QHT-lər "Amnesty International"a etiraz etdiAzərbaycanda insan hüquqları sahəsində fəaliyyət göstərən QHT-lər "Amnesty International"ın verdiyi bəyanata etirazı edib.

Avrasiya.net xəbər verir ki, QHT-lərin müraciətində deyilir:

"Azərbaycanda insan hüquqları sahəsində fəaliyyət göstərən QHT-lər olaraq dərin narahatlıq və narazılıq hissi ilə Sizin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində mülki şəxslərin qorunması vacibliyi ilə bağlı verdiyiniz bəyanata etirazımızı bildiririk.

Hüquq müdafiə təşkilatı kimi mülki şəxslərin humanitar hüquq, həmçinin beynəxalq insan hüquqları çərçivəsində qorunmasının vacibliyi ilə bağlı mövqeyiniz təqdirəlayiqdir. Lakin təəssüflər olsun ki, bəyanatınızda qeyri-obyektiv baxış və qərəzlilik hiss olunur.

Belə ki, bəyənatda daha çox məhz Xankəndi və Şuşanın Azərbaycan hərbi qüvvələri tərəfindən bombalandığı barədə məlumat verirsiz lakin, Ermənistanın 1949-cu il Cenevrə Konvensiyası da daxil olmaqla beynəlxalq humanitar hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq Gəncə, Tərtər, Mingəçevir, Bərdə, Beyləqan, Ağcabədi, Xızı və azərbaycanlı mülki əhalinin sıx məskunlaşdığı digər şəhər və kəndlərimizə hücumlar edərək münaqişənin miqyasını və coğrafiyasını açıq şəkildə genişləndirmək cəhdlərini qeyd etmirsiz.

Diqqətinizə çatdırmaq istərdik ki, Ermənistanın raket zərbələri nəticəsində 27 azərbaycanlı mülki şəxs həlak olub, 141 nəfər yaralanıb, 500-dən çox yaşayış binası və mülki obyekt isə dağıdılıb. Bu cür vacib və həssas məsələdə selektiv yanaşma insan hüquqları prizması baxmından qərəzsizlik mövqeyinin tamamilə pozulması deməkdir.

Eyni zamanda düzgün olaraq qeyd edirsiniz ki, Azərbaycan və Ermənistan Klaster silahları barədə Konvensiyanın tərəfləridir. Azərbaycan tərəfi bu konvensiya ilə öhdəlikləri tamlıqla yerinə yetirir. Lakin Ermənistan ordusunun istifadə etdiyi klaster bombaları münaqişə zonasında və ondan aralıda yerləşən kənd və şəhərlərin mülki əhalisinə və infrastrukturuna xeyli zərər vurub. Beynəlxalq hüququn norma və prinsipləri Azərbaycan Silahlı Qüvvələrinin ölkəmizin ərazi bütövlüyünü bərpa etmək və mülki əhalinin təhlükəsizliyini təmin etmək üçün apardığı əməliyyatlara haqq verir. Azərbaycan ordusu öz ərazisində müdafiə olunur və yalnız legitim hərbi obyektləri hədəf seçir. Mülki obyektlərə konvensiyaya uyğun olaraq atəş açılmır.

Yuxarıda göstərilən faktları nəzərə alaraq Azərbaycanda insan hüquqları sahəsində fəaliyyət göstərən QHT-lər adından Sizə müraciət edir və Ermənistanın Azərbaycan xalqına qarşı həyata keçirdiyi təxribatçı hərbi təcavüzünü və hərbi cinayətlərini pisləməyə çağırırıq.

Ermənistanın Azərbaycana qarşı son hərbi cinayətlərinə dair məlumatları əks etdirən infoqrafika müraciətə əlavə edilir".

