Humanitar yardım adı altında Ermənistana silahların daşınması həyata keçirilir - RƏSMİErmənistan tərəfindən humanitar yardım adı altında mülki aviasiya vasitəsilə Ermənistan dövlətinə aid təyyarələrlə Ermənistana silahların daşınması həyata keçirilir.

Avrasiya.net xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin məlumatında deyilir.

Məlumatda bildirilir: "Bu məqsədlə Ermənistan hökumətinin qeydiyyatında olan təyyarələrdən və xarici ölkələrə səfər adı altında rəsmi səfərlərdən istifadə olunur.

Həmçinin Ermənistan Fövqəladə Hallar Nazirliyinin guya Ermənistana humanitar yardım gətirməsi adı altında bu kimi silah qaçaqmalçılığı həyata keçirilir. Burada, xüsusilə raket sistemlərinin və digər silahların daşınması həyata keçirilir.

1944-cü ildə Çikaqoda qəbul edilmiş Beynəlxalq Mülki Aviasiya haqqında Konvensiyanın 4-cü maddəsinə görə, Konvensiyaya tərəf olan hər bir dövlət mülki aviasiyadan Konvensiyaya uyğun olmayan məqsədlər üçün istifadə etmıməlidir. Konvensiyanın 44-cü maddəsinə əsasən, bütün dünyada beynəlxalq mülki aviasiyanın təhlükəsiz və tənzimlənən inkişafının təmin edilməsi, hava gəmilərinin sülh məqsədilə istismarının təşviq edilməsi Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO) əsas məqsədlərindən biridir.

Bununla əlaqədar olaraq, məsələnin araşdırılaraq müvafiq tədbirlərin görülməsi üçün tərəfimizdən Beynəlxalq Mülki Aviasiya Təşkilatına müraciət edilib".
Prezident cəbhədə hansı silahlardan istifadə olunduğunu AÇIQLADI“Bəli, türk avadanlığı var. Türk qüvvələri yoxdur. Səmimi desəm, Ermənistan prezidentinin dünyaya mesaj ünvanlamaq üçün CNN vasitəsilə şayiə yaymaq məqsədilə bu imkandan istifadə etməsi məni təəssüfləndirir. Mən bunu başqa cür adlandıra bilmirəm, çünki sizin mənə təqdim etdiyiniz kimi, onun dedikləri, mən onun dediklərini görməmişəm, lakin mənim sizdən eşitdiklərim tamamilə yanlışdır, bu, yanlış informasiyadır”.

Avrasiya.net xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev “CNN International” televiziya kanalının “The Connect World” verilişinə müsahibəsində bildirib.

Prezident qeyd edib ki, Türkiyə Azərbaycana dəstək göstərir, lakin bu, siyasi dəstəkdir, bu, diplomatik dəstəkdir: "Bu dəstək olmasaydı, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır” ifadəsi ilə bu çox açıq mövqe olmasaydı, çox güman ki, bu gün Ermənistan öz məqsədinə nail olmuş olardı. Bu da münaqişənin coğrafiyasının genişlənməsi və mümkün qədər çox ölkənin bu münaqişəyə cəlb olunmasından ibarətdir ki, bu ölkələr döyüş meydanında onlara kömək etsinlər. Mən, həmçinin Ermənistanın prezidentinə 1990-cı illərin əvvəlində Ermənistan bizim torpaqları işğal etdikdə onun arxasında kimin durduğunu xatırlatmaq istəyirəm. Bizim torpaqlarımızı işğal etmək üçün onlara kimlərin kömək göstərdiyinə dair bizdə kifayət qədər sübut var. Buna görə Ermənistan tərəfindən “Azərbaycana kimsə kömək edir” demək tamamilə səhv və yanlış informasiyadır, biz bunu rədd edirik".

