“Ermənistan Mingəçevirə raket atıb” - Hikmət HacıyevErmənistanın azərbaycanlı mülki şəxslərə qarşı dövlət terroru davam edir.

Avrasiya.net xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün “Twitter” hesabındakı paylaşımında bildirib.

“Bir neçə dəqiqə əvvəl Ermənistan silahlı qüvvələri Azərbaycanın Mingəçevir sənaye şəhərinə qarşı raket hücumu təşkil edib. Mingəçevirdə su anbarı və əsas elektrik stansiyası mövcuddur. Çarəsizliyin barbar ifadəsi”.
Azərbaycan əsgəri onları iti qovan kimi qovur - PrezidentHesab edirdilər ki, biz bununla barışacağıq. Ancaq biz göstərdik kim kimdir. Azərbaycan əsgəri onları iti qovan kimi qovur. İşğal edilmiş torpaqlarda Azərbaycan bayraqları qaldırılır.

Avrasiya.net xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciətində deyib.

“Onların səngərlərində Azərbaycan əsgəri dayanır, onların postları bizim əlimizdədir. Onların tanklarını biz sürürük, onların digər silahlı texnikası bizim əlimizdədir”, -
Azərbaycan xalqını ürəkdən təbrik edirəm! – İlham ƏliyevƏziz həmvətənlər! Bu gün Cəbrayıl şəhəri və Cəbrayıl rayonunun 9 kəndi işğaldan azad edildi. Bu, tarixi hadisə münasibətilə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Cəbrayıl rayonu və digər ərazilərin işğaldan azad edilməsində fəal iştirak etmiş bütün əsgər və zabitlərimizi ürəkdən təbrik edirəm.

Avrasiya.net xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciətində deyib.
 İndi qaçıb, siçan kimi gizlənib – Ali Baş KomandanAzərbaycan xalqı təhqir edildi, Şuşada qondarma rejimin başçısı özünə dırnaqarası andiçmə mərasimi keçirdi. Baxım görüm indi andiçmə mərasimini harada keçirəcək! Yas mərasimi keçirəcək. İndi qaçıb, siçan kimi gizlənib.

Avrasiya.net xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Cəbrayıl şəhərinin və bəzi kəndlərin azad edilməsi ilə bağlı xalqa müraciətində “dqr” separatçısı haqda danışarkən deyib.
Cəbrayılla birgə azad edilən yeni kəndlərimiz – SiyahıAzərbaycan Prezidenti İlham Əliyev bu gün Ordumuz tərəfindən azad edilən Cəbrayılın kəndlərinin adlarını açıqlayıb.

Avrasiya.net xəbər verir ki, Prezident bunu canlı yayımda çıxışında deyib.

Həmin kəndlərin siyahısını təqdim edirik:

Cəbrayıl şəhəri və 9 kənd

Karxulu, Şükürbəyli, Yuxarı Maralyan, Çərəkən, Daşkəsən, Diçal, Horovlu, Mahmudlu, Cəfərabad.

Yeddi gündə bir şəhər, 23 kənd, bir yüksəlik azad edilib.
Mehriban Əliyevadan “Instagram”da Cəbrayıl PAYLAŞIMIAzərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva bu gün Azərbaycan Ordusunun Cəbrayıl şəhəri və bir neçə kəndi işğaldan azad etməsi münasibətilə "Instagram"da paylaşım edib.

Avrasiya.net xəbər verir ki, Mehriban Əliyeva sosial şəbəkə hesabında Prezident Ali Baş Komandan İlham Əliyevin Azərbaycan Ordusunun uğuru ilə bağlı "Twitter" statusunu paylaşıb.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Twitter"də bu gün işğaldan azad edilən ərazilərlə bağlı paylaşım edib.

