Mehriban Əliyeva Madagizin işğaldan azad olunması münasibətilə paylaşım etdiAzərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Madagizin işğaldan azad olunması münasibətilə "Instagram"da paylaşım edib.

Avrasiya.net xəbər verir ki, Mehriban Əliyeva sosial şəbəkə hesabında Prezident Ali Baş Komandan İlham Əliyevin Azərbaycan Ordusunun uğuru ilə bağlı "Twitter" statusunu paylaşıb.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev özünün "Twitter" səhifəsində paylaşım edib.

Dövlət başçısı bu sözləri yazıb: "Bu gün #Azərbaycan ordusu #Madagizdə Azərbaycan bayrağını qaldırdı. Madagiz bizimdir. #Qarabağ Azərbaycandır!"
Ermənilərin daha 5 hərbi texnikası ələ keçirildiCəbhədə gərgin döyüşlər davam edir.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, Azərbaycan Ordusunun uğurlu əməliyyatı nəticəsində düşmən yenə də geri çəkilib və hərbi texnikalarını ataraq qaçıb.

Hərbçilərimiz ermənilərin daha bir neçə hərbi texnikasını - 4 "KamAZ" və 1 "QAZ-54" markalı avtomobil hərbi qənimət kimi ələ keçirib.

Avtomobillərin içərisində erməni əsgərlərinə məxsus əsgər geyimləri, əsgər ləvazımatları, rabitə və digər mühüm hərbi vasitələr aşkar edilib.

Hərbi texnikaların hamısı işlək vəziyyətdədir.

Qeyd edək ki, daha əvvəl düşmənin bir neçə hərbi maşını da qənimət olaraq ələ keçirilmişdi.

Prezident Madagizin azad olunmasına görə komandiri təbrik etdiAzərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyev bu gün 1-ci Ordu Korpusunun komandiri Hikmət Həsənovu Madagizin işğaldan azad olunması münasibətilə təbrik edib.

Avrasiya.net bu barədə Azərbaycan Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

“Ona tapşırıq verdi ki, Ali Baş Komandanın təbriklərini korpusun bütün şəxsi heyətinə çatdırsın. Hikmət Həsənov Ali Baş Komandana öz təşəkkürünü bildirdi, Prezidenti əmin etdi ki, 1-ci Ordu Korpusu Ali Baş Komandan tərəfindən qarşısında qoyulmuş bütün vəzifələri şərəflə yerinə yetirəcəkdir”, - deyə məlumatda bildirilir.
"Biz Baş Komandanımızın tarixi qərarını, qətiyyətli mövqeyini dəstəkləyirik" Əlisahib Hüseynov
Milli Həmrəylik Partiyasının (MHP) sədri


Bu gün (oktyabrın 3-də) Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin təşəbbüsü və sədrliyi ilə siyasi partiya rəhbərləri ilə “Milli həmrəylik – siyasi dialoqun nəticəsi” mövzusunda videokonfrans formatında görüş keçirildi.

Söhbət sentyabrın 27-də səhər saatlarından etibarən işğalçı Ermənistanın genişmiqyaslı hərbi əməliyyatlara başlamasının və nəticədə mülki əhalini, infrastruktur obyektlərini hədəf alaraq artilleriya atəşinə məruz qoymasının pislənildiyi, Ali Baş Komandanımıza və Ordumuza dəstəyin verildiyi birgə bəyanatı imzalayan 50 siyasi partiyadan gedir. Milli Həmrəylik Partiyasının (MHP) sədri olaraq mən də bu görüşdə iştirak etdim. Görüşə qatılan bütün həmkarlarımız öz çıxışlarında bu toplantının hazırki məqamda olduqca böyük əhəmiyyət kəsb etdiyini vurğuladılar və görüşün təşkilatçısı kimi Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinə öz təşəkkürlərini bildirdilər.