"Silahlar, türk silahları. Təkcə türk silahları yox, rus, İsrail, Belarus, Ukrayna silahları və sair. Çünki bu gün bizdə hərbi texnikanın satınalma coğrafiyası daha da genişlənir və biz bunlara görə pul ödəyirik. Ermənistanın silahları necə və haradan əldə etməsinə nəzər salsanız görərsiniz ki, onlarda olan silahlara görə onlar ödəniş etmək imkanında deyillər. Çünki bu, milyardlarla dollardır və kasıb ölkə üçün bu, mümkünsüzdür. Onlar öz müttəfiqlərindən silahları pulsuz əldə edirlər, biz silahlara ödəniş edərək onları alırıq",- deyə Dövlət başçısı qeyd edib.

İlham Əliyev qeyd edib ki, F-16 qırıcı təyyarələr Azərbaycanda hərbi təlimlərdə iştirak etmək üçün gəlmişdi: "Keçən il Azərbaycan və Türkiyənin birgə 10 hərbi təlimi olmuşdur. Türkiyə bizim müttəfiq ölkədir və burada hərbi təlimlərin, o cümlədən Hərbi Hava Qüvvələrinin iştirakı ilə hərbi təlimlərin keçirilməsi adət olunan haldır. Yeri gəlmişkən, bu il pandemiya səbəbindən bizdə yalnız iki hərbi təlim keçirilmişdir. Onlardan biri Ermənistanın bizə hücum etməsindən əvvəl baş vermişdir. Beləliklə, F-16 qırıcı təyyarələr yerdədir, onlar uçuş etmirlər, onlar heç bir şəkildə hər hansı bir döyüşdə iştirak etmirlər. Yeri gəlmişkən...

Mən bunu birmənalı şəkildə deyirəm və hətta sizə bir erməni feyk xəbəri haqqında da söyləmək istəyirəm. Toqquşmaların ilk günlərində onlar türk F-16 qırıcı təyyarəsinin erməni Su-25 təyyarəsini vurduğunu demişdilər. Bu, feyk xəbərdir və bizi bunda günahlandıranlar indi bizdən üzr istəməlidirlər, çünki hər kəs bunun feyk xəbər olduğunu bilir. F-16 qırıcı təyyarələr buradadır, lakin onlar sizin də düzgün qeyd etdiyiniz kimi, yerdədir".
Biz onları elə günə saldıq ki... - PrezidentAzərbaycan xalqı da bunu dəfələrlə eşidib vasitəçilərdən, demək olar ki, bəzi beynəlxalq təşkilatlın rəhbərlərindən ki, bu münaqişənin hərbi həlli yoxdur. Mən isə demişdim ki, mən bu tezislə razı deyiləm və mən haqlı çıxdım, mən.

Avrasiya.net xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciəti zamanı deyib.

“Otuz ilə yaxındır danışıqlar aparılır. Bir məsələ yerindən tərpəndi? Bir santimetr torpaq bizə danışıqlar yolu ilə verildi? Aqressoru məcbur etdilərmi ki, bizim torpağımızdan çıxsın, BMT Təhlükəsizik Şurasının qətnamələrin yerinə yetirsin? Yox. Bəs necə həll olunur bu məsələ indi? Bu, hərbi yol deyilmi? Məhz hərbi yolla bu məsələ həll olunur. Hərbi, ondan sonra siyasi. Bu əməliyyat olmasaydı aqresora biz lazımi zərbələr endirməsəydik, onların dərsini verməsəydik qaçardımı indi Moskvaya danışıqlar aparmaq üçün? Oturacaqdı, özündən razı, deyəcəkdi ki, torpaqları vermirik. Biz məcbur etdik onları. Biz onları elə günə saldıq ki, indi gizlənməyə deşik axtarırlar, tapa bilmirlər. Oturublar siçan kimi ağzına su alıb susurlar. Bəs hanı sənin hikkən? Hanı sənin təkəbbürün? Hanı sənin “qəhrəmanlığın”? “Qarabağ Ermənistandır”. Qarabağ Azərbaycandır. Bunu hamı bilməlidir, o cümlədən bu gün Ermənistanın başında oturanlar da bilməlidir”, - İlham Əliyev bildirib.