Dövlət başçısı yazıb:

"Bu gün Azərbaycan ordusu Cəbrayıl şəhərini və rayonunun bir neçə kəndini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan ordusuna! Qarabağ Azərbaycandır!"
Ermənistan Beynəlxalq Haaqa Məhkəməsinə verilməlidir - MHP sədriƏlisahib Hüseynov
Milli Həmrəylik Partiyasının (MHP) sədri

Bu gün Azərbaycanın ikinci böyük şəhəri, strateji əhəmiyyətli tarixi paytaxtı Gəncə şəhərinin və eləcə də Beyləqanın, Tərtərin Ermənistan tərəfindən güclü artilleriya atəşinə tutulması və kütləvi raket zərbələrinə məruz qalmasını qətiyyətlə pisləyir və bunu insanlığa qarşı cinayət hesab edirik. Çünki məhz Ermənistanın Baş naziri Nikol Paşinyanın birbaşa göstərişi ilə məqsədyönlü şəkildə həyata keçirilmiş bu atəş və zərbələr nəticəsində dinc əhali arasında ölən və xəsarət alanlar var, eləcə də çoxlu sayda mülki obyektlərə ziyan dəyib.

Xüsusən də münaqişə zonasından və Ermənistan sərhədindən xeyli kənarda yerləşən Gəncə şəhərinin dinc sakinlərinin ağır artilleriya vasitələri ilə atəşə tutulması heç bir bəşəri prinsiplərə və hüquqi normalara sığmır. Ermənistan rəhbərliyi bu cinayətkar addımı atmaqla 1949-cu il tarixli Cenevrə konvensiyalarını, o cümlədən BMT-nin Təhlükəsizlik Şurasının qərar və qətnamələrini kobud surətdə pozub və buna görə məsuliyyət daşıyır.

Biz hesab edirik ki, qeyri-müharibə zonasındakı şəhərlərimizə və mülki əhalimizə qarşı bu cür vəhşi davranışına görə Ermənistan Beynəlxalq Haaqa Məhkəməsinə verilməlidir. BMT rəhbərliyi və ATƏT-in Minsk Qrupu dinc əhalimizə qarşı törədilən bu amansız hərbi cinayətə qarşı sərt münasibət bildirməli və buna beynəlxalq səviyyədə hüquqi-siyasi qiymət verməlidir. Artıq "ikili standartlar" siyasətindən əl çəkməyin vaxtı gəlib çatıb. Dünyaya, bütün insanlığa meydan oxuyan Ermənistanın terrorçu-faşist davranışları cəzasız qalmamalıdır!

Diaspor təşkilatlarının gücü: media gözləntiləri doğruldurmu? Son tədqiqatlar göstərir ki, diaspor təşkilatları üçün məlumat mühitinin formalaşmasında medianın, xüsusilə, internet mediasının rolu getdikcə artır

(əvvəli ötən sayımızda)

Müraciətdə daha sonra deyilir: “Xaricdə yaşayan azərbaycanlılara müraciət edərək, sosial şəbəkədə, elektron media və digər kütləvi informasiya vasitələrində rəsmi olmayan, dəqiqləşdirilməmiş və qeyri-obyektiv məlumatlardan istifadə etməməyə çağırırıq.
Əziz diaspor nümayəndələri, bizə daxil olan müraciətlərdən cəbhəboyu zonada baş verənlərdən nə qədər narahat olduğunuzu başa düşürük və bildiririk ki, xaricdə yaşayan hər bir soydaşımız Ermənistanın təxribatçı hərəkətlərinin, eləcə də Azərbaycanın haqlı mövqeyinin dünyaya çatdırılmasında, yaşadıqları ölkələrin ictimaiyyətinin doğru məlumatlandırılmasında fəallıq göstərməli, hal-hazırda cəbhədə baş verənlərlə bağlı səhih məlumatların yayılmasında yaxından iştirak etməlidir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu gün xalqa müraciətində deyildiyi kimi: “Bu işğala son qoyulmalıdır və qoyulacaq! Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycanındır!".