Müraciəti imzalayan 9 QHT sədri aşağıdakılardır:

1. Novella Cəfərova – D.Əliyeva adına Azərbaycan Qadınlarının Hüquqlarının Müdafiə Cəmiyyəti

2. Ramil İsgəndərli – “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyi

3. Səidə Qocamanlı – İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi İctimai Birliyi

4. Arzu Abdullayeva – Helsinki Vətəndaş Assambleyası Azərbaycan Milli Komitəsi

5. Səadət Bənənyarlı – “Beynəlxalq İnsan Hüquqları Cəmiyyəti Azərbaycan Milli Bölməsi” İctimai Birliyi

6. Zəlixə Tahirova – Azərbaycan İnsan Hüquqları Mərkəzi

7. Əvəz Həsənov – “Humanitar Tədqiqatlar” İctimai Birliyi

8. Mirvari Qəhrəmanlı - Neftçilərin Hüqularını Müdafiə Təşkilatı İctimai Birliyi

9. Eldar Zeynalov – Azərbaycan İnsan Hüquqları Mərkəzi.

QHT-lər Putin, Makron və Trampa müraciət etdiAzərbaycan QHT-ləri Ermənistanın Azərbaycanın mülki və sənaye obyektlərinə qəsdən hücumlar etməsi ilə bağlı BMT-nin Baş katibinə və ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin prezidentlərinə müraciət ünvanlayıb.

Avrasiya.net müraciəti təqdim edir:

“Dərin narahatlıq və narazılıq hissi ilə, biz, Azərbaycan QHT-ləri, Ermənistanın Azərbaycana qarşı cari il sentyabrın 27-də başlatdığı hərbi təcavüzlə bağlı Sizə müraciət edirik. 6 oktyabr 2020-ci il tarixinə olan məlumata görə, Ermənistanın hücumları nəticəsində 27 azərbaycanlı mülki şəxs həlak olub, 141 nəfər yaralanıb, 500-dən çox yaşayış binası və mülki obyekt isə dağıdılıb.

Biz, təəssüflə Ermənistanın 1949-cu il Cenevrə Konvensiyası da daxil olmaqla beynəlxalq humanitar hüquq norma və prinsiplərini kobud şəkildə pozaraq Gəncə, Mingəçevir, Bərdə, Beyləqan, Xızı, Abşeron və azərbaycanlı mülki əhalinin sıx məskunlaşdığı digər şəhər və kəndlərimizə hücumlar edərək münaqişənin miqyasını və coğrafiyasını açıq şəkildə genişləndirmək cəhdlərinə diqqətinizi çəkmək istərdik.

Oktyabrın 4-də Ermənistanın hərbi qüvvələri, müvafiq beynəlxalq konvensiyaların qadağan etdiyi kasetli bombalardan istifadə edərək, münaqişə bölgəsindən 60 kilometr məsafədə yerləşən, 500 min nəfərdən çox əhalisi olan Azərbaycanın ikinci böyük şəhəri, Gəncəni bombaladı.

Elə həmin gün təcavüzkar Ermənistan həm də Azərbaycanın əsas sənaye mərkəzlərindən biri olan Mingəçevir şəhərinə qarşı raket hücumuna başladı. Cənubi Qafqaz regionunun ən böyük hidroelektrik stansiyası olan Mingəçevir Su Elektrik Stansiyasının (SES) Ermənistan tərəfindən hədəfə alınması SES-in məhv edilməsinə gətirib çıxararaq Azərbaycanın və qonşu ölkələrin əhaliləri üçün humanitar fəlakətə səbəb ola bilərdi ki, bu da insanlığa qarşı açıq bir cinayətdir.

Yuxarıda göstərilən faktları nəzərə alaraq, biz, Azərbaycan QHT-ləri adından Sizə müraciət edərək Birləşmiş Millətlər Təşkilatını Ermənistandan Azərbaycan xalqına qarşı təxribat xarakterli hərbi əməliyyatlar və hərbi cinayətlərin törədilməsini, Ermənistanın sənaye obyektlərimizə hücumlarını dayandırmağı tələb etmək və Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinə uyğun olaraq Ermənistanı hərbi qüvvələrini Azərbaycan Respublikasının işğal olunmuş ərazilərindən tam və qeyd-şərtsiz çıxarmağa məcbur etmək məqsədilə praktik və nəticəyönümlü addımlar atmağa çağırırıq.

