Ermənilər Mingəçevirə raketlər atdı, Bərdədə məhv edildiCəbhədə şiddətli döyüşlər davam edir.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, Ermənistan silahlı qüvvələrinin bölmələri yenidən terror əməllərini davam etdirərək Azərbaycanın dinc əhalisini hədəfə alır, sakinləri raketlərlə atəşə tutur.

Oktyabrın 9-u günorta saatlarında düşmən Bərdə və Mingəçevir şəhərlərinə raketlərlə atəş açıb. Düşmənin atdığı raketlər Azərbaycan Ordusu tərəfindən dəqiq zərbələrlə məhv edilib.

Raketlərin qalıqları Bərdə rayonunun Həsənqaya kəndinə düşüb. Nəticədə 3 inək tələf ölub, 2-si isə yaralanıb.

Hazırda döyüşlər davam edir.
Könüllülük - vətənpərvərlik məktəbi, xalqına, dövlətinə bağlılıq və xidmət örnəyidirDiaspor fəaliyyətinə gənc könüllülərin cəlb edilməsi dövrün, zamanın tələbidir

I Yazı
Əsrlərdir, xalqımız xeyirxahlıq, fədakarlıq, könüllü və təmənnasız kömək ənənələrini yaşadır. İnsanları vahid niyyət ətrafında birləşdirən, vətəndaş, cəmiyyət və dövlətin birgə fəaliyyətinin ən uğurlu formatından biri də məhz könüllülükdür. Könüllülük həm də vətənpərvərlik məktəbi, öz xalqına, dövlətinə, milli-mənəvi dəyərlərə bağlılıq və xidmət örnəyidir.

Könüllülük nədir?

Son illərdə könüllülüyün təşviqi ilə bağlı dövlət tərəfindən zəruri addımlar atılır. Demək olar ki, artıq Azərbaycanda könüllülük bir çox fəaliyyət sahələrinə nüfuz edərək ümummilli hərəkata çevrilib, ölkəmizin hər bir bölgəsinə, ictimai həyatın müxtəlif sahələrinə yayılaraq, cəmiyyətimizin bütün təbəqələrini əhatə edib, gənclərimizin həyat tərzinə çevrilib.

Elə buna görə də Azərbaycan Prezidenti İlham Əliyev 30 dekabr 2019-cu il tarixli Sərəncamı ilə 2020-ci ili Azərbaycanda “Könüllülər ili” elan edib. Bu Sərəncam həm də könüllülük fəaliyyətinin vacib, mühüm olduğunun, ən ali səviyyədə bu fəaliyyətin doğru-düzgün dəyərləndirilməsinin bariz nümunəsidir.

Azərbaycanda könüllülər hərəkatının bəlli tarixi var. Ölkəmizdə artıq neçə illərdlir ki, könüllü hərəkatları yaranıb, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında on minlərlə gənci birləşdirən könüllü qrupları formalaşıb. Əslində, könüllülüyün tarixi yəqin ki, bəşəriyyət yarandığı gündən hesablanmalıdır. Çünki böyük mənada minilliklərdir planet orbitindən çıxmırsa, insanlıq yaşayır və yaşadırsa, deməli, bütün bunlar sevgi və mərhəmət hissi üzərindədir. Bunun təsdiqi isə insan övladının şifahi və yazılı tarixində, ədəbiyyatında bu hisslərin, meyllərin ifadə edildiyi epizodların yer almasıdır. Könüllü ifadəsini ucaldan, onu yaxşılıq, xeyirxahlıq, mərhəmət kimi kəlmələrdən fərqləndirən və təbiətini bütünlüklə və ən əsası dəqiqliklə özündə ehtiva edən belə bir izahat vermək olar: könüllü şəxs etdiyi əməlin, hər hansı fəaliyyətin müqabilində qarşı tərəfdən heç bir təmənna, qarşılıq gözləmir. O, bunu çağırışsız, səmimi istəyi əsasında edir - yəni, könüllü şəkildə. Deməli, buradan belə bir nəticəyə gəlmək olur: bir şəxs və ya bir qrup insan tərəfindən bütövlükdə cəmiyyətə və ya ayrı-ayrı şəxslərə göstərilən könüllü yardım, insanlığın humanist ideallarına fədakar xidmət etmək fikrinə əsaslanır və heç bir halda mənfəət əldə etmək, ödəniş almaq və ya karyera yüksəlişi məqsədi güdmür. Burada bir məqsəd var: yardım etmək. Özü də qeyd etdiyimiz kimi, təmənnasız.
Könüllülükdə ayrı-ayrı insanlara kömək etməklə yanaşı, şəhərlərdə ictimai faydalı iş, ətraf mühitin qorunması, tarixi və mədəniyyət abidələrinin, mədəni və mənəvi irsin qorunması və heyvan sığınacaqlarının təşkili də nəzərdə tutulur.