Ordumuz tam üstünlüyə yiyələnib - PrezidentAzərbaycan işğal altında olan torpaqları işğaldan azad edir. Demək olar ki, hər gün cəbhədən xoş xəbərlər gəlir. Hər gün bizim əsgər və zabitlərimiz döyüş tapşırıqlarını şərəflə yerinə yetirirlər. Eyni zamanda, strtaeji yüksəklikləri götürərəkd aha əlverişli mövqelərə sahib olurlar. Beləliklə, əməliyyat planı tam icra edilir, əməliyyat planı müasir döyüş prinsiplərinə əsaslanır. Azərbaycan Ordusu həm maddi-texniki təchizat baxımından, eyni zamanda, döyüş hazırlığı baxımından bu gün döyüş meydanında tam üstünlüyə yiyələnib.

Avrasiya.net xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciətində bildirib.

Bu gün aparılan döyüşlərdə düşmənin çoxsaylı hərbi texnikasının məhv edildiyini və qənimət götürüldüyünü bildirən dövlətimizin başçısı Ermənistanın itkiləri barədə məlumat verərək deyib ki, bütövlükdə sentyabrın 27-dən bu günə qədər Ermənistan Ordusuna çox böyük zərbə vuruldu - 16 komanda məntəqəsi, 196 tank, 38 BM-21, bir “Uraqan”, 10 özüyeriyən artilleriya qurğusu, - onlardan 8-ci “Akasiya”, ikisi “Qvozdika”, 36 piyadaların döyüş maşını, 24 artilleriya batareyası, 2 RM və ya hava hücumuna qarşı müdafiə vasitəsi, 2 “S-300” kompleksinin buraxıcı qurğusu, 25 OSA zenit-raket kompleksi, 2 “Kub” zenit-raket kompleksi və sair hərbit texnika məhv edilib. Bundan başqa, 18 tank, 4 top, 22 piyadaların döyüş maşını, 12 minaatan, 27 “İqla” kompleksi və digər avtonəqliyyat vasitələri qənimət götürülüb.

“Onu da bildirməliyəm ki, düşmənin əlində bir dənə də olsun Azərbaycan Silahlı Qüvvələrinə məxsus olan hərbi texnika yoxdur”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.
Düşməndən Ağdama növbəti raket zərbəsi - 4 mülki vətəndaş yaralandıTəcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq dinc əhaliyə qarşı terror əməllərini davam etdirir.

Baş Prokurorluğun mətbuat xidmətindən Avrasiya.net-ə verilən məlumata görə, işğalçı ölkənin silahlı qüvvələrinin yaşayış məntəqələri və mülki əhalini hədəfə almaqla 09.10.2020-ci il tarixdə saat 14 radələrindən başlayaraq Ağdam rayonunun Quzanlı qəsəbəsini müxtəlif istiqamətlərdən raket və artilleriya mərmilərindən intensiv atəşə tutub.

09.10.2020-ci il tarixdə saat 14 radələrində Quzanlı qəsəbə sakinləri 1979-cu il təvəllüdlü Hüseynov Əlizamin Cavid oğlu,1978-ci il təvəllüdlü Zeynalov Elçin Əli oğlu,1984-cü il təvəllüdlü Məmmədova Lalə Məhəmməd qızı və 1992-ci il təvəllüdlü Rzayev Elçin Hənifə oğlu qəsəbə ərazisinə mərmi düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.

Hazırda prokurorluq əməkdaşları tərəfindən döyüş şəraitində mümkün olan bütün istintaq-əməliyyat tədbirləri həyata keçirilir.
İlham Əliyev: “Paşinyan zəng edir, yalvarır, alçalır”Avrasiya.net Prezident İlham Əliyevin xala müraciətindən sitatları təqdim edir:

“Paşinyan deyirdi bir qarış torpaq verməyəcəm, noldu indi? indi onun-bunun dabanını yalaya-yalaya qalmısan. Kimdi səndən soruşan verəcəksən torpağı ya yox?”