Ermənistanın Azərbaycana qarşı son hərbi cinayətlərinə dair məlumatları əks etdirən infoqrafika müraciətə əlavə edilir.

Müraciət Azərbaycanın 45 QHT-si tərəfindən imzalanıb:

1. Rauf Zeyni Milli Qeyri-Hökumət Təşkilatları Forumu

2. Sabit Bağırov Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu

3. Umud Mirzəyev Beynəlxalq Avrasiya Mətbuat Fondu

4. Əliməmməd Nuriyev Konstitusiya Araşdırmalar Fondu

5. Sahib Məmmədov Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası

6. Novela Cəfərova D.Əliyeva adına Azərbaycan Qadınlarının Hüququnun Müdafiə Cəmiyyəti

7. Səadət Bənənyarlı "Beynəlxalq İnsan Hüquqları Cəmiyyəti Azərbaycan Milli Bölməsi" ictimai birliyi

8. Səltənət Qocamanlı İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi İctimai Birliyi

9. Qorxmaz İbrahimli Biosfer İctimai Birliyi

10. Əvəz Həsənov Humanitar Tədqiqatlar İctimai Birliyi

11. Əziz Ələkbərov Azərbaycan Qaçqınlar Cəmiyyəti İctimai Birliyi

12. İsrayıl İsgəndərov "Ümid" Sosial İnkişafa Dəstək İctimai Birliyi

13. Vüqar Bayramov İqtisadi və Sosial İnkişaf Mərkəzi İctimai Birliyi

14. Çingiz Qənizadə Demokratiya və İnsan Hüquqları Komitəsi

15. Məhərrəm Zülfüqarlı İctimai Problemlərin Tədqiqi Assosiasiyası

16. Kamil Səlimov "Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi" ictimai birliyi

17. Fuad Məmmədov "Simurq Azərbaycan Mədəniyyət Assosiasiyası”

18. Eyyub Hüseynov "Azad İstehlakçılar" İctimai Birliyi

19. Tənzilə Rüstəmxanlı Azəri Türk Qadınlar Birliyi

20. Mirvari Qəhrəmanova Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İctimai Birliyi

21. Şəmistan Əlizamanlı "Vətənpərvərliyin Təbliğinə Dəstək" İctimai Birliyi

22. Akif Nağı Qarabağ Azadlıq Təşkilatı İctimai Birliyi

23. Osman Gündüz Multimedia Sistemləri İctimai Birliyi

24. Mayis Əliyev Sosial Hüquqların Araşdırılması

25. İradə Rizazadə "Vətəndaşların Sosial Rifahı Naminə" İctimai Birliyi

26. Bahar Qasımova "Azərbaycan Qadınları Respublika Cəmiyyəti" İctimai Birliyi

27. Məlahət İbrahimqızı "Lider Qadınlar" İctimai Birliyi

28. Fizüli Rzaquliyev Vətən Müharibəsi Veteranları İctimai Birliyi

29. Mehdi Mehdiyev Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi

30. Mehriban Zeynalova Təmiz Dünya Qadınlara Yardım İctimai Birliyi

31. Əhməd Abbasbəyli "Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı" İctimai Birliyi

32. Nəsiman Yaqublu Tarix və Mətbuat Araşdırmalarına Dəstək

33. Şahin Rəcəbov "Azərbaycan Valideyn-Müəllim Assosiasiyası" ictimai birliyi

34. Aydın Əbilov "Yeni Yazarlar və Sənətçilər" İctimai Birliyi

35. Fikrət Yusifov Ekonomiks Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyi

36. Elçin Hüseynov "Azərbaycan Yazarlar Klubu" İctimai Birliyi

37. Aydın Kərimov Müstəqil Hüquq Mərkəzi

38. Əhməd Qəşəmoğlu Tərəqqi və Demokratiya İctimai Birliyi

39. Hafiz Həsənov Hüquq və İnkişaf İctimai Birliyi

40. Mirəli Hüseynov Demokratiyanı Öyrənmə İctimai Birliyi

41. Şəmsəddin Əliyev Polisə Dəstək İctimai Birliyi

42. Asif Əsgərli Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı

43. Emin Həsənli Tərxis Olunmuş Hərbiçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyi

44. İlqar Orucov Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyəti İctimai Birliyi

45. Ramil İsgəndərli "Hüquqi Təhlil və Araşdırmalar" İctimai Birliyi

Ordumuz düşmən tərəfdə vuruşan daha iki terrorçunu məhv etdi - FOTODaha iki muzdlu-terrorçu məhv edildi.