Könüllü yardım sərhədləri aşaraq yerli, milli və beynəlxalq səviyyədə, eləcə də, bütövlükdə, beynəlxalq birlik səviyyəsində həyata keçirilən tədbirləri əhatə edir. Ailə daxilində könüllülük çərçivəsində görülən fəaliyyəti daha geniş və ictimai əhəmiyyətli müstəviyə çıxararaq, ümumlkdə, bu fəaliyyəti insanlığın, cəmiyyətin, dövlətin rifaha qovuşmasında bir vasitəyə çevirmək mümkündür. "Könüllülük" anlayışına və müasir Qərb sosiologiyasında könüllü işinə insanların könüllü olaraq həyata keçirdiyi və ictimai əhəmiyyətli gözləntilərə çatmağı, cəmiyyətin problemlərini həll etməyi hədəfləyən fəaliyyət kimi istinad edilir. Əhalinin sosial dəstəyi üçün fəaliyyətlər sırf dövlət vəzifəsi deyil və ola da bilməz.

Könüllülüyün tarixi

Tarixə nəzər salsaq görərik ki, könüllülük fəaliyyəti ilk dəfə XVII əsrdə Fransa ordusunda başlayıb. XX əsrin ikinci yarısından etibarən isə könüllülük həmrəylik və sosial məsuliyyətlə birlikdə sistemləşdirilərək dünyada kütləvi sosial fəaliyyətə çevrilib. Könüllü sözü fransız, daha dərinə getdikdə latın mənşəlidir. XVIII-XIX əsrlərdə könüllü şəkildə hərbi xidmətə gələn insanlara könüllü deyilirdi.

Könüllülüyn tarixini vərəqlədikcə, əslində, lap əvvəldə qeyd etdiyimiz kimi bu, insanların yaradılışı ilə eyni vaxta təsadüf edir. Kəndlərdə məskunlaşmaq, həyat qurmaq, davam etmək məhz qarşılıqlı yardım hesabına başa gəlirdi. İnsanlar birlikdə məhsul yığır, ev tikir, yol çəkirdilər. Sadəcə, bəşəriyyətin sonradan sənayeləşmə, iqtisadi maraqlar və bunların ardınca gələn urbanizasiya kimi prosesləri bir çox dəyərlər kimi həmrəylik və qarşılıqlı yardım istəklərini də forma və məzmunca dəyişdi.

Yaponiya, ABŞ, Kanada, Avstraliya, İngiltərə, İtaliya və digər inkişaf etmiş ölkələrdə könüllülüyün demokratiyanın əsas prinsiplərini qoruyub gücləndirməsinə, ilk növbədə qərar qəbul etmə prosesinə çox sayda vətəndaş cəlb edildi. Bu ölkələrin hökumətləri, könüllü hərəkatına hər cür mümkün və müxtəlif dəstək verirlər: dövlət könüllü mərkəzləri sistemi və xüsusi könüllü proqramları yaratmaqla.

Məsələn, Yaponiyada özəl sektorda olduğu kimi, bütün bələdiyyələrdə mövcud olan milli, prefektura və bələdiyyə mərkəzlərini özündə birləşdirən könüllü mərkəzləri sistemi mövcuddur. Yaponiyada nazirliklər qarşısında könüllülərin fəaliyyətini gücləndirmək öhdəliyi qoyulur.

Nüşabə Hüseynova
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi ilə birgə keçirdiyi qrant müsabiqəsi üzrə qalib olmuş “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin (CASCFEN) "Gənc könüllülərin diaspor fəaliyyətində iştirakının təbliğ olunması" layihəsi çərçivəsində dərc olunub
Azərbaycanda koronavirusa yoluxanların sayı 200-ü keçdi - 2 nəfər öldüAzərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 215 yeni yoluxma faktı qeydə alınıb, 117 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Avrasiya.net-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 41519 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 39129 nəfər müalicə olunaraq sağalıb, 605 nəfər vəfat edib, aktiv xəstə sayı 1785 nəfərdir.

Ölkədə son sutka ərzində 5124, hazırkı dövrədək isə 116 2062 test aparılıb.





 Paşinyan Bakıya yalvarır: İrəvan danışıqlar istəyirErmənistan Qarabağla bağlı sülh dialoqunun yenilənməsinə hazırdır.

Axar.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan Avrasiya İttifaqı Hökumətlərarası Şurasının iclasında çıxışı zamanı deyib.