Sözügedən şöbənin fəaliyyəti həqiqətən də çox səmərəli və təqdirəlayiqdir. Hörmətli Ədalət Vəliyev partiyaların fəaliyyətinin canlandırılması və onların ölkə əhəmiyyətli proseslərdə fəal rol almaları üçün böyük səy göstərir. Bugünkü toplantı da məhz bu baxımdan çox əhəmiyyətlidir.

Ölkədə istər siyasi dialoqun, istərsə də milli həmrəyliyin mövcudluğu ölkədə siyasi sabitliyin qorunub saxlanmasında, iqtidar-müxalifət münasibətlərinin sivil məcraya yönəlməsində, eləcə də ümummilli problemimiz olan Qarabağın işğaldan azad edilməsi üçün milli birliyə, ictimai-siyasi konsensusa nail olunmasında mühüm rol oynayır. Məhz Prezident İlham Əliyevin təşəbbüsü və siyasi iradəsi ilə ölkədə yeni siyasi konfiqurasiyanın formalaşmasının nəticəsi olaraq ölkədə yuridik baxımdan mövcud olan bir çox siyasi partiyalar bu ilin əvvəlindən artıq de-fakto olaraq da fəallaşdılar və cəmiyyət həyatında yaxından iştirak etməyə start verdilər. Partiyalar ölkədə cərəyan edən proseslərdə iqtidarla birgə məsuliyyəti bölüşməyə başladılar. Bu olduqca mühüm məqamdır. Məhz cəmiyyət qarşısında, xalq qarşısında, tarix qarşısında məsuliyyətlərini dərk etdiklərinə görə 50 siyasi partiya birgə bəyanatla Orduya, Ali Baş Komandana dəstək mövqeyini ortaya qoydu və hazırda da siyasi partiyaların bu istiqamətdəki birliyi hesab edirəm ki, qənaətbəxşdir. Bu günkü toplantı da siyasi partiyaların ideoloji fərqlərindən asılı olmayaraq Qarabağ məsələsində vahid mövqedən çıxış etmələrini ortaya qoydu.

Siyasi partiyalar da cəmiyyətin bir parçasıdır və cəmiyyətin formalaşdırdığı institutlardır. Və bu gün cəmiyyət nəyə köklənibsə, social sifariş, social tələb nədirsə, siyasi partiyalar da o tələbə adekvat hərəkət etməlidir, cəmiyyətin istəyinə uyğun fəaliyyət göstərməlidir. Əgər cəbhədə baş verən son olaylar bütün cəmiyyəti birləşdiribsə, siyasi partiyalar da bu prosesdən kənarda qala bilməzdi. Bu gün siyasi partiyaların vahid mövqedən çıxış etməsi, Ermənistanın işğalçı siyasətinə qarşı mübarizə aparan Ordumuzu və Ali Baş Komandanımızı dəstəkləməsi bütün dünyaya, o cümlədən ATƏT-in Minsk qrupunun həmsədrlərinə və ölkəmizə təzyiq göstərməyə çalışan bütün digər tərəflərə də xüsusi bir mesajdır ki, müxalif və ya iqtidaryönümlü olmasından asılı olmayaraq ölkənin bütün əsas aparıcı siyasi partiyaları Azərbaycan xalqı ilə, Ordu ilə və dövlət başçısı ilə birdir. Qoy hər kəs, o cümlədən Ermənistan hakimiyyəti və Emmanuel Makron kimi ermənipərəst liderlər də bilsinlər ki, düşmənin hücumlarının, təxribatlarının qarşısı sonuncu erməni əsgəri torpaqlarımızı tərk edənə qədər Azərbaycan Ordusu tərəfindən qətiyyətlə alınacaqdır.