Avrasiya.net-in məlumatına görə, Azərbaycan Ordusunun sülhə məcburetmə və antiterror əməliyyatları davam edir.

Ermənistan silahlı qüvvələrinin tərkibində Azərbaycana qarşı hərbi təcavüzdə xarici muzdlu-terrorçuların iştirakını sübut edən növbəti faktlar.

Daha iki məhv edilən əcnəbi muzdlu-terrorçu görüntüləri sosial şəbəkələrdə yayılıb.
Ordumuz düşmən tərəfdə vuruşan daha iki terrorçunu məhv etdi - FOTO
Ordumuz düşmən tərəfdə vuruşan daha iki terrorçunu məhv etdi - FOTO
Xəstəxanadan qaçan erməni mayor ordumuz tərəfindən MƏHV EDİLDİOrdumuz işğal altında olan torpaqlarımızın azad olunması uğrunda gedən döyüşlərdə erməni mayor Slavik Nikolay Avetisyan məhv edib.

Avrasiya.net xəbər verir ki, bu barədə məlumatı erməni mətbuatı təsdiqləyib.

Məlumata görə, mayor S.N.Avetisyan öncə yaralanıb, daha sonra xidmətdən yayınmaq üçün xəstəxanadan qaçıbmış.

Əsgərlərimizin səyi nəticəsində mayor məhv edilib.
DTX Qarabağda döyüşən kürd terrorçularının səsini yaydıErmənistan Azərbaycan Respublikasına qarşı hərbi təcavüzündə xarici muzdlulardan, o cümlədən İraq və Suriya ərazisindən gətirilmiş kürd terrorçu qruplaşma üzvlərindən fəal istifadə edir.

Avrasiya.net Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) saytına istinadən xəbər verir ki, DTX tərəfindən ölkəmiz əleyhinə hərbi əməliyyatlarda iştirak edən PKK ilə əlaqəli terrorçuların radio danışıqları ələ keçirilmişdir. Həmin səs yazılarında terrorçular erməni tərəfində vəziyyətin ağır və itkilərin çox olması, azərbaycanlılar tərəfindən dronların effektli tətbiqi barədə müzakirələr aparır, ermənilərin məlumatlarına aldanaraq münaqişə bölgəsinə gəldiklərindən peşmançılıq keçirdiklərini bildirirlər.

Müvafiq materialları təqdim edirik.
“Yaşıl bazar” alıcıların etimadını qazanıbCəmiyyətdə olduqca mühüm əhəmiyyət kəsb edən bazar anlayışı öz aktuallığını əsrlərdir ki, qoruyub saxlayır. O, həm yerli əhali, həm də ölkəyə səyahət edən turistlərin sevimli məkanıdır. Xarici səfərlər zamanı hər bir turist qonaq olduğu ölkənin yerli məhsulları ilə tanış olmaq məqsədilə mütləq bazara üz tutur. Bazar təkcə alış-veriş etmək baxımından deyil, həm də ölkənin mədəniyyətini, tarixini öyrənmək nöqteyi-nəzərindən də maraqlı məkandır. Burada həm şəhərin ümumi ab-havası ilə tanış olmaq, həm də yerli sakinlərin əhval-ruhiyyəsini öyrənmək mümkündür. Ən qəribəsi isə odur ki, müasir dövrdə dünyanın bütün iri şəhərlərində müasir standartlara cavab verən hiper və supermarketlər fəaliyyət göstərsə də, bazarlar öz aktuallığını qoruyub saxlamağa davam edir. Ta qədim dövrlərdən bazara getmək gündəlik həyatın əsas tələbatı olub. Nənə-babalarımızın, ana-atalarımızın bu ənənəsini bu gün biz gənclər davam etdiririk. Hətta indi bazara olan tələbat daha da artıb. Müasir cəmiyyət indi daha geniş xidmətlər təklif edən, daha geniş çeşiddə məhsul satışa çıxaran yeni standartlara uyğun bazarlara yollanır. Rəqabətdən və tələbatdan irəli gələrək paytaxtımızda bazarların sayı günbəgün artır. İndi müştəri tanımadığı məkanda mənşəyi bəlli olmayan ərzaq almır. Bir qayda olaraq, illərin sınağından çıxmış, satılan məhsullara əmin olduğu məkana üz tutur. Seçim o qədər çoxdur ki, hər kəs alış-veriş üçün öz meyarlarına uyğun məkan axtarır. Kimi təmizliyə önəm verir, kimi yolun yaxınlığına, kimi qiymətlərin ucuzluğuna, kimi də məhsulun keyfiyyətinə. Bütün bunların bir məkanda cəmlənməsinə isə çox nadir hallarda rast gəlinir.