“Azərbaycan xalqına deyirəm: Biz torpaqlarımızı alacağıq!”

“Düşmənin əlində bir dənə də olsun bizim texnika yoxdur. Düşmən öz xalqını və dünyanı aldadır”.

“Azərbaycan ordusu qələbə əldə edib”.

“Onlar mövqelərini qoyub qaçırlar. Onların tankları indi onlara qarşı döyüşür”

“Paşinyan başqa ölkə rəhbərlərinə zəng edir, yalvarır, onları narahat edir, alçalır”.

“BMT qətnamələrini yerinə yetirməsələr, peşman olacaqlarını demişdik Azərbaycan bu vəziyyətlə barışmayacaqdı”.

“Bizim torpaqlarımızda oturub, bizə qarşı iddia qaldırasan? Görün, qudurğanlığın dərəcəsinə baxın”.

“Biz onlara göstərdik ki, biz beynəlxalq aləmdə də qalibik. Dünyada heç bir ölkə bizim iradəmizə təsir edə bilməz”

Prezident Paşinyana: “Kimi dabanın yalayırsan yala, biz öz torpağımızı alacayıq!”

“Biz düşmənə sonuncu şansı veririk, çıxın torpaqlarımızdan!”

“Paşinyanın yerini göstərdik. Qarabağ Ermənistan olmayacaq heç vaxt. İndi səsini belə çıxara bilmir”

“Onların XİN başçısı indi Moskvoya gəlib, orda desin "Qarabağ Ermənistandır"”

“Moskvadakı görüş bu gün bir çox şeylərə aydınlıq gətirəcək”.

“Biz qanunlar çərçivəsində fəaliyyət göstəririk, başqasının torpağında gözümüz yoxdur, öz torpağımızı heç kimə verməycəyik”.

“Nə zəng edib dünya prezidentlərinin zəhləsini tökürsən? Başlarını xarab edirsən? Məsləhət verərdim bir Şamanlara da zəng eləsin. Ya adada bir qəbiləyə”

“Açın sosial şəbəkələrə baxın, hamı məzələnir, anektod qoşur. Öz ölkəsini Paşinyan qədər rəzil edən yoxdur”

“30 il danışıq etdik, 1 santimetr torpaq bizə verildi? yox!”

“Bu məsələ hərbi yol ilə həll olunur, sonra da siyasi yol ilə. Biz yaxşı onların dərsini verdik”.
Ermənistana sonuncu XƏBƏRDARLIQ: “Çıxın torpaqlarımızdan!”Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev xalqa müraciəti zamanı işğalçı Ermənistan dövlətinə sonuncu dəfə xəbərdarlıq edib.

Avrasiya.net xəbər verir ki, Ermənistana sərt mesaj ünvanlayan İlham Əliyev “çıxın torpaqlarımızdan!” deyib.

Prezident düşmən ölkənin rəhbərliyinin öz xalqına yalan danışdığını, faktları saxtalaşdırdığını bildirib.

Dövlət başçısı bildirib ki, Azərbaycan bu gün döyüş meydanında qələbə əldə edib:
“Azərbaycan əsgər və zabiti yüksək mənəvi və psixoloji keyfiyyətlər göstərir. Çünki biz öz torpağımızda vuruşuruq, öz torpağımızı azad edirik. Döyüş gedən torpaqlar onlarınkı deyil. Onlar mövqeləri qoyub qaçırlar”

Makron İlham Əliyevə zəng etdiOktyabrın 9-da Fransa Prezidenti Emmanuel Makron Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Avrasiya.net xəbər verir ki, dövlət başçıları Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yaranmış vəziyyəti müzakirə ediblər.