərəfi son 1 ildə bunları rədd edir. Eyni zamanda, son vaxtlar yeni şərtlər irəli sürürdü və s. Onların arasında ən qıcıq yaradan Azərbaycanın artıq Ermənistanla deyil dırnaqarası qurumla – “Dağlıq Qarabağ respublikası” ilə danışıqların aparılması iddiasını irəli sürürdü. Bu sənəddə də qeyd olundu ki, danışıqlar prosesinin formatı dəyişməz qalır. Bu o deməkdir ki, burada tərəflər Azərbaycan və Ermənistandır”, - nazir vurğulayıb.
Atəşkəs elan edildikdən sonra da Ermənistan atəşkəs rejimini pozmaqda davam edir - Hikmət HacıyevAtəşkəs elan edildikdən sonra da Ermənistan atəşkəs rejimini pozmaqda davam edir. Azərbaycan Ermənistana cavab verməkdədir.

Avrasiya.net-in məlumatına görə, bunu Azərbaycan Prezidentinin xarici işlər üzrə köməkçisi Hikmət Hacıyev deyib.

H.Hacıyev bildirib ki, bu gün müvəqqəti atəşkəsin qüvvəyə minməsindən sonra da Ermənistanın Azərbaycanın mövqelərinə və mülki şəxslərə hücumu davam edir. Bu da Ermənistanın riyakarlığını göstərir. Azərbaycan Silahlı Qüvvələri də təxribatlara cavab verir.