Daha  3 kənd və bir neçə yüksəklik işğaldan azad olunduAzərbaycan ordusu bu gün daha bir neçə kəndi düşməndən azad edib. Avrasiya.net xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Tvitter hesabında yazıb. “Bu gün Azərbaycan ordusu Cəbrayıl rayonunun Şıxəli Ağalı, Sarıcalı, Məzrə kəndlərini və müxtəlif istiqamətlərdə bir neçə strateji yüksəkliyi azad etmişdir. Qəhrəman ordumuzun uğurlu əməliyyatı davam edir. Qarabağ Azərbaycandır!”, - Prezident bildirib.
“Sağlam gənclik, sağlam gələcək” layihəsinə yekun vurulduXəbər verdiyimiz kimi, Qaçqın və Məcburi Köçkün Qadınların İnkişaf Mərkəzi İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Sağlam gənclik, sağlam gələcək” adlı layihə həyata keçirmişdir.

Layihənin rəhbəri Ülviyyə Mikayılovanın saytımıza verdiyi məlumata görə layihə çərçivəsində həyata keçirilməsi planlaşdırılan işlər yekunlaşıb. O, vurğulayıb ki, Yaşadığımız cəmiyyət malik olduğu bir sıra problemlərlə insanların mənəvi, psixoloji, əxlaqi dünya görüşünə təsir göstərir. Bu təsirlər şübhə yoxdur ki, cəmiyyətin əsas sütunu olan məktəbdən də yan keçmir. Cəmiyyətdə baş verən proseslərin məktəbə təsir göstərəcəyi şübhəsizdir. Odur ki, məktəb öz fəaliyyətini valideynlərlə, cəmiyyətlə birgə elə təşkil etməlidir ki, baş verə biləcək problemləri aradan qaldırmaq mümkün olsun, yaxud da cəmiyyətin problemləri məktəbə ayaq açmasın.
Sağlam məktəbin təməli şagird, sağlam cəmiyyətin təməli sağlam vətəndaşlardlr.

Bu günün şagirdi cəmiyyətin sabahkı inkişafında öz əməlləri ilə iştirak edəcək, onun tərəqqisinə öz töhfəsini verəcək vətəndaşdır. Odir ki, cəmiyyətimzin xoşbəxt gələcəyini arzulayırıqsa, bu xoşbəxtliyin təməllərini bu gün məktəbdə həm fiziki, həm də mənəvi cəhətdən sağlam şagird tərbiyə etməklə qoymalıyıq.
Ülviyyə Mikayılova vurğulayır ki, layihənin məqsədi məktəbli yeniyetmə və gənclərin ciddi mənəvi və patoloji travmalara gətirib çıxaran skalioz xəstəliyi barədə müəllim və valideynləri maarifləndirmək, bu ciddi sosial problemlərin və xəstəliklərin yaranmaması üçün təbliğati iş aparmaqdan ibarətdir. Lyihə çərçivəsində öncə işçi heyəti müəyyənləşdirilmiş, layihənin optimal şəkildə həyata keçirilməsi üçün fəaliyyət planı hazırlanmış, müvafiq mütəxəssislər cəlb olunmuşdur. Bundan sonra skolios.az saytı yaradılmış, “Sağlam gənclik, sağlam gələcək” adlı buklet hazırlanaraq müvafiq qaydada, maarifləndirmə işi həyata keçirmək üçün paylanmışdır.

Ülviyyə Mikayılova qeyd etmişdir ki, hazırda layihə çərçivəsində həyata keçirilən işlərin təsviri və maliyyə hesabatı hazırlanır.
İstanbulda "Ya Qarabağ, ya ölüm" adlı izdihamlı mitinq keçirilibTürkiyənin İstanbul şəhərinin tarixi Bəyazid meydanında son günlər cəbhədə yaşanan gərginliklərlə bağlı Azərbaycana dəstək vermək, şəhid olan hərbçilərimizi yad etmək və Ermənistanın işğalçı və terrorçu siyasətinə, əl atdığı təxribatlara etiraz səsini ucaltmaq məqsədilə "Ya Qarabağ, ya ölüm" adlı izdihamlı mitinq keçirilib.

Avrasiya.net xəbər verir ki, Bütöv Azərbaycan Ocaqları, İstanbul Universitetinin Azərbaycan Mədəniyyət və Həmrəylik Birliyi və Turan Ocaqlarının birgə təşəbbüsü ilə gerçəkləşdirilən mitinqə Türkiyədə yaşayan azərbaycanlılar, Tükiyə vətəndaşları və digər ölkələrin təmsilçiləri iştirak ediblər.