Bazar seçimi zamanı müştərilərin ən çox önəm verdiyi məsələlərdən biri də satıcıların onlarla ünsiyyətidir. Etiraf edək ki, qiymət nə qədər ucuz, ərzaq nə qədər keyfiyyətli olsa da, kobud, acıdil satıcıdan heç kim heç nə almaq istəməz. Hamı gülərüz, onunla xoş rəftar edən, aldığı ərzaqları səliqəli şəkildə qablaşdırıb qapıya qədər, bəzən də maşına qədər aparmaqda kömək etməyi təklif edən satıcı olan məkana üz tutur. Elə bu səbəbdən müasir dövrdə satıcılar işə başlamazdan əvvəl mütləq müştərilərlə ünsiyyət qurmaq barədə təlimatlandırılırlar. Yüksək səviyyəli xidmət artıq üstünlük deyil, zəruri şərtə çevrilib.
“Yaşıl bazar” alıcıların etimadını qazanıb
Bu gün sizə təmizliyə xüsusi önəm verildiyi, keyfiyyətli ərzaqların satıldığı, gülərüz satıcıların cəmləşdiyi bir məkan – “Yaşıl bazar” haqqında danışacağıq. Paytaxtın Nərimanov rayonunda, Şah İsmayıl Xətai, 7 prospektində köhnə “Şərq bazarı”nın qarşısında yerləşən “Yaşıl bazar”ın satıcıları şəhərin yenicə oyandığı vaxtda – saat altıdan da tez artıq iş başında olurlar. Onların işi başqalarından bir neçə saat tez başlayır. Piştaxtalar düzülüb, üstündə meyvə-tərəvəz, ət, süd-qatıq, arxasında isə satıcılar. Topdan və pərakəndə satış məkanı olan “Yaşıl bazar”ı digərlərindən fərqləndirən əsas üstünlüyü oradakı göz qamaşdıran təmizlikdir. Elə alıcıları bu məkana bağlayan əsas səbəb də elə budur. Etiraf edək ki, qapalı alış-veriş mərkəzlərindən fərqli olaraq, açıq havada fəaliyyət göstərən bazarların heç də hamısında təmizliyə, səliqə-səhmana rast gəlmək olmur. Təmizlik olmayan yerdə isə heç bir gigiyena qaydalarından söhbət gedə bilməz. “Yaşıl bazar”a daxil olduğun ilk dəqiqədən buradakı təmizlik insanı valeh edir. Bu isə satıcıların öz müştərilərinin sağlamlıqlarının qayğısına qaldıqlarını sübut edən amildir. Küləklər şəhəri olan Bakıda ilin bütün aylarında toz görməyə alışmağımıza baxmayaraq, “Yaşıl bazar”da piştaxtaların üstü hər zaman təmiz olur. Bazar sahəsində güclü rəqabətin, geniş seçimin olduğu bir vaxtda təbii ki, natəmiz məkana bir dəfə gələn alıcı ikinci dəfə ora üz tutmayacaq. Bu azmış kimi, üstəlik, gördüyü natəmizlik, səliqəsizlik barədə tanışlarına, qonum-qonşularına, hətta sosial şəbəkədə şəxsən tanış olmadığı insanlanlara belə məlumat verəcək. Bu isə həmin obyekt üçün müştəri itkisi, nüfuzun aşağı düşməsindən başqa bir şey deyil. Bəlkə də elə bu səbəbdən “Yaşıl bazar”a üz tutanlar ən çox oradakı təmizlikdən danışırlar. Bazarın girişində rastlaşdığımız alıcılardan biri dediklərimizi bir daha təsdiqlədi: “İlk növbədə onu deməliyəm ki, bu genişlikdə və bu qədər təmiz ikinci bir bazar yoxdur. Burada gigiyena və təmizlik qaydalarına çox ciddi nəzarət olunur. “Yaşıl bazar”dan alış-veriş etmək insana zövq verir. Satıcılar öz mədəniyyətləri, davranışları ilə insanda xoş təəssürat oyadırlar. Bundan başqa, burada tətbiq edilən bir çox yeniliklər var. Onlardan biri də bazarın hər bir girişində yoxlama tərəzilərinin yerləşdirilməsidir. Bu çox müsbət və təqdirəlayiq bir haldır”.
“Yaşıl bazar” alıcıların etimadını qazanıb
Qeyd edək ki, “Yaşıl bazar”a yalnız təzə ərzaq almaq istəyənlər yox, həm də yerli əhalinin adət-ənənələri, mədəniyyəti, mətbəxi ilə tanış olmaq, buradakı səliqə-səhmandan, ab-havadan zövq almaq, satıcılarla gözəl ünsiyyət qurmaq istəyənlər də gəlir. Bazarda işləyən satıcılar hər kəsi gülərüzlə qarşılayıb, xoş sözlərlə yola salırlar. Onların hər biri işlərinə böyük sevgi və məsuliyyət hissi ilə yanaşır. Səhər sübhdən piştaxtalarının təmizliyi, ərzaqların gözəl düzülüşü baxımından bir-birləri ilə sanki bəhsə girirlər. Piştaxtaya böyük zövqlə düzdükləri rəngarəng meyvə-tərəvəzlərlə bazara xüsusi ab-hava qatırlar. “Yaşıl bazar” elə bir məkan ki, burada istədiyiniz hər şeyi tapa və ala biləcəksiniz. İstədiyiniz təamların dadına baxa, onları münasib qiymətə əldə edə, eyni zamanda vaxtınızı gözəl şəkildə dəyərləndirə biləcəksiniz.
“Yaşıl bazar” alıcıların etimadını qazanıb
“Burada çalışan hər bir kəs insanlara faydalı olmağa çalışır. Əslində satış etmək onların işidir, amma onlar bunu məcburiyyətdən deyil, sevə-sevə edirlər. Satdıqları ərzağı alıcıya o qədər gözəl şəkildə təqdim edirlər ki, evə lazım olmasa belə həmin məhsulu almaq istəyirsən. Burada ən çox xoşuma gələn almaq istədiyin məhsulun dadına baxmaq imkanının yardılmasıdır. Etiraf edək ki, marketlərdə buna icazə verilmir. Bəzən şirin alma adı ilə evə turş alma alıb aparırsan. “Yaşıl bazar”da isə istədiyin ərzağın dadına baxıb sonra alıb-almamaq qərarını verə bilirsən”, – deyə bazarda alış-veriş edən yaşlı bir qadın bizə söylədi.