Bugünkü toplantıda iştirak edən siyasi partiyalar cəbhədə baş verən prosesləri də, beynəlxalq təşkilatların, həmsədrlərin və ayrı-ayrı dövlət başçılarının proseslərə münasibətini və mövqeyini də diqqətlə izləyir və nəticə çıxarırlar. Çox təəssüf ki, illərdir ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə nail ola bilməyən və “kabab diplomatiyası” və ya “diplomatiya turizmi” ilə məşğul olan ATƏT-inbMinsk Qrupunun həmsədrləri və digər nüfuzlu təşkilatlar, o cümlədən BMT-Baş katibi və ayrı-ayrı prezidentlər hazırda Azərbaycanı danışıqlara, atəşkəsə dəvət edən bəyanatlar verir və işğalçı ölkə ilə işğala məruz qalan ölkəni eyniləşdirirlər. Lakin biz bununla razılaşmır və bu cür “ikili standartlar” siyasətini birmənalı şəkildə rədd edirik. Bütün siyasi partiyalar beynəlxalq təşkilatların hazırki mövqeyinibməhz bu cür dəyərləndirir.

Xüsusən də Fransa prezidenti Emmanuel Makronun bütün diplomatik və siyasi əndazələri aşan, eləcə də beynəlxalq hüquqa zidd olan mövqeyi və açıqlamaları heç cürə qəbul olunan deyil. Hesab edirik ki, Makron təcili surətdə bu cür qızışdırıcı və ədalətsiz mövqeyinə son qoymalı və təxribatçı açıqlamalar verməkdən əl çəkməlidir. Bugünkü toplantıya qatılan siyasi partiyaların hər biri Fransa prezidentinin bu ermənipərəst mövqeyini və həmsədr ölkənin statusuna zidd olan açıqlamalarını pislədi. Biz də Milli Həmrəylik Partiyası olaraq Fransa prezidentinin ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsinin missiyasına uyğun gəlməyən hazırki mövqeyinə etirazımızı bütün açıqlamalarımızda və çıxışlarımızda bildirmişik və
bununla bağlı ayrıca etiraz məktubumuzu da sözügedən ölkənin Bakıdakı səfirliyinə təqdim edəcəyik.

Bu gün baş tutan toplantıda çıxış edən bütün natiqlər Ali Baş Komandanımızın fikirlərinə dəstək olaraq qeyd etdilər ki, bizim işimiz haqq işidir, çünki biz başqa bir ölkənin torpaqlarını işğal etməmişik. Əksinə, bizim torpaqlar işğala məruz qalıb və bu günləri şanlı Ordumuz məhz Ermənistanın işğal altında saxladığı torpaqlarımızı azad etmək üçün əks-hücum əməliyyatları aparır. Ali Baş Komandanımız işğalçıların ərazilərimizdən təmizlənməsi ilə bağlı öz tarixi qərarını verib və biz hamımız onun qətiyyətli mövqeyini dəstəkləyirik. Bizi bu yoldan heç kim və heç nə çəkindirə bilməz. Çünki Azərbaycan xalqının səbri artıq tükənib. Biz 30 ilə yaxın gözlədik, problemin sülh yoluyla həlli üçün işğalçı ölkəyə və həmsədrlərə 30 illik bir zaman fürsəti verdik. Lakin Azərbaycan xalqının, Azərbaycan rəhbərliyinin, Ali Baş Komandanımız
İlham Əliyevin sülhsevərliyini görməzdən gəldilər, dəyərləndirmədilər. Bundan sonra artıq düşmənə güzəştə getmək fikrimiz yoxdur. Ali Baş Komandanımız da həm işğalçı ölkənin rəhbərinə, həm də bütün
beynəlxalq təşkilatlara tamamilə haqlı olaraq belə bir açıq mesaj verdi ki, Azərbaycan yalnız o halda danışıqlara gedəcək ki, Ermənistanın işğalçı hərbi hissələri bizim ərazilərimizi dərhal və qeydsiz-şərtsiz tərk edəcəklər. Əks təqdirdə isə, hər hansı bir saxta diplomatiyadan, mənasız danışıqlardan və “sülh” imitasiyasından söhbət belə gedə bilməz.

