Baş Prokurorluq məlumat yayıbTəcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq dinc əhaliyə qarşı terror əməllərini davam etdirir.

İşğalçı ölkənin silahlı qüvvələri yaşayış məntəqələrini və silahsızlaşdırılmış zonaları, habelə mülki əhalini hədəfə almaqla raket və artilleriya mərmilərindən 08.10.2020-ci il tarixdə səhər saatlarından başlayaraq Goranboy rayonunu müxtəlif istiqamətlərdən atəşə tutmuşdur.

08.10.2020-ci il tarixdə saat 06 radələrində rayonun Aşağı Ağcakənd qəsəbəsi ərazisinə top mərmilərinin düşməsi səbəbindən orada yerləşən Xocalı Rayon Polis Şöbəsinin inzibati binasına, o cümlədən qəsəbə ərazisində çoxsaylı mülki infrastruktur obyektlərə və yaşayış evlərinə, Qaraçinar tam orta kənd məktəbinə külli miqdarda ziyan dəymişdir.

Hazırda prokurorluq əməkdaşları tərəfindən döyüş şəraitində mümkün olan bütün istintaq-əməliyyat tədbirləri həyata keçirilir.
Ermənistanın daha iki idmançısı Qarabağda öldüQarabağdakı döyüşlərdə Ermənistanın daha iki idmançısı ölüb.

Avrasiya.net xəbər verir ki, ölənlərin basketbolçu olduğu bildirilib. Onlardan birinin XMOMM komandasının yetirməsi Ayk Saakyan, digərinin isə Ermənistanın basketbol üzrə gənclərdən ibarət yığma komandasının keçmiş oyunçusu Tiqran Mikoyan olduğu vurğulanıb.
Fransadakı ermənilər Qarabağa döyüşməyə gəlirBir sıra ölkələrdən erməni əsilli şəxslərin və muzdluların Dağlıq Qarabağda Azərbaycana qarşı döyüşməsi barədə xarici mediada mütəmadi olaraq məlumatlar verilir.

“FRANCE 24” xəbər verir ki, Fransada yaşayan ermənilər də Azərbaycana qarşı döyüşmək üçün Ermənistana qayıdırlar.

Fransanın qərbində yaşayan Vardan adlı erməni inşaatçı deyib ki, Dağlıq Qarabağda döyüşmək üçün ölkəsinə qayıtmaq barədə qərar verib.

Bundan başqa, 1990-cı illərdə Qarabağda döyüşmüş 45 yaşlı digər erməni bir qrupla Ermənistana qayıdıb, cəbhəyə getməyi planlaşdırdığını bildirib. (Azvision.az)
Qarabağda separatçıların liderlərindən biri məhv edildi - FOTOAzərbaycan Ordusunun Qarabağın azadlığı uğrunda apardığı əks-hücum əməliyyatı nəticəsində seperatçıların liderlərindən biri olan Yervand Qaciyan məhv edilib.

Avrasiya.net xəbər verir ki, məlumatı “Novosti Armenii - news.am” yayıb.

Bildirilib ki, o, Ermənistan ordusunun tərkibində döyüşürmüş.

Məlumata əsasən, Ermənistan hakimiyyəti döyüşə yeni qüvvə cəlb etməkdə çətinlik çəkir. Ölkə vətəndaşları öz övladlarını döyüşə göndərmək istəmir. Erməni icmasının nümayəndələri də döyüşdən yayınır, Qarabağdan qaçırlar. “BBC”nin məlumatına əsasən, minlərlə erməni Qarabağı tərk edib. Ermənistan hakimiyyəti onların bir hissəsini Gorusda yerləşdirib.
ATƏT Qarabağ üçün humanitar atəşkəs təklif edir ATƏT-in Minsk qrupu Qarabağda gedən döyüşləri müvəqqəti saxlamağı təklif edib.