“Biz konfliktin sülh yolu ilə həlli prinsiplərinə sadiqik və sülh prosesinin yenilənməsinə hazırıq”, – deyə o bildirib.
“Azərbaycan Ordusunun hədəfləri düşmənin hərbi infrastrukturları, atəş mövqeləri və hərbi hissələridir” - XİNAzərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsi Şuşa şəhərindəki dini ibadət yerlərinin və mədəniyyət abidələrinin hədəfə alınması ilə bağlı Ermənistan XİN-in açıqlamasını şərh edib,

Avrasiya.net-in məlumatına görə, Azərbaycan XİN bildirib:

“Ölkəmizin işğal olunmuş Şuşa şəhərindəki dini ibadət yerlərinin və mədəniyyət abidələrinin Azərbaycan Silahlı Qüvvələri tərəfindən hədəf alınmasına dair Ermənistan XİN-in açıqlaması, Ermənistanın Azərbaycan əhalisinin sıx yaşadığı yaşayış məntəqələrini, mülki infrastrukturunu və mədəniyyət abidələrini qəsdən atəşə tutması faktlarından beynəlxalq ictimaiyyətin diqqətini yayındırmaq məqsədilə yaydığı növbəti saxta ittiham və təxribatıdır.

30 ilə yaxın bir müddətdir ki, Ermənistan Azərbaycan irsinin bütün əlamətlərini aradan qaldırmaq məqsədilə Azərbaycanın işğal olunmuş ərazilərindəki Azərbaycan tarixi və mədəni abidələrinin qəsdən məhv edilməsi siyasətini həyata keçirir. Bu günlərdə Azərbaycanın ikinci böyük şəhəri, eləcə də ölkəmizin tarixi və mədəni irsinin mərkəzi olan Gəncə şəhərinə raket zərbələri endirməklə Ermənistan uzun müddətdir həyata keçirilən vandalizm siyasətini bir daha açıq şəkildə nümayiş etdirdi.

Mədəni müxtəlifliyin aydın və açıq şəkildə hiss olunduğu ölkələr sırasında olan Azərbaycan dini baxımdan dünyanın ən tolerant ölkələrindən biridir. Azərbaycanın işğal olunmuş ərazilərində mədəni soyqırımı həyata keçirən, buradakı məscidlərini dağıdan və təhqir edən Ermənistandan fərqli olaraq, Azərbaycan tolerantlıq ənənələrinin qorunmasına böyük əhəmiyyət verir və Bakının mərkəzində tam təmir edilmiş və dövlətin himayəsində olan erməni Müqəddəs Qriqori Kilsəsi bu siyasətin parlaq bir nümunəsidir.

Azərbaycan Silahlı Qüvvələri Hərbi Komandanlığının rəsmi elan etdiyi kimi, Azərbaycan Ordusunun hədəfləri düşmənin hərbi infrastrukturları, atəş mövqeləri və hərbi hissələridir. Azərbaycan Silahlı Qüvvələri Azərbaycanın suveren ərazilərində əks hücum tədbirlərini beynəlxalq humanitar hüquqa və Cenevrə Konvensiyasına uyğun olaraq həyata keçirirlər.

Bir daha bəyan edirik ki, Azərbaycanın mülki əhali və obyektlərinə qarşı heç bir fərq qoymadan və qeyri-mütənasib hücumlar beynəlxalq humanitar hüquq normalarına əsasən müharibə cinayətləri sayılır, bu əməllərə görə Ermənistan məsuliyyət daşıyır; eyni zamanda, bu əməllər onları törədən cinayətkarların fərdi cinayət məsuliyyətinə cəlb olunması üçün əsasdır.

Şübhəsiz, Azərbaycanın Dağlıq Qarabağ və ətraf bölgələri işğaldan azad olunan kimi burada Ermənistanın təcavüzü nəticəsində dağıdılmış Azərbaycanın bütün tarixi, mədəni və dini abidələri bərpa olunacaqdır”.
ABŞ İrana qarşı sanksiyaları artırdı ABŞ-ın Maliyyə Nazirliyi İranın 18 böyük bankına qarşı sanksiya tətbiq edib. “The Washington Post” qəzetinin yaydığı məlumata görə, Birləşmiş Ştatlar İranın bütün maliyyə sektoruna sanksiyalar tətbiq etsə də, qadağalar kənd təssərrüfatı, qida məhsulları, dərman və tibbi avadanlıqların alınmasına aid edilmir.

Banklardan 16-sı İranın maliyyə sektorundakı fəaliyyətinə görə, biri Amerikanın “qara siyahısına” düşmüş maliyyə qurumları tərəfindən idarə olunduğu üçün sanksiyalar siyahısına düşüb. Bundan əlavə, kütləvi qırğın silahlarının yayılmasına qarşı mübarizə çərçivəsində İranın silahlı qüvvələri ilə əlaqəsi olan bir banka da məhduduyyət qoyulub.