Siyasi partiyaların bugünkü toplantısı ona görə əlamətdardır ki, hamımız bir nəfər kimi Ordumuzu və Ali Baş Komandanımızı dəstəkləyirik. Mən bu cür vahid mövqedən çıxış etdiklərinə görə bütün həmkarlarıma, partiya sədrlərinə öz təşəkkürümü bildirirəm. Milli Həmrəyliyimizə eşq olsun! İnşAllah tezliklə Qələbə Günümüzü də birlikdə qeyd edərik!

“Ermənilər 4 min nəfər itirib” - Alman hərbi jurnalist“Ermənilər böyük sayda itkilərə görə (4 000 nəfərədək) özlərini tənha hiss edirlər”.

Bunu “Bild” nəşrinin baş redaktorunun müavini Pol Rontshaymer “Twitter”də yazıb.

“Demək olar, hamının tanışlarından kimisə orduya çağırıblar. “Merkel buradakı müharibə barədə niyə az danışır?”, - deyə bizi Yerevan hava limanında qarşılayan Mane soruşub”, - o qeyd edib.
Diaspor təşkilatlarının gücü: media gözləntiləri doğruldurmu? Son tədqiqatlar göstərir ki, diaspor təşkilatları üçün məlumat mühitinin formalaşmasında medianın, xüsusilə, internet mediasının rolu getdikcə artır


Artıq ilk 20 ilini geridə qoyduğumuz yeni əsr, minillik yeni şərtlərini bütün sahələrdə, o cümlədən, diaspor təşkilatlarının fəaliyyətində də diktə etdi. Sürətlə qloballaşan dünyada gedən qarşısılanmaz bu prosesə müqavimətin mənasız olduğu dərkedilən anda onun gətirdiyi dəyişikliklərdən maksimum yararlanmaq istəyinə uyğun olaraq yeni fəaliyyət modelləri, sistemlər formalaşdırıldı. Bu təşəbbüskarlıq, fəallıq, qeyd etdiyimiz kimi, diaspor qurumlarının işgüzarlığına da sirayət etdi. Bu da təbii qarşılanmalıdır, çünki diaspor öz ətrafında yüz minlərlə insanı birləşdirən nəhəng canlı orqanizmdir.

Təsadüfi deyil ki, diaspor ilə əlaqələr bir çox ölkələr tərəfindən xarici siyasətin vacib istiqaməti kimi müəyyən edilib. Diaspor eyni zamanda milli mədəniyyətin qorunmasında, milli kimliyin formalaşmasında da əhəmiyyətli amil hesab edilir.
Araşdırmalar göstərir ki, sürətlə gedən qloballaşma və miqrasiyanın artması kontekstində diasporlaşma prosesi intensivləşir və diasporların özləri müasir dünya siyasətinin getdikcə daha fəal iştirakçılarına çevrilirlər. BMT-nin hesablamalarına görə, planetin hər 35-ci sakini miqrantdır. İnkişaf etmiş ölkələrdə bu rəqəm artıq 10-dur. Yeni ölkəyə köçən immiqrantlar məskunlaşdıqları ölkələrdə etnik mənsubiyyətə görə birləşirlər. Birlik onlara milli şəxsiyyətlərini, mədəniyyətlərini və adətlərini kənar təsirlərin fonunda qoruyub saxlamaq və yaşatmaq imkanı verir. Nəticədə miqrantların və xarici diasporların sayı durmadan artır. Diasporlar vətənə iqtisadi və siyasi dəstək üçün vacib mənbədir. Ehtiyac duyulan dəstəyi zamanında vermək üçün isə fəallığın və olduğu ölkədə nüfuzunun artırılması diaspor qurumları qarşısında dayanan ümdə vəzifələrdəndir.
Hazırda dünyada diasporlaşma o dərəcədə əhəmiyyətli miqyas alıb ki, bu gün diaspor fəaliyyəti qeydə alınmayan ölkə tapmaq çətindir. Müəyyən maliyyə qaynaqlarına malik diaspor təşkilatları iqtisadi, mədəni, sosial və digər əlaqələrin davam etdiyi tarixi vətənlərinin maraqlarına fəal şəkildə lobbiçilik edirlər. Son tədqiqatlar göstərir ki, diasporlar üçün məlumat mühitinin formalaşmasında medianın, xüsusilə, internet mediasının rolu getdikcə artır.