Beləliklə, bu müraciətə cavab olaraq diaspor təşkilatılarımız tezliklə təşəbbüsü ələ alıb, müvafiq addımlar atıblar. Əlbəttə ki, bu istiqamətdə görülən işlərin hamısı barədə ən azı bir cümləlik informasiya versək belə buna xeyli zaman ayırmalı olaraq. Bununla belə bir neçə məqamı oxucuların diqqətinə çatdırırıq: Məsələn, Koreya Respublikasının “Naewoeilbo” gündəlik qəzetində bu ölkədə yaşayan azərbaycanlıların Ermənistanın Azərbaycana qarşı son hərbi təcavüzü ilə bağlı Koreya xalqına müraciəti dərc edilib. “Azərbaycan xalqının atəşə tutulması nifrət doğurdu, Ermənistana qarşı hərbi reaksiyanın verilməsi qərara alındı” başlığı ilə dərc edilən müraciətdə hazırda Ermənistan və Azərbaycan arasındakı hərbi qarşıdurmanın Azərbaycan torpaqlarında baş verdiyi, ölkəmizin məqsədinin yalnız öz ərazisini xarici işğalçılardan təmizləmək olduğu bildirilib. Azərbaycan ərazilərinin 20 faizinin Ermənistan tərəfindən işğal olunmasına baxmayaraq, ölkəmizin uzun illər ərzində sülh danışıqlarına sadiq qalmasının vurğulandığı müraciətdə belə bir sual verilir: “Əgər hər hansı xarici ölkənin ordusu Koreya Respublikasının ərazisinin 20 faizini işğal etsəydi, günahsız vətəndaşlarını soyqırımına məruz qoysaydı, Koreya xalqı buna necə reaksiya verərdi?”.

Müraciətdə Azərbaycanın uzun illər Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həllinə ümid bəslədiyi, lakin Ermənistanın bu xoş niyyəti rədd etdiyi və ölkəmizin mülki əhalisinə qarşı müharibə cinayətləri törətməyə davam etdiyi vurğulanıb, günahsız mülki əhaliyə qarşı hərbi təcavüzlərin qəbuledilməzliyi diqqətə çatdırılıb.

Avstriyada fəaliyyət göstərən “Avusturya gündem“ internet televiziyasının müəllif verilişində Ermənistanın Azərbaycana qarşı təxribatları və hazırda cəbhədəki vəziyyətə həsr olunmuş veriliş yayımlanıb.Tanınmış jurnalist Özden Çeliyin aparıcısı olduğu verilişdə Avstriya-Azərbaycan Mədəniyyət və İş Adamları Dərnəyinin sədri Yardım Günəş, Azərbaycan Mədəniyyət Mərkəzində dil kurslarının rəhbəri, filologiya üzrə fəlsəfə doktoru Yaqut Abdalla və AZƏRTAC-ın Avstriyadakı xüsusi müxbiri Elgün Niftəli qonaq qismində iştirak ediblər.

Serbiyanın nüfuzlu “Tanjug” xəbər agentliyi, “Danas” qəzeti və “RTV” xəbər agentliyinin internet portalında “Azərbaycanın həyata keçirdiyi bütün tədbirlər özünün beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilindədir - Qarabağ Azərbaycandır” başlıqlı məqalə dərc edilib.
Qazaxıstanda fəaliyyət göstərən Azərbaycan diasporu Ermənistan dövlətinin son hərbi təxribatları ilə bağlı bəyanat yayıb, Qırğızıstanın “manas.kg”, “24.kg” portalları və “Veçerniy Bişkek” qəzeti isə Ermənistanın Azərbaycana qarşı təxribatları, Silahlı Qüvvələrimizin əks hücumları barədə materiallar, Almaniyanın tanınmış “Nitro” jurnalının internet səhifəsində isə “Dağlıq Qarabağ: Diplomatiyanın sonu müharibə gətirdi” adlı məqalə yayılıb.