Verilən məlumatlara əsasən, ABŞ-ın Avropalı müttəffiqləri sanksiyalara etiraz etsələr də, Vaşinqton buna məhəl qoymayıb. Avropa ölkələri bu sanksiyaların yeni koronavirus pandemiyası və valyuta böhranı dövründə İran üçün “dağıdıcı humanitar nəticələrə” səbəb olacağını bildiriblər.

İranın XİN-nin rəhbəri Cavad Zərif isə ABŞ hökumətinin pandemiya şəraitində Tehranın dərmanların pulunu ödəməsi üçün bütün vasitələrini bağlamaq istədiyini bildirib.
Merdən Bakı sakinlərinə XƏBƏRDARLIQPaytaxtın kommunal strukturlarından əldə edilən məlumata görə son günlərdə Covid-19-a yoluxanlarının sayının artması nəzərə alınaraq oktyabr ayının 10-u və 11-də kommunal xidmətlərin xüsusi texnikası və əməkdaşları tərəfindən Bakı şəhəri üzrə lokal ərazilərdəki əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaqdır.

Bakı Şəhər İcra Hakimiyyətindən Avrasiya.net-ə bildirilib ki, bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixlərdə küçəyə çıxmamaq xahiş olunur.
Ermənistan kəşfiyyatında şok: daha bir istefa...Ermənistan Milli Təhlükəsizlik Xidmətində təmizləmələrə start verilib.

Axar.az xəbər verir ki, bu məlumatı “Qraparak” qəzeti yayıb. Məlumata görə, Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Argişti Kərəmyandan sonra Milli Təhlükəsizlik Xidmətinin Hərbi Əks-kəşfiyyat Departamentinin rəhbəri Levon Şaumyan da vəzifəsindən çıxarılıb. Onun Qarabağda erməni ordusu arasında “satqınlıq” iddialarına görə istefaya göndərildiyi bildirilib.

Qeyd edək ki, Şaumyan bu ilin yanvarında Paşinyanın göstərişi əsasında general rütbəsi almışdı.
MŞ bəyanat yaydı: Bu, ciddi təxribatdır!Azərbaycan Mətbuat Şurası beynəlxalq təşkilatlara və media qurumlarına bəyanat ünvanlayıb.

Avrasiya.net bəyənatı təqdim edir:

“Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağa xaricdən jurnalist səfərləri Azərbaycan tərəfi ilə razılaşdırılmalıdır. Bununla bağlı konkret prosedur Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində akkreditasiyadır. Lakin təəssüf ki, bu tələb Şuşada kilsə ətrafında xəsarət almış rusiyalı media təmsilçiləri tərəfindən gözlənilməyib. Buna görə hadisədə məsuliyyət onları əraziyə dəvət edən Ermənistan hakimiyyətinin üzərinə düşür.

Azərbaycan Müdafiə Nazirliyi bəyan edib ki, Şuşadakı kilsənin zərər çəkməsinin Azərbaycan Ordusunun döyüş fəaliyyəti ilə heç bir əlaqəsi yoxdur. Belə olan halda jurnalistlərin həmin ərazidə olmalarının məntiqini ancaq Ermənistan tərəfində axtarmaq lazımdır. Heç bir şübhə yoxdur ki, kilsə kimi dini məkana dağıdıcı hücumun beynəlxalq ictimai rəydə doğuracağı mənfi reaksiyanı hesablayan Ermənistan dairələri orada jurnalistlərin zərər çəkmələrinin neqativ cəhətlərini də düşünüblər. Bu, ciddi təxribatdır, söz və ifadə azadlığı ilə manipulyasiyadır.

Azərbaycan Mətbuat Şurası dünyanın aparıcı beynəlxalq təşkilatlarına və media qurumlarına bir neçə gün əvvəl ünvanladığı müraciətində bildirmişdi ki, Ermənistan xarici jurnalistləri gərginlik zonalarına bilərəkdən yönləndirməklə məşğuldur. Biz bunun təhlükəli tendensiya olduğunu diqqətə çatdırmışıq. Cəbhə xəttinin Azərbaycan tərəfində olan jurnalistlərin qarşı tərəfdən atəşə tutulmaları faktı da onu göstərir ki, Ermənistan hərbçiləri üçün jurnalist həyatının heç bir əhəmiyyəti yoxdur, cəmiyyətin obyektiv informasiyalarla təminatı prinsipi onların marağında deyil.

Azərbaycan Mətbuat Şurası bir daha xarici ölkə jurnalistlərinə müraciət edərək onları Ermənistanın terrorçuların və ekstremistlərin məkanına çevirdiyi işğal edilmiş Azərbaycan ərazilərinə qeyri-qanuni səfərlərdən daşınmağa çağırır. Şura həmçinin Şuşada xəsarət almış rusiyalı media təmsilçilərinin tezliklə sağalmalarını və peşə fəaliyyətlərini davam etdirməyi arzulayır”.