FHN Gəncədən məlumat yaydıErmənistan Respublikasının hərbi-siyasi rəhbərliyinin təxribatçı xislətindən irəli gələrək Ermənistan silahlı qüvvələri beynəlxalq humanitar hüququn norma və prinsiplərini kobudcasına pozub Azərbaycan əhalisinin sıx yaşadığı yaşayış məntəqələrini, mülki obyektləri, o cümlədən fərdi və çoxmənzilli yaşayış binalarını ağır artilleriya qurğularından atəşə tutmaqda davam edir.

Avrasiya.net xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Qeyd olunur ki, bu gün səhər saatlarından başlayaraq Ermənistan ərazisindən ölkəmizin ikinci böyük şəhəri olan və döyüş bölgəsindən tam kənarda yerləşən Gəncə şəhəri raket zərbələrinə məruz qalıb. İlkin məlumata əsasən, əraziyə cəlb olunmuş Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri tərəfindən bir ünvanda yanğının qarşısı alınıb, üç ünvanda isə dağıntıların aradan qaldırılması ilə bağlı müvafiq tədbirlər görülür. Dağıntılar altından xəsarət almış iki nəfər xilasedicilər tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Əlavə məlumat veriləcək.
Düşmənin atəşi nəticəsində 2 dinc sakin həyatını itirdi - RəsmiTəcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq dinc əhaliyə qarşı terror əməllərini davam etdirir.

Baş Prokurorluğunun Mətbuat xidmətindən Avrasiya.net-ə verilən məlumata görə, işğalçı ölkənin silahlı qüvvələrinin Beyləqan şəhərinin müxtəlif istiqamətlərində dinc əhalinin yaşayış evlərini növbəti dəfə ağır artilleriyadan atəşə tutması nəticəsində 03.10.2020-ci il tarixdə saat 19 radələrində 1976-cı il təvəllüdlü şəhər sakinləri İsmayılova Zülfiyyə İsgəndər qızı və bacısı 1998-ci il təvəllüdlü Əsədova Arzu İsgəndər qızı yaşadıqları evə çoxsaylı top mərmilərinin düşməsi nəticəsində dağıntılar altında qalaraq həlak olublar, eyni zamanda şəhərin müxtəlif yerlərinə düşmüş top mərmilərinin qəlpələrindən 1982-ci il təvəllüdlü şəhər sakinləri Balakişiyev Etibar Təvəkkül oğlu, 1969-cu il təvəllüdlü Bəşirova Sevda Yaşar qızı, 1970-ci il təvəllüdlü Zalova Yeganə Həsən qızı, Məmmədov Mayis Çərkəz oğlu və 2003-cü il təvəllüdlü Məmmədova Sevinc Mais qızı müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdirilib, çoxsaylı yaşayış evlərinə külli miqdarda ziyan dəyib. Faktla bağlı Beyləqan rayon prokurorluğunda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni aparma), 120.2.1 (cinayətkar birlik–təşkilat tərəfindən qəsdən adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.7 , 120.2.12 (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürməyə cəhd), 186.3-cü (əmlakı qəsdən məhv etmə və ya zədələmə xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) və digər maddələri ilə cinayət işi başlanıb.

Həmçinin, təcavüzkar ölkənin silahlı qüvvələrinin dinc Azərbaycan əhalisinin sıx olduğu əraziləri növbəti dəfə ağır artilleriyadan atəşə tutması nəticəsində 03.10.2020-ci il tarixdə saat 21 radələrində Tərtər rayonu Azad Qaraqoyunlu kəndinə düşmüş top mərmilərinin qəlpələrindən 1966-cı il təvəllüdlü Məmmədov Səfər Əyyub oğlu və Quliyev Akif Yunis oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdiriliblər. Hazırda prokurorluq əməkdaşları tərəfindən döyüş şəraitində mümkün olan bütün istintaq-əməliyyat tədbirləri həyata keçirilir. Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən ordumuza və dinc əhaliyə qarşı cinayətlər törətmiş təxribatçı erməni birləşmələrinin hərbi qulluqçularının beynəlxalq hüquq normaları çərçivəsində məsuliyyətə cəlb edilmələri üçün bütün zəruri tədbirlərin görülməsi təmin ediləcək.
Goranboyda iki minik avtomobili toqquşdu: 11 yaralıGoranboyda iki minik avtomobili toqquşub.