Təbliğat baxımından növbəti addım kimi Diasporla İş üzrə Dövlət Komitəsində Azərbaycan elmini və mədəniyyətini xarici ölkələrdə təmsil edən bir sıra ictimai xadimlə görüş keçirilib. Görüşdə Dövlət Komitəsinin sədri Fuad Muradov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair həqiqətlərin dünya ictimaiyyətinə çatırılmasında alimlərin, ictimai xadimlərin rolundan danışıb, bu sahədə əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb. Alman-Azərbaycan Cəmiyyətinin sədri Çingiz Abdullayev, Azərbaycan-Skandinaviya Əməkdaşlığı İctimai Birliyinin sədri Bəhram Atabəyli və digər şəxslər cəbhəyanı zonada baş verənlər, ümumilikdə Ermənistanın təxribatları ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə, o cümlədən elmi ictimaiyyətə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin dəstəklənməsi üçün əllərindən gələni edəcəklərini, bu işi sistemli və ardıcıl aparacaqlarını bildiriblər.
Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün qınanılması, təxribatlarla bağlı məlumatların daha geniş kütləyə çatdırılması istiqamətində Azərbaycanın İsveçrədəki səfirliyinin təşkilatçılığı, “Azərbaycan-Türk Mədəniyyət Assosiasiyası”, “Azərbaycan Dostları Birliyi” və İsveçrə Azərbaycanlılarının Koordinasiya Şurasının dəstəyi ilə Soloturn və Sürix şəhərlərində tədbirlər təşkil edilib.
İsveçrədə geniş oxucu kütləsinə malik “Post Gazetesi”ndə Azərbaycının bu ölkədəki səfiri Xanım İbrahimovanın həmrəyliklə bağlı məqaləsi dərc olunub və münaqişə barədə geniş məlumat verilib.

Eyni zamanda dünyanın müxtəlif ölkələrində diaspor təşkilatlarımızın Azərbaycan dövlətinə və ordumuza dəstək məqsədi ilə keçirdikləri aksiyalar bir çox ölklərin mətbuatında ətraflı işıqlandırılıb. Bu proses hazırda da davam etməkdədir.
Lakin əldə edilən nəticələr heç də arxayınlaşmağa əsas vermir və diaspor təşkilatlarımız bu istiqamətdəki fəaliyyətlərini daha da intensivləçdirməlidirlər. Ümumiyyətlə, bəlli olduğu kimi, bəşəriyyətin ən böyük silahı sözdür, informasiyadır. Bu silahdan düzgün istifadə etmək üçün xaricdəki diaspor təşkilatlarımız yerli ictimaiyyətlə sıx və keyfiyyətli münasibətlər qurmağa çalışırlar. Bunun üçün ən effektli yol xarici KİV-lərdə söz sahibi olmaqdır.

Bu gün bütün dünyada informasiya artıq qlobal mahiyyət daşıyır, ölkələri, cəmiyyətləri yönəldən güc faktoru rolunda çıxış edir. Bu isə diaspor təşkilatları, icmaları qarşısında tam yeni vəzifələr qoyur. Diaspor təşkilatları ölkəmizin təbliği ilə bağlı istər yerli, istərsə dünya mediasına mesajlar ötürməli, onların fəaliyyətini bir məcraya yönəltməlidirlər. Diaspor və medianın qarşılıqlı əlaqəsi, işbirliyi elə qurulmalıdır ki, nəticə etibarilə qazanan ölkə, xalq, dövlət olsun.

(davamı növbəti sayımızda)

Nüşabə Hüseynova

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi ilə birgə keçirdiyi qrant müsabiqəsi üzrə qalib olmuş “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin (CASCFEN) "Gənc könüllülərin diaspor fəaliyyətində iştirakının təbliğ olunması" layihəsi çərçivəsində dərc olunub
Cəbrayıl işğaldan AZAD OLUNDUCəbrayıl işğaldan azad olunub.

Avrasiya.net xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Tvitter səhifəsində yazıb:

"Bu gün Azərbaycan ordusu Cəbrayıl şəhərini və rayonunun bir neçə kəndini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan ordusuna! Qarabağ Azərbaycandır!"
Cəbrayıl işğaldan AZAD OLUNDU
 Korotçenko: Nikol buna görə Gəncəni vurdurduPaşinyanın taktikası Rusiyanı müharibəyə cəlb etməkdən ibarətdir.

Bunu rusiyalı hərbi ekspert İqor Korotçenko öz Tvitter səhifəsində paylaşıb.

“Paşinyanın taktikası: Azərbaycan şəhərlərinə zərbə endirərək, Bakını Ermənistandakı hədəflərə cavab zərbəsinə təhrik etmək, ardınca isə aqressiya qurbanı kimi Rusiya və KTMT-yə kömək üçün müraciət etməkdir”, – deyə o bildirib.