Avrasiya.net xəbər verir ki, onlar həlak olmuş şəxslərin cəsədlərini təmas xəttindən toplayıb dəfn etmək üçün humanitar atəşkəs elan olunması təşəbbüsü ilə çıxış ediblər.

Onlar bunu dayanıqlı atəşkəs rejimi üçün əsas hesab edir. Beynəlxalq Qırmızı Xaç Komitəsi prosesdə vasitəçi olmaq missiyasını üzərinə götürdüyünü bəyan edib.
Aznif, Stanislavskiy demişkən – İnammıram! İgid əsgərlərimiz işğalda olan torpaqlarımızı azad etməkdə davam edirlər. Düşmən panikaya düşərək, hərbi texnikanı qoyub qaçır. Əlacsız qalan separatistlər cəbhə bölgəsindən uzaq olan Azərbaycanın bir neçə şəhərini bombalayıblar. Paşinyan hər gün dünya liderlərinə zəng vurub xahiş edir ki, Azərbaycana təzyiq etsinlər, müharibəni dayandırsınlar. Paşinyan kompromisə getmək istəyir və yalvarır ki, Azərbaycan kompromisə razılıq versin. Görəsən hansı kompromisdən danışır? Kompromis üçün vaxt keçmişdə qaldı. Keçmişdə azərbaycanlıların qayıtdığı Dağlıq Qarabağa xüsusi status verməyə hazır idik. Buna getməyən Paşinyan indi kompromisdən danışır. Artıq gecdir. Torpaqlarımız erməni terroristlərdən təmizlənməlidir. Və azərbaycanlılar doğma torpaqlara, yurdlarına gayıtmalıdırlar. Bundan sonra ermənilər Azərbaycan vətəndaşlığı qəbul edəcəklərsə, heç bir xüsusi imtiyazlı statussuz yaşıyacaqlar.

İndi Paşinyanın göz yaşlarına heç kim inanmır. Mən hətta bu gün xilas edilərək döyüş bölgəsindən təxliyə olunmuş Ermənistan vətəndaşı Aznif Baqdasaryana da inanmıram.

Aznif Baqdasaryan bildirilib ki, “Azərbaycan xalqının erməni xalqı ilə heç bir işi yoxdur, sadəcə, məqsəd işğal altındakı torpaqlarımızı azad etməkdir”. Nə gözəl və ilk baxışdan səmimi sözlər... Birincisi, əgər belə düşünürsənsə ki, “məqsəd işğal altındakı torpaqlarımızı azad etməkdir”, onda niyə bu 30 il ərzində bunu ermənilərə demirdin? Niyə sənin kimi fikirləşənləri yığıb bir aksiya keçirmirdin, səsini çıxardmırdın? İkincisi, sənin bu sözlərin səmimi deyil, çünki sən, bomba zərbəsi nəticəsində huşunu itirmişdin və ermənilər səni qoyub gaçmışdılar. Sənin də imkanın olsaydi qaçmağa, indi Ermənistanda oturub dünyaya bağırıb deyirdin ki, azərbaycanlılar bizi “doğma” torpaqlarımızdan qovublar....

Aznif, Stanislavskiy demişkən – İnammıram!

Dinarə Məmmədova
ALDP sədrinin müşaviri

Trampın müalicəsinə 100 min dollardan çox xərclənibABŞ prezidenti Donald Trampın üç gün ərzində koronavirus infeksiyasından müalicəsi 100 min ABŞ dollarından çox baha başa gəlib.

“Report” xəbər verir ki, bu barədə məlumat “The New York Times” tərəfindən yayımlanıb.

Nəşrin hesablamalara görə, vəsait yeni koronavirus üçün aparılan testlərə, müxtəlif antikor əsaslı dərmanların istifadəsinə xərclənib. Bura onun “Uoltir Red” Tibb Mərkəzində yerləşdirilməsi daxil deyil.

Standart tibbi sığortaya aid olmayan prosedurlar və ya gözlənilməz xərclər də daxil olduqda müalicəyə xərclənən vəsait əhəmiyyətli dərəcədə artır.