Bəli, bu gün “Yaşal bazar” öz təmizliyi, səliqə-səhmanı ilə bir çox yerlərə əsl nümunə ola bilər. Açıq havada fəaliyyət göstərən bir məkanda yüksək səviyyədə təmizliyə nail olmaq o qədər də asan məsələ deyil. Təbii ki, bundan ötrü məkan sahibi xeyli maddi vəsait xərcləməli, işçi qüvvəsindən istifadə etməli olur. Nəticədə isə müştərilərin etimadını qazanır. Bir dəfə “Yaşıl bazar”dan alış-veriş edən alıcı ikinci dəfə başqa yerə üz tutmur. Çünki o axtardığı hər şeyi – yüksək keyfiyyəti, ucuz qiyməti və səviyyəli xidməti “Yaşıl bazar”da tapır.
Ölkəmizdə koronaya yoluxanların sayı artdıAzərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 143 yeni yoluxma faktı qeydə alınıb, 126 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Avrasiya.net-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 40 931 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 38 713 nəfər müalicə olunaraq sağalıb, 600 nəfər vəfat edib, aktiv xəstə sayı 1 618 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 203, ötən müddət ərzində isə ümumilikdə 1 145 397 test aparılıb.
Müdafiə Nazirliyi təxribatla bağlı yeni məlumat YAYDIErmənistan tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyi adına saxta "Tvitter" hesabı açılıb.