Hadisə Zeyvə-Səfikürd avtomobil yolunda baş verib.

Qəza nəticəsində aralarında yeniyetmələr və 2016-cı il təvəllüdlü azyaşlı olmaqla, 11 nəfər Zeyvə kənd sakini xəsarət alıb. Onlardan . 1984-cü il təvəllüdlü Rzayeva Təhminə Vəli qızı və 1960-cı il təvəllüd Aslanova Ramiyə Nəzir qızına rayon xəstəxanasında lazımı tibbi yardım göstərilib, 2 nəfər rayon xəstəxanasında reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. (APA)


Düşmənə növbəti xəbərdarlıq!Xankəndi şəhərindən şimalda Ballıcada yerləşən hərbi hissədən Azərbaycan Ordusunun bölmələrinin mövqeləri və yaşayış məntəqələrimiz son iki gün ərzində intensiv atəşə tutulur.

Avrasiya.net xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edilir ki, beynəlxalq təşkilatların nümayəndəlikləri vasitəsilə düşmənə bir neçə dəfə xəbərdarlıq edilməsinə baxmayaraq bu hələ də davam edir:

"Düşmənin növbəti dəfə xəbərdar edirik ki, Ballıcada yerləşən düşmən mövqelərinə qarşı tərəfimizdən adekvat tədbirlər görüləcək".
Xankəndi qaranlığa qərq olub, əhali şəhəri tərk edirErmənistanın işğal etdiyi Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) keçmiş paytaxtı Xankəndidə (Stepanakert) əhali şəhəri tərk edir. İndi orada əsasən kişi əhalisinin bir hissəsi qalıb.

Avrasiya.net bildirir ki, bu barədə “Sputnik Armeniya” və digər erməni KİV-ləri məlumat yayıblar.

Ermənistan KİV-ləri bildirir ki, Azərbaycan kanonadasının gurultusu şəhərdə getdikcə daha yaxından və ucadan eşidilir.

Şəhərin əhalisi qələbəyə ümidini itirib və separatçı hakimiyyətin tezliklə süqut edəcəyini gözləyir. Keçmiş DQMV-nin paytaxtı qaranlıqda qalıb-mənzillərdə işıq kəsilib, tez-tez hava həyəcanı siqnalı verilir və hətta qalan kişi əhalisi də zirzəmilərdə gizlənməli olur…
Trampın müalicə olunduğu hospitalın yaxınlığında şübhəli çanta aşkarlanıbABŞ-ın Merilend Ştatında polis prezident Donald Trampın koronavirusdan müalicə edildiyi Uolter Rid adına hərbi hospitalın ətrafında şübhəli çantaya görə yolu bağlayıb.

“Report” xəbər verir ki, bu barədə NBC telekanalı bildirib.

Hadisə ilə əlaqədar ABŞ liderinin tərəfdarlarının tibb mərkəzinin yaxınlığındakı dəstək aksiyası dayandırılıb. Bundan sonra əraziyə bombaların zərərsizləşdirilməsi üzrə dəstə və asayiş keşikçiləri kinoloji itlərlə gəlib. Onlar əşyanı yoxlayıblar, onun təhlükəsizliyindən əmin olduqdan sonra Trampın tərəfdarlarına öz təntənəli yürüşlərini davam etdirməyə icazə veriblər.

Qeyd edək ki, oktyabrın 2-də ABŞ prezidenti özünün və xanımı Melanya Trampın koronavirusa yoluxduğunu bildirib. Dövlət başçısı elə həmin gün Uolter Rid adına hərbi tibbi hospitala yerləşdirilib.


Müdafiə Nazirliyi: Bir sıra ərazilər işğaldan azad olunubBu gün bütün cəbhə boyu şiddətli döyüşlər davam edib. Cəbhənin müxtəlif istiqamətlərində yaşayış məntəqələrimiz düşmənin intensiv artilleriya və raket atəşinə məruz qalıb. Azərbaycan Ordusunun bölmələrinin qətiyyətli cavab tədbirləri nəticəsində yaşayış məntəqələrimizi atəşə tutan Ermənistan silahlı qüvvələrinin bir neçə istiqamətlərdə atəş mövqeləri susdurulub, düşmənə sarsıdıcı zərbə endirilib.