Bu məqamda xatırlatmaq yerinə düşər ki, 2019-cu ilin sonlarında Brüsseldə "Azərbaycan diasporu və media: əməkdaşlıq səviyyəsi, problemlər və onların həlli yolları” mövzusunda konfrans keçirildi. Bu konfransı xatırlatmağımız təsadüfi deyildir. Çünki diaspor qurumları ilə medianın qarşılıqlı əlaqəsi və səmərəli işbirliyinin qurulması sayəsində hansı nailiyyətlərin əldə edilməsi və bundan sonrakı hədəflərin müəyyənləşdirilməsində konfrans yetərincə ciddi rol oynadı. Konfransda diaspor qurumlarına çox ciddi mesajlar ötürüldü. Yerli media orqanları ilə əməkdaşlığın vacibliyi vurğulandı. Azərbaycan həqiqətlərinin çatdırılmasında yeni təbliğat üsullarından istifadə və müasir informasiya texnologiyalarının tətbiqi – mövcud təcrübə və perspektivlər barədə danışıldı.

Olduqca sürətlə inkişaf edən texnologiyalar tədricən güclü təsir vasitəsinə çevrilməkdədir. Bu mənada, sosial şəbəkələrin Azərbaycan reallıqlarının təbliğində hüdudsuz virtual məkanın yaratdığı imkanlardan yetərincə və effektli şəkildə istifadəsi çox vacib məsələdir. Müəyyən nəticələr əldə etmək, hədəflərə yetişmək üçün bu üsulun digər kommunikasiya vasitələrindən üstün olmasından işin uğuru naminə istifadə etmək, əlbəttə ki, diaspor təşkilatlarının fəaliyyətinə güc qatacaqdır. Təbii ki, bu sahədə gənclər, gənc könüllülər xüsusilə, fəal olmalıdırlar. Çünki texnologiyanı mənimsəmək, tətbiq etmək bacarığı və vərdişlərinə gənclər daha tez yiyələnirlər. Burada, həmçinin, dil amili də qeyd edilməlidir. Məhz bu səbəbdən də təbliğat sahəsində müasir informasiya texnologiyalarının tətbiqi, sosial şəbəkələrin imkanları azərbaycanlı gəncləri maraqlandıran və cəlb edən əsas amillərdən biridir. Gənclərin bu bacarıqlarını müəyyən məcraya yönəltmək, daha effektli etmək, faydalılığını, səmərəsini artırmaq üçün bu işə mütləq təcrübəli, peşəkar insanların iştirakı da əlavə olunmalıdır.
Virtual məkanda dünya azərbaycanlılarının həmrəyliyini qorumaq, vahid məkanda fəaliyyəti əlaqələndirmək çox ciddi məsələdir. Çünki hazırda “informasiya zəhərlənməsi”nin çox sürətlə yayıldığı zaman kəsiyində, xüsusilə də sentyabrın 27-də Ermənistanın növbəti hərbi təxribatından sonra başlanmış Vətən müharibəsinin gedişində Azərbaycanı tək qoymaq olmaz. Yəni ölkəmizin haqq davası ilə bağlı doğru məlumatları dünya ictimaiyyətinə çatdırmaq üçün dünyanın müxtəlif qütblərinə, bölgələrinə səpələnmiş azərbaycanlıları da prosesə cəlb etmək, onların dəstəyini qazanmaq, prosesdə iştiraklarına nail olmaq vacib idi və son günlər müşahidə olunanlar Diasporla İş üzrə Dövlət Komitəsinin, həmçinin Azərbaycanın xarici ölkələrdəki səfirliklərinin öncüllüyü ilə bu istiqamətdə aparılan işlərin uğurla davam etdiyindən xəbər verir. Son günlər xarici ölkələrin yazılı və elektorn KİV-lərində Azərbaycanın haqq davası haqqında çoxsaylı məqalə, müsahibə və məlumatların dərc edilməsi də deyilənləri təsdiqləyir.