Mitinq qəhrəmanlıqla həlak olan şəhidlərin xatirəsinin bir dəqiqəlik sükütla anılması və Azərbaycanla Türkiyənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Tədbir iştirakçıları qarşısında Türkiyə Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri, millət vəkili Şamil Ayrım, Azərbaycan Mədəniyyət və Həmrəylik Birliyinin sədri Anar Can Kıtay, Turan Ocaqları başqanı Ercan Urçar, Bütov Azərbaycan Ocaqları Türkiyə təmsilçisi Sina Həsəni, Azərbaycan Mədəniyyət və Həmrəylik Birliyinin fəxri sədri Rəşid Həsən Mustafazadə, digər Türk dünyası ölkələrinin təmsilçiləri olan QHT rəhbərləri, Qazi xanım "Qarabağın Tutusu" ləqəbli Rüxsarə Bayram qızı, "Kobra" ləqəbli idmançı Pərviz Abdullayev və digər fəallar da çıxış ediblər.
İstanbulda "Ya Qarabağ, ya ölüm" adlı izdihamlı mitinq keçirilib
Tədbirdə İstanbul Universiteti Azərbaycan Mədəniyyət və Həmrəylik Birliyinin sədri Anar Can Kıtay tərəfindən türk və ingilis dillərində media üçün açıqlama oxunub. Açıqlamada 1917-ci ildə baş vermiş Bolşevik inqilabı, tarixi Azərbaycan torpaqlarına ermənilərin yerləşdirilməsi, əsrlərboyu ermənilər tərəfindən türk milləti, o cümlədən azərbaycanlılara qarşı törədilən cinayətlər və qətliamlar, Xocalı soyqırımı kimi faktlar barəsində məlumat verilib, Ermənistan hökuməti tərəfindən atılan addımların beynəlxalq hüquq və normalara zidd, insanlığa qarşı cinayət olduğu bildirilib. Son günlər işğalçı Ermənistan tərəfindən törədilən təxribatlar və hücumlar nəticəsində uşaqlar da daxil olmaqla xeyli sayda dinc insanın Ermənistanın terrorçu siyasətinin növbəti qurbanı olduğu, Azərbaycan Silahlı Qüvvələrinin düşmənə lazımi cavabı verdiyi qeyd edilib.

Natiqlər Ermənistanın işğalçılıq və təcavüzkar siyasətini hiddətlə pislədiklərini, dünya azərbaycanlılarının doğma Vətənlərini dəstəklədiklərini, Azərbaycan üçün savaşmağa hazır olduğunu bəyan ediblər. Onlar dünya birliyindən və beynəlxalq təşkilatlardan Azərbaycan torpaqlarının azad olunması və ərazi bütövlüyünün bərpa olunması, işğalçı Ermənistanın sərt şəkildə cəzalandırılması üçün qətiyyətli addımlar atılmasını tələb ediblər.

Mitinqdə Azərbaycan və Türkiyənin dövlət bayraqları ilə yanaşı, dövlətimizi dəstəkləyən digər dost ölkələrin də bayraqları qaldırılıb. Mitinq boyu “"Ya Qarabağ, ya ölüm", "Marş, marş irəli, Azərbaycan əsgəri", "Azərbaycan bir olsun, istəməyən kor olsun", "Qarabağa ədalət!" şüarları səsləndirilib. Böyük izdihamın yaşandığı tədbirdə Azərbaycana dəstək ifadə olunub, çıxış edənlər Ermənistan tərəfindən törədilən təxribatları şiddətlə qınayıblar.
İstanbulda "Ya Qarabağ, ya ölüm" adlı izdihamlı mitinq keçirilib
Tbilisi məscidində Azərbaycan əsgərləri üçün dualar edilibTbilisi Cümə məscidində Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşən qəhrəman əsgərlər üçün dualar edilib.

Şəhid olanların ruhuna da Quran xətmi mərasimi keçirilib.

Mərasimdə çıxış edən Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov, İdarənin Ruhanilər Heyətinin üzvü Hacı Kamran Məmmədov, Azərbaycanlı Ağsaqqallar Şurasının üzvü Hacı İshaq Novruzov və başqaları torpaqlarının azadlığı uğrunda əks-hücum əməliyyatı aparan Azərbaycan dövlətinin mövqeyini dəstəklədiklərini bildiriblər.

Çıxışlarda qeyd olunub ki, 30 ilə yaxın bir vaxtda BMT-nin qətnamələrinə və bir çox mötəbər beynəlxalq təşkilatların bəyannamələrinə məhəl qoyulmur və torpaqlarının 20%-i işğalda və bir milyon qaçqını olan bir xalq təbii ki, bu haqsızlıqla barışa bilməzdi.

Tədbirin sonunda Azərbaycan və Gürcüstanın işğalda olan torpaqlarının azad edilməsi, ədalət əsasında sülhün bərpası və Allah yanında şəhidlərin daha uca məqama nail olmaları, qanlarının yerdə qalmamaları üçün dualar edilib.