Avrasiya.net xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, gün ərzində gedən şiddətli döyüşlər zamanı qoşunlarımızın şəxsi heyətinin şücaəti nəticəsində Tərtər rayonunun Suqovuşan və Talış yaşayış məntəqələri, Füzuli rayonunun Aşağı Əbdurrəhmanlı, Cəbrayil rayonunun Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri işğaldan azad olunub.

Madagiz-Ağdərə istiqamətində gedən döyüşlər zamanı Ermənistan silahlı qüvvələrinin 77-ci tank taborunun 4 tankı məhv edilib, 3 tankı isə qənimət götürülüb.

Ermənistan silahlı qüvvələrinin Ağdərə istiqamətində yerləşən 5-ci dağatıcı alayının müdafiə sahəsinə qoşunlarımız tərəfindən artilleriya zərbələrinin endirilməsi nəticəsində alayın 4 ədəd avtomobil texnikası məhv edilib, şəxsi heyəti arasında çoxlu sayda ölən və yaralanan var.

5-ci dağatıcı alayın bir neçə bölməsinin şəxsi heyəti döyüş mövqeyini tərk edərək qaçıb.
Peskov: “Sülhməramlıların yerləşdirilməsinə Azərbaycan razılıq verməlidir”“Rusiya Azərbaycan və Ermənistanın razılığı ilə Dağlıq Qarabağa öz sülhməramlılarını yerləşdirə bilər”.

Publika.az "RBK"ya istinadla xəbər verir ki, bu sözləri Rusiya prezidentinin sözçüsü Dmitri Peskov deyib:

“Yalnız tərəflərin razılığı ilə sülhməramlılar yerləşdirilə bilər”.

Qeyd edək ki, bu gün Ermənistan baş naziri Nikol Paşinyan Rusiya sülhməramlılarının Qarabağa yerləşdirilməsini istəyib.
 İran da erməni təxribatını pislədiİranın Bakıdakı səfirliyi Azərbaycanın mülki obyektləri, eləcə də vətəndaşlarına qarşı törədilən hücumları kəskin şəkildə pisləyir.

İran səfirliyindən Avrasiya.net-ə bildiriblər ki, Azərbaycan Respublikasının rəsmi mənbələri, o cümlədən Baş Prokurorluğun məlumatlarına əsasən, Dağlıq Qarabağ bölgəsi və yeddi ətraf rayonda Azərbaycan və Ermənistan arasında yeni toqquşma dalğası başlayan gündən etibarən çoxlu sayda Azərbaycan vətəndaşı, o cümlədən qadınlar və uşaqlar həlak olub, yaralanıb, eləcə də xeyli sayda mülki infrastruktur və obyektlər məhv edilib. Azərbaycan Respublikasının baş prokurorluq idarəsinin məlumatına görə, oktyabrın 3-ü səhərə qədər 19 günahsız insan öldürülüb, 63 nəfər yaralanıb, 44 mülki obyekt və infrastruktur, eləcə də 181 ev darmadağın olunub.

Bununla bağlı İran İslam Respublikasının Azərbaycan Respublikasındakı (Bakı) səfirliyi, insan hüquqları və humanist beynəlxalq hüquqa riayətin zəruriliyini vurğulayaraq, Cenevrə Konvensiyası (1949), ona əlavə olunmuş protokollar (1977) da daxil olmaqla silahlı qarşıdurmanı tənzimləyən norma, prinsip və beynəlxalq qaydaları nəzərə çatdırır. Xüsusilə mülki əhalinin himayəsinə dair IV Cenevrə Konvensiyası, günahsız insanların hüquqlarının hər növ pozulması və mülki şəxslərin öldürülməsi, yaralanması, mülki binaların və obyektlərin dağıdılaraq ziyan vurulmasını qətiyyətlə pisləyir.

Sonda həyatını itirən şəxslərin yaxınlarına baş sağlığı verir, yaralananlara Allahdan şəfa diləyirik.