Yeri gəlmişkən, sentyabrın 27-də Diasporla İş üzrə Dövlət Komitəsi Azərbaycan diaspor nümayəndələrinə müraciət edib. Müraciətdə deyilir: “Əziz həmvətənlər, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəsmi məlumatına əsasən, sentyabrın 27-si saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək, cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini, Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çiraqlı və Orta Qaravənd, Füzuli rayonunun Alxanlı, Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.
Hazırda Azərbaycan Respublikası silahlı qüvvələri Ermənistanın növbəti hərbi təcavüzünün qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri əks-həmlə tədbirləri həyata keçirir. Azərbaycan Ordusu qüdrətlidir, Ermənistanın hərbi təxribatlarına layiqli cavab verməyə və işğal olunmuş torpaqlarımızı düşməndən azad etməyə hazırdır”.

(davamı növbəti sayımızda)

Nüşabə Hüseynova

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi ilə birgə keçirdiyi qrant müsabiqəsi üzrə qalib olmuş “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin (CASCFEN) "Gənc könüllülərin diaspor fəaliyyətində iştirakının təbliğ olunması" layihəsi çərçivəsində dərc olunub
Düşmən yaşı 60-dan yuxarı qocaları döyüşə göndərirDöyüş əməliyyatları zamanı istər canlı qüvvə, istərsə də döyüş texnikası sarıdan xeyli sayda itki verən Ermənistan silahlı qüvvələri artıq 60-70 yaşlarında olan qocaları da döyüşə göndərir.

Avrasiya.net xəbər verir ki, bunu Azərbaycan Müdafiə Nazirliyi (MN) Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı deyib.

"Belə görünür ki, bu, qadınların ardınca döyüşə ahıl yaşında olan qocaları göndərən düşmənin son ehtiyat qüvvəsi olacaq", - o, əlavə edib.
Azərbaycan Ordusunun əsir götürdüyü erməni hərbçiləri – FOTOSentyabrın 27-dən başlayaraq Azərbaycan ordusunun Qarabağ bölgəsində keçirdiyi hərbi əməliyyatlar uğurla davam edir.

Bu gün ordumuz erməni hərbçilərinin döyüş mövqelərini ələ keçirib. Bu zaman düşmən hərbçiləri müzəffər ordumuza təslim olublar.

Avrasiya.net Azərbaycan hərbçilərinin əsir götürdüyü erməni əsgərlərinin fotolarını təqdim edir.
Heç bir döyüş təyyarəmiz vurulmayıb - Müdafiə NazirliyiAzərbaycan Hava Qüvvələrinin heç bir döyüş təyyarəsi vurulmayıb"

Avrasiya.net xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri polkovnik Vaqif Dərgahlı açıqlama verib:

"Bu gün erməni tərəfi yenə də Azərbaycan Hərbi Hava Qüvvələrinin döyüş təyyarələri və pilotsuz uçuş aparatlarının vurulması barədə yanlış məlumatlar yayıb. Bir daha təkrar edirik ki, Azərbaycan Hava Qüvvələrinin heç bir döyüş təyyarəsi də vurulmayıb. Əksinə, Azərbaycanın hücum PUA-ları Ermənistan Silahlı Qüvvələrinin hərbi texnikasını məhv etməyə davam edir. PUA-larımız mütəmadi olaraq ictimaiyyətə təqdim olunur. Ermənistanın Müdafiə Nazirliyinin nümayəndələri Azərbaycanın itkiləri barədə yalan məlumatlar yayaraq hərbi əməliyyatlarla bağlı informasiya boşluğunu doldurmağa çalışırlar",-deyə Dərgahlı qeyd edib.

Qeyd edək ki, bu gün Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan Qarabağda bir Azərbaycan təyyarəsinin iddia etmişdi.