"Bu məsələ ilə bağlı Rusiya çox məsuliyyətli və böyük ölkə kimi davranır"Fürsətdən istifadə edərək, bizim digər dost-qardaş ölkələrə də təşəkkürümü bildirmək istəyirəm. Türkiyədən sonra bizə ikinci dəstək verən ölkə Pakistan oldu, ondan sonra Əfqanıstan oldu, ondan sonra daha bir neçə ölkə bizə öz dəstəyini göstərdi. Onların hər birinə, o ölkələrin prezidentlərinə təşəkkürümü bildirirəm. Bu çətin dönəmdə təbii ki, onların həmrəyliyi, dəstəyi bizim üçün çox önəmlidir və bizə mənəvi güc verir.

Avrasiya.net xəbər verir ki, Prezident İlham Əliyev bu fikirləri “TRT Haber” telekanalına müsahibəsində söyləyib.

Bu mövzuda söhbətini davam etdirən dövlətimizin başçısı deyib:

“Rusiya bizim qonşumuzdur. Rusiya ilə münasibətlərimiz uğurla inkişaf edir. Bu gün bir çox sahələrdə Rusiya ilə Azərbaycan arasındakı münasibətlər çox yüksək səviyyədədir. Hər iki ölkə bu münasibətlərə strateji tərəfdaşlıq münasibətləri kimi yanaşır və bu, birgə imzalanmış müqavilələrdə də öz təsdiqini tapır. Bu məsələ ilə bağlı Rusiya çox məsuliyyətli və böyük ölkə kimi davranır. Rusiyadan müsbət mesajlar gəlir və hər hansı bir tərəfi dəstəkləmək müzakirə mövzusu deyil. Halbuki Ermənistan buna çox ümid edirdi. Ermənistanın bu toqquşmanı bölgənin xaricinə çıxarmaq məqsədi də Rusiyanı buraya cəlb etməkdir. Ermənistan Azərbaycana hazırda Ermənistan ərazisindən niyə hücum edir? Məhz ona görə ki, biz də hücum edək, o da Rusiya ilə, başqa ölkələrlə birgə iştirak etdiyi Kollektiv Təhlükəsizlik Təşkilatı Müqaviləsinin baş katibliyinə müraciət etsin və desin ki, Azərbaycan bizə hücum edir, gəlin bizə yardım edin”.

Prezident İlham Əliyev qeyd edib ki, iyul ayında Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi təxribatın hədəflərindən biri bu idi ki, biz də hücum edək və dövlət sərhədini keçək. İstəyirdilər ki, Kollektiv Təhlükəsizlik Təşkilatını, Rusiyanı bu işlərə cəlb etsinlər. Bu, növbəti təxribatdır və Ermənistan buna müvəffəq olmayacaq.
Ermənistan Qarabağda geri çəkildiyini etiraf etdiErmənistan ordusu geri çəkildiyini rəsmən etiraf edib.

Axar.az xəbər verir ki, Dağlıq Qarabağda separatçı rejimin “mətbuat katibi” Vaqram Poqosyan erməni qoşunlarının geri çəkildiyini bildirib.

“Cəbhənin bəzi istiqamətlərində qoşunlar geri çəkildi”, - Poqosyan bildirib.

O, bunu izah etmək üçün bəhanə kimi belə deyib: “Lazımsız itkilər olmasın və rəqibə daha böyük zərbə vura bilək”.

Bununla da Ermənistan Azərbaycan Ordusunun irəlilədiyini, erməni hərbi birləşmələrinin qaçdığını etiraf edib.
Ermənilər döyüş mövqelərini qoyub qaçır - Müdafiə Nazirliyi"Ermənistan silahlı qüvvələrinin Hadrutda yerləşən 1-ci motoatıcı alayının müdafiə sahəsində silah-sursat, ərzaq və yanacaq çatışmazlığı yaranıb".

Avrasiya.net xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyiməlumat yayıb.

"Alayın 3-cü taborunun şəxsi heyətin döyüş mövqelərini özbaşına tərk edərək qaçıb. Eyni zamanda hərbi hissənin sürücüləri də döyüş və avtomobil texnikalarını ataraq döyüş zonasından qaçıb".
DTX Orduya 500 min manat köçürdüDövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları işğal altında olan torpaqlarımızın azad olunması uğrunda mübarizə aparan Azərbaycan Ordusuna dəstək məqsədilə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna könüllü olaraq 500 min manat məbləğində pul vəsaiti ianə ediblər.

DTX-dən verilən məlumata görə, hazırda pul vəsaitlərinin köçürülməsi davam edir.

Dövlət Təhlükəsizliyi Xidmətinin şəxsi heyəti şanlı Azərbaycan Ordusunun Qarabağ Vətən müharibəsində qələbəsinə əmindir. Qarabağ Azərbaycandır! Zəfər Azərbaycanındır!