Bu barədə Avrasiya.net-ə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən bildiriblər:

"Vətəndaşları, sosial şəbəkə istifadəçilərini və KİV nümayəndələrini həmin profilə istinad etməməyə və bu https://twitter.com/ModAzerbaijan saxta hesabının bağlanılması üçün şikayət etməyə çağırırıq.

Bildiririk ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəsmi tvitter hesabı bu linkdədir:

https://twitter.com/wwwmodgovaz
Mövlud Çavuşoğlu: “Azərbaycan torpaqları artıq azad olunmalıdır!”“Azərbaycanın haqlı mübarizəsini bütün dünyaya çatdırmaq bizim də borcumuzdur”.

Avrasiya.net xəbər verir ki, bu sözləri Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə deyib.

“Sağ olun, cənab Prezidentim. Əvvəlcə, bizi qəbul etdiyiniz üçün Sizə çox təşəkkür edirik. Hörmətli Prezidentimiz, qardaşınız Rəcəb Tayyib Ərdoğanın, bütün kabinetimizin, - dünən Nazirlər Kabinetində toplantımız var idi, - və Türk xalqının Sizə salamlarını və uğur diləklərini gətirmişəm.

Bu səfəri xüsusilə Zati-alinizin də vurğuladığı kimi, Türkiyənin, Türk xalqının Can Azərbaycana olan dəstəyini bir daha bütün dünyaya göstərmək üçün buraya gəldim. Bu gün Sizin liderliyinizlə Azərbaycan öz torpaqlarını azad etmək üçün mübarizə aparır və buna qadirdir, gücü vardır, potensialı vardır. Əlbəttə, Türkiyə olaraq və Türk xalqı olaraq, biz də nə vaxt ehtiyacı olarsa, hansı sahədə ehtiyac duyarsa Azərbaycana hər cür dəstəyi verməyə hazırıq. Bunu Prezidentimiz Ərdoğan və bizlər hər platformada izah edirik, vurğulayırıq.

Azərbaycanın haqlı mübarizəsini bütün dünyaya çatdırmaq bizim də borcumuzdur. Bunu Ceyhun qardaşımla, xaricdəki bütün səfirliklərimizlə - Azərbaycanın və Türkiyənin səfirlikləri ilə birlikdə həyata keçiririk. Bu gün Sizdən alacağımız təlimatlarla daha böyük güclə bir yerdə çalışmağa davam edəcəyik. Azərbaycanın işğal edilmiş torpaqları artıq azad olunmalıdır. Azərbaycan hüquqi və mənəvi cəhətdən də haqlıdır və bu haqlı mübarizəsini hər yerdə izah edərkən bu mübarizəni də meydanda və masada birlikdə aparmağa, inşallah, davam edəcəyik.

Bu gün Sizin qəbulunuzdan sonra qardaşım Ceyhunla bu məsələlərdə necə birlikdə hərəkət edəcəyimizi dəyərləndirəcəyik.

Bizi qəbul etdiyiniz üçün bir daha təşəkkür edirik. Dostluq qrupumuzun sədri Şamil bəylə birlikdə gəldik. İnşallah, bugünkü toplantılarımız Azərbaycanın torpaqlarının azad edilməsi yolunda xeyirlərə səbəb olacaq. Bir daha təşəkkür edirəm, hörmətli Prezidentim”, - deyə Türkiyə XİN rəhbəri çıxışı zamanı qeyd edib.